Psixoloqlara vacib xəbər

Dəyərli psixoloqlar portalı yaratmaqda məqsədimiz Azərbaycanda vahid psixoloq bazasını bir portalda birləşdirərək, Azərbaycanda psixoloji mariflənmənin aparılmasına, psixoloqların xidmətlərindən istifadə edə bilmələri üçün böyük oxuyucu auditoriyamıza secim imkanlarından yararlana bilmələrini sağlamaq, cəmiyyət və psixoloqlar arasında körpü qurmaq, psixoloqları narahat edən mövzuları işıqlandıraraq  cəmiyyətdə psixi informasiya konfortu yaratmaqdir. Portal ölkədə psixi xidmətlər göstərən hər bir Psixoloji Mərkəzin, Psixoloqların, Psixiatr, Loqoped və Defektoloqların diplom və sertifakisiyalarının tanınması və qeydiyyatını aparmaqla portalda yazılan press relizlərin, psixi xəstəliklər barədə marifləndirici məlumatların, peşekarlar tərəfindən yayılmasının təminatını verir.

Artıq bu istiqamətdə çalışan psixoloq,psixiatr loqoped, defektoloq, yaşam koçları və eyni zamanda psixologiya sahəsində təhsil alan gənc psixoloqlar portalda qeydiyyatdan keçərək məqalə yazmaq, marifləndirmək  hüququna sahib olurlar. Bu isə ölkə insanının psixi sağlam və təhlükəsiz xəbər oxumasına səbəb olmaqla yanaşı psixologiya sahəsinin  intibah dövrünün yaşamasına yardım etmiş olur.

Layihəyə qoşulmaq istəyən psixoloqlar mütəxəssis bazasına daxil olmaq üçün [email protected] elektron ünvanına qoşulma istəkləri və peşəkar məlumatlarını bizə göndərə bilərlər.Ətraflı məlumat üçün 051 853 53 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.