Yeni Zellandiyanın qadın naziri doğuşa velosipedlə getdi

Yeni Zellandiyanın qadın naziri Juli Genter doğuş edəcəyi xəstəxanaya velosipedlə gedib.

Psixoloq.az xəbər verir ki, “Yaşıl” partiyasının üzvü olan nazir ilk övladını dünyaya gətirmək üçün xəstəxanaya velosipedlə gedib və fotonu İnstaqram səhifəsində paylaşıb.

Xanım nazir mesajında yazıb: “Mənə uğur diləyin. Partnyorum və mən avtomobildə yer olmadığı üçün velosipedlə getdik. Amma bu mənə xoş təsir bağışladı”.

Elektriklə çalışan velosipedi ilə hərəkət etdiyini bildirən Genter “Doğuşu asanlaşdırmaq üçün son həftələr velosipedə minsəydim, daha yaxşı olardı” yazıb.Genter Yeni Zellandiyanın nəqliyyat naziridir. O, velosipedlə hərəkət etməyi dəstəkləyən nazirlərdəndir.