Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir.
Psixoloq.az xəbər verir ki, bolqar alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.
1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir.
2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur.
3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək.
4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır.
5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız.
6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz.
7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək.
8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər.
9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın.
10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin.(gencaile.az)