Tarixdə ən çox öyrənilmiş şəxsiyyət - Ziqmund Freud kimdir?

Ziqmund Freud

Doğum tarixi: 6 may 1856

Doğum yeri: Avstriya İmperiyası, Moraviya, Freyberq, Məhren

Vəfatı: 23 sentyabr 1939

Vəfat yeri: Birləşmiş Krallıq, İngiltərə, London

Elm sahələri: Nevrologiya, Psixoterapiya, Psixoanaliz

Elmi dərəcəsi: Nevroloq

Mükafatları: Qöte Mükafatı

Ziqmund Freud dogma adı ilə Sigismund Şlomo Freyd 6may 1856- 23 sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqistdir. Milliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənilib. “Psixodinamik” terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.

Freydin başlıca nailiyyətləri arasında üç komponentli ( “O”, “Mən” və “Super mən” ) quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, “təhtəlşüur” anlayışının psixologiyalaşdırılması, sərbəst assosiasiyalar və yuxuyozmalar kimi terapevtik metodları  qeyd etmək mümkündür.

Peşəkar kimi yetişməsi

1873-cü ildə Freyd Vyana universitetinin tibb fakültəsinə daxil olur. Həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konfliktlər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm meylləri güclənməkdə idi. Ziqmund anatomiya və kimya ilə maraqlanır, həmçinin məşhur fizioloq və psixoloq Ernst fon Brükkenin mühazirələrinə qulaq asmağı sevirdi. Freyd həmçinin məşhur zooloq Karl Klausun dərslərinə gedirdi.

Əsərləri

Yuxuların yozumu

Musa və təkallahlılıq

Qeyd edək ki, Ziqmund Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.