Yoldaşınız sizdən əvvəl evə gələrək evliliyinizin il dönümü münasibətilə bütün otağı bəzəyib. Ortada şamlarla "I love you" yazıb, kənarına gül ləçəkləri töküb. Göydən şarlar sallanır yerdə ürək formalı tort və möhtəşəm bağlamada hədiyyə... İçəri daxil olursunuz diliniz tutulur az qalsın. Ürəyiniz çırpınır. O an nə edəcəyinizə qərar verə bilmirsiniz. Qışqırmaqmı, ağlamaqmı, gülməkmi, sevinməkmi, yoxsa yoldaşınızın boynuna sarılıb çox çox təşəkkür etməkmi??? Vəəəəə......qərarınızı verirsiniz. Tez telefonu gətirib otağın şəklini çəkirsiniz sosial şəbəkədə yerləşdirirsiniz. Niyə??? Xoşbəxtliyinizi hər kəs görsün deyə??? Bax əzizim, indi sənə çox acı bir həqiqət deyim. Siz xoşbəxt deyilsiniz. Nəisə var. Vallah ciddi deyirəm. O anın sehrini unudub yalnız bir birinizin gözlərinə səyahət etmək yerinə bunu edirsənsə nəisə bir problem var. Axtar, araşdır. Gör boşluğunuz haradadır? Xoşbəxt olanların bunu kiməsə göstərməyə ehtiyacı olmur. Heç yadına da düşmür. İnan ki, tənqid və ya qınamaq üçün demirəm. Nə həddimə? Sən yenə də bir düşün. O boşluğu tap.
Müəllif: Pedaqoq Lalə Məhərrəmli