Yetkinlikdə uşaqlıq travmasının 9 gizli əlaməti:

56821c3fc6c22e4525a1dd37cd509d93.jpeg

1. Başqalarını xoşbəxt etmək səyi- Uşaqlıqda sevgi qazanmaq üçün səy göstərməli olan fərdlər, yetkinlik dövründə daima başqalarının istəklərini üstün tuturlar.

2. Boşluq hissi-Travmanın səbəb olduğu emosional uzaqlaşma, yetkinlik dövründə məqsədsizlik və ya heç nədən həzz almamaq kimi özünü göstərə bilər.

3. Müvəffəqiyyət qorxusu -Uğurlu olsalar, bunun onlardan alınacağını və ya buna layiq olmadıqlarını hiss edərək, özlərini sabote edirlər.

4. "Hiss edə bilməmə" vəziyyəti- Həddindən artıq stress nəticəsində həm müsbət, həm də mənfi emosiyaları tam yaşaya bilməmək baş verə bilər.

5. Həddindən artıq ehtiyac və ya müstəqillik vəsvəsəsi- Onlar ya daima dəstək axtararaq arxayınlıq axtarırlar, ya da heç kimə güvənməmək üçün hər şeydən uzaq durmağa meyllidirlər.

6. Emosional yaddaş itkisi -Uşaqlıq xatirələrini travmaya görə xatırlaya bilməmək şüuraltı unutma mexanizminin işə düşməsi ilə əlaqədardır.

7. Davamlı özünü tənqid etmək- Uşaqlıqda tənqid olunmaq və ya kifayət qədər bəyənilməmək insanın özünü daim sərt şəkildə mühakimə etməsinə səbəb olur.

8. Həddindən artıq iş və istirahətin olmaması-

Dəyərini "bacardıqları" ilə ölçən fərdlər davamlı olaraq məhsuldarlıq və ya iş ardınca gedirlər, lakin dinclik tapa bilmirlər.

9. Fiziki Sağlamlıq Problemləri -Travmanın uzunmüddətli stress təsiri; Migren, həzm problemləri və xroniki ağrı kimi fiziki simptomlara çevrilə bilər.

Bu təsirlər tez-tez nəzərə çarpmasa da, onlardan xəbərdar olduqda sağalma prosesinə başlamaq mümkündür.

Psixoloq Aysu Əliyeva