Yuxusuzluq bir çox insanın əziyyət çəkdiyi problemdir.
Bəs yuxu pozğunluğunun səbəbləri nədir?
Psixoloq.az həmin sözügedən məqamları təqdim edir:
- somatik ( ağrı, astma, daxili orqanların xəstəlikləri )
- emosional ( depressiya, maniya, həyəcan )
- xarici amillər ( səs-küy, isti, ışıq )
- dərman qəbulu ( kofein, steroidlər, diuretiklər )
- düzgün olmayan vərdişlər ( yuxudan əvvəl fiziki iş, ağır yeməklər ) və.s
Qeyd edək ki, yuxu pozuntularını üç qrupa bölmək olar:
1) Erkən yuxusuzluq- şəxs yata bilmir;
2) Orta yuxusuzluq- səthi yuxulama;
3) Gecikmiş yuxusuzluq- erkən oyanma.
Yuxusuzluq sindromunun əksi yuxuculluq- hipersomniya adlanır. Günün əksər hissəsini yatmaqla keçirən belə adamlar çox vaxt atipik depressiyadan və ya asteniyadan əziyyət çəkirlər.
Yuxu pozuntuları içərisində klinik əhəmiyyət kəsb edən formalar da mövcuddur:
1) Narkolepsiya- vaxtından asılı olmayaraq ( məsələn, gündüzlər yatmaq kimi)
2) Yuxu zamanı tənəffüsün tormozlanması ( apnoe ) xırıltılı səs çıxarmaqla təzahür edir;
3) Somnambulizm- yuxu zamanı yataqdan qalxıb huşsuz halda bir neçə dəqiqə, bəzən yarım saat gəzişmək.
Yuxu pozuntusunu bərpa etmək üçün əsas səbəbi aradan qaldırmaq lazımdır ( məsələn, somatik və ya psixi xəstəliyi müalicə etmək ). Əgər bu səbəblər mövcud deyilsə çox mürəkkəb olmayan üsullardan istifadə etmək lazımdır:
• Gündüz saatlarında fiziki yükü artırmaq, axşamlar isə azaltmaq;
• Yatmaq vaxtlarını rejimə salmaq və ona əməl etmək;
• Rahat yatmaq üçün şərait yaratmaq: səs-küyü aradan qaldırmaq, isti-soyuq, işıq problemlərini tənzimləmək;
• Yatmazdan qabaq çay, kofe içməmək, yemək qəbul etməmək;
• Yuxuya kömək edən, tərkibində triptofan olan bir stəkan süd içmək;
• Gündüz yatmaqdan çəkinmək ( hətta keçən gecə pis yatmış olsanız belə );
• Uzun müddət yuxu dərmanlarından istifadə etməmək. Bu maddələr öyrəşmə ( asılılıq ) yara bilər;
• 15-20 dəqiqə ərzində yuxunuz gəlmirsə özünüzü yatmağa məcbur etməyin. Başqa bir məşğuliyyətdən ( sakit musiqiyə qulaq asmaq, kitab oxumaq və.s ) sonra yatmağa çalışmaq;
• Sadə relaksasiya ( əzələləri boşaltmaq ) üsullarından istifadə etmək ( məsələn, 5-10 dəqiqə müddətində ritmik tənəffüs etmək – nəfəs alma, nəfəs vermə və fasilə, hər biri 3 saniyə olmaqla ).
Qeyd: Yuxu pozuntusu hansısa psixoloji problemlərin əlaməti ola bilər. Uzunmüddət davam edərsə, hansısa xəstəliklərin yaranmasına səbəb ola bilər.