Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar.
Psixoloq.az xəbər verir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında “biz” şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir.
Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, “biz” şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar.
Tədqiqatçılar bildirirlər ki, belə bir vəziyyət təkcə cavanlar üçün yox, yaşlı cütlüklər üçün də aktualdır. Bununla yanaşı, “biz” şəxs əvəzliyinin hansısa münaqişə və ya çətinliklər zamanı işlədilməsi çox vacibdir:
“Bu sözlər insanların münasibətini dəyişə bilər və onları daha yaxın və etibarlı edə bilər”.(ölkə.az)