ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular, stress, depressiya kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür.
Psixoloq.az xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.
Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Normadan artıq yatmaq və ya az yuxu qəbulu bir sıra psixoloji problemlərə yol aça bilər. Gündəlik həyat vərdişlərinin dəyişdirilməsi beyin funksiyalarına mənfi təsir göstərir. Bu da nəticədə ağrı və sıxıntılara yol aça bilər.