Valideyn övlad münasibətləri əlaqələrin inkişafı, uşağın valideynlərə hörmət və güvən yaranması baxımından əsasdır.
Bəs valideynlər nəyə diqqət etməlidir?
Uşağın suallarına səbrlə və doğru cavab verin.Uşağın suallarını və dediklərini ciddi qəbul edin.Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın.
Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.Uşağa gücü çatan işləri və qayğıları tapşırın.Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.