Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir.
Qış depressiyasının əlamətləri:
• Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s
.• Yuxu pozğunluğu, yuxusuzluq
• Yaddaşın azalması, intellektual səviyyənin enməsi
• İş qabiliyyətinin aşağı düşməsi
• İştahanın azalması
• Həzm pozğunluqları
• İmmun sistemin zəifləməsi
• Özünəqapanma
• Sosial problemlərin yaranması və s.