Xarici aksent sindromu xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır.
Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəb olsa da, miqren olan xəstələr də bu sindroma yaxalana bilərlər. Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə birdən-birə xarici dil bilgilərinə yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb.
Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oksford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissələrdir. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır.
İddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.