Xına ta qədimdən bu günədək qadınların gözəllik seçimlərindən olub. Saçlara paqlaqlıq verərək, köklərini gücləndirib.
Psixoloq.az xəbər verir ki, xınanın bilinməyən faydalı xüsusiyyətləri də mövcuddur.
Xına saç kəpəyi, saç tökülməsi, göbələk xəstəlikləri, sinir və oynaq ağrılara qarşı istifadə edilir.
Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur.
Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir, dərinin bərpasını tezləşdirir.
Xınanın sinir ağrıları üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür.