Hər bir psixoloqun özü ilk olaraq psixoanalizdən keçməlidir. Psixologiyanın bütün sahələrinə dərindən yiyələnməli və empatiya qura bilməlidir.
Bildiyimiz üzrə uşaq və böyük olmaqla psixoloqlar adətən qrupa bölünür. Belə ki, uşaq psixoloqları adətən azyaşlı və yeniyetmələrlə çalışır.
Ancaq psixoanalizlər zamanı isə hər bir insanın uşaqlığına nəzər salınır. Bu məqamda isə belə bir sual meydana çıxır.
Bütün psixoloqlar uşaq psixikasını bilməlidirmi?
Psixoloq.az xəbər verir ki, mütləq şəkildə uşaq psixologiyasını, bu sahəyə məxsus hər bir mütəxəssis bilməlidir. Çünki qeyd etdiyimiz kimi müəyyən mərhələlər var ki bunu hər insan keçir. Hansı ki uşaqlıq dövrü, sonradan yaranan eqo, yeniyetməlik və s. Psixoloq isə bunları dərindən bilməlidir ki, pasiyenti psixoanaliz edən zaman bu dövrdə yaşanılan problemləri, travmaları və digər məsələləri analiz edə bilsin.
Qeyd edək ki, uşaqlarla işləyən psixoloqlar böyüklərlə də işləməyi bacarırlar.
Şəhanə Quliyeva