Yumurta qabığını zibilə atmaq əvəzinə yemək daha məsləhətlidir.
Psixoloq.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər.
Yumurtanın qabığını 93 dərəcədə 10-15 dəqiqə sobada bişirmək lazımdır ki, tərkibindəki bakteriyalar ölsün. Alimlər qeyd edirlər ki, yumurtanın qabığında kalsiumun miqdarı çoxdur. Yumurta qabığının 95 faizi kalsium karbonatla zəngindir.
Sadəcə bir yumurta qabığının tərkibində 2 qram kalsium var. Amma yumurta qabığını qətiyyən çiy formada yemək olmaz.
Əvvəlcə qabıqları qaynadın, sonra isə sobada 93 dərəcədə 10-15 dəqiqə bişirin. Bişmiş qabıqları üyüdün və toz şəklinə salın.
Qabığın tərkibindəki kalsium qadınlarda qocalma ilə əlaqədar üzə çıxan osteoporoz ağrılarını və sümük əriməsinin qarşısını alır.
Üyüdülmüş yumurta qabığını un ilə karışdırmaq və bu undan müxtəlif məmulatlar hazırlayıb yemək olar.
Amma diqətli olmaq lazımdır ki, kalsiumun çox olması da orqanizmə ziyandır. Normal bir insanın gündəlik kalsium ehtiyacı 1 qramdır.(ölkə.az)