Xroniki yorğunluq sindromu

Son dövrlərdə ətrafımızdan tez-tez yorğunluqla bağlı şikayətləri eşidirik. Bu yorğunluqların altında bir sıraxəstəliklər gizlənə bilər. Bu səbəbdən adicə yorğunluqdur deyib keçməməliyik.

İnsanın hər hansı bir fəaliyyətlə məşğul olan zaman fiziki və ya psixoloji olaraq lazımı enerjiyə sahib olmamağına “yorğunluq” deyilir. Yorğunluq fiziki, ruhi və xroniki olmaqla üç yerə ayrılır.

Gərgin iş rejiminin səbəb olduğu yorğunluq normal haldır. Ancaq, bu yorğunluq istirahət etməklə keçmir və uzun müddət davam edirsə, həkimlə məsləhətləşmək lazımdır. 6 aydan çox davam edən və dincəlməyinizə rəğmən keçməyən yorğunluq halı “xroniki yorğunluq sindromu” adlanır.

Xroniki yorğunluğun bir sıra səbəbləri ola bilər. Bu səbəblər insanın yaş dövrlərindən də asılı olaraq dəyişiklik göstərir. Gənclərdə səbəblərə depressiyanı, qanazlığını, normadan aşağı təzyiqi və s., yaşlılarda isə şəkərxəstəliyini, böyrək, qaraciyər, həmçinin ürək-damar xəstəliklərini göstərmək olar. Xroniki yorğunluğa hər hansı xəstəlik səbəb olursa, bunu müəyyənləşdirib müalicə almaq vacibdir.

Xroniki yorğunluq sindromunu tətikləyən xəstəliklərə aşağıdakıları göstərmək olar:

•Qanazlığı

•Vitamin əksikliyi (D;B12)

•Xroniki bağırsaq xəstəlikləri

•Depressiya

•Qaraciyər və böyrək xəstəlikləri (həmçinin böyrəküstü vəzin funksiyasının pozulması) və s.

Xroniki yorğunluğun simptomları:

Adi yorğunluqla xroniki yorğunluğun simptomları çox oxşardır, onları ayırmaq olduqca çətindir. Adiyorğunluq istirahət etməklə keçir. Xroniki yorğunluğu təyin etmək üçün yorğunluq halı 6 ay davam etməlidir.Gecə rahat və lazımi zaman aralığında yatan biri səhər oyandığı zaman özünü çox yorğun hiss edirsə, fikrini cəmləməkdə çətinlik çəkirsə, yaddaşında zəifləmə müşahidə edirsə, bu hallar xroniki yorğunluğun göstəricisi olabilər. Həmçinin xroniki yorğunluğa səbəb olan xəstəliklər aşkar edildiyi zaman da xroniki yorunluq görülə bilər.

İdman, gərgin və yorucu iş rejimindən sonra 6-8 saat yuxu, adi yorğunluğun keçməsi üçün kifayətdir. Ancaqxroniki yorğunluq halı 24 saat davam edir, dincəlməyə baxmayaraq keçmir.

Xroniki yorğunluğun əlamətlərinə aşağıdakılar daxildir:

•Unutqanlıq

•Əzələ ağrısı

•Diqqəti cəmləməkdə çətinlik çəkmək

•Səhər oyanan zaman yorğun hiss etmək

•Ünsiyyət zamanı çətinliklər

•Ürəkbulantısı

•Ayağa qalxan zaman başgicəllənməsi

•Yuxu pozğunluğu

•Depressiv ruh hali

•Oynaq ağrıları və s.

Müalicəsi:

Xroniki yorğunluq sindromunun müalicəsi zamanı xəstənin həyat tərzi, işi, məşğuliyyətləri mühüm rol oynayır. Müalicəyə başlamazdan əvvəl xəstənin iş, ev həyatı haqqında lazımi məlumatlar toplanmalıdır. Düzgün yuxu rejiminin təyin olunması və bir sıra yüngül idman hərəkətləri də müalicə üsuluna daxildir.

Xroniki yorğunluq sindromunu uzaq tutmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır:

•Hər gün təmiz havada 1-1.5 saat gəzmək

•Üzü soyuq su ilə yumaq

•Depressiv hallardan, stresdən mümkün qədər uzaq durmaq

•Həyata pozitiv yanaşmaq

•Həftə sonlarını mümkün qədər təbiət qoynunda keçirmək.

Özünüzə yaxşı baxın və sizə bir dəfə verilən bu həyatı doya-doya yaşayın.

Xroniki yorğunluğun əlamətlərinə