Psixoloq.az xəbər verir ki,13 oktyabr 20024 il tarixdə Bakı Gənclər Evində "Ahəng Psixologiya" mərkəzinin təşkilatçılığı ilə keçirilən İlk Qadınlar Forumu-Bakı Zirvəsini uğurla başa catdırmışdır.Forumda bütün sahələrdə qadınların ictimai- siyasi,elm- təhsil,ailə,sahibkarlıq,Psixologiya sahələrindəki vacib rolundan,karyera inkişafından və uğurlarından danışılmaqla yanaşı ailədə və cəmiyyətdə Ana rolunun əhəmiyyətindən və aliliyindən bəhs edildi. Forum protokola əsasən ilk Azərbaycan Respublikasının himni səsləndi və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Ahəng Pm- in təsisçi və rəhbəri Psixoloq Vüsalə Əmiraslanova çıxışı ilə toplumda və bütün sahələrdə eləcədə Psixologiya sahəsində qadınların həmrəy olması və psixoloji biliklərə yiyələnməklə istər cəmiyyətdə istərsədə ailədə bü biliklərin tətbiqinin vacibliyini vurğuladı.Tədbirdə br çox ziyalılar,media nümayəndələri,Şəhid anası və qaziləri iştirakı xüsusi diqqət mərkəzində saxlanıldı.Millət Vəkili Pərvin Kərimzadə nin Azərbaycan qadını ilə bağlı çıxışı böyük alqışlara səbəb oldu.Daha sonra bütün panel iştirakçılarının çıxışı dinlənildi.Sonda Forum iştirakçılarına iştirak sertifikatları təqdim edildi xatirə şəkilləri çəkildi.Forum qadınlara" Birlikdə daha güclü "mesajı verərək forumun işini başa çatdırd https://www.facebook.com/100002743537628/videos/910021590995926/
Psixoloq.az xəbər verir ki, "Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin" rəhbəri Psixoloq Vüsalə Əmiraslanovanın təşkilatçılığı ilə *13 oktyabr 2024-cü il tarixdə "QADIN HƏMRƏYLİYİ FORUMU - BAKI ZİRVƏSİ"* keçiriləcəkdir. Forumda spikerlər panel müzakirə şəklində öz fikirlərini iştirakçılarla bölüşəcəkdir. Forumun mövzusu: - Sahibkarlıqda qadınlar - Təhsildə qadınlar - Mediada qadınlar - Tibbdə və psixologiyada qadınlar Forumda panel müzakirələri yer alacaq. Forumun spikerləri: Vüsalə Əmiraslanova - Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu Pərvin Kərimzadə - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Ələsgərova - Kiçik və Orta Biznes Subyektləri və Klublarının idarə heyətinin sədri Sevda Əlizadə - Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Aytən Hüseynova - İDA təsisçi direktoru Elnarə Dərziyeva- əməkdar jurnalist Nailə Mirzəyeva - PR menecer Günay Kazımova- Blink media şirkətinin təsisçisi Aysel Arastunqızı - təhsil eksperti , pedaqoq Leyla Həsənova - USM həkim Aytac Məmmədova - mentor kouç, sahibkar Nilufər Qara - Lunchef catering şirkətinin təsisçisi Nigar Cəbrayılova - Klinik psixoloq Proqram: 10:30-11:00 - qeydiyyat 11:00 açılış və panel müzakirə (I hissə) 12:30 - 13:00coffee-break 13:00- 14:00 panel müzakirə (II hissə) 14:00 sertifikatların təqdimatı. Ödəniş : 30 azn +994 70 206 05 91 Ünvan : Bakı Gənclər evi (Bakıxanov) 2024-10-1310:30Bakı Gənclər Evi (Bakıxanov)
Son zamanlar Azərbaycanda estetik əməliyyat etdirənlərin, sayı artıb. Bəs bunun səbəbləri nələrdir, niyə kütləvi hal alıb? Psixoloq.az xəbər verir ki,mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, insanlar xüsusilə də qadınlar tibbin inkişaf etdiyi bir vaxtda sınaqdan keçirilmiş əməliyyata ehtibar edir, özlərinə olan güvəni bu yolla artırırlar: "Bu gün insan özünü qəbul etmək, görünüşünü qəbul etmək əvəzinə cərrahlara müraciət edir. Məsələ bundadır ki, tibb çox inkişaf etdiyindən onlar görünüşlərində olan "problemləri" bu yolla aradan qaldırmağı daha asan üsul hesab edirlər. Bunun səbəbi isə insanlarda olan iradə zəifliyidir. Məsələyə daha real yanaşsaq insanların estetikə meyil etməsi əslində ta qədimdən mövcuddur. Yəni dəyişiklik etmək insanın xilqətindədir desək yanılmarıq. Bu gün insanların, xüsusilə də xanımların estetik cərrahiyəyə üz tutmasının səbəbi tibbin bu sahədə qazandığı nailiyyətlərdir. Əgər min il əvvəl də tibb bu qədər inkişaf etsəydi, yenə də insanlar bundan yararlanacaqlardı. Çünki hər zaman, insan var olduğu müddətdə özünə güvənməyən, idarəsiz və özünü dəyişdirməyə ehtiyac duyan, qocalmağa qalib gəlmək istəyən insanlar var. Bu gün da var, sabah da olacaq.
İstifadə etdiyi ətirə görə qadınları tanıya bilərsiniz.LOUİS PARFUM ün təsisçisi Günay Qurbanzadə bildirir ki, psixoloqların fikrincə, qadının hansı ətiri sevməsi birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin ömründə bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də mane olmur. Şərq ətirlərinə üstünlük verən qadınlar riski dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü olur. Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da həyəcanlıdırlar. Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbiətən optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi daxil etmək istəyənlərə də rast gəlinir. Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər. Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar, həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi mövcuddur. Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə gətirərək girirlər. Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu qadınların psixoloji silahı da onların ətirləridir. Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini qulaqardına vuran, məsuliyyəti digərlərinin çiyinlərinə qoymaq arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar. Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə götürürlər. Mütəxəssislər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini anlamaq mümkündür. Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik: Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent, Dior Addict, Dior, Vanille Ambre, Comptoir Sud Pacifique, Shalimar, Guerlain, Amarige, Givenchy. Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder; Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5, Chanel; Light Blue, Dolce & Gabbana. Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY. Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois, Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro. Kirşan qoxulu ətirlər: Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo. Giləmeyvə ətirləri: v Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur. Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma. Əgər indi sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə, onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə xoşbəxt olmağa çalışın.İstədiyiniz Parfümləri isə Louse parfümdən əldə edə bilərsiz Louise Parfüm 050 709 36 13
Valideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.Psixoloq.az sağlamolun.az a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: "Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.
Psixoloq.az bildirir ki, bu barədə Humel psixologiya mərkəzinin psixoloqu Sevil Bağırova mərkəzin rəsmi səhifəsində bu barədə danışıb.Məqaləni sizlərə təqdim edirilk Zəlzələ kimi təbii fəlakətə məruz qalan insanlarda fiziki və emosional stress özünü göstərə bilər. Fiziki stressin əsas simptomları; baş gicəllənməsi, ürək döyüntüsünün artması, ürək bulanması, qusma, iştahda böyük ölçüdə azalmalar, yuxu pozuntuları, əl və ayaqlarda uyuşmalar, nəfəs darlığı şəklində özünü göstərir. Emosional stressin göstəriciləri; müəmma, donuqluq, şok və inkar halı, qorxu, narahatlıq, çarəsizlik, günahkarlıq, bədbinlik, dini inanclarda dəyişiklik, özünə və başqalarına güvənsizlik, hissiyyatsızlaşma, zəlzələni xatırladacaq hər şeydən qaçmaq, ən kiçik səslərdən diksinmə, məkan və zaman anlayışlarının itirilməsi, zəlzələyə aid görüntü və səslərin tez-tez canlanması şəklində ola bilər. Zəlzələlər, digər təbii fəlakətlər kimi şəxslərə, ailələrə və eyni zamanda bütün cəmiyyətə təsir edən ağrılı hadisələrdir. Bu hadisələrə məruz qalmaq, onları fiziki olaraq yaşayanlarda olduğu kimi “izləyici” olaraq məruz qalanlarda da oxşar təsirlər yarada bilər. Hər bir şəxs bu hadisələrə məruz qaldığı hadisənin böyüklüyünə, mədəni fərqlərinə, keçmiş təcrübələrinə, daha əvvəl belə travmatik hadisələri yaşayıb yaşamadığına, başqalarından dəstək alıb almadığına, yaşı və daha bir çox səbəbə bağlı olaraq fərqli reaksiyalar verir. Bəzi insanlarda qısa vaxt ərzində bu simptomlar aradan qalxsa da, bəzilərində zamanla posttravmatik stress pozuntusu, təşviş pozuntuları, depressiya simptomları özünü göstərə bilir. Posttravmatik stress pozuntusu uzun illər sürə bilən və şəxsin ciddi əmək qabiliyyəti itkisinə yol açan pozuntudur. Zəlzələ hadisəsindən sonra bu dövrü daha az zərər ilə keçirə bilmənizə kömək edəcək bəzi üsullar: İtkiləriniz üçün yas tutma və üzüntünüzü yaşamanıza izn vermək Günlük rutin fəaliyətləri bacardığınız qədər davam etdirmək Zərərli vərdişlərdən uzaq durmaq Ev, iş, yaşantıda bəzi dəyişiklərin ola biləcəyini bilmək və qəbul etmək Sığınacaq, yemək, yuxu kimi təməl ehtiyacları qarşıladıqdan sonra digər insanlar ilə təmas qurmağa çalışmaq Yaxınlarınızla bir arada olmaq və yaşadıqlarınızı danışmaq Yaşadığınız duyğuların zamanla azalacağının fərqində olmaq Mənfi emosiyalar içərisində olduğun anda, ayaqlarını yerə möhkəm sıxmaq və döşəməni hiss etməyə çalışmaq Nəfəs texnikalarından istifadə etmək İndiki halda bədənində nə hiss etdiyinə diqqət etmək Ətrafında olan və sənə stress yaratmayacaq şeyləri saymaq Əzələ rahatlatma texnikalarından istifadə etməkÖzünü bağlayıb güvənli hiss etdiyin bir yerdə xəyal etmək. Vaxt keçdikcə narahatlıqlarınızın azalmadığını, gündəlik həyatınıza təsir etməyə başladığını, özünüzə ya da başqa birinə zərər vermə fikirlərinizin yarandığını hiss edərsinizsə, psixolojik dəstək ala biləcəyiniz qurumlara baş vura bilərsiniz. Müəllif:Psixoloq Sevil Bağırova
Psixoloq.az xəbər verir ki, Psixiatr Dr. Emel Sönmez, son vaxtlar Türkiyədə və eləcədə dünyada baş verən Covid-19 epidemiyası, yanğınlar və sonrakı sel fəlakətlərinin insanların narahatlığını və qorxusunu artırdığını ifadə etdi.Koronavirus epidemiyasından sonra yaşanan meşə yanğınları və sel fəlakətlərinin bir çox insanın psixoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd edən Acıbadem Bodrum Tibb Mərkəzindən Psixiatr Dr. Emel Sönmez, "Təbii fəlakətlərin pandemiyaya əlavə edilməsi narahatlığımızın və qorxularımızın artmasına və güclənməsinə səbəb oldu. Bu yaxınlarda gələn xəstələrimizdə narahatlıq pozğunluqlarını və qorxunun psixoloji təsirlərini görürük. Qorxu, Nəzarət oluna bilməyən həddindən artıq qorxu, gündəlik həyatımızı çıxılmaz vəziyyətə salaraq həm bizə, həm də ətrafımıza mənfi təsir göstərə bilər " dedi."Qorxunun mənbəyini tanı"Yanğına, selə və buna bənzər fəlakətlərə birbaşa məruz qalmasaq da, hadisə haqqında məlumatı ünsiyyət kanalları vasitəsi ilə almaq və baş verənlərə peşman olmaq təbii və zəruri bir insan reaksiyasıdır. Emel Sönmez "Başqalarının və canlıların başına gələn fəlakətlərdən hamımız təsirlənirik. Empatiya və təbii olaraq kədərlənirik. Bu insan olmağın əsas duyğularından biridir. Bu duyğular sayəsində hamımızın dəstəyə və hərəkətə ehtiyacımız var. Əziyyətləri yüngülləşdirə bilərik. "Özümüz və ətrafımızdakılar üçün narahat oluruq. Narahat olmaq həm də sağlam bir reaksiyadır. Bu şəkildə mümkün risklər üçün də tədbir görməyə çalışırıq. Ancaq narahatlıq irəliləyərək qorxuya çevrilərsə, aydın düşünmək gücümüzü itiririk. " Qorxu və narahatlığı idarə etmək mümkün olmadıqda həkimə müraciət etməyi tövsiyə etdi.Psixiatr Dr. Emel Sönmez "Əgər narahatlıqlarınız və qorxularınızın nə vaxt və hansı hadisədən sonra başladığını bilsəniz, onu daha asan idarə edə biləcəksiniz. Bu qorxuya ilk dəfə nə vaxt və hansı hadisəyə düşmüşəm? Qorxum artmaqdadırmı? Hansı faktorlar təsirlənir? ? Bu sualların cavablandırılması problemin həllində böyük əhəmiyyət kəsb edir. Necə ki, bir allergiya xəstəsi hansı faktorlara alerjisini tetiklediğini və hansı faktorların alerjisini azaltdığını bildiyi kimi, buna uyğun hərəkət edəcək və faydalanacaq. Nəzarət olunan və idarə olunan qorxularımız bizi təhlükədən qoruyur. deməkdir. " İdman, gəzinti və müxtəlif fəaliyyətlərin insan sağlamlığına mənfi təsir edən həddindən artıq narahatlıq üçün yaxşı olduğunu da qeyd etdi.Bu cür problemləri və sıxıntıları olanların həkimin tövsiyələrinə əməl etməsini və yuxu keyfiyyətini yaxşılaşdırmasını arzulayan Dr. Sönmez, insanların duyğu və düşüncələrini yaxınları ilə paylaşmasını da istəyirdi."Pis vərdişlər qorxu və narahatlıq yaradır"Alkoqol və siqaret kimi zərərli vərdişlərin qorxu və narahatlığı artırdığını ifadə edən Dr., sağlam bir həyat üçün spirt və siqaretə əlavə olaraq çay və qəhvə həddindən artıq istifadədən çəkinməyi tövsiyə edir. Emel Sönmez, insanların yaşadıqları mənfilikləri özlərinə buraxmamalarını və özlərinə güvəndikləri insanlarla bölüşmələrini tövsiyə etdi. Lev Tolstoy: "Ağrı hissi yaşamağımızın sübutudur, amma başqasının ağrısını hiss etmək insan olduğumuzun sübutudur." Sözünü xatırladan Dr. Sönmez, "Xüsusilə sosial mediada və whatsapp qruplarında, insanların həddən artıq çaxnaşmasına səbəb olan qeyri -dəqiq məlumatlar yayıla bilər. Narahatlıq və qorxuya səbəb olan hadisələr haqqında məlumat almaq üçün doğru mənbələri izləyin. Bəzi fiziki xəstəliklərdə vahid müalicə çox vacib olduğu kimi, psixoloji xəstəliklərdə narahatlıq və qorxu ilə də mübarizədə böyük fayda təmin edir. Şiddətli narahatlıq pozğunluqlarında, bütün səylərinizə baxmayaraq narahatlığınızın və qorxularınızın həyatınızı ələ keçirməsinin qarşısını ala bilmədiyiniz zaman bir mütəxəssislə məsləhətləşin və dəstək alın.
Psixoloq.az bildirir ki, kişi-qadın münasibətlərinin əksəriyyətində vəziyyət eynidir, hətta qadının kişidən daha çox danışması, elmi araşdırmanın mövzusu olmuşdur. Bir qadının ağzından gündə 23 min söz çıxsa da (bu pis bir rəqəm deyil!), Kişinin ağzı, ehtimal ki, hüquqşünas olmasa yarısı qədərdir. Yaxşı olar ki, onun seksuallığına problem kimi baxmayasınız. aranızda, ancaq kişi təbiətinin qəbul edilmiş bir hissəsi olaraq. Vaxtlar fərqlidir Yorğun halda işdən evə qayıdan bir qadın oturub gününün necə keçdiyini danışmağı yorğunluq kimi görmür. Halbuki, kişi o vaxt bir kəlmə belə deməyi böyük yük hesab edir. Başqa sözlə, kişi ilə qadın arasındakı söhbətin vaxtı fərqlidir. Eyni şey döyüşlərə də aiddir ...Qadın davanın nə vaxt və harada baş verdiyini həll etmək istəyir, düşünür ki, yeganə yol danışmaqdır. Ancaq adam bir müddət keçməsini, yəni odun külə dönməsini gözləməyi üstün tutur. Bu vəziyyətdə bir qadının edə biləcəyi ən yaxşı şey, həssaslığından istifadə edərək qarşısındakı kişiyə qarşı çıxıb onu danışmağa məcbur etmənin nə vaxt daha yaxşı olacağını və onu bir müddət nə zaman tək buraxacağını təxmin etməkdir. Sosial rollara görə Kişilərə "kişi" nin qısa danışması lazım olduğu gənc yaşlarından öyrədilir və bu bilinçaltı təlim əksər kişiləri inkişaf etmiş bir yaşda susmağa məcbur edir. Kişilərin sosial rolunda 'qan kimi danışmağa və arvad kimi gülməyə' yer yoxdur. Həmişə sakit və nəzarətli olmalı, problemlər qarşısında düşüncə tərzinə sahib olmalıdır. Bir sözlə, cinsiyyətinin sosial tərifinə uyğun hərəkət etməli olan kişilərimiz zaman keçdikcə rollarını mənimsəyir və danışmağı sevmirlər. Qadınlar heç kimlə danışmaqda üstünlüyünü əldən vermək və sözü heç kimə buraxmaq istəmirlər. Bu, qarşımızdakı kişilərin zaman zaman hisslərini və düşüncələrini ifadə etmələrinə səbəb olur, ancaq bunu etmək üçün fürsət tapmır. Tələsik hərəkət etmək qadının edə biləcəyi ən böyük səhvdir. Məsələn, yeni bir ayaqqabı aldınız və sevdiyiniz kişinin bu ayaqqabını necə tapdığını öyrənmək üçün can atırsınız. Səbirsiz olub soruşsanız, qısa bir cavabla kifayətlənməli olacaqsınız, halbuki səbirlə gözləsəniz, "ayaqqabılarınız nə qədər gözəldir, balam, təzədirmi?" soruşacaq.
Haqlıyam! Kim nə deyirsə desin mənim dediyim doğru Gündəlik həyatımızda, istər -istəməz hamımızın hər şeydə haqlı olduqlarını iddia edən insanlarla qarşılaşmamız mümkündür.Necə olur ki, başqaları tərəfindən haqsız olaraq görülən bu insanlar haqlı olduqlarını söyləyirlər, məsələni bağlayıb özlərinə təsəlli verirlər? Sosial mediada gizli olan əsaslandırma sxemindən bir az danışmaq istərdim. Bu sxemə sahib olan insanların fəlsəfələri haqqında bir az danışmaq faydalı olardı.Səhv edirəmsə "haqlısan" de.Yenə haqlıyam.Ən çox sevdiyim xüsusiyyət həmişə haqlı olduğumdur. "Sosial media şəkillərindən" kimi bir çox söhbətlərlə tanışıq. Bəzilərimiz bunu çox normal hesab etsək də, əslində bu sxem kimya anormal bir şəkildə yaxın münasibətlərimizi və romantik əlaqələrimizi təsir edir.Bəs əsaslandırma sxemi nədir? Daha doğrusu, sxem kimi istinad etdiyimiz şeylər nələrdir?Sxemlər əsasən həyatımızı asanlaşdırır; Bizi qeyri -müəyyənlikdən xilas etmək, hər halda hər şeyi yenidən öyrənmək çətinliyindən xilas etmək kimi funksiyalara malikdir və bu sxemlər valideyn münasibətlərindən təsirlənərək formalaşır və formalaşır. Sizin üçün real məhdudiyyətlər qoyulmayıbsa və özünü idarə etmək ehtiyacınız ödənilməyibsə, ehtimal ki, bir əsaslandırma sxeminiz var. Valideynləriniz müsbət və ya mənfi davranışlarınıza son dərəcə dözümlü idilərsə, digərinin hüquqlarından sui -istifadə etdilər və bunu öyrəndiyiniz təqdirdə sizə qarşı ərköyün və yaltaq münasibət nümayiş etdirdilər; Yaşınıza uyğun məsuliyyətlər təyin etməmisinizsə, üstünlük hissi yaradacaq münasibətlər qurmusunuzsa, uyğun rəhbərlik yanaşmasından məhrum ola bilərsiniz. Bu səbəbdən belə davranırsınız.Belə olduqda, həyatı necə başa düşürsən və münasibətlərdə necə davranmalısan?İnsanlar dünyaya gəldikləri andan etibarən ünsiyyətcilliyə ehtiyac duyduqlarını söyləyə bilərik və başqalarından öyrənilən hər davranış problemlərin öhdəsindən gəlmə qabiliyyətimizə təsir edir. Mümkündür ki, ətrafınızda sizə uyğun olmayan şeylər ola bilər, bunları ifadə etməkdə çətinlik çəkirsinizsə bir problemin əlamətidir, ancaq başqaları sizdən bir şey istədikdə "yox" deməyi çətinliklə qəbul edirsinizsə münasibətlərinizdə belə davranmağa davam edirsinizsə, salehlik sxeminizin yüksək olduğunu söyləyə bilərik.Mən xüsusi bir insanam və digər insanlar üçün qoyulan məhdudiyyətləri qəbul etmək məcburiyyətində deyiləm.İstədiyimi etməyə mane olmağımdan və ya məhdudlaşdırılmağımdan nifrət edirəm.Başqalarının əməl etdiyi normal qaydalara və adətlərə riayət etmək məcburiyyətində olmadığımı hiss edirəm.Etdiyim işin başqalarının töhfəsindən daha vacib olduğunu hiss edirəm.Münasibətlərdə bu sözləri tez -tez eşidirik və yaşayırıq. Başqa insanlardan üstün olduqlarını və xüsusi hüquqlara sahib olduğunuzu düşünən tərəfdaşlarla bu münasibətdə, insan özünü daim dəyərsiz və bədbəxt hiss edir, bunun səbəbini iki cür izah edə bilərik; 1- Haqlı olduğunu iddia edən şəxs bu davranışı ailəsindən öyrənmiş ola bilər. 2- Özünüzü qurban verməyi və belə bir ortağa təslim olmağı öyrənə bilərsiniz.Bu cür döyüşlərin, qadınlara qarşı şiddətin və cinayətlərin altında yatan ən böyük mexanizm, hakimiyyəti qurmaq səylərinin əsasını təşkil edən və öz mənafelərinə üstünlük verən haqlılıqdan qaynaqlanır. İstək yolunda hər şeyin icazəli olduğu məntiqi ilə, yalnız nəticəyə baxan və üstünlüyünü qurmağa çalışan fərdlərdən qaynaqlanır. Hər vəziyyətdə və qarşıdurmada, sonunda ölüm olsa belə, insan özünü haqlı görür, buna görə də digər insanı başa düşmək üçün empatiya hissləri inkişaf etməmişdir. Güc və səlahiyyət qazanmaq; Hakimiyyət qazanmağa həddindən artıq diqqət ola bilər. Öz maraqları uğrunda rəqabət apara bilər və buna görə də haqqı olmasa belə qarşı tərəfə təzyiq göstərə bilər. Klinik Psixoloq Dr.Kahraman Gülər
Psixoloq.az Sinir.az a istinadən bildirir ki,bütün dünyanı öz mənfi təsiri altına salan yeni tip koronavirus (COVID-19) xəstəlik törətməklə bərabər, insanlarda qorxu, həyəcanı da artırmaqdadır. Əslində, artan sürətlə qısa müddət ərzində 1 milyondan çox insanın yoluxması faktının həyəcan yaratması başa düşüləndir. Həyəcan özü-özlüyündə ağrı hissi kimi qoruyucu mexanizmə malikdir və insanı təhlükədən qorunmaq haqqında xəbərdar edir. Amma bu qoruyucu mexanizm bir mərhələdən sonra bəzi insanlarda o qədər artmağa başlayır ki, özü əlavə problemə çevrilir. Artmış həyəcan gün ərzində insanı gərgin saxlamaqla yanaşı, müxtəlif pis düşüncələrlə, bədəndə ağrı, qızdırma, ürək döyüntüsü, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərməyə başlayır. Koronavirusdan niyə qorxuruq? Mövcud məlumatlara görə, insanların iki təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır. Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı “dəli” edir. Yəni insan ətrafdan aldığı yalançı informasiyalardan bu qənaətə gəlir ki, qida çatışmazlığı olacaq, ac qalacağıq və virusa yoluxmaq bizim sonumuzu gətirəcək.Hər iki düşüncə insanda həyəcan yaratmaq üçün kifayət qədər ciddidir.Özümüzdə koronavirus qorxusu olduğunu necə bilərik? - Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu – “bəlkə mən də tutmuşam?!” düşüncəsi varsa;- Səbəbsiz yerə bədənin araşdırıması (tez-tez hərarəti ölçmək, udqunaraq boğazın ağrıyıb- ağrımadığını yoxlamaq, nəfəsin tam gedib-getmədiyini yoxlamaq və s);- Orqanizmdəki ən kiçik dəyişikliyin belə, COVİD-19-la əlaqəsini internetdə nəzarətsiz formada axtarılması;Əgər yuxarıda qeyd etdiyim bu düşüncələrin təsiri ilə ürək döyüntünüz artırsa, nəfəs darlığı yaranırsa, əl-ayaqda titrəmə, mədə-bağırsaq pozuntuları və sair kimi həyəcana xas bədən əlamətləri olursa, bu o deməkdir ki, sizdə koronafobiya var. Pandemiyanın yayıldığı ilk vaxtlarda sanki insanları rahatlatmaq üçün bu xəstəliyin ancaq yaşlıları oldürdüyü ilə baglı informasiyalar ön planda idi. Bu baxımdan ilk olaraq yaşı 60-dan yuxarı olan insanların daha çox psixoloji travma alması ehtimalıyaranır. Digər ən çox təsirə məruz qalan insanlar isə əvvəlcədən təyin olnmuş panik atak, həyəcan pozuntusu, obssesiv-kompulsiv pozuntu kimi xəstəliyi olanlardır.Bu insanlarda günlərlə davam edən xroniki stress öz mövcud xəstəliklərinin təkrar yaranmasına və ya pişləşməsinə gətirib çıxara bilər.Həyəcanımızı idarə etmək üçün nə etməliyik? Əgər sizin əvvəlcədən təyin olunmuş sakitləşdirici dərmanlarınız varsa, həkiminizlə əlaqə saxlayaraq müalicənizə davam edin. İfrat həyəcanlı ataklar zamanı dərindən nəfəs alıb, bir neçə saniyə saxlayıb burundan verərək, həyəcanı nəzarətdə saxlaya bilərsiniz. Həyəcanın daha da artmaması üçün mütləq kirli informasiyalardan uzaq durun. Belə ki, vatsapp qruplarındakı yönləndirilən səsləri açmayın, ancaq rəsmi informasiyaları oxuyun, özünüzün də əmin olmadığınız məlumatları yaymayın. Baxdığınız filmlərdə, oxuduğunuz kitablarda seçici olun. Daim film izləmək, kitab oxumaq bir mərhələdən sonra sizi yormasın deyə növbəli şəkildə fiziki aktivliyiniz olsun. Belə ki, ev şəraitində qısa müddətli gimnastika hərəkətlərinin həyəcan azaldıcı effekti sübut olunub. Qida və yuxu rejiminin qaydasında olması sizin xilaskarınız ola bilər. Evdə olmanızdan istifadə edib artıq qidalanmadan çəkinin, çünki aldığınız əlavə çəki karantin sonrası sizdə əlavə depressiv simptomlar yarada bilər. Həyəcan azaltma tədbirlərinin birincisi və ən vacibi gecə yuxusudur. Çox gec yatıb gec oyanmaq 8 saat olsa belə, sizə fayda verməyəcək. Mütləq tez yatıb tez oyanmaq lazımdır. Bu, həm immuniteti artırmaq, həm də stressi azaltmaq baxımından inanılmaz təsirə malik mexanizmdir. Unutmayın ki, istənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immunitetin aşağı düşməsinə səbəb olur.Uşaqlara koronavirusu necə izah etməli? Uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır. Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin.Unutmaq lazım deyil ki, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklərin sadəcə qısa müddət üçün hesablandığını və hamımızın sağlamlığı üçün olduğunu bir an belə, yadımızdan çıxarmamalıyıq. Psixiatr Orxan Fərəcli
Tanınmış Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib. Psixoloq.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar. Qeyd edək ki, Doğan Cüceloğlu 1938-ci ildə Mersinin Silifke qəsəbəsində çoxuşaqlı ailənin 11-ci övladı olaraq dünyaya gəlib. İlk təhsilini Ankarada alan Doğan Cüceloğlu, daha sonra İstanbul Universitetinin Psixologiya Fakültəsindən məzun olub. ABŞ-da Doktoranturada təhsilini davam etdirən Doğan Cüceloğlu, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib. Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" İnsan və Davranışı və.s. kitabların müəllifidir.
Psixoloq.az bildirir ki,“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarətdir. Konfrans 2 gün olmaqla 6-7 mart tarixlərində Zoom proqramı vasitəsilə həyata keçiriləcək. Konfransda Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri bir sıra aktual mövzularda çıxış edəcəklər. İştirakçılar Beynəlxalq Sertifikatla təltif ediləcək. Konfrans çərçivəsində aşağıdakı mövzular haqqında çıxışlar ediləcək: Təranə Paşayeva – Klinik psixololoq, psixologiya üzrə fəlsəfə doktoru – “Travma və yas terapiyası” Marina Borisovna – Tibb və Psixologiya elmləri doktoru – “Ailə psixologiyası” Umut Kısa – Fəlsəfə doktoru, təlimçi və yazar – “Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq” İqor Dobryakov – Psixiatr, Tibb elmləri doktoru – “Perinatal psixologiya” Elmira Mirzəyeva – Psixologiya üzrə fəlsəfə doktoru – “Sağlam uşağı dünyaya necə gətirməli?” Banu Bostancı – Klinik Psixoloq – “Gizli hamiləlik” Atanur Akar – Psixoloq, fəlsəfə doktoru – “Yeniyetməlik dövrünün psixoloji problemləri” Obengül Ejder – Tibb elmlər doktoru, psixoterapevt – “Uşaqlıq dönəmində cinsi istismarın yetkinlik dövrünə təsiri və qarşısının alınması” Anna Fedorova – Tibb elmlər doktoru, professor – “Cinsi terapiyanın əsasları” Ətraflı məlumat və qeydiyyat üçün: 050 899 46 48
Psixoloq.az Ictimai.az a istinadən bildirir ki,ötən ilin mart ayından etibarən “COVİD-19” pandemiyası səbəbindən orta və ali təhsil müəssisələrində ənənəvi təhsilə ara verilib. Təbii ki, qarşıda duran əsas məsələlərdən biri də təhsil prosesinin distant formada olsa belə, davam etdirilməsi idi. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu metoddan demək olar ki, istifadə edilməmişdi və ilk dəfə kütləvi olaraq, ölkədə distant təhsil formasından istifadə edilirdi. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda distant təhsilə ən qısa zamanda start verildi, lakin müəyyən problemlər ortaya çıxdı. Bu problemlərlə bağlı həm vətəndaşlar, həm də Təhsil Nazirliyi mütəmadi olaraq fikirlərini bildirib. Ümumi olaraq qeyd etməliyik ki, ilk vaxtlarla müqayisədə ortaya çıxan müəyyən problemlər daha sonra aradan qaldırılıb. Pandemiyanın kəskin şəkildə artmasının qarşısının alınması və insanların sağlamlığının qorunması üçün bağlanan təhsil müəssisələrin fonunda distant təhsil insanlara sosial və psixoloji olaraq necə təsir etdi? Daha öncə bu formada bir təhsil metodundan istifadə edilmədiyi və planlar xaricində, gözlənilməz formada distant təhsilə keçid, istər müəllimlər, istərsə də şagird və tələbələrdə müəyyən sosial, psixoloji narahatlıqları ortaya çıxarıb. Ümumilikdə 1 milyondan çox müəllim və şagird, tələbə yaradılan imkanlardan faydalanmasına baxmayaraq, tədris prosesinin distant formada həyata keçirilməsi istər şagirdlərin, istərsə də müəllimlərin inkişafına və onların davranışlarına təsirsiz ötüşməyib. İlk dəfə olaraq ölkə ərazisində kütləvi şəkildə tətbiq olunan distant təhsil müəllim və şagirdlərdə adaptasiya problemi yaradıb, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxarıb və motivasiyalarına təsir edib. Mütəmadi apardığımız sorğular və müzakirələr göstərir ki, distant təhsil forması ilə bağlı cəmiyyət arasında fikir ayrılıqları mövcuddur. Bir qisim insanlar distant təhsil prosesini bəyənsələr də, əksəriyyət bu metoddan razı deyil. Diqqət edilməli digər bir vacib məsələ isə dərslərə qoşulan tələbə və şagirdlərin dərsə marağının formalaşmasıdır. Bir çox şagird və tələbələr dərslərə qoşulsa da, dərs prosesində aktiv iştirak etmir, davamiyyət üçün qoşulurlar. Bəs bu problemləri hansı formada aradan qaldırmaq olar? Burada məsuliyyət həm şagird və valideynlərin, həm də müəllimlərin üzərinə düşür. Şagirdlərin qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı olması onların sosial, psixoloji inkişafına öz təsirini göstərib və əlavə olaraq da müəllimlərin onlara verdikləri tapşırıqların çoxluğu, çətinliyi və vaxt məhdudiyyəti üzərindən əlavə yaranan gərginlikləri aradan qaldırmaq üçün valideynlər də bu prosesdə iştirak etməlidirlər. Övladları üçün daha rahat və sakit bir ortam yaratmalı, çətinliklərlə üzləşdikdə onlara dəstəklərini göstərməli, müəyyən nəticələrini mükafatlandırmalıdırlar. Uzun müddət ekran başında olan şagird və tələbələrdə diqqət dağınıqlığı problemləri ortaya çıxır. Valideynlər bu məsələyə həssas yanaşmalı, onlarla daha çox vaxt keçirməli, telefon, televizor və digər vasitələrdən uzaq durmalı, başqa aktivliklərlə boş zamanlarını dəyərləndirməlidirlər. Qeyd etdiyim məsələlər onlarda özgüvənin artmasına və motivasiyalarının yüksəlməsinə zəmin yaradacaqdır. O cümlədən, müəllimlərin də yeni şəraitə uyğunlaşmasında üzləşdiyi çətinliklər onların emasional davranışına təzahür edib. Bu davranışlar bəzən dərs zamanı özünü büruzə verir və müəllim-şagird münasbətlərində göstərir. Müəllimlərin daha təmkinli olmalı, dərsə başlamadan öncə və dərs zamanı rahatladıcı ifadələrdən ibarət cümlələrdən istifadə etməlidir. Doğrudur, zaman məhdudiyyəti var, lakin bu cür amillər dərs zamanı yarana biləcək emosionallığı aşağı sala bilər. Yeniyetməlik və gənclik dönəmi olduqca stressli və qayğılı bir dönəmdir. Qeyd etdiyimiz istiqamətdə yarana biləcək istənilən sosial, psixoloji problemləri həll etmək üçün birgə fəaliyyət göstərmək lazımdır. Burada müəllim-şagird-valideyn “piramida”sı xüsusilə önəm daşıyır. Bu səbəbdən mümkün olduğu qədər səbrli və anlayışlı şəkildə pandemiyanın sona çatması istiqamətində öz şərtlər və imkanlarımız daxilində dəstəyimizi göstərməliyik. Rəşad Bayramov “GələcəkSƏN” təlim və inkişaf proqramının rəhbəri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Bu günlərdə Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində iki yeniyetmənin nişan mərasimindən çəkilmiş videonun sosial şəbəkələrdə yayılması hər iki ölkədə gündəm oldu. Xüsusən, azərbaycanlı sosial media istifadəçiləri bu mövzuda geniş müzakirə və mübahisələr apardılar. Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı hərəkətə keçərək, hüquqi müstəvidə araşdırmalara başlayıblar. Amma, bu məsələ daha çox bizim – Azərbaycan xalqının problemidir. Gürcüstanlı soydaşlarımız arasında bu köhnə, ibtidai adət hələ də qalır. Azərbaycan Respublikasının bəzi regionlarında da erkən nikah praktikası mövcuddur. Mövzunu Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovilə müzakirə etdik. Psixoloq bildirdi ki, erkən nikahlar təhsilsiz və mühafizəkar ailələrdə daha çox müşahidə olunur: “Səbəb odur ki, həmin ailələr bir növ öz talelərini övladlarına yaşadırlar. Mənə görə, bu, psixoloji kasta sistemidir. Yəni, insanlar öz talelərini bir-birlərinə ötürürlər. Yenilik, hər hansı dəyişiklik qəbul olunmur”. R.Nəcəfov bu praktika ilə mübarizə aparmaq üçün nümunələrin göstərilməsini vacib hesab edir: “Cəmiyyətin müəyyən hissəsi fədakarlıqlar etməlidir. Nümunələr söz yığınından ibarət olmamalıdır. Nümunələri rəqəmsal platformalarda, əyani şəkildə həmin insanlara göstərmək lazımdır. Psixoloji tərəfdən isə fərdi və qrup görüşləri təşkil etmək olar ki, bu görüşlər ilk olaraq ailələrlə reallaşmalıdır. Çünki, onları psixoloji maarifləndirmək vacibdir”. Mütəxəssisin sözlərinə görə, erkən nikaha sövq edilən uşaqların çox ciddi psixoloji travmaları yaranır: “Bu isə bir müddət sonra patoloji hal alır. Patoloji hal aldıqdan sonra həmin uşağın həyata baxışı tamamilə qaranlıq olur. Erkən nikaha təhrik edilmiş uşaq gələcəkdə öz uşağını da erkən nikaha təhrik edir. Bu, bir növ estafet kimi bir ailədən, digərinə ötürülür. Həmin pataloji hal baş verdikdən sonra onun mütləq psixoloqa və psixokonsultasiyaya ehtiyacı olur. Postnatal depressiya anlayışı var. İnsan erkən nikaha təhrik olunduqdan, evlilik baş verdikdən və uşaq dünyaya gətirdikdən bir müddət sonra görür ki, həyat əvvəlki kimi olmayacaq. Onun həyatla bağlı fəaliyyəti əslində, fəaliyyətsizliyi olur. Sadə dillə ifadə etsək, həyatını yola verir. Belə olduğu halda, bir müddət sonra bu, intihar hallarına gətirib çıxarır. Biz müqayisələr aparsaq, görərik ki, xanımların intihar etməsinin səbəblərindən biri, məhz onun keçmişdə erkən nikaha təhrik edilməsidir. O, artıq həyatdan küsüb, TV-də, sosial şəbəkələrdə və ya digər insanların simasında alternativ həyatlar görür. Məsələn, kimsə təhsil alıb, karyerası var, cəmiyyətdə nüfuz sahibidir, onun həyatı isə tamamilə qaranlıqdır, heç bir çıxış yolu yoxdur. Onun üçün artıq heç bir uğur hekayəsi yoxdur”. Psixoloqun fikrincə, biz cəmiyyət olaraq erkən nikahlara yox deməli və buna qarşı mübarizə aparmalıyıq: “Bununla bağlı müzakirələr çox olmalıdır. Hər zaman belə hadisələrin niyəsini izah etmək lazımdır. Bütün bunlar gələcək üçün çox təhlükəli bir amildir. Erkən nikaha təhrik edilmiş uşaqların böyütdükləri övladlar da cəmiyyət üçün faydalı olmur, çünki, təhsilsiz bir ailədə böyüyür. Düzdür, istisnalar var. Amma, istisnalar qaydanı pozmur. Bir özünüz düşünün, həmin uşağın böyütdüyü uşaq nə ola bilər? Biz məsələyə çox real yanaşmalıyıq ki, özü uşaq olan şəxs uşaq böyüdə bilməz. O, öz uşaqlığını yaşamadan, öz arzularını reallaşdırmağa, başqa bir insanın formalaşmasına öz töhfəsini verə bilməz. Biz bunları izah etməliyik”. Psixoloq onu da əlavə etdi ki, erkən nikaha məcbur edilmiş uşaq gedib ailədə zorakılıqla da rastlaşır: “Fərqi yoxdur: o, ya fiziki, ya da psixoloji zorakılıqla qarşılaşır. Belə olanda o bilməlidir ki, tək deyil, qanun var, ona dəstək olacaq ictimai qurumlar və dövlət var. Bununla bağlı təbliğatı, maarifləndirməni gücləndirmək lazımdır”. R.Nəcəfov maarifləndirmə işində müqayisələrin aparılması və nümunələrin göstərilməsinin vacibliyini vurğuladı: “Məsələn, hər hansı qısa və ya tammetrajlı film təqdim edilə bilər ki, orada həmin hekayə əks olunsun və ona baxanda yeniyetmə öz həyatı ilə bağlı qərarlar verə bilər. Hansısa bir uğur qazanmış və hekayəsi olan insanlarla görüşlərin təşkil olunması, onların çıxışlarının yayılması, ictimai müzakirələrin təşkili və orada xüsusilə də, xanımların iştirakı yaxşı olar. Gələcək anaların təhsilli olmasının vacibliyi vurğulanmalıdır. Bir növ, valideynlərə və cəmiyyətə müraciət olunmalıdır ki, övladlarınıza iqtisadi yük kimi baxmayın, övladlarınıza dəyər verin ki, o, sabah yıxılanda ayağa dura bilsin. Çünki, valideyn əbədi deyil. Sən kimisə yarımçıq formalaşdırıb, natamam olaraq cəmiyyətə buraxa bilməzsən. O, sabah cəmiyyətdə özünə yer tapa bilməyəcək və başqalarının da həyatına böyük maneə olacaq. Biz həm də ona görə cəmiyyətin dəyişməsini və rəngli düşünməsini istəyirik ki, insanların həyatı bir-birilərinə maneə yaratmasın”. Ülviyyə Şahin
Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz?Psixoloq.az Sinir.az a istinadən bildirir ki, əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan ibarətdir.Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 % Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.Cin nədir? Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik hadisələrə doldurulan uşaqın, birazca da aşağı təhsil alma ehtimalını da göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.Cin sözünün kökü ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə “Cin” surəsi olmasına baxmayaraq, Allah Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21) “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə3. Ehtiyatlılıq ya da paranoid düşüncə4. Uyğunsuz ya da məhdud əhvah -ruhiyyə Müəllif: Psixiatr Orxan Fərəcli
Onlayn psixoloji dəstək və terapiya xidmətləri ölkəmizdə sürətlə yayılmağa davam edir. Bu vəziyyət bəzi müzakirələrə səbəb olur. Bəzi mütəxəssislər online müalicənin alışılmış olan üz üzə müalicə qədər təsirli ola bilməyəcəyini, online müalicədə terapevtik əlaqənin qurulmasının daha çətin olduğunu müdafiə etməsi ilə birlikdə online psixoterapiyanın təmin etdiyi üstünlüklər onu insanlar üçün cazibədar hala gətirir. Şəxsi təcrübəmə görə üz-üzə psixoterapiyada tətbiq olunan anlayış, etik qaydaların eyni zamanda online müalicədə də rahatlıqla tətbiq olunması mümkündür. Onlayn terapiyanın üstünlükləri haqqında bir az danışsaq: Əgər işləyirsənizsə, sıx bir iş tempiniz varsa və yalnız müəyyən saat aralıqlarında terapiya alma imkanına sahibsinizsə, online terapiya götürmək sizin üçün bir üstünlük ola bilər.Eyni zamanda, nəqliyyat probleminiz varsa, şəhərinizdə terapiyaya müraciət etmək üçün uyğun bir mütəxəssis yoxdursa və başqa bir şəhərə getməyiniz lazım gəlirsə, həm vaxt, həm də nəqliyyat xərclərinə qənaət edə bilərsiniz. Ayrıca, növbə gözləmək kimi vaxt itkisinə səbəb olacaq vəziyyətlərdən xilas olacaqsınız.Özünüz və ya terapevtiniz başqa bir yerə köçsəniz, terapevtinizi dəyişdirmədən onlayn olaraq seanslarınızı davam etdirə bilərsiniz.Həmçinin, nəzərə alsaq ki psixoterapiyanı aparan şəxsin sizinlə eyni kültürdən olması və eyni ana dili danışır olması terapetik bağın qurulması üçün çox önəmlidir, bu zaman xarici ölkələrdə yaşayan insanlar üçün öz ölkələrindən bir psixoterapevtlə onlayn terapiya çox faydalı olar.Fiziki məhdudiyyəti olan və ya evdən çıxa bilməyənlər də onlayn terapiya ilə asanlıqla terapiya ala bilərlər. Bu gün terapiya saatları xaricində bir çox terapevtlə əlaqə saxlamaq çox çətindir, ancaq onlayn terapiya mütəxəssislərinə ehtiyacınız olduğunu hiss etdikdə çatmaq daha asandır.Üz-üzə görüşmələri gec saatlarda almaq şansınız yoxkən, online terapiyanı terapevt üçün uyğun olması halında gec saatlarda da əldə edə bilərsiniz.Bəzi müştərilər başqalarının terapiya aldıqlarını bilmələrini istəmirlər, əgər belə bir şərt varsa, onlayn terapiya almaq sizin üçün faydalı olacaqdır.Digər tərəfdən, üz-üzə görüşərkən problemləriniz olduğunu düşünürsünüzsə, onlayn terapiya almaq sizin üçün daha yaxşı olacaqdır. Onlayn terapiyanın bir çox üstünlüklərini sadaladıq, ancaq nəzərə alsaq ki, bir mütəxəssisi internetdən araşdırdığımız zaman aldadılma riskimiz də kifayət qədər yüksəkdir, bu səbəblə araşdırdığınız mütəxəssisin uyğun ixtisas üzrə təhsil almış olmasına diqqət edin. İstisna deyil ki, bir çox insan internet vasitəsi ilə tapdıqları, bacarıq və təhsilləri limitli olan psixoterapevtlər tərəfindən maddi və mənəvi ziyanlar görürlər. Beləliklə, terapiya prosesinə başlamazdan əvvəl mütəxəssislər haqqında ətraflı araşdırma aparmaq gərəklidir. Onlayn terapiya necə aparılır? Hər seansda olduğu kimi, onlayn terapiya da müəyyən günlərdə və vaxtlarda bir onlayn görüş daxilində edilir. Bunun üçün, hiss və düşüncələrinizi asanlıqla paylaşa biləcəyiniz bir yerdə Skype, WhatsApp və.s video zəng özəllikli tətbiqlər vasitəsilə terapevtinizlə əlaqə saxlaya bilməyiniz kifayət edir. Terapiya prosesi mütəxəssis tərəfindən tətbiq olunan terapiya metodunun məzmunundan asılı olaraq dəyişir. Terapiya lazım olduqda poçt və mesajlarla dəstəklənir.Unutmayın, bir terapiyanın ən vacib dəyərlərindən biri müştəri ilə terapevt arasındakı terapevtik əlaqədir. Mütəxəssis sizə fayda vermək üçün təlim və biliyə sahibdirsə və terapevtik əlaqələriniz möhkəm təməllər üzərində qurulubsa, onlayn terapiya da çox məhsuldar ola bilər. Uzman Psixoloq Cəmilə Rəhimli
“Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya, mazoxizm”. Son zamanlarda nikah statistikası sosial qəzaya bənzəyir: boşanmaların sayı demək olar ki, nikahların sayına bərabərdir. Psixoloqların fikrincə, bu, insanların – ailə qurmaqdan başqa – ağıla gələn istənilən digər səbəblərdən nikaha girmələrinin nəticəsidir. Psixoloq.az Oxu.Az a istinadən xəbər verir ki, məşhur psixoterapevt və çoxsaylı kitabların müəllifi Mixail Litvak, kimin xoşbəxt ailə quracağı, kimin isə boşanmalar statistikasını artıracağı barədə danışıb. Arayış: Litvak Mixail Yefimoviç (1938-ci ildə Rostov-na-Donuda anadan olub) 40 illik təcrübəsi olan psixoloq və psixoterapevt praktiki və populyar psixologiya üzrə kitabların müəllifi. Məşhur əsərləri: “Aykido psixologiyası”, “Spermatozoid prinsipi”, “Xoşbəxt olmaq istəyirsənsə”, “Taleyini necə bilmək və dəyişmək olar?”. - Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz... - Var, amma azdır. Mən özüm ailələri tədqiq etmişəm. 11 min ailəyə 3 xoşbəxt ailə düşür. Amma əsası – yalnız xoşbəxt ailələr – normaldır. Qalanları patologiyadır, iki bədbəxt insanın bərabər yaşamıdır. - Bu, məhz rus xüsusiyyətidir? - Niyə ki? Patologiya bu və ya digər şəkildə hər yerdə mövcuddur. - Boşanmaların sayı niyə bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər? - Bu, insanların pis tərbiyə olunduqları üçün baş verir. Onlara düşünməyi, ər və ya arvadı seçməyi öyrətməyiblər. Biz sorğu keçirmişik – hansı şəkildə sevgi etirafını daha çox bəyənərdilər? - “Mən sənsiz yaşaya bilmirəm”, “Mən səni heç vaxt incitməyəcəm”, “Gəl, həyat yükünü birgə çəkək” variantları təklif edilmişdi. Beləliklə, qadınların 75%-i “Mən sənsiz yaşaya bilmirəm” ifadəsini seçmişdilər. Görmürsüz ki, bu əyyaş və ya uşaq-kişinin etirafıdır? Amma əsl sevgi etirafı olan “Gəl, həyat yükünü birgə çəkək” ifadəsi heç kimin xoşuna gəlmədi. - Ümumiyyətlə, məhəbbət nədir? - Bu, məhəbbət obyektinin həyat və inkişafında fəal maraqlanmadır. Bax, hamı deyir: seviləsi heç kim yoxdur. Bəs sevməyi bacarırsız? Bizdə nikahlar sanki zəli kimi “Mən sənsiz yaşaya bilmirəm”ə əsaslanır. - Bəs məhəbbətə nə olur, zamanla o hara qeyb olur? - Zamanla məhəbbət güclənir... Amma əvvəlcədən məhəbbət olmayıbsa, vəziyyət getdikcə pisləşir. - Qadın və kişilərin nikah anlayışının fərqi nədir? - Kişilər və qadınlar nikahı eyni görürlər. Amma kişini və ya qadını harda görmüsüz? Bizdə şalvar geyinən və ətək geyinənlər var. Belə ki, öncə kişi və ya qadın olmaq, sonra isə ailə qurmaq lazımdır. Ailə qurmağa fiziki sağlam, mənəviyyatı və maddi imkanı olanların haqqı var. Dilənçi, qeyri-peşəkarlara baş qoşmayın. - Əgər münasibətlər seksdən başlayıbsa, gələcəkdə nə olacaq? - Seks sonra baş verməlidir. Öncə ümumi dünyagörüşü olmalıdır. Məhəbbət bir-birinə deyil, eyni istiqamətə baxmaqdır. Kanada tədqiqatçıları ailəni möhkəmləndirən - dörd amil ayırıblar. Birinci – ümumi dünyagörüşü. İkinci – ümumi qastronomik zövq. Və yalnız üçüncü yerdə seksdir. Dördüncü yerdə bir-birini sığallamaqdır. Ailə seks üzərində qurularsa, bu yaxşı nəticələnməyəcək. - Kişilər çox zaman özlərini erkəklərlə müqayisə edərək, xəyanətin labüd olduğunu söyləyirlər... - Xəyanətlər insanların həyat yoldaşlarını səhv seçdikləri zaman baş verir. Əgər sən səhv etmisən və lazımi adamla evlənməmisənsə (ərə getməmisənsə), təbii ki, başqa birisi xoşuna gəlməyə başlayacaq. - Hansı qadınlara xəyanət edirlər? - Fiziki sağlam, mənəviyyatı olan və maddi azad olan qadınlara. Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya və mazoxizm. Birincisi, onlar ərə getmirlər, kimi isə tərbiyələndirməyə gedirlər. İkincisi, əyyaşla yaşayırlar. Əyyaş nədir? Heyvandır. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər – onlara əzab verilməsini sevirlər. - Əgər qadın fiziki sağlamdırsa, maddi baxımdan müstəqildirsə, amma artıq cavan deyilsə? Onun perspektivi azdır? - O daha çox perspektivə malikdir! Bu, artıq yetişmiş bir insandır. Ona qarnir deyil, bifşteks lazımdır. 45-50 yaşlarında qadın seksdə cavanları kölgədə qoyar. - Görüşmələrin ilkin mərhələsində qarşındakı insanın sənə lazım olduğunu necə müəyyən etmək olar? - Ünsiyyətə, jestlərə və geyim üslubuna görə. Sokrat: “Mənə bir şey de, səni görmək istəyirəm” deyib. Bir neçə ifadədən sonra, qarşında kimin dayandığını, dünyagörüşlərinizin üst-üstə düşməyini müəyyən etmək mümkündür. - Tərəf müqabillərinin seksual konstitusiyaları da müvafiq olmalıdırmı? - Əlbəttə. Əgər kişi seks ilə gündə 3 dəfə 50 dəqiqə müddətində, qadın isə ayda 1 dəfə 3 dəqiqə məşğul olmaq istəyirsə, onlarda heç nə alınmayacaq. - Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşa bilərmi və ya onu tərbiyələndirməyə cəhd edə bilərmi? - Xeyr. Hazır malı almaq lazımdır, yarımfabrikatı yox. Yetişkin insanlar evlənməlidirlər. Tərbiyələndirmək isə yalnız bir adamı olar – yalnız özünüzü. Səhv etmisən, deməli ayrılmaq lazımdır. Başqasını tapmaq lazımdır. - Harda axtarmaq lazımdır? - Yalnız işdə. İnsanı işdə müşahidə edərkən, onun necə olduğunu görürsən. Baxın, biz sizinlə bir yerdə işləyirik, siz mənim haqqımda fikirə maliksiniz... Görüşlərdə və ya gecə klublarında yalnız yalançılar yığışır. - Son zamanlarda qadınların tələbatları dəyişibmi? - Son yüz min ildə olduğu kimi qalıb və heç bir dəyişiklik yoxdur. - Bəs indiki qızların yalnız statuslu kişilərə ərə getmək istəmələri barədə nə deyərdiz? - Doğrudur. Deməli, yetişiblər. Amma özün də statuslu olmalısan. Bizdə isə təəssüf ki, qadınların çoxunda potensial fahişə psixologiyasıdır: varlı kişi tapmaq lazımdır ki, yedizdirsin. Bunun əvəzində isə təsərrüfatla məşğul olmağı və yataqda ona aid olmağı planlayırlar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı: Bu, fahişəlikdi. Amma indi potensial alfons adlandıra biləcəyimiz kişilər də çoxdur, onlar özləri inkişaf etməyə çalışmadan, hesabına yaşaya biləcəkləri qadın axtarırlar. - Amma qadının kişinin kölgəsində qalaraq, onu yalnız ilhamlandırmalı, onun üçün komfortlu şəraiti yaratmalı olduğu barədə nəzəriyyə mövcuddur... - Siz kişini şalvar geyinənlərlə səhv salırsınız. Kişini ilhamlandırmaq lazım deyil. O, öz işindən və aldığı nəticələrdən ilhamlanır. Kişi və ya qadın üçün yaşamaq olmaz. - Bəs uşaqlar üçün? - Heç olmaz... Uşaqlar nə qədər yaxşı və ya pis olsalar da onsuz da 18-20 yaşlarında səni tərk edəcəklər. Kişi və qadın bir-birinə daha yaxındırlar, uşaqlar isə müvəqqəti bir şeydirlər. Məhəbbətimizin meyvəsidir. - Boşanma nəticəsində qadınlar bu “məhəbbət meyvələri” ilə qalır, kişilər isə uşaqlı qadını almaq istəmədiklərini iddia edirlər... - Kişi üçün (şalvar geyinən üçün yox) birinci nikahdan olan uşaq problem deyil. Niyə? Çünki o, sevdiyi qadının yanında olsun deyə uşaq üçün hər şey edər. Amma qadın uşağın hər şeydən üstün olduğunu düşünürsə, o heç vaxt nikahda xoşbəxt olmayacaq. - Belə bir fikir var ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya necə münasibət bəsləyirsiniz? - Qonaqsayağı nikah elə də pis hesab olunmaz. Olur axı, insanlar vətəndaş nikahında yaşayırlar – normaldır. Elə ki, qeydiyyatdan keçdilər, hər şey pisləşir. - Belə dəyişikliklərin səbəbi nədir? - İnsan azad olmaq istəyir. Rəsmi nikah onu sıxır. Pasportdakı möhür heç nəyi dəyişmir. Bu, yalnız axmaqlar üçün dəyişir. Mənbə: Oxu.az
Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onun gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onun fəsadları haqqında mütəxəssislər nə düşünür? Psixoloq.az “İki sahil"ə istinadən bu mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir. -Təranə xanım, erkən nikahların hansı mənfi təsirləri var? -Mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. Bizə verilən imkanlara uyğun olaraq fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. -Erkən nikahların yaratdığı psixoloji problemləri necə təhlil edərdiniz? – Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında özünü biruzə verir. – Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır? -Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik. -Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə nikaha məcbur edirlər. Bu barədə fikirləriniz necədir? – Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda hansı yaşda olmağımızdan asılı olmayaraq stresslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni, psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur. Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq. – Ailələrin övladlarının gələcək həyatında rolu nədir? -Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Mental dəyərləri unutmamaq şərtilə ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.
Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir. Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır. Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq və psixoloqun mövqelərini məzmuna əlavə etdik. Ginekoloq Xumar İsmayılova qeyd edir ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”. Ginekoloq mövzu ilə bağlı ətraflı məlumat verərək əlavə edir: “Erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır. Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür. Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır. Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən də artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir. Əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayətqədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir. 15 yaşından kiçik zahılarda müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımi müalicə aparılmadıqda bu problemlər qalıcı əlilliyə, sidik ve nəcisi saxlaya bilməməyə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. Belə nəticələr bir qadının həyatının sonuna kimi qalır. Həmçinin azyaşlı qızların subay qızlara və 20 yaşından sonra evlənəcək qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma riski yüksəkdir. Bu risk təkcə ananın deyil, həm də uşağın sağlamlığını təhlükə altında qoyur. Azyaşlı anaların uşaqlarında tez-tez immunitet çatışmazlığı olur və 18 yaşından kiçik anaların yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski daha yüksəkdir.” “Erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir. 20 yaşadək qadınlararasında doğum etmiş və doğuşdan sonra olmuş uşaqların sayı çoxdur. Qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Qadınların doğuş qabiliyyətinə təsir edəcək hər hansısa bir problem olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər”, – ginekoloq Xumar İsmayılova vurğulayıb. Ginekoloq sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: “Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır.” Ginekoloji problemlər qədər psixoloji problemlər də bu məsələdə vacib məqamdır. Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov erkən nikahları insan həyatında psixoloji terror adlandırır. O qeyd edir ki, günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi cəmiyyətin mənəvi cinayətkarlığıdır. Psixoloqun fikrincə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. İnsan həyatına mənəvi terrorun edilməsi köləlik psixologiyasıdır: “Ailənin təhsilsiz olması və dırnaq arası adət-ənənə adlanan stereotiplərin mövcudluğu valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin psixoloji müşahidəsidir. Günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi isə cəmiyyətin mənəvi cinayətkarlığıdır. Yaranmış mənzərəyə psixoloji yanaşsaq, aydın görmək olur ki, erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bəzən valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər. Amma, insanın iqtisadi və sosial həyatı uşaqdan asılı deyil. İstənilən halda bir insanın taleyini məhv etmək bir cəmiyyətin taleyini məhv etməkdir.” Psixoloq mövzu ilə bağlı ətraflı fikirlərini əlavə edir: “Konservativ ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “bəxtin bağlanıb”, “yaşın keçir”, “ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir. Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.” “Erkən evlilik həyatına başlamış xanımların ailə qurmaqdan əvvəl fikri öyrənilmədiyi kimi, ailə qurandan sonra da heç bir məsuliyyətli qərarların verilməsində də fikri öyrənilmir. Bütün qərarların verilməsində kişi zehniyyəti xüsusi rol oynayır. Tibbi olaraq biliklərə yiyələnməyən ailələrdə qızların istənməyən hamiləlik riskini artırır. Fiziki və psixoloji hazırlığı olmayan insanın uşaq dünyaya gətirməsi onun üçün faciəyə çevrilir. Belə olduğu halda insanda postnatal depressiya müşahidə olunur. Analıq statusunun məsuliyyətini dərk etməyən uşağın öz həyatı ilə bağlı bütün sualları cavabsız qalır. Hər şeyin əvvəlki kimi olmayacağını düşünən şəxs öz həyatında fəaliyyətsizliyi qərarlaşdırır. Bu isə həyatın növbəti mərhələlərində daha çətin psixoloji problemlərə çevrilir”, – psixoloq Rövşən Nəcəfov vurğulayıb. Psixoloq sonda cəmiyyətdəki bu problemin həlli üçün başlıca amilin təhsil, maarifləndirmə olduğunu xüsusi qeyd edir: “Erkən və məcburi nikahlara qarşı mübarizəmizin əsasını maarifləndirmə fəaliyyətləri təşkil edir. Qanunun aliliyi ilə erkən və məcburi nikahlara səbəb olan şəxslər cəzalandırılmalıdır. Cəmiyyət olaraq isə erkən və məcburi nikahlara qarşı ictimai qınaq yaratmalıyıq. Biz cəmiyyət olaraq erkən və məcburi nikahlara yox deməliyik. Övladlarımıza iqtisadi yük kimi deyil, cəmiyyətin dəyərli üzvləri kimi baxmağı öyrənməliyik. Hər bir ölkənin gələcəyi gənclərdir. Gələcəyimiz üçün övladlarımızın təhsilli, sağlam və yaradıcı olması vacibdir.” Səma Qurban AMVPRESS.AZ
Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların "birdəfəlik" hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar.Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu "işarələyir". Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq valideyn-uşaq münasibətlərində problemləri kəskinləşdirir. Bunun nəticəsi olaraq uşaq onu sevmədiklərinə inanır. Mövcud vəziyyəti dəyişdirmək və valideynlərin sevgisini "qazanmaq" üçün uşaqlar aqressiv davranış da daxil olmaqla hər hansı bir şəkildə diqqəti cəlb etməyə çalışırlar. Digər uşaqlara elə gəlir ki, valideynləri bilərəkdən onları alçaltmaq, psixikalarını məhv etmək istəyirlər, buna görə də özlərinə qapılırlar və ya əqli qeyri-sabit olurlar. İtaətə gəlincə uşağın aqresiyasına cavab olaraq fiziki üsullardan istifadə edən valideynlərinə etiraz əlaməti olaraq uşaqlar üsyan etməyə başlayırlar. Övladlarını alçaltmağa vərdiş edən valideynlər döyülmüş və qorxmuş uşağın üsyankar etiraz hərəkətləri ilə qarşılaşanda sarsılır. Çox vaxt bu uşaqlar aqressivliyini qiymətləndirə bilmirlər, davranışın bu formasının bəzi mənfi nəticələrə səbəb olduğunu fərq etmirlər. Bəzən də İnamsız, utancaq, küskün, öz fikrini ifadə edə bilməkdə çətinlik çəkirlər, düşünürlər ki, deyəsən bütün dünya onların əleyhinədir. Uşağınıza mənfi duyğuları ifadə etməsini qadağan edə bilməzsiniz. Hər hansı bir duyğuların normal olduğunu vurğulayın. Uşaqla danışın, onu narahat edən şeyləri soruşun. Uşağın özünə hörmətini artırın, tərifləyin, ləyaqətini vurğulayın, tənqidi azaldın. Bərabər bir mövqedən ünsiyyət qurmağa çalışın. Sözlərinizin əməldən ayrılmadığından əmin olun. Cəzalar və mənfi emosiyaların ifadə olunmasına qoyulan qadağa uşağın aqressiv davranışını gücləndirə və problemlərini daha da artıra bilər. Bu davranışın səbəbini axtarın. Müxtəlif yaş mərhələlərində olan valideynlərin çoxu, gec-tez aqressiv uşaq davranışı ilə qarşılaşırlar. Və belə məqamlarda yadda saxlamaları lazım olan əsas şey - bu problemi həll etmək yalnız övladına sevgi, qayğı, hörmət sayəsində mümkündür və lazımdır. Yeganə İskəndərova
Ailədə əlverişli, sakit mehriban atmosferi yaradın və qoruyun. Bir-birinizə diqqət, qayğı göstərin, tərifləyin, komplimentlər söyləyin, zarafat edin, ailənin rituallarını qorumaq üçün yenilikləri düşünün. Ailənin hər bir üzvünün tək qalması və istirahəti üçün şərait yaradın. Uşaqlarınızın və özünüzün sağlamlığınızın qayğısına qalın. Ailənizin qidasına, immunitetlərinə, kifayət qədər yuxu rejiminə diqqət yetirin və bədən tərbiyəsilə məşğul olmağa bir-birinizi ruhlandırın. Bunun üçün internetdə fitnesə aid videolar köməyinizə gələ bilər. Çətin psixoloji vəziyyətdə keyfiyyətli qidalarla düzgün maddələr mübadiləsini qorumaq lazımdı. Ailənin menyusuna daha çox meyvə və dənli bitki daxil edin. Mümkünsə, bişirməyə üstünlük verin, qida rasionunuzda yeniliklər edin, digər ailə üzvləri ilə yemək hazırlayın, uşaqları da cəlb edin. Xəbərləri izləmək üçün çox vaxt sərf edirsinizsə, bu həyəcan və narahatlığınızı artıracaq. Mövcud xəbərlərdən xəbərdar olmaq üçün, gündə 2 dəfə- səhər və axşam 1-2 etibarlı mənbəyə istinad edərək , yatmazdan 2 saat gec olmayaraq baxa bilərsiniz. Özünüzü ünsiyyətdən məhrum etməyin. Dostlar, həmkarlar ilə danışa bilərsiniz. Tanışlar qohumlarla müasir onlayn mənbələrində telefondan istifadə edərək konfrans zəngi ilə birlikdə şam yeməyi təşkil etmək mümkündür. Xoş hadisələri xatırlayıb zarafat edib mehriban şəraitdə ünsiyyət qura bilərsiniz. Yaxınlarınızla ünsiyyət güclü bir mənbə, çətin vəziyyətdə psixoloji dəstəkdir. Gününüzü həm sizin, həm də ailə üzvlərinizin rejiminə uyğun qurmağa çalışın. işinizi uzaqdan həyata keçirin, özünüzü bir iş yerini təchiz edin. Uzanmış vəziyyətdə yataqda və ya divanda deyil rahat bir geyimdə, stol arxasında arabir fasilə edərək məşgul olun. Ailə üzvlərinizə diqqət, qayğınızla yanaşı onlardan bir az təcrid olub özünüzə qulluq etməyə vaxt ayırın. Evdəqal "cəza" deyil, yeniliklər, bacarıq və istedadınızı bu yöndə göstərmək üçün bir qaynaq olduğunu düşünün. Yeganə İskəndərova
Psixoloq.az xəbər verir ki,bu barədə Uzman Psixoloq Gülnarə Muxtarova özünün youtube kanalında video paylaşım etmişdir.Həmin videosüjeti sizinlə paylaşırıq
Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir. Lakin nəticə barədə bir daha düşünməyə dəyər. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişlər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi.Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq…Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.
Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin. 1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız. 2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur. Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm. 3. Xəyanət gördünüzsə dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgili, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə. 4. Ən təsiredici taktika-onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.
İspaniyada aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə vardır.Yaz aylarında aparılan araşdırma kişi psixologiyasının maraqlı nüanslarını ortaya çıxarmışdır. Gözəl, "baxmağa doymadığımız” qadınlar psixi səhhətimizə ziyanmış...Tətqiqat İspaniyada Valensiya Universitetində 84 kişi üzərində aparılıb. Eksperiment zamanı tətqiqatın məğzinin nə olduğunu bilməyən iştirakçı kişilər ayrı ayrı vaxtlarda tək-tək Sudoku həll etmək üçün bir otağa salınır. Hər bir iştirakçı otaqda ilk öncə bir kişi ilə, sonra isə gözəl bir xanımla bir müddət yalnız buraxılır. Hər müddətin sonunda iştirakçılardan ağız suyu nümunəsi götürülür.Öz həmcinsi ilə eyni otaqda olan zaman iştirakçının kortizol səviyyəsi dəyişmədiyi halda, bir xanımla otaqda olan zaman isə ifrat dərəcədə artdığı aşkar olundu.Şüuraltı olaraq "gözəl birinə sahib olmaq lazımdır” istəyini daşıyan kişilər, əldə edə bilməyəcəkləri bir qadınla eyni mühitdə olduqlarında həyəcana qapılırlar və təşviş keçirirlər. Bu da hormonal disbalansa gətirib çıxarır.Ən sonda isə yüksək kortizol səviyyəsinin ürək problemlərinə yol aça biləcəyi də xüsusilə qeyd olunmuşdur. Psixoloq Mikayıl Əli
1. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana cıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksial pozuntular” mövzusunda təsvir edilmişdir. 2. Cinsi meylin güclənməsi - hiperseksuallıq. Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, olqofreniya və s.) və manikal oyanma zamanı rast gəinir. 3. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvas göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kicik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. aiddir.
Psixoloq.az xəbər verir ki, Musson musiqi qrupunun Rəhbəri tanınmış musiqiçi bəstəkar -aranjimançı Samir Şirinov mübarək Ramazan günlərində "Sevincimiz Ramazan"adlı maralı və uğurlu bir layihəyə imza atıb. Musiqisi Samir Şirinova ,Sözləri İkram Əliyeva məxsus olan musiqini tanınmış sənətçi Pərviz Aabdullayev və Seyyid Taleh tərəfindən ifa olunmuşdur.Musiqinin xüsusi peşəkarlıq ilə hazırlanması Sevincimiz Ramazan mahnısının bundan sonra Ramazan Marşı kimidə yaddaşlarda qalacağından xəbər verir.Müəllif tərəfindən paylaşılan musiqili video süjet sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Həmin musiqini sizlərə təqdim edir Musson qrupa isə Ramazan sevincini yaşayan hər kəs tərfindən təşəkkür və minnətdarlığımızı bildiririk. Psixoloq.az
Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir. Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?“İstəməsəniz belə qalxın və məşq edin”Təbii ki, tənbəlliyin müxtəlif səbəbləri var. Lakin psixoloqlar bu qənaətdədirlər ki, “tənbəlliyə qalib gəlmə resepti”nə əməl etməklə bundan qurtulmaq olar. Bəs həmin resept, məsləhət nədən ibarətdir?İlk növbədə, tənbəl adamlara kitab oxumaq tövsiyə edilir. Hətta canınız kitab oxumaq istəməsə belə, oxuyun. Məşq etmək istəməsəniz belə, qalxın və məşq edin. Qısası, hərəkət etmək ən yaxşı motivasiya sayıla bilər. Odur ki, hətta ürəyiniz istəməsə belə, məqamı gəlincə, hansısa işi görməyə ərinməyin.“Böyük işlərinizi kiçik parçalara bölün”İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompyuterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.Bir işi yubatmaq üçün bəhanələr uydurmayın...İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, “bir neçə saat sonra görəcəyəm” deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.Önəmli olan həyata bağlana bilməkdir...Psixoloqların qənaətinə görə, tənbəllik beynimizdəki “qısaqapanma”nın nəticəsində meydana gəlir. Məqsədimiz üçün davamlı çalışmaq sonda insana sevinc bəxş edir: ancaq tənbəl insanlarda bu hal təxminən belə yaşanır: onlar bir müddət çalışdıqdan sonra fasilə verməyə və rahatlığa meyil edirlər. Halbuki yalnız çalışmaqla, sosial fəaliyyətlərlə məşğul olmaqla həyatın dadını çıxarmaq olar, rahatlıq yalnız bununla mümkündür. Davamlı məşğuliyyəti olanlar həm darıxmırlar, həm də üzləşdikləri çətinlikləri unudurlar. Məşhurlardan birinin dediyi kimi, hansı rolda olduğumuz önəmli deyil, önəmli olan həyata hansısa bir yerdən bağlana bilməkdir.Tənbəllərin çox işləri yarımçıq olur...- Tənbəllər yataqlarını yığmır, paltar yumağa can çəkir, ev təmizləməyə maraq göstərmirlər. Evləri çirkab içində olsa belə, təmizləməyə ərinirlər, çünki özlərini çox yorğun hiss edirlər.- Tənbəllərin digər insanlara nisbətən daha az pulu olur, bunu bilirlər, fəqət yenə də işləməyə maraq göstərmirlər.- Tənbəl insanların əksər işləri tamamlanmamış olur. Çünki diqqətlərini toplaya, gördükləri işə uyğunlaşa bilmirlər.Uzun müddət yatmaq tənbəllik əlamətidir...Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz. Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın.
Dünyanın sonu yüzlərlə dəfə proqnozlaşdırıldı ... Və yaşadığımız bu müasir dünyada özümüzü hər il apokalipsisin zirvəsindəki kimi hiss edirik. Dini mütəxəssislər, münəccimlər, yazıçılar və hətta adi insanlar bu barədə proqnozlar verdilər. Yaxşı, hər kəsin bu barədə bir fikri olduğu halda, zamana müqavimət göstərən böyük ağılların susduğunu düşünürsən? Nyuton bu mövzuda bir çox hesablama aparmışdı. 'Məhşər Döyüşü' və 'Müqəddəs Kitab' mövzularında nəzəriyyələr hazırlayan Nyuton, Müqəddəs Kitabın Tanrının vəhyi olduğuna inanırdı və Allahın insanlar kimi əbədi olmadığına inanırdı. Yalnız Allah zamanın əvvəlini də, sonunu da görə bilər. Buna görə də Nyuton dünyanın sonunun Daniel kitabında təsvir olunduğuna inandığını, ona əsaslanan peyğəmbərlik tarixlərini öyrəndiyini söylədi. Beləliklə, Nyutona görə, Allah xidmətçiləri qarşısında bütün zəruri məlumatları artıq hazırlamışdı. Lazım olan şey bu məlumatları gizləndikləri yerdən çıxarmaq və tənliyi həll etmək idi. Nyutona görə, Müqəddəs Kitab tarixlərinə və 'il üçün gün' metoduna əsasən bu üsullar gələcəyi proqnozlaşdırmağa imkan vermişdi. Məşhur fizikin vacib tapdığı tarixlər: 1260, 1290, 1335, 2300. Bu tarixləri apokalipsisin hesablanması üçün istifadə edən Nyuton aşağıdakı kimi 2060-a çatdı. 800-cü ildə Charlemagne Roma imperatoru olaraq taclandı. Digər tərəfdən Nyuton, kilsənin çürümə müddətini 1260 il hesabladı. Bu iki tarixi əlavə edən Nyuton dünyanın 2060-cı ildə bitəcəyini proqnozlaşdırmışdı.Beləliklə, bu hesablamalar tamamilə dini fərziyyələrə, eləcə də Nyutonun şəxsi düşüncələrinə bağlı idi.Nyutonun fikrincə, bu tarix həm də 'Babilin süqutu' və 'kafir kilsəsinin' sonunu gətirəcəkdir. Lakin Nyutonun apokalipsis hissi, İsanın dünyanın məhv edilməsi ilə deyil, daha 1000 il qayıtması və hökm sürməsi demək idi. Nyutonun sözlərinə görə, 'İsa İsrailə qayıdıb mövcud vəziyyətdə sarsılmaz bir səltənət quracaqdı.' Nyuton bu gün tez-tez rasionallıq və ateizmlə birləşsə də, əslində maraqlı və bəlkə də sadiq bir alim idi. Yeri gəlmişkən, 2060-cı ildə bu yazını kimsə oxuyursa, dünyanın nə halda olduğunu təsəvvür etmək çətindir Nyuton özündən bu qədər arxayın olsa da, məqalələrindən birində "Qiyamət 2060-dan sonra qopa bilər, amma əvvəl pozmaq üçün heç bir səbəb görə bilmirəm" demişdi. Notalarında özünə inamlı ton verdiyinə baxmayaraq; 2020-ci il, səhv hesablandığını düşünməyə səbəb olmurmu deyə düşünməmiş deyilik
Gözəllik Tanrının qadınlara verdiyi misilsiz hədiyyədir. Rəqs edən qadın obrazı insanı həmişə valeh edir. Xarakterik rəqslər mahnı ilə müşayiət olunanda sözlərin təsiri rəqsin elementləri ilə harmoniya yaradır, tamaşaçıya duyğulu anlar yaşadır. Hisslərin tərənnümü sözlərin təsirindən riqqətə gələn rəqsın incəliyini, zərifliyini canlandiran nisgilli, həssas, kövrək, xəfif qadın obrazı gözlərimiz önündə canlanır. Bu gözəl musiqi fonunda bəsəkarın notlara köçürdüyü həmin an hiss etdiyi həzin dünyası, şairin kədərinə bükülmüş duyğularının ifadəsi, ifaçının yanıqlı səs tempiri rəqs edən qadının öz aləminə qapılaraq yaşanmış hisslərinin təsirindən mütəəsirlənərək xarakterinin təzahüründən rəqsi qəlbən duyaraq yaşayaraq ifa edir, obraza girib sənət əsəri yaradır. Haqqında söhbət açdığım Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının “Xoreoqrafiya” şöbəsinin müəllimi Günel Eynullayevadır. Bu soyad rəqs aləminə çoxdan tanışdır. Günelin babası Ramiz Eynullayev, Nənəsi Səmayə Eynullayeva və əmisi Tahir Eynullayev rəqsın fədailəri hesab olunurlar. Nənə-babasının himayəsində böyüyən Güneldə rəqsə maraq hələ korpə yaşlarından başlayıb. Təsadüfi deyil ki, indi də 6 yaşlı uşaqlarla gimnaziyada Ritmika fənnindən dərs deyir. Günel Eynullayeva indi çalışdığı İncəsənət Gimnaziyasında bir zamanlar Əminə Dilbazinin sevimli şagirdlərindən olub. Əminə xanım Günelin yüksək potensialını həmişə öncədən görərək ona rəqqasə olmağı tövciyyə edib. Bu istedadlı qızın rəqslə yanaşı musiqiyə olan sonsuz sevgisidir ki onu Musiqi Akademiyasının bəstəkarlıq -tarix nəzəriyyə şöbəsinə -İsmayıl Hacıbəyovun sinfinə gətirib. Bir sıra uşaq mahnıları yanaşı müxtəlif alətlər üçün simfoniyakarın müəllifidi. “Rəqs uşaqlara nə öyrədir?” sualına Günel Eynullayevanın cavabı belə oldu: “Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur. Rəqs sadəcə əyləncə növü deyil. Həm bədənə, həm də beynə müsbət təsir göstərir”. – İncəsənət Gimnaziyasında Ritmika fənnindən dərs deyirsiniz. Söhbət əsnasında dediniz ki, ritmika uşaqlar üçün çox faydalıdır. Rəqsin başqa növləri də olduğu halda niyə məhz Ritmika fənnini uşaqlar üçün gərəkli hesab edirsiniz? – Görkəm, duruş, plastika, qüvvət və dözümlülük – bütün bunlar uşaqlıq dövründən inkişaf edir. Ritmdəki dərslərdə çalışıram uşaqları əzələlərin düzgün formalaşmasına, duruş yaratmağa və bədənin fiziki inkişafı üçün düzgün istiqamətləndirim. Rəqs təkcə fiziki sağlamlığının vəziyyətini deyil, həm də zehni dəqiqliyi artırmaq, diqqəti toplamaq, ritmə uyğun üz mimikaları ilə sərbəstliyə təkan vermək, utancaqlığı aradan qaldırmaq, ünsiyyətə meylliliyi yaratmaq üçün vasitə hesab olunur. İncəsənətin hər bir sahəsi insan psixikasına təsir edir. Musiqi, rəqslər, səs tiplərinə görə insan psixi halətinə və təxəyyülünə sözlər qədər təsir edir. Rəqslə nevroloji sağlamlıq arasında əlaqə var. Rəqs neyroplastikanızı artırır, fiziki fəallığın zehnə və ya idraka təsirini gücləndirir, uşaqlarda, yeniyetmələrdə beynin, intellektin inkişafına müsbət təsir göstərir, yaşlılarda əqli gerilik riskini azaldır, neyroplastikaya kömək edir, hətta qocalma prosesini ləngidir, yaddaşı möhkəmləndirir. Çevik hərəkətlər tələb edən rəqslər intellekti inkişaf etdirmək üçün ən ideal fəaliyyət hesab olunur. Rəqs edərkən musiqini dəyişən ritmləri ilə bərabər necə çevik hərəkət etməyi, necə sürətlə çevrilməyi və fırlanmağı düşününən insanın beyni fəal çalışır. Rəqslər sürəti artırır və bu proses insan intellektini yaxşılaşdırır, problemlərə həllinə qarşı beynin reaksiyasını da gücləndirir. – Hansı yaşda uşaq ritmika ilə məşgul ola bilər? – Uşağın inkişafı 2-3 yaşdan başlayır. Bu yaşda artıq oyun şəklində lazımlı məşqləri edə bilər. Bu yaşda uşaqları sadə hərəkətlər etməyə və onları musiqinin ritmi ilə əlaqələndirməyə hazırlamaq mümkündür. Rəqs terapiyasının əsas məqsədi insanın “mən” hissini və şüurunu qazanmaqdır. Şəxsiyyəti birləşdirmək, inkişaf etdirmək üçün hərəkət və yaradıcı ifadələrdən istifadə edir. Şüurlu bədən təcrübəsinin özünü dərk etməsini təşviq edən, dərinləşdirən fikrə əsaslanır. – Uşağa ritm verərkən nəyi bilmək lazımdır? – Erkən yaşlarından ritmlə məşğul olan uşaqlar hərəkətlərin dəqiqliyini yadda saxlamağa ehtiyac duymazlar. Əsas diqqət uşaqlara ritmi qavramağı, vücudlarını idarə etməyı, təxəyyül oyatmağı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi öyrətməkdir. Musiqi və ritmik təhsildə müntəzəm dərslərin uşağın fiziki sağlamlığına xeyirli olması ilə yanaşı, ritmik dərslər sayəsində uşaqlar daha zərif, cəsarətli olur, hərəkətləri daha rahatlaşır və ifadələr qazanır. – Bildiyim qədər gimnaziyanın ən kiçik yaşlı şagirdləri ilə işləyirsiniz. Bu sizə çətin olmur? Onlar ritmikanı necə mənimsəyirlər? – Ritmik proqramla təmin olunan rəqslər ifa etmək asandır, uşaqlara çox sevinc və zövq verir. Bu xalq oyunları da ola bilər. Kompozisiyalar rəqs hərəkətləri, plastik və məkan konstruksiyalarının köməyi ilə ifadə olunan müəyyən süjet daşıyır. Təlimləri oynaq şəkildə həyata keçirən uşaqlar, musiqi ilə hərəkətləri əlaqələndirməyi, məsələn, “qatar” ilə hərəkəti, rəqsi, cüt-cüt rəqs etməyi öyrənirlər. Rahat atmosferdə uşaqlar azad və açıqdırlar. Qrup işi, yeganə rəqs prosesi ilə tanışlıq ünsiyyət bacarıqlarını da inkişaf etdirir”. – Kiçik yaşlarından rəqsə başlayan uşaqlarda əzələlərin inkişafı necə gedir? – Məktəbəqədər uşaqların böyük əzələlərin inkişafı ilə dərslərə başlaması daha məqsədəuyğun olardı. Çünki bu yaşda uşaqlar gücləri necə ölçməyi bilirlər. Kiçik əzələlər, məsələn, əllər hələ də olduqca zəifdir, onlara ağır yük verilməməlidir. Ritmikanın ahəngini tutmaq musiqi duyumlarına da müsbət təsir edir. *** Bu istedadlı qız Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsini də bitirib. İçərişəhər mühitinə yaxın olan Günelin Vaqif Mustafazadə yaradəcəlığına böyük sevgisi olduğundan ailə dostları Vasif Adığözəlov, Cövdət Hacıyev onu bəstəkarlığa yönləndiriblər. Əminə Dilbazi təəssüflənsə də etiraz etmir. Beləliklə, Günel Musiqi Akademiyasının Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsinə, İsmayıl Hacıbəyovun sinfinə qəbul olunur. O, bir sıra uşaq mahnıları ilə yanaşı, müxtəlif alətlər üçün kiçik əsərlərin müəllifidir. Günel müəllimi İsmayıl Hacıbəyova simfoniya da həsr edib. Bu simfoniya ilə Norveçə, Sankt-Peterburqda keçirilən müsabiqəyə dəvət də alıb. Bu istedadlı qızın arzuları müəlliminin vaxtsız ölümü yarımçıq qalır, həyatı dəyişir. Bbir vaxtlar təhsiı aldığısevimli gimnaziyaya dönür. Hədsiz yüksək musiqi duyumu, səbri, uşaqlara məhəbbəti onu yenidən rəqsə bağlayır. Günel müəllimin məşq prosesinin çətinlik səviyyəsini xatırlayıram. Nəfəsalmanı bərpa etmək üçün aktiv hərəkətlər, ritmə uyğun sakitləşdirici nüanslar və bu qədər fədakarlığın içində körpə fidanların qavraması üçün tələb olunan uzunmüddətli məşqlərdən başqa, bir qayğı ilə də əvəz olunur. Onu evdə gözləyən, bu il birincilərə qoşulacaq əkiz balaları Ayan və Fərhan da ulu babası Ramiz müəllim, Nənəsi Səmayə xanım, Əmisi İmcəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev və nəhayət, uşaqlıqdan bu gözəl musiqi, rəqs mühitində böyüyən anaları Günel Eynullayeva kimi, ailə ənənəsinin davamı olaraq Azərbaycan rəqsini yaşadacaqlarına əminəm. Yeganə İSKƏNDƏROVA
Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.Kassandra Troyanın məhv olmasını qabaqcadan xəbər verir, lakin onu lağa qoyurlar və ağılsız hesab edirlər. Nəticədə, tarixdə bir çox hadisələr var ki, gələcəyi görənlər yaxınlaşan qəzalar haqda insanları xəbərdarlıq etməyə çalışıblar, lakin onlara heç kəs inanmayıb. Beləliklə, belə fenomen tarixə "Kassandra kompleksi" adı ilə düşüb. Sizlərə falçılar tərəfindən öncədən deyilən, lakin buna məhəl qoyulmayan tarixin bir neçə mühüm hadisəsini oxucuların diqqətinə çatdırırıq."Titanik"də köməkçi kimi xidmət etmiş Artur Peyntin qəzadan 3 gün əvvəl məktub yazaraq, gəminin qəza keçirəcəyi barədə xəbərdarlıq edir. Məlumat üçün bildirək ki, bu yaxınlarda həmin məktub Londonda hərracda böyük məbləğə satıldı. Eyni zamanda faciədən 14 il əvvəl ingilis jurnalisti Morqan Robertson qəzanı təsvir edən illüstrasiyalar dərc etmişdi. O zaman heç kəs başa düşmürdü ki, söhbət nədən gedir...Birinci Dünya Müharibəsinin başlanğıcını 1912-ci ildə madam de Tab (Anna-Viktoriya Savara) xəbər vermişdi. 1913-cü ildə isə falçı Almaniyanın Avropadakı hökmranlığının sonunu qabaqcadan demiş, bunu, yaxınlaşan müharibə nəticəsində olacağı fikri ilə qüvvətləndirmişdi. Onun sözlərini də heç kim ciddi olaraq qəbul etmədi...Məşhur öncəgörən Volf Messinq İkinci Dünya Müharibəsinin başlanacağını və Hitlerin tam iflasını qabaqcadan xəbər verir. Hətta bir az irəli gedərək, bunun faşist Almaniyasının SSRİ-yə hücum etməsindən sonra baş verəcəyini bildirir. Baxmayaraq ki, onun şöhrəti və dəqiqliyi hər kəsə məlum idi, yenə də siyasətçilər ona inanmaq istəmirdilər. Stalin də öz növbəsində Messinqə inanmadığını desə də, daim onunla məsləhətləşirdi...Vacib hadisələri yalnız falçılar deyil, həm də yaradıcı insanlar da zaman-zaman xəbər verirdi. Yazıçıların zəngin təxəyyülü, bədii düşüncəsi, yaxşı inkişaf etdirilmiş hissiyyatı onlara bu və ya digər hadisələrin inkişafını qabaqcadan bilməyə təkan verir. Məsələn, Mark Tven tezliklə həyata keçən hadisələri yuxularında görürdü. Onlardan birində o, qardaşının həlak olmasını görür: su, balıq və tilovlar yuxunun əsas atributları idi. 2 həftə sonra qardaşı həqiqətən də balıq ovunda olarkən bədbəxt hadisə nəticəsində həlak olur.İlk atom bombasının partlamasından 30 il əvvəl Herbert Uellsin yazdığı elmi-fantastik hekayələrdə və romanlarda ən dəhşətli silahın ixtira olunacağı haqda qeydlər yer alıb. Eyni zamanda o, əsərlərində Birinci Dünya Müharibəsinin başlanacağına da eyham vururdu - bu, Uellsin müharibədən 13 il əvvəl yazdığı romanda öz əksini tapıb.Zamanın tənqidçiləri onun əsərlərini qeyri-elmi fantastika adlandırırdılar, Albert Eynşteyn isə açıq bildirirdi ki, atom bombası tam bir cəfəngiyyatdır. 1914-cü ildə "Azad edilmiş dünya" romanında Uells uran əsasında bir maddə yaranacağı haqda yazır. Fikrini belə izah edir ki, bu ixtira dünyanın sonunu gətirə bilər, çünki o, sonsuz şəkildə partlamağa davam edəcək. Görünür radiasiya nəzərdə tutulur. Bunu artıq öncəgörmə deyil, məhz ideya da adlandırmaq olar, çünki Uellsin bütün əsərlərini diqqətlə oxumuş fizik Leo Ssilard onun ideyalarını reallığa çevirməyi qərara alır və atomun parçalanması üzərində işləməyə başlayır. Nəticə hamıya məlumdur... "Gələcəyin siması" romanında isə Uells məhz dünya müharibəsinin başlanacağı haqda bədii, obrazlı, geniş məlumat verir.Çex yazıçısı Karel Çapek də robotların və atom bombasının yaranacağını qabaqcadan görürdü. O, 1920-ci ildə qələmə aldığı "R.U.R." pyesində mexaniki insanların kütləvi istehsalı haqqında danışır, onların insanlar üçün ciddi təhdid olacağını bildirirdi. 1922-ci ildə "Absolyut Fabriki" romanında yazıçı, atomları parçalayan "karbüratoru" təsvir edir. "Krakatit" romanında isə bütün dünyanı məhv edə bilən böyük partlayıcı bombanın yaradılacağını yazırdı
Çox hallarda qadınlar kişiləri başa düşülməz qədər cətin bir varlıq olduğu düşüncəsindədirlər. Onları idarə edə bilməyin psixoloji yollarını bilmək isinizi asanlaşdıracaq. Kişilərin nə istədiyi işinizi cətinləşdirir. Əslində isə... 1 - Pozitiv olHeç bir oğlan yanında tez-tez hər şeyə ağız əyən, mızmızlanan, hər şeyə bir qüsur tapan qızlardan xoşlanmazlar.Pozitiv olan, olduğu mühitdən zövq alan və gülər üzlü qızlar hər zaman daha üstün tutular. 2 - Səmimi olmaqdan qorxma Ona qarşı olan duyğularını bildirməyin səni kiçiltməz, əksinə ucaldar.Tez-tez baxışmağınıza baxmayaraq, hələ tanışmaq cəhdi etməyibsə, ilk adımı sən ata bilərsən. 3 - Özünə inan Heç bir şey özünə inam qədər cazibə yarada bilməz.Dostlarının fikirləriylə hərəkət etməydən imtina et və nə qədər inandığını ona göstər. 4 - Təqlidçi olma Məqsədin onun diqqətini çəkmək olduğuna görə bu yolla heç bir şey əldə edə bilməzsən.Hərəkətlərinlə, geyim tərzinlə, danışığınla özünə xas ol, kimsəni təqlid etmə.qadınlar.biz ə istinadən 5 - Mədəniyyət qaydalarına əməl etUcadan gülüş, jarqon kəlimələr və saqqız şişirtmək - belə hərəkətlərlə olsan olsan onun yaxın dostu olarsan 6 - Həddindən artıq makiyajdan uzaq olunYoxsa hər kəsin diqqətini çəkmək istəyən və özünə inamı olmayan bir qız obrazı yaradarsan.Bu da səni məqsədindən uzaqlaşdırar. 7 - Dostlarını yaxşı seçNə demişlər: "Mənə dostunu söylə, sənə kim olduğunu söyləyim". 8 - Özünü inkişaf elətdirOnunla bir yerdəykən danışacaq iki kəlimə belə tapa bilmirsənsə, münasibətiniz başlamadan bitər.Xarici görünüşün qədər intellektual inkişafına da zaman ayır. Bol-bol kitab oxu. 9 - Bir az özündən razı ol Heç kəsi vecinə almayan, özündən əmin qızlar hər zaman diqqət mərkəzində olar.Əgər bunu bacarmırsansa, səssiz qalmağı üstün tut. Beləcə əsrarəngiz bir hava yarada bilərsən. 10 - Kompleksli olma Bəzən özündə qüsur olaraq gördüyün şeylər ona çəkici gələ bilər. 11 - Mənalı baxmağı öyrənTəbii ki, bu onu gözlərinlə taciz edəcəyin mənasına gəlmir.Ona ondan xoşun gəldiyini bildirən bir baxış at, amma davamını gətirmə. 12 - Hər zaman baxımlı ol Bunun mənası sadəcə makiyaj etmək demək deyil. Saçların, manikür və pedikürün həmişə yerində olsun.Çantandan təcili anlar üçün bir nəmləndirici, parladıcı və əlbəttə seksi ətirini əksik etmə. 13 - Geyiminə diqqət et Onun diqqətini çəkmək üçün bahalı və moda geyimlərə ehtiyacın yoxdur.Dəyişik tərzləri qarışdıraraq, düzəltdiyiniz kombinasiyalarla yaradıcılığınızı göstərin. 14 - Dostlarıyla əlaqələrini yaxşı tut Əsasən də can dostuyla!Əgər dostunun gözünə girmisənsə, deməli bir problem yoxdur. 15 - Təbii ol Bütün bu məsləhətlərə əməl edərkən, təbii olmağı unutma. Bunu bacarmayacaqsansa, heç etmə! Təbiiymiş kimi davranmaq əsasən də ilk görüşdə ediləcək ən büyük səhvlərdən biridir. Əgər səni təbii halınla bəyənməyəcəyini düşünürsənsə, yanılırsan deməkdir.Oğlanların çoxu belə qadınlardansa, arada bir küfr edən, hətta dozunu qaçırmamaq şərtiylə baxımsız qadınları daha çəkici hiss etdiklərini etiraf edirlər.
Psixoloq.az bildirir ki ,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız. Psixoloqlar belə hesab edir 1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz. 2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır. 3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.Bu onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən keçirilir, “süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır. 4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı dəyişə bilər.Adicə eksperiment keçirdin: sevdiyiniz filmin musiqisiz, soundtrack olmayan versiyasına baxın, yaxud digər musiqi sədaları altında izləyin. Müşahidə edəcəksiniz ki, tamamilə başqa hisslər, təəssüratlar keçirirsiniz. Bu aspektlər isə birbaşa olaraq fikir formalaşmasına təsir edir 5. Xoşbəxtliyi pulla almaq fikri.Maliyyə çətinliyi yaşayan insanlar bir qayda olaraq daha çox stress, gərginlik yaşayır, lakin insanların gəlir səviyyəsi kifayət qədər yüksək həddə gəlib çatanda onların xoşbəxtlik səviyyəsi, təsəvvürləri dəyişmir. Bu isə bir daha sübut edir ki, zənginlik xoşbəxtliyə zəmanət vermir. 6. Yeni əldə olunanlar yox, yeni təəssüratlar insanı xoşbəxt edir.Bir çox araşdırmalar göstərir ki, insanı material qazanclar həmişə xoşbəxt etmir. Əslində istirahət, restoran və s. kimi əyləncələrə xərclənən pullara qənaət etmək haqqında məsləhətlər həmişə düzgün olmur, çünk, bunlardan əldə olunan, təəssüratlar, hisslər, formalaşan fikirlər insanın əhvalını yüksəldir, ətrafa müəyyən baxışını yaradır, xoşbəxtlik, tamamlıq hissinə gətirir.Psixoloq.az
Yeni bir münasibətə başladığınızda münasibətdə olduğunuz insanın yanında çox rahat davranmaq üçün özünüzə bir az zaman verin. Münasibətin ilk günündə sosial şəbəkədə haqqındakı detallar ya da mədənizdəki problemlərdən bəhs etməyin. Kişilər, bu kimi vəziyyətləri dərininə bilmək istəməzlər Şahzadə olmaq arzusu Gələcək planlarınız həqiqi olmayan xəyallarla çox doludursa ya da istəkləriniz həddindən artıq dərəcədə şişirdilmişdirsə sevgiliniz bu vəziyyətdən xoşlanmaya bilər. Əlaqənizin ilk mərhələlərində ona bu xəyallardan bəhs etməyə başladığınızda sizi ilk olaraq dinləyəcək. Ancaq zaman keçdikcə sizdən sürətlicə uzaqlaşmağa başlayacaq. Hər şeydən şikayət etmək Hər şeydən şikayət etmək və heç cür məmnun ola bilməmək vəziyyəti, münasibətlərin ən böyük qatilidir deyə bilərik. Əlaqənin ilk mərhələləri hər vaxt daha həssas detallarla doludur və bu tip mız-mız vəziyyətlər kişilər tərəfindən heç xoş qarşılanmaz. Sevgiliniz, diş pastasını ortadan sıxırsa buna ilişməyin, çox dağınıq biridirsə bir müddət görməməzlikdən gəlin. Əlaqəniz irəlilədikcə bu kiçik problemləri asanlıqla aşacağınızı görəcəksiniz. Davamlı diyetdə bir həyat Sağlam qidalanmağla yaxından əlaqədar bir qadınsınızsa, paylarınızın böyük əksəriyyətində daha yüngül yeməklər və diyet təriflər iştirak edir. Siz bu vəziyyətdən çox xoşlansanız da eyni şey sevgiliniz üçün keçərli olmaya bilər. Çünki bir çox kişi, yemək mövzusunda çox həssasdır və ləzzətli yeməklər yemək istəyər. Diyetinizə uyğun olmasa da arada sırada birlikdə ləzzətli yeməklər yeyin. Onu dəyişdirməyə çalışmaq Sevgilinizi dəyişdirməyə çalışmaq yalnız zaman itkisinə gətirib çıxara bilər. Onu dəyişdirməyə çalışmaq yerinə bütün qüsurlarıyla qəbul etməlisiniz. Olduğu kimi qəbul edib sevdiyinizdə əlaqənizin daha möhkəm bir təməl üzərində qurulduğunu görəcəksiniz. Eqoizm etmək Eqoizm etmək münasibətə ən çox zərər verən şeylərin başında gəlir. Hər vaxt önə çıxmaq və yalnız öz problemlərinizdən bəhs etmək yerinə bir az da qarşınızdakını dinləməyə çalışın. Onu bu mövzuda maraqsız buraxdığınızda sizdən soyumasına şəraət yaratdığınızı unutmayın. Etibarsızlıq problemi Sevgilinizin harada olduğunu və kiminlə nə etdiyini maraqlana bilərsiniz. Ancaq bu vəziyyəti ona davamlı əks etdirdiyinizdə əlaqədə bəzi zəlzələlərin başlayacağını unutmayın. Etibarsızlıq problemi, əlaqələrin ən böyük düşmənlərindən biridir. Sevdiyiniz insana inanmağı bacara bilməsinizsə, bu əlaqənin də uzun sürməyəcəyini bilməlisiniz. Kompliment deməyə məcbur etmək Biz qadınlar, sevdiyimiz kişidən iltifat eşitməməyə başladığımızda onu bu mövzuda bir az məcbur edə bilərik. Ancaq unutmayın ki, kişilər bu vəziyyətdən heç də xoşlanmır. Kompliment deməyə məcbur etmək yerinə buraxın özü istədiyi zaman sizə nə qədər gözəl göründüyünüzü dilə gətirsin. Bu vəziyyət həm sizin, həm də onun daha çox xoşuna gələcək. Ona zaman vermək Sevgilinizlə daha çox zaman keçirmək və hər fürsətdə onunla plan etmək istəyirsiniz? Əgər vəziyyət belədirsə diqqətli olmanızda fayda var! Çünki kişilər bir az da kişi yoldaşlarıyla vaxt keçirmək istəyər. Ona yoldaşlarıyla kefli vaxt keçirməsi üçün zaman verin. Əhəmiyyətli bir futbol oyununu izləyərkən, ya da bir oyun gecəsində yoldaşlarıyla rəqabət edərkən kişi kişiyə əylənməsinə icazə verin.
Karma inancı hinduizm, buddizm və caynizm kimi batil Şərq dinlərində çox əhəmiyyətli yer tutur.Sanskrit dilinə aid olan karma sözü “hərəkət” mənasını verir. Hind dinlərində karma anlayışı, “səbəb-nəticə qanunu” kimi tanınır. Karma inancını müdafiə edənlərə görə bir insan əvvəlki həyatında nə edibsə, gələcək həyatında onunqarşılığını alacaq. Yaxşı əməllərinin qarşılığıyaxşı, pis əməllərinin qarşılığı isə pis olacaq. Bu düşüncəyə görə, insanın bugünkü vəziyyəti də əvvəlki həyatının bir nəticəsidir.Karma inancında “əvvəlki həyat” o insanın indiki həyatından əvvəlki həyatı, “gələcək həyat” isə ölümündən sonra başlayacağı iddia edilən həyatıdır.Çünki karmanın əsasında insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var. Buna görə də, karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır.Məsələn, bu gün zəngin və ya müvəffəqiyyətli olan bir adamın, əvvəlki həyatında yaxşı bir insan olduğu üçün, bu həyatında zənginliklə mükafatlandırıldığı düşünülür.Eyni şəkildə kasıb, şikəst ya da müvəffəqiyyətsiz olan bir adamın əvvəlki həyatında pisliklər etdiyi və bunun qarşılığını indiki həyatında bu şəkildə aldığı iddia edilir.Hətta bu batil iddiaya görə insan etdiyi pisliyə görə bir sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər.Reinkarnasiyanın batil bir inanc olduğu, kitabın sonrakı hissələrində ətraflı olaraq araşdırılacaq.İlk baxışda karma inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi düşünülə bilər.Çünki, bu inanca görə bir insan yenidən dünyaya gəldikdə ən yaxşı şərtlərdə yaşamaq istəyəcək, bu səbəbdən indiki həyatını, bir sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək.Ancaq, həm karma, həm karmanın təməlini meydana gətirən reinkarnasiya inancı, həm də karma inancına sahib olan hinduizm, buddizm kimi dinlərin özündə birləşdirdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir.Bu səbəblə də,bəhsi keçən dinlərin özündə birləşdirdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətlərə da həqiqi mənada hüzur, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil.Bu inancların geniş yayıldığı, hətta dövlət dini olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.Hinduizm və buddizm kimi dinlərə aid inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi kino ulduzlarının və sənətçilərin bu inanclara olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud meditasiya ilə rahatlıq tapdıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətlərini bu azğın inanclara çəkməyə çalışırlar. Bununla yanaşı, cəmiyyətdə yaradılan mistik və sirli ab-hava xüsusilə gənclərin bu dinlərə marağına səbəb olur.Ancaq bu ab-havadan təsirlənərək karmanı həyat fəlsəfəsi halına gətirən insanların böyük əksəriyyəti də əslində bu fəlsəfələriətraflı araşdırmaz, diqqətlə düşünməzlər.Bu kəslər ümumiyyətlə, mənəviyyata meyilli olduqları üçün, bu fəlsəfələrin gözəl əxlaqla əlaqədar hissələri daha çox diqqətlərini çəkər.Bu səbəblə də, bu dinlərdəki bir çox inancın ziddiyyətli, məntiqsiz, insan fitrətinə və vicdanına zidd xüsusiyyətlərini görməz, bəzivaxtlar da görməzlikdən gələrlər.Halbuki, içində yaşadığı çətin və sıxıntılı həyatdan xilas olmağı və bütün insanların xoşbəxtlik, əmin-amanlıq və sülhlə dolu bir həyat içində yaşamağını səmimi olaraq istəyən bir adam doğru yolu tapmaq üçün səy göstərməlidir.Bunun üçün təsirində qaldığı fəlsəfələri diqqətlə araşdırmalı, tapdığı yolun ən doğru, ən ağıllı və vicdana ən uyğun yol olduğuna səmimi qərar verməlidir
Aşağıdakı suallara cavab verməklə əsəbi, tez həyəcanlanmağa meyilli və ya əksinə - sakit təbiətli, təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdırın. Bütün sualların "bəli" cavabına 1 bal, "xeyr" cavabına 0 bal. 1.Səbriniz çox tez tükənir? 2.Əhvalınız tez-tez dəyişir? 3.Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır? 4.Ətrafdakılara qarşı aqressiv olursunuz? 5.Tez-tez fikriniz yayınır və siz hər şeyi unudursunuz? 6.Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır? 7.Nədənsə narahat olduğunuz zaman yuxunuz qacır? 8.Səslər sizi tez-tez qıcıqlandırır? 9.Telefon zəngi çalanda tez-tez diksinirsiniz? 10.Hətta kiçik, nəzərə carpmayacaq problemlər sizi hövsələdən çıxarır? 11.Səhhətiniz sizi düşündürür? 12.Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz? 13.Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir? 14.Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib? 15.Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğunu bir neçə dəfə yoxlayırsınız? 0-5 bal - sakit,təmkinli 5-10 bal - orta gərgin vəziyyət10-15 bal - çox səbirsiz, əsəbi
Son araşdırmalar göstərir ki, qadınlar İQ testlərdə kişiləri qabaqlayıblar. Psixoloq.az "Daily Mail"a istinadən bildirir ki, qadınlarla kişilər arasında "zəka savaşı"nda zərif cinsin mənsubları bəşər tarixində ilk dəfə olaraq qələbələrini rəsmən təsdiqləyiblər. İQ testlər sahəsində dünyaca məşhur ekspert Ceyms Flinnin müxtəlif ölkələrdə apardığı testlərin nəticələri belədir.Professor Flinin dediyinə görə, kişilərlə müqayisədə qadınlara daha sürətli, genişmiqyaslı və effektiv düşüncə qabiliyyətinə malikdir."Çağdaş dünyanın mürəkkəb tələblərinə qadınlar daha sürətlə uyğunlaşaraq intellektlərini inkişaf etdirirlər. Qadınlar həm işləyir, həm ev işlərini görür, həm də ailəni idarə edirlər. Testlər bariz və açıq şəkildə göstərir ki, qlobal miqyasda qadınların intellekt səviyyəsi kişilərdən üstündür", - Flinn deyib.Onun sözlərinə görə, 1980-ci illə müqayisədə qadınların orta statistik İQ səviyyəsi 30 əmsal artıb.Yeni Zelandiyadakı Otaqo Universitetinin politologiya professoru 16 ölkədə qadın və kişilər arasında apardığı İQ testlərin nəticələri ilə bağlı geniş hesabatı gələn həftə açıqlayacaq.Hələlik yalnız o deyilib ki, İQ testlər zamanı qadınlar 4088139 suala doğru cavab veriblər.Kişilərdə bu göstərici 4077596 olub.
İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi beyinlərinin quruluşunu araşdırıb. Araşdırmaya görə, beyin hər iki cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib. Onlar əvvəlcə qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit edib.Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir. Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən beyinlərin sayının az olduğu bildirilib.Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu. Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında qurulduğunu göstərmişdi.Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdi.
Uzunmüddətli məcburi karantin insanın psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Lakin bunun müvəqqəti olduğunu düşünmək ,bizim ruh halımızı yüngülləşdirə bilər.İnsan psixikası elə qurulub ki o, istənilən hansısa bir məhdudiyyətin öhdəsindən gələ bilir.İnsan qeyri –müəyyən vəziyyətdə psixoloji olaraq əziyyət çəkir. Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır. Pankia isə insanın daxili psixoloji resurslarını tükəndirir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq yaranmış özünü təcrid insanların təkcə fiziki deyil , həmçinin psixoloji təhlükəsizliyini qoruyur. Bu səbəbdən, psixoloji dəstək almaq zəruridir. Mən bir psixoloq kimi məsləhət görürəm ki, bu təcrid müddətində gələcəklə bağlı qısa müddətli planlar, gələcəkdə reallaşdırmaq istədikləri lahiyələr haqqında düşünsünlər.Çünki ,bu bizim psixikamıza müsbət təsir edəcək. Hal –hazırdakı bu həyəcan, təşviş,daxili diskomfort hissinin həll yoludur.Bu müddət ərzində sosial şəbəkələrdə ünsiyyət qurmaq vacib amillərdən biridir . Müəyyən fərqli müzakirə mövzuları seçmək lazımdır .Müxtəlif xeyriyyəçilik və.s tədbirlərə qoşulmaq sizə stimul və motivasiya verə bilər. Qeyd edim ki,neqativ yoxlanılmamış informasiyalardan da uzaq durulmalıdır. Bu müddət ərzində qorxunun və həyəcanın sizi idarə etməsinə izn verməyin.Insan həyəcan keçirərkən onun gücü ,enerjisi tükənin və bu halda o özünü yorğun , tükənmiş və çarəsiz hiss edir. Buna görə də insanın immun sisteminə böyük bir ziyan dəyir. Xatırladım ki ,sizin sağlamlığınız çox dəyərlidir . Sağlamlıq deyərkən təkcə fizialoji deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Unutmayın ki, karantin həyatımızda müvəqqəti bir haldır.Vacib amillərdən biri də budur ki , daxili resurslarımız karantindən sonrakı adaptasiya dövründən sonrakı dönəmdə bizə lazım olacaq.
“Pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə təsirini göstərəcək” Koronavirus pandemiyası səbəbilə evdə qalmaq və virusun yaratdığı qorxu getdikcə insanların psixoloji durumuna təsir göstərir. Bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir. Evə qapanmaq əsasən psixologiyası zəif insanlara daha çox təsir edir. Mütəxəssislərin fikrincə, bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yarana bilər. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Psixoloq.az “Sherg.az”a istinadən açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi. Onun sözlərinə görə, karantin rejimi birdən tətbiq olunsaydı psixoloji fəsadları da böyük olardı: “Bu baxımdan qabaqlayıcı tədbirlər görülərkən bunun göstərə biləcəyi psixoloji təsir də nəzərə alınmışdı. Digər tərəfdən xüsusi karantin rejimi demək olar ki, əksər ölkələrdə tətbiq olundu. Bir çox dövlətlərdə isə bununla bağlı fövqəlada vəziyyət elan olundu. Görülən qabaqlayıcı tədbirlər Azərbaycan daxil bütün ölkələrə müsbət təsirini göstərir. Xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları təhlükəli virusdan qorumaqdır. Müsbət nəticəni də virusa yoluxanların sayının azalmasında görə bilirik”. Karantin rejiminin insanların psixoloji durumuna təsirinə gəlincə E.Rüstəmov bildirdi ki, pandemiya psixoloji təsirini göstərir, bundan sonra da göstərəcək: “Sadəcə bunun təsiri insandan insana, ailədən ailəyə, dövlətdən dövlətə fərqli formalarda olacaq. Nəzərə almaq lazımdır ki, insan psixologiyası həm də individualdı. Hər insanda ortaq psixoloji cəhətlərlə bərabər fərqli xüsusiyyətlər var. Ona görə psixoloji təsir konkret istiqamətdə olmayacaq. Bununla bərabər pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə öz təsirini göstərəcək”. Psixoloq qeyd edib ki, koronavirusa dair ən problemli məqam xəstəliyin etimologiyası, gedişatla bağlı konkret fikrin olmaması, dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir: “Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdir. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Bugün internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video materiallar tirajlanır ki, bu da insanardakı qeyri-müəyyənliyi daha da dərinləşdirir. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Çünki, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir”. E.Rüstəmov pandemiyanın fərdi psixoloji təsirləri ilə bağlı məqama da toxunub: “Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün böyük hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərəcək. Psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranmasına rəvac verəcək. Təşviş-həyəcan, panik atak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida və bu kimi psixoloji pozuntuların artmasına rəvac verə bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə post travmatik stress pozuntusu da artacaq. Insanlar hələ uzun müddət virus qorxusu ilə yaşayaq, təkrar virusun ola biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab Prezindentin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük”.
Özünüzlə tək qalmalısız ki? Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Onlar bu kabus haqqında “psixi sağlamlığa mənfi təsir edir”, “psixikanı zədələyir” deyə düşünürlər. “Doğrudan belədir?” soruşsanız “Yox! Birmənalı yox!” deyərəm. İki meyarı nəzərə aldığınız müddətdə təklik əvəzolunmaz töhfədir: 1. Ölçü – mühümdür. Bu prinsip əlbəttə ki, hər bir sosial və ya psixoloji fenomenə olduğu kimi təkliyə də aiddir. Siz elə bir hal tanıyırsız ki, ölçünü gözləmirsiz, nəticə də xoşagələn olur. Mən tanımıram. Təklik də o cümlədən.. 2. Seçim – zəruridir. Təklik məcburiyyət, şanssızlıq, çarəsizlik kimi görülməyin fövqündə olub, seçim kimi dəyərləndirilməyə ehtiyaclı məfhumdur. Demək, təklik seçim olduqda gözəldir. Əlbəttə ki, insan sosial varlıq olduğu üçün başqaları ilə ünsiyyətə can atır. Təklik onun üçün bir ehtiyacdır. Çünki qazandığı bilik, təcrübə və şəxsiyyətini ünsiyyətdə təkmilləşdirir. Lakin təkliklə əvəzlənməkdən, növbələşdirilməkdən məhrum ünsiyyətin qorxulu tərəfləri çoxdur. Davamlı olaraq insanlar içində olan insan özünün kim olduğunu, nəyə qabil olduğunu, hətta nələri arzuladığını belə dolaşdırıb-qarışdırır, unudur. Təkliklə növbələşdirilən ünsiyyət isə insana bu çaşqınlıqlardan uzaq olmaq imkanı verir, psixikada balans, nizam, harmoniya yaradır. Təklikdə o, sahib olduğu dəyər, fikir və yanaşmaların özünə yoxsa başqalarına xas olduğunu aşkarlaya bilir. Təklik niyə belə qorxuludur? Əksər mədəniyyətlərdə təkliyə baxış fərqlidir, onu insan üçün qorxulu bir hal kimi təsvir edirlər. Bilirsiz ki, təkamül boyunca tək olan insan təbii fəlakətlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, təbiət hadisələrinə, vəhşi heyvanlara qarşı mübarizə qrup şəklində daha effektli olurdu. Əcdadlarımız üçün təklik ölümlə nəticələnə bilən, məhv olmağa bərabər bir hal idi. Məhz ondan irəli gəlir ki, təklik müasir insanın alt şüurunda qorxulu bir hal olaraq yerləşib. Tarixən də təklikdən cəza olaraq istifadə etmək, birini cəzalandırmaq üçün təcridə üstünlük vermək psixikamızda onun qorxunc adını daha da möhkəmləndirib. Hətta Virciniya universitetində aparılan araşdırmada qadınların 1/4, kişilərin isə 2/3-ü tək qalmaqdansa elektrik şoku keçirməyə razı olduqlarını bildiriblər. Xilaskarımız olan təkliyə qarşı münasibətə baxın da siz. Hə, bir də əmin olun ki, əgər bir insan tək qalmaqdan qorxduğu, narahat olduğu üçün digərləri ilə zaman keçirirsə bu onun psixikası üçün qorxduğu, özünü qoruduğu təklikdən daha təhlükəlidir. Təklik niyə yaxşıdır? İstər introvert ol, istərsə də ekstrovert, təklik ona vurulan damğalardan asılı olmayaraq hər kəs üçün faydalıdır. Təkliyin topladığım sosial, emosional, əqli, davranış faydalarını təqdim edirəm: 1. Əqli: Özünə tək zaman və məkan vermək düşüncələrə sərbəstlik, azadlıq verir. Kreativlik artır, məhsuldarlıq yüksəlir. Şəxs gələcək planlarını, xəyal və arzularını həyata keçirməyin yollarını aydınlaşdıra bilir; 2. Sosial: Başqalarını məmnun etməkdən uzaqlaşmaq istəyən hər bir insan üçün təkliyə vaxt ayırmaq nemətdir. Bu halda təklik insana kömək edir ki, başqalarının yanaşmaları, münasibətləri, hətta təzyiqləri haqqında narahat olmadan mühitə, insanlara yeni fikir və maraqlar formalaşdırsın. Getdikcə sərhəd və məsafələrə olan baxış formalaşır və münasibətləri yeni müstəvidə nəzərdən keçirmək mümkün olur. Özünü tanımağa başladıqca daxili aləmini paylaşacaq adamların kim olacağına da şüurlu qərar verir. Hətta özünü yaxşı tanıdığı üçün empatiya hissi də yüksəlir. Bu mənada təklik yalnız başqaları ilə münasibətlərini yenidən qurmağa deyil, dünyanı anlamağa, bəşəri dəyərlərə qoşulmağa kömək edir; 3. Emosional: İnsan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur. Hər kəs razılaşar ki, təklikdə mütaliə də, rəqs də, musiqi ifası da daha rahatdır. Ona görə də alınan zövq və həzz daha keyfiyyətli olur; 4. Davranış: Başqalarından kömək gözləməyə gərək olmur, özünütənzimləmə yüksəlir. Özünü görə bildiyi üçün, özünəinamı sağlamlaşır, özü ilə əlaqədar təhlili obyektiv olur. Nəticədə insan səbrli olub həyəcan, gərginlik, streslə özü mübarizə apara bilir. Necə etməli? Yenisinizsə təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq. Bir də balansı, ölçünü qorumaq lazımdır demişdim, bu isə hər insandan asılı olaraq fərdi xarakter daşıyır. Hər kəs öz normasını özü onu hiss edərək müəyyən edə bilər. Seçiminiz olan ölçülü təkliyə kiçik addımlarla başlamazdan əvvəl “təklikdə zaman mənim özümə hədiyyəmdir” deyin.
Psixoloq .az xəbər verir ki,Türkiyədə uzmanllıq dərəcəsi almış Psixoloq Gülnarə Muxtarova özünün sosial hesabında uşaqların latent və genital mərhələdə yaşaya biləcəyi qorxulardan danışaraq valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin video görüntünü sizlərə təqdim edirik.
31 nömrəli orta məktəbi bitirdikdən sonra 1988 ci ildə BDU nun jurnalistika fakultəsini,1999 cu ildə isə APU nun psixologiya fakultəsini bitirib. Aztv də redaktor kimi fəaliyyət göstərib. İkinci ali təhsilini aldıqdan sonra 1999 cu ildən Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında psixoloq kimi çalışır. Bİr çox təlimlərdə və sertifikasiya proqramlarında iştirak etmişdir. "Bir addım inkişaf layihəsində, Məktəb psixoloqlarının I Ümumrespublika konfransında və Ümumtəhsil məktəblərində "Psixoloji böhran və ona yanaşma metodları" forumunda sertifikatla təltif olunub. Uşaqlarla yanaşı böyüklərə psixoloji yardım göstərir. Müxtəlif saytlarda psixoloji publisist yazıları dərc olunur.
Açıq adres psixoloji blogunun yaradıcısı Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakultəsində bakalavr 2016-2018-ci illərdə həmin universitetdə psixologiya üzrə magistr təhsili almışdır İnsanları daha yaxından tanımaq və onlara yardımçı olmaq üçün 2015-ci ildə Asan xidmətdə könüllülük programında iştirak etmişdir 2016-cı ildə Azerbaijan British College-də 6ay staj keçmişdir 2018-2019-cu illərdə Ada tədris mərkəzi və Free baby uşaq bağçasında psixoloq olaraq fəaliyyət göstərmişdir 2018-ci ildən şəhərdə və rayonlarda yaşayan pasientləri üçün online psixoloji xidmət göstərir 2009 BMT-nin insan hüquqları bəyannaməsinin 60illik yubileyinə həsr olunmuş treninq 2016 Kayhan Karlı Egitimde yaraticilik ve icsel motivasyon 2017 You are the best İnsa müsabiqəsi qalibi 2017 USB Akademiya iştirakçısı, natiqlik, layihələrin idarə edilməsi bacarıqları və bədən dili üzrə təlimlər 2017 Time to help children layihəsi 2018 Psixoloq Gülər Məmmədova Peşə seçiminin ailə daxili münasibətlərə təsiri seminar 2018 Psixoloq Gülər Məmmədova Cinsi tərbiyə və cinsi münasibətlər seminar 2018 II İnternational Scientific Conference of Young Researchers konfrans 2018 Sara Pour Motivasyon və Bilinçaltı seminar 2018 Psychology of the racism and discrimination training 2019 SHE CONGRESS 100 Business Women of Azerbaijan 2019 Azerbaycan Qadını forumu 2019 Woman at Hilton AMCHAM-American Chamber of Commerce in Azerbaijan 2019 Mindfulness tools for living with less stress and more focus and wellbeing trening 2020 Applied Behaviour Analisys conference
2014-2018 illərdə Bakı Dövlət Universitetində "Psixologiya" ixtisası üzrə bakalavr təhsili almışdır. 2018-2020 illərdə Türkiyənin Samsun şəhərində yerləşən, Ondokuz Mayıs Universitetində "Qadın və Ailə Araşdırmaları" üzrə magistratura ixtisasını bitirərək "Uzmanlıq" dərəcəsini almışdır. 2019-2020 illərdə Türkiyənin İstanbul şəhərində yerləşən, Yıldız Teknik Universitetində "Psixoloji Konsultasiya" ixtisası üzrə ikinci magistratura təhsilinə davam etməkdədir. Bakalavr təhsili müddətində 2016-2018 illəri ərzində Psixi Saglamlıq Mərkəzində 2 illik staj təcrübəsi vardır. Bakalavr təhsil müddətində Sos Uşaq Kəndlərində könüllü psixoloq olaraq çalışmışdır. 2019-cu ildə Türkiyənin Trabzon şəhərində, Karadeniz Teknik Universitetində baş tutan "5. Beynəlxalq Sosyal Elmlər Tələbə Konqresində" 48 fərqli ölkədən qatılan 965 magistratura və doktorantura tələbələri arasından seçilərək konqredə təqdimat haqqı qazanan 108 qatılımcıdan biri olmuşdur. Konqreyə, Samsun şəhərində 300 ev qadını üzərində etdiyi "Ev Kadınlarının Psikolojik İyi Oluş Düzeylerinin Bazı Değişkenlere Göre İncelenmesi" isimli araştırma ilə qatılma haqqı qazanmışdır. Konqredə müəllifi oldugu elmi araştırmasını uğurlu bir şəkildə təqdim etmişdir. Hal hazırda fərdi konsultasiyalar qəbul etməkdədir.
Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar. Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Aliyevin “Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar” yazısını təqdim edirik. Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq “qara vəba”, “xolera”, “ispan qripi”, “Honq Konq qripi”, “donuz qripi”, “HİV/AİDS” kimi pandemiyaları nümunə göstərə bilərik. 11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir il öncə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus adı altında yayılmış xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin qeydə alındığı 2019 - cu ili bildirir. Apardığımız müşahidələr, eləcə də, kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə məhəl qoymurlar. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər. Sual olaraq qoyduğumuz məsələ belədir; niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq. Yoluxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu, yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək,əl-ələ görüşməkdən, yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların daha çox müşahidə olunduğu qənaətindəyik: Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. İnanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.Cins fərqi. Qadınlar kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyillidirlər və başqalarının da bu cür qoruyucu davranışlara riayət etmələrini təkidlə israr edirlər. Bu meyil daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq, ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda, qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur.4. Savadlı olmaq. Bilənlə bilməyən eyni anlamda olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan və səhiyyə mədəniyyəti yuxarı olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyil etmələri daha yüksəkdir. 5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyə və qadağalara uyğun hərəkət edirlər. 6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də, səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər. 7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların, həqiqətən, qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir. 8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar. 9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən, xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir. 10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korrelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma bəzən bu gec ola bilər. “Daldan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq çox gec ola bilər. Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır. Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tövsiyə olunur. Belə olduğu halda -ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına, fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı, o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir. Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də, bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər. Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Bizcə bir statistika insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq insanların panikaya düşməsinin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri açıq şəkildə panikaya yol aça bilər. Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tövsiyəsi verilməlidir. COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər, onları inkişaf içində tuta bilməkdir. Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.
Psixoloq.az xəbər verir ki,bu barədə Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbinpsixoloqu Pərvanə Əhmədova özünün facebook sosial hesabında paylaşım edərək valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin yazını sizlərə təqdim edirik. Bütün dünyada, o cümlədən Azərbaycanda yayılan COVİD-19 pandemiyası özü ilə bərabər bəşəriyyətə bir çox problemlər yaşatmaqda davam edir. Belə problemlərdən biri də məktəblərin bağlanması, məktəbli uşaqların sosial mühitdən təcrid olunması, evdə qalması, təhsildən kənarlaşmasıdır.Bəs bu kimi hallar uşaqların psixologiyasında hansı problemlərə səbəb ola bilər, onlarda psixoloji gərginlik, qorxu, stress, həyəcan yarada bilərmi? Burada valideynlərin üzərinə nə kimi məsuliyyər düşür?Bu suallara cavab tapmaq üçün əvvəlcə qorxunun nə olduğuna və onun hansı yaşda necə təzahür etdiyinə aydınlıq gətirək.Qorxu, yaxınlaşmaqda olan təhlükə səbəbi ilə ortaya çıxan və uzaqlaşmaq istəyi əmələ gətirən bir duyğudur. Qorxu uşaqların görünən və görunməyən təhlükələr qarşısında göstərdikləri təbii bir təsirdir. Qorxu bir əşyaya və hadisəyə bağlı bir haldır. Qorxunun ən vacib xüsusiyyəti gözlənilməz bir vəziyyətdə ortaya çıxmasıdır. Uşaqların qorxuları yaşa görə dəyişə bilər. Aparılmış tədqiqatlara görə :- 0-2 yaş arası uşaqlarda yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyektlərlə əlaqədar olan qorxular; - 3-6 yaş arası: canavarlar, qarabasmalar, qaranlıq, tək yatmaq, tanımadıqları səslər ilə əlaqədar qorxular; - 7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm, təbii fəlakətlər, yaxınlarını itirmək kimi daha gerçək qorxular bir çox uşağın ortaq qorxusudur.Göründüyü kimi hal-hazırda yaşadığımız problemlər və onlardan yaranan həyəcan və təşviş halları ən çox məktəb yaşlı uşaqlara təsir edə bilər. Lakin, bu kimi hallar tez-tez təkrarlanarsa, yəni uşaq ətrafında valideynlərindən, yaxınlarından, kütləvi informasiya vasitələrindən eşitdikləri hadisələrdən dolayı təşvişə düşürsə bu, artıq problem sayıla və uşaqların stress halına gətirib çıxara bilər.Məlumdur ki, stress uşaqlarda daha ciddi fəsadlara gətirib çıxara bilər. Çünki uşaqlar yaşadıqları problem haqda bəzən məlumat verməyə çətinlik çəkir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin daha çox qayğıya, köməyə və himayəyə ehtiyacı olan təbəqəsi sayılır. Bununla yanaşı onlar da böyüklər kimi fəlakət zonalarında xəstəliklər zamanı psixoloji sarsıntılara məruz qalır. Eyni zamanda xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək qorxusu onlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada xüsusilə risk qrupuna aid olan uşaqlar özünə qapalı, həyəcanlı və emosional, melanxoliyaya meyli olanlardır. Bu amillər onların fərdi psixoloji xüsusiyyətlərindən və yaşadıqları ortamda olan gerçək vəziyyətdən, yəni ailədəki mühitdən asılıdır.Bu gün yaşanan hadisələrdən dolayı ailənin, valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideynlər bu gün uşaqlara qarşı diqqəti və qayğını daha da artırmalı, onlarla daha çox vaxt keçirməli, uşaqların boş vaxtlarını evdə daha səmərəli təşkil etməlidirlər. Ətrafda və dünyada baş verən hadisələri onlara daha anlaşıqlı dildə başa salaraq onlardan gigiyena qaydalarına əməl etməyi tələb edərək gigiyenik mədəniyyət formalaşdırmalıdırlar. Həmçinin valideynlər uşaqların kompüter və televizor qarşısında normadan artıq vaxt keçirmələrinə şərait yaratmamalı, bunun əvəzinə onlarla intellektual oyunlar, söz oyunları keçirmək, idman etmək, mütaliə, şəkil çəkmək kimi vərdişlər formlaşdırmalıdırlar.Uşaqlar təcrübələrinin və düşünmə qabiliyyətinin məhdud olması səbəbilə gördükləri və eşitdiklərini düzgün qiymətləndirə bilmirlər. Onlar gördüklərini və eşitdiklərini şişirdərək təhrif edərək qorxulu nəticəyə gələ bilərlər.Əziz valideynlər, uşağınızdan qorxduğu şeyləri izah etməsini istəyin, onların şəklini çəkməsini deyin. Uşaqlar qorxduqlarını çəkdikdən sonra, onu daha rahat başa sala və məlumatlandıra bilərsiniz. Uşağınıza qorxmasının təbii olduğunu və keçəcəyini izah edə bilərsiniz. Bunun üçün özünüzdən və başqalarından nümunə göstərərək ”Bu qorxunu və həyəcanı hiss edən tək sən deyilsən, bir çox insanlar bu halı yaşayır və bu zamanla keçib gedəcək” deyərək onu başa salmağa çalışın.Uşaqlarda həyəcan, təşviş və stress halları müşahidə etsəniz sosial şəbəkələr vasitəsilə psixoloq məsləhəti almağa çalışın.Hamınıza sağlam və firavan həyat diləyilə Müəllif: Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbin psixoloqu Pərvanə Əhmədova.
Psixoloq.az xəbər verir ki,bu barədə Psixoloq Nİgar Cəbrayıl Xəzər xəbərə müsahibəsində danışıb.Həmin video süjeti sizlərə təqdim edirik.
Bildiyimiz kimi ölkəmizdə mövcud olan vəziyyət- valideynlərin gündəlik həyat tərzini gərginləşdirib.Lakin hər bir neqativ və çətin vəziyyətdə bir xeyir var.Biz həyat rutinimizdə,həyat qayğılarımızda övladlarımıza yetərincə zaman ayıra bilməməyimizdən şikayətlənirdik.Məlum vəziyyət isə doğmalarımıza ,uşaqlarımıza- vaxt ayırıb onların maraq dairəsin genişləndirməyə bizlərə şərait yaratdı.Ən tez tez verilən sual-bütün günü uşaqları necə ev şəraitində saxlayaraq?bu mümkündürmi? İlk öncə time managment(vaxtı idarəetməsinə diqqət yetirməliyik)-saat neçədə oyanıb nə etməyimizə.İlk öncə uşaqlarda gigiyenik vərdişləri yarada bilməyən valideynlərə üzümü tutub söyləyirəm ki,indi əsl zamanıdır:səhər diş firçalamağı sevməyən,dərsə tələsməyini vəya gecikməyini bəhanə gətirən uşaqlar-indi bunu valideynləri ilə birlikdə heçbir yerə tələsmədən əyləncəli şəkildə edə bilərlər.Sonra təbii ki dərslərə qatılmağımız mütləqdir(dünya praktikasında distant online dərslər çoxdan tətbiq olunur)lakin doğma Vətənimizdə bu praktika artıq öz bəhrəsin verir.Dərsə öz sinif yoldaşları ilə birlikdə qatılaraq-onlar ilə həm ünsiyyət qurub həmdə bu yeni bir dərs rejiminə də adaptasiya olurlar. Övladlarımızın psixoloji və fizioloji sağlamlığı çox vacibdir-bunun üçün dərslərə ara verən zaman idman hərəkətləri,əzələ relaksasiyası da həmçinin önəmlidir.İdman alətləri,hər hansı idman ləvazimatları bir çox ailələrdə var-onların vasitələri ilə də oturaq həyat tərzimizi(az hərəkətliliyizi-gipodinamiyanı ),aradan qaldıra bilərik.Musiqili idman hərəkətləri əhval ruhiyyəmizi yüksəldərək,movcud xoşbəxtlik hormonlarımızı artıraraq gündəlik həyatımıza rəng qatacaq. Bu karantin vaxtı vaxtımızı səmərəli keçirərək:kitab oxumaq(uşaqlarımız üçün bir çox audiokitablar yaradılıb),virtual akvarium,zoopark,muzeyləridə seyr edə bilərik.Ailəlikcə stolüstü oyunlar(loto,domino,cenqa,monopoliya və s.)strolüstü bir çox müasir oyunlar ilə vaxtımızı keçirə bilərik.Keçmiş illərdə bir sıra yaddaş, diqqət ,məntiq zəifləməsinin qarşısın almaq məqsədi ilə-nənə babalaramız -krossvord,çaynvord,sudoku və s.kimi oyunları oynayaraq asudə vaxtların zənginləşdirirdilər. Uşaqlar ilə menu düşünün-və bunları əyləncəli şəkildə birlikdə edin.Birlikdə xəmir xörəklərdən məsələn:düşbərə,pizza,pirojki kimi yeməkləri hazırlayın. Toxuma,tikmə,kinetik qum,plastilin ilə məşğələlər təşkil edin.Hətta nağıl qəhrəmanları albomda çəkib,rəngləyərək onları qalın bir kartona yapışdırıb-ailəvi nağılterapiyasıda etmək olar. Bir sözlə vəziyyəti düzgün və sizin ailə prinsiplərinizə uyğun dəyərləndirin.Sağlam və nikbin olun. Psixoloq Nigar Cəbrayıl
Psixoloq.az xəbər verir ki, Tanınmış pedatr dr Sevinc Əliyeva koronovirusla bağlı maraqlı bilgilər paylaşıb.Həmin video görüntünü sizlərə təqdim edirik.
Psixoloq.az xəbər verir ki, son günlər pandemiya ilə bağlı insanların karantin rejiminə riayət etməməsi ilə bağlı psixoloqlarda mediada və sosial şəbəkələrdə marifləndirmə işləri aparırlar.Tanınmış psixoloq Psixologiya Elmi Tədqiqat İnstitunun Sədri Elnur Rüstəmov özünün sosial hesabında maraqlı paylaşım edərək qeyd edir ki, pandemiya rejiminə əməl etməmək psixikamızın Dunning-Kruqer sindromunun göstəriciləridir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Dunning-Kruger sindromu Cornell Universitetinin 2 psixoloqu DavidDunning və Justin Kruger tərəfindən elmə gətirilib. Onlar bu sindroma görə məşhurlaşdılar və 2000-ci ildə Nobel mükafatına layiq görüldülər. Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”. Kitab, qəzet oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzuda məlumatlı biri kimi göstərən insanlar sindromun daşıyıcılarıdır. Onlar özlərini həddindən yüksək qiymətləndirirlər. Onlara görə hər şeyin yaxşısını özləri bilir, idarəetmə bacarığı da yalnız onlarda vardır. Bəs Koronavirusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?Yəqin ki, ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Koronavirusa tutulmayacağını əminliklə söyləyən insanlar var. Onlar deyilən heç bir məsləhətə əməl etmir, "ölərəmsə, heç bir dezinfeksiya, karantin bunun qarşısını ala bilməz"- deyə düşünürlər. Bunlar isə Dunning-Kruger sindromunun əlamətləridir.Ona görə də, əgər bu düşüncələr səndə və ya tanışında varsa, ilk növbədə bu düşüncələri ağlından çıxarmağa çalış. Rəsmi saytlardan Covid-19 la (koronavirus) bağlı məqalələr oxu. Qaydalara lazımi şəkildə riayət et. Əks təqdirdə Dunning-Kruger sindromu #evdə qal müddətində daha da arta, Sənin və ətrafın yaşam tərzini çətinləşdirə bilər. Bugün Covid-19-a inanmayacaqsan, sabah qohumun təhsilini sorğulayacaqsan, ananın yeməyindən daha gözəl yemək bişirə biləcəyinizi düşünəcəksən, istəsən, qardaşından daha yaxşı yerlərə gələbiləcəyinizi söyləyəcək, lazımsız yerə atanıın “səhv”lərini sorğulayacaqsan. Həyatını bu cür keçirməmək üçün Sən də bizə qoşul. Ailən üçün, sevdiklərin üçün#Evdə qal, sağlam qal.
Uzman Psixoloq Gülnarə Muxtarova. 2013-2017-ci illərdə Bakı Dövlət Üniversitetinin Sosial Elmlər və Psixologiya fakültəsi bakalavr təhsilini bitirmiştir. 2017-2020-ci illərdə Türkiyə Respublikasının Bursa Uludağ Universitetində uzmanlıq dərəcəsini almışdır. 2019-cu ildə Türkiyə Respublikasının Antalya şəhərində təşkil olunan 21-ci Beynəlxalq Psixoloji Danışmanlıq ve Rehberlik Konfransında "Lise Öğrencilərinin Kendini Gizleme Davranışı ile İnternet Kimliği ve Kaygısı Arasındaki İlişkinin İncelenmesi" mövzusunda uğurlu şəkildə təqdimat etmişdir. 2019-cu ildə Türkiyə Respublikasının Edirnə Şəhərində Trakya Üniversitesində təşkil olunan 5-ci Beynəlxalq Yabancı Uyruklu Öğrenci Sempozyumunda "Türkiyede Eğitim Alan Yabancı Uyruklu Öğrencilerin Karşılaştığı ve Yaşadıkları Psikolojik Sorunlar" mövzusu ilə uğurlu tədqiqat işi aparmışdır. 2020- ci ildə CBT tətbiqini İstanbulda alaraq psixoterapevt dərəcəsini almıştır. 2020-ci ildə Oyun terapiyası eyni zamanda Kısa Süreli Çözüm Odaklı terapiya metodu təhsilini almışdır. 2017-2020-ci illərdə Türkiyədə 3 fərqli özəl təhsil mərkəzlərində psixoloq olaraq fealiyyət göstərmişdir. Hal-hazırda indevidual olaraq pasient qəbul edir.
Qeyri-müəyyənlik insanlarda narahatçılıq hissi yaradan və ya bu hissi həddindən çox artıran ən önəmli faktordur. İnsan olaraq bizlər, hər şey təxmin edilə bilən, dəqiq və müəyyən olduğunda özümüzü daha rahat hiss edərik. Ola biləcək təhlükələri bilmək və onları kontrol etmək istəyərik, ancaq yaşadığımız dünyada bu hər zaman mümkün olmur. Xüsusilə həyatımızda ilk dəfə qarşılaşdığımız, 100 ildə bir görülən pandemiya halı təbii olaraq böyük stres yaradır. Stres bədənimizin ruhi və fiziki bütünlüyünün pozulmasına qarşı verdiyi adaptasiya reaksiyasıdır. Təhlükə, qorxu qarşısında bədənimiz 3F reaksiyası verir (fight, flight, freeze) Savaşmaq (fight)Qaçmaq (flight)Donub qalmaq (freeze) Təhlükə ilə qarşı-qarşıya qaldığımız vaxt, böyrəküstü vəzidən çox miqdarda adrenalin ifraz olunur. Damarlarımız adrenalinlə dolur və qan vasitəsi ilə bütün bədənimizə yayılır. Bədənimizdə dolaşan adrenalin hormonunun təsiri ilə ürək döyüntüsü artar, tərləmə artışı, titrəmə, istilik basması, ağız quruması, tez-tez nəfəs almağımıza, həyəcan və qorxu hiss etməyimizə səbəb olar.Aylardır davam edən Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruh sağlığı üçün yorucu ola bilər. Xüsusi ilə nevrozun müxtəlif növləri olan insanlar bu periodda daha diqqətli olmalıdır. Obsessiv kompulsiv xəstəlik (sayrışan hallar nevrozu), ipoxondrix pozuntu, panik atak xəstəliyi olan insanlarda əlamətlərdə artış görülə bilər.Məsələn, Türkiyə Psixiatriya Dərnəyinə görə, aşağıdakı qruplar stresə qarşı daha güclü reaksiya verə bilərlər:-Əvvəlcədən nevrotik problemləri və psixiatrik və psixolojik narahatçılıqları olanlar və mualicə alanlar-Uşaqlar və yeniyetmələr-Həkimlər və digər tibbi xidmət verən işçilər (xüsusilə virusa yoluxmuş insanlarla qarşılaşma riski ən yüksək olan tibb işçiləri) Stress reaksiyaları bunlar ola bilər:-Öz sağlamıq vəziyyəti və ya yaxınlarına virus keçirməklə əlaqəli qorxu və təlaş-Yuxu və yemək rejiminin pozulması-Diqqəti toplamaqda çətinlik -Xroniki xəstəliklərin şiddətlənməsi (allergiya, ürək-damar xəstəlikləri, şəkər, təzyiq və s. kimi sistem xəstəlikləri)-Alkaqol, tütün və digər vasitələrdən istifadənin artmasıStressə qarşı dözümlülüyümüzü artırmaq üçün -COVID-19-la əlaqəli məlumatlara həddindən çox məruz qalmanın qarşısını almalıyıq. Özümüzə yaxşı qulluq etməliyik, sağlam qidalanmağa çalışmalı, mütəmadi hərəkətli olmaq və idman etməli, normal yatmalı, dincəlməli, spirtli içki, tütün və narkotik vasitələrdən uzaq olmalıyıq. -Rahatlamaq üçün özünüzə vaxt ayırın, bu narahatçılığın və güclü qorxunun keçəcəyini özünüzə xatırladın.-Bu halda mütəmadi xəbər və sosial media izləmək məyusluq, qəmginlik yarada bilər. Normal həyata qayıtmaq üçün sevdiyiniz şeylərə qayıtmağa, hobbilərinizlə məşğul olmağa çalışın.-Ümid hissini qoruyun və müsbət düşünməyə davam edin.-Hisslərinizi ailə üzvləriniz və yaxınlarınızla bölüşün.-Çox çətinlik yaşadığınız, çıxılmaz durumda olduğunuz hallarda ruhi xəstəliklər mütəxəssisinə müraciət edin. Azər Bağırov-Psixiatr, uzman həkim, Mənbə e-tibb.az
Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan ya məcbur, ya da özləri istəyərək başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Yeni reallıqlar insanların həyat tərzini və vərdişlərini dəyişdirir. Psixoloq.az xəbər verir ki İnsanların müvəqqəti təcrid olunmasının sosial-psixoloji aspektləri barədə psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər kəsin vəziyyəti eyni deyil. Gündəlik qazanc (hər hansı bir məcburiyyət) üçün evdən çıxanları da nəzərə alıb ictimaiyyətə eyni şəkildə təsir edəcək çağırışlar etmək lazımdır:"Məsələn, panikanı azaltmaq üçün "yaşlılar, şəkəri və sairə xroniki xəstəliyi olanlar" risk qrupuna daha çox daxildir deyilir. Bunu deyəndə ekrandan bu göstəriciləri olan neçə adamın səni eşitdiyini düşünsən.. Və o adamların da hər birinin məlumatı dərk etmə şəkli fərqlidir. Sırf bu səbəbdən qorxan insanları təşvişə salmamaq üçün daha mülayim davranmaq əsas şərtdir. Anlamaq lazımdır ki, ölüm üçün zaman, məkan, yaş vəs. fərq etmir. Vaxtı çatıbsa, olacaq. Yeni statistika çıxdı ki, acından ölənlərin sayı koronavirusdan ölənlərin sayından 10 dəfə çoxdur. Bu mövzuda biz panika yaşayırıqmı?!Demək ki, "evdə qalmaq" çarə deyil. Əlbəttə ki, lazımı önləmləri alaraq məhdud həyat fəaliyyətini davam etdirməliyik. Bəlkə koronovirusdan 10 adam ölər, amma hərəkətsizlikdən, qorxudan, ifrat stresdən 10 minlərlə adam ölə bilər. Psixoloji olaraq özünüzə yaxın buraxmadığınız heç nəyi yaşamırsınız. Müsbətə köklənin. Çünki, bu halda immun sistemi də güclənir, şüuraltı da müqavimət qabiliyyətli olur. Müsbət tərəfdən baxsaq müxtəlif periodlarda yaşanan bu cür keçici panikalar insanları ayıldır. Əvvəllər də bu cür risk payı olan böyük xəstəliklər olub. Tv-də senzuralı verilən məhdud məlumatlar dönəmindən, sosial media vastəsilə bütün məlumatların tirajlanması dönəminə keçdiyimiz üçün məsələ bizim üçün bu qədər "qorxuludur".Fəridə Ağazadə sonxeber.az
Psixoloq.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə küçədə öpüşən gənclərin fotosunun paylaşılması bir qrup insanın tənqidinə, bir qrup isə onların müdafiə etməsinə səbəb olur.Bu barədə son zamanlar korono virusla mübarizə ilə bağlı maraqlı yazıları və paylaşımları ilə medianın diqqətində olan, tibb sahəsində peşəkar anestiozoloq, təcrübəli reanimatoloq kimi tanınmış həkim Şahin Məmmədov özünün sosial hesabında paylaşım etmişdir.Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik. Tibbi 18+Küçədə öpüşməyi gündəmə gətirir bəzi dostlar.)Düşünürəm düz edirlər, biraz karonavirus mövzusundan uzaqlaşmaq pis olmaz.Baxiram maraqli kommentler var.Komment yazanlarin ümumi fikrini deyim sonra bu barədə TIBB NƏ DEYIR yazacam.Bir qrup insan deyir öpüşməyə adi baxmaq lazımdir. Çünki bu seks sayılmır. Həm də cinayət işləmirlər ki pis baxasız? Adam öldürürlər ya rüşvət alırlar ? Bacarırsız siz də edin. Sizi hec kim öpmür deye qısqanırsız deyə olmaz deyirsiz . Ikinci qrup insanların fikri belədir ki: Öpüşmək mini seksdir. Onlar instinktiv olaraq əmmək istəyirlər. Küçədə yalniz dodaqdan öpməyə yol verilir deye məcburən yarımçıq seks edirlər. Əlbəttə oğlana tam icazə verilsə çox şey edər.Tibbi tərəfini isə mən izah edim.Dodaqlar və dil sinir reseptorları ilə həddən artıq zəngin yerdir. Bu nahiyələr bədəndə çoxdur, erogen zonalar sayılır. Portnyorun üzəri açıq qalan sinir reseptorları ilə toxundurulduqda hər ikisinin beynində ildirımlar çaxır) Bu elektrik hadisəsi nəticəsində milyardlarla kimyəvi reaksiya surətlənir. Və beyində 3 biokimyəvi aktiv maddə ifraz edilir. Oksitosin, dofamin ve serotonin.Bu maddələr ne iş görür sizə deyim.1. Oksitosin. Bu həmçinin sevgi hormonu da adlanır. 2013 cu ildə aparılmış tədqiqata görə oksitosin partnyorları bir birinə bağlayır. Yəni öpüşənlər hər ikisi monoqam olmağa meyilli olur. Öpüşməyən portnyorların gözləri başqa istiqamətlərə daha çox kayır) Oksitosinə sevgi hormonu adı niyə verilib? Çünki bu maddəyə görə,ana uşağı ilk dəfə əmizdirəndə körpəyə qarşı sevgi yaranır. Qeyd edim ki oksitosin süd vəzilərin giləsi qıcıqlananda daha çox artır. Oksitosin həmçinin uşaqlığı yığaraq qanaxmanı saxlayır deyə uşaq anadan olan kimi döşlə əmizdirilməsi tələb edilir. Nə isə qayidaq söhbətimizə. Oksitosinden basqa beyində çaxan ildirımların nəticəsində2. Dofamin ifrazı artır. Bu maddə hər iki portnyorda həddən artıq xoş hiss- eyforiya yaratmaq işinə baxir. Öpüşənlər bu maddənin təsirinə görə gözlərini bağlayırlar, gözləri açanda isə başları qısa müddətli gicəllənir. Dofamin ürek döyüntüsünü, arterial təzyiqi artırmaqla əzələlərin qanla təchizatını yüksəldir. Hər iki portnyoru ağır fiziki işə - seksə hazırlayır. Və nəhayət3. Serotonin. Bu maddə isə portyorların hər ikisinə relaxing, dincəlmək, rahatlaşmaq, əhval ruhiyənin yuksəlməsi hissini verir. Serotonin stress hormonu olan kortizolu basqılayır. Stressin bədənə olan mənfi tesirlərini götürür. Öpüşmə vaxtı bu maddə çıxmasa idi beyində yaranan ildırımları bədənimiz stress kimi qəbul edərdi və orqanizm zərər görərdi. Serotonin mediatoru depressiya əleyhinə çox güclü vasitədir. Bildiyiniz kimi ən müasir antidepressantlar məhz serotoninin bədəndə parçalanmasının qarşısını alan maddələrdir. Bu antidepressantlara misal kimi Citalopram (Celexa)Escitalopram (Lexapro)Fluoxetine (Prozac)Paroxetine (Paxil, Pexeva)Sertraline (Zoloft) göstərmək olar. Tez -tez öpüşənlərin bu dermanları atmağa ehtiyacları yoxdur.Tez -tez öpüşənlər depressiyadan uzaq, optimist düşüncəli olurlar. Psixoloq.az
Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq. 1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun. 2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun. Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.
Sinir elmləri uzmanı, 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin psixologiya ixtisası üzrə bakalavr , 2016-2018-ci illərdə isə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində Neyroelm ixtisası üzrə uzmanlıq təhsilini almışdır. 2017-2018-ci illərdə Türkiyə Respublikasının Samsun şəhərində təşkil olunan 5-ci və 6-cı Dağınıq Skleroz düşərgəsində psixoloq olaraq fəaliyyət göstərmişdir. 2017-2019-cu illərdəTürkiyə Republikası Ondokuz Mayıs Xəstəxanasında psixoloq olaraq fəalliyyət göstərmişdir. Türkiyədə keçirilən 17-ci Beynəlxalq Sinir Elmləri Konfransında "Dağınıq Sklerozda klinik göstəricilərin xəstə yaxını baxım yükü üzərində təsiri" mövzusunda uğurlu şəkildə təqdimat aparmışdır. Bir çox beynəlxalq təlimlərdə iştirak etmişdir . 2019-cu ildə Türkiyə Respublikası Istanbul şəhərində Tomatis metodunun tətbiqi barədə uzmanlıq təhsili almışdır. 2019-cu ildə Türkiyə Respublikası Samsun şəhərində Türk Psixoloqlar Birliyi tərəfindən Wisc-IV testinin tədbiqi səlahiyyəti qazanmışdır. 27-29 Fevral 2020 tarixlərində Florida şəhərində Actrims Forum 2020 Kongresinde "Caregiver Burden In MS" mövzusunda təqdimatı olmuşdur və müfakata layiq görülmüşdür. Ölkəmizdə bir neçə psixoloji mərkəzdə fəaliyyət göstərmişdir. Hal-hazırda Oratio Psixoloji və Nitq İnkişaf Mərkəzində psixoloq olaraq fəaliyyət göstərir.
Ringelman effekti ( Sosial tənbəllik) Psixoloq.az bildirir ki ,ümumiyyətlə, insanlar çox insandan ibarət olan böyük qrupların daha çox iş bacardığını düşünürlər. Bu əksər məsələlərdə belə olsa da, ancaq Ringelman effekti bunun əksinə, daha çox insan olduqda insanların daha çox tənbəllik etdiyini söyləyir. Buna səbəb olacaq məsələlərdən biri də daha çox insanın içərisində onun işinin qiymətləndirilməsinin çətin olmasıdır. Ən sadə səbəblərindən biri isə insanların "Başqaları işi görür, mənim işləməyimə nə ehtiyac var? " deyə düşünməsidir.Bu haqda ilk dəfə 1913-cü ildə Max Rigelman araşdırmışdır. O,insanlarda belə qəribə hal müşahidə etmişdir ki, qrupda insanların sayı artdıqca onlar öz güclərindən daha az istifadə edirlər.Bu fikri müxtəlif eksperimentlər keçirərək təsdiq etmişdir. Bu eksperimentlərdən biri də belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar.Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Ancaq iki insan öz individual göstəricilərinin yalnız 93 faizini qaldırdı. Səkkiz nəfər isə 49 faizini.Sosial tənbəlliyin daha bir maraqlı tərəfi isə hər cəmiyyətdə fərqli dərəcədə görülməyidir. 1985 ci ildə Tayvanlı və Amerikalı tələbələrim tək başına və qrup halında işdəki performanslarını ölçdükdə, qrup halında işləyərkən Amerikalı təlbələrin tənbəllik etdiklərini görmüşlər, Tayvanlı tələbələrin isə qrup halında işləyərkən daha yüksək performans göstərdikləri məlum olmuşdur. Aybəniz Rəsullu
Psixoloq.az xəbər verir ki,gənclərin birləşdiyi Üçbucaq oxucu birliyi kitabimkitabinolsun heşteqi ile 8 mart beynəlxalq qadınlar günü münasibəti ilı sosial şəbəkələrdə maraqlı aksiya başladıblar.Siz oxucularımızda özəl gün münasibəti ilə bu layihəyə qoşula biləsiz deyə gənclərin sosial şəbəkədə marağa səbəb olan həmin paylaşımını sizlərə təqdim edirik 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR. Bu münasibətlə öncədən bütün xanımları təbrik edir və onlara xoşbəxt, uğurlu, bol mütailəli həyat arzu edirik. Qadın anadır, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın bizə həyat bəxş edən – hədiyyə edəndir. Bu münasibətlə Üçbucaq Oxucu Birliyi olaraq yeni bir sosial dalğa, haştəq yaratmağı , qadınları öz bayramlarında kiçik də olsa öz hədiyyəmiz və sözlərimiz ilə təbrik etmək istəyirik. Bəylər ( həmçinin istəsələr xanımlar da) hədiyyə etmək istədiyi kitabın şəklini #kitabimkitabinolsun haştəqi ilə hədiyyə etmək istədyiniz xanımı tag edin və həmçinin estafeti növbəti olaraq kimə ötürmək istəyirsizsə ( bəy və ya xanım ) “Mən hədiyyə etdim, sıra səndədir” yazın. Biz təşəbbüsü yaratdıq, sıra sizdədir, gəlin bu bayramda qadınları kitab ilə sevindirək. İdeya müəllifi: Türkanə Əsədovaİdeya tərəfdaşları: Üçbucaq Kitab Evi / Üçbucaq Oxucu Birliyi #oxuöyrənpaylaş #kitabimkitabinolsun psixoloq.az
Psixoloq.az xəbər verir ki,Türkiyənin bir anda gündəmini bir birinə vuran filosof uşaq Atakan Kayalar bu indiqo uşaq mövzusunu gündəmdə daha da canlandıraraq,insanları və bilim adamlarını bu barədə yenidən düşünməyə vadar etdi.Bu barədə Türkiyənin yotuberi Tuncer özünün -Gizem avcısı youtube kanalında maraqlı araşdırma təqdim etmişdir.Həmin videonu sizlərə təqdim edirik.
Qoç- yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Buğa- maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin. Əkizlər- özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır.Vaxt darlığı problemlər vəd edir. Xərçəng- dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.Gəzintiyə yollanmaq olar. Şir- yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir. Qız- günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır.Axşam saatlarında alış-verişə yollanmaq olar. Tərəzi- fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əqrəb- situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin.Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin. Oxatan- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar. Oğlaq- yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır. Dolça- yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz. Balıqlar- tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.Dostları unutmayın.Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.
Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu. Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.Mənbə:Psixoloq.az Xəbərə istinad etməniz xahiş olunur
Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq: 1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur. 2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir. 3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir. 4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür. 5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur. 6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür. 7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur. 8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır. Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir. Uzman Psixoloq Cəmilə Rəhimli
Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.Aybəniz Rəsullu
Psixoloq.az xəbər verir ki,bir çox insanlar antidepresantları narkotik tərkibli hesab etdiyindən çox hallarda müalicədən imtina edir və ya həkimdən bitkilərlə müalicə tələb edirlər. Bununla bağlı tanınmış Neyropsixoloq Günel Əhmədova özünün sosial hesabında antidepresantların narkotik tərkibli dərmanlar olmaması barədə paylaşım etmişdir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.Doktor, o narkotik tərkibli dərmanlardan yazma, təbii şeylərdən yazCavab 1. Doktorun bir möhürü ilə heç bir narkotik tərkibli dərman verilmir.Cavab 2. Ali təhsilli diplomu olan doktor dövlət tərəfindən təsdiqlənmiş protokollarda yer alan və tövsiyə edilən dərmanları yaza bilər. Təbii şeyləri loğmanlar yazır. Ona görə də doktora çek açmamışdan əvvəl düşünmək lazımdır: həkiməmi gedəcəm, loğmanamı? Əgər cavab həkimə gedəcəmdirsə, artıq ilk cümlədəki müraciəti etmək nə qədər məntiqlidi, siz deyinCavab 3. Adətən bu sözləri "əsəb" şikayətləri ilə müraciət edən xəstələr deyir. Çünki ağrı səbəbilə gələn xəstə deyir, nə istəyirsən elə, bircə bu ağrıdan canım qurtarsın. Xroniki sinir ağrıları həqiqətən insanı çox üzür. Allah hamıya kömək olsun.Amma yazımı "əsəb" şikayəti edən pasientlərlə davam etmək istəyirəm. Narkotik tərkibli deyilən dərman olaraq əsasən antidepressantlar və neyroleptiklər nəzərdə tutulur. Biz nevroloqlar antidepressant daha çox yazdığımız üçün, onlara yer ayırmaq istəyirəm.Antidepressantlar - narkotik tərkibli deyil. Sadəcə insan beynində bəzi maddələr var ki, onlar əhvala, gümrahlığa, motivasiyaya və digər insanı həyata bağlayan hiss və emosiyalara təsir edir. İnsanın uzunmüddətli stress, depressiya halında isə bu maddələr azalır. Antidepressantlar beyində bu maddənin miqdarına təsir göstərir və normal səviyyəsini təmin edir. Müasir preparatlar öyrəşmə yaratmır, yan təsirləri yetrincə azdır. Ən vacibi odur ki, özbaşına təyinat olmasın, mütləq həkim nəzarəti altında qəbul edilsin.
Mükəmməlliyətçilər gecə yatarkən yuxu rahatlığının mükəmməl olmadığını fərq edə bilərlər. Tədqiqatlar mükəmməllik və yuxusuzluq arasındakı əlaqəni, habelə bu əlaqənin niyə mövcudluğunu vurğulayır. Keçən il bir yuxu laboratoriyasında gecələyən 334 insanın bir araşdırması, daha yüksək mükəmməlliyətçiliyi olanların gecə saatlarında daha tez oyandıqlarını və yuxu keyfiyyətinin azaldığını müəyyən etdi. Bu tapıntılar araşdırma müəlliflərini "mükəmməlliyin yüksək səviyyədə olması kəskin stres amilləri fonunda yuxu pozğunluğuna məruz qalan insanları həssas edə bilər" qənaətinə gəldi, lakin mükəmməlliyin və yuxusuzluğun niyə əlaqəli ola biləcəyi sualına qapını açıq buraxdı. Bunun mümkün səbəblərindən biri mükəmməl olan insanların daha çox stres altında olmasıdır. Emosiyaların tənzimlənməsindəki stres və çətinliklər, mükəmməllik səviyyəsinin daha yüksək olduğu insanlar arasında yuxu pozğunluğunu nəzərə ala bilər. Digər tədqiqatlar narahatlığın mükəmməllik meylləri ilə yuxusuz gecələr arasında itirilmiş bir əlaqə olduğunu irəli sürdü. Psixologiyada Frontiers-də yayımlanan bir araşdırma, perfeksionizmin yuxuya təsir göstərə biləcəyi ilə bağlı daha konkret ipuçlarını təqdim etdi. İsveçrədəki tədqiqatçılar, "Düşməyin çox Qüsursuz" adlı bir məqaləsində, mükəmməllik mütəxəssislərinin xüsusilə "nə olursa olsun" düşüncəsinə sahib olduqlarını və buna görə yuxuya getdiklərini söylədi. Başqa sözlə; Mükəmməl mütəxəssislər əvvəl etdikləri hər hansı bir davranışdan peşman olduqlarını, günah etdiyini və ya utandığını dinc bir gecənin qapılarını bağlayırlar. Bu fərziyyəni sınayan tədqiqatçılar, mükəmməlliyin iki tərəfi, xüsusən yuxusuzluqla sıx əlaqəli olduqlarını müəyyən etdilər. Keçmiş səhvlərlə məşğul olmaq və kiminsə hərəkətlərindən şübhələnmək. Bu işdə həqiqətən maraqlı olan odur ki, perfeksionizm stres səbəbiylə yuxusuzluqla əlaqəli olmaqdansa, perfeksionizmi yuxusuzluqla əlaqələndirən mümkün bir mexanizmə daha aydın bir işıq salır. Başqa bir aydın başa düşülən vəziyyət, mükəmməl olmağa çalışmağın nəticələri, xüsusən yuxuda, qüsursuz olmağın nəticələrindən daha pis ola bilər.
Psixoloq.az bildirir ki,çoxumuz yalan danışmağın uşaqlıqdan bəri pis bir davranış olduğunu öyrəndik. Böyüdükcə kiçik "ağ" yalanlara məruz qaldıq və ya özümüz ağ yalanlar danışdıq. Yetkinliyə keçdiyimiz zaman, insanı tənqiddən qoruduqlarını və ya problemlərini azaltdıqlarını nəzərə alaraq, qanuni yalanları qanuni hesab etdik. Bütün bu proseslərə baxmayaraq, yalanın (kiçik və ya böyük) düzgün sayılacağına əmin ola bilərikmi? NƏ ÜÇÜN "Ağ YALANLAR" söyləyirik Valideynlər üçün uşağın üzülməsinin qarşısını almaq üçün ağ yalanlardan istifadə etmək çox yayqın bir haldır və araşdırmalara görə bir çox mədəniyyətdə bu normal sayılır. Məsələn, bir valideyn uşağın zədələnmiş heyvan haqqında narahat olmaması üçün kiçik yalan danışa bilər və ya həkim otağında incidilmək qorxusunu bununla dayandıra bilər. Çox vaxt bu hərəkət şəfqətli olaraq qəbul edilir və başqa bir insana zərər verməmək üçün deyilən "sosial yalan" hesab olunur. Yetkinliyə girəndə belə "kiçik" yalanlar çox vaxt davam edir. Bir çox böyüklər yalanın yeganə etik variantın olduğu vəziyyətlərdə olduğunu hiss edə bilərlər. Bu hisslərə görə; Kimsə sizin toyunuza necə baxdığını soruşsa, dürüst rəyinizə baxmayaraq, yalnız bir məqbul cavab var. İş mühitində, müdirinizlə qarşılıqlı ünsiyyətə gəldikdə vəziyyət eynidir. Birinin tənqiddən utanmasına və ya narahat olmasına mane olmağınız lazım olduqda eyni durum keçərlidir Belə hallarda insanlar tez-tez özlərinə aşağıdakı sualı verirlər; Həmin an yalan danışmaq dürüstdən daha az zərərlidir.Deyil mi? Peşəkar və şəxsi həyatınızda daha böyük dürüstlüyü təbliğ etməyə çalışın və yalan danışmaqdan çəkinin. Həqiqəti söyləyərkən özünüzü rahat hiss etdiyiniz mühit yaratmağınızdan əmin olun və başqalarının bu şəkildə edə bildiklərini hiss etməyə kömək edin. Mümkün qədər dürüst olsanız, ətrafdakıların inandığınızı hiss edə biləcəyiniz şərait yarada bilərsiniz. Başqa bir məsələ həqiqəti gözəl bir dildə və üslubda söyləməkdir. Bu, müsbət niyyətlə yalan danışma ehtiyacını dayandırmağa kömək edəcəkdir. Ağ yalan danışmaq olmaz! Ən yaxşı və yeganə ünsiyyətin dürüstlük olduğunu düşünənlər də var, ağ yalanı dayandırmaq istəməyənlər və ya bir şəkildə həqiqəti təhrif etmək. Bu davranış növündə aşağıdakı iki amili nəzərdən keçirin: Həqiqətin nə qədər təhrif olunduğunu və yalan ortaya çıxdıqda necə rezonans doğurduğunu. Qısa bir müddət (ölüm və ya xəstəlik hadisəsi kimi) yalan danışmaq və sonra həqiqəti insana bildirmək məqsədəuyğun ola bilər. Ancaq bu kiçik ağ yalanlar da vərdiş halına gələ bilər, addım-addım onlardan uzaqlaşmalısan. Yalan öncə zərərsiz görünsə də, daha yaxşı deyildiyinə və ya deyilməməsinə qərar vermədən əvvəl bu nöqtələri diqqətlə düşünmək lazımdır. Nəticədə gizlənən hər həqiqətin yalan deyilən şəxsə ziyanı var. Unutma ki, dürüst olsanız, insanlarla əsl ünsiyyət quracaqsınız və yalanın zehni sağlamlığınıza hər hansı bir mənfi təsir göstərməsi mümkün olmayacaqdır.
Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər. Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Bu bəzən çətin dövrdə ailələri müvəffəqiyyətə aparacaq ən vacib davranış həmişə diqqətli və diqqətli bir müşahidəçi olmaqdır! Tualet vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq həm fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir. Eynilə, heç bir təhsil verməməyə çalışmaq, vaxtının gəldiyini özünə bildirmək, uşağın tualet tərbiyəsinin gecikməsinə və zehni problemlərə səbəb olacaqdır. Bu dövrün həm uşaqlar, həm də valideynlər üçün asanlıqla aradan qaldırılmasına imkan verəcək təklifləri sadalaya bilərik. Psixoloq.az olaraq uşaqların bu prosesi emosional və ya fizioloji olaraq heç bir zərər vermədən keçməsinə imkan verən addımları sizə təqdim edirik 1- Ehtiyaclarını biruzə verən işarələrini axtarın 2- Düzgün vaxtı müəyyənləşdirin 3- Tualetlə tanış olmaq 4- Uşağın tualet tezliyini izləyin və tualetə aparın. 5- Təşəkkür ilə mükafatlandır 6- Qərarlı olun 7 - səbirli olun Psixoloq Firdevs KAYA
“Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”. Psixoloq.az Oxu.Az-ın məlumatına istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib. O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb: “Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”. A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir: “Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”. Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq: “Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”. İlhamə Əbülfət
Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib. Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib. Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir. Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür. Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur. Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur. Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib. Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir. Oxu az
Psixoloq.az xəbər verir ki,dünyada eləcədə də ölkəmizdə ətrafında böyük müzakirələr aparılan Koronovirus barədə yayılan xəbərlər, fikir mübadilələri,insanlarda təşviş pozuntularının artmasına səbəb olur.Bu barədə özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edən tanınmış cərrah transplatoloq Dr Bəhruz Səlimov virusun psixoloji təsirlərinin immuniteti zəyiflətdiyini vurğulayıb.Həmin paylaşımı oxuyucularımıza olduğu kimi təqdim edirik. Koronavirus epidemiyası ətrafında panika bütün dünyada ağlasığmaz dərəcəyə çatıb. Məndə bir sıra məsləkdaşlarım kimi bu məsələyə soyuq qanlı yanaşmaq istədim.1. Koronavirus infeksiyası min illərdir var və tarixdə heç bir kütləvi ölümlərə səbəb olması qeydə alınmayıb. Adi mövsüm xəstəliklərindən biridir. Bəzən heç əlamət vermir. Bir çox insanda isə özünü öskürək, burun axması və qızdırma ilə biruzə verir.2. Koronovirusa yoluxan və diaqnostika edilən (yoluxub və diaqnostika edilməyən insanlarda olur ki bu insanlarda xəstəliyin ən xırda əlaməti belə olmur) insanların 20-26 %-da sətəlcəm (ağ ciyər iltihabı) əmələ gəlir. Hal-hazırki hesablamalara görə xəstələrin 2% ölür. Lakin, statistik araşdırmalar ölümün real riskinin, xəstəliyin bütün zəyif və yumuşaq keçən formalarını da hesaba qataraq əslində 0.3%-0.8% kimi, yəni daha aşağı olduğunu göstərir.3. İndi isə ən qorxuducu məlumat! : Adi qripdən dünyada il ərzində 290 000-dən 650 000-dək insanın həlak olduğunu bilirsinizmi?!! Xəstələnənlərin illik sayısının 3 000 000-5 000 000 aralığında olduğunu götürdüğümüzdə bu 4.8-dan 20 -dən çox faiz təşkil edir!!! İndi isə düşünün koronavirusdan olan qat-qat daha aşağı olan ölüm riskini yuxarıdaki ilə nisbətdə şişirtməyə ehtiyac var mı?!4. Ölüm riski ən çox kişi cinsi (70%), 60 yaşından yuxarı (85%) və yanaşı ağır xəstəlikləri olanlarda görülür.5. Bundan başqa bədbəxt hadisə, aclıq, çirkli su, dərmanların yan təsirindən saysız-hesabsız ölümlər olur. Nədənsə bunları heç kim gündəmə gətirmir!6. Yaranmış vəziyyət kimin üçün əlverişli ola bilər? - Əvvəla bütün dərman sənayesinə; dərman vasitələri, qoruyucu vasitələr, dezinfeksiya məhlulları, xüsusi qeyimərin satışları kəskin şəkildə artır. İkincisi, müəyyən siyasi güclərdir; ləğv səyahətlər, pozulmuş sözləşmələr, tibbi izləməyə (karantin) görə dayanmış istehsalat və s. səbəblərdən yaranmış iqtisadi zərərləri düşünün.7. Nəzərə alın ki, virusdan savayı məhz stress və çaxnaşma (panika) müqavimətinizi (immunitetinizi) zəyiflədir. Gözəl xəbərlər oxuyun, gülün, sevinin, düzgün qidalanın, yoqa və müsbət düşüncə texnikası ilə məşğul olun!
Qrammatik Xırdaçılıq Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS) “-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ” Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz? Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü ala bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür. Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir. Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər. Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır. Bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun əlaməti sayıla bilər. Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər. Müəllif :Uzman Psixoloq Cəmilə Rəhimli cemilerahimli .com
Bəzən pasiyentlər terapiya seanslarını, uşaqsı eşqlərinin ifadəsi və aşiq olunan terapevtlə birlikdə olmanın gətirdiyi həzz üçün istifadə edirlər və terapevtlərini onların eşqlərinə cavab vermələri üçün zorlayırlar. Terapevtləri isə onların gözləntilərinə riayət etmədikdə isə qəzəblərini açıq şəkildə göstərirlər. Həddindən artıq bir doyum arzusuna çatan və terapiya prosesinə mənfi yöndə təsir edən bu çox xüsusi və “ehtiraslı” tranferans vəziyyətinə “erotikləşdirilmiş transferans” adı verilir. Bu hal, terapevtlə əlaqədar canlı, sıx, məntiqsiz , qeyri münasib, inadçı, qarmaqarışıq, coşğun, ehtiraslı, təcili doyum istəyən və egosintonik kimi görünən erotik obsessiyalarla özünü göstərir. Pasiyent terapevtinə seksuallıq yüklü bir eşq vermək və almaq istəyərkən, gerçəkdə təhtəlşüur səviyyəsində terapevtində bir ana-ata tapa biləcəyinə inanır və keçmişin təkrarlamağa arzusunda olduğunun da fərqində deyil. Hətta bəzən həddindən artıq sevgi və eşq duyğuları və obsessiyaları, bir müdafiə mexanizmi kimi, terapevti öz təhtəlşüur təcavüzkar duyğularından qoruma və ya depresiv duyğuların ortaya çıxışına manə olmaq məqsədi da daşıya bilər. Uzman Psixoloq Psixoterapevt Cəmilə Rəhimli cemilerahimli com
Türkiyənin səhiyyə sahəsində ən qabaqcıl üniversiteti sayılan Hacettepe Universitetində Psixoloji Konsultasiya ixtisası üzrə uzmanlıq, Bakı Dövlət Universitetində isə Psixologiya ixtisası üzrə ali ixtisas təhsili almıştır. Uzun müddət Türkiyə və bir sıra Avropa ölkələrində psixoloq və akademik araştırmacı kimi fəaliyyəti göstərmiş, halhazırda Xəzər Universitetində, Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin Psixologiya kafedrasında Psixologiya dərsini tədris etməkdədir. Vizyon:Seçiləcək terapevtik yanaşma metodu pasiyentin emosianal vəziyyət və diaqnozundan asılı olaraq dəyişə bilər. Bununla bir yerdə mən terapiyada Koqnitiv-Davranışçı, Psixoanaliz və Psixodinamik, Gestalt, və Ekzistensial terapiya metodlarından bir və ya bir neçəsindən istifadə edirəm. Psixoterapiyanın demək olar ki bütün növləri terapevtik münasibəti inkişaf etdirərək problemli düşüncələri və ya davranışları aradan qaldırmağı hədəfləyir. Əlaqə tel: +99455 453-99-21 Ünvan:Cefer Cabbarlı 44 www.cemilerahimli. com
Daxili harmoniyanın sirri Bu gün mən sizinlə bizim üçün çox vacib və zəruri olan mövzu - daxili harmoniya haqqında danışmaq istəyirəm. Əslində bu hamıya şamil oluna bilər. Lakin qadınlar kişilərə nisbətən buna daha çox ehtiyac duyur. Axı, qadınlar üçün bu çox vacibdir...........Bəzən gündəlik həyatımızın qayğıları bizi ondan uzaq sala bilər..... Bir qadın üçün daxili harmoniya nə deməkdir? Mənim fikrimcə, bir qadının daxili harmoniyası onun həyata sevgisidir, özünü necə varsa, qəbul etməsidir, təbiətlə, ətrafdakı məkanla birləşməsidir. Xarici amillərdən və şərtlərdən asılı olmayan bir daxili xoşbəxtlik duyğusudur ... Bu daxili harmoniyanı necə tapmaq, necə qoruyub saxlamaq və ya tamamlamaq mümkündür? İlk öncə ətrafınıza baxın. Sizi məmnun edən nələr var? Əzizləriniz, valideynləriniz, iş yoldaşlarınız, sevimli peşəniz, maraqlı hobbiniz və s. Bunların hər biri sizə rahatlıq verirmi? Əgər sadaladıqlarımda nələrsə sizi narahat edirsə-bunun üzərində mütləq işləmək lazımdır.Gəlin özümüzü təhlil etmək bacarığına yiyələnək. Əgər siz tez- tez qıcıqlanırısınızsa, qəzəblənirsiniz və ya kiməsə həsəd aparırsinizsa bu məsləhətlər sizin üçündür. Daxili harmoniyaya necə nail olmaq olar Bu kifayət qədər sadədir, sadəcə bunu üçün istək və səbr lazımdır. Təbiətdə daha çox olun - şəhərdən çıxın, parkda gəzin, təmiz havadan zövq alın. Təbiətin səslərinə qulaq asın, bu dünyanın bir hissəsini hiss etməyə, ağaclara, otlara və yerə toxunun. Bu sizi müsbət emosiyalar və daxili dincliklə dolduracaqdır. Evinizi lazımsız zibildən təmizləyin. Həyat üçün həqiqətən ehtiyac duyduğunuz və gündəlik görünüşü ilə sizi sevindirəcək bir şeyləri buraxın. TV, radio və zehninizi lazımsız məlumatlarla yükləməyə biləcək hər şeydən yaxa qurtarmaq tövsiyə olunur. Hər gün televizora baxmaq əvəzinə, yaradıcılıq ilə məşğul olmağınız tövsiyyə olunur. Şübhəsiz ki, uzun müddət hər hansı bir şey haqqında xəyal edirsiniz, lakin özünüzə etiraf etməkdən çəkinirsiniz. Qorxularınızı kənara qoyun və arzularınıza gecikməyin. Arzularınızı və uşaqlıq xəyallarınızı xatırlayın və onları gerçəkləşdirməyə başlayın. İndi zamanıdır! İnsanlarla səbirli olun. Çox tələbkar olmayın, heç kim bizə borclu deyil. Əslində heç kim bizi sevməyə belə məcbur deyil, lakin buna baxmayaraq bizi sevirlər. Bunu mütləq dəyərləndirin.Əhv etməyi (bağışlamağı) öyrənməyiniz daha gözəl olardı. Əgər başınıza hər hansı xoşa gəlməyən iş gəlibsə-bu məsələdə müsbət tərəfləri tapın . İndiki zamanda yaşamağa çalışın. İndi və Burada prinsipi ilə yaşayın, çünki "sabah" nələrsə olmaya da bilər. Bütün həyatın bizə bəxş elədiyi gözəllikləri hiss edin və hər gündən zövq alın. Hər bir məsələdə müsbət məqamları axtarın və özünüzü qurban hesab etməkdən çəkinin. Pioritetlərinizin siyahısını yaradın. Həyatda sizin üçün ən vacib olan nədir: sağlam həyat tərzi, sağlam qida, idman, sevgi, maliyyə sabitliyi, azadlıq, uğur, tanınma... Sizin üçün ən vacib olan 5 dəyərin siyahısını yaradın və əhəmiyyətini artırmaq üçün sıralayın. Hər gün siyahıya baxın, ona uyğun yaşadığınızı yoxlayın, bunları necə həyata keçirə biləcəyinizi düşünün. Prioritetlərinizə əməl edərək özünüzə və ehtiyaclarınıza uyğun yaşadığınızdan əmin ola bilərsiniz. Özünüzü sevin, siz hamının xoşuna gəlmək məcburiyyətində deyilsiniz. Hər gün sizi qane edən və zövq verən şeyləri etməyə vaxt tapın. Fərqi yoxdur bu bulmaca işləmək, karaokedə mahnı ifa etmək, sudoku həll etmək də ola bilər.....Yetərki bunu özünüzdə müşahidə edin və hərəkət edin! Optimist olun. Stereotiplər və kimlərinsə xoşa gəlməyən təcrübəsindən ruhunuzdakı harmoniyanı məhv etməyin. Həyatınızı idarə etmək və dinclik hiss etmək üçün həyatda baş verən yaxşı məqamlara diqqətizi yönəldin. Bu sizin həyatınızdır. Hisslərinizi danışa biləcəyiniz bir mütəxəssislə əlaqə qurmağı düşünün, psixoloq, psixoterapevtə də müraciət etmək olar. Əgər bunu etməkdən çəkinirsinizsə, sizi narahat edənləri yaxın dostunuza danışın, lakin o sizin qəlbinizi qırmasın deyə məsləhətlərində obyektiv olmaya da bilər. Özünüzdən başqa heç kimdən təşəkkür gözləməyin. Sizə neqativ emosiyalar yaşadan insanlarda uzaq durun. Özünüzə dəyərli bir insan olduğunuzu xatırladın. Özünüzəməxsus şəkildə cazibədar və gözəl olun. Hər hansı bir vəziyyətə düşməyinizdən asılı olmayaraq əvvəlcə sakitləşin, sonra məntiqlə düşünüb qərar verin. Həyatızı necə varsa qəbul edin.Hər gün minnətdar olmağı, şükr etməyi ən vacib amillərdən həsab edin. Klinik psixoloq,psixoterapevt Nigar Cəbrayıl psixoloq.az
Qoç Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitiklik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək. Buğa Xoş gündür. Yaxşı ideyalarınızı reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sozlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək. Əkizlər Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qarderobunuzu dəyişin. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız. Xərçəng Gün sürprizlərsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz. Şir Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək. Qız Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil. Tərəzi Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək. Əqrəb Düzgün təyin olunmuş məqsəd vacib şərtdir. Sizdən tələb olunan isə təhriflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Oxatan Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Oxatan”lar üçün məhsuldar gündür. Oğlaq Xüsusi əlaqələrinizdə sevdiyiniz adamla paylaşmalarınız arta bilər, birlikdə plan qura bilərsiniz. Son zamanlar hər növ mövzunu çoxlarıyla müzakirə edirsiniz. Şübhələrinizi kənara ataraq hərəkətə keçmək zamanıdır. Dolça Fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Birdən çox təklif qarşısında qərar verməkdə çətinlik çəkəcəksiniz. Balıqlar Bu gün evinizdə istirahət etmək və ya vaxt keçirmək ən böyük arzunuz olacaq. Işdən yığdığınız yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək.
İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Aparılan maraqlı bir araşdırma maraqlı bir nəticə üzə çıxardı. Saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təyziq və qan dövranı yaxşı işləyir. 05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır. 06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır. 08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır. Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır. 12:00-da orqanizm istirahətə ehtiyac duyur. Nahar vaxtı - saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır. Saat 17:00-dən sonra adrenalin ən yüksək həddə çatır. Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir. Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır. Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır. Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır. Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər. diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.
Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.Psixoloq.az Publika.az a istinadən bu yazıda oxuyucuları qidaların insan psixologiyasına təsiri ilə tanış edib. 1. Düyü Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır. 2. Qızardılmış qardağıdalı Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir. 3. Tuna balığı Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur. 4. Donuz piyi Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir. 5. Taxıllar Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır. 6. Qara şokolad Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır. 7. Pendir Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər. 8. Bişmiş kartof Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır. 9. Paxla Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər. 10. Sarıkök Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir. 11. Zəfəran Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir. 12. Darçın Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb. Aytən Məftun
Testi cavablandırarkən hisslərinizi və beyninizə gələn ilk cavabı əsas götürün. Əgər müxtəlif suallara sizin eyni cavabınız olsa narahat olmayın. Sıraları bir – bir oxuyun və kağıza qeyd edin. 1. Sən dənizə baxırsan (nə hiss etdiyini yaz, daha yaxşı hiss etmək üçün gözlərini bağlaya bilərsən). 2. Sən meşə ilə gedirsən və yerə baxırsan (nə hiss etdiyini yaz, 30 - 40 saniyədən artıq düşünmürük). 3. Qağayıların uçuşuna baxırsan (nə hiss etdiyini yaz, cavab hazırdırsa davam edirik). 4. At sürüsü ( nə hiss etdiyini yaz, çox düşünmə). 5. Səhrada çıxıntısı olan bir divar var, bu divarın arxasında oazis var. (burada hiss etmək lazım deyil, necə hərəkət edəcəyini yaz). 6. Səhrada yorğun halda su ilə dolu bir səhəng görürsən (necə hərəkət edəcəyini yaz). 7. Meşədə azmısan, qaranlıq düşüb, ev görürsən,işığı yanır (necə hərəkət edəcəyini yaz). 8. Sən dumanlıqdasan (necə hərəkət edəcəyini yaz). İndi isə Ziqmund Freydə görə testinin nəticələrini yoxlayaq: 1. Sənin həyata münasibətin, emosiyalarındır. 2. Sənin ailədə özünü necə hiss etməyindir. 3. Sənin qadınlara olan münasibətindir. 4. Sənin kişilərə olan münasibətindir. 5. Sənin əsas strategiyandır, həyat pozisiyandır, öz problemlərini necə həll etməyini göstərir. 6. Sənin seksual seçimindir, partnyor seçimini göstərir. 7. Sənin evliliyə nə dərəcədə hazır olduğunu göstərir. 8. Sənin ölümə münasibətini göstərir... Psixoloq.az
Psixoloq.az bildirir ki, bu sindrom Cek Londonun məşhur əsərinin adı ilə bağlıdır. Martin İden sindromuna tutulanlar əməksevərdirlər. Onlar gecə-gündüz var gücləri ilə işləyə bilərlər. Ancaq bir problem var: onlar bu gün üçün yaşamırlar. Hansısa naməlum gələcək üçün yaşayırlar.İstirahətlərini də bu naməlum gələcəyə görə heç edirlər. Məqsədləri heç vaxt dəqiq bilinmir. Hansısa məqsədlərinə çatanda ondan imtina edirlər. Düşünürlər ki, heç nə belə asan deyil. Bu insanlar gərgin rejimlə işləyirlər. İstirahəti itirilən xoşbəxtlik hesab edirlər. Məqsədləri yaşadıqları həyatdan üstündür. Bütün bunlar onları ruh düşkünlüyünə gətirib çıxarır və beləliklə, depressiyaya yuvarlanırlar.Martin İden sindromu ilə bağlı bu günlərdə özünün sosial hesablarında marifləndirmə aparan Psixoloq Ofelia Əliyeva bu barədə maraqlı videosüjet hazırlamış,sindromun yaranma səbəblərindən və çıxış yolları barədə danışmışdır.Sindrom haqqında ətraflı məlumat ala bilməniz üçün həmin videonu sizinlə paylaşırıq.
Psixoloq.az xəbər verir ki, tanınmış pediatr-parazitoloq dr.Sevinc Əliyeva yaz aylarında havaların kəskin dəyişməsi nəticəsində uşaqlar arasında kəskin visprator infeksiyaların geniş yayılması ilə bağlı valideynləri diqqətli olmağı tövsiyyə edir. Bu virus infeksiyaların növündən asılı olmayaraq uşaqlarda çox yüksək hərarətin olması, baş ağrıları, boğaz ağrıları, halsızlıq, iştahsızlıq, qarın ağrısı, qusma, oyümə kimi əlamətlərlə özünü biruzə verir. Dr.Sevinc Əliyeva bu müddət ərzində virusun gedişinin izlənilməsi üçün 3 gün müddətində uşaqlara bol maye içirtməyi, vitamin C tərkibli qidalar, sular və şirələrin qəbulu və dərman vasitələrindən az istifadə olunmasını tövsiyyə edir. Bundan əlavə Dr.Sevinc Əliyeva qeyd edib ki bu viruslarda hərarətin 39-40 dərəcədə olması valideynləri narahat etməməlidir. Çünki bədən immun sistemini virusa qarşı gücləndirir deyə müasir tibbdə tempraturun bir müddət 38.5 dərəcəyə qədər qalması məsləhət görülür deyə vurğulayıb Psixoloq.az
Qoç Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin. Buğa Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər. Əkizlər Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin. Xərçəng Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı alınacaq. Şir Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür. Qız Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın. Tərəzi Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq. Əqrəb Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin. Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin. Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət deyil. Axşam saatlarında ehtiyatlı olun. Oxatan Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür. Oğlaq Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil. Dolça Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür. Balıqlar Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin.
Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Psixoloq.az Reyting.az a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: - şagird sayı 1 000-dək olduqda, 1 vahid; - şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid; - şagird sayı 3 000-dən çox olduqda, 3 vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. psixoloq.az
Çox vaxt insanın özündən asılı olmayan səbəblərdən baxışları bir nöqtəyə zillənib, cansız, şüşə gözlər kimi hərəkətsiz qalır. Hətta el arasında bu vəziyyətə "gözlərin yol çəkir", "uzaq yerdən qonağın gələcək" kimi sözlərlə ifadə olunur. Bəs bu həqiqətən belədir, yoxsa bu vəziyyətin dərinliyində ciddi problemlər dayanır? Bu vəziyyətin səbəblərini təqdim edirik.Bəlkə də gözlər qəlbin aynasıdır- frazası bu məsələyə öz qəlibində aydınlıq gətirə bilər. İnsanın daxili vəziyyəti baxışlarında öz əksini tapır. Çünki bizim gözlərimiz sinir sistemimizlə birbaşa əlaqədədir. Əgər siz sevincli və ya kədərlisinizsə bu mütləq baxışlarınızda özünü biruzə verir. Hətta insan öldükdən sonra onun gözləri bir müddət işığa reaksiya verir, göz bəbəkləri canlı orqanizm kimi reaksiya verə bilir (qırpılır). "Donuq baxış” effektinin bir neçə səbəbləri var. 1. Soyuqdəymə, zökəm.Bu gözlərin donuq olmasının ən geniş yayılmış səbəbidir. Qızdırma, zəifləmiş orqanizm, halsızlıq birinci gözlərdə əks olunur. Onların rəngi solur, yorğun görünür və tez-tez baxışlar bir nöqtəyə yönəlir. Xoşbəxtlikdən, bu simptom xəstəliklə birlikdə yoxa çıxır. 2. Psixoemosional vəziyyət.Psixoloqların fikrincə "donuq baxış” effektinin yaranmasının başlıca səbəbi insan psixologiyasından asılıdır. Bu vəziyyət onun özünə qapanmasından, depresiyadan xəbər verir.Hər kəs ətrafında baş verən çətinliklərə, bədbəxt hadisələrə başqa formada reaksiya verir. Güclü emosiyalar qarşısında bu vəziyyət özünü daha tez göstərir. Yox əgər heç bir pis hadisə baş verməyibsə, ancaq insanda yenə bu donuq baxışlar müşahidə olunursa, bu erkən depresiyanın xəbərçisidir. Bundan xilas olmaq üçün, mütləq bu melonxolik vəziyyətdən qurtulmaq lazımdır. 3. Fiziki yorğunluq.Orqanizmə həddən artıq fiziki təzyiq etmək, uzun müddət yuxusuz qalmaq da "boş baxış" effektinə yol aça bilər. Bundan qurtulmaq üçün bu vərdişlərinizdən əl çəkin. 4. Sərxoşluq, alkoqolizm.Əgər insan spirtli içkilərdən həftədə 1-2 dəfə və az miqdarda istifadə edirsə, "donuq baxış" vəziyyəti onun üçün qorxulu deyil. Bu vəziyyət spirtli içkilərdən mütəmadi və çox istifadə edənlərdə daha çox görünür. Bundan başqa alkoqolizmdə bu vəziyyət göz torbaları ilə bərabər müşahidə olunur. Bu vəziyyətdən xilas olmaq üçün mütləq mütəxəssisə müraciət olunmalıdır. Təsirli olması üçün müalicə mütləq bir neçə tərəfdən ümumi aparılmalıdır. 5. Narkomaniya.Bəli, bu pis vərdiş də insanın baxışlarına "donuq baxış" effekti verir. Bu zaman baxışlar solğun, gözlər yorğun görünür. Belə insanlar gözlərini bir nöqtəyə zilləyib saatlarla bu vəziyyətdə hərəkətsiz qala bilərlər. Gəlin, həyata donuq baxışla deyil, sağlam gözlə baxaq. Vəziyyətlər bizi deyil, biz vəziyyətləri idarə edək. Hər zaman sağlam olun.
İnsanlıq var olduğu gündən yaşanmış hər bir hadisə şəxsi təcrübəyə hoparaq gələcək nəsillərə ötürülüb. Bəlkə də tarixdəki izlərin əbədiləşdirilməsi ilə insan bu dünyadakı faniliyini, əksikliyini, dolduracağını düşünüb. Bəlkə də bununla gələcək nəsillərə açıq və ya gizli mesajlar çatdırmağa çalışıb. İnsanların tarixi hekayələşdirməsi onların psixologiyasının bir əsəridir. İnsan psixologiyası baş verən hər bir hadisəni şəxsi prespektivi ilə tarixiləşdirməyə, belə deyək şərh etməyə çalışır. Bütün nüanslar bu andan etibarən (şərh edilən hekayə əsasında) formalaşmağa və insanın həyat yolunda ona yoldaşlıq etməyə başlayır. Özünü ölümsüz kimi qələmə verməyə çalışan insan təxəyyülü Yunan mifologiyasının qəhrəmanı Axilles kimi bəşəri mübarizələrdə zəfərdən zəfərə adladıqca onun həddi-hüdudu olmayan arzu və istəkləri ilə yanaşı onun zəif tərəfləri də gizli qorxuları ilə birləşərək hər zaman ölümlə yanaşı addımlayıb. Yəni psixologiyamızın qorxuları "Axillesin dabanı”dır. Bizi narahat edən müxtəlif qeyri-real düşüncələri bir-bir müəyyənləşdirdikcə Axillesin dabanına çatmış olarıq. O düşüncələri təsdiqləmədikdə,Axillesin dabanından vuraraq gizli qorxularımızdan azad olarıq. Axilles Sindromu Nədir? Adını yunan mifologiyasının yenilməz qəhrəmanının adından alan bu sindrom, insanlarda gizli müvəffəqiyyətsizlik qorxusu ilə müşayiət olunaraq özünə başqalarının gözü ilə baxma və başqalarının düşüncələrini oxuma cəhdiylə nəticələnən psixoloji narahatlıqdır. Bu sindrom şərq ölkələrində daha çox nəzərə çarpır. Xüsusilə də bir azərbaycanlı kimi deyə bilərəm ki, uşaqlıq illərimi keçirdiyim Bakının "Kubinka” adlanan ərazisinin hər küçəsində bu sindromla qarşılaşmışam. Uşaqlıqdan bəri ailədə, məktəbdə, qonaq gedəndə və elə öz məhəlləmizdə də te-tez eşidirəm: " onu geyinmə, qohum-qonşu nə düşünər?” , "gec gəlmə o, bu nədeyər?”, "bilmirəm desəm, görəsən, haqqımda nə düşünərlər?”, "özümü elə aparım guya bilirəm”, "bunu alım, yoxsa mənim haqqımda nə düşünərlər?”, "ac gəzim amma bahalı paltar, şuba geyinim, yoxsa nə deyərlər haqqımda?”, "kreditlə telefon və ya maşın alım, yoxsa deyərlər ki...” qismində ifadələr bizi zaman-zaman falçıya çevirir. İnsanların demədiklərini hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Bu gizli qorxu, psixoloji baxımdan biz insanların həmişə gizli-gizli sızıldayan dabanımız olub və həyatımızın normal axışına maneə törədib. Axilles Sindromunun Səbəbləri: Bu sindrom insanın uşaqlıq illərindən onun əsas ailəsi (valideyn və qohumlar) ilə başlayıb məktəb həyatında (müəllimlər) davam edib böyüdüyü sosial cəmiyyətin ona qazandırdığı amillər nəticəsində tam formalaşan qeyri-real düşüncələrin məcmusudur. İnsan öyrənmə mərhələsində psixoloji baxımdan qorxularını gizlədərək maddi və mənəvi yükləri daşımağa başlamaqla bu sindroma doğru ilk addımlarını atır. Nəticədə isə insan arzu və istəkləri üçün müharibədən müharibəyə keçdikcə Axilles kimi zəfər qazansa da yorğunluqdan o qələbənin sevincini belə yaşaya bilmir. Çünki hər psixoloji mübarizəyə bir öncəki gizli qorxularının yükü ilə davam edir və bu yük hər gün daha da artır, bir az da ağırlaşır. Fiziki olaraq keçmişə qayıda bilmədiyimiz kimi gələcəyə də gedə bilmərik, ona görə də kəhanətə (falçılıq) ehtiyac yoxdur. Hadisələri şərh etmədən olduğu kimi qəbul etmək və ömrümüzün bütün günlərini qorxusuzca, sevgi ilə yaşamaq lazımdır... Psixoloq Elgün Quliyev Psixoloq.az
Psixoloq.az xəbər verir ki,koronovirusla bağlı xəbərlərin,qiymət artımlarının insan psixikasına mənfi təsiri psixoloqları narahat etməyə başlayıb.Belə ki bu qiymət artımlarının psixoloji konsultasiyaların qiymətlərinə təsir edəcəyini düşünən Psixoloq Vüsalə Əmiraslanova özünün sosial hesabında paylaşım edərək psixoloji işi vicdan məsələsi adlandıraraq bu sahədə fəaliyyət göstərən hərkəsi qiymətllərdə dəyişim etməməyə səsləyib.Paylaşımı sizlərə təqdim edirik: Bu "koronavirus "adlı xəstəlikdən hərə bir cür istifadə edir .Mən bu məsələyə başqa cür yanaşmaq istəyirəm .Heç nə yox "maska ,spirt" satışı artdı,hətta bahalaşdı .Amma ən pisi bilirsiz nədi? Güc bəla ilə "panik "atakları ,sayrışan nevrozları duzəldirdik ,fobiyalar azalırdı. İndi isə olan olmayan hamı təşvişə düşüb .Bizim işimiz həm artıb ,həm çətinləşib .Amma inşallah ki ,bu sahədə qiymətlər qalxmaz .Psixoloji iş vicdan məsələsidi .Bunu qoruyaq inşallah . Psixoloq.az
Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. Lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir. 1000 uşaq arasında 1-10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur. Təlimlər, xəstəlik haqqında məlumat verilməsi və psixoloji dəstək — müalicə planının vacib tərkib hissələridir. Sindrom Jan Marten Şarko tərəfindən öz şagirdi və bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (fr. Georges Gilles de la Tourette (1857–1904)) şərəfinə adlandırılmışdır.
Psixoloq.az xəbər verir ki, Psixoloq Elnarə İsazadə özünün sosial şəbəkkə hesabında Kişilər haqqında maraqlı paylaşım etmişdir.Həmin paylaşımı sizlərə təqdim edirik 1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar. 2. Kişilər təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur. 3. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.4. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.5. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.6. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.Psixoloq.az
1. Qadınlar daha çox yaşayır. Hesablamaya əsasən 7 il qadın kişidən çox ömür sürmüş olur. 2. Qadınlar kişilərə nisbətən 3 dəfə çox ağlamış olurlar. Bu aydın olmasa belə ağlayan qadın hər zaman diqqətə səbəb olur və ona diqqət də yetirilir. Qadınlar bu zaman asanlıqla ürəklərini boşalda bilirlər. Kişilər bunu bacarır? Ağlayan kişi birmənalı qəbul olunmur, eyni zamanda çox az kişi göz yaşlarına boğulur ki yüngülləşə bilsin. 3. İşləməyən qadını “evdar qadın” adlandırırlar. İşləməyən kişiyə isə “avara” adı vermiş olurlar. Bu cəhətdən də kişilərin bəxti gətirmədi. 4. Kişinin geyimini qadınlar demək olar ki özəlləşdiriblər. Hər kəs bunu qəbul edir. Onlara heç kim pis baxmır.Bəs kişilər qadın paltarını geyinsələr nə olar?? Yalnız gülüş mənbəyinə çevrilmiş olarlar. 5. 30 yaşına qədər qadınlar asanlıqla gözəlliklərini qoruya bilirlər. Kişilərdə isə bu yaş həddinəcən əksəriyyətində keçəlləşmə halları baş verir. 6. Qadınlar öz hisslərini asanlıqla bildirə bilirlər. Bu səbəbdən qadınların insanlarla münasibəti daha emosionaldır. Kişilərdə isə kobudluq daim özünü göstərməkdədir. 7. Qızlar üçün bir çox şey pulsuzdur bir çox elanlarda : “Qadına giriş pulsuzdur”-yazısına rast gələ bilərsiz. 8. Qadınlar uğurla həm sağdan, həm də soldan informasiya qəbul etmək qüvvəsindədirlər. Bu səbəbdən onlar bir neçə işi eyni vaxtda asanlıqla yerinə yetirə bilirlər. Kişilərin isə bir işi uğurla yerinə yetirmələri üçün qüvvələrinin yalnız bir iş üzərində cəmləşməsi gərəkdir. 9. Qadınlar daha çox hörmət sahibidirlər. Demək olar ki, onlara hər yerdə yaşıl işiqdir. Hər yerdə onlara xüsusi, diqqət xüsusi hörmət göstərilmiş olur. İstədikləri vaxt xidmətdən istifadə edə bilirlər. Bu kişilərdə də belədir? Kişilər istəsələr belə yeterincə diqqətə sahib ola bilmirlər və bilməzlər. 10. Qadınlar uşaqlar, körplər tərəfindən daha çox sevilmiş olur nəinki kişilər. Hər zaman qayğıkeşliyi ilə fərqlənən məhz qadınlardır! Kişi bu qədər sevilə bilər? Kişi bu sevgi və istək üçün nə qədər çalışsa belə onda qadındakı kimi uğurlu nəticə alınmayacaq.
Siz də həftə sonu tətilinin işıq sürətiylə keçdiyini və böyük bir həftənin sizi gözlədiyini düşünərək gərilə bilərsiniz? İşləyən insanların kabusu olan “bazar ertəsi sindromu”la baş etmək, əslində sanıldığı qədər çətin deyil.Psixoloq.az siz Bazar ertəsi sindromu – həftə sonu tətilinin ardından işə ya da məktəbə başlamaqla əlaqədar istəksizlik və çətinlik halıdır. Adamın işiylə əlaqədar duyğuları, bu problemin yaşanma dərəcəsini təyin edir. Bu əslində bazar ertəsi ilə əlaqədar bir problem deyil. Çünki bazar ertəsi yalnız həftənin günlərindən biri yəni digərlərindən çox fərqli bir gün deyil. Ancaq bu gün insanlarda kədər və stress yarada bilir. Bunun səbəbi də bazar ertəsinin – yeni həftənin gətirəcəyi məsuliyyətlərdir. İndiki vaxtda bu sindrom dərəcələri fərqli olmaqla birlikdə bir çox adamda görülür. Əsasən, iş yeri ilə əlaqədar mənfi duyğular yaşayan və qayğı pozuqluqları olan şəxslərdə daha çox nəzərə çarpır. Daha gərgin bir bazar ertəsi əvəzinə, xoş, gümrah keçirdiyiniz bir gün yaşamaq istəyirsinizsə, məsləhətlərimizə əməl edin. Daha çox yatın. Yuxusuzlluq həftənin ilk gününü stressli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi ilə müqayisədə, həftə sonu normal yatmırlar. Həftə sonları yuxu problemi yaşamaq ertəsi gün stressli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftəsonu yuxunuzu sabitləyin. Daha az televizor izləyin. Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt çox yorğun olduqları halda, televiziyaya baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək, nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur. Həftə içi planlar edin. İnsanlar tətil günlərini, həftə sonlarını dostlarıyla keçirməyi üstün tuturlar. Buna görə bir çox işlər, həll edilməyən problemlər üst-üstə yığılır və həftə sonuna qalır. Bu qədər işləri, problemləri yalnız 2 gün ərzində həll etməyə çalışmaq yeni həftəyə yorğun, gərgin başlamağınıza səbəb olacaq. Bunun üçün dostlarınızla görüşə həftə içi vaxt ayırın. Tələsməyin. Hər məsələdə tələsik davranmaq stressli olmağınıza və bütün günü özünüzü pis hiss etməyinizə səbəb olacaq. Gün ərzində görməli olacağınız işlərə lazımi vaxt ayırın. Özünüzə həftəbaşı müalicəsi tətbiq edin. Əgər bazar ertəsindən nifrət edirsinizsə, həmin günlər edə biləcəyiniz fərqli bir şeylər düşünün. Əgər vacib iş görüşməsi varsa, həmin gün, bu görüşməni günün erkən saatlarına salmayın. Səhərlər evdən tez çıxıb gözəl bir yerdə səhər yeməyi yeyə bilərsiniz. Xəbərləri söndürün. Səhər-səhər cinayət xəbərləri, pis xəbərlər izləmək sizin əhvalınıza pis təsir edə bilər. Əgər həssas birisinizsə, pis xəbərlər sizin ruh halınıza pis təsir göstərə bilər. Dəyərləndirmək üçün vaxt ayırın. Bazar ertəsindən niyə nifrət etdiyinizi düşünün. Bunu anlamaq üçün özünüzə vaxt ayırmalı və hansı məsələdə yaxşı hiss edirsinizsə, onu qərarlaşdırıb, ona uyğun hərəkət etməlisiniz.
İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez –tez alkoqolizmdən də əziyyət çəkə bilərlər. Sosial fobiyanın əlamətləri: Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən axmağam, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır: insanlar çox olan yerlərdən uzaq durmaq, tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək, dərs zamanı ən arxa partada oturmaq, sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək. Səbəbləri nədir? Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanaların bu xəstəliyə tutulma riski daha yüksəkdir. Bununla belə müasir elmi nəzəriyyəyə görə beyindəki serotonin adlandırdığımız maddənin azalması da bu problemi yarada bilər. Eləcə də əvvəllər utanc verici bir vəziyyətə düşmüş şəxslərdə də bu problem ola bilər. Məsələn, lövhə qarşısında dərs danışarkən səhv etmiş, bu səbəbdən də sinif yoldaşlarının gülüş hədəfinə çevrilmiş uşaq sifət qızarması, əl titrəməsi yaşayıb. Gələcəkdə bu hal hər dəfə lövhə qarşısında heç bir səbəb olmadan da təkrarlana bilər. Sosial fobiyaya qalib gəlmək olarmı? Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə müalicə olunur. Müalicənin ilk günlərində yüngül ürək bulanması, baş ağrıları və digər problemlər yaransa da qısa müddət ərzində keçir.Bu dərmanlar asılılıq yaratmır. Dərmanın təsirini gözləmək üçün 2 həftə lazım ola bilər. Müalicə müddəti 6-8 ay davam edə bilər. Sosial fobiyanız varmı? Bu test vasitəsilə sosial fobiyanın əlamətlərinin olubolmadığını öyrənə bilərsiniz.1.İnsanların diqqət mərkəzində olmağından qorxursunuz?2.Başqalarının qarşısında gülünc vəziyyətə düşməkdən qorxursunuz?3.Aşağıdakı vəziyyətlərin hər hansı birindən uzaq durmağa çalışırsınız?- Kütlə qarşısında danışmaq;- Nüfuzlu şəxslər qarşısında çıxış etmək;- İnsanların sizi müşahidə etməsi;- Başqalarının qarşısında yemək yemək, içmək və ya yazı yazmaq;- İctimai yerlərdə görüşlər.4. Yuxarıda qeyd edilən vəziyyətlərlə üz-üzə qalanda hədsiz dərəcədə qızartı, titrəmə, sıxıntı, ürək bulanma hissinə qapılır və ya qəfil ayaqyoluna getmək hissi duyursunuz?Əgər 1,2 və ya 3 nömrəli sualların hər hansı birinə “BƏLİ” cavabını verirsinizsə, sizdə social fobiya ola bilər.Əgər 4 nömrəli suala “BƏLİ” cavabı verirsinizsə, dəqiq demək olar ki, sosial fobiyadan əziyyət çəkirsiniz
Psixoloq.az bildirir ki,bəziləri həvəslə işə başlayır və “bu, mən yaxşıyam!” düşüncəsi ilə sona çatır, bəziləri cari vəzifələrini yerinə yetirmək üçün bütün güclərini sərf edərək hər dəfə özlərini dəf etməli olurlar Çox şey ehtiyaclarımızın iş yerində qarşılanmasından asılıdır: təhlükəsizlik, qrupa üzv olmaq, özünə inam, muxtariyyət, tanınma ... Buna təsir etmək qabiliyyətimiz məhduddur: çox vaxt təşkilatçılıq və liderlik məsələsidir. Ancaq bir şey gücümüzdədir. Motivasiyanı artırmağın ilk addımı hansı ehtiyacların qarşılandığını və hansının olmadığını anlamaqdır. Bəxtəvər insanlar var ki, əmək həvəslərini necə qorumaq barədə düşünməzlər: sadəcə məmnuniyyətlə işləyirlər və bunlar hamısıdır. Əgər siz onlardan biri deyilsinizsə, onda tövsiyələrimiz sizə kömək edəcəkdir. 1. Diaqnoz qoyun Aşağıdakılardan hansının yaxşılaşdırılmasına ehtiyac olduğunu öyrənin. Bu da motivasiyanıza mənfi təsir göstərir. Nə və nə dərəcədə sizin üçün uyğun olduğuna qərar verin. Tanınma: Özünüzü təqdir etdiyinizi hiss edirsiniz? Təşəkkürlər, təbriklər və digər nəzakətlər alırsınız? Muxtariyyət: müstəqil hərəkət edib qərar verə bilərsinizmi? Münasibətlər: Ətrafınızın dəstəyini, xeyirxahlıq atmosferini hiss edirsiniz? Səmərəlilik: Tapşırığınızı yerinə yetirdiyinizi hiss edirsiniz? Yoxdursa, onda nəyiniz çatışmır: bacarıqlar və ya səriştələr? Töhfə hissi: işdə fayda verdiyinizi hiss edirsiniz? Şəxsi inkişaf: iş sizi qane edirmi, maraqlanırsınız? Rəhbərlik: xətt meneceri ilə əlaqə nə qədər yaxşıdır? İş şəraiti: İş şəraiti və cədvəllər peşəkar və şəxsi həyat arasında tarazlığı qorumağa imkan verirmi? Bu paraqraflarda boşluqlar tapsanız, nəyin düzəldilməli olduğunu öyrənəcəksiniz. Bir şey təsir etmədiyiniz xarici amillərdən asılıdır. Onları menecerlə və ya kadrlar şöbəsi ilə müzakirə etməyə dəyər. Öz tərəfinizdə də yaxşılığa doğru dəyişə biləcəyiniz qalır. 2. Şəxsi hədəflərinizi təyin edin Rəhbərliyin qarşıya qoyduğu vəzifələrə əlavə olaraq şəxsən sizin üçün mənalı olan bu hədəfləri müəyyənləşdirin. Bunlar mütləq işlə birbaşa əlaqəli olmamalıdır. Və böyük olmaları lazım deyil. Bəlkə də bu çox kiçik məqsədlər olacaq, məsələn: yeni tanışlıqlar etmək, üfüqlərinizi genişləndirmək, bacarıqlarınızı artırmaq, CV-də yaxşı bir giriş əldə etmək, yeni bacarıqlar əldə etmək və mövcud olanları "təkmilləşdirmək" ... Bu əhval-ruhiyyəni yaxşılaşdırır və eyni zamanda ruh yüksəkliyini artırır. Şəxsi hədəflərə çatmaqda nə qədər uğurlu olduğunuzu hər gün müəyyənləşdirin və uğurunuzu qeyd edin. 3. Zövq axtarın Bu əsl motivasiya motorudur. Məsələn, bir satıcı qadın kataloqlarla işləməkdən məmnun olduğu üçün yeni modellər sifariş etmək məsuliyyətini öz üzərinə götürə bilər. Və ya söhbət etməyi sevirsə, müştərilərə məsləhət verməkdən zövq alır. İşi necə daha xoş və daha rahat etdiyinizi də düşünün. Uyğundur paltar və ayaqqabı, düzgün işıqlandırma, səs-küy səviyyəsi - çox vaxt düşünmədiyimiz, amma yaxşılığa doğru dəyişə biləcəyimiz çox şey var. Məsələn, ortopedik bir yastıq oturaq işdə faydalı ola bilər və musiqisi olan və ya olmayan qulaqlıq sizi kənar səslərdən xilas edəcəkdir. Adi bir narahatçılığa dözməyin, əgər qarşısını almaq olarsa. İş gününüzü inkişaf etdirə biləcək hər şeyin siyahısını tərtib edin. Yuxarıda göstərilənlər kimi həm maddi obyektləri, həm də həmkarları ilə ünsiyyət kimi qeyri-maddi cəhətləri əhatə etsin. Və tədricən təcrübənizdə irəliləyişlər tətbiq edin. 4. Özünüzə istirahət verin Bəzən işləmək istəməməsi həddindən artıq yüklənmənin təbii nəticəsi olur. Buna görə də qalanları unutma. Bu təkcə tətil haqqında deyil, həm də gün ərzində bir neçə dəqiqəlik kiçik fasilələrdir ki, bu da bir neçə fiziki məşq etmək və ya sadəcə gözlərinizi yumub oturmaq üçün istifadə edilə bilər. Dəhliz boyunca gəzin, pəncərədən baxın, özünüzə bir fincan çay tökün, çiçəkləri sulayın ... Bəlkə də öz yükləmə üsullarınızı ortaya qoyacaqsınız. İş yerində tez-tez bədənimizi dinləməyi unuduruq və yorğunluğun necə qurulduğunu görmürük. Ayrıca, yoga mütəxəssisləri iş yerində yerinə yetirmək üçün uyğun duruşları təsvir edirlər. Bunlardan bəziləri Kristin Çenin "Things Things Yoga" kitabında verilmişdir. Trafikdə, işdə, evdə "(Sinbad, 2018). İş yerində tez-tez bədənimizi dinləməyi unuduruq və yorğunluğun necə qurulduğunu görmürük. Öz-özünə diaqnoz üçün hər saata bir dəqiqə verməyə çalış, özünə "Bədənim indi necə hiss edir?" Sualını ver. cavabını eşidin. 5. Baxış bucağını dəyişdirin İşinizi daha zövqlü etmək üçün sizə baş vermirsə, niyə bu işə başlamağınızı xatırlamaq faydalı ola bilər. Sənə nə etməyə imkan verir? Bunun dəyəri nədir? Bəlkə o sizə hobbi, şəxsi və ya ailə həyatı üçün kifayət qədər vaxt ayırır? Yoxsa gələcəkdə arzuolunan mövqe tutmaq üçün bu məkanın doğru bir mərhələ olduğunu bilirsiniz, bu da öz ehtiraslarınıza və seçimlərinizə daha uyğundur? Bəzən bizə elə gəlir ki, işə getməyimiz üçün “etməliyik” və hətta “məcbur edirik”. Ancaq bunu bizə zorla tətbiq etmədilər? Biz özümüz bunu özümüz üçün seçdik və buna görə belə bir seçim üçün yaxşı səbəblər var. Psixoloq.az
Psixoloq.az bildirir ki, bəzən gündəlik həyatda olmayan şeyləri xəyal etmək xüsusilə xoşdur. Halbuki bu cür fantaziyaların reallıqda istifadəsi nədir? Təsəvvürdə pozitiv şəkillər yaratmaq lazım olduğunu və bunu necə düzgün etmək lazım olduğunu diqqətinizə çatdırırıq Maraqlısı idman psixologiyasıdır. Biz, "adi" psixoloqlar, müştərilərimizə mükəmməlliklə necə davranmağı və qüsursuzluqlarını qəbul etməyi öyrədərkən, daha yüksək nailiyyətlər idman sahəsində çalışan həmkarlar daha təsirli olmağı öyrədirlər: daha sürətli, daha yüksək, daha güclü. - Yaxşı, mənə deyin bunlarla nə edirsiniz? - Həmkarımdan şübhə ilə soruşdum. "Bilirsiniz, vizuallaşdırma həqiqətən kömək edir" dedi. - İdmançı uğur qazanacağını xəyal edir ... Vallah, düşündüm. Ronda Bernin kitabını kim xatırlamır ki ? "Hər gün, poçtla pul aldığınız bütün rənglərdə və detallarda xəyal edin və pul köçürmələri almağa başlayacaqsınız." tez-tez vizuallaşdırma ilə məşğul olanlarda motivasiya azalır. Pozitiv şəkillər həqiqətən çox kömək edə bilər. Sözlər əhvala təsir edəndən güclüdür Həqiqət haradadır? Həmişə olduğu kimi ortada. Pozitiv şəkillər həqiqətən çox kömək edə bilər. Bu, sözlərdən daha çox əhvalımıza daha güclü təsir göstərmələri ilə əlaqədardır. Ancaq üç vacib şərt var. Birincisi, işləmək üçün vizuallaşma hərəkətlərlə müşayiət olunmalıdır. Məsələn, vacib bir hesabat hazırlamalısınız. Özünüzü bu işi inamla və xoşbəxtliklə xəyal edə bilərsiniz. Ancaq bundan sonra yenə də bunu etməyə başlamalısan! İkincisi, görüntüləmə nəticə ilə deyil, proseslə əlaqəli olmalıdır. Problemi həll etmək üçün özünüzü düşünün. Hesabatı artıq hazırladığınızı xəyal edirsinizsə, sadəcə onu başlamaq istəmirsiniz. Üçüncüsü, vaxtında dayanmaq vacibdir. Tədqiqatlar göstərir ki, vizualizmə 10-15 dəqiqə sərf etmək optimaldır. Və sonra real həyata qayıtmağı unutmayın. Psixoloq.az
Psixoloq.az bildirir ki, daxili dünyamız və psixoloji vəziyyətimiz xarici dünya ilə münasibətlərimizi müəyyən edən ən vacib amillərdən biridir. Özlərindən və həyatlarından narazı olan insanlar bu narazılığı kənara əks etdirəcəklər. Xarici dünya ilə münasibətlərimizə müsbət təsir edən məsələlərdən biri də reallaşma səviyyəmizdir. Beləliklə, özünü dərk etmək nə deməkdir və nə üçün vacibdir? 20-ci əsrdə özünü dərk etmə anlayışını təqdim edən ilk şəxs Kurt Qoldşteyn idi. Ancaq bu gün özünü tanıtma məsələsinə gəldikdə, ağla gələn ilk adlardan biri Amerikalı psixoloq Abraham Maslowdur. Maslow (1943) ehtiyacları müəyyən bir qaydada qoyaraq "Ehtiyaclar Piramidasının Hiyerarşisini" yaratdı. Bu piramida içərisində insanın təməl ehtiyacları nisbi əhəmiyyətə görə iyerarxik qaydada təşkil edilir. Maslow-un ehtiyacları iyerarxiyası 5 əsas kateqoriyaya bölünür: 1-Fizioloji ehtiyaclar: Aclıq, susuzluq və buna bənzər həyati ehtiyaclar 2-Təhlükəsizliyə ehtiyac: Xarici dünyadan gələn təhlükələrdən qorunmaq 3-Sevgiyə ehtiyac / Sevgi: Sevilmək, sevilmək, ailə, dostluq və mənsubiyyət kimi sosial ehtiyaclar. 4-Dəyərə ehtiyac: özünə hörmət və insana hörmət, güc, etibar, nüfuz. 5-Özünü reallaşdırma: Potensialı, şəxsi məmnuniyyəti, şəxsi uğurunuzu açmaq (Maslow, 1943a) Self-aktuallaşdırma "Ehtiyaclar Hiyerarşi Piramidasının" başında. Maslow özünü aktuallaşdırmanı ehtiyaclar iyerarxiyasının vacib elementi olaraq görür. Maslowun fikrincə, özünü dərk etmək insanın potensialını öz mahiyyətində ortaya qoyur və bu potensialdan ən mükəmməl şəkildə istifadə edir (Maslow, 1969). Sizi maraqlandıra bilər: İçindəki filizi tapın: Özünüzü edə biləcəyiniz qədər xoşbəxtsiniz Ədəbiyyatda özünü tanıdan zaman ağla gələn digər adlardan biri, Amerikalı psixoloq Carl Rogers, hər insanın özünü inkişafa aparan özünü tanıma meylinə sahib olduğunu irəli sürür. Rogers (1961) görə, özünü doğruldan insanlar, öz qabiliyyətlərini tam istifadə edən insanlardır və özünü reallaşdırma psixoloji sağlamlığın yuxarı səviyyəsidir (Kuzgun, 1972). Rogers, özünü dərk etmək və şərtsiz sevgi arasında üzvi bir əlaqənin olduğunu düşünür. Qeyri-şərtsiz məhəbbətin mənası budur ki, insan uşaqlıqdan özünü dəyərli hesab edir və varlığı ilə barışır. Özünü tanıtmaq anlayışı saysız-hesabsız tədqiqatçıların mövzusu olmuşdur. Məsələn, Jung özünü həyata keçirmə konsepsiyasına "fərdiləşdirmə" adlandırdığı şeylə yaxınlaşdı. Jung'a görə, fərdiləşdirmə, şəxsiyyətinə xas olan bütün cəhətləri əhatə etmək üçün bütöv olmaq və özü ilə inteqrasiya deməkdir (Palmer, 1997). Frankl (1985) bildirir ki, insan öz həyatının mənasını dərk etməyə cavabdehdir. Beləliklə, özünü tanıdan insanların bəzi əsas xüsusiyyətləri nələrdir? Maslow (1970) görə, özlərini dərk edən insanlar reallığı müsbət qəbul edə və qeyri-müəyyənliyə dözə bilərlər. Başqalarını və hadisələri olduğu kimi qəbul edirlər. Bu tip insanların duyğuları və davranışları səmimidir. Özünü göstərən insanlar yaradıcı və məhsuldardırlar və insanların ümumi xoşbəxtliyi ilə əlaqələndirirlər Özünü tanıtma prosesi hər bir şəxs üçün fərqlidir. Bəziləri özlərini ana kimi dərk edə bilsələr də, digərləri yazmaqla özünü dərk edə bilər. Özünü tanıyan insan, insan varlığının zirvəsinə çatan və ola biləcəyi hər şeyə sahib olan insandır. Unutmaq olmaz ki, insanın zehni və mənəvi inkişafı lüks deyil, ehtiyacdır. Vücudumuzun minerallara və vitaminlərə ehtiyacı olduğu kimi, zehnimizin də inkişafı lazımdır. Bir insanın təməl ehtiyaclarını təmin etməsi kifayət olmaya bilər ki, özlərini xoşbəxt hiss etsin. Xoşbəxtliyə aparan yol, istedad, bilik və bacarıq baxımından özünü tam şəkildə göstərməklə yanaşı insanın əsas ehtiyaclarını ödəməkdir. Özünü dərk etmək dayanacaq deyil, ömürlük bir prosesdir. Özünü aktuallaşdırmaq haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, Maslow və Rogers-in kitablarını oxuya və psixoloqların dəstəyini ala bilərsiniz. Psixoloq.az
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb. Psixoloq.az bildirir ki,məsələ ilə bağlı Psixoloq Vəfa Əkbər Sonxeber.az a danışıb.O, bildirib ki, insanın imtahanlarda yüksək bal toplaması və yaxud hansısa bir təbəqədə olması özünə qəsd etməməsinin göstəricisi deyil, yəni emosional məsələdir: "Bu İQ deyil, EQ səviyyəsinin göstəricisidir. Orada artıq zəif və həssas məsələlər var. Həmin vaxt o insan sadəcə öz qəlbinin və daxili aləminin səsini hayqırmaq istəyib. Burada problem bu gəncin özünü niyə dənizə atması yox, bir gənc insanın niyə canına qıymasıdır. Əgər qız orada tək olsaydı, deyərdik ki, qarşılıqsız sevgi var və sairə. Amma iki sevgilinin bu addımı atması artıq bu ailələri, orta nəsli düşündürməlidir ki, qərarlara hörmətlə yanaşmaq, övladlardan gözləntiləri həddindən artıq yüksək tutmamaq lazımdır. Söhbət o gözləntilərdən gedir ki, sırf o uşaqlar ona tabe olacaqdır. Burada məsələ o insanın özünün dənizə atmasından çox, bir gənc insanın niyə canın qıymasıdır. Bu da ondan ibarətdir ki, artıq o canının sevdiklərinin gözündə dəyərinin olmaması düşüncəsinin yaradılmasıdır. Əksər hallarda bu şəxsi ərazimizə daxil ola bilən ilkin insanlar, valideynlərimiz və bacı-qardaşlarımızdır". Psixoloq qeyd edib ki, insan ailə problemləri yaşasa da, onların fikirləri ilə razı olmasa belə həmişə o insanlardan dəstək görmək istəyir:"O insanların dəstəyi əslində onun sevgisinin daxili təsdiqidir. Əgər bir insan lazımlı olmadığı düşüncəsinə gətirilib çıxarılırsa, yəni sənin istəklərin önəmli deyil, əsas bizim üçün bizim istəklərimizdir və sən bizim artıq alətimizsən düşüncəsi yaradıla bilirsə, həmin insan özünün yaşam mahiyyətini itirir. Hətta, əks cins tərəfindən sevilmiş olsa belə, o yenə də mahiyyətini itirmiş zənn edir və bir növ doğmalarını cəzalandırmaq istəyir". Psixoloq bildirib ki, bəlkə də bu birbaşa özünə qəsd etmək deyilmiş, sadəcə güvənibdir ki, yanında sevgilisi var və o xilas olunacaq:"Nəticə etibarı ilə də bu onun canı bahasına başa gəlmiş oldu. Gənclərimiz bilməlidir ki, insan heç bir problemə görə canına qəsd etməməlidir. Bu EQ səviyyəsi zəif olan insanlardır ki, əksər hallarda emosionallıqları çoxdur. Onlar özlərinə nəzarət edə bilmir və onun qurbanına çevrilirlər. Əslində insan dəyərlərini birinci öz çevrəsində formalaşdırmalıdır. Özü üçün özü dəyərli olmalıdır. İnsan nəyin bahasına olursa olsun, çarəsiz vəziyyətdədirsə, bunun üçün mütləq şəkildə peşəkar dəstək almalıdır". Fəridə Ağazadə sonxeber.az
Qoç Alacağınız bəzi xəbərlər canınızın sıxılmasına səbəb olacaq. Bu baxımdan gərginlik istisna deyil. Ancaq əhvalınız yüksək olduğu üçün bunların üzərində çox dayanmayacaqsınız. Buğa Istəkləriniz artır. Lakin məntiqli davranmağı bacaracaqsınız. Bir az narahat və gərgin olmaqla yanaşı səfər edərək üzərinizdəki çətinliyi ata bilərsiniz. Əkizlər Bu gün eşidəcəyiniz bir xəbər narahatlıq yaradacaq. Lakin qərar vermək üçün hələ tezdir. Yoldaşlarınızla aranızdakı əlaqələri düzəltməyə çalışın. Başınız qarışıq olduğu üçün bir az təlaşlı və gərgin davranacaqsınız. Xərçəng Diqqətinizi yönəltdiyiniz mövzularla bağlı məsələlərdə nə zamandır qərar verə bilmirsiniz. Günün maliyyə mənzərəsi isə kefinizi yüksəldəcək. Heç nəyin narahatlığını keçirməyəcəksiniz. Şir Hadisələrə pessimist baxacaq, xırda anlaşılmazlıqları böyüdəcəksiniz. Eşidəcəyiniz xəbərlər sizi hərəkətə keçirəcək. Işlərinizi sürətləndirəcəksiniz. Qız Gün boyu məntiqli addımlar atacaqsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibəti düzgün istiqamətdə qurmaqla özünüzü daha rahat və şən hiss edəcəksiniz. Tərəzi Sevdiyiniz şəxlə aranızdakı əlaqələr istədiyiniz kimi olacaq. Daha əvvəl gərginlik yaradan problemləri təhlil etməyə başlayacaqsınız. Dostlarınızın dəstəyini alacaqsınız. Əqrəb Hərəkətə keçmək istədiyiniz mövzularda çox xoş inkişaflar meydana gələcək. Özünüzə olan inam artacaq və əvvəldən qurduğunuz planların tətbiqinə başlayacaqsınız. Duyğularınız və istəkləriniz getdikcə güclənir. Oxatan Bu gün gözləmədiyiniz situasiya ilə qarşılaşacaqsınız. Gərəksiz yerə pul xərcləməyin. Işlərinizlə bağlı gözlədiyiniz bəzi xəbərləri bu gün ala bilər və bundan həyəcanlana bilərsiniz. Oğlaq Hərəkətli bir gündür. Hadisələr böyük bir həyəcan yaşadacaq. Ürəyinizdən keçənləri sevgilinizlə paylaşın. Uzaqlarda olan yaxınlarınızla görüşə bilər və ya onun ziyarətinə gedə bilərsiniz. Dolça Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Yoldaşlarınızla çox xoş tədbirlər təşkil edə bilərsiniz. Sevgilinizlə birlikdə dost dəvətlərinə qatıla bilərsiniz. Spirtli içkilərdən uzaq durmağınız məsləhətdir. Balıqlar Səbirsiz olmaqla gözlənilməz qərarlar verə bilərsiniz. Istəklərinizi ortaya qoymadan əvvəl bir daha düşünün. Yanlışlıqlara yol verməyin. Yoldaşlarınıza qarşı bir az səbirli davranın.
Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi olub. Bunlardan biri bu günümüzə qədər çatıb. Söhbət, təbii ki, nikah və sevgi simvolu olan nişan üzüyündən gedir. Psixoloqların fikrinə görə, üzüklərin taxılması (hansı barmağa taxılır, böyükdür yoxsa kiçikdir və s.) insanın xasiyyətindən xəbər verir. Böyük barmaqda üzük Psixoloq.az xəbər verir ki, məhz böyük barmağa üzük taxmağı xoşlayalar enerjili və emosional, hislərini gizlədə bilməyən, coşqun insanlar olur. Onlar əksər hallarda çox tərs olur, onlarla mübahisə etmək, onların fikrini dəyişmək, nəyə isə inandırmaq çətin məsələdir. Bu insanlarlar cəsarətli və ürəkli olur, problemlərdən qaçmır, onları həll etməyə çalışır. Baş barmağa əsasən kişilər üzük taxır. Lakin qadın bu barmağı tez-tez üzüklə bəzəyirsə, bu onun "kişi kimi" olmağına işarə edir. İşarət barmaqda üzük Kral, imperator, kardinallar üzüyü məhz işarət barmağına taxırdı. Bunu tarixi şəxsiyyətlər təsvir edilmiş çoxsaylı tablolarda görmək mümkündür. İşarət barmağına tez-tez üzük taxan insanlar hakimlik etməyi, digərlərini özünə tabe etməyi sevirlər. Onlar özünə inanan və iradəli olurlar, hər zaman vəzifədə olmağa, insanları idarə etməyə çalışırlar. İşarət barmağına taxılan üzük nə qədər böyükdürsə, bu xüsusiyyətlər də bir o qədər ifadə olunmuş olur. Onlar məsləhət verməyi xoşlayırlar, bəzən insanlara yuxarıdan aşağı baxırlar. Orta barmaqda üzük Bu insanlar qismətə, bəxtə, karmaya çox inanır, fatalist olurlar. Onların bir çoxu özündən razı olur, özünü digər insanlardan daha üstün hesab edirlər, özünü tərifləməyə sevirlər. Problemlərlə üzləşəndə tez yorulurlar və təslim olurlar. Adsız barmaqda üzük (nişan üzüyündən başqa) Bu insanlar incəsənəti sevir və yaxşı anlayırlar, bir çoxları yaradıcılıqla məşğul olurlar. Onlar romantik və xəyalpərəst olur, ünsiyyət, yaxşı vaxt keçirmək, əylənməyi sevirlər, şən-şöhrətə can atırlar. Çeçələ barmaqda üzük Bu insanlar ağıllı və gözəl natiq olurlar. Onlar istənilən insanla dil tapa bilir, əlaqə yaratmağı bacarırlar. Onlar fərasətli olur, tez-tez müxtəlif intriqalar yaradır, insanlardan öz xeyirinə istifadə etməyi xoşlayırlar. Bu barmağa üzük taxmağı xoşlayan qadınlar özünü sevən, nazlı və dəyişkən olurlar, diqqət xoşlayırlar. Ayaq barmağında üzük Psixoloqların fikrinə görə, bu insanlar seçilmək, özünə diqqət çəkmək xoşlayır, özündən razı olurlar.
Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır? Psixoloq.az xəbər verir ki, bütün bu suallarla bağlı ailem.az-a danışan psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir: "Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur” Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin: "Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var - uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir”. Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır: "Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır. Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək”.
Azərbaycanda məktəbli qızlar arasında abort faktları yenə də qalmaqdadır. Psixoloq.az yenigundem.az a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2018-ci ildə 15-17 yaşlı məktəbli qızlar arasında abortların sayı 40 nəfər təşkil edib. Təhsil eksperti Kamran Əsədov sayta açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən təhsil haqqında qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Söhbət zamanı Kamran Əsədov bir maraqlı məqama da toxunaraq bildirdi ki, valideynlərimizin yalnız 17 faizi ali təhsilə sahibdir. 83 faiz valideyn isə orta təhsilli sayılır. Onlar inkişaf dövrlərində övladlarına dəstək ola bilmirlər. Bu da onların məlumatsız olmasından irəli gəlir. Bu kimi problemlərin aradan qaldırılması üçün orta ümumtəhsil müəssisələrimizdə biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə cinsi mövzuda məlumat verilsin. Bu məlumata sahib olan şagird öz bədənini tanıyacaq və gələcəkdə cinsi istismara məruz qalmayacaq. Təhsil ekperti bu sahədə mütəxəssis çatışmazlığından da ciddi narahat olduğunu bildirib. Hər bir orta ümumtəhsil müəssisələrində psixoloqların öhdəliyinə düşən əsas vəzifələrdən biri də budur ki, hər bir şagirdə fərdi qaydada izahlı şəkildə ətraflı məlumat verilsin.
Psixoloq.az xəbər verir ki,psixoloq Almaz Əskərova özünün sosial şəbəkə hesabında maraqlı paylaşımları ilə psixoloji marifləndirmə aparır.Həmin paylaşımlardan birini oxuyucularımıza təqdim edirik. Çox sadə... Cadəcə, cavab verməyə tələsməyin, cavab vermədən əvvəl 1-2 saniyə gözləyin. Sonra asta və təmkinli səslə başlayın... Baş vermə mexanizmini birlikdə nəzərdən keçirək:Sizin cavabı ləngitməyiniz, suala diqqətlə qulaq asdığınıza və ona ciddi yanaşdığınıza işarə olub, bu sualı verən həmsöhbətinizə hörmət etdiyinizi vurğulayır. Və bununla, siz həmkarınızda qarşılıqlı hörmət oyadırsınız. Bundan başqa, bəzən bu iki saniyə həqiqətən cavab verməyə hazır deyilsinizsə, tutarlı cavab barədə düşünməyə imkan verir.Cavabınız olsa belə, bir neçə saniyə gözləməyiniz, həmsöhbətinizi diqqətlə dinləyərək, fikrini tam ifadə etməsinə imkan yaradır. Çünki, bir kimsənin sözünü kəsmək- bu insana qarşı hörmətsizlik, aşağı qiymətləndirmə kimi qəbul edilir... Sanki, nə demək istədiyini artıq bilirsiniz... Bu da onun dar düşüncəli olmasına işarə olub, uzaqgörənliyini şübhəyə alaraq, özünüzü ondan ağıllı göstərməyinizin işarəsidir... Mühüm danışıqlar vəziyyətində isə, bu bir neçə saniyə sizə fikrinizi tam ifadə etmək üçün optimal sözləri seçməkdə və ya bəzi məlumatları gizlətmək lazımdırsa, cavabdan yayınaraq, araya başqa söz qatmağınız üçün verilən bir fürsət olacaq.Bəzən bir insan dərhal cavab tapa bilməyəndə, zaman qazanmaq üçün parazitar sözlərdən istifadə edir. Lakin bütün bu - "olduğu kimi", "baxın", "başa düşün" və s. kimi ifadələr, müsahibin yalan və qeyri inandırıcı danışdığına işarə kimi qiymətləndirilir.Halbuki, bir neçə saniyəlik fasilə, düşüncələri cəmləşdirməyə və dəqiq bir ifadə tapmağa imkan verir.Yeri gəlmişkən, bu hiylədən yaxınlarınızla ünsiyyətdə, xüsusilə də, münaqişə vəziyyətində istifadə edilə bilərsiniz. Birincisi, bu bir neçə saniyə sizin sakitləşməyinizə, artıq, deyilməsi lazım olmayan və peşmançılıq verə biləcək ifadələrin deyilməsinin qarşısının alınmasına, ikincisi isə daha ağır və balanslı sözlərin seçilməsinə kömək edəcəkdir... Cavabınız olsa belə, bir neçə saniyə gözləməyiniz, həmsöhbətinizi diqqətlə dinləyərək, fikrini tam ifadə etməsinə imkan yaradır. Çünki, bir kimsənin sözünü kəsmək- bu insana qarşı hörmətsizlik, aşağı qiymətləndirmə kimi qəbul edilir... Sanki, nə demək istədiyini artıq bilirsiniz...Bu da onun dar düşüncəli olmasına işarə olub, uzaqgörənliyini şübhəyə alaraq, özünüzü ondan ağıllı gösyərməyinizin işarəsidir... Mühüm danışıqlar vəziyyətində isə, bu bir neçə saniyə sizə fikrinizi tam ifadə etmək üçün optimal sözləri seçməkdə və ya bəzi məlumatları gizlətmək lazımdırsa, cavabdan yayınaraq, araya başqa söz qatmağınız üçün verilən bir fürsət olacaq.Bəzən bir insan dərhal cavab tapa bilməyəndə, zaman qazanmaq üçün parazitar sözlərdən istifadə edir. Lakin bütün bu - "olduğu kimi", "baxın", "başa düşün" və s. kimi ifadələr, müsahibin yalan və qeyri inandırıcı danışdığına işarə kimi qiymətləndirilir. Halbuki, bir neçə saniyəlik fasilə, düşüncələri cəmləşdirməyə və dəqiq bir ifadə tapmağa imkan verir.Yeri gəlmişkən, bu hiylədən yaxınlarınızla ünsiyyətdə, xüsusilə də, münaqişə vəziyyətində istifadə edilə bilərsiniz. Birincisi, bu bir neçə saniyə sizin sakitləşməyinizə, artıq, deyilməsi lazım olmayan və peşmançılıq verə biləcək ifadələrin deyilməsinin qarşısının alınmasına, ikincisi isə daha ağır və balanslı sözlərin seçilməsinə kömək edəcəkdir... Cavabınız olsa belə, bir neçə saniyə gözləməyiniz, həmsöhbətinizi diqqətlə dinləyərək, fikrini tam ifadə etməsinə imkan yaradır. Çünki, bir kimsənin sözünü kəsmək- bu insana qarşı hörmətsizlik, aşağı qiymətləndirmə kimi qəbul edilir... Sanki, nə demək istədiyini artıq bilirsiniz... Bu da onun dar düşüncəli olmasına işarə olub, uzaqgörənliyini şübhəyə alaraq, özünüzü ondan ağıllı gösyərməyinizin işarəsidir... Mühüm danışıqlar vəziyyətində isə, bu bir neçə saniyə sizə fikrinizi tam ifadə etmək üçün optimal sözləri seçməkdə və ya bəzi məlumatları gizlətmək lazımdırsa, cavabdan yayınaraq, araya başqa söz qatmağınız üçün verilən bir fürsət olacaq.Bəzən bir insan dərhal cavab tapa bilməyəndə, zaman qazanmaq üçün parazitar sözlərdən istifadə edir. Lakin bütün bu - "olduğu kimi", "baxın", "başa düşün" və s. kimi ifadələr, müsahibin yalan və qeyri inandırıcı danışdığına işarə kimi qiymətləndirilir. Halbuki, bir neçə saniyəlik fasilə, düşüncələri cəmləşdirməyə və dəqiq bir ifadə tapmağa imkan verir.Yeri gəlmişkən, bu hiylədən yaxınlarınızla ünsiyyətdə, xüsusilə də, münaqişə vəziyyətində istifadə edilə bilərsiniz. Birincisi, bu bir neçə saniyə sizin sakitləşməyinizə, artıq, deyilməsi lazım olmayan və peşmançılıq verə biləcək ifadələrin deyilməsinin qarşısının alınmasına, ikincisi isə daha ağır və balanslı sözlərin seçilməsinə kömək edəcəkdir... Psixoloq.az
Diqqət dağınıqlığı, qavrama problemi, konsentrasiya, öyrənməkdə çətinlik və s. Xüsusilə işləyən insanların yaşadığı bu hislər, beyinlə bağlı problemin xəbərçisi ola bilər. Çox zaman bir çox yoxlanışdan keçilsə də səbəbi tam olaraq bilinməyən "beyin dumanı"haqqında maraqlı bilgilər var.Psixoloq.az medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman Buğra Buyrukçuk bu xəstəliyin altında yatan problemlərdən danışıb. Onun sözlərinə görə, ən başlıca səbəblərdən biri B6, B1, B12 kimi vitaminlərin və ya magnezium, fosfor və yod kimi mineralların əskikliyi gəlir. Qanın hücrə olaraq özünü tənzimləyə bilməməsi də beyin dumanlanmasına gətirib çıxarır.Əsas olan narahatlığı ortaya çıxarmaqdır. Bunun üçün qan dəyərləri və ümumi müayinə ilə tam diaqnoz qoymaq lazımdır.Xəstəliyi yaradan digər səbəb isə, beynimizdəki bilgilərin havadan asılı vəziyyətdə qalmasıdır. Beyinə davamlı olaraq yeni bilgilərin gəlməsi, bəzi mövzularda tam qərar verməmək kimi səbəblər bilgilərin havadan asılı qalması və beynin yavaşlatmasına yol açır.Bu eyni ilə kompüter yaddaşının lazımsız fayllarla dolması kimidir.Həkim bildirib ki, beynin sinxron işləməsi, hücrələrin özünü toplaması və gəncləşməsi üçün mütləq təbii yöntəmlərdən müalicəyə başvurulmalıdır. Təbi yollardan olan Akupunktur(iynə batırma) və hüceyrələri yeniləyən ozon terapiyası ən öndə gələn təbii yöntəmlərdəndir. İnanılmaz gələ bilər, lakin beyin hücrələrinin özünü toplaması üçün təbiətlə sıx əlaqədə olmaq,kamp qurmaq və insanın dayağı sayılan dua etməyin çox böyük effekt verir.
Psixoloq.az bildirir ki,evlilik qorxusu kimi tanımlanan gamofobiya nadir görülən fobiya növüdür.Yunanca “Phobos” və “Gamos” kəlmələrinin birləşməsindən meydana gəlmişdir.Aparılan araşdırmalara görə isə kişilərə nisbətdə qadınlarda Gamofobiyanın daha sıx görüldüyü müşahidə edilmişdir.Gamofobiyası olan şəxslərə evlilikdən,evlənməkdən söz açıldığında -Sürətli ürək döyüntüləri -Tərləmə-Nəfəs alma çətinliyi -Boğulma hissi -Sinədə sıxılma və rahatsızlıq -Baş dönməsi və özündən getmə -Kontrolunu itirmə qorxusu -Titrəmə və istilikkimi əlamətlərdən bəziləri görülə bilər. Ümumilikdə 25 yaş və üzərində şəxslərin gamofobiyadan əziyyət çekdiyi görülməkdədir.Buna səbəb yaşın artması kimi göstərilir. Gamofoboyanın səbəbləri: Uzun müddət davam edən bir münasibətdə heç bir problem yaşanılmadığı halda,evlilik düşüncəsi gerçəkləşməyə başlayan şəxslərdə Gamofobiya görülə bilir.Ümumilikdə ata -anası boşanmış və ya onların münasibətlərində olan konfliktlərə şahid olmuş şəxslərdə daha çox rastlanır.Səbəblərdən biri şəxsin bilincaltında evliliyə dair formalaşdırdığı qayğı və qorxulardır.Evlilik bir çox vəzifə və məsuliyyətləridə bərabərində gətirir.Evin dolanışığı,icarə xərcləri, komunal xərclər, işsiz qalmaq ,uşaqlara baxmaq, evin təmizliyi kimi məsuliyyətlər şəxsin üzərinə düşür.Sosioekonomik səviyyənin artımı ilə birlikdə Gamofobiyaya daha çox rastlanılır. Müalicə müddəti: Şəxslərin ata ana,dost kimi özlərinə yaxın hiss etdikləri,güvəndikləri biriləriylə evlilik mövzusunda söhbət açmaları qorxularına qalib gəlməkdə yardımçı ola bilər.Yalnız irəliləyən durumlarda şəxsin mütəxəssisdən peşəkar dəstək alması mütləqdir.Gamofobiya psixoterapiya,davranış terapiyası ilə müalicə edillə bilir. Psixoloq.az Istinad etmək mədəniyyətdir.
Qoç - ifrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz. İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın. Buğa - yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan dəstək arayın. Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var. Əkizlər - cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər. Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz. Xərçəng - dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün. Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun. Şir - enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz. Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər. Qız - bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun. Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır. Tərəzi - işlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Axşam saatlarında yaxşı dincəlin. Əqrəb - Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Oxatan - həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın. Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər. Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın. Oğlaq - günün energetikası çox yüksək səviyyədədir. Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər. Dolça - işləri qaydaya salmaq üçü əlverişli gündür. Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin. İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin. Balıqlar - çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün. Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.
Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər. Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu, bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər. Yəni psixi sfera artıq öz işini görərək, baş verənləri şüuraltına ötürüb. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olub ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş verib. Onun üçun bu, dəhşətli travma olub və nəticədə psixi sfera bu hadisəni tam aradan qaldırıb. Belə faciəvi təcrübə qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarıb, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilib. Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq bu nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür. Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi hormonu olan testestoronun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır. Öz cinsinə maraq hələ uşaqlıqda özünü biruzə verə bilər. Öz həmcinslərinə meyllilik erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya "nüvə" homoseksualizmi adlandırır. 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orentasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orentasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər. Uşağın tərbiyəsi zamanı nəyə diqqət etmək lazımdır? İlk növbədə uşağın unikallığı faktorundan qaçmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onun başqalarından daha fərqli, daha üstün olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Və beləliklə, analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onları əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar. Çünki onların fikrincə, böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çox zaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görə də uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın. Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu, ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub hiss etsin. Beləliklə, övladınızı qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından asılı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun büruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu, əsasən, bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri-ənənəvi seksual hisslərin yaranmasına bilavasitə təsir edir. Onları necə tanımaq olar? Belə bir fikir mövcuddur ki, homoseksuallar qadına bənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu, əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması şübhə doğurmaz. Lakin əgər onları "normal kişilərlə" müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görünüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar. Homoseksualların əksəriyyəti yaradıcı sahələrə meyl göstərir. Amma bu, o demək deyil ki, iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə, belə peşələrdə işləmək onlara nisbətən çətin olur. Onlara daha yaxın və rahat peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir. Denis Rzayev, həkim-psixiatr lent.az
Qoç Işdə çətinliklər olacaq. Işdə son günlər ağırlıq sizin çiyinlərinizdədir. Səhhətinizə qarşı diqqətli olun ki, yorğunluq sizə baha başa gəlməsin. Təəssüf ki, zəhmətinizin bəhrəsini görmürsünüz. Buğa Qənaətcil olun. Hər bəyəndiyiniz əşyaya pul xərcləməyin. Evdə səliqəlik yaratmaq üçün münasib zamandır. Axşam saatlarında ailə üzvlərinizlə birlikdə gəzintiyə çıxın. Bunun həm sizə faydası var, həm də yaxınlarınız sevinəcək. Əkizlər Pozitiv enerjidən səmərəli istifadə edin. Gümrah olacaqsınız. Yeni təklifləri analiz edin. Münasib olanına “bəli” cavabı vermək olar. Yeniliklər həyatınızı dəyişəcək. Xərçəng Işlər qaydasında olacaq. Hamı ilə xoş ünsiyyət qurmaq imkanı yaranacaq. Hətta zəhlətökən adamlarla belə dil tapacaqsınız. Maraqlarınız üçün fürsətdən bəhrələnin. Şir Təhsil, yeni informasiya qəbulu baxımından əlverişli gündür. Qarşınızda yeni imkanlar açılacaq. Ilk fürsəti dəyərləndirməyi bacarın. Sonra gec olar. Perspektivli gündür. Qız Soyuq havalarda geyiminizə diqqət yetirin, xəstələnmək ehtimalı var. Bir sıraçətinlikləriniz ola bilər. Ancaq bunlar keçici olacaq. Tərəzi Yaxınlarınız sizdən küsəcəyi istisna deyil. Yaxşı olar ki, son günlər qayğıdan məhrum olan yaxın ətrafınıza qarşı diqqətli olasınız. Əqrəb Qonağınız olacaq. Bundan məmnun olmayacaqsınız. Başınızın şəxsi problemlərə qarışdığı bir zamanda kiminləsə rahat şəkildə ünsiyyət qurmaq sizə görə deyil. Yaxşı olar ki, səbirli olasınız. Çünki sizə təşrif buyuran adamdan zərər görməyəcəksiniz. Oxatan Son günlər qaçhaqaçdasınız. Bir işi tamamlayan kimi digər problem qapınızı döyür. Təmkinlə hərəkət etsəniz hamısının öhdəsindən gələ bilərsiniz. Oğlaq Bu gün sizdən inciyən ən yaxın adamla barışa bilərsiniz. Ulduzlar qarşı tərəfdən xoş sozü əsirgəməməyə səsləyir. Bu mövzuda qürura çox önəm verməklə ailədə artıq problemlər yaradırsınız. Dolça Bürcün ailəli nümayəndələri övladlarının təhsilinə diqqət yetirməlidirlər. Son günlər ailədə diqqətsizlik üzündən bir sıra xoşagəlməyən hallar yaşanır. Bunun qarşısını vaxtında almağa çalışın. Balıqlar Qarderobunuzda dəyişiklik etmək olar. Bundan xüsusi zövq alacaqsınız. Əks cinsin mənsublarını cəlb edəcəksiniz. Artıq problemlər yaşanmasın deyə, münasibətləri süzgəcdən keçirin.
Psixoloq.az bildirir ki, istənilən mənzərəni gözəlliyi ilə bəzəyən gülləri sevməyən adamlar çox azdır. Güllər öz gözəlliyi, zərifliyi və ətri ilə, xüsusilə də xanımları məftun edir. Lakin insanlar gülləri yalnız gözəlliyinə görə deyil, həm də onların mənalarına, insanın həyatına olan təsirinə görə də sevirlər. Belə ki, hələ qədim zamanlardan hesab olunurdu ki, güllərin öz dili var. Güllər insanın deyə bilmədiklərini deyir və qəlbin dərinliyində donan hissləri əridir. Əsrlər boyu insanlar güllərlə sevgisini, sevincini, kədərini, tənhalığını bildirirdi.Lakin tədricən güllərin mənaları unuduldu.Azərbaycanda ilk onlayn gül dükanı florist.az startup layihəsinin və ABŞ ın New York şəhərində fəaliyyət göstərən magicbouquets.com dükanının təsisçisi Yaqub Kazımovun sözlərinə görə, güllərin dilinə dair məlumatların bəziləri bu gün də məlumdur: “Alıcılar əsasən qızılgüllərə maraq göstərirlər.Güllər eyni zamandada komunikasiya vasitəsi kimidə istifadə olunur və bu komunikasiya modeli ilə demək olar ki,istənilən emosiyanı ifadə etmək mümkündür.Sadəcə insanların əksəriyyəti qızıllgülləri sevgi və ehtiram rəmzi olaraq təqdim etsələr də unudurlar ki, hətta nifrət hissini belə gül təqdim edərək tərənnüm etmək olar . Daha çox qırmızı qızılgüllərə maraq olsa da, ağ, sarı,çəhrayı rənglərini bəyənənlər də var. Ümumiyyətlə, gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Yaqub Kazımov bildirib ki, güllər rənginə və sayına görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər ehtiraslı sevgi rəmzi olaraq qəbul edənə “səni sevirəm” mesajını çatdırır. Çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir. Qırmızı gül: Eşq, ehtiras, şəhvət, hörmət, ürəklilik, çəkingənlik, utancaqlıqTünd çəhrayı gül: Minnət, təşəkkür, təqdirMərcan rəngli gül: Arzu, istək, həsrət, gözəllikBənövşəyi gül: Əbədi eşq.Açıq çəhrayı gül: Zəriflik, incəlik, məmnuniyyət, kef, heyranlıq, sevimlilik, qərarsızlıq, nəzakətlilikAğ gül: Məsumiyyət, saflıq, təmizlik, gizlilik, hörmət, təvazökarlıq, qorxu, layiq olma, sirr saxlama, azadlıqSarı-çəhrayı – Ağ alacalı gül: Sosial, yoldaş canlısıSarı gül: Sevinc, dostluq, yoldaşlıq, iftixar, məmnuniyyət, isti sevgi, qısqanclıq, məyusluqLavanta rəngli gül: İlk fikirdə aşiq olmaq, sehr, sirrNarıncı gül: Cazibə, heyranlıq, istək, həvəs, səyMavi gül: İlahi Eşq, taysız-bərəbərsizlik, dostluqTünd Moruğu gül – matəmÇəhrayı gül – mükəmməl xoşbəxtlikTünd Göy gül – dostdan artıqsan mənəQara gül – nifrət Xoş günlər və ya təltif etmək üçün tək sayda güllər, matəm xarakterli olduqda isə əsasən cüt sayda güllərdən istifadə olunur. Say etibarı ilə isə aşağıdakı saylardan mesaj xarakterli istifadə edə bilərsiniz. 1 gül – sən mənim həyatımsan.3 gül – səninlə dünyanın sonuna kimi getməyə hazıram.5 gül – mən səni sevirəm.7 gül – nişan günü verilir.9 gül – mən sənə dost kimi hörmət edirəm.101 gül – 100 güllər içində mənim 1 dənəmsən. Qırmızı olsun, ağ və ya sarı güllər tək başlarına və ya dəstə halında bir çox şey deyirlər. Əgər çiçəklərin dilinə və fərqli rənglərin mənalarına bir az hakim olsanız, hədiyyə olaraq göndərdiyiniz çiçəyin həqiqi mənasını biləcəksiniz və hətta ona xüsusi bir məna vermə şansınız da olacaq. Həmçinin seçim etməkdə və ya mənasının yalnış ola biləcəyini düşündüyünüz halda, sizin üçün qeyd etdiyimiz bu güllərdən də istifadə edə bilərsiniz. 1. Aster (çayırçiçəyi) – əbədi məhəbbət simvolu.2. Qırmızı kameliya – sən mənim qəlbimin atəşisən.3. Ağ qərənfil – sən gözəlsən, məsumsan.4. Qırmızı qərənfil – səni heç vaxt unutmayacam.5. Sarı qərənfil – məni məyus etdin, etiraz.6. Jasmine – məni nə vaxtsa sevəcəksən?7. Süsən (iris) – gözəl kompliment əvəzi.8. Lavanda – mən məhəbbətimi tapdım.9. İnciçicəyi – məni kaprizlərinlə niye üzürsən?10. Ağ lilya (zanbaq) – məsumluq, təmizlik.11. Sarı lilya – saxta sima.12. Maqnoliya – xeyirxahlıq, xüsusi diqqət.13. Mimosa – mən hisslərimi gizlədirəm.14. Nərgiz – qarşılıqlı sevgi, arzu.15. Səhləb (orxideya) – sevgi, gözəllik, cazibədar xanım.16. Pion (buynuzbas) – xoşbəxt həyata dəvət.17. Çəhrayı və qırmızı qızıl gül – məhəbbət, əlçatmaz səadət.18. Ağ qızıl gül – sən əvəz edilməzsən.19. Sarı qızılgül – səni sevirəm.20. Tikansız qönçə – ilk baxışdan vuruldum.21. Qırmızı zanbaq – mən səni sevirəm.22. Bənövşə – sevgimizi sirr olaraq saxlayaq.23. Xrizantema – sən yaxşı dostsan. Gül hədiyyə edərkən hisslərinizi daha doğru ifadə etmək üçün www.florist.az saytından və ya +99 455 529 33 06 ,+99 412 408 85 69 əlaqə telefozlarına zəng edərək dəstək və gül sifariş edə bilərsiz
Psixoloq Qədəmli İsmayılova Neyromental Psixologiya Mərkəzinin psixoloqu. Xəzər Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin “Klinik psixologiya” üzrə bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. İstanbul Bakırköy Prof.Dr. Mazhar Osman Ruh Sağlığı Ve Sinir Hastalıkları Eğitim Ve Araş. Hastanesində staj keçmişdir (*2015). 1 saylı Respublika Psixiatriya Xəstəxanasında klinik psixoloq olaraq staj keçmişdir (*2015). Loqos Psixoloji Və Nitq İnkişaf Mərkəzində uşaq psixoloqu olaraq staj keçmişdir (*2017). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Tədqiqatçılar Məktəbi ”layihəsində iştirak etmişdir. Azərbaycan I Beynəlxalq Psixologiya Konfransında iştirak edərək aşağıdakı təlimləri keçmişdir: • Prof. Dr. Tülay Bozkurtun rəhbərliyi ilə “Pozitiv Psixoterapi”, “Mindfulness and strenghts” təlimi • Uzm. Dr. Sevilay Zorlunun rəhbərliyi ilə “Koqnitif Davranış Terapisi”, “Cinsel bozukluklar ve Cinsel Terapi” təlimi; Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransında iştirak edərək aşağıdakı təlimləri keçmişdir: • Dos.Dr. Burhanettin Kaya - “Travma və onunla əlaqədar pozuntularda EMDR metodundan istifadə edilməsi” • Prof. Dr. Ali Kemal Tekin – “ Uşaqlarda aqressiv, antisosial,emosional və asılı davranış pozuntularının səbəbləri və bunların aradan qaldırılması yolları” E.N.M Psixologiya və Konsultasiya Mərkəzi tərəfindən keçirilən “Psixi Sağlamlıq Simpoziumu”nda iştirak edərək aşağıdakı təlimləri keçmişdir: • Prof. Dr. Turan Akbaş “sezgilerimiz bizi yönlendiriyor” və “Çift terapisinde aşk ve eş ilişkisi”. “Zuleykha“ jurnalının bloqeri.(2016) Xəzər Universitəsi, Tələbə Məclisinin Psixologiya departamentinin direktoru (2015-2016). Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransının təşkilatçısı. Hal-hazırda Neyromental Psixologiya Mərkəzində fəaliyyətini davam etdirir.
Psixoloq.az xəbər verir ki, tanınmış psixoloq Elnur Rüstəmov özünə məxsus facebook sosial hesabında motivasiya edici post paylaşmışdır.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. “Sənin kimi biri bunun öhdəsindən rahatlıqla gələ bilər”, “Özünə daha çox güvənməlisən”, “Daha əvvəl nələri həll etdin, bunumu bacarmayacaqsan” şəklində cümlələri əminəm ki, hamınız eşitmisiniz. Çevrənizdəki insanların sizə olan inamın yarısına sahib olsaydınız, indiyə kimi ertələdiyiniz bir çox vəziyyətin üzərinə gedib, bir çoxunu həll etmişdiniz. Deməli insanlar sizi nə qədər güclü görürlərsə görsünlər, önəmli olan sizin özünüzü nə qədər güclü hiss etdiyinizdir. Necə olur ki, insanların bizə güvəndiyi qədər özümüzə güvənə bilmirik? Gəlin özgüvənimizi yenidən gözdən keçirək. Bəli, Özgüvən həyatın bir parçasıdır. Dolayı yolla özünə dəyər, hörmətlə bağlı bir vəziyyətdir. Özünüzü necə göründüyünüz, özünüz haqqında düşüncələriniz, nə qədər dəyərli hiss etməyiniz sizin özgüvəninizi formalaşdırar və bu həyatda aldığınız qərarlara, etdiyiniz seçimlərə, özünüzü doğrultma müddətinizə təsir edər. Yəni özgüvənli olmaq üçün öncə özünüzlə barışıb, özünüzü sevməlisiniz. Sonra isə istəklərinizi gerçəkləşdirmək üçün risk almağa istəkli olmalı, gələcəyin gözəl olacağına inanmalısınız. Ümumiyyətlə, özgüvənsiz olduğunuzu düşünürsünüzsə, bacarmaq və hədəfinizə çatmaq mövzusunda neqativ düşüncələrdə ola bilərsiniz. “Onsuz da bacarmayacağam”, “hər şeyi korlayacam”, “o qədər yaradıcı deyiləm ki”, “insanlar başqaları ola-ola nə üçün məni sevməlidir ki” kimi düşüncələr sizi daha da hərəkətsiz və passiv edəcəkdir. Zehninizdə bu kimi düşüncələr üçün də özünüzü günahlandırmayın. Çünki bu kimi düşüncələrinizin səbəbi genetik və çevrənizlə bağlı ola bilər. Eric Berne’ün dediyi kimi şahzadələr kimi doğulduq, amma sosiallaşma müddətimiz bizi qurbağa döndərdi. Bəs daxilimizdəki şahzadəni necə oyandıra bilərik?1) Sizi önəmsəyən insanlarla zaman keçirin. Ola bilər siz onların sevgisinə özünüzü layiq görmədiyiniz üçün araya məsafə qoymuş olasınız, ancaq bu kimi düşüncələri xaric tutaraq, sadəcə bu insanlarla zaman keçirin.2) Özünüzə məşğuliyyət tapın. İndiyə kimi etmək istədiyiniz bir işə başlayın.
1 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi Fərzəliyev Dəyanətin "Gələcəyimizi qoruyaq" adlı layihəsinin II mərhələsinin icrasına başlanılıb. Layihənin ikinci mərhələsi çərçivəsində məktəb psixoloqları üçün Qarabağ Autizm Reabilitasiya Mərkəzinin psixoloqları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. "Gələcəyimizi qoruyaq" layihəsinin əsas məqsədi Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən 51 nəfər məktəb psixoloqlarının işinə dəstək verməkdir. 24 sentyabr 2018-ci il tarixində Ağcabədi Rayon Təhsil şöbəsinin AKT zalında layihənin açılış mərasimi olmuşdur. Tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri, psixoloqu və digər əməkdaşları, Rayon məktəb direktorları, şəhər məktəblərinin psixoloqları, Qarabağ autizm reabilitasiya mərkəzinin psixoloqları və digər qonaqlar iştrak etmişdirlər. Açılışda layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında iştrakçılara ətraflı məlumat verilmişdir. Tədbir zamanı iştrakçılar tərəfindən verilən suallar cavablandırılmış, təklif və rəylər nəzərə alınmışdır. Layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib. Mənbə:arti.edu.az
Milli Psixologiya Forumu Azərbaycanın qabaqcıl psixoloq, psixoterapevt, Nevroloq və psixiatrlarını bir araya toplayaraq müasir dövrdə bu sahələrdə olan problemlərin və çətinliklərin aradan qaldırımlası yollarının müzakirəsinə istiqamətlənmişdir.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFQeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Milli Psixologiya Forumunda psixokonsultasiya, psixodiaqnostika, psixoterapiya sahələrində olan problemlərin aradan qaldırılması və prosesin təşkili texnikaları haqqında məlumat veriləcəkdir. Forumda iştirak etməklə siz milli ekspertlər tərəfindən psixoterapiya, psixosomatika, psixopotologiya, klinik psixologiya sahələri üzrə geniş məlumatlar əldə edəcəksiniz. Kimlər iştirak edə bilər:Psixoloqlar, Psixoterapevtlər, Psixiatrlar, Pedaqoqlar, Həkimlər, Defektoloqlar və Psixologiya ilə maraqlanan hər kəs iştirak edə bilər. Forumda 8 milli ekspertimiz çıxış edəcək. Hər spikerə 30 dəqiqə çıxış və 10 dəqiqə suallara cavablamaq üçün vaxt veriləcək.Layihə 1 gün nəzərdə tutulubKeçirilmə yeri: Bakı Musiqi Akademiyasının tədbir zalıBaşlanma tarixi: 28.10.2018 saat 09:30-18:00Ödəniş: 20 Azn (Bilet çatdırılma mümkündür)Qeyd: Forumun sonunda 8 EKSPERTİN imzası ilə SERTİFİKAT təqdim olunacaq.Qeydiyyatdan keçin:https://bit.ly/2NuphTFTel: (+994 12) 505 47 46Mobil: (+994 55) 374 80 63Ünvan: Caspian Plaza, korpus 1, mərtəbə 5, Nizami M/S yaxınlığı. Təşkilatçı: CİBS
Psixoloq.az xəbər verir ki,tanınmış uşaq psixonevroloqu dr.Təranə Quliyeva özünə məxsus sosial hesabında Enurezlə bağlı maraqlı animasiya tanıtım çarxını izləyicilərinə təqdim etmişdir. Dr Təranə Quliyeva Enurez haqqında bəhs edən videoanimasiyada uşaqlarda bu halın bir çox hallarda qorxudan,şüuraltı hansısa narahatçılıqdan,ailə münasibətlərində yaranan hər hansı bir konfliktdən və ya qorxulardan yarana bildiyini vurğulayıb.Mütəxəssis valideynlərə uşaqlarında Enurez hallarınn müşahidəsi zamanı uşağı danlamamağı,tənqid edərək şəxsiyyətini əzməməyi və bu durumun yaranma səbəblərini araşdırmaq və müalicə etmək üçün acilən Uşaq Nevroloquna müraciət etmələrinin zəruri olduğunu bildirib.Həmin Video animasiyanı sizlərə təqdim edirik. Psixoloq.az
1920-ci illərdə qadınlar siqaret çəkə bilməzdi. Çəkən qadınlar isə sərt şəkildə tənqid olunurdu. Bu sarsılmaz bir tabu idi. İnsanlar, məktəbdən məzun olmaq və ya Parlamentə seçilmək kimi, qadınların siqaret çəkməsi məsələsini də kişilərə həvalə etmələrinin gərəkli olduğuna inanırdılar. Bu vəziyyət tütün sənayesi üçün problem idi. Əhalinin 50 faizinin siqaret çəkməməsinin səbəbi siqaretlərin dəbdən düşməsi və kobud görünməsindən başqa bir şey deyildi. Amerika Tütün Şirkətinin rəhbəri Corc Vaşinqton Hillin o vaxtlar da dediyi kimi “Bu ön bağçamızda bir qızıl mədəni” idi və vəziyyət belə davam edə bilməzdi. Sektor bir neçə dəfə siqareti qadınlar üçün satışa çıxarmağa çalışdı, amma heç bir üsul işə yaramadı. Kök salmış mədəni önyarğı çox dərin idi və bu satışa əngəl törədirdi. Çox keçmədən, 1928-ci ildə Amerika Tütün Şirkəti çılğın fikirləri və daha çılğın satış kampaniyaları olan gənc və bacarıqlı satış nümayəndəsi Edvard Berneysi işə götürdü. Berneysin satış taktikaları o günlərdə sektordakı heç kimin taktikalarına bənzəmirdi. XX əsrin əvvəllərində satış, bəsitcə məhsulun gözlə görünən, həqiqi faydalarının ən sadə halı ilə qısa və təməl ifadəsi olaraq başa düşülürdü. O dönəmdə insanların xüsusiyyətlərə və məlumatlandırmaya görə alış-veriş etdiklərinə inanılırdı. Bir nəfər pendir almaq istəyirsə, ona pendirin digərlərindən üstün olduğunu göstərən xüsusiyyətlərini danışmağınız kifayət edirdi ( “Ən təzə fransız keçi südündən hazırlanmış, 12 gün mayalanmış, soyuducuda daşınmışdır!”). İnsan, rasional alış-veriş qərarları verən rasional aktorlar olaraq görülürdülər. Amma Berneys bir az qeyri-adi idi. O, insanların çox zaman rasional qərarlar vermədiyinə inanırdı. Hətta insanların təməldə olduqca irrasional olduğunu və bu səbəbdən onlara emosional və şüurdan kənar səviyyədə təsir etmək məcburiyyətində olduqlarına inanırdı. Tütün sektoru, xüsusi olaraq qadınları siqaret almağa və çəkməyə inandırmaq mövzusuna fokuslanmışkən; Berneys bunu emosional və mədəni bir məsələ olaraq görürdü. Berneys qadınların siqaret çkməsini istəyirsə, öncəliklə siqaret çəkmənin mədəni qavrayışını yenidən formalaşdıraraq, qadınlar üçün siqaret çəkməyi duyğusal olaraq pozitiv təcrübə halına çevirmək məcburiyyətində idi.Bunun üçün Berneys bir qrup qadını Nyu Yorkdakı pasxa bayramı nümayişində iştirak etmək üçün kirayələdi. Bu gün divanda televizorun qarşısında deyinərək mürgüləmək kimi adi şeylər etdiyiniz böyük tətil günlərindən biridir. Lakin o gün həyata keçirilən nümayişlər, Amerika futbol çempionatının final müsabiqəsi kimi böyük bir hadisə idi. Berneysin planı belə idi: Uyğun bir zamanda hər şey dayanacaq və nümayişdəki qadınların hamısı eyni anda siqaretlərini yandıracaqdı. Sonra, Berneysin kirayələdiyi fotoqraflar bu gözqamaşdırıcı dəqiqəni çəkdilər və bu fotolar böyük milli qəzetlərə göndərildi. Bunu şərh edərkən Berneys müxbirlərə “bu qadınların təkcə siqaretlərini deyil, onların öz azadlıqlarını ortaya qoyma tutumlarını və qadınlığın özlərinə aid olduğunu göstərən “azadlıq məşəlləri” ni yandırdıqlarını” dedi. Təbii ki, bunların hamısı saxta idi. Amma Berneys bunu siyasi bir protest olaraq təşkil etdi, çünki ölkə səviyyəsində qadınların sahibolma duyğularını hərəkətə keçirdiyini bilirdi. Feministlər qadınlara səs vermə haqqını on il əvvəl qazandırmışdılar. Yarışan paltarları və qısa saçları ilə özlərini təsdiqləmişdilər. Bu dönəmin qadınları eyni zamanda özlərini kişilərdən asılı görməyən bir nəsil idi. Bir çoxu bunu çox güclü formada hiss edirdi. Berneys “siqaret çəkmək=azadlıq” eyniləşdirməsi ilə qadın azadlıq hərəkatına bir mesaj göndərdi, beləcə tütün satışlarını iki qatına çıxararaq zəngin adama çevrildi.Bu taktika işə yaramışdı. Qadınlar siqaret çəkməyə və həyat yoldaşları qədər onlar da ağciyər xərçəngindən "zövq almağa" başladılar. Bütün bunlarla bərabər, Berneys 1920, 1930 və 1940-cı illər bu növ mədəni zərbələr ortaya qoymağa davam etdi. O, satış sektorunda tam mənası ilə inqilab yaratdı və bu müddət ərzində toplumla əlaqələr sahəsini kəşf etdi. İstifadə etdiyiniz məhsul üçün məşhurlara pul ödəmək Berneysin fikri idi. Saxta xəbər mətnləri yaratmaq əslində məhsulların üstü bağlı reklamını etmək idi və bu da onun fikri idi. Müştərilərin biri üçün belə olsa mənfi şöhrət qazanmaq uğruna diqqət çəkmək məqsədi ilə mübahisəli ictimai olaylar səhnəyə qoymaq da onun fikri idi. Bu gün bizlərin qarşılaşdığı satış üslublarının və təqdimatın hardasa bütün növləri Berneysin adı ilə bağlıdr. Lakin Berneys ilə bağlı başqa bir sürpriz daha var: O, Ziqmund Freydin qardaşı oğlu idi. Freydin nəzəriyyələri, bir çox insanın qərar alma müddətlərini əsasən şüursuz və irrasional olduğunu ilk müzakirəyə qoyan nəzəriyyələrdir. Freyd insanların özünə inamsızlıq duyğusunun onları şişirtməyə və həddindən artıq reaksiyaya məruz qoyduğunu başa düşən tək insan idi. Berneys bu fikirləri məhsulların satılması üçün tətbiq etdi və beləcə zəngin oldu. Berneys və reklam: İnamsızlıq duyğumuz necə alınıb satılır?Berneys “Siggy Dayı”nın fikirlərindən istifadə edərək bir reklam imperatorluğu qurdu. Bundan başqa Freydin məşhur ABŞ dərgilərində yayımlanmış məqalələrindən də istifadə etdi. Freyd sayəsində Berneys sektorda daha əvvəl heç kəsin anlamadığı bir şeyi anladı: Əgər insanların emosional inamsızlığından faydalana bilsəniz - əgər onların ən dərin duyğularına və natamamlıq hissinə toxuna bilsəniz - dediyiniz hər lazımsız şeyi alacaqlar. Bu növ satış gələcəkdəki bütün reklamçıların təlimat kitabçası halına gəldi. Yük maşınları kişilər üçün güc və dayanıqlılığın sübutu olaraq satıldı. Makyaj, qadınlar üçün aşiq olmağın və daha çox diqqət çəkməyin yolu olaraq satıldı. Pivə əylənmənin və şənliklərin diqqət mərkəzi olmağın yolu olaraq satıldı. Demək istədiyim, ilahi, heç bir məntiqi olmasa da, Burger King bazar hamburgerləri üçün “necə istəyirsən elə olsun” ifadəsini istifadə etdi. Nəticə olaraq, bir qadın maqazin jurnalı, 150 səhifə boyunca gözəllikdən pul qazanan nisbət olaraq əhalinin 0.01 faizi olan saçı boyanmış qadın rəsmləri sərgiləyərək, bu qadınlardan başqalarına gözəllik məhsulu satışını başqa nəcə edilə bilərdi ki? Ya da pivə reklamları səs-küylü şənliklərlə dostlar, qızlar, sport maşınlar, Vegas, dostlar, daha çox qız, daha çox pivə, qızlar, qızlar, qızlar, yığıncaqlar, rəqs, maşınlar, dostlar, qızlar göstərərək! –Budweiser iç...Bunların hamısı bu gün satış 101. satış oxumağa ilk başladığımda, ilk işimə başladığı zaman mənə insanların “ağrılı nöqtələrini” tapmağımı və sonra daha pis hiss etmələrini təmin etməyimi istədilər. Mən münasibət tövsiyəsi satırdım, mənim vəziyyətimə görə fikir, insanlara sonsuza qədər tək qalacaqlarını, onları heç kəsin sevməyəcəyini və bir şeyin səhv olduğunu deməli idim. Təbii ki, elə etmədim, bu mənə bərbad hiss etdirdi. Səbəbini anlamağım illərimi aldı. Bu gün mədəniyyətimizdə, satış ümumi olaraq bir mesajdır. Bilgimizin böyük hissəsi məruz qaldığımız satış üslublarından qaynaqlıdır. Satış davamlı bizə özümüzü pis hiss etdirərək bir şeylər satın almağımız üçün səy göstərirsə, bunun səbəbi içində olduğumuz mədəniyyətin bizə özümüzü pis hiss etdirmək üzərə formalaşmış olması və bunu aşmaq üçün bir yol axtarmağımızdır. Uzun illər boyunca müşahidə etdiyim bir şey var; mənə tövsiyə və ya istənilən bir şey üçün elektron məktub göndərən minlərlə insanın böyük əksəriyyəti təyin olunması mümkün bir problemə sahib görünmür. Əksinə, özləri üçün yaratdıqları qəribə və qeyri-adi meyarlara sarılırlar. Hovuz şənlikləri və bikini geyən qadınlar olacağı düşüncəsi ilə kollecə gedən bir oğlan kimi xəyal qırıqlığına uğrayır və özlərini sosial olaraq kifayətsiz hiss edir, uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki məktəbə getmək, dərslərə daha çox çalışmaq, yeni dostluqlar qazanmaq məcburiyyətində idilər və davamlı özlərinə güvənsizdilər, çünki heç vaxt əvvəlki mənliklərini yaşamayacaqlar. İkinci təcrübə olduqca normal, amma elə ya da belə hər həftəsonu özlərini heyvan sığınacağına gedərmiş kimi universitetə atdılar. Bu cür şeylər hər kəsin başına gəlir. Özümdən bilirəm, mənim də gənckən romantizm və münasibət anlayışım təsadüfi bir “Friends” seriyası ilə Hugh Grant filmi arasında bir şey idi. Söyləməyə gərək yoxdur, uzun illərimi tükənmiş hiss edərək və məndə anadangəlmə bir qəribəlik var deyə düşünərək xərclədim. Berneys əslində bütün bunları başa düşürdü. Lakin Berneysin siyasi fikirləri bir növ zəiflədilmiş faşizm kimi idi - zəifliklərin, güclü media və təbliğat yolu ilə istismarının həm qaçınılmaz, həm də insanların xeyrinə olduğuna inanırdı. Buna “görünməz hökumət” adını vermişdi və ümumi olaraq kütlələrin axmaq olduğunu və ağıllı insanların onları inandırmağa haqqı olduğunu düşünürdü. Toplumumuz tarix boyunca təkmilləşib maraqlı bir nöqtəyə gəldi. Kapitalizm, nəzəri olaraq, hər kəsin ehtiyac və tələblərini ödəmək üçün mümkün olan ən təsirli yola qaynaqların bölüşdürülməsi üçün çalışır. Lakin bəlkə də kapitalizm təkcə toplumun fiziki ehtiyaclarını aradan qaldırmaq üçün ən təsirli yoldur - yemək, geyim, sığınacaq kimi ehtiyacları. Çünki kapitalist sistem, iqtisadiyyat yolu ilə insanların inamsızlıqlarını və uğursuzluqlarını dəstəkləyən bir forma aldı. Mənfəət yönümlü yeni və həqiqətdən kənar meyarlar əldə edərək, müqayisə etmə və alçaltma mədəniyyətini yaratdı. Çünki özünü aşağı hiss edən, özünəinamsız insanlar ən yaxşı müştərilərdir. Nəticə olaraq insanlar bir problemi həll etmək üçün bir şeylər satın almalarının vacib olduğuna inanırdılar. Bu səbəbdən, daha çox satış həyata keçirmək istəyirsinizsə, olmayan problemlər varmış kimi insanları inandırmaq məcburiyyətindəsiniz. Bu kapitalizmə hücum etmək deyil. Satışa hücum də deyil. Ortada “qoyun”ları əldə tutmaq üçün tərtib olunmuş böyük və əhatəedici bir sui-qəsd olduğunu düşünmürəm. Məncə sistem medianı yönləndirərək müəyyən təşviqlər yaradır; bunun üzərinə mediada davamlı olaraq bir şeylər əldə etmək cəhdinə əsaslanan, laqeyd və səthi bir mədəniyyət formalaşdırır. Ümumi mənada sistemimiz bunu bacardı, hələ də davam edir. Mən bunun, insan mədəniyyətini qaydaya salmaq üçün “ən az pis” həll yolu olduğunu düşünürəm. Ölçüsüz kapitalizm, özünü dərk və uyğunlaşmağı öyrədən bir “mədəni yük” gətirir. Ümumiyyətlə bizim iqtisadiyyatımızda satış, özümüzə inamsızlığımızı düzəltməkdə kömək etmir, əksinə daha çox qazanc əldə etmək üçün qəsdən kifayətsizlik hissimizin və asılılıqlarımızın aktiv qalmasına kömək edir.Bəziləri bunların dövlət tərəfindən hazırlanıb, idarə edilməsinin gərəkliliyini müdafiə edir. Bu bəlkə bir az kömək edə bilər amma mənə yaxşı və uzunmüddətli həll yolu kimi görünmür.Tək həqiqət uzunmüddətli həll; insanların, kütlə rabitə vasitələrinin zəiflikləri və həssaslıqları üsyankarlaşdırdığını anlamaq və bunlar qarşısında qorxuları ilə üzləşərək şüurlu qərarlar almaq istiqamətində daha diqqətli olmalıdırlar. Azad bazarın uğuru, bizə seçmə azadlığımızı tətbiqetmə məsuliyyəti verməsidir və bu məsuliyyət biz diqqətli olduğumuz zaman çox daha ağırdır.
Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz. Buğa - tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər. Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər. Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin. Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın - teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər. Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər. Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.Uzaqdan xəbər alınması istisna deyil.Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.Gözlənilməz, xoş alqılar ola bilər. Əqrəb - ilkin təəssürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək. Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır. Oxatan - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın. Oğlaq - müəyyən şərtlər və ya insanlar sizi seçim qarşısında qoya bilərlər. Həmin seçim, bəlkə də, sizə gərək deyil və ona ehtiyacınız da yoxdur.Amma tələsməyin, fikrinizi dəyişin, perspektivlərinizi bir daha dəyərləndirin. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. Planlaşdırımadığınız işə qatılmayın. Qəza və travma riskinin böyük olduğu gündür. Fəqət işə yaradıcı yanaşsanız və ya intellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.Şəxsi münasibətlər müstəvisində təmaslarınızın möhkəm olmadığı insanla görüşü təxirə salın. Dolça - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin. Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız. Balıqlar - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər. Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.Alış-veriş üçün əlverişli gündür.
Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.Sevdiyiniz insanın qayğısına qalın.Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.Axşam saatlarında əyləncəni təxirə salın.Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.Axşam saatlarında aktiv istirahəti seçməyin.Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.İradlar və tənqidlərə sərt reaksiya verməyin.Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.
İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox Azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. “Yenigundem” e Xüsusi mənbələrdən verilən məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlanacağı bildirilir. Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.azsaytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Təbriz Məhərrəmoğlu
Rəna xanım, neçə ildir ki, bu işlə məşğulsunuz və işiniz nədən ibarətdir?- Mən artıq 22 ildir ki, fizeoterapevt olaraq fəaliyyət göstərirəm. Eyni zamanda bədənin istənilən yerinini korreksiyası ilə məşğulam. Yəni ki, istənilən bədən üzvünü müxtəlif aparatlar vasitəsilə həm arıqlada, həm də kökəldə bilirəm. - Sizə daha çox bəylər müraciət edir, yoxsa xanımlar?- Daha çox xanımlar müraciət edirlər, amma bəylərin də müraciəti ilə tez-tez rastlaşıram. - Bəzən insanlar arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına müraciət edirlər. Amma siz isə fərqli üsulla insanları arıqlada bilirsiniz. Cərrahların narazılığına səbəb olmursunuz ki?- Qətiyyən, onlar özləri mənimlə işləməkdə zövq alırlar. Çünki əməliyyatdan sonra müəyyən izlər qalır ki, mən müasir aparatlarla o izləri aradan qaldırıram və tikiş zamanı vurulan sapları yumşaldıram. Bərkiməyə qoymuram. Bir də ki, elə pasientlər olur ki, mən özüm onlara məsləhət görürəm ki, bu mənlik deyil, plastik cərrahiyəlikdir. - Sizin üsulunulza bir aya nə qədər kilo verə bilir pasientlər?- Hansısa bir üzvü kiçiltmək çəkiyə baxmır. Çəki onsuz da azalır. Amma mənim əsas məqsədqim ölçünü kiçiltəm, ya da böyütmək olur. Bir sözlə, mən uşaqlıdan yığılıb qalan piyləri əridirəm. Loru dildə desək, insanları “rəndələyirəm”. - Bəs etdiyiniz prosedur zamanı hansısa bir pəhrizi məsləhət görürsünüzmü?- Xüsusi pəhriz olmur. Lakin hər prosedurdan iki saat qabaq və iki saat sonra yeməmək əsas şərtdir. - Dediniz ki, müxtəlif aparatlarla işləyirsiniz. Bu aparatların funksiyaları nədən ibarətdir?- Aparatlarımın hamısı müasir aparatlardır. Kompleks şəkildə işləyirəm. Hər aparatın özünün funksiyası var və onlar biri-birini tamamlayır.- Sizin prosedurlarınızdan sonra narazı qalan pasientlər olurmu?- İndiyə qədər belə halla rastlaşmamışam. İnsanların güvənini qazanmışam. - Bəs bu prosedurların sonradan bir fəsadı ola bilərmi?- Qətiyyən. Əksinə, nəticələr getdikcə daha da ürəkaçan olur. - Ən uzun çəkən prosedur hansıdır?- Gün ərzində bir prosedura bir-iki saat vaxt gedir. Amma elə prosedurlar var ki, beş-altı saat vaxt tələb edir. - Son olaraq, nə demək istəyirsiniz?- Demək istəyirəm ki, insanlar öz sağlamlıqlarına fikir versinlər və həmişə gözəl görünsünlər.Əlaqə nömrəsi: 055 658 07 58Real Hospital
Qoç – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.Buğa – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.Əkizlər – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.Xərçəng – Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.Şir – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.Qız – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.Tərəzi – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.Əqrəb – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.Oxatan – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.Oğlaq - Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.Dolça – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.Balıqlar – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.
Psixoloq.az xəbər verir ki, tanınmış Psixonevroloq həkim Leyla Şahbazova özünə məxsus sosial hesablarında maraqlı layihə başladaraq sosial mesaj verməklə, musiqi zövqünün korreksiyası üçün diqqətləri opera musiqisinə çəkmişdir.Belə ki,"Dinlədiyiniz musiqi sizdən danışır" adlı hazırlanmış video paylaşımında dahi bəstəkar Fikrət Əmirovun Sevil Operasından Dilbərin Ariyası səslənmişdir.Paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Layihə ilə bağlı Psixoloq.az a açıqlama verən Dr.Leyla Şahbazova son zamanlarda gündəmi zəbt edən bayağı musiqilərin və eləcədə dinləyiciyə çatdırılan bu musiqilərin zamanla insan zövqünü korlamaqla yanaşı psixikaya mənfi təsirlərinin çoxluğundan danışıb.Həkim , insanların dinlədikləri musiqinin onların intelekt səviyyəsinin , hansı səviyyədə olduğunu göstərdiyini qeyd edib.Psixonevroloq klassik və opera musiqisinin insan psixikasında psixoterapevtik əhəmiyyətə malik olduğunu vurğulayıb Həmin video paylaşımı sizlərə təqdim edirik. Psixoloq.az
Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az
Psixoloq.az xəbər verir ki, son zamanlarda maraqlı layihələri ,özünə məxsus kreativ ideyaları,bacarığı və istedadı ilə diqqət çəkən Yaşam Kouçu Psixoloq Zümrüd Əsədova Xəzər televiziyasında yayımlanan İmtahan serialında psixoloq obrazını canlandırmışdır.Bu barədə Psixoloq Zümrüd Əsədova özünün facebook hesabında paylaşım etmişdir.Həmin paylaşımı və İmtahan serialından görüntüləri sizlərə təqdim edirik . Hər insanın öz həqiqəti, hər kəsin öz reallığı var.. İnsan yaxşı niyyətlə etdiklərinin necə bir nəticəyə səbəb olacağını öncədən bilmir. Başqasına yaxşı olsun deyə vazgeçdiklərimiz o insanında bizdən vazgeçməyinə səbəb ola bilər...
Ünvan: Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 . Jalə Plaza Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, Azərbaycan Tel.: +99412 555 33 73, +99455 371 33 03Email: [email protected]əqsədimiz ayı-ayrı fərdlərin və ailələrin həyətlarında psixoloji balasın bərpa olunması və saxlanılmasınayönəlik fəaliyyət göstərməkdir.Bizim pofessional prinsiplərimiz bu şəkildədir.-Peşə etikasına həssaslıq-Kollektivçilik və komanda çalışması-Multidisiplinar yanaşma-Öyrənməyə və inkişafa daim açıq olmaq-Həmkarlarımıza qarşı hörmət və tolerantlıq-İnsanlara yardım prinsipini başlıca məqsəd kimi qəbul etmək-Gənc həmkərlarımıza öz professional inkişaflarında dəstək vermək-İnam prinsipinə əsəslanaraq konfidensiallığın daima qorunub saxlanılmasına riayət etmək-Əl çata bilən olmaqPsixoloq kimdir?Əvvəlcə psixoloq kim deyildir sualına cavab verək.Psixoloq ilk baxışda insanların şəxsi keyfiyyətləriniortaya çıxaran,zehinlərini oxuyan şəxslər deyildir.Əksinə,psixoloq, müraciət edən şəxsin gətirdiyiproblemi diqqətli şəkildə dinləyən,incələyən, şəxsin verdiyi informasialar əsasında problemin altındayatan səbəbləri araşdıran və bu səbəblər doğrultusunda müəyyən texnika və yanaşmalar ilə şəxsəproblemin öhdəsindən gəlmə bacarığı qazandıran şəxsdir.Psixoloqa hər bir kəs müraciət edə bilər.Psixoloqa getmək üçün depressiyada olmaq,panikatak,fobiya,travma,obsessiya və.s kimi problemlərinizin olması mütləq deyil.Aşağıda qeyd olunmuşbütün vəziyyətlərdə psixoloq sizə kömək edə bilər-Yaşadığınız problemin gündəlik həyatımıza, münasibətlərinizə ,iş həyatnıza mənfi təsir göstərdiyi vəgündəlik işlərin icrasına diqqətinizi yönəltməkdə çətinlik çəkdiyiniz hallarda-İstifadə etdiyiniz yolların problemlərinizin həllinə yetərli olmadığı vəziyyətlərdə-Emosional olaraq özünüzü yaxşı hiss etmədiyiniz və ya əvvəlkindən daha pis hiss etdiyiniz vəziyyətlər-Qısası ümumi həyatınızı əvvəlki kimi məhsuldar şəkildə davam etdirməyinizə əngəl ola biləcək istənilənvəziyyətdə psixoloqa müraciət etmək yetərli səbəbdir.
Aygün Ağabalayeva – Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu. Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini bakalavr və “Hüquq psixologiyası” üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə 138 saylı orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərib. 2000-2001-ci illərdə “KIGT LTD” şirkətində administrator vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək “SAVVY” taekvondo klubunda idmançıların psixoloji hazırlıq prosesini müşayiət edir, taekvando və karate üzrə individual və qrup şəklində konsultasiyalar aparır.Bu sahədə Respublika üzrə yüksək referanslara malik mütəxəssisdir. 2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Ailə Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; İDNA Çözüm Odaklı Danışmanlık və Eğitim Merkezinin baş performans məsləhətçsi Yrd.Doç.Dr. Ozanserin rəhbərliyi ilə keçirilən “Uygulamalı spor psikolojisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən “İyi olma hali ve tükenmişlik sendromu” təlimlərini keçmişdir. Akdeniz üniversitesi tıp fakültesi psikiyatri anabilim dalı, uzman klinik psikolog Sibel Dinç Çalışkanın “Cinsellik, Cinsel Anatomi ve Cinsel İşlev Bozuklukları” təlimini başa vurmuşdur. 2016-cı ildə keçirilən Uşaq Sağlamlığı Təlim Konfransının 3-cü toplantısında iştirak etmişdir. Rusiyada Professional Psixoterapevtik Liqanın üzvüdür.2013-2014-cü illərdə Xəzər Universitetində “Psixoloji Konsultasiya” fənnini tədris etmişdir. Rusiyada bir çox psixoloji mərkəzlərdə təlimlər keçib. Uzun illər Psixologiya və Konsultasiya Mərkəzində fərdi konsultasiyalar aparıb və işində yüksək nailiyyətlər əldə edib, hal-hazırda da Harmoniya Psixologiya Mərkəzində çalışaraq, şəxsi, ailə və iş həyatında yaranan çətinlikləri çözməyə kömək edir.
Musiqiterapiyası müalicə üçün istifadə olunan psixoterapevtik üsuldur. Psixoterapevtik üsullara əlavə vasitə kimi və müalicə, reabilitasiya, təhsil, tərbiyə, yaradıcılıq üçün istifadə olunur. Musiqi terapiyası özündə neyrofiziologiyanı, psixologiyanı, refleksologiyanı, musiqi psixologiyasını və musiqişünaslığı birləşdirir. Müasir dövrün tərbiyə və şəxsi inkişaf prosesində istifadə etdiyi universal üsul kimi gəbul olunur. Musiqinin insana psixi və fizioloji təsiri haqqda ilk məlumat verənlərdən biri Pifaqor idi. Sinir sisteminə əsaslı şəkildə təsir edən musiqi fərqli effektlər yarada bilər, bunun üçündə dinlədiyimiz musiqilərə diqqət yetirməliyik. Çünki biz özümüzü idarə edə bilməyimiz üçün, bizi təsir altına salan proseslərin fərqinə varmalıyıq. Məsələn günün necə başlamasının, gün ərzində olacaq əhvala təsiri böyükdür və günüzü neqativ ifadələr olan mahnılardan başlasaz bu artıq sizə pozitivliyə köklənməyə böyük bir maneyədir. Eyni şəkildə yuxuya getmədən öncə dinlədiyiniz musiqi, gecə ərzində beyninizdə təkrar təkrar oxuna bilər, onun üçün səssiz şəraitdə və ya xoş musiqi sədaları altında yuxuya gedin. Sırf yuxu saatı və oyanış saatı üçün hazırladığınız musiqilər ola bilər və bununla əhvalınızı idarə edə bilərsiniz. Sağlamlığımız düşüncələrimizdən başlayır. Dinlədiyimiz musiqilər isə düşüncə və təsvirlərimizə təsir edir buda dolayısı ilə emosional halımıza təsir edir. Gərginlik və depressiv hallarda yaranan enerqetik tıxaclar və bədən spazmları bəlli bir sıxıntılara yol açır. Kədərlənmək olmaz deyə bir qayda yoxdur ancaq bunu səhər oyanarkən və ya yatmadan öncə etsəniz ruh düşkünlüyü sizi daha uzun müddət narahat edə bilər. Ağlamağa ehtiyacınız olduqca ağlayın ama sakitləşmədən yatmayın. Özünüzü Sevin və daxili proseslərinizə hörmələ yanaşaraq, ehtiyaclarınıza qarşı diqqətli olun. Sadəcə ehtiyacları ödədikdə bunu məntiqli şəkildə edinki, özünüzə əlavə zərər yetirməyəsiniz. Həyatınız sizin əl işinizdir. "Azərbaycan İnciləri" layihəsinin layihə rəhbərinin müavini Psixoloq Reiki Art Terapevt Zümrüd Əsadova
Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.
Uşaqlar çox suallar verir. Bəzən elə suallar olur ki,valideynlər bu sualları cavablamaqda çətinlik çəkir.Belə suallardan biridə uşaqların insanın nədən doğulması və ölməsi haqqında sualdır ki,yalnış cavab uşaqlarda ölüm qorxusu , itirmə qorxusu kimi gələcəkdə isə bir çox ugursuzluqlarının altında yatan psixoloji travmaya səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, Aydınlanma səyahəti kitabının müəllifi və eləcədə bir çox yazıları ilə rəğbət qazanmış yazıçı Ceylan Mumoğlu özünün sosial şəbəkə hesabında oğlu ilə arasında keçən dialoqla bağlı paylaşım etmişdir.Həmin yazını oxuduqdan sonra bu qənaətə gəldik ki, yazıçı ana övladına ən doğru psixoloji yanaşma göstərib. Bu isə uşaq və ailə mövzusunda, uşaqların suallarına cavab verməkdə çaş baş qalan valideynlər üçün gözəl bir örnəkdir.Bu səbəblədə həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. Günlərin bir günü "filosof" oğlum yenə öz düşündürücü sualıyla kəsdirib başımın üstünü, xatırlayıram; əlimdə hansısa romanın maraqlı səhnəsini oxumaqdaydım, elə bil körpəni anasından ayırmaq hissinə bənzər hiss yaşatdı. Amma Allahdan, sualı maraqlıydı, yarıda kəsilməyimə o qədər də üzülmədim. Maraq dolu baxışlarını üzümə zilləyib soruşdu: "Ana, insanlar dünyaya niyə gəlirlər? Yox ey, əgər gəlirlərsə, sonra niyə ölürlər?"Əvvəl ağlıma gəldi ki, dərsliklərdən öyrəndiyimiz bilikləri olduğu şəkildə ona izah edim, bilik transformasiyası edim. Sonra bu istəyimdən vaz keçdim. Dedim, onsuz da müəllimlər bu bilikləri məktəbdə ona öyrədəcəklər də, niyə tələsirəm? Qoy orda da öyrənmək üçün yeni nələrsə qalsın. Başladım, insanın doğulub-ölməsini çaylarla okean nümunəsində özümçün obrazlaşdırmağa. Dedim, oğlum, bax, təsəvvür elə çaylar da bizim kimi insanlardı. Başladıqları yerdən axarkən nə qədər uzun məsafələr qət edib, sonra okeana tökülürlər. Bilirsənmi, onlar okeana tökülmədən əvvəl qorxudan tir-tir əsirlər. Oğlum gözlərini qaldırıb artmış marağıyla soruşur: "A niyə ki? Niyə qorxurlar, kimdən, nədən?"Onlar geri qayıtmamaqdan qorxurlar. "Ana, guya bilmirlər ki, geri qayıda bilməzlər? Bəyəm çaylar geri qayıda bilir ki? Bir yöndə axıb gedirlər". Ay sağ ol da, ardına qulaq as. Çaylar axdıqları yol boyunca nə qədər gözəl mənzərələr görür, macəralar yaşayır, eyni zamanda həyatın onlara hazırladığı çətinlikləri də yaşayırlar. Bəzən hamar çəmənlər, bəzən dolaşıq meşələr, hətta dağların zirvələrindən keçərək axırlar. Bu zaman içlərində olan qorxu hissi elə də çox olmur. Çünki hələ okeana yaxınlaşmayıblar, ona çatıb nəhəng sulara qarışmayıblar. "Ana, böyük sulara qarışanda nə baş verəcək ki?" Hə, bax çayları narahat edən məsələ də elə budur. Onları qorxudan şey naməlumluqdur, təcrübəsizlikdir, bilinməzlikdir. Təkcə bunu bilirlər ki, onlar axırlar və geri qayıtmaları mümkün deyil, əvvəl-axır mütləq okeana töküləcəklər. "Bəs çaylar necə etməlidirlər ki, qorxmasınlar? Onlara kim kömək edəcək?"Çaylar okeana tökülmədən öncə qorxu hissinə qalib gəlməlidirlər. Öyrənməlidirlər ki, okeana tökülmələri onları heç də yox etməyəcək, əksinə okeanla birləşib birlik olacaqlar. Bu bir tərəfdən yoxoluşdursa, digər tərəfdən dirilmədir. "Hmm, ana, başa düşdüm. Deməli, çaylara heç kim kömək etməyəcək, özləri özlərinə kömək etməlidirlər. Qorxmamağı öyrənməlidirlər". Elədir, əziz oğlum, həm qorxmamağı, həm də "dirilməyi" okeana tökülmədən öncə öyrənməlidirlər. Axı Müqəddəs Kitabımız Quranda da deyilir: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (Bəqərə surəsi, 156). Ceylan Mumoğlu
Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılar. Pavlov iti, Ryazan muzeyi. Leninqrad Fizioloji İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olara bir neçə dəfə zəng çalınar. Lakin it reaksiya verməz. Sonradan ət verilər, itin tüpürcəkləri axar. Sonra ət ilə birlikdə zəng çalınar. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının sununun axdığı görülər. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyar və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğular. Pavlov, bu sahədəki işlərinə görə 1904-cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı
Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Nevropsixiatrik pozğunluq olan "Gəzən cəsəd sindromu" Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına düşüb.Bu, bir depressiya və intihar meyilləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır. Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir. Uzun müddət sonra xəstəlik bu və ya başqa formalarda yenidən ortaya çıxa bilir.Xəstələr "beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil" kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır". Bu günə kimi xəstəliyin yaranma səbəbləri tibb aləmində aşkar edilməyib. Sonuncu dəfə xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq itirib. Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. "Gəzən cəsəd sindromu" xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşmiş bir müalicə üsulu yoxdur.Kotard sindromunun elmdə izahı və yaranma səbəbləri müəyyən edilmədiyi üçün xəstəlik nadir xəstəliklər siyahısına daxil edilib. Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik tam sağalmadığı və çox zaman vaxtında müəyyən edilib müalicəsinə başlanmadığı üçün intiharla, ölümlə nəticələnir. Xəstələr xəstə olduqlarını qəbul etmədikləri üçün həkimə müraciət etməkdən də imtina edirlər. "Mən ölüyəm, məni niyə basdırmırsınız", "Bədənimi artıq qurdlar yeməyə başlayıb", "Bax, dərim necə çürüyür, qoxuyur" deyən xəstələr Kotard sindromundan əziyyət çəkənlərdir. Bu xəstələr ən çox gecələr əziyyət çəkirlər. Belə ki, gecə qorxuları, titrəmələr, əsəb, çürümə və ölüm hissləri ən çox onları gecələr narahat edir. "Bu xəstələr elə çox zaman gecələr intihar edirlər" Müəllif: Aytəkin Vəliyeva
Qüds sindromu - qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma- tez-tez yuyunma- moizələr oxumaEyni zamanda sindromun yaşanma forması 3 cürdür:I. Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və b. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.II. Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.III. Hər hansı bir cərəyanın, məzhəbin nümayəndəsi olub, onun inkişafına, yayılmasına, tanınmasına həyatını sərf edəcəyini düşünənlər.Sindrom həm psixoloji travması olanlarda, həm də sağlam insanlar arasında da görülüb. Hər il buranı ziyarət edən turistlərin miimum 50-də bu hal yaşanır. Təsir müddəti şəhəri tərk etdikdən 1 həftə, maksimum 10 gün ərzində davam edir.Təkcə 1980-1993-cü illər ərzində 1200-yə yaxın insanda bu sindromun yaşandığı qeyd olunur.Bu halın bir digər oxşarları bu və ya digər dərəcədə Məkkə, Kərbəla, Nəcəf, Məşhəd, Roma və s. kimi dini mərkəzli şəhərlərdə də yaşanır.
Ördek ve qaz balalarında (Baby duck syndrome) bele bir xüsusiyyet var ki, doğulan kimi hərəkət edən nəyise ve ya kimisə görsələr ( top, it, toyuq, adam və s.) anası hesab edirlər ve dalınca düşürlər. Beləcə də bəzi adamlar var ki, müəyyən bir sahədə, mövzuda ilk nəyə rast düşürlərsə onun ən üstün, ən ideal, ən düzgün olduğunu hesab edirlər. Və yeniliyi qəbul etməkdə çətinlik çəkirlər. Tez-tez mübahisə edirlər və öz fikirlərini aksioma hesab edərəkdən hərkəsə yeritmək istəyirlər.Bu sindromu (Baby duck syndrome) xəstəlik adlandırmaq düz olmaz. Daha çox qeyri düzgün formalaşan düşüncə tərzidi. Bəs bundan nece can qutarmaq olar? İnsan özünə qarşı biraz kritik yanaşmalıdir, analiz etməlidir, məsələn: niyə mən başqa cür deyil məhz belə düşünürəm? Digər insanların fikirləri ilə maraqlanmalıdır; bu mövzuda məqalələr, kitablar oxumalıdı. Başqa sözlə son qərarı ilk gördüyünlə deyil, bir neçə mənbədən aldığın informasiyaya görə verməlisən
Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar. Aydın olmuşdur ki, şəxsi əşyalardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir. Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür. Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri 300 nəfəri dərindən incələmişlər. Məlum olmuşdur ki, onu əmələ gətirən ən birincili səbəb vacib zənglərin gözlənilməsidir. 65% hallarda insanlar narahatlıq doğuran zəngləri gözləyir və hətta onları cavablaya bilməyəcəklərindən dolayı narahatlıq keçirirlər. Bu telefon vasitəsilə baş tutan dialoq bitdikdən sonra belə şəxslər onların yenidən gələcəyi gərginliyi ilə tez-tez və narahatlıq içində telefonları gələ biləcək zənglərdən dolayı yoxlayırlar. Bu vəziyyətdə onlarda adi kiçik bir vibrasiyadan belə aktivləşən sinir ucları beyinə bu reaksiyanı telefon zəngi xarakterində ötürdüyündən məhz verilən cavab da telefona istiqamətlənmiş olur. Təəssüflə bildirilir ki, 40% halda bu izsiz ötüşmür. 87% sorğuda iştirak edənlər isə bu psixoloji anomaliyanın onları həftədə bir neçə dəfə narahat etdiyini bilririrlər. Digər 13% isə “yalançı zənglər” seriyasının gün ərzində bir neçə dəfə təkrarlanmasından şikayətləniblər.Fantom zənglər sindromu sinir gərginliyinin nəticəsidir. O ciddi sinir sistemi pozğunluğu ilə nəticələnə biləcək xəstəliklərin xəbərdarçısıdır. Əgər ilkin əlamətlərin meydana çıxmasından 5-7 gün ərzində aradan izsiz ötüşmürsə mütləq mütəxəssis ilə məsləhətləşməli olduğu bildirilir.
3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə,hər hadisədə var olduğunu, önəmli olduğunu hissetmək istəyir. Eyni zamanda uşağın dost çevrəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özgüvən duyğusu formalaşır. Əgər uşaq özünü güvənsiz hiss edərsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.3 yaş sindromundakı uşaq çox inadçı olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və cevrəsinə isbat etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geymək istəyər və.s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq " MƏN” olma dövründə. Özünün maraqları və zövqləri var. Əgər ona dəyər verilmədiyini hiss edərlərsə, yada istəkləri qarşılanmazsa ağlama krizlərinə girirlər. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez görülür.3 yaş sindromunu normal keçmək üçün:- Uşağa daha çox sevgi göstərin( qucaqlayın, tez- tez səni sevirəm deyin)- Balaca da olsa ona məsuliyyətlər verin( paltarları ayırmaqda, oyuncaqları toplamaqda kömək etsin)- Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq- Sosiallaşması üçün uşaq çox olan mühitlərə aparın.- Göz kontaktı quraraq danışın.- Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.- Əşyalarını paylaşmaq istəməzlər. Bunun üçün onu məcbur etməyin- Qatı rejim qoymaq olmaz- " YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin.Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.3 yaş sindromu nə zaman bitər?Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Edilməsi gərəkən sadəcə səbrli olmaq və bu dövrü travmasız,normal keçirməkdi
Psixoloq.az xəbər verir ki,tanınmış stilist, bərbər İlkin Əhmədoğlu özünün facebook sosial hesabında saçlara necə kəsim və qulluq edilməsi ilə bağlı marqlı bir yazı paylaşmışdır.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik 1) Əgər bərbər sizə deyirsə ki , sənə bu saç düzümü yaraşmır gəl bunu dəyişib sənin imicini dəyişək , o zaman bu sözə çoxda aldanmayən çünki baxış bucaqları fərqlidir . Onun zövqü sizi qane etməyə bilər və beləliklə ortada sizi qane etməyən saç düzümü ilə qalan siz olacaqsınız . Hal hazırda gənclər arasında Pampadour saç düzümünün Drop Fade , High Fade , Slow Fade birləşmələri kimi saç düzümləri dəbdədir . Bu kənardan asan görünən iş özündə bir neçə keçidləri əks etdirir . Keçid isə bunlardan ibarət ola bilər . Ülgüz + 0 + 0,5 + 1,5 + 2 . Bu saç düzümü üçün saçın üstünün çox olması şərtdir . Başın kənarları üstə doğru keçitdə ( mütləq ) hamarlaşdırılmalıdır , heç bir qəfil keçid olmamalıdır . Başın qabaq hissəsindən , başın arxasına kimi ( saçın bitdiyi yumuru dairəyə qədər olan məsafə ) kəsim çoxdan aza olmalıdı ki ( çolka ) çox görünsün . Bu cür səliqə və dəqiqliklə kəsilən saç həm nəm həm də quru halında rahat daranır və düzümə rahat yatır . 2) Kəsim Saç kəsimi hər zaman müxtəlifliyi ilə seçilib və müştərinin üz quruluşuna görə aparılmalıb . Burada müştərinin çənə sümüyü , başın ümumi forması , alnın hündürlüyü və ya alçaqlığı , qulaqlar və ən nəhayət burun nəzərə alınmalıdır . Məhs bu kimi halları üstün tutan bərbərin saç kəsimi hər zaman mükəmməl alınar və müştərisi razı qalar . 3) Fen . Fenlə saçınızı ev şəraitində qurutduğunuz zaman və yaxud saç düzümü etdiyiniz zaman mütləq Fenin istiliyini orta dərəcə qoymalı başınızdan ən azı 30 - 40 sm uzaqlıqlda saxlamalısınız . Bu halda siz saçınızı yandırmayacaqsınız , yanmış saç sizə lazım deyil təbii ki . Saçınızı ev şəraitində düzüm ( ukladka ) etmək isəyirsinizsə hökmən saçlarınızı yumaq şərtdir , çünki bu halda saçlarınızın yağlılığı olmayacaq və düzümə daha asand yatacaq + bu halda saçınız yanmayacaq . Saçlar yanarsa onlar sarımtıl rəng alacaq bunu nəzərdə saxlayın . Yanmış saç tez qırılır istər ortadan , istər dibdən , istər saç qıranlarla . 3) Saç qıran Bir çox xanımlarımızın əsas saç problemlərindən biri də bildiyiniz kimi saç qırandır . Belə olduğu halda saçınızda saç qıran varsa mütləq ondan can qurtarmağınız vacibdir , çünki o yayılır . Saç qırandan isə müxtəlif üsullarla qurtulmaq olar . Günümüzdə bir çox vasitələr var ki , saç qıranları məhv edir saçınızı hamar və parlaq saxlamaqda sizə yardımçı olur . Bu vasitələr çox zaman salonlarda olur . Həm saç qıran üçün xüsusi maşınka , həm qayçı . Özünüzün bunu etməyi MƏSLƏHƏT GÖRÜLMÜR . Həmçinin saç qırandan saçınızı yandırmaq üsulu ilə də qurtula bilərsiniz bu çox riskli bir prosedur olduğu üçün mütləq salon şəraitində professional ustalar tərəfindən aparılmalıdır . 4) Saça qulluq Dövrümüzdə bir çox şampunlar var ki bunların da bəzən məmbəyi , bəzən də effektliyi bizə şübhəli qalır . Bilirsiz niyə ? Çünki siz şampunu saçınıza uyğun seçmirsiniz ona görə də sizin saçla baölı probleminiz həll olunmur əksinə problüm daha da dərinləşir və nəticədə saç tökülməsinə gətirib çıxardır . Əslində hər bir insan geyimi , yediyi yeməyi , gəzmək istədiyi məkanı , dostlarını seçməklə yanaşı saçına şampunu da düzgün seçməlidir çünki bundan çox şey asılıdır )))) Məsələn : Əgər sizin saçınız yağlanırsa o zaman siz Normal saçlar üçün şampun alacaqsınız ? Xeyir . Sizə yağlanmağa qarşı olan şampun lazımdır . Əgər siz saçınızın tökülməsini hiss edirsinizsə o zaman saç tökülməsinə qarşı şampun alacaqsınız . Bu məsləhətlərə mütləq riyaət etdiyiniz halda saçlarınız problümi azalacadır . 5) Saç tökülməsi Bu hal həm xanımlarımızın həmdə bəylərimizin öndə olan problemlərindən biridir . Həmişə mənə sual olunur ki , mən nə edim ki saçımın tökülməsinin qarşısını alım ? Cavabım bilirsiz nə olur ? Get həkimə ))) Çünki mən bərbərəm mən sizə yalnız kəsimdə yardım edə bilərəm üzünüzə uyğun saçınızı kəsərəm . Bu mənim peşəmdir və peşəmi çox gözəl bildiyim üçün bu sahədə sizə yardıçı ola bilərəm . O ki , qaldı saç tökülməsinə bu hal bir neçə amillərə bağlıdır bunlar : Əsəb , stress , şəkər xəstəliyi , aclıq , vitamin çatışmazlığı kimi səbəblərə aiddir . Ən çox hallarda əsəb və stressdən olur . Saç tökülməsinin əsas problemini araşdırıb onu müalicə edin yəni əsəblərinizi məhs bundan sonra siz saçınızla bağlı heç bir problem yaşamayacasınız . Əgər siz daim stress və əsəb keçirəcəksinizsə nəyinki saçınız hətda əl və ayaq qırnaqlarınız belə həssaslaşacaq o cümlədən dişləriniz də problem yaşayacaq . Sinir bədəndə bir çox xəstəliklərin təməlini təşkil edir . Odur ki ilk növbədə onu müalicə edin Diqqətinizə görə təşəkkür edirəm Əgər saç və saç düzümü ilə bağlı suallarınız yaranarsa İlkin Əhmədoğluya müraciət edə bilməniz üçün əlaqə telefonu 051 414-43-35
İçindən gələn səsin nə dərəcədə doğru olduğunu bilmək istəyirsənsə testi yoxla.1. Həyat yoldaşınız axşam evə həmişəkindən gec gəlir. Niyə gecikdiyini soruşduğunda müammalı cavablar verir. Bu zaman içindən gəl səs nə deyir? A. Sənə yalan söylədiyini B. Onun yorğun və ac olduğunu deyir C. Əslində dostları ilə görüşmək istədiyini, amma görüşə bilmədiyi üçün sənə bir az əsəbi olduğunu deyir 2. Bir neçə gündür həyat yoldaşın/sevgilin səni sevdiyini həmişəkindən çox deyir. Onu bir az da fikirli görürsən. Tez-tez tərlədiyini və telefonunu əlindən yerə qoymadığını görürsən. Bu zaman içindən gələn səs sənə nə deyir?A. İşdə stressli olduğunu, rahatlıqla evdə və səndə tapırB. Bu kiçik problemlərin sevgi həyatının və bir kişi ilə bir qadın arasında sevgi münasibətlərinin ilk mesajları olduğunu deyirC. Çox diqqətli olmağını deyir3. İşdə iş yoldaşına yeni bir layihə haqqında danışırsan. O isə əllərini sıxır, qaşlarını çatır və qəribə reaksiya verir. Bu haqda içindən gələn səs nə deyir? A. Layihən onu çox həyacanlandırır və maraqlandırır B. Dediklərindən çox əsəbləşir C. Fikrini çox bəyənib və tez bir zamanda həyata keçirtmək istəyir 4. Son vaxtlar işdə hərəkətlərində qəribəlik hiss etdiyin iş yoldaşınla danışırsan. Söhbət gərginləşir və birdən uşaqlıqdakı bir hadisə yadına düşür. Əslində o hadisənin indiki söhbətlə əlaqəsi yoxdu. İçindən gələn səs bu barədə nə deyir? A. Bu xatirəni cəld şəkildə beynindən atmalısan B. Bunun mütləq bir anlamı var C. Həmin işçini işdən çıxartmalısan 5. Cümə axşamı. Bütün həftənin verdiyi yorğunluğu atmaq üçün gözəl bir vanna qəbul edirsən. Növbəti həftə səni stressli günlər gözləyir. Bu axşam xüsusilə nə edərdin? A. Bazar ertəsi təqdim edəcəyin sənədi unutmama çalışarsan B. Stressli həftənin sonunda gözəl istirahət düşünərsən C. Bir müddətlik real dünyadan uzaqlaşarsan, öz dünyana qapanarsan 6. Açıq fikirli, xoş niyyətli biri ilə münasibət qurmaq istıyirsən. Bir gün bu xüsusiyyətlərin olduğu kiçik bir şirkətin sahibi ilə tanış olursan və evində kofe içməyə dəvət edir səni. Bu zaman içindən gələn səs sənə deyir? A. Çox yaxşı biri B. Diqqətli olmalıyam, mənə uyğun biridirmi? C. Qarşısında əlim ayağım dolaşdı, nə olursa olsun 7. İşə yeni bir müdir gəlib. Bütün edəcəyin işləri təqdim etmisən, amma ondan bir cavab gəlmir. İçindən gələn səs nə deyir? A. Yəqin çox işi var, başını ağrıtmayım B. Təqdim etdiklərimi diqqətlə oxuyub və lazım olan tədbirləri aldığı üçün cavab verməyə gərəkli bilmədi C. Bir gündə insna bu qədərmi dəyişər, özümü qorumalıyam bu insandan 8. Bir dostuna bir şey danışırsan amma onun hərəkətlərində, psixologiyasında qəribəlik hiss edirsən. İçindən gələn səs nə deyir? A. Danışdığı şey onu iyrəndirdi B. Danışdığın şey ondan yazığı gəlmə hissi yaratdı C. Danışdığın şey onu üzdü Doğru cavablar: 1. A 2. B 3. C 4. B 5. C 6. B 7. C 8. C Düzgün cavablara əsasən testin nəticəsini hesablayırsan.Doğru cavablar 3-dən azdırsa, öncədən hiss etmən 0-dır Hisslərinə heç güvənmirsən. Hisslərinlə deyil, ağlınla hərəkət etməyə çalışırsan. Kiçik bir neqativ cavab alanda tez bir zamanda fikrini dəyişirsən. Məğlub olma! Bir az zaman, bir az da çalışmaqla hisslərinə güvənməyi öyrənəcəksən.4-6 arası doğru cavalar varsaİçindən gələn səs az da olsa qulaq asırsanBaşqalarının hərəkət və niyyətlərini əvvəlcədən hiss edə bilirsən. İçindən gələn səsə qulaq asırsan amma ərtafında nəsə bir hadisə baş verəndə xətlər qarışır. Bir az diqqətli olsan daha yaxşı nəticə alınar.7-8 arası doğru cavalar olandaİçindən gələn səs sənin ən yaxşı dostundurİçindən gələn səsi çox yaxşı dinləyirsən. O qədər yaxşı dinləyirsən ki, hardasa yaxın dostundur kimi gəlir səs. Onun sayəsində ətrafındakı insanlar haqqında doğru qərarlar alıb və doğru hərəkətlər edirsən.
Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir. Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır. Nə üçün məhz pozitiv psixoterapiya? Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır. Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir. Pozitiv psixoterapiyanın əsas müddəaları 1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir. 2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır. 3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin. 4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır: • İnsanlarda ümumi olan nədir? • İnsanlar nə ilə fərqlənirlər? 5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır. 6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur. 7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır. 8. Metodun əsasında üç mühüm prinsip dayanır: Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir. Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür: - Bədən;(fiziki, bioloji funksiya, duyğular) - Nailiyyətlər (rasional) - Kontaktlar(münasibətlər) - Gələcək (fantaziya, məna, ideal) Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır. Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir. 9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.” 10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir. Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil. Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır.
Nə üçün qız tanış olmaq istəmir? Cazibədar qadın kişiləri cəlb edir. Lakin “yox” sözü onun ağzından düşmür. Axı niyə? 1. Onun sevgilisi var. Həyat yoldaşına, məşuquna xəyanət etmək mümkündür, lakin sevdiyin insana heç vaxt. 2. O, kişilərə nifrət edir. Sosial bərabərsizlik, kişilərin qadınları aşağılamaları, ona heç olmasa bu yolla revanş hiss etməyə kömək edir. 3. Acı təcrübə. Onun keçmiş sevgilisi özünü alçaq kimi göstərib. Bu stereotip mexaniki olaraq sizin üzərinizə də keçir. 4. Sizin çağırışınız düzgün vaxtda edilməyib. Qadının daxili dünyası böhran vəziyyətini yaşayır. İşdə nələrsə qaydasında deyil, sadəcə özünü pis hiss edir. Bəlkə başqa vaxt o maraqlı kişi ilə məmnuniyyətlə tanış olacaqdır. 5. Sizin xarici görkəminiz. Siz ondan daha yaxşı görünməlisiniz. Ən azı eyni səviyyədə. Bir filmdəki kəlmə yadınızdadır: “Kişinn ayaqqabıları çirkli olanda xoşuma gəlmir”. Burada artıq yazılası bir şey qalmır. 6. Nazlı qadın. Onun sizə ehtiyacı yoxdur. Ona yalnız sizin xoş sözləriniz və diqqətiniz lazımdır. Lazımi dərəcədə onları aldıqdan sonra onun sizə olan marağı sönür. Özünü qiymətləndirmə dərəcəsi lazımi həddə çatdı. 7. Uğursuz roman. Bir müddət öncə əlaqələrin pozmasından sonra qadın prostrasiya vəziyyətindədir. Ona sadəcə tanış olmağı deyil, həm də kömək etməyi təklif edin. İncə qadın qəlbini anlamayan kişiləri biraz danlayın. 8. Düzgün olmayan taktika. Sənətşünasa yaxşı tanış olan bir şey bankçı üçün başa düşülməz olacaqdır. Başa düşülməyən bir şey qəbul olunmur və hara gəldi uzaqlaşdırılır. 9. Onun hekayəsinin qəhrəmanı deyil. O, təkcə onu gözləyir. Bu, dəqiq siz deyilsiniz. Qırağa çəkilin, onsuzda xeyiri olmayacaqdır. 10. İradəsiz kişi. Təbiətdə jeleyə bənzər kişiyə arxalanmaq mümkün deyil. Əvvəla özünüzdə cəsarətli olmağı tərbiyyə edin.
Şəkildə "özünüzü tapın". Sizin indiki vəziyyətinizə şəkildə olan hansı insanın vəziyyəti daha yaxındır? Əgər siz 1, 3, 6 və ya 7 nömrəli insanları seçmisinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizi bilirsiniz və heç bir maneələrdən, çətinliklərdən qorxmadan bu məqsədə doğru gedirsiniz. Siz 2, 11, 12, 18, və ya 19-cu insanı seçmisinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsunuz, dostlarınıza hər zaman kömək etməyə hazırsınız. Əgər siz 4-cü insanı seçmisinizsə, bu o deməkdir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazanmaq üçün ən asan yolları seçməyə çalışırsınız, çətinliklər xoşlamırsınız.5-ci insan tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmır. Əgər siz 9-cu insanı seçmisinizsə, siz şən, müxtəlif əyləncələr sevən insansınız.13-cü və 21-ci insanlar ünsiyyətdə olmaq xoşlamır, onları tez-tez daxili narahatçılıq, özünə inamsızlıq narahat edir.8-ci insan öz aləmində olur, fikirləşməyi, düşünməyi xoşlayır.10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata normal uyğunlaşırsınız, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz. 14-cü insan daxili döhran yaşayır. Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik etmək xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var.16-cı insan daim kimi isə himayə edir və bundan yorulub.17-ci insan kimin isə himayəsi altında olmağı xoşlayır.
CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır. Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur. Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir. CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir. Bu vərdişlər "əyri" düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir. Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni "HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK". Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın "çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür" deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək. Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından "yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz" şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək. Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir. Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir. İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir: -Özümüz haqqında məlumat -Digər insanlar haqqında məlumat -Yaşadığımız dünya haqqında məlumat Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik.Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək. SEANSLAR Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə "İNDİI VƏ BURADA" prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır. Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir. Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.. Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir. MÜALİCƏ MÜDDƏTİ Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir. Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər. Müliacənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir. DƏRMAN CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür. NƏTİCƏLƏR Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopatalojiəlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirlir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir. CBT: ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN NARAHATLIĞI AZALTMAĞI DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür. CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir. Ümumiyyətlə DEPRESSİYA, MÜXTƏLİF PSİXOLOJİ POZUNTULAR, DİQQƏT ƏKSİKLİYİ VƏ HİPERAKTİVLİK, ENUREZ HALLARINDA, TRAVMA VƏ TRAVMA SONRASI YARANAN STRES ilə əlaqəli simptomların müalicəsində istifadə edilir. Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar KBTnınaşağıdagöstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir: • OBSESSİV KOMPULSIV POZUNTU • PANIK ATAK • TRAVMA SONRASI STRESS POZUNTUSU • DEPRESSİYA • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ • ASILILIQLAR • QİDALANMA POZUNTULARI • SOSİAL FOBIYA • SPESİFİK FOBİYALAR • DAVRANIŞ POZUNTULARI • ŞIZOFRENIYA • BİPOLYAR POZUNTU • YUXU POZUNTULARI Aytən Eminova Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs
Tranzakt analiz ” Tranzaktio” latınca sövdələşmə,sözləşmə; “Analiz” parçalanma, ayrılma deməkdir.Erik Bern tərəfindən yaradılıb.Bernin nəzəriyyəsi şəxsiyyətin strukturunun analizin uğrunda qurulub. Məqsəd : Şəxsiyyətin dəyişilməsinə yönəlib.Tranzakt analiz 2 modelə ayrılıb : struktur və funksional model.Struktur:Valideyn eqo vəziyyətiYetkin eqo vəziyyətiUşaq eqo vəziyyətiFunksional :Valideyn – Kontrol edən valideyn,Tərbiyə edən valideynYetkin – dəyişilmirUşaq- Azad uşaq, Adaptativ uşaqValideyn eqo vəziyyəti – valideyndən götürülmüş hisslər,fikirlər,davranış; yəni hazır prinsiplərlə davranış modelini himayə edir.Yetkin eqo vəziyyəti – indi və burada prinsipinə əsaslanır, bu prinsipin əsasını fikirlər,davranış və hisslər yetkin insan kimi qərar vermək nəzərdə tutulur.Uşaq eqo vəziyyəti – uşaqlıq dövrünə aid fikirləri, davranışı uşaq kimi özünü aparmaq.Uşaqlıqda olduğumuz vəziyyətdə oluruq.TA-in əsas məqsədi şəxsiyyətin dəyişməsinə istiqamətlənir. Şəxsiyyətin problemlərinin dərk olunmasına son məqsəd kimi baxılmır.Əksinə, dərketmə şəxsiyyətin dəyişdirilməsinin əsas aləti hesab olunur.Əvvəlcə qərar qəbul olunur və daha sonra həyata keçirilir. Belə müddətdə terapiya uzun müddət aparılır.İlk dəfə ssenari nəzəriyyəsini Erik Bern tərəfindən işlənilmişdir.Daha sonra Klod Steiner bu nəzəriyyə ilə məşğul olmuşdur. O vaxtdan çox müəlliflər öz ideyalarını irəli sürmüşlər.Həyat ssenarisi TA-in əsas konsepsiyasını irəli sürür.– Ssenari bu həyatın planıdır.– Ssenari hesablaşmaya(finala aparır)– İnsan özü ssenari haqqında qərar qəbul edir– Ssenari valideynlər tərəfindən möhkəmləndirilir– Ssenari dərk olunmur– Biz ssenariyə “bəraət ” qazandıraraq reallığı təhrif edirik.Ssenari prosesi:“Hələ deyil”“Sonra”“Heç vaxt ”“Həmişə ”“Demək olar ki”“Açıq son”
Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü. Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur: - Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir Perlz. Freydin cavabı gözlənilməz olur: - Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz? Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu. Qeyd edildiyi kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr. Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır. Natamam geştalt nə vaxt yaranır? 1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda. 2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa. 3. Hansısa iş yarımçıq saxlanılırsa. Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir. Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir. Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır. Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq. Burda V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır. Amma limit gözlənilməlidir. “Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız. Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir. İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək. Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz, əziz insanla konflikt, borc imtahan kəsirləri və s. Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir. Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda – İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir. Natamam geştalt fəsadsız ötüşmür. 1.O, insanı məmnunluq hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir şeylər olur. 2.Yeni məqsədlərə doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır. Depressiv ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün məhz yarımçıq geştalta borcluyuq. Vaxtında ödəmədiyiniz cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici rol oynayır. Bunu insan sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin rolunu zorla sırımaqla. Geştalt tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq. Natamam geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi informasiyalarla yükləməyək. Valideynləri tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi, diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb (qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan. Yuxarıda göstərildiyi kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir. İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın) vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın. Tamamlanmamış geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz. Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş olur. Perlz deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını tapmalısınız. Psixoloji blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir. Geştalt fəlsəfəsinin (geştalt terapiyanın) əsas prinsipləri: a).“İndi və burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil. b).Böyük enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır. v).Məsləhətlərə bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq bilmir. d).Hiss, fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir axtarmaq yaxşı nəticə vermir. Komplekslərlə işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq” duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək istəyir. Natamam geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq” lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir. Bir şeyi də qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan yavaş sürətli bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir. Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...
EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə,bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro,bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla,təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir.Bu araşdırmalar nəticəsində göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) travmatik yaşantıların mənfi təsirlərinin mənalı dərəcədə azaltdığını görmüşdür. Araşdırmalarına davam edən Shapiro,göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) tətbiq etdiyi konsultantların və EMDR\'ni tətbiq edən digər kliniklərin verdiyi əks reaksiya çərçivəsində,müalicə sonrası xəstələrdə travmatik həyatla əlaqədar yaranan fikir və idrak dəyişiklikləri də əlavə edərək, EMDR texnikasını inkişaf etdirərək bu gün istifadə edilən şəklini vermişdir (EMDR). Shapiro EMDR\'nin işləyişini və fəaliyyətini açıqlamaq adına \"İnformasiya Generasiya Nəzəriyyəsi\" adını verdiyi bir nəzəriyyə ortaya çıxarmışdır.Bu nəzəriyyəyə görə bütün insanların fizioloji əsaslı bir məlumat emal sistemi vardır.Bu sistem,bizim təcrübələrimiz və xatirələrimizin onlara çataraq ən təsirli şəkildə fəaliyyətini təmin edir.Xatirələrimiz,zehində onlarla əlaqədar düşüncələr,şəkillər,duyğular və hisslər şəklində saxlanılır.Öyrənmə prosesi,yeni məlumatların,yaddaşımızda hal-hazırda olan köhnə məlumatlarla əlaqəyə keçə bilməsiylə olur.Çox mənfi ya da travmatik bir hadisə yaşananda,bu hadisəylə bağlı yaranan mənfi duyğular,informasiya emal prosesinə müdaxilə etməkdə və bu əməliyyatın yarıda qalmasına səbəb olmaqdadır.Beləcə travmatik anının,yaddaşın digər qisimlərində tutulan digər məlumatlarla əlaqəsi qopmuş olur. Məsələn,bir təcavüz qurbanı,yaşadığı hadisənin təcavüzcünün günahı olduğunu bilir,lakin bu məlumatla,travma sonrası yaranan özünü günahlandırma hissi ilə əlaqəyə keçə bilmədiyi üçün hücumun öz günahı olduğunu düşünməyə davam edir.Bir adam yaşadığı zədəni düşünərkən,ya da bu travmatik anı bənzər vəziyyətlərdə ya da mühitlərdə tətikləndiyini,o hadisəni təkrar yaşadığını hiss edə bilir.Travmatik hadisə zamanı ortaya çıxan güclü mənfi fiziki və emosional reaksiyaları yalnız hadisə ağlına gəldiyində belə göstərə bilir.Travma sonrası stress pozğunluğu (TSSP) simptomları olan travmayla əlaqədar məcburedici və birdən araya girən düşüncələr,romantik narahatlıq və özü ilə əlaqədar mənfi inanclar,travmatik anının düzgün bir şəkildə işlənə bilinməmsindən qaynaqlanmaqdadır. Shapiro EMDR\'nin,işlənmə müddəti yarıda qalan travmatik xatirələri sağlam bir şəkildə işləyərək,bu xatirəyə bağlı ortaya çıxan narahatlıqların aradan qaldırılmasını təmin etdiyini ifadə etmişdir. İnformasiya Generasiya prosesi,travmatik anının zehində uyğun bir şəkildə saxlanmasını təmin etməkdədir.Bu prosesin davamında travmatik təcrübə,uyğun duyğular,hisslər və fərdi inanclarla birlikdə kodlanmaqda və adamın bu anıya ətf etdiyi mənfi düşüncə və duyğuların müsbət bir şəkildə kodlanması təmin edilməkdədir. EMDR müxtəlif psixoterapiya yanaşmalarını bünyəsində saxlayan (psixodinamik,koqnitiv-bihevioral, təcrübi,bədən-mərkəzli) əhatəli və bütünləyici bir psixoterapiya texnikasıdır.EMDR\'nin qurulmuş bir protokolunun olması,müalicənin effektivliyini olduqca artırmaqdadır.Bu protokol,travmanın gətirib çıxardığı mənfi duyğu,inanc və bədən duyumlarına qarşı duyarsızlaşdıran və müsbət bir şəkildə yenidən işlənməsini təmin edən 8 addımdan meydana gəlməkdədir. Texnika əsnasında göz hərəkətləriylə,səslərlə və ya bədəndə edilən kiçik toxunuşlarla cüt tərəfli (beynin sağ və sol tərəfi) tabeçilik təmin edilir.Bu tabeçilik əsnasında pasiyent keçmiş xatirələrinə,o xatirələri tətikləyən bu gün yaşadığı hadisələrə və gələcəkdə yaşamaq istədiyi müsbət təcrübələrə gedir.Bu müddət boyunca pasiyent fikir qazanmaq,xatirələrdə dəyişmə yaşamağı,ya da yeni əlaqələr qurmağı təcrübə edə bilər. EMDR\'nin səkkiz addımı: 1)İlk addım pasiyent keçmişiylə əlaqədar məlumat almaqdır.Terapevt pasiyent EMDR üçün uyğunluğunu analiz edir,uyğun bir müalicə planı çıxarır və EMDR\'lə çalışılacaq hadisə müəyyən edilir. 2)Terapevt pasiyentə EMDR müddətini açıqlayır və pasiyentdən təsdiq alır.Terapevt pasiyentlə birlikdə,seanslar müddətində və ya sonrasında onu rahatlaşdıracaq bir \"etibarlı yer\" müəyyənləşdirir. 3)3-6 addımlarından EMDR ilə çalışılacaq anı müəyyən edilir və EMDR proseduru istifadə edilməyə başlanılır.Pasiyent çalışmaq istədiyi anını ən yaxşı izah edən rəsmi seçir və bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı təyin edir.Bu mənfi inancın yerinə o şəkilə baxanda özüylə əlaqədar nəyə inanmaq istədiyi müəyyən edilir və bu anda şəkilə baxanda özüylə əlaqədar müsbət inancın nə qədər etibarlı olduğunu 1 ilə 7 arasında qiymətləndirir O,şəkillə əlaqədar duyğuları, 0 ilə 10 arasında narahatlıq dərəcəsi və bu rəsmi düşündüyündə bədənində olan çətinlikləri təyin etdikdən sonra növbəti addım olan laqeydləşdirməyə keçir. 4)Laqeydləşdirmə mərhələsində pasiyent çalışmaq istədiyi rəsmi,bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı,duyğularını,bədənində yaşadığı çətinliyi düşünərək terapevtin etdiyi cüt tərəfli stimulyasiyanı (göz hərəkətləri, səs və ya kiçik toxunuşlara) yönəlmişdir. 5)Yerləşdirmə mərhələsində pasiyent özüylə əlaqədar təyin etdiyi müsbət inancı cüt tərəfli stimulyasiyayla yerləşdirilir. 6)Bədən axtarış mərhələsində pasiyent onu narahat edən rəsmi düşünüb bədənini arayır və bədənində hər hansı bir narahatlıq olub-olmadığını müəyyənləşdirir.Somatik narahatlıqlar cüt tərəfli stimulyasiya istifadə edərək laqeydləşdirilir və yenidən işlənərək aradan qaldırılır. 7)Bağlanma mərhələsində terapevt pasiyentə bir sonrakı seansa qədər çalışılan şəkillə əlaqədar ortaya çıxan duyğu,görünüş və ya fiziki sensasiyanı qeyd etməsini bildirir və bu kimi vəziyyətlərlə başa çıxa bilməsi üçün müxtəlif rahatlama məşqləri göstərir. 8)Bir sonrakı seans,qiymətləndirmə mərhələsiylə başlayır.Bir əvvəli seans və daha sonrasında ortaya çıxan dəyişmələr qiymətləndirilir.EMDR seanslarından sonra pasiyentlər ümumiyyətlə,çalışılan xatirəyə bağlı romantik narahatlığın ortadan qalxdığını və ya böyük bir ölçüdə azaldığını və əhəmiyyətli bir ölçüdə fikir qazandıqlarını bildirirlər. Əldə edilən bu duyğusal və koqnitiv dəyişikliklər,məsləhətləşənlərin davranışlarında və fərdi həyatlarında müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır.EMDR travma başda olmaq üzrə bir çox psixoloji çətinliklə başa çıxmada fəaliyyəti sübut edilmiş və geniş miqyasda istifadə edilən bir psixoterapiya texnikasıdır. EMDR haralarda istifadə edilir? Shapiro\'nun inkişaf etdirdiyi standart EMDR protokolu zaman içərisində müxtəlif psixoloji narahatlıqlarla çalışan kliniklər tərəfindən inkişaf etdirilmişdir. Edilən işlərdə EMDR\'nin yalnız travma sonrası stress pozğunluğu\'nun (TSSP) müalicəsində deyil,bir çox dəyişik psixoloji narahatlıqların müalicəsində fəaliyyət göstərdiyi müxtəlif işlərlə göstərilmişdir. EMDR\'nin aşağıda göstərilən psixoloji narahatlıqların müalicəsində fəaliyyəti,edilən işlərlə dəstəklənmişdir. 1) İraq,Əfqanıstan,Vyetnam,Koreya və 2.Dünya Müharibəsində döyüşmüş TSSP simptomları göstərən və müalicəyə müqavimətli əsgərlərlə edilən işlərdə EMDR seanslarından sonra məsləhətləşənlərin TSSP\'na bağlı yaşadıqları flashback\'lərin (hadisəyə geri dönmə),kabusların və digər TSSP simptomlarının itdiyi görülmüşdür. 2) Fobiya, Panik pozğunluq və geniş yayılmış itirmə Pozğunluğu yaşayan şəxslərin EMDR\'dən sonra qorxuları və simptomlarında sürətli azalma olduğunu ifadə ediblər. 3) Cinayətdən zərər çəkənlər,polislər,xilasedicilər və sahə işçiləri kimi hücuma məruz qalan və ya işlərinin təbiəti gərəyi sıx stress altında çalışan kəslərin,EMDR\'dən sonra bunlara bağlı narahatlıqlarının itdiyini ifadə etmişlər. 4) Bir yaxının itkisinə bağlı olaraq sıx kədər və yas yaşayan kəslərin EMDR seanslarından sonra yas müddətini daha rahat keçirdikləri müşahidə edilmişdir. 5) Uşaqlar və yeniyetmələrin yaşamış olduqları zədələrə bağlı inkişaf edən simptomlarda yaxşılaşma görülmüşdür. 6) Təbii fəlakət və ya insan əliylə yaradılan fəlakət qurbanları normal həyatlarını davam etdirə bilməkdədir. 7) Qəza,əməliyyat,ya da yanıqlara məruz qalan və buna bağlı olaraq duyğusal və fiziki baxımdan narahatlıq duyan kəslərin EMDR seanslarından sonra məhsuldar həyatlar yaşamağa başladıqları müşahidə edilmişdir. 8) Ailə,evlilik problemləri və cinsi problemlər yaşayan kəslərin sağlam əlaqələr qura bilməsini təmin edən təsirli bir texnika olduğu görülmüşdür. 10) Dissosiativ Pozğunluğu olan şəxslərin yaxşılaşma prosesinin EMDR ilə,ənənəvi müalicə metodlarına nəzərən,daha qısa müddətdə reallaşdığı görülmüşdür. 11) Performans qayğısı yaşayan,ya da məktəbdə,işdə,sənət və idman sahələriylə məşğul olarkən əksiklik yaşayan fərdlərin performansının artırılmasında təsirli bir şəkildə istifadə edilməkdədir. 12) Somatik və ya somatoform pozğunluq,migren ağrısı,xroniki ağrı,xroniki ekzema,mədə-bağırsaq problemləri, mənfi bədən forması yaşayan fərdlərin müalicəsində istifadə edilməkdədir. 13) Kəskin travma,travma sonrası stress pozğunluğu və travma əsaslı şəxsiyyət problemlərinin müalicəsində bilinən ən təsirli psixoterapiya texnikalarından biridir. Nərmin QuliyevaXəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
Psixoanaliz- psixoloqiyanın XIX əsrin axırlarında Avsriyali psixiatr və psixoloq Ziqmund Freyd tərəfindən yaradılmış mühüm bir istiqamətidir. Öncə psixoanaliz isterik nevrozların öyrənilməsi və müalicəsi metodu kimi yaranmışdır. Psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şuurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.İnsanın təfəkkürünü, hislərini və davranışını-- kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Şüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir. Psixoanaliz nədir?Birinci növbədə psixoanaliz -müalicə metodudur, indiki dövrdə demək olar ki, bütün psixoanalitiklər-həkimlərdir. Psixoanalitik çalışır ki, xəstənin simptomlarını aradan qaldırsın- onu lazımsız şübhələrdən, əsassız günah hissindən, öz-özünü günahlandırmaq kimi əzabverici emosiyalardan, yanlış mülahizələrdən və səbəbsiz həyəcanlanmalardan azad etsin. Bundan başqa pcixoanalitik öz qarşısına məqsəd qoymalıdır ki, xəstəni sakitləşdirməklə yanaşı, onun şəxsiyyətini təhlil etsin. Psixoanalitik terapiyanın əsas məqsədlərdən biri də insanın özünü tam dərk etməsidir. İnsan yalnöz nə istədiyini, nədən qorxduğunu, nəyə qarşı biganə olduğunu biləndən, yəni özü-özü ilə tam səmimi olmağı öyrəndikdən sonra xoşbəxt ola bilər. Məhz buna psixoalitik terapiya nail olmağa çalışır. Lakin psixoanalitik -yalnız rəhbər və müşahidəçidir, sonda bütün prosesin nəticəsinə cavabdeh pasientdir. İkinci-psixoanaliz ümumiyyətlə insanın, xüsusən istəklərin, impulsların, motivlərin, yuxugörmələrin, fantaziyaların, şəxsiyyətin erkən inkişafının, emosional dəyişikliklərinin elmi müşahidəsi və tədqiqi metodudur. Psixoanaliz necə aparılır? Psixoanaliz prosesi şəxsiyyətin öyrənilməsi, tətqiqi və yenidən qurulmasından ibarətdir: bu ona görə edilir ki, fərd öz gərginliyini onu çıxartmaq vaxtı gələnə qədər çətinlik çəkmədən saxlaya bilsin. Gərginliyə səbəb olan şüuraltı fikri şüurlu etmək və lazımsız gərginliyi nəzarət altına almaq vacibdir. Psixoanaliz uzun müddət bəzən illərlə davam edən bir prosesdir. Psixoanalitik ilə pasient həftədə 2-3 dəfə, 1saat davam edən seanslarda görüşür. Ənənəvi psixoanaliz seansı zamanı xəstə kuşetkada uzandırılır, analitik isə görmə sahəsində olmamaq üçün onun baş tərəfində oturur. Bu zaman xəstənin psixikası yayınmadan işləyə bilir. Bu metod həkimi də artıq gərginlikdən azad edir, həkim xəstənin danışıqları üzərində fikrini daha yaxşı cəmləşdirə bilir. Analitikin əsas vəzifəsi pasienti diqqətlə dinləmək, lazım olanda onu istiqamətləndirmək, problemləri müzakirə etmək, yaranmış suallara cavab verməkdi. Psixoanalizdin bir metodu da sərbəst assosiasiya metodudur. Bu o deməkdir ki, fikirlər, ideyalar cərbəst, qarşısı alınmadan senzurasız ifadə olunur. Pasient ağlına gələn hər bir şeyi düşünmədən, utanmadan danışmalıdır. Sərbəst asossasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) vəziyyətində xəstənin psixikası adətən arzularla, hislərlə, xatirələrlə, fantaziyalarla, mülahizələrlə və yeni baxış nöqtələri ilə dolur, bütün bunlar ilk baxışda tam qarışıq şəkildə olur. Lakin qarışıqlığa və dalğınlığa baxmayaraq, hər bir fikrin və hər bir jestin müəyyən gərginliklə əlaqəli mənası var. Saatlar və günlər keçdikcə qarışıq hörümçək toruna bənzər fikirlərdən məna və əlaqə yaranmağa başlayır. Uzun müddət ərzində tədricən bəzi mərkəzi mövzular yaranır. Bunlar xəstənin şəxsiyyətinin əsas strukturunu təşkil edən və onun bütün simptomlarının, assossasiyasının mənbəyi olan, çoxdan şüuraltında saxlanılmış və şəxs tərəfindən dərk oluna dilməyən, erkən uşaqlıq dövründən təmin olunmamış qalan tələbatlar və hisslərə aid olan mövzulardır. Psixoanalitik terapiya davam etdikcə bir müddətdən sonra axtarım- transfer fenomeni meydana çıxır. Bu nə deməkdir? Pasient kökü erkən uşaqlıq dövrünə aid olan, öz həll olunmamış emosianal problemlərini analitikin şəxsiyyətinə yönəldir. Bu zaman pasientdə analitikə qarşı sevgi, nifrət və s. bu kimi güclü hisslər yarana bilər. Analitik bu hisslərin transfer olduğunu pasientə izah etməli, və birgə müzakirə etməklə suursuz sferadan informasiyaların suura keçməsinəvə beləliklə daxili konfliktlərin həll olmasına şətait yaratmalıdır.Analitikin xəstəyə münasibəti ciddi şəkildə tam neytral olmalıdır. Analitikin əsas işi xəstə özünü hər dəfə aldatdıqda ona bunu söyləməkdir. Ona görə həkim həmişə özünətənqidi mövqeyini qorumalıdır, xəstəyə qarşı olan rəğbət və ya qəzəb kimi hisslərini aşkarlamamağa çalışmalıdır. Çünkü bunlar xəstəyə, həkimi və özünü aldatmaq imkanı verə bilər. Analitikdə xəstəyə qarşı arzuolunmayan emosional münasibətlərin yaranmasına qarşıaxtarım (kontrtransfer) deyilir. Lakin psixoanalitik nəzəriyyə inkişaf etdikcə kontrtransferdən də istifadə olunmağa başlandı. Yəni psixoanalitik özündə pasientə qarşi yaranmış emosiyalarını analiz edərək həm pasienti daha yaxşı anlayır, onun əhatəsində olan insanlarla münasıbətini daha yaxşı dərk edir, və bütün bunları pasientlə müzakirə etmək imkanı əldə edir.Bəzən belə sual yaranır. Psixoanaliz kiməsə zərər verə bilərmi? Ən böyük təhlükə -psixozun sərhəddində olan xəstənin, onun həqiqi vəziyyəti haqqında məlumatı olmayan analitik tərəfindən müalicəsidir. Analitik həmçinin nevrozları beynin digər xəstəliklərindən və hormonal dəyişikliklərdən fərqləndirilməsində ehtiyyatlı olmalıdır.Üçüncü-psixoanaliz elmi psixologiyanın bir sistemidir, yəni insan davranışı və evlilik, valideynlərlə uşaqlar arasındakı əlaqələr kimi insani münasibətlərin nəticəsini proqnozlaşdırmaqda psixoanalizdən istifadə etmək olar.
Psixoloq.az xəbər verir ki,bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu,Şəhid Pəncəli Teymurovun məzarını və ailəsini ziyarət etmiş, əhidin ailə üzviləri ilə birlikdə şəhid məzarını ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Dİaspor rəhbəri.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edək ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”
Azərbaycanlı cütlük təzminat tələb edir “Biz Qazaxıstanda yaşadığımız dəhşətləri heç bir zaman unutmayacağıq, biz qardaş və dost ölkədə hüquqlarımızın bu cür pozulmasını gözləməzdik”.Psixoloq.az xəbər verir ki ,bunu REAL-a Qazaxıstanın Aktau şəhərində qanunsuz olaraq həbsdə yeddi ay saxlanılan azərbaycanlı iş adamı Azər Quliyevin xanımı Emiliya Quliyeva deyib. Azər Quliyev isə Aktauya qaytmağa qərar verir, əsil dəhşətlər isə elə onda başlayır. Qanunsuz həbs, işgəncələr, təhdidlər və şantaj. Azərbaycanlı ailə Qazaxıstan hüquq muhafizə orqanlarının qanunsuzluqlarına görə Bakıdakı ev və maşınlarını satmaq məcburiyyətində qalır.Emiliya Quliyeva həm də bildirir ki, Qazaxstan Milli Təhlükəsizlik orqanlarının nümayəndləri onlarda işin asanlaşması üçün rüşvət də tələb edib. Yeddi aydan sonra isə Azər Quliyevin günahsız olduğu məhkəmədə subut olunub, amma bununla cütlüyün başına gələn oyunlar bitməyib.İndi ailə bu müddət ərzində itirdiyi maddi və mənəvi zərəri geri almaq üçün cəhdlər edir.
Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.
Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib . Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir: Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.
Hamımız maddi şeylərin insanları xoşbəxt edə bilmədiyini eşitmişik. Lakin insanların bir qismi yenə də etdikləri alış-verişin özlərini xoşbəxt edəcəyini düşünür və daha çox pul xərcləyərək xoşbəxt olacaqlarını güman edirlər. Bu tip insanlara baxanda, qarderoblarının geyinilməmiş paltarlar və ayaqqabılarla dolu olduğunu görərsiniz. Həyat yoldaşlarından və digər sevdiklərindən həmişə bir hədiyyə gözləyirlər, lakin aldıqları hədiyyə nə olursa olsun, həyatlarında bir fərq yaratmır. Yazının başlığının əksinə deyirəm ki, xoşbəxtlik pul ilə alına biləcək bir şey deyil. Özümüz üçün xərclədiyimiz pul yalnız həyat standartlarının daha yaxşı olmasına yardımçı olmağa yarayır. İndi görək pul həqiqətən xoşbəxtlik gətirir, yoxsa xoşbəxtlik başqa şeylərdə gizlidir? Təcrübələr Bundan bir il öncə ananızın sizə aldığı hədiyyə sizi bu gün xoşbəxt etməyəndə, onunla yaşamış olduğunuz gözəl bir təcrübə, şirin bir xatirə, xoşbəxt bir an sizi bu gün yenidən güldürüb sevincli edə bilər. Bu səbəbdən xüsusilə həyat yoldaşınıza hədiyyə alarkən bahalı köynək, brilliant bir boyunbağı kimi gəlib keçici şeylər əvəzinə, fərqli və gözəl təcrübə yaşadacaq hədiyyələr seçilməlidir. Övladınıza aldığınız son model bir mobil telefonu onu müvəqqəti olaraq həyəcanlandırırsa və xoşbəxt etsə də, birlikdə tutduğu komandanın oyununa getməyiniz qədər xoşbəxt edə bilməz. Çünki telefon köhnələcək, yeni modelləri çıxacaq. Amma yaşadığınız o gözəl xatirə hər xatırlayanda oğlunuzu xoşbəxt etməyə yetəcək. Bu səbəblə çox bahalı hədiyyələrin insanları xoşbəxt etmədiyini, əksinə, doyumsuzlaşdırıb məyus olacağına səbəb olduğunu qeyd etməliyəm. Amma yaşadığınız gözəl təcrübə və xatirələr həm sizi həm qarşınızdakını uzun bir zaman xoşbəxt edəcəkdir. Xobbi Bu gün çox bahalı xobbilərə malik insanların varlığını bilirik. Amma bu xoşbəxtliyi gətirəcəyi mənasını daşımaz. Halbuki tikiş tikmə kimi bir xobbisi olduğunu bildiyiniz qız qardaşınız üçün alacağınız tikiş maşını onu uzun müddət xoşbəxt edəcəkdir. Ya da gitaraya maraqlı övladınıza aldığınız bir gitara və yazdığınız gitara kursu, onu bir kompüter oyunundan çox daha xoşbəxt edə bilər. Sevdiklərinizin xobbilərini bilib onlara, xobbilərinə qarşı hədiyyələr almaq xoşbəxt olmalarını təmin edəcəkdir. Unutmayın birinin xoşbəxt olmasına vəsilə olmaq sizi də ən az onun qədər xoşbəxt edəcəkdir. Çünki xoşbəxtlik yoluxucudur. Praktik Ehtiyaclar Sevdiklərinizin gündəlik işlərinə yardımçı olacaq praktik ehtiyaclarını təmin etməyiniz, onları xoşbəxt etməyiniz üçün bir vasitədir. Ananızın artıq köhnələn və iş görməz hala gələn elektrikli süpürgəni dəyişməyiniz onu xoşbəxt edəcəkdir. Ya da həyat yoldaşınıza, ev işlərində yardımçı olacaq bir kiçik ev alətləri hədiyyə etməyiniz onun xoşbəxt olmasına səbəb ola bilər. Eyni zamanda həyat yoldaşınızın gündəlik həyatını asanlaşdırmaq nəticəsində sizə və uşaqlarınıza daha çox vaxt ayırması ilə bu xoşbəxtliyin çoxalması mənasını da daşıyır. Bu üzdən istədiklərimizin həyatını asanlaşdıracaq hədiyyələr onları lazımsız və bahalı hədiyyələrdən daha çox xoşbəxt edəcəkdir. İl ərzində hədiyyələşmək Hədiyyələşmək dinimizcə sünnidir. Hədiyyələşməyi bayram, ad günü, tanışlıq ildönümü, ya da evlilik ildönümü kimi yalnız xüsusi günlərlə məhdud tutulmamalıdır. Kiçik amma sevdiklərimizi xoşbəxt edəcək hədiyyələri il ərzində, sevdiklərimizə təqdim edə bilərik. Bəzən bir çiçək dəstəsi, bəzən öz əlimizlə qurduğumuz bir jaket, bir şal istədiklərimizi xoşbəxt etməyə yetəcəkdir. Xeyriyyə işlərində iştirak etmək İndi yazının başlığını burada təkrar edirəm. Xoşbəxtliyi pul ilə satın almaq mümkündür. Amma bu işin bir sirri var. O da əvəzsiz şəkildə yaxşılıq etməkdir. Xeyir iş görmək insanı xoşbəxt edən ən böyük nemətdir. İnsan sadəcə yaxşılıq edərək xoşbəxt ola bilər. Pulunuzu qarşılıqsız, heç bir gözlənti içinə girmədən verməyiniz sizi çox xoşbəxt edəcəkdir. Xoşbəxtliyi pul ilə satın almaq ancaq bu şəkildə mümkün ola bilər. Yaxşılıq etməyin ləzzətinə varanları bu işdən imtina etdirmək isə qeyri-mümkündür. Əlbəttə, bunda da yenə bir ölçü vardır. Bu da yaxşı əməlinizi bir siz biləcəksiniz bir də Allah. Yəni dinimizin əmr etdiyi şəkildə sağ əlin verdiyini sol əl bilməzsə xoşbəxt olarsınız. Yoxsa reklam üçün və ya mənfəət məqsədi ilə vermək sizi nəinki xoşbəxt etməyi, peşman da edə bilər. Verdiyiniz bir şokoladı alarkən, tanımadığınız o balaca əllərin sahibinin o utancaq xoşbəxtliyini görmək, insanı xoşbəxt etməyə və bütün dünya dərdlərini unutdurmağa yetəcək. İnsan verərək, bölərək, bölüşərək xoşbəxt ola bilər. Babək Bayramov
Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir.Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır( qanunazid zorakılıqdır). İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey - evlənmək. Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir. Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir. O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan. Qız olur sәnin arvadın vә oturub evdә saqqız çeynәyir. İndi bu gün sәn durub, [….] yә gedәsәn vә ya pulunu qumara uduzasan vә ya piyaniskә olasan vә ya matişkә saxlayasan, sәnin arvadın heç vaxt demәz ki, “Ey mәnim sahibim, nә üçün mәn burada dura-dura, sәn pis-pis işlәr görürsәn?” Arvad bu sözü demәz. Amma oxumamış arvadın evinә gedәrsәn, otaq sәliqәsiz, zir-zibil, çirk, toz-torpaq… Süpürәn yox, sünürtdürәn yox. Balış üzü, keçinәcәk, әrin tuman köynәyi sap-sarı…. Yuyan yox, yudurtduran yox. Uşağın üzünü it yalasa doyar… Tәmizlәyәn yox, tәmizlәtdirәn yox. Ona görә bizim elm oxumuş vә kamal qazanmış cavanlarımız aziyatski arvad almaq istәmirlәr. Onlar axtarıb yevropeyskisini tapırlar. Qıraxmal taxan cavanlarımız da ki, — onların bir çoxu sövdәgәr oğlanlarıdırlar vә özlәri dә türk dilini matişkәlәrdәn öyrәniblәr — elmli cavanlarımızın bu işini görüb hәvәsә düşürlәr vә deyirlәr ki, “Kәrbәlayı Novruzun oğlu hәrçәnd kurs qurtarıbdır, amma onun heç dövlәti yoxdur, bununla belә gedib bir oxumuş müsәlman qızı aldı. Mәn hәrçәnd kurs qurtarmışam, amma pulum çoxdur, gәrәk mәn dә oxumuş qız alam." Qıraxmal taxan cavan bu hәvәsә düşüb, özünü verir oxumuşlar cәrgәsinә; deyir, danışır, gülür, cibindәki puldan söhbәt salır, barmağındakı brilyant üzüyü göstәrir vә elmü-kәmalını bildirmәk üçün deyir: “On kәrә Mәskovuya getmişәm, iki kәrә Fitilbörkә, bir kәrә dә istәdim Parijә gedim, amma tәk sәbir gәldi”. Qәrәz, bir növlә oxumuş qız alır. Alandan sonra hәvәsi yatır. Axşam durur bir yerә getmәyә, arvad soruşur ki, hara gedirsәn? Deyir:– Heç, yoldaşlarımgilә gedirәm.Arvad deyir:– Mәn dә gedәcәyәm.Bu razı olmur ki, orada qumar oynanılacaqdır, şәrab içilәcәkdir. Arvad deyir:– Elә isә, mәn sәni o cürә yerә qoymaram.– Qoymazsan?– Bәli, qoymaram. Qıraxmal taxan görür ki, xeyr, bu oxumuş arvad xatalı şeydir. Bunun әl-ayağını bağlayacaqdır. Deyir, “vaxsey, mәn özümü әcәb işә saldım….” Fikir edir vә deyir ki, yaxşı, әlbәt, bir gün olar, özümü salaram Mәskovuya. O gün olur. Cavan gedir Moskvaya vә şәhәrә çatan kimi özünü ölü kimi salır kafe-şantana. Matişkәlәr düzülür bunun dörd әtrafına. Arvad-filan yaddan çıxır. Kef nә kef!… Pul xәzәl kimi sәpәlәnir. Hәr gecә belә, hәr gecә belә….Amma heyf, iş belә gәtirir ki, bunun oxumuş arvadının student qardaşı vә ya bir qohumu Moskvada olub, cavanın bu hәrәkәtini görür vә deyir ki, filankәs, bu, yaxşı iş deyildir ki, sәn edirsәn. İndiyә qәdәr kef çәkirdin, çünki subay idin. Amma indi sәn evli adamsan, arvadın da oxumuşdur. Belә şeylәri eşidib bilsә, sәndәn inciyәr vә razı olmaz ki, azarlı matişkәlәrdәn sonra gedib onu da azarladasan. Qıraxmal taxan cavan görür ki, evlәnmәk onun üçün böyük әngәl oldu. Deyir: “Yox, gәrәk, evә qayıdan kimi arvadı çadralayam. Çünki çadrası olsa, danışmaz”. Amma arvad çadraya girmәk istәmir; dava düşür, qalmaqal çıxır, sәs-küy qalxır, axırda baş yarılır. Qәrәz, pis-pis işlәr әmәlә gәlir vә qıraxmal taxan cavan deyir: “O günә bir daş düşәydi ki, mәn oxumuş arvad almaq fikrinә düşdüm. Baisin evi yıxılsın….” Bәs bundan mәlum olur ki, elm vә kamalı bir qıraxmal taxıb, düşbәrә papaq geymәkdәn ibarәt bilәn cavanlardan ötәri oxumuş arvad almaq “xәtadır”. Mәsәl var ki, zәr qәdrini zәrgәr bilәr
Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, bir icmanın 5%-i eyni anda eyni fəaliyyəti göstərirsə, qalan 95% onların etdiyini təkrar etməyə başlayır. Əgər bir sürüyə daxil olan 5% atı qorxudub onları sakit halda dayanmış digər dəstənin içərisinə buraxdıqda digər atlarda ürkəcək və qaçmağa başlayacaq. Bu bir çox heyvanlar üzərində də sınaqdan keçirilib və eyni nəticəni verib. İngiltərədə bununla bağlı bir eksperiment həyata keçirmişlər. Geniş bir zala insanları dəvət edirlər və özlərinə rahat şəkildə yerləşmək tapşırığı verirlər. Bir qrup insana isə müəyyən edilmiş bir vaxtda hərəkət etmək əmri verilir. Beləliklə eksperiment sübut edir ki, bir qrup içərisində hərəkət edən 5% insan bütün zalı hərəkət etməyə vadar edir.Bu eksperimenti arzusunda olan hər kəs həyata keçirə bilər. Bir qrup dostunuz ilə konsertə gəlmək və konsertin istənilən zamanında, ürəyinizin istədiyi bir vaxtda əl çalmağınız kifayətdir. Bu an bütün zal sizinlə birgə əl çalmağa başlayacaq.Bu eksperimentdən bir çox nəticələr çıxarmaq mümkündür: kollektivləri 20 insandan artıq etmək lazım deyil. 20 insan – / 100% * 5% = 1 – bu bir vahiddir və lider var. İnsanların sayını artırmaq idarə etməni itirməyə səbəb olacaq. 30-40 insandan ibarət auditoriyada tonu qoruyub saxlamaq və qrupu daim diqqətdə saxlamaq mümkün deyil. Bu qanunu digər situasiyalarda da sınaqdan keçirmək olar. Yoxlayın, lakin bütünlüklə ona arxalanmaq lazım deyil. Heç nə tamamilə doğru deyildir.Bu prosesi yalnız insanların öz fəaliyyətlərinin, məqsədlərinin və səbəblərinin fərqində olmadıqları bir zamanda həyata keçirmək mümkündür. Bu o zamandır ki, insanın şəxsi intizamı, şüurluluğu, özünü idarəsi aşağı səviyyədə olur.Marketinq sahəsində bu prosesdən anlayışı olan insanlar kütləni az da olsa idarə etməyə çalışır. Məsələn, hər hansısa bir məhsulun bir neçə gündən sonra artıq tükənəcəyini, uzun müddət olmayacağı barədə şayiə yaradılır. Bu şayiəyə uyan 5% insan arxasıyca 95%-də sürükləyə bilir. 5% təxribatçı sülh şəraitində olan bir mitinqi əsl inqilaba çevirə bilər.
İndiki dövrdə boşanmaların artdığını hamımız yaxşı bilirik. Bəs bu boşanmalar niyə durmadan artır? Bəzi insanlar kişili, qadınlı deyirlər ki, münasibətlərimiz soyumuşdu. Artıq əvvəlki həyəcan qalmamışdı. Amma bu bir səbəb deyil. Çünki ailə asan qurula bilər bəlkə, amma asan dağılmır. İndiki cavan nəsil evliliyi uşaq oyuncağına çeviriblər deyən, yaşlı nəslin nümayəndələri də az deyil. Böyük problemlər olduqda boşanmaq olar bəlkə, amma bunu da 100 ölçüb, bir biçməlisiniz. Həyatınızda aşağıda yazdığımız kimi kişi varsa, onu itirməyin. Hətta belə kişi varsa, onun üçün əlinizdən gələni edin ki, həyatınızda qalmağa davam etsin. Çünki indiki dövrdə belə kişi tapmaq çətindir. Buyurun oxuyun. Səbəbsiz yerə sizi qucaqlayırsa, Xəstə olanda sizə baxırsa, Ailəniz onu sevir və hörmət edirsə, Ailəniz və yaxınlarınızla dil tapa bilirsə, Yorğun-arğın işdən gəldikdən sonra yataqda sizi qucaqlamaq üçün oyaq qalırsa, Makiyajsız daha gözəl olduğunuzu deyirsə, Ən sevdiyiniz şeyləri bilirsə və onları sizin üçün edirsə, Dava etdiyiniz zaman həmin gün sizinlə barışırsa, Heç bir ev işi üçün "Bu qadın işidir" demir və sizə kömək edirsə, Sizə qarşı qıcıq yaradan insanlara nifrət edirsə, O biri otaqdan sizə heyranlıqla baxırsa, Gecə bir səs eşitdiyiniz vaxt qorxduğunuzu anlayıb, evə baxırsa, Sizi anası ilə qarşılaşdırmırsa, Yata bilmədiyiniz zaman sizinlə birlikdə oyaq qalırsa (nə qədər yorğun olursa, olsun), Ona aldığınız hədiyyələri istifadə edirsə, Sizə toxunduğu an sizdə şok dalğaları yarada bilirsə, Sizi sevdiyini hər gün qulağınıza fısıldayırsa, Sizə hörmət edib, fikirlərinizə hörmətlə yanaşırsa, Yanında olmağınızın doğru olduğunu hiss edirsə, Yaxşı ata və yaxşı həyat yoldaşı ola bilirsə. Belələrini itirməyin xanımlar. Bu da həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər. Əlbəttə, hər bir yazılan hər kişiyə uyğun gəlməyə bilər amma əgər bu yazdıqlarımızın çox hissəsi o insanda varsa, ondan ayrılmayın.
Mobil telefon, internet ya da yuxu kimi vərdişlərin seksdən üstün tutulduğunu bilirdinizmi? Sekslə bağlı aparılan bir araşdırmanın nəticələri sizi çox təəccübləndirəcək. İnsanların seksdən daha çox üstünlük verdiyi 6 şey nədir? Yuxu. Yorğun olduğunuz gecələrdə seksimi, yoxsa bir an əvvəl yatmağımı seçərdiniz? Araşdırma zamanı insanların 12 faizinin gecələr seks yerinə, yatmağa üstünlük verdiyi ortaya çıxıb. Ağıllı telefonlar. Ağıllı telefonların həyatımızdan çıxmadığı bir an belə yoxdur. Araşdırmalar zamanı insanların mobil telefonlarına seksdən daha çox bağlı olduqları müəyyən edilib. Tərif. Gözəl bir tərif eşitmək hamının xoşuna gələr. Müasir dövrdə kişilər sevişmək yerinə eqolarını razı salmağa, təriflər eşitməyə daha çox üstünlük verirlər. Bunu araşdırmalar müəyyən edib. Yemək. Araşdırmanın nəticəsinə görə, subay qadınların əksəriyyəti 1 il ərzində sevdikləri yeməkdən uzaq qalmaq əvəzinə, sekslə məşğul olmamağı seçiblər. İnternet. Araşdırma zamanı qadınların 46, kişilərin isə 30 faizinin seksdənsə, internetdə vaxt keçirməyə üstünlük verdiyi ortaya çıxıb. Gənclik. Kosmetik məhsullar markasının apardığı bir araşdırma zamanı seksmi, gənclikmi, sualına cavab verən qadınların əksəriyyəti 1 il boyunca seks yerinə, yavaş-yavaş qocalmağı seçiblər.
Kişilər bir deyil, atam balası”. Ramiz Rövşənin bu misrasını kim bilmir ki? Amma eyni məntiq qadınlarla bağlı məsələdə də doğrudur. Hərçənd bu, kişiləri az maraqlandırır. Amma mövzumuz bu deyil. Bu dəfə sizə zərif cinsin nümayəndələrinin kişilərdə maraq doğuran bir sıra xüsusiyyətlərindən danışacağıq . Başqa sözlə, bu suala cavab tapmağa çalışacağıq: Kişinin ağlını başından necə almaq olar?.. Əslində, bu çox asandır. Zəriflik, səmimilik, qayğıkeşlik, minnətdarlıq kimi xüsusiyyətlər yetər. Detallara gəlincə, materialın davamını oxuyun. Beləliklə də, kişiləri cəlb edən qadın xasiyyətlərinin siyahısını təqdim edir: Səmimilik Çox zaman kişilərin qarşısına olduğumuz kimi çıxmaqdan ehtiyat edirik. Sanki, qüsurları və çatışmayan xüsusiyyətlərimizi tərəf müqabilimizdən gizlətməyə çalışırıq. Məsələn, qadınlar kişilərin xoşuna gəlmək üçün futbolla maraqlanır, final matçlarını izləyib kişilərlə müzakirə aparırılar. Lakin illər sonra qadın futboldan “iyrənir” və matçları izləmək əvəzinə həmin vaxtı alış-verişə sərf edir. Kişi isə nə baş verdiyini başa düşmür. Bəzənsə, heç dəyişikliyin fərqində də olmur. Elə buna görə də, nəyin xoşunuza gəlib-gəlmədiyini ona əvvəldən deyin. Kişilər bəyənilmək üçün edilən saxta hərəkətləri yox, səmimiliyi sevirlər. Bundan əlavə, səmimi olmaq sizin özünüzə dəyər verməyinizdən xəbər verir. Zəriflik Qızların qadın nəvazişi kişiləri maqnit kimi cəlb edir. Yəqin, bu ana sevgisinə və ya güclü cinsin nümayəndələrinin özlərində olmayan zərifliyə ehtiyacından irəli gəlir. Hər nədirsə, nəticə dəyişmir: qadın nəvazişi kişiləri dəli edir. Bundan əlavə, zərif qızın yanında kişilər özünü daha güclü hesab edirlər. Minnətdarlıq Kişilərin etdiyi hər bir yaxşılıq və diqqətin əvəzində “çox sağ ol” deməyiniz sizi onların qarşısında daha da qiymətli edir. Buna görə də, sevgiliniz sizə gül dəstəsi verəndə və ya evin zibilini atanda hər dəfə ona minnətdarlıq etməyi unutmayın. Kişilərin dediyinə görə, onlar təşəkkürünü bildirən qadına 100 dəfədən də artıq yaxşılıq etmək istəyirlər. Qayğıkeşlik Kişi işdən yorğun-arğın gəlibsə, onunla münasibətləri aydınlaşdırmağa çalışmayın. Bu halda o, istəməsə belə, kobudluq göstərə bilər. Kişilərin dediyinə görə, qadınlarda anlayışın olmaması ucundan tez-tez boş yerə qalmaqal yaranır. Onların fikrincə, ideal tərəf müqabili hansı məqamda ciddi söhbətlərin, hansı yerdə isə susmağın lazım olduğunu bilməlidir. Əlbəttə, qayğıkeşlik özündə həm də başqa keyfiyyətləri əks etdirir. Məsələn, kişi xəstəlibsə, işə getməzdən əvvəl onun cibinə dərman qoyun. Gülərüzlülük Sözsüz ki, hər zaman gülərüz olmaq mümkün deyil. Lakin kişilərə daim pozitiv və onları hər şeyin yaxşı olacağına əmin edən qadın lazımdır. Ağlayan, daim həyatından şikayət edən, hətta iri gül buketi alarkən yalnız onun qiyməti ilə maraqlanan qadın hər bir kişini qorxudur. Elə çox vaxt da münasibətlər belə şeylərə görə korlanır. Kişi qadınına baxanda ondan ruh yüksəkliyi almaq istəyir. Dinləmə qabiliyyəti Kişilər danışarkən qadının ona maraqla baxmasını istəyir. Onun sözünü kəsən, əsnəyən, söhbəti dəyişən qadın kişilərdə qıcıq yaradır. İnanmaq bacarığı Kişi əgər bir dəfə sizi məyus edibsə, bunu ona hər dəfə xatırlatmaq və ya yaşanmış situasiyanı şişirdib hadisələri gərginləşdirmək lazım deyil. Kişilər etmədiyi şeyə görə özünü təmizə çıxarmağı sevmir. Bundan əlavə, inamsızlıq göstərib hər 15 dəqiqədən bir zəng etməyiniz də onu özündən çıxara bilər.
Əmək məhsuldarlığı, əsasən qarşıya qoyulan məqsəd və vəzifələrin düzgün şəkildə həyata keçirilməsindən asılıdır.Lakin insanın üzərinə düşən vəzifələrin həddindən artıq olduğu bir dövrdə bütün diqqəti işə yönəltmək olduqca çətindir.Hər hansı bir işin icrası zamanı siz bütün gücünüzü zamana qarşı mübarizəyə istiqamətləndirirsiniz.Bu zaman icra etməli olduğunuz işi daha qısa müddət ərzində bitirməyə çalışırsınız. Hətta çox xırda bir problem də insanın əmək məhsuldarlığı səviyyəsinə mənfi təsir göstərə və onun gündəlik rejimini poza bilər. Əgər bu problem ətrafda deyil, sizin beyninizdə, xüsusilə fikirlərinizdə yaranıbsa, o zaman işi əvvəlki templə davam etdirməyiniz qeyri-mümkündür. Əmək məhsuldarlığı səviyyəsini sıfra yaxınlaşdıran fikirlərlə tanış olaq.-Mən bu işin öhdəsindən gələ bilmərəm.Əksər insanlar gün ərzində bir çox işlər görsələr də, günün sonunda həmin gün üçün nəzərdə tutduqları işlərin heç birini icra etmədiklərini dərk edirlər. Bu insanlar əsas işləri əhəmiyyətsiz işlərlə əvəz edənlərdir. Sözügedən insanlar əsas işlərin icrası üçün kifayət qədər gücə, zamana və bacarığa malik olmadıqlarını düşünən insanlardır.-Bütün işləri eyni anda görə bilərəm.Təəssüf ki, heç birimiz Yuli Sezara məxsus “eyni anda bir neçə işi görmək” bacarığına sahib deyilik. Bir neçə işi eyni anda icra edərkən siz bir çox səhvlərə yol verə, bir çox detalı gözdən qaçıra və əhəmiyyətsiz işlərə həddindən artıq çox zaman sərf edə bilərsiniz.-İstirahət etmədən çalışmaq.İstirahət etmədən çalışmaq mümkündür. Lakin bu zaman sizin diqqətiniz zəifləyə, gücünüz tükənə və gözləriniz yorula bilər. Sadəcə unutmamaq lazımdır ki, istirahət - boşa keçən zaman deyil, böyük şövqlə fəaliyyətinizi davam etdirmək üçün gücüzün bərpasını təmin edən zaman kəsiyidir.-Gün ərzində görəcəyim işləri nizama salmaq üçün işləri təsnifatlaşdırmağa ehtiyac yoxdu.Bəzi insanlar düşünür ki, gün ərzində görəcəkləri işlərin siyahısını hazırlamaq onları buna bənzər vasitələrdən (cədvəl, siyahı və s.) asılı hala sala bilər. Əksinə, işləri bu formada təsnifatlaşdırmaqla, unutduğunuz vacib işi bu siyahı vasitəsilə xatırlaya bilərsiniz.-Yalnız bir dəfə internetə baxmaq fikri ilə sosial şəbəkələrə daxil olub saatlarla kompyuter qarşısında əyləşmək.Bu yalanı demək olar ki, hamımıza tanışdır:"Yalnız bir neçə dəqiqəlik internetə daxil olub,sonra işimi davam etdirəcəm”. Nəticədə isə saatlarla kompyuter qarşısında əyləşərək gün ərzində nəzərdə tutduğumuz planları icra edə bilməmişik.Əgər həqiqətən də bütün işlərinizi zamanında yerinə yetirmək istəyirsinizsə, o zaman bütün diqqətinizi yalnız bu məsələyə yönəldin.İş zamanı telefonunuzun səsini alın, sosial şəbəkələrdən uzaqlaşın və yalnızca işlərinizlə məşğul olun.-Bütün vacib işləri bügün, vacib olmayan işləri isə sabah görəcəm.Unutmayın ki, siz günün bütün saatlarında maksimum dərəcədə diqqətli ola bilməzsiniz. Bəzi insanlar səhər, bəziləri isə axşam saatlarında özlərini enerjili və həvəsli hiss edirlər. Bu səbəbdən enerjili və işə istəkli olduğunuz vaxtlarda vacib işlərinizi, günün digər hissəsində isə daha az əhəmiyyət kəsb edən işlərinizi görün.-Bütün işlərimi yolda olarkən görə bilərəm.Bu fikrə sahib insanlar görəcəyi işləri vacib və əhəmiyyətsiz işlərə ayırmadan istənilən işin icrasına başlayırlar. Sözügedən insanlar hər bir işin ən vacib hissəsini gözdən qaçırır, görüşlərə vaxtında gəlməyi unudur, sənədləri səhv salır və digər işlərdə səhvlərə yol verirlər.-Problem deyil. Mən bütün işlərin öhdəsindən gələrəm."Yox" deməyi öyrənin. Əks təqdirdə icrasını gözləyən işlərinizin sayı-hesabı olmaz. Təsəvvür edin ki, şirkətdə bir çox işçi var, lakin siz heç kimə yox deyə bilmədiyiniz üçün sizin işiniz onlardan daha çoxdur. Bunun nəticəsində siz nəinki istirahətə, hətta yuxuya da vaxt tapmaya bilərsiniz. Buna görə də insanların təkliflərinə etiraz etməyi öyrənin. Sizin də istirahətə ehtiyac duyduğunuzu və öz məqsədlərinizin, eləcə də öz həyatınızın olduğunu unutmayın
Mütəxəssislərə görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin sirri, bədən dilində gizlənir! Müəllifi Tracey Cox olan "Necə Biri Olmaq olar, Necə biri əldə edilir" (How To Be One, How To Get One) adlı kitab kişilərin bədən dilindən istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün də yeni bir xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir: ƏMIN ADDIMLAR ATIN * Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın. * Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar. * Naz edin! Yeriyərkən ombalarınızı nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz o qədər artar! * Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin. * Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi dimdik qarşınıza baxın. * Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın olduğu mesajını verir. * Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən addımlar atır. Hazırladı : Aytən İslamzadə
Hər birimiz gündəlik həyatımızda bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki, hər birimizə müsbət təsir göstərir. Bunun isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir. Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar gündəlik qucaqlaşmanın, orqanizmin infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər. Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir" deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. Qucaqlaşmağın faydaları Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun səviyysini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət təsirindən xəbər verir. Həmçinin xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan "endorfini" istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə immun sistemə müsbət təsir göstərmiş olur.
Sevdiyiniz kişini özünüzə aşiq etmək və bağlamaq istəyirsinizsə, bunun sadə üsulları var. Kişini əldə etməyin sadə taktikalarını təqdim edirik. Yaxşı bu taktikalar nələrdir? Buyurun birlikdə öyrənək… I mərhələ: Söhbətə başlayın. Gülümsəyin: Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu ona baxıb şirin şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınızda sizə baxdığından əmin olduqdan sonra yüngülcə gülümsəyin, amma şitini çıxartmayın. Daha sonra da “hər vaxtınız xeyir” deyib söhbət etməyə çalışın! Rahat olun: “Hər vaxtınız xeyir” dedikdən sonra söyləməyə söz tapa bilməyəcək qədər özünüzü gərgin hiss edirsinizsə, dərhal toplayın! Bəyəndiyiniz kişinin yanında maraqlı mövzular tapmaq bir az çətin görünə bilər, amma bu mərhələni hər vaxt olduğu kimi davranaraq rahatca sovuşdura bilərsiniz. Kiçik komplimentlər yaxşıdır: Ona gözəl sözlər söyləmək üçün zaman və məkanın çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlindən ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiniz. Söhbət qızışdıqca araya kiçik təriflər deyərək yanınızda özünü rahat hiss etməsini təmin edə bilərsiniz. II mərhələ : Söhbəti artırın. Onunla söhbət etməyi bacardınız, brazo! Yaxşı, indi nə olacaq? Maraqlı olun: Özündən bəhs etməsini təmin edin. Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda çox danışırsa, narahat olmağa heç bir əsas yoxdur. Bundan sonra gözlərinin içinə baxıb onu diqqətlə dinləyib mövzu ilə əlaqədar suallar soruşun. Ortaq cəhətlərinizi öyrənin: Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma durun, dərhal önyarqılı olmayın! Sevdiyiniz kitabları sevməyə, izlədiyiniz filmlərdən zövq almaya bilər, ancaq bu, sizin razılaşa bilmədiyinizi göstərməz. Bir az səbirli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin. III mərhələ: Şifrəni həll edin! Sizinlə görüşməyə, söhbət etməyə hələ çox istəkli görünür. Yaxşı bu, sizdən həqiqətən xoşuna gəlməsi mənasına gəlirmi? Gözlərinə diqqət edin: Siz danışarkən öz ayaqlarına baxırsa, bu, utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz. Onu bəyəndiyinizə dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını qurdalamaq və ya qıçını yelləmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlərə diqqət edin və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləcə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaqsınız!
Övladınızla hər gün söhbət etmək üçün mütləq zaman ayırın. Sizə başa salmaq istədiyi bir şey olanda təxirə salmayın, onu diqqətlə dinləyin. Onu dinləyərkən başqa işlərlə məşğul olmayın. Danışarkən gözlərinin içinə baxın, yumşaq və anlayışlı münasibət göstərin. Danışarkən deməyə çəkindiyi, gizlətdiyi hissləri olub olmadığını anlamağa çalışın. Bədən dili mesajlarına diqqət edin. Fəal dinləyici olun. Bir mövzunu qoyub başqa mövzuya keçməyin, sözünü kəsməyin, mövzunu dəyişdirməyin. Daha çox onun danışmasına səy göstərin, siz yaxşı bir dinləyici olmağa çalışın. Uşağınızın danışdıqlarına hörmət göstərin, onu tənqid etməyin, onunla istehza etməyin. Ünsiyyət maneələrindən uzaq durun. Uşağınızın duyğu və düşüncələrini sərbəst və qorxmadan ifadə etməsini təmin edin. Soruşduğu suallara aydın və dəqiq cavablar verin. Cavablarınızın onun yaşına uyğun olmasına diqqət edin, amma əsla yalan və ya yanlış məlumatlar verməyin. Bilmədiyiniz bir məsələdə dürüstcə bilmədiyinizi söyləməkdən çəkinməyin. Amma bu barədə məlumat toplaya biləcəyinizi qeyd edin, hətta bunu birlikdə edin. Bütün bunlara diqqət etməyiniz, övladınızın özünün və fikirlərinin önəmli olduğunu hiss etməsini və ona qiymət verdiyinizi anlamasını təmin edəcəkdir. Beləliklə, aranızda möhkəm dostluq qurulacaq və yetkinlik çağında ehtiyac duyacağınız yoldaşlıq əlaqəsinin də əsasları atılacaqdır
Orta əsrlərdə isteriyalı xəstələr cin vurmuş hesab edilir və kilsə xadimləri onları qəddarcasına cəzalandırırdı. Xəstəliyin elmi əsasları XVIII əsrdə Şarko tərəfindən öyrənilməyə başlanılmışdır. Araşdırmalar xəstəliyin baş verməsində, irsi amillərin rolunu önə çəkmişdir. İsterik nevroz tipinə görə 2 növə ayrılır:- emosional - affektiv- funksional - nevroloji İsteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nəzərə çarpır. Eqoizm ,özünə vurğunluq, cinsi həvəsin artması, qarınqululuq və digər xoşagəlməz xasiyyətlər ön plana keçir.Belə xəstələrdə əhval ruhiyyə tez-tez dəyişir. İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:- hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)- nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar. DİAQNOZ: Xəstəliyin əlamətlərinə, gedişatına toplanan anamnezə əsasən qoyulur. MÜALİCƏSİ: Müalicəsi zamanı psixoterapiya, ümumi möhkəmləndirici müalicə üsullarından- trankvilizatorlardan istifadə edilir. Xəstədə yuxusuzluq əlamətləri varsa yuxugətiricilər təyin edilir.
2005-ci ildə Baki Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini uğurla bitirmişdi.Bir sıra beynəlxalq konfrans,simpozium,seminar və təlimlərdə iştirak etmişdir, beynəlxalq sertifikatlara layiq görülmüşdür.2005-2010-cu illər ərzində Rusiya Federativ Respublikasının Saratov şəhərində dövlət məktəbində psixoloq vəzifəsində çalışmışdır.2011-2012- ci illərdə Bakı şəhərində Amercan Academy şirkətində menedjer vəzifəsində çalışmışdır.2012-cari ilədək Bakı Modern Təhsil Kompleksində- baş psixoloq vəzifəsində çalışmaqdadır. Nailiyyətləri: University of California Los Angeles-Curriculum Development&Classroom management &Psychology's course -ixtisasartırma proqramlarını uğurla başa vurmuş və beynəlxalq diploma layiq görülmüşdür.Sinif idarəetməsində uşaqlar və yetkinlər ilə iş zamanı baş verəcək gözlənilməz hadisələrdə ilkin tibbi yardım kursunu keçmiş və vəsiqə ilə British Council tərəfindən təltif olunmuşdur. Psychology and Consulting Center tərəfindən keçirilən -Ümumi Psixoterapiya kursunu uğurla bitirmişdir. 2013-cü ildə Təhsil Nazirliyi tərəfində keçirilən fənn kurikulumlarının tətbiqi ilə əlaqədar keçirilmiş "Öyrədənlərin öyrədəni"kursunu 1-ci dərəcə ilə bitirmişdir. 2013-ci ilin noyabr ayında Təhsilin İnnovativ İnkişaf Mərkəzi tərəfindən "Həyat bilgisi" fənni üzrə təlimçi statusunu qazanmışdır. 2013-ci ildə Eastern Mediterranean University-İnteractive Teaching Tools ELT Curriculum Development & Psychologys course. 2015-ci ildə İnternational Psychology Conference in Azerbaaijan 2016-ci ildə İnternational Psychology Conference in Azerbaaijan 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən kecirilən Koqnitiv Davranış Terapiyası treninqi 2017-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən "Azerbaycan yuvenal ədliyyə islahatı məqsədi ilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" lahiyəsində iştirak etmişdi.Uşaqların və yeniyetmələrin psixi sağlamlığı və yuvenal ədliyyə sistemlərinin dəstəklənməsi treninqi The International Association of Professional Development (IAPD)-"Humanistisches Psychodrama"treninqi The International Association of Professional Development (IAPD)-" Dyslexia -Ronald Davis method" treninqi The International Association of Professional Development (IAPD)-"Schema Therapy" treninqi Hal hazırda Sankt-Peterburq şəhərində V.M. Bexterev adına Elmi Tədqiqatlar Klinik Psixologiya və Psixoterapiya İnstitutunda –Kliniki psixologiya fakultəsində təhsil alır.
Həkim Radioloq Aytən Hidayətova direktor vəzifəsinə təyin edilib. Bu barədə portalının sözçüsü Psixoloq.az a açıqlamasında bildirib.Portal sözçüsü qeyd edib ki, dünən idarə heyətinin iclasında təsisçi qərarı ilə Aytən Hidayətova portalın direktoru vəzifəsinə təyin edilmişdir.
Yeniyetmələr arasında keçirilən çimərlik futbolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb. Psixoloq.az xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən son turda "Yasamal" komandasına 5:3 hesabı ilə qalib gələn EFA birləşməsi Azərbaycan çempionu adına layiq görülüb. Teymur Eyvazov və Kamran Bayramovun yetirmələri, turnir ərzində savadlı və əzmkar oyunları ilə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. EFA komandasının oyunçusu Nihat Əhmədzadə isə ilk ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Ümid edirik ki, gənc futbolçularımızın kariyerasındakı ilk çempionluq onlara uğur gətirər və müvəffəqiyyətləri davamlı olar. Bu münasibətlə biz də təbriklərə qoşulur, "European Football Academy" futbol klubunun bütün heyətini və EFA azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.
Havalar soyuyanda ofis əməkdaşlarının çoxu çalışır ki, ona qripə yoluxmuş iş yoldaşından virus keçməsin.Alimlər iddia edirlər ki, ofisdə respirator xəstəliklərdən başqa keçici xəstəliklər ola bilər. Söhbət ən adi insan axmaqlığından gedir.Axmaqlıq da hava-damcı yolu ilə keçə bilər. Nyu-Hempşir Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, iş yerində axmaq olmaq çox asandır. Bunun üçün axmaq bir müdirin rəhbərliyi altında işləmək kifayət edir. Əgər ofisin rəhbəri axmaqdırsa, ofis işçilərinin 25 faizinin bu mənfi keyfiyyəti mənimsəmə ehtimalı yüksəkdir. Bunun üçün müdirə xoş təsir bağışlamağa çalışmaq kifayət edir.
Diaqrafmal yırtıq (dy), xronik, residivverən (tez-tez qayıdan) xəstəlikdir. Diafraqma deşiyindən yemək borusunun qarın hissəsinin, mədənin və hətta bəzi hallarda bağırsağın döş boşluğuna keçməsi baş verir. Normal halda döş və qarın boşluğu diafraqma adlanan zarlı-membranoz-əzələvi arakəsmə ilə bib-birindən ayrılılır. Qarın boşluğunda təzyiq döş boşluğundan çoxdur. Xəstəlik 50% halda klinik əlamətsiz keçir. Problemin aktuallığı nədir? Ürək və ağciyərdə, yemək borusunun özündə, mədədə ağırlaşmalar verə bilər. Uzunmüddət davam edib müalicə olunmadıqda isə yemək borusunun xərçənginə səbəb ola bilər. Belə ki, əgər bu xəstəliyin mövcud olduğu 5 – 12 il ərzində heç bir müalicə aparılmırsa, yemək borusunun xərçənginin başvermə riski 5 ildən sonra 2-3 dəfə, 12 ildən sonra isə 4-5 dəfə artır. Səbəbləri: ·Birləşdirici toxuma zəifliyi (60 yaşdan yuxarı, fiziki zəif, asteniklər) - diafraqmal deşik xeyli böyüyə bilər. ·Qarın boşluğunda təzyiqin artması (köp, hamiləlik, arasıkəsilməz qusma, ağciyərlərin xronik obstruktiv xəstəlikləri (50 %-də DY olur) davamlı öskürək, assit, güclü kökəlmə) ·Yeməkborusunun xəstəlikləri və diskineziyasında yemək borusunun yuxarı dartılması. DY ilk vaxtlar "sürüşkən” olur –özbaşına geri qayıdır. Yemək borusunun qarın hisəsinin döş boşluğuna keçməsi yemək borusunun aşağı sfinkterinin zəifləməsinə, bu isə refluks- özefaqitə (mədənin turş sirəsinin geriyə, yemək borusuna atılmasına və yemək borusunu zədələməsinə) səbəb olur. Əlamətlər: ·30-35 % halda aritmiyalar(ürəkdöyünmə, ürək ritminin pozulması), ürək nahiyəsində ağrılar ola bilər. ·Ağrı (əsasən yeməkdən, xüsusən çox yeməkdən sonra, fiziki gərginlik, ağırlıq qaldırma, öskürək, köp, uzanıqlı vəziyyətdə artır, önə əyiləndə artır) – döş sümüyünün arxasında yerləşməsir, ürək nahiyəsinə, boynun yan tərəflərinə yayılır. ·Reflüks özefaqitlə bağlı əlamətlər: qıcqırma, gəyirmə, yeməyin geri qayıtması; duru yeməyin keçməsinin çətinləşməsi və çox isti və çox soyuq su içərkən udmanın ağrılı olması, bir neçə saat, hətta bəzən bir neçə gün davam edən hıçqıraq, dilin yanması və göynəməsi, traxeit. Bronxit, astma, aspirasion pnevmoniya baş verə bilər. ·Qan azlığı Xəstəliyin diaqnozu Rentgen, Fibroezofaqoskopiya vasitəsilə qoyulur. Ağırlaşmalar: Xr. qastrit və mədə yarası, qanaxma və anemiya,yırtğın boğulması (ciddi ağırlaşmadır), reflüks ezofaqit Nə etməli? • Tütünü tərgitməli • Az yeməli, yeyən kimi uzanmamalı, axşam çox gec saatlarda yeməməli • Yatağın baş tərəfinin 15 dərəcə qaldırılması • Sıx paltar, kəmər, korset geyməməli. Müalicə: Konservativ(dərman), cərrahi, Manual terapiya. Manual terapiya effektlidir.
Artıq psixoloq, psixiatr, loqoped, defektoloq, yaşam koçları habelə bu sahələr üzrə təhsil alan gənc mütəxəssislər portalda qeydiyyatdan keçərək sahələri üzrə məqalələr yazaraq portalda yerləşdirə biləcəklər. Psixoloq.az xəbər verir ki, portalınn sözçüsü bildirib ki, məqalələr sayt redaktoru tərəfindən redaktə edildikdən sonra oxucu auditoriyasına çatdırılacaq: "Bunu etməkdə məqsədimiz, ölkədə psixoloqların mediaya çıxışını təmin etməklə cəmiyyətə psixi sağlam xəbər oxutmaqdır". Bu səbəblə portal tərəfindən "Məqalə yaz" videosu hazırlanıb. Həmin videonu sizə təqdim edirik.
Psixoloq.az bildirir ki, Psixodramanın yaradıcısı Hanss Werner Gessman və xüsusi təhsil mütəxəssisi Köln universitetində çalışan Markus Jozef Farber yenidən İAPD ın təşkilatçılığı ilə Bakıya dəvət almışdılar.Bu barədə İAPD rəhbəri Məltəm Kərimova İAPAD ın rəsmi facebook səhifəsində yenidən məlumat paylaşmışdır.Məlumatda bildirilir ki adı çəkilən mütəxəssislər oktyabr ayında Oratio Nitq İnkişafı Mərkəzində 4 günlük təlim keçəcəklər.Psixoloq.az portalının sözçüsü Aysun Karagobekli ilk tədbirdə informasiya dəstəyi olduğu kimi bu tədbirdədə informasiya dəstəyi olaraq portaldan oxuyuculara geniş məlumat veriləcəyini bildirmişdir. Psixologiya,Təhsil və Səhiyyə sahəsi mütəxəssislərinin NƏZƏRİNƏ!The İnternational Association of Professional Development İAPD-nin təşkilatçılığı və Almaniya Federativ Respublikasının Bergerhauzen Psixoterapiya İnstitutunun əməkdaşlığı sayəsində həyata keçirilən " BEYNƏLXALQ ALMANİYA TƏCRÜBƏSİ " adlı layihəsinin iki (2) günlük Master-Class təlim kursuna qeydiyyat başladı.Layihənin məqsədi Azərbaycanda Təhsil, Səhiyyə və Psixologiya sahəsi mütəxəssislərinin Peşəkarlıq səviyyələrinin yüksəldilməsi və praktiki biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. Təlim zamanı verilən praktiki biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə yardımçı olacaq! Təlim zamanı yalnız praktik biliklər, konkret metodikalar, texnikalar tədris ediləcək! BU TƏLİM YÜKSƏKİXTİSASARTIRMA TƏLİMİDİR VƏ SİZİ TƏLİMÇİ SERTİFİKATI ALMAĞA 14 AKADEMİK SAAT DAHA YAXIN EDƏCƏK!Təlimçilər :1 .Almaniya Federativ Respublikasından dəvət olunmuş Beynəlxalq Kliniki Psixologiya və Psixoterapiya Mərkəzinin rəhbəri,Humanistik Psixodrama-nin yaradıcısı,beynəlxalq dərəcəli Təlimçi və 1973-cü ildə yaradılan Bergerxauzen Psixoterapiya İnstitutunun yaradıcısı və rəhbəri - Prof. Dr. Hans-Werner Gessman2. Almaniya Federativ Respublikasından dəvət olunmuş Köln Universitetində tədris edən Xüsusi təhsil mütəxəssisi - Markus Josef Farber* PROGRAM : ** Humanistik Psixodrama- Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim -** 1-ci modulda siz " PSİXODRAMA KÖMƏKÇİSİ (ASİSTENTİ)" pilləsi üzrə ixtisasartırma dərslərini keçəcəksiz.Təlim qapalı terapevtik qrup şəklində aparılır.Təlim kursu "Psixodrama köməkçisi" Humanistik Psixodramada bir giriş kursudur. Bu, psixodramatistlərin təlimində ilk addımdır.Bu qrupda psixodramanın spesifik diaqnostik və müalicəvi metodları ilə necə işləməyi öyrənirlər.Onlar psixodramanın metodlarını həyat təcrübəsi kontekstində tətbiq edə bilməyi, terapevtik işi qrupa və hər bir qrup üzvünə yönəltməyi və onların biliklərinə uyğun olaraq onlara verilmiş sərhədləri görməyi öyrənəcəklər."Psixodrama köməkçisi" sertifikatını alıb psixodramatik terapevtik sessiyalarda terapevt kimi işləyə, özünütanıma qruplarına rəhbərlik edə bilərsiniz. Qruplar ilə işləmək üçün müstəqil təlim təcrübəsində psixodramanın metodlarından istifadə etməyə rəsmi şəkildə icazə verəcək.Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim aşağıdakıları etməyi tədris edəcək:*Psixodrama terapevti köməkçisi kimi qrupda işləmək;*Özünübilmək (tanımaq) qruplarına rəhbərlik etmək;*· Öz sosial təcrübələrinə əsaslanaraq mübahisəli qarşıdurmaları yoluna qoymağı, davranışları öyrənmək və zərurət yarandıqda öz baxışlarını dəyişdirməyi bacarmaq:*Psixodramanın diaqnostik və müalicəvi metodlarına yiyələnmək;*Psixodrama üçün vacib olan psixoloji diaqnostika, qrup inkişafı psixologiyası və ayrıca fərdin psixologiyası biliklərinə yiyələnmək,onları psixodramatik təcrübədə istifadə etmək bacarıqlarını inkişaf etdirmək:*Psixodramatik metodları necə istifadə etmək haqda təsəvvürün yaradılması*Dinləyicilərə psixodramanın əsas üsullarını öyrətmək*Dinləyicilərə qrup və fərdlərlə iş zamanı müxtəlif psixodramatik metodları tətbiq etməyi öyrətmək*İştirakçılara müxtəlif problemlərin həllində şəxsi psixoterapevtik təcrübələrinin istifadəsini təmin etmək*İştirakçılara şəxsi təcrübələriylə qrup məşğələsi və fərdi konsultasiyası etməyi tədris etmək*Psixodramada bir səhnə yaratmaq (Praktik dərslər)*İsinmə metodları*Psixodramanın əsas üsulları (dupling, roldəyişdirmə)*Sosial bir atomun qurulması və onun müxtəlif psixoloji təcrübələrdə tətbiq edilməsi."Psixodrama köməkçisi" kursu üzrə nəzəri seminarların mümkün mövzusu-- Qrup psixoterapiyası və psixodramasının tarixi və inkişafı;- Psixodramatik iş üzrə təlimatlar- Psixodramatik metodun vəsaitləri (səhnə, qəhrəman, rejissor, əlavə "Mən", auditoriya)- Psixodramatik sessiya tipik bir sxemdir- Psixodrama prosesinin üç mərhələsi (isitmə, hərəkət, paylaşma).- Ya.L.Moreno-nun Şəxsiyyət nəzəriyyəsi - Metodların kiçik qruplarda praktiki dərsdə tətbiq edilməsi- Ailə problemlərinin həllində Psixodrama (praktik dərslər)- Ailə problemləri ilə işləyən zaman psixodramanın texnika və texnologiyaları.- Genosocendra (ailələrin keçmişləri ilə iş), ikili mesajlarla işləmək.- Müxtəlif travmalarla iş zamanı Psixodramanın özəllikləri- Zorakılıq və şiddət qurbanları ilə iş zamanı psixodramanın xüsusiyyətləri.- Zorakılıq və şiddət qurbanları ilə işin xüsusiyyətləri.- Sosiodramanın qurulması üsulları- Humanistik Psixodramanın struktur və metodik əsasları;- Psixodramanın fəlsəfi və psixoloji əsasları;- Sosiometriya və qrup prosesləri;( praktik dərslər)- Genosociogram ilə yaratma və iş təcrübəsi- Qarşılıqlı əlaqə və ünsiyyət konsepsiyası;- Humanistik Psixodramada rolların inkişaf nəzəriyyəsi.Konfransda iştirak edə bilərlər : tibbi, psixoloji, sosial, məktəb-pedaqoji və teoloji peşə sahibləri, eləcə də insanlara qayğı ( qulluq) ilə məşğul olan peşə sahibləri.Bundan əlavə, motivasiya xüsusilə vacibdir. Təlim qrupu formalaşdırılan zaman böyük əhəmiyyətə malik olur və istisna hallarda həlledici rol oynayır.Konfransın dili : Alman dilindən azərbaycan dilinə tərcümə olunacaq.Təlimin vaxtı : Cəmi 5 qrup yığılacaq və hər qrupda maksimum 16 nəfər iştirakçı olacaq.Hər qrup 2 gün ( 4 sessiya) dərs keçəcək. 15i və 16.10.2018 ilk qrup, 17si və 18.10.2018 - 2ci qrup, 19u və 20.10.2018 - 3cü qrup, 21i və 22.10.2018 - 4cü qrup, 23ü və 24.10.2018 - 5ci son qrup dərs keçəcəklər. Təlimin davamiyyəti hər gün saat 10.00-18.00,nahar və çay fasiləsi təşkil olunur.Konfrans başa çatdıqdan sonra hər bir iştirakçı yüksəkixtisaslaşma üzrə BERGERHAUSEN PSIXOTERAPIYA INSTITUTUNUN 14 akademik saat qazandıran BEYNƏLXALQ DƏRƏCƏLİ SERTİFİKATI ile təmin ediləcəkdir !İştirakçılara nəzəri dərs materialı veriləcək!DİQQƏT!!! Master-class-da iştirak haqqı : 150 AZN ( ödənişlər sentyabr ayında toplanılacaq)Qeydiyyatdan keçmək və ətraflı məlumat üçün 050 687 96 58 və ya [email protected] müraciət edə bilərsiz.Yerlər məhdud olduğundan qeydiyyatı son tarixə saxlamaq tövsiyə olunmu
Psixoloq.az bildirir ki, 2015 ci ildən yaradılmış psixoloq.az portalı insanlarla cəmiyyət arasında körpü qurmaq habelə psixoloqların cəmiyyətdə marifləndirmə işini apara bilmələri üçün psixoloqları müəllif bloqları ilə təmin edərək psixoloji məqalələri və ölkədə baş verən hadisələrə psxioloqlar tərəfindən münasibət bildirilməsini təmin etmişdir.Layihə 2017 ci il ərzində texniki şərtlərdə yenidən işlənərək istifadəçilərin ixtiyarına verilmişdir.Hazırda bütün psixoloqlar, psixiatrlar, loqoped və defektoloqlar psxioloji məqalələrini portalın üst hissəsində qeydiyyatdan keçərək məqalə yaz bölümündə yerləşdirərək oxuyucularımızı marifləndirə bilərlər.
Tanınmış reper Anar Nağılbaz vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib. Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.
Müəllif Yusifova Mənsurə İxtiyar qızı 1981 il yanvarın 12 də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 2001 ci ildə Bakı Qızlar Universitetinə qəbul olmuşdur. Universitetdə oxuduğu illərdə 3 elmi iş yazmış, ı,ıı, ııı dərəcəli diplomlarla təltif olunmuşdur. 2005 ci ildə universiteti pedaqoq və psixoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006 cı ildən Laçın rayonu Biləcəri ümumi orta məktəbində, 2013 cü ildən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Eurika tədris mərkəzi"ndə psixoloq olaraq fəaliyyət göstərir. Kitab müəllifin psixoloq işlədiyi vaxtdan bu vaxta qədər metodik vəsaitə olan böyük ehtiyacdan irəli gələrək apardığı araşdırmaların məhsulu olaraq bu sahədə çalışan mütəxəssislər üçün hazırlanmışdır
Azərbaycanda sağlam gələcək yolunda yeni bir uğura imza atıldı. Tanınmış simaların da dəstək olduğu bu möhtəşəm açılışda mərkəzin xidmətləri haqqında geniş məlumat verildi. Övladlarınızı rahatlıqla əmanət edə biləcəyiniz “Oratio” psixoloji və nitq inkişafı mərkəzini sizə təqdim edirik. Hermetik və səs buraxmayan dərs otaqları, gigiyenik hava təmizləmə sistemi, anti-bakterial boya, uşağı yormayan işıq və rəng kombinasiyaları, isti döşəmə və ən əsası valideynin bütün müalicə prossesini izləmək imkanı sizə daha da güvən verəcək. Gənc və savadlı kollektivdən ibarət olan mərkəzimizdə psixiloq, loqoped və pedaqoq xidmətlərini sizlərə təklif edirik. İlkin konsultasiya zamanı keçirilmiş testlər vasitəsilə uşağınızın müalicə istiqaməti doğru seçilir və düzgün prosseslər aparılır. Bununla yanaşı qısa müddətdə uğurlu nəticələrimiz müqayisəli şəkildə sizlərə təqdim olunur. Dünyamız nitqinlə gözəlləşəcək! +994 12 441 41 25 +994 50 441 41 25 [email protected] Xan Şuşinski küç. 21AZ 1000, Bakı, Azərbaycan
Film motivasiya xarakterli olmaqla elmi-araşdırma yönündə çəkilmiş və daha sonra Ronda Bernin eyniadlı kitabının yazılmasına bir təkan olub.Filmdə insanların ətraf mühitə təsiri və ətrafda baş verən bütün hadisələrin məhz insan düşüncəsinin nəticəsi kimi izah olunur. Filmdə Ronda Bern başda olmaqla, bir neçə tanınmış şəxslərin, elm adamlarının müsahibəsi əks olunub. Müsahibələrdə onlar dünyanın əsas qanuna uyğunluqlarından biri olan, Kvant nəzəriyyəsi və cazibə qüvvəsinin əsas mahiyyətini məhz bu sirrlə bağlayırlar. Bu sirri tapdıqdan sonra onların həyatının necə dəyişdiyini bilmək istəyirsinizsə və ən əsası bu bayram günlərində özünüzü və ruhunuzu müsbət motivasiya ilə qidalandırmaq istəyirsinizsə bu filmi mütləq izləyin:
Dəyərli psixoloqlar portalı yaratmaqda məqsədimiz Azərbaycanda vahid psixoloq bazasını bir portalda birləşdirərək, Azərbaycanda psixoloji mariflənmənin aparılmasına, psixoloqların xidmətlərindən istifadə edə bilmələri üçün böyük oxuyucu auditoriyamıza secim imkanlarından yararlana bilmələrini sağlamaq, cəmiyyət və psixoloqlar arasında körpü qurmaq, psixoloqları narahat edən mövzuları işıqlandıraraq cəmiyyətdə psixi informasiya konfortu yaratmaqdir. Portal ölkədə psixi xidmətlər göstərən hər bir Psixoloji Mərkəzin, Psixoloqların, Psixiatr, Loqoped və Defektoloqların diplom və sertifakisiyalarının tanınması və qeydiyyatını aparmaqla portalda yazılan press relizlərin, psixi xəstəliklər barədə marifləndirici məlumatların, peşekarlar tərəfindən yayılmasının təminatını verir. Artıq bu istiqamətdə çalışan psixoloq,psixiatr loqoped, defektoloq, yaşam koçları və eyni zamanda psixologiya sahəsində təhsil alan gənc psixoloqlar portalda qeydiyyatdan keçərək məqalə yazmaq, marifləndirmək hüququna sahib olurlar. Bu isə ölkə insanının psixi sağlam və təhlükəsiz xəbər oxumasına səbəb olmaqla yanaşı psixologiya sahəsinin intibah dövrünün yaşamasına yardım etmiş olur. Layihəyə qoşulmaq istəyən psixoloqlar mütəxəssis bazasına daxil olmaq üçün [email protected] elektron ünvanına qoşulma istəkləri və peşəkar məlumatlarını bizə göndərə bilərlər.Ətraflı məlumat üçün 051 853 53 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir. Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Bəxtiyar Mustafayev 2008-2014 cü illərdə Azərbaycan Tibb universiteti pediatriya fakultəsində təhsil alıb 2014-2016-cı illərdə 1saylı Respublika Psixiatriya Xəstəxanasında həkim psixiatr vəzifəsində çalışıb,eyni zamanda bu illərdə psixi sağlamlıq mərkəzi,2 saylı psixiatriya xəstəxanası və sabunçu xəstəxanası psixosomatika şöbəsində ixtisas artırma kurslarında olub 2015-2016-cı illərdə Funda tibb mərkəzi və Xətai estetik klinikasında həkim psixiatr vəzifəsindədə çalışıb 2016-2017-ci ildə Şəki rayonlararası psixiatriya xəstəxanası və Şəki rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində həkim psixiatr vəzifəsində çalışıb 2014 Baku international Medical congress for students and young doctors 2015 mart 16-17 Global mental health& Neurodevelopmental Disorders across the lifespan international symposium 2015 Baku international Medical congress for students and young doctors 2018 Koqnitiv davranış psixoterapiyaları konfransında iştirak etmişdir 2018 yanvar-fevral- mart-aprel aylarında psixi sağlamlıq mərkəzində Professor Fuad İsmayılovun rəhbərliyiylə keçirilmiş koqnitiv davranış psixoterapiya kursunda iştirak etmişdir Hazırda Medikus klinikasında psixiatr/psixoterapevt vəzifəsində çalışır Müalicə etdiyi xəstəliklər: *Depressiya *Panik atak *Obsessiv-kompulsiv pozuntu *Fobiyalar *Travma sonrası stress pozuntusu *Yuxu pozuntuları *Yaddaş pozuntuları *Bipolyar affektiv pozuntu *Şizofreniya *Autizm *Hiperaktivlik və diqqət çatışmazlığı *Tiklər *Enurez və s.
Vəliyev Taryel Fazil oğlu 1981 ci il 21 may tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini A.S.Makarenko adına Hümanitar Fənlər Ginnaziyasında bitirib. Tarix, psixologiya üzrə bakalavr, tarix, beynəlxalq münasibətlər. Ankara Universitetində " Ailə psixologiyası ” üzrə magistr təhsili alıb. Bədən dili, Psixoloji savaş, Hipnoz, Biznes danışmanlığı üzrə beynəlxalq proqramlarda iştirak etmiş və uzman dərəcəsi alan Azərbaycanda tək mütəxəsisidir.. 1997 ci ildən 2014 cü ilədək ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, onlarla yerli, bir neçə beynəlxalq layihədə rəhbər və ya icraçı olaraq iştirak edib. 120 - dən çox təlim və seminarlarda iştirak edib. Özünün psixologiya, fərdi inkişaf, biznes psixologiyası üzrə verdiyi seminarlarda 36 mindən çox dinləyicisi olub. 2015 ci ildə Humel Psixologiya Mərkəzini təsis edib.
Psixologiya üzrə fəlsəfə doktoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəridir Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının üzvüdür. 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. TƏHSİL 1998-2002 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakultəsində bakalavr təhsili alıb. 2002-2004-cü illərdə həmin universitetdə magister təhsilini tamamlamışdır. 2014-cü ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin Psixologiya fakultəsini bitirib. Hal –hazırda V.M. Bexterev adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutuda –Klinik psixologiya üzrə təhsil alır İŞTİRAK ETDİYİ TƏLİMLƏR VƏ LAYİHƏLƏR Türkiyə, Rusiya və digər ölkələrdə psixologiya üzrə kurslarda iştirak etmiş, sertifikatlar almışdır. 2014-cü ildə “Azərbaycan Bayrağı Diplomuna” layiq görülüb 2015-ci ildə “Yeni şans” və “Azərbaycan əsgəri” qazetləri tərəfinən keçirilən rəy sorğusu əsasında “İlin vətənpərvər xanımı” adına layiq görülüb Fəxri Diplomla təltif olunub. 15.04.2015-ci ildə Azər KİVİHİ-ı tərəfindən “İlin ən yaxşısı” naminasiyasına layiq görülərək “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Fəxri Diplomla təltif olunub 06.05.2015-ci ildə Psixoterapiya və Psixologiya üzrə Elmi Tədqiqatlar İnstitutu tərəfindən keçirilən Qrup terapiyası üsulu ilə psixoterapevtik seminarda iştirak edib sertifikatla teltif olunub 16.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsində uşaqlar arasında keçirilən tədbirlərə və göstərdikləri psixoloji dəstəyə görə Mərkəz tərəfindən “Loqos” PNİM-nin əməkdaşlarına və xüsusilə rəhbərə təşəkkür məktubu ünvanlanmışdır. 18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKİV) “İntervyu” jurnalı və “İntervyu xəbər” qazeti tərəfindən keçirilən ictimai sorğu nəticəsində “Loqos” PNİM-i “İlin Psixoloji və Nitq Mərkəzi” Fəxri Media Mükafatına layiq görülüb 18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin (AzərKİV), “İntervyu” jurnalı və “İntervyu xəbər” qazetinin Rəyasət Heyəti tərəfindən Heydər Əliyev adına Fəxri Media Mükafatı Diplomuna layiq görülüb 2016-cı ildə “Qaynarxett.biz” saytı tərəfindən keçirilən sorğu nəticəsində Səhiyyə sahəsində əvəziz xidmətlərinə və Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə Fəxri Diplomla təltif edilib 2016-cı il “İqdisad.org” xəbər portalı tərəfindən keçirilən sorğu əsasında Fəxri Diploma layiq görülüb 2016-2017-ci il Uluslararası Ankara Sanat Festivali-Türk kültürü, sanatı və eğitim çerçevesinde iştirakına görə “Hizmet Şeref Ödülü”-nə layiq görülüb. 16.03.2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura və “Oxford” təhsil şəbəkəsi tərəfindən "21-ci əsrin psixologiyası" beynəlxalq müsabiqədə "Psixologiya-İnsanlar üçün" nominasiyasında psixi sağlamlıq sahəsində insanlara görsətdiyi xüsusi xidmətə görə 1-ci dərəcəli diplom alıb. 14.04.2017-ci ildə Fundamental Təhsil Beynəlxalq Universiteti, Beynəlxalq Ali Akademik şurası və Oksford təhsil şəbəkəsi tərəfindən Psixologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. Psixologiya və pedaqogika fakültəsini bitirərək. Evlilik və Ailə terapiyası, üzrə konsultant adını qazanıb 30 İyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin psixologiya ürzə bakalavr dərəcəsi diplomunu alıb Ege Orman Fakvı-dan “Doğa Dostu” Sertifikatı alıb ELMİ NƏALİYYƏTLƏR 2017-ci il Fundamental Təhsil Beynəlxalq Universiteti Sankt-Peterburq şəhəri- “Loqos” psixoloji mərkəzin nümunəsində Azərbaycan xalqının milli ailə ənənələri sahəsinə uyğun olaraq ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası mövzusunda dissertasiya işi MÜKAFATLAR 2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib
N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakültəsinin məzunudur. Türkiyənin Üsküdar Universitetində klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. YAP Binəqədi rayon təşkilatı ərazi partiya təşkilatının sədridir. Profesional Psixoterapevtlər Liqasının Azərbaycan Təmsilçiliyinin həqiqi üzvüdür. “Uşaq Psixologiyası” , “Kəkələməyə Son!” kitablarının müəllifi, A.R.Təsil Problemləri İnstitutun Elmi Şurasının 10 mart 2016-cı il tarixli iclasında çapına icazə verilmiş “İKT-dən istifadənin pedaqoji psixoloji əsasları” kitabının həmmüəllifidir. “NARINC” psixologiya qəzetinin baş redaktorudur.10 dan çox elmi məqalənin müəllifidir. Türkiyədə dünyaca məşhur MOON LİFE jurnalının təşkil etdiyi mükafatlandırma mərasimində "Yılın en başarılı psikolok uzmanı" adına layiq görülmüşdür! NARINC Psixologiya Qəzetinin baş redaktorudur! Hacettepe Universitesində keçirilmiş "Özel Gereksinimli Çocukların Gelişimi ve Destek Programları”- "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara inkişaf və dəstək” adlı proqramını, "Supervision Experience for Practitioners”- "Psixoloqlar üçün superviziya” uğurla başa vurmuşdur. Istanbul Bakırköy Doğu Rehberlik Eğitim Danışmanlık ve Rehabilitasyon Hizmetleri Merkezinde “Kadın Psikoloji Sertifika Programı”, “Temel Psikoloji” , Aile Psikoloji Sertifika Programı”, Psikoloji Sertifika Eğitimi”, Genel Psikoloji Sertifika Programı”, “Kişilik Psikoloji Sertifika Programı”, “Endüstri ve Örgüt Psikolojisi”, “Çocuk Psikolojisi”, “İş ve Çalışma Psikoloji Sertifika Programı”, “Zihinsel Engelli Çocukların Eğitimi Kursu”, “Özel Eğitimde Bireysel Eğitim Planı Hazırlanması Kursu”, “Otizmli Çocukların Eğitimi” təlimlərini uğurla keçmişdir. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “Azərbaycan Bayrağı” Mükafatı Lauretinin DİPLOMU ilə təltif olunmuşdur. XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013World Congress of Psychological Counseling and Guidance “Supervision Experience For Prctitioners” , “Child Centered Play Therapy and Applications” , “School Consueling” mövzusunda təlimi başa vurmuşdur. Rota Kariyer Eğitim Danışmanlık ve İdari Hizmetler Merkezinde “Aile ve Çocuk Psikolojisi” seminarında iştirak etmişdir. Mind Training İnstitute – da NLP Diplom Kursunu müvəffəqiyyətlə bitirmişdir. Beynəlxalq dəyərlərdən bəhrələnərək ölkəmizdə demokratik cəmiyyət, hüquqi dövlət, insan azadlığı vətəndaş haqlarının aliliyi və siyasi plüralizm prinsiplərinin XALQ və PREZİDENT İLHAM ƏLİYEV tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə “ŞÖHRƏT DİPLOMU” ilə təltif olunub. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “İLİN PSİXOLOQ ALİ DİPLOMU” ilə təltif olunmuşdur. Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “FƏAL TƏLƏBƏ”layihəsi çərçivəsində tələbənin özünəgüvənin artırılması mövzusundakeçirilən təlimdə təlimçi qismində iştirak etdiyinə görə DİPLOMla təltif olunmuşdur. Azərbaycan I Beynəlxalq Konfransında keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi” “Koqnitif Davranış Terapisi”, “Cinsel bozukluklar ve Cinsel Terapi” , “Uygulamalı spor psikolojisi”, “Pozitiv Psixoterapi”, “Mindfulness and strenghts” təlimlərini keçmişdir. İstanbul Psikolojik Testler Derneğinin “CAT – Çocuk Algı Testi Eğitim”, “S.D. Porteus Labirintleri Testi Eğitim Sertifikası”, “Bender- Geştalt Psikomotor Algı Testi Eğitim Sertifikası”, “Alexander Pratik Zeka Testi Eğitim Sertifikası”, “Benton Görsel Bellek Testi Eğitim Sertifikası”, “TAT – Tematik Algı Testi Eğitim Sertifikası”, “R.B Cattel 2A-3A Zeka Testi Eğitim Sertifikası”, “Louisa Duss Testi Eğitim Sertifikası”, “WİSC-R Zeka Testi Eğitim Sertifikası” təlimlərini uğurla keçmişdir. Sankt-Peterburqda keçirilən "Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya" konfransında iştirak etmişdir. Ulu Səs və Yeni Şans qəzetlərinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respublikada uşaq təfəkkürünün inkişafında göstərdiyi əməyə görə“İLİN VƏTƏNPƏRVƏR XANIMI” Fəxri Diplomu ilə təltif olunmuşdur Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpoziumda iştirak etmişdir. İtaliyanın Milan şəhərində keçirilən “The 14 th European Congress of Psychology” konfransında uğurla iştirak etmişdir. TC Qazi, Ankara və ATU Universitetlərinin akademik heyətlərinin iştirakı ilə "Nevrologiya, Pediatriya, Mikrobiologiya,Psixoterapiya" Türkiyə Azərbaycan birgə simpoziumunun aktiv iştirakçısı olmuşdur. Türkiyənin Sabancı universitetində təşkil olunan “1st İNTERNATİONAL DEVELOPMENTAL PEDİATRİCS CONGRESS” ində ölkəmizi layiqincə təmsil etmiş
Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda da həmin İnstitutun “Sosial psixologiya” şöbəsində kiçik elmi işçi kimi çalışır. 2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etmişdir. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2009–cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İştirak etdiyi beynəlxalq konfrans və seminarlar: XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Mental Health Counseling”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Supervision Experience For Prctitioners”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Child Centered Play Therapy and Applications”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “School Consueling” mövzusunda təlimi başa vurmuşdur.Mind Training İnstitute-da NLP Diplom proqramını bitirmişdir.2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Aile Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən "İyi olma hali ve tükenmişlik sendromu" təlimlərini keçmişdir.2015-ci ildə Sankt-Peterburqda keçirilən “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” beynəlxalq konfransında iştirak edib.2015-ci ildə İtaliyanın Milan şəhərində keçirilən "The 14th European Congress of Psychology" konfransında iştirak edib. Rusiya Professional Psixoterapevtik Liqanın Azərbaycan nümayəndəliyinin rəhbəridir. 2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib. 1 elmi monoqrafiya, 1 dərs vəsaiti, 1 bədii əsər, 10 elmi məqalənin müəllifidir. 2010-cu ildən E.N.M. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışır. X lady, Karl Yaspers fəlsəfəsində ünsiyyət problemi elmi monoqrafiyasının, Elnur Rüstəmov və Nərmin Quliyevanın birgə yazdığı Psixoloji məsləhətə giriş dərs vəsaitinin müəllifidir. Ailəlidir, 2 övladı var.
Azərbaycan Müəllimlər İnstitutu İbtidai təhsilin pedaqogika və metodikasi, Azərbaycan Müəllimlər İnstitutu Psixologiya fakültəsini bitirmişdir. Ümumrusiya professional psixoloqlar liqasinin PPL həqiqi üzvüdür. Psixoterapiya Mərkəzində Psixoloq - psixoterapevt kimi çalışır.
EMDR PSİXOTERAPEVT Təhsil: 2017-2018 EMDR psixoterapiya metodu Milli Dəstəkləmə və İnkişaf Assosiasiyasının üzvüdür 2017-2018 Bakı Slovyan Universiteti – «Təhsildə sosial-psixoloji yardım» 2014-2016 Peşəkar Psixoterapiya Ligası – Psixoterapiya Mərkəzi - Psixoterapiya 2013-2015 BDU – Şərqşunaslıq - Ərəb dili - Doktorantura 2001- 2006 “Ayn Şəms” Universiteti, Qahirə, Misir Ərəb Respublikası - Bakalavr 1992-1997 Bakı Qafqaz İslam Universiteti, Bakı,Azərbaijan - Magistr Ixtisas: 2017 EMDR terapevt - 1-ci mərhələ – Piterburq – Rusiya Federasiyası. 2016-2017 PPL Peşəkar Psixotetapevylər Liqasının üzvi 2015-2017 Consultant-Psixoterapevt 2013 - 2015 Doktor of Philosofi (PHD) 2001- 2006 Tərcümə və Ərəb Dili üzrə Filoloq 1992-1997 Şərqşunas və İslamşunas İş təcrübəsi: 2017-2018 “Center of Psychological Consulting” – EMDR psixoterapevt 2017-2017 «Логос - ценр психологии и развития речи» - Konsultant-Psixoterapevt 2015-2017 Psixoterapiya Mərkəzi - Consultant-Psixoterapevt 2016-2017 Bakıdaki BƏƏ səfirliyi – Kadrlar şöbəsi, Mühasib müavini, Təchizat 2013-2016 Bakıdaki BƏƏ səfirliyi - Mühasib müavini, Təchizat, Konsulluq şöbəsi, İctimai əlaqələr. 2012-2013 Bakıdaki BƏƏ səfirliyi - İctimai əlaqələr, Təchizat, Mühasib müavini, Sinxron tərcümə. 2011-2012 Bakıdaki BƏƏ səfirliyi - Tərcüməçi və İctimai əlaqələr. - Bakı – Azərbaycan Respublikası. 2010-2010 “ANC - Group” MMC, Baş Müdürün Müavini - Satışın Təşkili Departamentinin Direktoru 2007-2010 “ADA-Ticarət” QSC, Satışın Təşkili Departamenti, Bölgə müdiri 2007-2007 “ADA-Ticarət” QSC, Müdir 2006-2007 “ADA-Ticarət” QSC, Müdir Müavini 2005-2006 “İTS” Alman Turizm Kampaniyası, Manenger, Kardinator, Nəzarətçi, Otel Rəhbərlərinin Müdiri. 2004-2005 “Aqua Park” – Menedjer 2002-2004 Rusiya Federasiyasının Mədəniyət və Elm Mərkəzi - Tərcüməçi (ərəb-rus), Ərəb və Rus dilləri üzrə İnstruktor. Psixoterapiyadan aldığı treninglər: Şəxsiyətin psixoanalizi Psixoterapiyay giriş Yaş psixoterapiyası Uşağ psixoterapiyası Neyro Linqvistik Programlaşdırma (NLP) Ailə psixoterapiyası Psixosomatika Psixopatologiyanın əsasları Klinik psixologiya Psixogenez Psixoterapiyanın etapları EDMR psixoterapiya Apardığı trening və seminarlar: Psixoterapiyay giriş Şəxsiyətin psixoanalizi Psixolingvistika və xarici dilin surətli tədrisi Riteyldə aldığı treninqlər: 14.08.2006 Mağaza işinin təşkili 24.08.2006 Mağaza müdirinin vəzifə borcları 31.08.2006 Mağaza İT sistemlə idarə edilməsi 15.08.2006 Merçendayzinq 30.10.2007 Aktiv Satışın texnikalrı 26.11.2007 Satışın təşkili və planı 25.10.2007 Əmək mühafizəsi 17.05.2008 Mobil telefonla danııq etiketləri 17.06.2008 Vaxtın idarə edilməsi 25.07.2008 Xəzinə kitabı (mühasibatlıq) 24.09.2009 Biznesin keyfiyyəti – seminar 29.08.2009 Komandada səmərəli iş Riteyldə təlim keçdiyi treninqlər: 14.05.2008 Mağaza işinin təşkili 29.11.2008 Mağaza müdirinin vəzifə borcları 15.02.2008 Mağaza İT sistemlə idarə edilməsi 30.10.2008 Merçendayzinq 02.03.2008 Aktiv Satışın texnikalrı 05.03.2008 Satışın təşkili və planı 12.06.2009 “İdarəçi və idarəetmə” mağaza müdirləri üçün 17.04.2009 POST-terminal üzrə təlimat 17.04.2009 Baş kassirlər üçün təlim Psixoloq Süleyman Məmmədzadə Azərbaycan ,Rus , Ərəb , Misir ləhcəsi , Türk , İngilis dillərində sərbəst danışır
Ağıl oyunları - psixoloji bioqrafik dram filmi 2001-ci ildə rejissor Ron Hovard tərəfindən çəkilmişdir. Baş rolarını Rassel Krou, Ed Harris kimi məşhur aktyorları canlandırdığı film Nobel mükafatı laureatı Con Neşin həyatından bəhs edir. Film kritiklər və eyni zamanda film həvəskarları tərəfindən böyük maraqla qarşılanmış, eyni zamanda 4 əsas istiqamətdə Oskar mükafatı və Qızıl Qlobus, BAFTA, Qızıl Qartal kimi mükafatlar da qazanmışdır. Filmin ilk nümayışı 2001-ci il 21 dekabrda baş tutmuşdu.
Sosial fobiyalar (F40.1) Sosial situasiyalardan qaçmaya səbəb olan, digər insanların yetirdiyi diqqətdən qorxma. Daha dərin sosial fobiyalaraşağı dərəcəli özünü qiymətləndirmə və tənqiddən qorxma ilə əlaqədardır. Onların olması üzün qızarmasında, əllərinəsməsində, ürək bulanmada, daima sidiyə çağırışlarda özünü göstərir.
Aqorafobiya (F40.0) Evdən çıxmaqdan, mağazaya daxil olmaqdan qorxmanı, kütlədən və içtimai yerlərdən qorxmanı, tək qatarla,avtobusla, təyyarə ilə səyahət etməkdən qorxmanı özündə birləşdirən kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur. Vahiməyə düşmə pozuntusu həm keçmiş, həm də hazırki epizodların adi cizgilərindən ibarətdir. Bundan əlavə xarakteristika kimi depressiv və sarışan simptomlar sosial fobiyalar tez–tez müşahidə olunur. Adətən fobiyalı situasiyalardan qaçma ifadə olunur və aqorafobiyadan əziyyət çəkən şəxslər elə bir böyük narahatçılıq keçirirlər, beləki, onlar belə «təhlükələrdən» qaça bilirlər.Anamnezdə vəlvələyə düşmə pozuntusu olmayan aqorafobiyaAqrofobiyalı vəlvələyə düşmə pozuntusu
Əsas və üstünlük təşkil edən simptomu, heç bir təhlükə ifadə etməyən müəyyən situasiyalardan qorxu olan pozuntular qrupudur. Nəticədə xəstə adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Xəstənin narahatlığı ayrı– ayrı simptomlarda, belə ki, qorxudan titrəmə və ya bayılma hissiyatında toplanır və tez–tez ölümdən qorxma ilə, özünü idarə etməni itirmə ilə və ya dəli olma ilə assosiasiya olunur. Fobik situasiyaya düşə bilməni gözləmək adətən vaxtından qabaq həyəcan törədir. Fobik həyəcan və depressiya tez-tez müştərək olur. İki diaqnozun (fobiyalı həyəcan pozuntusu və depressiv epizod) və ya birinin qoyulması haqqında qərar, bu halların davam etmə müddəti ilə və xəstənin konsultasiya zamanı terapiya barəsində həkimin düşüncələri ilə müəyyən olunur.
Spesifik fobiyalar (F40.2) Buraya, son dərəcə xüsusi situasiyalarla məhdudlaşmış, belə ki, xüsusi heyvanların yaxınlığı, hündürlük, ildırım, qaranlıq, uçuş, qapalı yer, içtimai ayaqyolunda sidik ifrazı və defekasiya, müəyyən qida məhsullarının istifadəsi, dişlərin müalicəsi, qanın və ya travmanın görünüşü kimi fobiyalar daxildir. Baxmayaraq belə situasiya haqqında fikir abstraktdır, ona düşmə zamanı aqrofobiyada və ya sosial fobiyada olduğu kimi vəlvələ yaranır.AkrofobiyaHeyvanlardan qorxmaKlaustrofobiyaSadə fobiya
Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq (F41.0)Pozuntunun xarakter əlaməti, konkret olaraq hər hansı xüsusi situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən residivləşən kəskin ifadə olunmuş həyəcan (vəlvələ) tutmalarıdır. Digər həyəcan pozuntularda olduğu kimi, əsas simptomatikaya, qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri – reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez – tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan qorxu müşahidə olunur. Əgər pasientdə vəlvələ tutmasının əvvəlində depressiv pozuntu vardırsa, vəlvələ pozuntusu əsas diaqnoz kimi istifadə edilə bilməz. Bu halda vəlvələ tutması, depressiyaya nəzərən ikincilidir. Vəlvələ tutması Vəlvələ halıPanik ataka
Generalizə edilmiş həyəcan pozuntusu (F41.1) Yayılmış və davamlı olan, lakin hər hansı xüsusi ətraf şərait elementləri ilə məhdudlaşmayan və ya əsas etibari ilə onlarla törənən (başqa sözlə, sərbəst üzən və ya «free–floating») həyəcandır. Dominant simptomlar dəyişkəndirlər, lakin davamlı nevrozluq, qorxu hissiyatı, əzələ gərginliyi, tərləmə, ağılsızlıq hissiyatı, titrəmə, baş hərlənmə, epiqastral nahiyyədə diskomfort hissiyatı şikayətlərini özündə birləşdirir. Xəstəyə bir çox hallarda onu və ya qohumlarını yaxın zamanlarda gözləyən bədbəxt hadisədən və ya xəstəlikdən qorxu ifadə edir.Həyəcan:· reaksiyası· halı· nevrozu
Qarışıq həyəcan və depressiv pozuntu (F41.2) Bu rubrikanı o halda istifadə etmək lazımdır ki, eyni zamanda həm həyəcan, həm də depressiya mövcud olsun, lakin bu hallardan heç biri üstünlüyə malik olmasın, onların simptomatikasının dərəcəsi isə hər birinə ayrıca diaqnoz qoymağa imkan verməsin. Əgər həm həyəcan, həm də depressiya simptomları o dərəcədə ifadə olunur ki, bu pozuntuların hər birinə ayrıca diaqnoz qoymağa imkan verir, bu halda hər iki diaqnozu kodlaşdırmaq lazımdır vəbu halda hazırkı rubrika istifadə olunmamalıdır.Həyəcan depressiyası (yüngül və ya davamsız)
Obsessiv-kompulsiv (sarışan-məcburi) pozuntu Belə vəziyyətin əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır. Daxil edilib:anankastik nevrozobsessiv-kompulsiv nevrozƏsasən sarışan fikirlər və ya düşüncələr (F42.0)Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər.Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmamasıilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusiilə sıxdır, buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] (F42.1) Kompulsiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa vəsəliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısınıalmaq üçün simvolik cəhdlər olur.
Stresə qarşı kəskin reaksiya (F43.0) İnsanda qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq, psixi pozuntuların digər əlamətləri olmadan yaranan və adətən bir neçə saatdan və ya gündən sonra sönən keçici pozuntudur. Stress reaksiyalarının yaranmasında və ağırlığında, fərdi tez təsirlənmə və özunu idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Simptomlar tipik qarışıq və dəyişkən mənzərəyə malik olurlar və bir qədər düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mumkunluyu ilə və dezorientasiya ilə ilkin «heyrət» halından ibarət olurlar. Bu hal növbəti ətraf situasiyadan «uzaqlaşma» ilə (dissosiativ stupor halına qədər – F44.2) və ya həyəcan və yuksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) ilə müşaiyət oluna bilər. Adətən vəlvələ pozuntunun ayrı-ayrı əlamətləri mövcud olur (taxikardiya, həddən artıq tərləmə, qızarma). Simptomatika adətən stress stimullarının və ya hadisənin təsirindən bir neçə dəqiqə sonra yaranır və 2-3 gündən sonra (çox vaxt bir neçə saatdan sonra) sönur. Stress hadisəyə qarşı hissəvi və ya tam amneziya (F44.0) mövcud ola bilər. Əgər yuxarıda göstərilmiş simptomatika davamlıdırsa, diaqnozu dəyişmək lazımdır. Kəskin: · Krizis reaksiyası · Stresə qarşı reaksiya · Hərbi xidmət dövrünün nevrozu · Krizis halı · Psixi şok
Posttravmatik stress pozuntusu (F43.1) Hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya uzunmüddətli) təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Meyl etdirici faktorlar, belə ki, şəxsi xüsusiyyətlər (kompulsivlik, asteniklik) və ya anamnezdə sinir xəstəliyi sindromun inkişafı üçün qıcıq qapsını azalda və ya onun gedişini ağırlaşdıra bilər, amma onlar heç zaman onun yaranmasının izahı üçün vacib və kifayət olmurlar. Tipik əlamətlərə sarışan xatirələrdə («kadrlar») travma yetirmiş hadisənin təkrarlanan təəssüratlarından, təəccübdən donub qalma hissiyatı fonunda yaranan fikirlərdən və ya qarabasmalardan, emosional tormozlanmadan, digər insanlardan uzaqlaşmaqdan, ətrafa reaksiyasızlıqdan və travmanı xatırladan hərəkətlər və situasiyadan qaçmaqdan ibarət epizodlar daxildir. Adətən həddən artıq oyanıqlıq və ifadə olunmuş yüksək ehtiyatlılıq, qorxuya və yuxusuzluğa yüksək reaksiya mövcud olur. Həyəcan və depressiya çox vaxt yuxarıda göstərilmiş simptomlarla əlaqədar olur və bir çox hallarda özünü öldürmə ideyaları da yarana bilər. Pozuntu simptomlarından əvvəl travmadan sonra bir neçə həftədən, bir neçə aya kimi dəyişən latent dövr olur. Pozuntunun gedişi müxtəlifdir, amma əksər hallarda sağalma gözləmək olar. Bəzi hallarda bu vəziyyət bir neçə il davam edəcək, şəxsiyyətin davamlı dəyişilməsinə keçidlə xronik gedişə çevrilə bilər. (F62.0)Travmatik nevroz
Uyğunlaşdırıcı reaksiyaların pozuntusu (F43.2) Həyatda mühüm dəyişikliklərə və ya stress hadisələrinə adaptasiya periodunda yaranan, içtimai fəaliyyətə vəhərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını (ağır itki, ayrılıq) və ya sosial müdafiə və dəyərlərin geniş sistemini (miqrasiya, qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində və meydana çıxma formasında əsas rol oynayır, lakin belə pozuntuların travma törədici faktorların iştirakı olmadan meydana çıxması qəbul edilmir. Əlamətlər çox variabeldirlər və əhval-ruhiyyənin olmaması, ehtiyatlılıq və ya narahatçılıq (və ya bu halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq qərarı daxildir, həmçinin gündəlik həyatda fəaliyyət qabiliyyətinin bir qədər azalma dərəcəsini özündə birləşdirir. Eyni zamanda davranış pozuntuları da, xüsusi ilə yeniyetmə yaş dövründə qoşula bilər. Xarakter əlaməti kimi qısa və ya uzunmüddətli depressiv reaksiya və ya digər emosiyaların və davranışın pozulmaları ola bilər.Mədəni şokKədər reaksiyasıUşaqlarda hospitalizm
Dissosiativ və ya konversion pozuntular, keçmiş hadisələrə qarşı yaddaş, özünü şəxsiyyət kimi başa düşmək qabiliyyəti və bədənin hissiyatı və hərəkətini, idarə etmək qabiliyyəti arasında normal inteqrasiyanın tam və ya hissəvi itirilməsi kimi ümumi qəbul edilmiş müddəaların əsasında ayırd edilir. Dissosiativ pozuntuların bütün növləri bir neçə həftə və ya aydan sonra xüsusi ilə əgər onların yaranması həyatda baş vermiş hər hansı travma törətmiş hadisə ilə əlaqədardırsa, sönməyə meyllidirlər. Əksər xronik pozuntular, xüsusən ifliclər və hissiyatın itirilməsi həlli mümkün olmayan problemlərin və şəxsiyyətlər arası çətinliklərin fonunda inkişaf edə bilər. Bu pozuntular əvvəllər əsasən «konversion isteriya»-nın müxtəlif növləri kimi təsnif olunurdular. Hesab edilir ki, onlar psixogen etiologiyaya malikdirlər belə ki, yaranma vaxtına görə travma törətmiş hadisələrlə, həll olunmayan və dözülməz problemlərlə və ya pozulmuş qarşılıqlı münasibətlərlə sıx əlaqəlidir. Simptomlar adətən xəstənin psixi xəstəliyin əlamətləri haqqında fikirlərinə uyğun olurlar. Tibbi baxış və müayinə hər hansı aydın fiziki və ya nevroloji pozuntular aşkar etmir. Lakin tamamilə aydındır ki, funksiyanın itirilməsi emosional konfliktin və ya ehtiyacın ifadəsi kimi meydana çıxır. Simptomlar psixoloji stresslə sıx əlaqədar inkişaf edə bilər və çox vaxt qəflətən meydana çıxır. Bu rubrikaya normada iradi kontrol edilən yalnız fiziki funksiyaların pozuntuları və hissiyatın itirilməsi daxil edilib. Ağrı hissiyatı və vegetativ sinir sistemi tərəfindən digər fiziki hissiyat kompleksi daxil olan pozuntular psixosomatik pozuntular rubrikasında (F45.0) təsnif olunmuşdur. Həmişə gələcəkdə ciddi fiziki və ya psixi pozuntuların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır.Daxil edilib:konversion:· isteriya· reaksiya isteriya· isterik psixoz F44.0 Dissosiativ amneziyaƏsas əlamət xüsusi ilə vacib yaxın hadisələrə qarşı yaddaşın itirilməsi olub, bu zaman üzvi psixi xəstəlik ayırd edilir və o dərəcədə ifadə olunur ki, onu adi unutqanlıqla və yorğunluqla izah etmək mümkün olur. Amneziya adətən bədbəxt hadisə və ya qəflətən ağır itgi kimi travma törədici hadisələrdə toplanır və adətən hissəvi və seçici olur. Tam və generalizə olunmuş amneziya nadir hallarda və adətən ambulator avtomatizmin (fuqalar) (F44.1) hissəsi olur; bu halda pozuntunu məhz belə təsnif etmək lazımdır. Dissosiativ amneziya diaqnozunu beynin üzvi xəstəliyi, intoksikasiyalar və ya həddən artıq yorğunluq olduqda qoymaq olmaz. F44.1 Dissosiativ fuqaDissosiativ fuqa, adi hər bir gündəlik sərhəddən kənara çıxan məqsədyönlü yerdəyişmələrlə birlikdə dissosiativ amneziyanın bütun əlamətlərinə malikdir. Baxmayaraq ki, fuqa periodunda amneziya mövcud olur, kənar müşahidəçilərə bu zaman pasientin davranışı tam normal təsir bağışlayır.Çıxarılıb: epilepsiya tutmasından sonra fuqa (G40.–) F44.2 Dissosiativ stuporDissosiativ stupora işıq, küy, toxunma kimi xarici qıcıqlandırıcılara qarşı iradi hərəkətlərin və normal cavab reaksiyalarının ifadə olunmuş dərəcədə azalması və ya olmaması əsasında diaqnoz qoyulur, lakin baxış və müayinə aşkar fiziki səbəb ayırd etmir. Bundan əlavə, yaxınlarda baş vermiş hadisələr və ya problemlər şəklində psixogen səbəb tam aşkarlıqla mövcud olur. F44.3 Trans və mübtəlalıqMüvəqqəti olaraq özünü bir şəxsiyyət kimi hiss etmənin və ətrafın tam dərk edilməsinin itirilməsi mövcud olan pozuntu. Bu rubrikaya yalnız qeyri-iradi və arzuolunmaz olan, dindən və ya mədəni-münasib situasiyalardan xaric meydana çıxan trans halları daxil edilib. F44.4 Dissosiativ hərəkət pozuntularıBütün müxtəlifliyi ilə bərabər, ətrafla və ətraflarla hərəkət etdirmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi mövcud olur. Ataksiyanın, apraksiyanın, aksineziyanın, afoniyanın, dizartriyanın, diskineziyanın, tutmaların və ya iflicin hər hansı növləri ilə demək olar ki, sıx oxşarlıq görülə bilər.Psixogen:· afoniya· disfoniya F44.5 Dissosiativ konvulsiyalarDissosiativ konvulsiyalar epileptik tutmalara bənzəyir, lakin dilin dişlənməsi, yıxılmalarla əlaqədar qansızmalar və qeyri-iradi sidik ifrazı nadir hallarda olur. Düşüncə saxlanılır və ya stupor və ya trans halı ilə əvəz olunur. F44.6 Dissosiativ anesteziya və ya hissi qavramanın itirilməsiDəri anesteziya nahiyyələri adətən sərhədlərə malik olurlar. Bu o deməkdir ki, onlar pasiyentin tibbi biliklərdən fərqli orqanizmin funksiyaları haqda təsəvvürləri ilə əlaqədardırlar. Nevroloji zədələnmə ilə əlaqədar olması vacib olmayan, sensor modulyasiyalar arasında fərqin itirilməsi mümkündür. Hissi qavramanın itirilməsi paresteziya şikayətləri ilə müşaiyət oluna bilər. Dissosiativ pozuntularda görmənin və eşitmənin itirilməsi nadir hallarda total olur.Psixogen karlıq
İnternational Prague University-də Psixologiya fakultəsini bitirib. Bir çox seminar və sertifikasiya proqramları keçmiş və təcrubələrini artırıb. Psixoloq və Spiritual Life coach kimi fəaliyyət göstərir eyni zamanda Art Terapevtdir. Art terapiyaya aiddir – Musiqi terapiyası, rəsm terapiyası, rəqs terapiyası, MAC texnikası, Nağıl terapiyası və s. * 2 il orta məktəbdə həyat bacarığı fənnin şəxsi inkişaf mövzularını əhatə edən dərsləri keçərək * 3 il musiqi məktəbində piano dərsləri keçərək * 1 il olrta məktəbdə musiqi dərsləri keçərək * 2 ay isə özəl liseydə psixoloq işləyərək təcrübə toplayıb. Təhsilini bitirdikdən sonra 2015-ci ildən psixoloq və təlimçi kimi fəaliyyət göstərir. 2017 il-də Təhsil Nazirliyinin və Humel psixologiya mərkəzinin birgə layihəsi əsasında 300 dövlət məktəbinin psixoloqlarına “proyektiv metodikalar və diaqnostika” təlimlərini keçib. (təxminən 150 saat) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1- ci qrant müsabiqəsinə Ərəstun Mahmudov adına məktəb lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsində təşkilati və 15 məktəb 1500 uşaqla psixoloji işlər görüb. (2ay) Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” adlı təşkil olunan tədbirdə Motivator-Təlimçi kimi teambuilding keçirib. Pedaqoji universitetdə , Azərbaycan Dövlət Neft Akademiyasında , Təhsil və Şəxsi inkişaf mərkəzlərində, Psixoloji mərkəzlərdə şəxsi inkişaf və art terapiya mövzusunda seminarlar keçib. Təhsili üzrə və tədbirlərin təşkili üzrə işləyib. Təhsilindən əlavə olaraq görəcəyi işin keyfiyyətini daha da artırmaq üçün fərqli sahələrdə kurslardan keçib. PR HR NLP İdarəetmə Şəxsi İnkişaf Yalanın nəzəriyyəsi Hüquq Psixologiyası Psixodiaqnostika Psixoanaliz Psixoloq asistentlik proqramı Artterapiya Reiki və sair Ümumi iş təcrübəsi 10 il Hal hazırda Psixoloq, Ruhi inkişaf kouçu, Art terapevt kimi fəaliyyət göstərir. #zumrudasadova #zumrudraduqa #psixoloq #shexsiinkishaf #ruhiinkishaf#ozunusev #psixologiya #şəxsiinkişaf #ruhiinkişaf #yaradıcılıq #özünüsev#artterapiya #kouçinq
“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir. İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.
Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv – kompulsiv pozuntu nədir? Köhnə adı ilə sarışan hallar nevrozu adlanan bu xəstəlik əsasən beyinə müxtəlif istənməyən fikirlərin gəlməsi və təkrarlanan hərəkətlərin edilməsi özünün göstərən bir xəstəlikdir. Obssesiya nədir ? Bu beyinə insanın iradəsindən asılı olmayaraq daxil olan, qovula bilməyən, təkrarlanan, şəxsinə özünə məntiqsiz gələn və əksər hallarda onun dünyagörüşünə, əxlaq normalarına zidd olan düşüncələrdir.Bu düşüncələr insanda həyəcan və narahatlıqa səbəb olur. Kompulsiya nədir? Kompulsiyalar obssesiyalar nəticəsində yaranan həyəcan və narahatlığı aradan götürmək üçün ortaya qoyulmuş davranışlardır. Yayılma dərəcəsi nə qədərdir? Hər 100 nəfərdən 3-4 nəfərində görülən bu xəstəlik əvvəllər nadir xəstəlik kimi qələmə verilsə də son tədqiqatlar bunun heç də az olmadığını göstərir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? Bu xəstəliyin əlamətləri müxtəlif fərqliliklər göstərir.Bu fərqliliklər yaşa görə, din baxışlara görə, kultural səviyyəyə görə dəyişir.Məsələn bir toplum üçün obssesiya sayılan düşüncə digər toplumda obssesiya olmaya bilər.Ən tez tez rastlaşdıqımız obssesiya və kompulsiyalar aşağıdakı kimidir. Kirlənmə obssesiyası təmizləmə kompulisyası Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyini, müxtəlif kimyəvi maddələrin (sabun, yuyucu toz), yağların, bədən mayelərinin (tüpürcək, sidik, nəcis) ona toxunduqunu düşünür.Onlar bu düşüncələrə görə saatlarla əllərini yuyur, hamamadan gec çıxırlar, ətrafı spirt və ya dezinfeksiya edici maddələrlə təmizləyir, paltarlarını tez tez dəyişirlər. Şübhə obssesiyası kontrol kompulsiyası Bu növ obssesiyalar daha tez tez rast gəlinənidir.Bu zaman şəxs qapını, qazı, suyu baglayıb bağlamadıqını düşünür, evden çıxarkən cihazları söndürüb söndürməyini fikirləşir, öz iradəsindən asılı olamayaraq kiməsə zərər verə biləcəyini (məsələn bıçaqla kimisə vuraram, uşaqı pəncərədən ataram, özümü öldürərəm və s) haqqında bezdirici fikirlər olur və bu fikirlərə qarşılıq olaraq insan qapını, qazı dəfələrlə yoxlayır, evdə tək qalmaq istəmir ki birdən kimsəsə nəsə edərəm. Cinsi məzmunlu obssesiyalar Şəxs öz əxlaqına, tərbiyyəsinə həyat baxışlarına zidd olaraq beyinindən yaxınları doğmalarına qarşı cinsi məzmunlu fikirlər gəlir və ya tanımadıqı adamlarla bağlı cinsi məzmunlu xəyallar qurur. Dini məzmunlu obssesiyalar Xüsusən dini ibadətlərlə məşğul olan insanlarda dini görüşlərinin etiqadların əksinə olaraq istəmədən Allahı inkar edən, müqqədəs şəxslərə qarşı söyüş məzmunlu fikirlər gəlir. Simmetrik, toxunma və sayma obssesiyaları Bu vəziyyətdə şəxsdə müxtəlif əşyalaraı, cisimləri bir birinə paralel qoymağa, müəyyən sayda toxunmağa (məsələn 3 dəfə bura toxundumsa 3 dəfə də əlavə toxunmalıyam), binaların evlərin mərtəbəsini saymağa və ya müxtəlif rəqəmləri cüt və ya tək rəqəmə yuvraqlaşdırmağa şalışırlar və bir çox insan düşünür ki, bunu etməsəm hər hansı pis hadisə ola bilər, doğmalarıma başına pis nələrsə gələ bilər. Obssesiv – kompulsiv pozuntu niyə yaranır? Bu xəstəliyin yaranmasında əsas səbəb bioloji olaraq beyində sinirlər arasında impulsların ötürülməsini təmin edən maddələrdən biri serotonin maddəsinin miqadarının azalmasıdır.Uşaqlıq dövrü travmaları ilə bərabər şəxsin özünün fərdi xüsusiyyətlərinin də bu problemin yaranmasında təsiri vardır. Müalicə necə aparılır? Müalicə məsələsində istiqamət mövcüddur.İlk təklif olunan variant dərman terapiyasıdır ki bu zaman antidepressantlardan istifadə olunur son illərin tövsiyyəsinə bu ən az 2 il fasilsəiz şəkildə davam etdirilməlidir.Digər müalicə metodu isə koqnitiv davranış terapiyası adlanan psixoterapiyadır. Pasientlərə məsləhət: Obssesiv – kompulsiv pozuntu müalicəyə müqavimətli formaları olsa da əksər hallarda müalicəyə tabe olur.Təyin olunan dərmanları fasilsəiz bir şəkildə qəbul edin bu sizdə əlavə yan təsirlər yaratmaz əgər belə bir halla rastlaşarasınızsa həkiminzlə əlaqə saxlayın dərmanı özünüz saxlamayın.Müalicə müddətində bəzən əlamətlərin artması olsada bu sizi qətiyyən həvəsdən salmasın.
Panik atak nədir? Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.Panik atakın əlamətləri hansılardır? Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.1. Ürək döyüntülərinin sayının artması2. Tərləmə3. Titrəmə4. Boğulma5. Nəfəsin kəsilməsi6. Sinədə ağrı7. Ürəkbulanma və ya qarında ağrı8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)10. Özünə nəzarəti itirmək11. Ölüm qorxusunun yaranması12. Bütün duyğuların ölməsi13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)Panik pozuntu nədir? -Əgər sizdə panik ataklar gözlənilmədən baş verirsə- Əgər hər panik atakdan sonra növbəti bir panik atatın olacaqını həyəcanlı bir şəkildə gözləyirsinizsə- Panik takın olmaması üçün və ya hər hansı bir ola biləcək pis hadisəyə qarşı özününü sığortlayırısınza (evden uzaqa getməmək, yaninda su və ya dərman gəzdirmə, xəstəxanalara yaxın yerlərdə gəzmə və s) kimi əlamətlər üstünlük təşkil edirsə bu panik pozuntu adlanır.Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik pozuntu diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.Panik pozuntunun yaranma səbəbi nədir?2 əsas səbəb qeyd olunur.İlk səbəb sinirlər arasında ötürülməni təmin maddələrin dəyişməsidir.Digər səbəb isə pasientlrimizin tamam zərərsiz olan adi ürəkdöyünmə, boğulma kimi əlamətləri yanlış olaraq “infarkt, insult, astma” kimi xəstəliklərə bənzətməsinin nəticəsidir.Panik pozuntunun müalicəsi mümkündürmü? İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.Panik tutma zamanı nə etmək lazımdır?Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.Pasientlərə məsləhət : Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmazYanınızda atereial təzyiq ölçmək üçün cihaz, müxtəlif dərmanlar, vitaminlər və sair gəzdirməyin.Yalnız həkiminizin tövsiyyə etdiyi dərmanları götürə bilərsiniz.Qohumlar üçün məsləhət : Əgər sizin doğmalarınzda panik pozuntu aşkarlanıbsa bunun qətiyyən heç bir həyati fəsadı olmadığını bilin.Müalicə nəticəsində vəziyyəti nə qədər yaxşı olsa da həkimin təyin etdiyi onun icazə olmadan saxlamasına imkan verməyin.
Generalizə olunmuş təşviş pozuntusu nədir? (GTP) Bu problemdən əziyyət çəkən şəxslərə daimi olaraq qeyri müəyyən, mövcud vəziyyətə uyğun olmayan həyəcan hissi hakim kəsilir.Həyəcan hissinin şiddəti bəzən o qədər yüksək olur ki, bu insanlar adi gündəlik iş gücləri ilə maraqlana bilmir, ətraf aləmdən uzaqlaşmağa başlayırlar.Bu xəstəlik zamanı həyəcan mövzuzu ailə üzvləri, qohumları, sağlamlıq vəziyyəti, ev, pul kimi məsələlərdir.Yaş irəlilədikcə rastgəlmə tezliyi artan bu xəstəliyə hər 100 nəfərdən 3-4 də bu və ya digər formada həyatının hansısa bir dövründə rast gəlinir. GTP əlamətləri nələrdir? Bu xəstəliyin əsas əlamətləri gün ərzində davam edən qeyri adekvat həyəcan hissidir.Düşüncədə daimi olaraq “anama nəsə olacaq, atama nəsə olacaq, evimiz yanacaq, hamı öləcək, pullarımız əldən çıxacaq” kimi fikirlər olur.Pasientin bu fikirlərin boş mənasız oldqunu bilsə də fikirlər ondan əl çəkmir və bu fikirlər insanda həyəcanın somatik əlamətləri olan ürəkdöyünmə, boğulma, halsızlıq eləc də psixoloji əlamətlərdən bir yerdə əqrar tuta bilməmək, ümumi narahatlıq kimi əlamətlər yaradır. GTP adi həyəcandan fərqi nədir? Adi həyəcan normal səviyyədə bizim gündəlik işlərimizə daha məsuliyyətli, daha dəqiq yanşamamızı təmin edən bir psixi funksiyadır.Bir çoxumuz imtahana görə, gələcəyimizə görə, evimizə, uşaqlarımıza valideynlərimizə görə həyəcan keçirə bilərik lakin bu həyəcan insanın günlük iş fəaliyyətinə, sosial həyatına təsir etməyəcək bir şəkildə olmalıdır. GTP necə müalicə olunur? İlkin olaraq əlamətlərin digər hər hansı bir xəstəliyə baglı olub olmadıqını araşdırmaq lazımdır.Müalicəvi yanaşma digər nevrotik pozuntularda oldugu kimi yeni nəsil antidepressantlar və koqnitiv davranış terapiyası vasitəsilədir.Müalicəyə başlanan şəxslərin böyük əksəriyyəti 2 həftə sonra müalicədən fayda görürlər.Xəstəlik əlamətlərinin tam itməsinə baxmayaraq çüalicə müddəti ən az 1 il müddətində davam etdirmək lazımdır.
Sosial fobiya nədir? Şəxsin ictimai yerlərdə, kütlə önünüdə, diqqət mərkəzində və sair kimi buna bənzər məkanlarda olduqda ifrat bir həyəcan hissi yaşaması ilə özünü göstərən bir xəstəlikdir. Sosial fobiyalı insanlar etdiklərin hərərkətlərə görə başqalarının yanında mənfi rəy yaratmaqdan, biabır olmaqdan qorxurlar.Həmin insanların özündə olan üz qızarması, əl əsməsi, səs titrəməsi kimi əlamətlərin hiss etdiyini düşünürlər.Sosial fobiyanın əlamətləri nələrdir? Sosial fobiyadan əziyyət çəkən insanlar qorxduqları situatasiya ilə qarşılaşdıqı zaman onlarda sifətin qızarması, əlin, səsin titrəməsi, ürəkdöyünməsi,nəfəs darlıqı, mədə bağırsaq nahiyəsində qəribə formada şikayətlər baş qaldırır.Bu şikayətləri hər dəfə diqqət mərkəzində olanda yaşayan pasient “mən zəifəm, gücsüzəm, mənim zəif olduqumu hər kəs bilir, heç kimə lazım deyiləm” kimi düşüncələr başlayır.Bütün bunardan sonra insanda qaçınma davranışları yaranır Məsələn lövhə qarşısında dərs danışmaqdan bəhanə edərək uzaqlaşır, çıxışlar etmir, gözün içinə baxa bilməmək, toy ad günü kimi ictimai tədbirlərdən, qarşı cinslə yeni tanışlıqlardan imtina edərək uzaqlaşmağa başlayırlar.Sosial fobiyanın utancaqlıqdan fərqi nədir? Sosial fobiya adi utancaqlıqın ağır və çox inkişaf etmiş formasıdır.Utancaqlıq zamanı insanda sosial həyatında, iş gücündə ciddi dəyişikilik olmur amma bunun əksinə olaraq sosial fobiya insanın sosiallığına ciddi mənada təsir edir.Sosial fobiya hansı yaşlarda ortaya çıxır? Bu xəstəliyin ən çox rast gəlindiyi yaş qrupu 10 -17 yaş arasıdır.Yayılması 5-12 % faiz olmaqla kifayət qədər rast gəlinən xəstəliklər sırasındadır.Sosial fobiyanın hansı formaları var? Bu xəstəlik 2 formada özünü göstərir.Əgər əlamətlər özünüsadəcə kütlə önündə, ictimai yerlərdə biruzə verirsə bu total forma, əgər bəlli yerlərdədirsə (məsələn rəqs edəndə, imza atanda) bu hissəvi social fobiya adlanır.Sosial fobiya diaqnozu necə qoyulur? Diaqnoz qoyulması həkim müayinəsi və köməkçi vasitə olan Liebowits Sosial Fobiya Testi ilə həyata keçirilir.Həmin testin sualları aşağıdakı kimidir- Kütlə içərisində telefonla danışmaq- Kiçik qrup tədbirlərdə iştirak etmək- İnsanların içində yemək yemək- İnsanların içində nəsə içmək- Məsul (vəzifəli) bir şəxslə görüşmək- Auditoriya qarşısında çıxış- Əyləncəli yerlərə getmək- Başqasının baxışları altında iş görmək- Yaxşı tanımadıqı şəxslə telefon danışıqı- Yaxşı tanımadıqı şəxslə üz üzə danışmaq- Yad adamlarla qarşılaşma- Ümumi tualetlərdən istifadə- İnsan çox olan otaqa girmək- Diqqət mərkəzində olmaq- İclasda hazırlıqsız çıxış etmək- Bacarıqlarını yoxlanılması- Yad insana onunla eyni fikirdə olmadıqını demək- Yad insanların gözünün içinə baxmaq- Yeni tanışlıqlara cəhd etmək- Aldıqı malı geri qaytarmaq- Kənar şəxsi qonaq dəvət etmək- İsrar edən satıcıya müqavimət göstərməkYaranma səbəbləri nələrdir? Bioloji olaraq beyində serotonin maddəsinin azalması göstərilsə də bu xəstəliyin psixoloji və sosial səbəbləri daha ön plandadır.Belə ki uşaqlıqda utanc vəziyyətəinə tez tez salınan, sinif yoldaşları və dostaları qarşısında utandırlıan, ailəsin maddi vəziyyətində problem olan və ya valideynlərindən birini itirən şəxslər arasında rast gəlmə ehtimalı daha yüksəkdir.Sosial fobiyanın müalicəsi necə aparılır? Bu xəsətliyin müalicəsində dərman terapiyası olaraq yeni nəsil antidepressantlar istifadə olunsa da pasientlərin böyük əksəriyyətinə ardıcıl təşkil olunmuş koqnitiv davranış terapiyasın aparılması tövsiyyə olunandır.Dərmanlarla müalicə müddəti 6-12 ay, terapiya müddəti isə 10-14 seans təşkil edir.
Bipolyar affektiv pozuntu nədir ? Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir.Bu fazalardan birində pasiyəntdə əhval ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir biriniz əvəz edir və tutmalardan sonrakı dövrlərdə pasientlər özlərini tam sağlam hiss edirlər.Bipolyar affektiv pozuntu kimlərdə rast gəlinir? Bu xəstəlik bütün yaş dövrlərində rast gəlinsə də ən çox rast gəlindiyi yaş 20 yaş ətrafıdır.Qadın və kişilərdə rastgəlmə tezliklərinə ciddi bir fərq yoxdur.Maniya dövrü necədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər.Əsas əlamətləri əhval ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir.Xəstələr çox tez tez danışır, beyində fikirlər sürətlə bir birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez tez rast gəlinən davranışlardır.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər.Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır.Hipomaniya nədir ? Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir.Depressiya dövrü necədir? Depressiv dövr daha uzun müddət davam edir.6-8 ay bəzən daha uzun müddət davam etdiyi də müşahidə olunur.Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir.Xəstəliyin gedişi necədir ? BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir.Məsələn 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir.Bir çox pasientimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik.Bipolyar affektiv pozuntu necə müalicə edilir ? Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur .Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir.Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.Qohumlar üçün məsləhətlər Bu xəstəlikdən əziyyət çəkən yaxınınızda əgər tez tez danışmasını, gecələr az yatmasını, enerjisinin hədsiz çox olduğunu müşahidə edirsinizsə bu maniakal və ya hipomaniakal dövrün başlaya biləcəyinə işarədir.Vaxt itirmədən müalicə həkimizlə əlaqə saxlayın.Yanında çox pul saxlamasına, avtomobil idarə etməsinə, alkoqol və digər narkotik tipli maddələrin qəbulu mütləq şəkildə məhdudlaşdırılmalıdır.
Depressiya nədir? İnsan orqanizmində rast gəlinən şəkərli diabet, hipertoniya, qastrit kimi xəstəliklərdən biri də depresiyyadır.Depressiya insanın iradəsindən asılı olmayaraq yaranan, bir çox hallarda şəxsin öz gücü, iradəsi hesabına öhdəsindən gələ bilmədiyi haldır. Depressiya xəstəliyinin əlamətləri nələrdir? Ən əsas əlamət minimum 2 həftə müddətində gün boyu davam kefsizlik, marağın və ya zövq almanın azalması və tez yorulmadır.Bütün bunlardan başqa özünü dəyərsiz hiss etmə, günahkarlıq fikirləri, həyatdan bezginlik, yaşamaq istəyinin enməsi, gələcəyə ümidsizlik, plan qura bilməmək, səbəsiz həyəcan və təşviş əlamətləri olur.Qeyd olunan əlamətlər bəzən o qədər şiddətli olur ki, şəxs bunun heç vaxt sağalmayacağını , ömür boyu onu tərk etməyəcəyini düşünür.Bəzi hallarda bədəndə yayılmış ağrılar, halsızlıq, ürəkdöyünməsi kimi əlamətlər də müşahidə olunur.Daimi ümidsizlik, pis fikirlər, günahkarlıq duyğusu pasientlərimizdə intihar düşüncələrini artırır.İntihar fikirləri və cəhdləri depressiyanın mühüm kriterisidir.Depressiv vəziyyətlərin çoxunda yuxunun artması və ya azalması ilə bərabər, iştahın da artıb azalması qeyd olunur. Depressiya diaqnozu necə qoyulur? Bu diaqnozun qoyulması həkim psixiatrın səlahiyyətində olan məsələdir.Bir şəxsdə deprersiyya diaqnozunun qoyulması üçün yuxarıda saydıqımız əlamətlərinin hamısnın eyni anda mövcud olması şərt deyildir.Bir neçə əlamətin şəxsin gündəlik fəaliyyəti pozacaq dərəcədə çox olması belə kifayətdir ki, depresiyya haqqında düşünülsün.Depressiya diaqnozu təsdiqləyəcək xüsusi labarotor analizlər və tibbi görüntülənmə vasitəsi hələ ki müəyyən edilməyib.Bu məqsədlə biz xüsusi psixoloji testlərdən (Hamilton, Beck, Zanq) istifadə edirik. Depressiya xəstəliyinin səbəbi nədir? Bir çox xəstəliklər kimi depressiya xəstəliyinin səbəbini konkret göstərə bilməyəcəyik.Amma bir çox müasir nəzəriyyələr mövcuddur ki, bunlardan ən önəmlisi beyində bəzi kimyəvi maddələrin miqdarının dəyişməsidir.Serotonin adlanan həmin maddəynin azalması nəticəsində insanda nəinki kefsizlik hətta qorxu həyəcan daimi pis fikirlər də əmələ gələ bilər.Seronin maddəsin azalmasından başqa depressiya xəstəliyinin yaranmasına səbəb müxtəlif psixoloji travmalara, ailə vəziyyətin gərgin olması, maddi vəziyyətin aşağı olması, uzun müddət davam edən xroniki xəstəliklər və sair də səbəb ola bilər. Depressiyanın gedişi necədir? Bütün depressiv xəstələrin təxminən 80-85 % müalicədən fayda görürlər.Müalicə ounmayan hallarda belə 6 -24 ay içərisində düzəlmə müşahidə olunur.50% hallarda xəstəlik 2 ci dəfə qayıda bilər.Əgər 2 ci dəfə qayıdıbsa 75% hallarda 3 cü dəfə qayıda bilər.3 cu dəfə təkrarlandıqı halda depresiyyanın seyri xroniki şəkil almaga başlayır. İntihar hansı hallarda ola bilər ? Depresiyya zamanı intihar etmə riski 20-40 % dir.Yaşlılarda gənclərlə müqayisədə 2 dəfə daha çoxdur.”İntihardan çox danışan adam intihar etməz” düşüncəsi yanlışdır.Bütün intihar xəbərdarlıqları ciddi qəbul olunmalıdır. Depressiyanın müalicəsi necə aparılır? Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv –davranış terapiyası və interpersonal terapiyadır. Qohumlara məsləhət : “Özünə ələ al, iradəni topla düzələcəksən, hər şey özündən asılıdır ” tipli məsləhətlər verməyin.Xəstəlik şəxsin iradəsindən asılı deyildir.Ona dəstək olun, bunun bir xəstəlik olduqunu ona izah edin.Müalicənin 80-85 % hallarda müsbət nəticə verdiyini və ən pis hallarda belə ağırlaşaraq şizofreniya xəstəliyinə keçmədiyini vurğulayın.
Psixoloji travma nə deməkdir? İfrat qorxu , çarəsizlik yaradan qəfildən baş verən hadisələrin insanda yaratdığı təsirlərə psixoloji travma deyilir.İnsan həyatında xoşagəlməyən, bizi incidən çox hadisələr olur lakin bunların hamısını psixoloji travma hesab etmək olmaz.Bir hadisənin psixoloji travma adlandıra bilməyimiz üçün o hadisə mütləq qorxulu, dəhşətli olmalıdır və həmin baş verən hadisədə özümüz və ya yaxınlarımızın ölüm təhlükəsi yaşamış olmalıdır. Daha aydın olması üçün izah edim ki, bir doğmamızın anidən avtomobil qəzasında vəfat etməsi , uzun müddət xəstə olduqdan sonra vəfat etməsindən daha travmatik hadisədir. Hansı hadisələr daha çox ruhi travma yaradır? Yol-nəqliyyat qəzaları, yanğın, qasırğa, daşqın, zəlzələ, sel, oğurluq, soyuq və ya odlu silahlardan istifadə edilməsi ilə bağlı real təhlükə, hərbi əməliyyatlar, atəş altında qalma, bombalanma, aktiv hərbi toqquşmalar, qaçqın düşmək və məcburi köçmə halları, seksual xarakterli əməllər , zorlama, yaxud zorlamaya cəhd ciddi travmatik hadisələr hesab olunur.Bu travmalardan sonra insanlarda ən çox rast gəlinən 2 xəstəlik isə depressiya və posttravmatik stress pozuntusudur. Posttravmatik stress pozuntusunun əlamətləri nədir? Təkrar canlandırma : Şəxs başına gələn hadisəni tez-tez özündən asılı olmadan ilk gün yaşadığı kimi təkrar canlandırır.Buna “fləşbək” deyilir.Məsələn müharibə iştirakçısı olan şəxs sanki yenidən ordaymış kimi müharibə səhnələrini beynində canlandırır.Bəzən bunu o qədər real canlandırırlar ki orda yaşadığı həyəcanı, ürəkdöyünməni təkrar hiss edir hətta ordakı insanlarla belə xəyalən danışa bilərlər.Bu hallar yuxugörmə zamanı da baş verə bilər.Çəkinmə : Bəzən bu stressi yaşayan insanlar hadisələrin olduğu yerlərdən qaçır, həmin ərazidən, şəhərdən uzaq durmağa, həmin travmatik mövzu haqqında ümumiyyətlə danışmamağa çalışırlar.Bir çox hallarda hadisənin ən qorxulu yerlərini aylar, illər sonar nə qədər çalışsalar da xatırlaya bilmirlər.Yüksək oyanıqlıq : Belə stressləri keçirən şəxslərdə daim gərginlik üstünlük təşkil edir. Onlar elə bilirlər ki, həmin qorxduqları hadisə hər an təkrar baş verə bilər.Ani qapı açılması, kiminsə onları qəfil çağırması, telefon zəngləri onları diksindirə və şiddətli qorxu keçirməsinə səbəb ola bilər. Posttravmatik stress pozuntusunun müalicəsi necə həyata keçirilir? Bir çox hallarda depressiya ilə birlikdə rast gəlinən bu xəstəlik zamanı antidepressant istifadə edilməsi əla nəticələr verir.Müalicənin effektli olması üçün həkimin təyin etdiyi doza və müddətə əməl etmək lazımdır.Ən az dərman qədər effektli ola biləcək digər metod pasiyenti psixi maarifləndirmək və psixoterapiyadır.
Anoreksiya nervoza nədir? Qidalanma pozuntularından biri olan anoreksiya nervozadan əziyyət çəkən şəxslər kök olmaqdan, artıq çəki yığmaqdan həddən artıq qorxurlar. Əlamətləri nədir? Bu xəstəliyin əsas əlamətləri :- Arıq bədən quruluşlu olmaq arzusu- Kökəlməkdən ifrat qorxu- Arıq olmalarına baxmayaraq kök olduğlarını düşünürlər- Həyatlarının əksər hissəsini müxtəlif diyetalar saxlamaqla keçirirlər- Arıqlamaq üçün fasiləsiz idman etmə, müxtəlif qarın işlədici dərmanlar atmaq- Aybaşı pozuntusu daxil müxtəlif sümük və böyrək xəstəlikləriBütün bunlardan başqa bu şəxslərdə depressiya və həyəcan pozuntusunun da əlamətləri əksər hallarda müşahidə olunur. Kimlərdə daha çox rast gəlinir? Yeniyetmə və gənc qızlarda daha çox rast gəlinən bu xəstəlik bəzən böyük insanlarda da müşahidə olunur.Kişilərdə rastgəlmə ehtimalı aşağıdır.Əksər hallarda 14-18 yaşlarında başlayır. Anoreksiya nevrozanın yaranma səbəbləri nədir? Konkret səbəb bilinmir.Lakin bu xəstəliyə daha çox meyilli olan şəxslər irsiyyətində anoreksiya nevroza olanlarla bərabər aktrisalar, rəqqasələr, müğənnilər, model kimi bədən quruluşuna daimi nəzarət edilməli peşə sahibləridir. Anoreksiya nevroza olan şəxslər hansı davranışları edirlər? Xəstələr yağ və karbohidrat tərkibli qidalardan demək olar ki, istifadə etmirlər.Günlərinin əksər hissəsini yeməklərin tərkibini araşdırmaqla keçirir özlərinə və ailələrinə xüsusi menyular tərtib edirlər.Qəbul etdikləri qidanın kalorisini mütləq hesablayıb sonradan o kalorini əritmək üçün fasiləsiz idman edə bilərlər.Tez tez tərəziyə çıxıb çəkilərini yoxlayan bu şəxslər güzgü qarşısında çox vaxt keçirirlər.Bəziləri arıq olmalarına baxmayaraq bütün bədənin kök olduğunu iddia etsələr də bir qrupu bədənin bəzi yerlərinin məsələn bud, qarın, çanaq hissənin kök olduğunu deyirlər.Lazım olduğundan çox arıq olan bu insanlarda ciddi menustrasiya pozuntusu və cinsi istəkzlilik yaranır. Anoreksiya nervoza necə müalicə edilir? Əgər bu xəstəliyin ən az 2 əlaməti belə sizdə varsa müalicəyə başlamağınız tibbi göstərişdir.Müalicəyə başlamamışdan əvvəl həkiminiz sizdən müxtəlif analizlər istəyə bilər.Boy çəki indeksiniz mütəmadi kontrol olunmalıdır.Anoreksiya nervoza psixoloji problemlə bərabər uzun müddət az qida qəbuluna bağlı orqanizmdə müxtəlif əlavə xəstəliklər də yaradır.Müalicə prossesində bu mütləq nəzərə alınır.Xəstəliyin müalicəsi bir çox hallarda ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir.İlkin seçim olaraq antidepressant müalicəsi tövsiyyə olunsa da paralel psixoterapiya əvəzedilməzdir. Ölüm ehtimalı varmı? Psixitarik xəstəliklər içində ən çox ölüm ehtimalı olan məhz bu problemdir.Ölüm səbəbi əksər hallarda bədəndə azalmış elektrolitlər, orqanizmin həddən artıq susuzlaşması və ifrat aclıq olur.
Bulemiya nervoza nədir? Bulemiya nervoza ifrat yemək yemə krizləri və sonradan bilərəkdən qusdurma ilə özünü göstərən bir qidalanma meyli pozuntusudur.Pasiyentlərimiz anoreksiya nervozada olduğu kimi ideal bədən ölçülərinə sahib olmaq məqsədi ilə müxtəlif üsullara əl atır.Anoreksiya nervozadan əsas fərqi pasiyentin normal və ya artıq çəkidə olması ilə bərabər özlərini qusdurmaq cəhdlərinin olması fərqləndirici diaqnostik kriteridir.Xəstələr ayda 1 neçə dəfədən tutmuş gündəlik sayı 4-5 olan krizlər şəklində ümumi kalorisi 2000-5000 olan qidaları tıxanana qədər yeyirlər.Bir çox hallarda gizli şəkildə yedikləri bu qidaları doyduqlarına görə yox mədədə yaranan doluluq hissinin verdiyi diskomforta və ağrıya görə saxlayırlar. Ən çox kimlərdə rast gəlinir? Anoreksiya nervozadan fərqli olaraq bulemiya nervoza daha çox rast gəlinən bir xəstəlikdir.Gənc və yeniyetmə qadınlarda rast gəlinən bu problemin kişilər arasında rastlanması nadir hallarda olur.Qadınlarda kişilərdən 10 dəfə daha çox rast gəlinir Bulemiya nervozanın yaranma səbəbləri hansılardır? Konkret səbəb aydın olmasa da beyindəki aclıq və toxluqu tənzimləyən mərkəzlərdə bir problemin mümkün ola biləcəyi ilə bağlı mülahizələr vardır. Yaxın qohumlarında bu xəstəliyin var olması şəxsdə yaranma ehtimalını artıran faktordur.Uşaq yaşlarında cinsi istismara məruz qalma və ailə içində aqressiv davranışın tez tez təkrarlanması da risk qrupuna daxildir. Bulemiya nervozanın əsas əlaməti nədir? Bu xəstəlik adətən ən az 1 il diyet saxladıqdan sonra inkişaf edir.Diyet nəticəsində xəstə arıqlaya bilsə belə bu onu qane etmir.Amma bu arıqlıq anoreksiya nervozada olduğu qədər olmur.Yeməyi məhdudlaşdırma tıxanana qədər yemə krizlərinə gətirib çıxarır və nəticədə xəstədə yaranan günhakarlıq duyğusnun təsiri ilə özlərinə qusdurmağa, qarın işlədici və ya sidik qovucu dərmanlar qəbul etməyə başlayırlar.Xəstələr tez tez arıqlayıb kökəlirlər.Əksər hallarda evdə tək yeməyi xoşlayan bu şəxslər adi porsiyalarda doyum hissini yaşaya bilmirlər.Bir çoxunda normal çəki və ya azca piylənmə müşahidə olunsa da onlar ideal çəkinin aşağı sərhədlərində olmağı arzulayırlar.Ünsiyyət qurmaqda çətinliklər çəkən bu şəxslərin sosyal əlaqəli zəif olur.Bir çoxunda özlərini tez tez qusdurmağa bağlı əllərinin üst tərəfində dişləri ilə sürtünmədən yaranan spesifik bir iz olur.Bəzilərində çox qəribə bir şəkildə qarşısı alınmaz qida və zinyət əşyaları oğurlamaq ehtiyacı olur. Bulemiya nervozanın orqanizmə zərərləri nələrdir? Xəsətliyin mövcud olması dişlərdə çürümə, ürək ritmində dəyişiklik, menustrasiya pozulması, tüpürcək vəzində böyümə, ezofagit kimi xəstəliklərin yaranmasına ciddi zəmin yaradır. Bulemiya nervoza necə müalicə edilir? Əgər xəstədə intihar cəhdi və ya narkotik maddə asılılığı yoxdursa rahat bir şəkildə ev şəratində müalicə oluna bilərlər.Bütün psixiatrların ortaq gəldiyi məxrəc bundan ibarətdir ki, müalicə prosesində ən effektiv yanaşma antidepressant mülaicəsi ilə yanaşı aktiv tətbiq olunan koqnitiv –davranış terapiyasıdır.Ən az 6 ay davam edən dərman müalicəsi və ardıcıl 12-16 seans terapiya görüşmələri nəticəsində pasiyentlərdə nəzərə çarpacaq ciddi dəyişiklər əldə etmək mümkündür.
“Əsəbiyəm, məni danışdırma, yükləmə...”Tez-tez eşitdiyimiz, istifadə etdiyimiz cümlələrdən biri. Bunun üstünə nəqliyyatda, mağazada, küçədə sayı gün-gündən artan aqressiv insanları da gəlin, mənzərə qara rənglərin fonunda olacaq. Azərbaycan insanı aqressivləşir, özü yükləndikcə başqalarını da yükləyir. Ağlagəlməz intiharlar, ən qəddar qətliamlar... son günlərin gündəmində bunlardan nə qədər desən var. Yaxşı, bəs səbəb nədir? Azərbaycan insanının psixologiyasında nələr baş verir? Niyə yüklənirik, nəyə doluruq? Doğrudanmı bütün bəlaların kökündə maddi problemlər dayanır?- Bir məşhur məsəl var. Deyir, hamı dəliyə həsrət, biz ağıllıya... Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanımızın psixoloji durumu pisləşməyə doğru gedir, ya yaxşılığa?- Son illərdə nəinki Azərbaycanda, dünya nüfuzunda da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası var. Klassik səslənsə də, bunun əsas səbəbi sürətlənmiş həyat tərzi, meqapolis mühiti və sosial ünsiyyətin azalmasıdır. - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər hansılardır? Daha çox nədən əziyyət çəkir insanlar? - Şəxsi müşahidəmin də, rəsmi statistika da, beynəlxalq hesabatların da göstərdiyi odur ki, son illərdə Azərbaycanda depressiya, həyəcan, təşviş xarakterli pozuntular, yəni nevrozların sayında ciddi mənada bir artma var.Əsəbilik şikayəti ilə müraciət edən insanların böyük əksəriyyətində müayinə sonunda depressiya və ya nevrozun hər hansı bir formasının olduqunu aşkar edirik.Bu problemlerin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən , maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.O ki qaldı ağır ruhi xəstəliklər olan şizofreniya, ağıl zəifliyi və sair kimi xəstəliklərin rast gəlməsində heç bir artma yoxdur. Hətta bəzən zarafatla deyirlər ki, şizofreniya “ədalətli” xəstəlikdir.Varlı, kasıb, qadın, kişi, ali, orta təhsilli fərqi qoymadan illərdir ki, dünyanın hər yerində rast gəlmə tezliyi 1-3 % dir. Bu, nə artır nə də azalır.- Belə rəy var ki, psixoloqa ancaq imkanlı şəxslər müraciət edir. Dərdi olmadığı halda özünə dərd uyduran, problemsizlikdən, boş-bekarçılıqdan depressiyaya düşən varlı xanımlar, onların övladları... Nə dərəcədə doğru qənaətdi? - Bəli, Avropa və ya hər hansı inkişaf etmiş ölkə üçün bu bəlkə də belədir.Çünki ailənin şəxsi psixoloqunun olması prestij, elitaya mənsubluq göstəricisi hesab olunur.Amma bizim ölkə üçün bu, belə deyil. İnsanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər. Mən univertsitetdə dərs zamanı tələbələrə azərbaycan insanının psixoloq və ya psixiatra getmə diaqramını təqdim edirəm. O diaqram təxminən belədir: Falçı – Molla – Terapevt – Nevropatoloq – Psixiatr və ya Psixoloq. İntelektual səviyyədən asılı olaraq müraciət oluna ixtisas sahiblərinin ardıcılıığı dəyişir.“Pasiyentlərimə tövsiyyəm: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, “xoşqədəm, zaur” tipli verilişlərdən uzaq durun”- Son aylar ölkədə baş verən səs-küylü intiharlar, körpülərə çıxmalar, ailəni, nəsli qətliam etmələr diqqət çəkir. Çox vaxt bunu insanların televiziyadan gördükləri şiddətin təsiri altında etdiyini deyənlər tapılır. Amma buna sosial problemlərin daha çox səbəb olması da təkrarlanan fikirlərdəndir. Əslində səbəb nədir?- Hər 2 səbəb olduqca aktualdır. Həm sosial səbəblərin, həm də medianın burda rolu var. Psixologiyada “Verter effekti” anlayışı var. Bu, Hötenin “Gənc Verterin iztirablari” əsərindən götürülüb. Həmin əsərin qısa məzmunu beledir ki, əsərin qəhrəmani Verter sevgilisinin ölümünə dözə bilməyərək o dəfn olunmadan onu o biri dünyada qarşılamaq üçün intihar edir. Əsər çap olunduğu il də intiharların sayı kəskin artır. Bu tendensiya yaxın keçmişimizdə qonşu Türkiyədə Murat Kəkillinin “ Bu akşam ölürüm” mahnisi ətrafinda da oldu. Yəni, sübut olunan budur ki, müzakirə olunan hadisənin cəmiyyətdə rast gəlmə tezliyi artir. Kütləvi qətllər isə zaman-zaman dünyanın bir çox ölkələrində rast gəlinir. Fərdi cinayətlərdə, motivin tamah məqsədi olduğu cinayət hadisələrinin çoxunun kökündə maddi təminatın aşağı olması dayana bilər.- Uşaqların, yetişən nəslin psixologiyasına necə təsir edib bu hal? Hansı travmalarla müşayiət olunur?- Uşaqlara hansı informasiyanın necə təsir etməsini yaş dövrünə görə ayırd etmək lazımdır. Məsələn, 0-3 yaş arası uşaqlar ümumiyyətlə TV-dən uzaq tutulmalıdır. 4-7 yaşda uşaqlar reallıqla TV obrazini ayıra bilmirlər, hər şeyi real qəbul edirlər. 7-12 yaşda isə valideynin nəzarəti ilə olmalıdır. Çünki hər bir informasiya gələcəyə yönəlmiş travmalar verə bilər. Bu tip hallar nəinki uşaqların, hətta böyüklərin də psixi vəziyyətinə təsirsiz ötüşmür. İllərdir bütün pasientlərimə tövsiyyə etdiyimiz bir məsələ var: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, xoşqədəm, zaur tipli verilişlərdən uzaq durun.- Şəxsi müşahidəmi deyim. Son aylar küçələrdə öz-özünə danışaraq gedən insanları daha çox görməyə başlamışam. Bu, psixoloji hal hansı xəstəliyin əlamətidi?- Haqlısınız, son vaxtlar öz- özünə danışanlara mən özüm də tez - tez rast gəlirəm.Öz-özünə danışanların 2 qrupu var. İlk qrupa psixotik xəstlər aiddir. Bu xəstələrin öz dünyaları olur, onlar o dünyalarındakı xəyalı obrazlarla söhbət edə bilərlər və ya qulaqlarına gələn hallüsinator səsə cavab verə bilərlər. Digər qrup isə bunu öz stresslərinin öhdəsindən gəlmək üçün, beyinlərində illərdir yığılan probelmlərini bir növ həll etmək üçün edirlər.Yəni danışaraq öz beyinlərində çək –çevir edirlər. Bir çox hallarda bu insanlar bunu yüksək səslə etdiklərinin fərqində deyillər.Ya öz səslərinə özləri sanki oyanırlar ya da kənardan qəribə baxişları üzərlərində hiss edəndə fərqində olurlar. İlk qrup daha ciddi problemdir və mütləq peşəkar müdaxilə tələb edən vəziyyətdir.- Cəmiyyətdə hələ də psixiatrla psixoloqun fərqini bilməyən kəsim var. Sizin təcrübənizdə belə hallar olurmu? İnsanlar Sizə asanlıqla, komplekssiz müraciət edirlər? - Sevindirici hal bundan ibarətdir ki, psixiatr və psixoloqa müraciətlərin sayında bir artım var. Psixologiya sahəsində vəziyyət daha qənatbəxşdir demək olar ki. Hətta bu sahədə bir bum yaşanır. Yəqin ki, qarşıdakı bir neçə ildə burda ələnmələr olacaq və yalnız keyfiyyətli xidmət verən yerlər qalacaqdır. Qayıdaq bizim yaralı yerimiz olan psixiatr ve psixoloqun fərqinə. Mən hətta buraya psixoterapevt və nevroptaoloqu da əlavə etmək istəyirəm. Demək olar ki, bunu illərlə anlatmamıza baxmayaraq, hələ də fərqi bilməyənlər, psixiatr əvəzinə nevropotoloqa gedənler kifayət qədər çoxdur. Psixiatr kimdir? Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.- Psixoloq kimdir?- Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.- Psixoterapevt kimdir?- Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, onunla məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.- Nevropatoloq kimdir?- Xalq arasında nevrologiya adətən nevropatoloq adlandırılan həkimin ixtisaslaşdığı və əsəblərin müalicə olunduğu tibb sahəsi kimi başa düşülür. Lakin nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. ehtiva edir.- Dövrümüzün bəlasının nevroz, panik atak olduğu deyilir. Ümumi hesablamalarla götürəndə bu, xəstələrin nə qədər hissəsini əhatə edir? - Artıq müasir kitablarda nevroz terminindən demək olar ki, istifadə olunmur. Köhnə terminologiya ilə götürsək, panik atak nevrozun bir formasidir. Başqa formalar da var.Məsələn, tez –tez ellerini yuyanlar var. Bu, obssesiv- kompulsiv pozuntudur. Daimi bəd xəbər eşitmekden qorxanlar –təşviş pozuntusu, xəstələnmək qorxusu ilə həkimləri, labaratoriyalari gəzənlər isə ipoxindriklərdir və sair. Konkret panik atak isə həqiqətən son vaxtlarda tez tez rast gəlinir. Bu xəstəliyin əsas əlaməti anidən gələn qorxu tutmasıdır ki, bu anda insan 10-15 dəqiqə müddət içində öləcəyini, infarkt keçirəcəyini düşünür.Buna o qədər inanir ki ,təcili yardım çağırır, xəstəxanaya getmək istəyir. - Ailədaxili problemlər, cütlüklər arası anlaşmazlıqlar tez-tezmi ciddi psixoloji problemlər yaradır? - Ailədaxili problemler psixoloq müraciətlərinin əsas səbəbidir. Vaxtında müdaxilə olunmazsa ciddi problemlər yarada bilər. Çox vaxt ailələr “hər ailədə belə şeylər olur” düşüncəsi ilə problemlərinin təbii bir şey olduğunu qəbul edib üzərindən keçirlər. Və beləcə stres keçirə-keçirə illərini başa vururlar. Halbuki vaxtında peşəkar yardım alinsaydı, həyatı daha zövqlü, daha da doyaraq dadını çıxarmaq olardı. Ailə terapistləri bu sahədə düşündüyünüzdən daha çox işlər görə bilirlər. Hətta gələcəkdə Azərbaycanda psixoloji yardım haqqında qanun qəbul olunduqdan sonra boşanma üçün müraciətlərdə ailəyə düşünmək üçün verilən müddətdə mütləq psixoloji yardım alınması da məcburi şəkil alacaqdır. - İnsanlar xəstəliklərini, problemlərini asanlıqla qəbul edirlərmi? Ya da olmayan problemi böyüdüb isterik həddə çatdırırlar? Bizdə bu halların hansı daha geniş yayılıb?- Psixiatriyada xəstənin öz xəstəliyinə tənqidi anlayışı vardır. Yəni, xəstə özünün xəstə olduqunu qəbul edir ya etmir. Xəstənin özünün xəstəliyini qəbul etməsi, tənqidi yanaşa bilməsi sağalmaq göstericisidir. Ümumiyyətlə, bir cəmiyyətin inkişaf göstəricilərindən biri də həmin cəmiyyətin psixi xəstəyə münasibətidir. Ölkədə bu vəziyyət təəssüf ki, ürəkaçan deyil. İnsanlar hələ də damğalanmaqdan qorxurlar. Fikirləşirlər ki, məni psixiatrın qəbulunda kimsə görsə dəli olduğumu düşünər. Bir müşahidəmi deyim sizə: Ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Deməli həmin avtobusda gedənlərdən, əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə, bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.- İşini itirmək qorxusu, aşağı qazanc, yaşam qayğısı insanları hansı həddə catdirir? Bu, hansı hallarda və necə xəstəliklərlə sonuclanır?- İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi streslər siyahsındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və bu işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress 1-ə 10 qat artır. Çunki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stresə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.
Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması mütləqdir. Fobiya nədir? Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir. Uçuş qorxusu hansı şəxslərdə olur? Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar. Uçuş qorxusunun əlamətləri nələrdir? Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir. Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ? İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir - Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.- Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.- Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edinƏgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.
Fiziki və labarator müayinələr nəticəsində xəstənin şikayətlərinə səbəb olacaq heç bir dəyişikliyin aşkar olunmadığı lakin şəxsin həyatına ciddi mənada təsir edən əlamətlər toplusudur.Ağrı başda olmaqla halsızlıq, baş gicəllənməsi, boğulma, mədə bağırsaq kimi bir çox orqanlar sistemi ilə əlaqədar olan çox canlı və biraz da ifrata varılmış şəkildə simptomlar özünü göstərir.Xəstələr həkimə şikayətlərini və xəstəliyin başlanma ardıcılıığını əksər hallarda qarışıq bir şəkildə çatdırırlar.Bədəndəki şikayətlərinə görə çoxlu sayda həkimə müraciət etsələr də özlərində depressiya və həyəcan əlamətləri başlamayana qədər psixiatra müraciət etmirlər.Lazımsız tibbi və cərrahi müdaxilələr baxımından risk qrupundadırlar.Əlamətlərə səbəb olacaq heç bir dəyişiklik tapılmadığı və verilən müalicələrlə əksər hallarda yaxşılaşma əldə olunmur deyə həkimlər və yaxınları pasiyentin bu xəstəliyi özündən “uydurduğu” düşünülür .”Hər şey özündən asılıdır, sənin heç nəyin yoxdur” tipində məsləhətlər verməyə başlayırlar.Stessli və gərgin vəziyyətlərdə xəstəlik əlamətlərinin xeyli artması müşahidə olunur. Hansı yaşda və hansı cinsdə daha çox olur? Ümumi yayılması 0.1 - 0.5 aralığındadır.Qadınlarda kişilərdən 5-20 dəfə daha çox rast gəlinir.Psixiatr, ilkin ailə həkimləri və terapevtlərə müraciətlərin 5- 10 % somatizasiya pozuntusunun payına düşür.Gənc, ekonomik səviyyəsi aşağı olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir. Somatizasiya pozuntusunun əlamatləri nədir? Bu diaqnozun qoyulması üçün xəstəlik əlamətlərinin əksər hallarda 30 yaşından əvvəl başlanması lazımdır.4 müxtəlif xarakterli ağrı (daha çox baş ,kürək, çiyin, bel, qol, qarın nahiyəsində)2 mədə- bağırsaq şikayəti (qəbizlik, qarın açılması, köp, gəyirmə, qida qayıtması və s)1 cinsi simptom (cinsi həvəzslik, tez boşalma,orqazm ola bilməmək, aybaşı pozuntusu)1 “yalançı” nevroloji əlamət (uyuşma, keyləşmə və s)Qeyd etdiyimiz kimi əgər bir şəxsdə 4 ağrı, 2 mədə bağırsaq, 1 cinsi və 1 “yalançı” nevroloji əlamət varsa, bu əlamətlər 30 yaşından əvvəl başlayıbsa və ən önəmli məsələ bütün bu simptomlara səbəb olacaq heç bir dəyişiklik aşkarlanmırsa bu somatizasiya pozuntu ola bilər. Hansı xəstəliklərdən ayırmaq lazımdır? Anemiya, revmatoidli artrit, xroniki infeksiyalar,hipotireoid kimi xəstəliklər zamanı da əlamətlər somatizasiyası pozuntusuna bənzədiyi üçün ətraflı müayinələrlə bu və buna bənzər xəstəliklərin olmadığına əmin olmaq lazımdır. Müalicəsi necə həyata keçirilir? Bu xəstəlik zamanı antidepressant müalicənin effektivliyi o vaxt yüksək olur ki, şəxsdə paralel olaraq təşviş və depressiya əlamətləri olsun.Müalicə prosesinin səmərəliliyi və faydasını artırmaq üçün aşağıda qeyd olunan tövsiyyələrə əməl etmək vacibdir.- Xəstə mütləq onunla yaxşı güvən formalışdıra bilən bir həkim tərəfindən izlənməlidir- Xəstə ilə görüş vaxtlarında diqqətli olmaq lazımdır.İlk vaxtlar həftədə 1 dəfə olan görüşləri sonradan ayda 1 dəfəyə keçirmək olar- Xəstənin sonradan yaranan şikayətlərini qulaq ardına vurmayın.Bütün dediyi şikayətlər somatizasiya pozuntusu ilə əlaqədar olmaya bilər.- Xəstəyə edilən bütün prosedurlar haqqında ətraflı məlumat vermək lazımdır.- Əlavə müayinə və dərmanlardan uzaq durmaq lazımdır.
Münasibət anlayışı hər insan üçün fərqli olur. Bir çox insan sığınmaq üçün liman axtarır, bəziləri isə sığınacaq liman olmağı seçirlər. Bəzi münasibətlərdə həm qadın, həm də kişi itirmək qorxusu yaşayır və çox vaxt bu qorxu səbəbi ilə böyük bir sınaqla qarşılaşırlar. İtirmək qorxusuna sahib olan tərəf qeyri-ixtiyari də olsa, hakim və repressiv rəftar göstərdiyi üçün qarşı tərəf bu hissi dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilər. Heç bir şeyə tamamilə sahib ola bilməzsiniz. Həyatdakı heç bir şey tamamilə sizə aid ola bilməz. Məsələn, ən yaxın dostunuz əbədi olaraq sizin yanınızda qalmaya bilər. Siz dəyişdikcə qərarlarınız və seçimləriniz də dəyişir. Bu gün yanınızda olan insanlar sabah yanınızda olmaya bilər. İtirmək qorxusuna sahib olan insan münasibətini qorumaq üçün bir çox səhvlər edə bilər. Onu qorumaq məqsədi ilə qarşı tərəfi sıxan, narahat edən rəftar nümayiş etdirmək xoşbəxt bir münasibəti dözülməz bir vəziyyətə gətirə bilər. Əgər bir insan həyatınızdan gedəcəkdirsə, bunu aradan qaldırmağın heç bir yolu olmadığını bilməlisiniz. Yalnız yaşadığınız günü düşünərək münasibətinizi davam etdirə bilmirsinizsə, heç olmasa davranışlarınızı idarə edərək münasibətinizin idarəsini qorxu hisslərinizə deyil, ürəyinizə verməyə çalışın. Keçmişdə yaşadığınız hadisələrin sonrakı münasibətlərinizdə başınıza gəlməyəcəyini bilin. Əgər davamlı olaraq eyni şeyləri yaşayırsınızsa, bəlkə də daxili qorxu hissləriniz səbəbi ilə eyni reaksiyaları verdiyiniz üçün yaşayırsınız. Əgər hər münasibətinizdə eyni problemlərlə qarşılaşırsınızsa, bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, problemin səbəbini tapıb, həll edərək münasibətinizdəki itirmək qorxusu dövrünü də bağlamış olacaqsınız. Bundan başqa, sizin üçün həyatdakı ən vacib insan özünüz olmalısınız. Həyatınızı yaşayın və icazə verin sizi müşayiət etmək istəyənlər yanınızda olsunlar.Daha ətraflı oxu: https://www.leydi.az/munasibetler-16/itirmek-qorxusu-munasibete-nece-tesir-gosterir-1167
Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir, endogen mənşəli xroniki ruhi xəstəlik sayılır. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.Ümumi məlumatlarHəkimlər tərəfindən uzun illər araşdırma və müşahidə olunmasına baxmayaraq, şizofreniya bu günə qədər ən sirli xəstəliklərdən biridir. Tez-tez ümumi insanlar haqqında danışan "Split şəxsiyyət", məntiqsiz düşüncə və xəstənin davranışı adi insanların baxışı ilə əlaqədar olaraq ortaya çıxan məcazi bir anlayışdır. Çox vaxt xəstəlik 15 ildən 25 ilədək başlanır və mütərəqqi bir kursa malikdir.Etiologiya (yaranma səbəbləri)Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Belə ki, biryumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı əkizlərdə, adi bacı-qardaşda olduğu kimi bu faiz nisbətən aşağıdır. Lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər (3 yaşdan başlaya bilər), 45-50 yaşa gədər. Lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biri də stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə gədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o gədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır. Xarici amillər (travma, keçmiş xəstəlikləri, baş xəsarət və s) yalnız bir activator psikopatolojik proses kimi fəaliyyət göstərən, orta əhəmiyyət kəsb edir.Şizofreniyanın simptomları Məhkəmə pseudohallucinations (məsələn, kimsə xəstə fikir qoyur və ya onun düşüncə xəstə robs);- Delirium təsiri (kimsə və ya bir şey onun sağlamlığı üçün təhlükə yaradan fikirlər, hisslər, və ya insan davranışının yönəldilməsi, qeyri-adi şəkildə fəaliyyət göstərən);- Şifahi hallucinasiyalar (xəstə səsləri eşidir);- Davamlı, mürəkkəb delirium (əcnəbilər digər dünya, və s ilə əlaqə)- Flattening, və emosiyaların kasıblaşma qeyri.Simptomları da catatonia (huşunu itirmə, excitation) baş verə bilər, nəzarətsiz axını fikirlər dissosiasiya söz epizod iradəsinin olmaması ilə apatiko-abulicheskimi sindromu birləşməsi edir və zərər laqeydlik istəyir. Yayılma statistikasıStatistikaya baxsaq müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.KlassifikasiyaŞizofreniyanın bir xəstəlik və ya bir neçə xəstəlik qrupu olduğu bu günə gədər mübahisəlidir. Buna görə də klassifikasiyası da xeyli dolaşıqdır.Dörd forma1. Sadə2. Paranoid3. Katotonik4. HebefrenikÜç gediş variantı1. Fasiləsiz proqredient (fasiləsiz artan)2. Fasiləli proqredient (fasiləli artan)3. Tutma şəkilli (rekurrent)Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar, o deyirdi: "Nə qədər şizofreniyalı xəstə varsa o gədər də onun forması var."Klinika (əlamətləri)Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Bunlardan əsaslarını seçməyə çalışaq. Autism - özünə qapanma - bu xəstələr çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. (məs. özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazır), eşitmə halyusinasiyaları xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər ona əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhgir edə bilər. Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, hətta cinayət törədə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Şizofreniyalı xəstələr çox vaxt baxımsiz, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edirsə şəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.MüalicəMüasir psixotrop dərman preparatları şizofreniyanın bir çox əlamətlərini aradan qaldırmağa, xəstəliyin inkişafının qarşısını almağa imkan yaradır. Müalicə nə qədər erkən başlayarsa o gədər uğurlu olur. Psixofarmakoloji müalicə ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailə daxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasına yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şizofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur. ProqnozXəstəliyin proqnozu kliniki formadan və gediş variantından asılıdır. Vaxtında başlanmış və sistematik aparılan müalicə, yeni nəsl keyfiyyətli neyroleptik preparatların tətbiqi şizofreniyanın proqnozunu müsbət tərəfə xeyli dəyişir, xəstələrin həyat keyfiyyətini artırır.Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır. Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı və cinsi də çox önəmlidir: «Kişilərdə bu xəstəlik daha tez başlayır və fasiləsiz davam edir. Xəstəliyin fəsadları isə ağır olur. Qadınlarda bu xəstəliyin gedişatı tutmalar kimi özünü bürüzə verir. Tutmalar qadının hamiləlik dövründə və həyatında baş verən digər proseslərlə bağlı ola bilər. Qadınlarda isə bu xəstəliyin fəsadları ağır olmur».Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur.Şizofreniyadan əziyyət çəkəni dünyada baş verən bir sıra qlobal problemlər də düşündürə bilər. Xəstə onu təqib edən və ona əziyyət verən fikirləri ilə ona rahatlıq gətirən müəyyən hərəkətlərlə mübarizə aparır. Bəzi şizofreniyadan əziyyət çəkən xəstələr daim hansısa infeksiyaya, xəstəliyə tutulmaqdan və ya sadəcə kirdən qorxurlar. Bu zaman xəstə əlini yumaqla müəyyən müddətə rahatlaşır. Rahatlaşmaq üçün belə xəstələr bir neçə dəfə yaxşıca əllərini yuyurlar. Əgər xəstə bunu etməsə, narahatlıq və qorxu hissi onda artmağa başlayır. Həmsöhbətimizin dediyinə görə, xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: «Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s».Xəstələr müxtəlif iyləri, bədənində və başında ağırlıq, yanma kimi prosesləri hiss edirlər. Xəstələr gerçək kimi bədəninin deşilməsini, sivrilməsini, güllələnməsini və s hiss edə bilərlər. Onları uydurma, lakin gerçək kimi qəbul etdikləri insanlar, iylər, dadlar, hadisələr təqib edir. Onlar uydurduqları dünyanı gerçəkliklə qarışdırırlar.«Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar», — deyən psixiatrın bildirdiyinə görə, belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır. M.Kərimovanın sözlərinə görə, hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: «Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət - bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər».Müsahibimizə görə, ümumiyyətlə, şizofreniya zamanı insanlarda müxtəlif qəribə davranışlar müşahidə olunur. Lakin şizofreniya ağırlığından asılı olaraq müalicə olunur. Statistikaya görə, belə xəstələrin təxminən 40 faizi müalicə aldıqdan sonra sağalır və xəstəlikdən əvvəlki adi həyatına qayıdır. Lakin indiyədək bu xəstəliyin səbəbləri tam aydın deyil.
Dissosiativ konversion pozuntularDissosiativ və ya konversion pozuntular, keçmiş hadisələrə qarşı yaddaş, özünü şəxsiyyət kimi başa düşmək qabiliyyəti və bədənin hissiyatı və hərəkətini, idarə etmək qabiliyyəti arasında normal inteqrasiyanın tam və ya hissəvi itirilməsi kimi ümumi qəbul edilmiş müddəaların əsasında ayırd edilir. Dissosiativ pozuntuların bütün növləri bir neçə həftə və ya aydan sonra xüsusi ilə əgər onların yaranması həyatda baş vermiş hər hansı travma törətmiş hadisə ilə əlaqədardırsa, sönməyə meyllidirlər. Əksər xronik pozuntular, xüsusən ifliclər və hissiyatın itirilməsi həlli mümkün olmayan problemlərin və şəxsiyyətlər arası çətinliklərin fonunda inkişaf edə bilər. Bu pozuntular əvvəllər əsasən «konversion isteriya»-nın müxtəlif növləri kimi təsnif olunurdular. Hesab edilir ki, onlar psixogen etiologiyaya malikdirlər belə ki, yaranma vaxtına görə travma törətmiş hadisələrlə, həll olunmayan və dözülməz problemlərlə və ya pozulmuş qarşılıqlı münasibətlərlə sıx əlaqəlidir. Simptomlar adətən xəstənin psixi xəstəliyin əlamətləri haqqında fikirlərinə uyğun olurlar. Tibbi baxış və müayinə hər hansı aydın fiziki və ya nevroloji pozuntular aşkar etmir. Lakin tamamilə aydındır ki, funksiyanın itirilməsi emosional konfliktin və ya ehtiyacın ifadəsi kimi meydana çıxır. Simptomlar psixoloji stresslə sıx əlaqədar inkişaf edə bilər və çox vaxt qəflətən meydana çıxır. Bu rubrikaya normada iradi kontrol edilən yalnız fiziki funksiyaların pozuntuları və hissiyatın itirilməsi daxil edilib. Ağrı hissiyatı və vegetativ sinir sistemi tərəfindən digər fiziki hissiyat kompleksi daxil olan pozuntular psixosomatik pozuntular rubrikasında (F45.0) təsnif olunmuşdur. Həmişə gələcəkdə ciddi fiziki və ya psixi pozuntuların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır. Daxil edilib: konversion: isteriya, reaksiya isteriya, isterik psixozF44.0 Dissosiativ amneziyaƏsas əlamət xüsusi ilə vacib yaxın hadisələrə qarşı yaddaşın itirilməsi olub, bu zaman üzvi psixi xəstəlik ayırd edilir və o dərəcədə ifadə olunur ki, onu adi unutqanlıqla və yorğunluqla izah etmək mümkün olur. Amneziya adətən bədbəxt hadisə və ya qəflətən ağır itgi kimi travma törədici hadisələrdə toplanır və adətən hissəvi və seçici olur. Tam və generalizə olunmuş amneziya nadir hallarda və adətən ambulator avtomatizmin (fuqalar) (F44.1) hissəsi olur; bu halda pozuntunu məhz belə təsnif etmək lazımdır. Dissosiativ amneziya diaqnozunu beynin üzvi xəstəliyi, intoksikasiyalar və ya həddən artıq yorğunluq olduqda qoymaq olmaz.F44.1 Dissosiativ fuqaDissosiativ fuqa, adi hər bir gündəlik sərhəddən kənara çıxan məqsədyönlü yerdəyişmələrlə birlikdə dissosiativ amneziyanın bütun əlamətlərinə malikdir. Baxmayaraq ki, fuqa periodunda amneziya mövcud olur, kənar müşahidəçilərə bu zaman pasientin davranışı tam normal təsir bağışlayır.Çıxarılıb: epilepsiya tutmasından sonra fuqa (G40.–)F44.2 Dissosiativ stuporDissosiativ stupora işıq, küy, toxunma kimi xarici qıcıqlandırıcılara qarşı iradi hərəkətlərin və normal cavab reaksiyalarının ifadə olunmuş dərəcədə azalması və ya olmaması əsasında diaqnoz qoyulur, lakin baxış və müayinə aşkar fiziki səbəb ayırd etmir. Bundan əlavə, yaxınlarda baş vermiş hadisələr və ya problemlər şəklində psixogen səbəb tam aşkarlıqla mövcud olur.F44.3 Trans və mübtəlalıqMüvəqqəti olaraq özünü bir şəxsiyyət kimi hiss etmənin və ətrafın tamdərk edilməsinin itirilməsi mövcud olan pozuntu. Bu rubrikaya yalnız qeyri-iradi və arzuolunmaz olan, dindən və ya mədəni-münasib situasiyalardan xaric meydana çıxan trans halları daxil edilib.F44.4 Dissosiativ hərəkət pozuntularıBütün müxtəlifliyi ilə bərabər, ətrafla və ətraflarla hərəkət etdirmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi mövcud olur. Ataksiyanın, apraksiyanın, aksineziyanın, afoniyanın, dizartriyanın, diskineziyanın, tutmaların və ya iflicin hər hansı növləri ilə demək olar ki, sıx oxşarlıq görülə bilər. Psixogen: afoniya, disfoniyaF44.5 Dissosiativ konvulsiyalarDissosiativ konvulsiyalar epileptik tutmalara bənzəyir, lakin dilin dişlənməsi, yıxılmalarla əlaqədar qansızmalar və qeyri-iradi sidik ifrazı nadir hallarda olur. Düşüncə saxlanılır və ya stupor və ya trans halı ilə əvəz olunur.F44.6 Dissosiativ anesteziya və ya hissi qavramanın itirilməsiDəri anesteziya nahiyyələri adətən sərhədlərə malik olurlar. Bu o deməkdir ki, onlar pasiyentin tibbi biliklərdən fərqli orqanizmin funksiyaları haqda təsəvvürləri ilə əlaqədardırlar. Nevroloji zədələnmə ilə əlaqədar olması vacib olmayan, sensor modulyasiyalar arasında fərqin itirilməsi mümkündür. Hissi qavramanın itirilməsi paresteziya şikayətləri ilə müşaiyət oluna bilər. Dissosiativ pozuntularda görmənin və eşitmənin itirilməsi nadir hallarda total olur. Psixogen karlıqF43.2 Uyğunlaşdırıcı reaksiyaların pozuntusuHəyatda mühüm dəyişikliklərə və ya stress hadisələrinə adaptasiya periodunda yaranan, içtimai fəaliyyətə və hərəkətlərə çətinlik törədən subyektiv distress və emosional pozuntu halıdır. Stress halı fərdin sosial əlaqələrinin tamlığını (ağır itki, ayrılıq) və ya sosial müdafiə və dəyərlərin geniş sistemini (miqrasiya, qaçqınlıq statusu) poza bilər və ya həyatda dəyişikliklərin və dönüşlərin geniş diapazonunu (məktəbə daxil olma, valideyinlik statusu əldə etmə, müqəddəs şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, istefaya getmə) təqdim edə bilər. Fərdi meyllik və tez təsirlənmə uyğunlaşdırıcı reaksiyaların pozğunluqlarının yaranma riskində və meydana çıxma formasında əsas rol oynayır, lakin belə pozuntuların travma törədici faktorların iştirakı olmadan meydana çıxması qəbul edilmir. Əlamətlər çox variabeldirlər və əhval-ruhiyyənin olmaması, ehtiyatlılıq və ya narahatçılıq (və ya bu halların kompleksi), situasiyanın öhdəsindən gəlməmək hissiyatı, hər şeyi əvvəlcədən planlaşdırma və ya hazırki situasiyada qalmaq qərarı daxildir, həmçinin gündəlik həyatda fəaliyyət qabiliyyətinin bir qədər azalma dərəcəsini özündə birləşdirir. Eyni zamanda davranış pozuntuları da, xüsusi ilə yeniyetmə yaş dövründə qoşula bilər. Xarakter əlaməti kimi qısa və ya uzunmüddətli depressiv reaksiya və ya digər emosiyaların və davranışın pozulmaları ola bilər. Mədəni şok, Kədər reaksiyası, Uşaqlarda hospitalizmF43.1 Posttravmatik stress pozuntusuHər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya uzunmüddətli) təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Meyl etdirici faktorlar, belə ki, şəxsi xüsusiyyətlər (kompulsivlik, asteniklik) və ya anamnezdə sinir xəstəliyi sindromun inkişafı üçün qıcıq qapsını azalda və ya onun gedişini ağırlaşdıra bilər, amma onlar heç zaman onun yaranmasının izahı üçün vacib və kifayət olmurlar. Tipik əlamətlərə sarışan xatirələrdə («kadrlar») travma yetirmiş hadisənin təkrarlanan təəssüratlarından, təəccübdən donub qalma hissiyatı fonunda yaranan fikirlərdən və ya qarabasmalardan, emosional tormozlanmadan, digər insanlardan uzaqlaşmaqdan, ətrafa reaksiyasızlıqdan və travmanı xatırladan hərəkətlər və situasiyadan qaçmaqdan ibarət epizodlar daxildir. Adətən həddən artıq oyanıqlıq və ifadə olunmuş yüksək ehtiyatlılıq, qorxuya və yuxusuzluğa yüksək reaksiya mövcud olur. Həyəcan və depressiya çox vaxt yuxarıda göstərilmiş simptomlarla əlaqədar olur və bir çox hallarda özünü öldürmə ideyaları da yarana bilər. Pozuntu simptomlarından əvvəl travmadan sonra bir neçə həftədən, bir neçə aya kimi dəyişən latent dövr olur. Pozuntunun gedişi müxtəlifdir, amma əksər hallarda sağalma gözləmək olar. Bəzi hallarda bu vəziyyət bir neçə il davam edəcək, şəxsiyyətin davamlı dəyişilməsinə keçidlə xronik gedişə çevrilə bilər. (F62.0)Travmatik nevrozF43.0 Stresə qarşı kəskin reaksiyaİnsanda qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq, psixi pozuntuların digər əlamətləri olmadan yaranan və adətən bir neçə saatdan və ya gündən sonra sönən keçici pozuntudur. Stress reaksiyalarının yaranmasında və ağırlığında, fərdi tez təsirlənmə və özunu idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Simptomlar tipik qarışıq və dəyişkən mənzərəyə malik olurlar və bir qədər düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mumkunluyu ilə və dezorientasiya ilə ilkin «heyrət» halından ibarət olurlar. Bu hal növbəti ətraf situasiyadan «uzaqlaşma» ilə (dissosiativ stupor halına qədər – F44.2) və ya həyəcan və yuksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) ilə müşaiyət oluna bilər. Adətən vəlvələ pozuntunun ayrı-ayrı əlamətləri mövcud olur (taxikardiya, həddən artıq tərləmə, qızarma). Simptomatika adətən stress stimullarının və ya hadisənin təsirindən bir neçə dəqiqə sonra yaranır və 2-3 gündən sonra (çox vaxt bir neçə saatdan sonra) sönur. Stress hadisəyə qarşı hissəvivə ya tam amneziya (F44.0) mövcud ola bilər. Əgər yuxarıda göstərilmiş simptomatika davamlıdırsa, diaqnozu dəyişmək lazımdır. Kəskin: Krizis reaksiyası, Stresə qarşı reaksiya, Hərbi xidmət dövrünün nevrozu, Krizis halı, Psixi şokObsessiv-kompulsiv (sarışan-məcburi) pozuntuBelə vəziyyətin əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və ya məcburi hərəkətlərin olmasıdır. Sarışan fikirlər stereotip şəkildə xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, obrazlardan və ya arzulardan ibarətdir. Onlar demək olar ki, həmişə kədərləndiricidirlər və pasient adətən səmərəsiz onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu fikirləri nə qədər qeyri-iradi və pis olsalar belə özününkü sayır. Sarışan hərəkətlər və ya rituallar siereotip materialardan ibarətdir ki, xəstə onları təkrar-təkrar yerinə yetirir. Onlar zövq alma üsulu və ya faydalı məsələlərin yerinə yetirilməsində atribut deyildirlər. Bu hərəkətlər xəstənin ehtiyat etdiyi xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üsuludur, hansı ki, əks halda baş verərək onun özünə və ya xəstə tərəfindən digər şəxsə zərər yetirə bilər. Adətən belə davranış xəstə tərəfindən mənasız və ya effektsiz kimi başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar ki, həmişə həyəcan müşahidə edilir. Əgər kompulsiv hərəkətlər tormozlanırsa, həyəcan daha da artır. Daxil edilib: anankastik nevroz, obsessiv-kompulsiv nevrozF42.0 Əsasən sarışan fikirlər və ya düşüncələrOnlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər. Bəzən ideyalar bitkin olmurlar, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olurlar. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi ilə sıxdır, buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiv epizodu olmadan yaranır və ya saxlanılır.F42.1 Əsasən kompulsiv hərəkətlər sarışan rituallarKompulsiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa və səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında pasienti gözləyən təhlükədən və ya onun özünün başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını almaq üçün simvolik cəhdlər olur.F41.2 Qarışıq həyəcan və depressiv pozuntuBu rubrikanı o halda istifadə etmək lazımdır ki, eyni zamanda həm həyəcan, həm də depressiya mövcud olsun, lakin bu hallardan heç biri üstünlüyə malik olmasın, onların simptomatikasının dərəcəsi isə hər birinə ayrıca diaqnoz qoymağa imkan verməsin. Əgər həm həyəcan, həm də depressiya simptomları o dərəcədə ifadə olunur ki, bu pozuntuların hər birinə ayrıca diaqnoz qoymağa imkan verir, bu halda hər iki diaqnozu kodlaşdırmaq lazımdır və bu halda hazırkı rubrika istifadə olunmamalıdır. Həyəcan depressiyası (yüngül və ya davamsız)F41.1 Generalizə edilmiş həyəcan pozuntusuYayılmış və davamlı olan, lakin hər hansı xüsusi ətraf şərait elementləri ilə məhdudlaşmayan və ya əsas etibari ilə onlarla törənən (başqa sözlə, sərbəst üzən və ya «free–floating») həyəcandır. Dominant simptomlar dəyişkəndirlər, lakin davamlı nevrozluq, qorxu hissiyatı, əzələ gərginliyi, tərləmə, ağılsızlıq hissiyatı, titrəmə, baş hərlənmə, epiqastral nahiyyədə diskomfort hissiyatı şikayətlərini özündə birləşdirir. Xəstəyə bir çox hallarda onu və ya qohumlarını yaxın zamanlarda gözləyən bədbəxt hadisədən və ya xəstəlikdən qorxu ifadə edir. Həyəcan: reaksiyası, halı, nevrozuF41.0 Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq)Pozuntunun xarakter əlaməti, konkret olaraq hər hansı xüsusi situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən residivləşən kəskin ifadə olunmuş həyəcan (vəlvələ) tutmalarıdır. Digər həyəcan pozuntularda olduğu kimi, əsas simptomatikaya, qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri-reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez-tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan qorxu müşahidə olunur. Əgər pasientdə vəlvələ tutmasının əvvəlində depressiv pozuntu vardırsa, vəlvələ pozuntusu əsas diaqnoz kimi istifadə edilə bilməz. Bu halda vəlvələ tutması, depressiyaya nəzərən ikincilidir. Vəlvələ tutması Vəlvələ halı Panik atakaF40.2 Spesifik (izolə olunmuş) fobiyalarBuraya, son dərəcə xüsusi situasiyalarla məhdudlaşmış, belə ki, xüsusi heyvanların yaxınlığı, hündürlük, ildırım, qaranlıq, uçuş, qapalı yer, içtimai ayaqyolunda sidik ifrazı və defekasiya, müəyyən qida məhsullarının istifadəsi, dişlərin müalicəsi, qanın və ya travmanın görünüşü kimi fobiyalar daxildir. Baxmayaraq belə situasiya haqqında fikir abstraktdır, ona düşmə zamanı aqrofobiyada və ya sosial fobiyada olduğu kimi vəlvələ yaranır. Akrofobiya Heyvanlardan qorxma Klaustrofobiya Sadə fobiyaFobiyalı həyəcan pozuntularıƏsas və üstünlük təşkil edən simptomu, heç bir təhlükə ifadə etməyən müəyyən situasiyalardan qorxu olan pozuntular qrupudur. Nəticədə xəstə adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Xəstənin narahatlığı ayrı– ayrı simptomlarda, belə ki, qorxudan titrəmə və ya bayılma hissiyatında toplanır və tez–tez ölümdən qorxma ilə, özünü idarə etməni itirmə ilə və ya dəli olma ilə assosiasiya olunur. Fobik situasiyaya düşə bilməni gözləmək adətən vaxtından qabaq həyəcan törədir. Fobik həyəcan və depressiya tez-tez müştərək olur. İki diaqnozun (fobiyalı həyəcan pozuntusu və depressiv epizod) və ya birinin qoyulması haqqında qərar, bu halların davam etmə müddəti ilə və xəstənin konsultasiya zamanı terapiya barəsində həkimin düşüncələri ilə müəyyən olunur.F40.0 AqorafobiyaEvdən çıxmaqdan, mağazaya daxil olmaqdan qorxmanı, kütlədən və içtimai yerlərdən qorxmanı, tək qatarla, avtobusla, təyyarə ilə səyahət etməkdən qorxmanı özündə birləşdirən kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur. Vahiməyə düşmə pozuntusu həm keçmiş, həm də hazırki epizodların adi cizgilərindən ibarətdir. Bundan əlavə xarakteristika kimi depressiv və sarışan simptomlar sosial fobiyalar tez–tez müşahidə olunur. Adətən fobiyalı situasiyalardan qaçma ifadə olunur və aqorafobiyadan əziyyət çəkən şəxslər elə bir böyük narahatçılıq keçirirlər, beləki, onlar belə «təhlükələrdən» qaça bilirlər. Anamnezdə vəlvələyə düşmə pozuntusu olmayan aqorafobiya. Aqrofobiyalı vəlvələyə düşmə pozuntusuF40.1 Sosial fobiyalarSosial situasiyalardan qaçmaya səbəb olan, digər insanların yetirdiyi diqqətdən qorxma. Daha dərin sosial fobiyalar aşağı dərəcəli özünü qiymətləndirmə və tənqiddən qorxma ilə əlaqədardır. Onların olması üzün qızarmasında, əllərin əsməsində, ürək bulanmada, daima sidiyə çağırışlarda özünü göstərir. BəSosial fobiyalarSosial fobiyalarzən xəstəyə elə gəlir ki, onun əsas problemi bu ikincili əlamətlərdən hər hansı biridir. Simptomatika vəlvələ tutmalarına qədər proqressivləşə bilər. Antropofobiya Sosial nevroz
Kişilərin yuxuda adətən gizli sirlərini etiraf etdikləri məlum olub. Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb məsələni necə həll edəcəyin barədə düşünürsən. Səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda ifşa etmisən. Yuxuda danışmaq bir çox kişilərin başının bəlasıdır. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub. Qadınlar, daha "iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də", "yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm", "yəqin baxdığım filmin təsirindəndir", kimi bəhanələrə inanmayın. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realda baş verən hadisələrin nəticəsidir, özü də kişilər yuxuda ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu isə yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür. Bəs bundan xilas mümkündür? Siqareti tərgidin. Xoşagəlməz halın səbəbkarlarından biri də odur. Onu tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, axşam saat 8-dən sonra çəkməməyə çalış və spritli içkilərdən uzaq dur. Başını müxtəlif çərəzlərlə qat. Efir yağı və sərin otaq. Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. Yataq otağının gecə isti olmamasına çalış. Çünki gecə yataq otağının isti olması da hərarətin qalxmasına və lazımsız şeyləri çərənləməyə səbəb ola bilər. Bəyaz vərəq. Problemin var və onu heç kimə danışa bilmirsənsə, ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirlərini kağıza yazıb etibarlı bir yerə qoy. Günün ikinci yarısından sonra qəhvə içmə. Yaxşı olar ki, yatmazdan əvvəl içinə bal qatılmış süd içəsən. Yatağa getdikdən sonra qəzət, kitab və ya jurnal oxu.
Aparılan daha bir araşdırmanın nəticəsinə görə, qadınlar kişilərdən daha çox şeyə qadirdir. Məsələn, qadınlar insanlarla ünsiyyət qurmaqda kişilərdən daha bacarıqlıdırlar. Mehriban, anlayışlı olmaları ilə başqalarının onların yanında özlərini güvəndə hiss etmələrinə kömək edir. Qadınlar duyğu və düşüncələrini daha rahat aça bildikləri üçün kişilərdən fərqli olaraq, özlərini daha yaxşı ifadə edə bilir. Qadınlar ətrafdakı insanları özlərinə çəkən xoş qoxuya sahibdirlər. Hətta kişilərin çoxu bu cür gözəl təbii qoxuya sahib olduqları halda, qadınların başqa ətirlərdən istifadə etməsini o qədər də xoşlamır. Qadınlar kişilərdən fərqi olaraq uşaq, yaşlarında tualet vərdişlərini daha tez öyrənirlər. Qadınlar gigiyena ilə bağlı hər şeyi kişilərdən daha tez qavrayır. Qadınlar nəyin harada olduğunu hər zaman bilərlər. Hətta özünə aid olmayan, neçə müddətdir istifadə etmədiyi əşyanın belə. Çünki onlar beyinlərində hər zaman xəritə, plan hazırlamaqda mahirdir. Qadınlar bədənlərində başqa bir varlıq daşıya bilir. Son araşdırmalar zamanı qadınların kişilərdən daha yüksək İQ-ə sahib olduqları ortaya çıxıb. Qadınlar süd istehsal edərək, körpələrini əmizdirə bilirlər. Daha kiçik ölçülü bədənə sahib olduqları üçün qadınlar kişilərdən fərqli olaraq, daha az yemək yeyər, geyimləri üçün daha az parça istifadə edər, daha kiçik mebelə, maşına ehtiyac duyarlar. Eyni anda bir beçə işi birgə görmək qadınların qanında var. Bu hal kişilər üçün sıxıntı ola bilər. Qadınlar eyni anda yemək bişirə, ev təmizləyə, televizora baxa, telefonla danışa, uşağı sakitləşdirə bilər. Kişi bir neçə metr qaçanda bütün köynəyi su olar, ətrafa heç də xoş olmayan tər qoxusu yayarlar. Bu cür hallarda onu dərhal hamama göndərməkdən başqa əlac yoxdur. Ancaq qadınlar tərlədikdə cildləri nəmlənər və parıldayar. Bu onları daha seksi göstərir. Qadınlar birgə yaşadıqları kişini uğurlu edər. Uğur qazanan bir kişiylə rastlaşdığınızda onu yox, xanımını təbrik edin. Qadınlar daha uzunömürlüdürlər, çünki onlar mükəmməldir
Alimlər, psixoloqlar daim bu mövzu üzərindən araşdırma aparır, xoşbəxt ailə formulunu tapmağa çalışır. İndi sizə, aparılan araşdırma nəticələrini, alim və psixoloq rəylərini əlavə edib 55 addımda ailə xoşbəxtliyinin sirlərini bölüşəcəyik: 1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır. 2) Xoşbəxt bir ailə birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər. 3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır. 4) İstər köhnə nişanlısı,istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz. 5) Həddindən artıq idealist olunmalıdır,normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir. 6) Yoldaşlar sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər. 7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülərüzlü olunmalıdır. 8) Kiçik və böyük hər qüsurda ağır tənqidlərdən çəkinilməlidir. Bağışlayıcı olunmalıdır. 9) Mübahisəni çıxdığı nöqtədə tutmağa çalışılmalıdır; keçmişdə qalmış digər bir mövzunu da içinə alacaq şəkildə genişlədilməməlidir.Təşəbbüsün əldən qaçmasına fürsət verilməməlidir. 10) Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələr dağıdıcıdır. Reallığa baxmaq lazımdır, zənnlərə görə hərəkət edilməməlidir. 11) Yoldaşına həm sənə,həm də öz-özünə güvən təlqin et. Ona güvəndiyini göstər. 12) Xoşbəxt ola bilmək üçün yaxşı bir yoldaşla evlənmiş olmaq yetərli deyil; sənin də münasib bir yoldaş olmağın lazımdır. 13) Təmizlik imanın yarısı və əbədi bir sevginin təməl şərtidir. 14) Həyat yoldaşınla xoşbəxt bir həyat üçün, şəxsiyyətinin ayrılmaz parçası saydığın bəzi şeylərdən güzəşt verməyin, elastik olmağın lazım ola bilər. 15) Özün üçün istədiyin gözəl şeyləri həyat yoldaşın üçün də istə, özünü düşündüyün qədər onu da düşün. 16) Almaq qədər verməyi də bilməlisən. Eqoist olunmamalıdır. 17) Hər kişi xanımının hər mövzuda ən yaxşısını etməyə çalışan; günəş kimi sevgi və şəfqətiylə özünü istilədən ideal bir yoldaş olmasını istər. Hər xanım da, yoldaşının tam etibarlı güclü bir şəxsiyyət sahibi, hər cür ehtiyaclarını təmin edəcək bir kimsə olmasını arzu edər. Tərəflər bu ideal standartı tutma səyi içində olmalıdır. 18) Həyatda əskik olmayan hər çətinlik və mənfilikdə dərhal yoldaşını günahlandırma; mövzuya insafla bax. 19) Tək bu günü yaşa, keçmişdə yaşanmış kədərləri və hələ gəlməyən sabahkı qayğıları bugünə daşıma. İmkanların çərçivəsini aşmadan yaşamağa bax. 20) Nigah aktının çox müqəddəs bir bağ və Allah'a verilmiş bir söz olduğunu bilməlisən. Bu mövzuda irəlidə peşman olacağın bir addımı atmadan əvvəl min dəfə düşünməlisən. 21) Ailə həyatı üçün eşq və sevgi əhəmiyyətli və zəruri olmaqla birlikdə, ailənin yalnız bunun üzərində dayanacağını sanmamalısan.Başqa xüsusiyyətlərin də lazım olduğunu bilməlisən. 22) Həyat yoldaşına qarşı nümunə davranışlar sərgiləməlisən; yaxşı şəxsiyyətini yalnız dilinlə deyil, davranışlarınla da ortaya qoymalısan. 23) Necə gəldi, qonşu və qohumlarının aranıza girməsinə fürsət verməməlisən; mümkün mərtəbə ailə içi problemləri özünüz həll etməyə çalışın. 24) Həyat yoldaşında səhv olaraq gördüyün bəzi şeyləri düzəltmədə tələsikçi olma; dəyişməsi üçün zamana ehtiyac duyan qüsurlar ola bilər. Kiçik səhvləri böyütmək lazım deyil. 25) Evliliyin öhdəçilik və məsuliyyətlərini könül xoşluğuyla qəbul etməlisən və tam bir inamla öz boynuna götürməlisən. 26) Anlaşılmazlıq və mübahisə səbəblərindən mümkün qədər çəkinməlisən. 27) Yoldaşınla müştərək işlər etməyə vaxt ayır ki, irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və sizi bir-birinizə daha çox yaxınlaşdırsın. 28) Yoldaşına son dərəcə sərbəstcə özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanımalısan. Heç bir istiqamətini lağ mövzusu etməməlisən. 29) Mailiyyə haqqlara hörmət göstərilməli və buna əsla laqeydlik edilməməlidir. Mübahisə mövzularının başında bu mövzu gəlir. 30) Mümkün olduqca, xarici problem və kədərlərinə yoldaşını ortaq etməməlisən,özün öhdəsindən gəlməyə çalışmalısan. Lakin sevinclərində də onu unutma. 31) Müşavirə-ailə həyatında əhəmiyyətli bir prinsipdir. Yoldaşlardan hər biri ailə həyatında özünü ortaq görməli və bir kənara itələnilib laqeydlik edilmədiyini hiss etməlidir. 32) Ailə xoşbəxtliyin, evdə heç bir problemlə qarşılaşmamağına deyil, problemlərin öhdəsindən gələ bilməyinə, onları çıxdığı nöqtəylə məhdud tutmağına, yoldaşınla olan əlaqələrinə mənfi təsir etməsinə fürsət verməməyinə bağlıdır. 33) Problemdən qaçmaq, hələ-hələ evi tərk etmək həll deyil. Yaxşısı, sakit başla düşünüb problemin həllinə dərhal başlamaq. 34) Bir mübahisə əsnasında yoldaşının gözəl istiqamətlərini və yaxşılıqlarını da xatırlamağa çalış; bəyənmədiyin istiqamətlərinin bütün yaxşılıqlarını örtməsinə fürsət verməməlisən. 35) Qılınc yarası keçər, dil yarası keçməz. Ailəvi mübahisələrdə, yaralayıcı sözlər sərf etməkdən çəkinməlisən, yoxsa kiçik bir məsələ ucbatından onun sevgi və əlaqəsini tamamilə itirə bilərsən. 36) "Qürurum", "qürurum" növü sözlər, şeytanın tez-tez tələ olaraq istifadə etdiyi sözlərdir. Bir mübahisə əsnasında şeytan bunları bəhanə edərək tərəflərə səhvini gözəl göstərər və barışma qapısını bağlamağa çalışar. 37) Uşaqların yanında yoldaşınla mübahisə etməkdən və ya səsini yüksəltməkdən çəkinməlisən. Çünki uşaqlar, əvvəlcə valideynlərini nümunə götürərək öyrənərlər. Bu cür problemlər və həll yolu uşağın zehnində yer edəcək və irəlidə üzərində mənfi təsirini göstərəcək. 38) Xanım yoldaşının bağlanılmağa layiq ideal bir şəxsiyyət olduğunu, özüylə fəxr etdiyini ona hiss etdirməlidir. 39) Hədiyyələr verin bir-birinizə ki, sevginiz artsın və xoşbəxtlik və sevinc hər vəsiləylə sizin adətiniz olsun. 40) Ağıllı xanım, gərək özün gərəksə uşaqlarının ehtiyac və istəklərini yerinə yetirmək və yoldaşında düzəltməsini istədiyi bir davranışı düzəltdirmək üçün ən uyğun vaxtda hərəkət etməlidir. Bəzən uyğun vaxt, zənn etdiyi gerçəkdə uyğun olmağa bilər. Yaxşı düşünməlidir. 41) Səni maraqlandırmayan mövzularda yoldaşını suallarınla böhrana salma. Sənə açmaq istəmədiyi sirlərini israrla öyrənməyə çalışmamalısan. 42) Evdə bir küncə çəkilib tək başına oturmağı adət halına gətirməməlisən, mümkün qədər yoldaşınla maraqlanmalısan. 43) İşləyən bir qadın, birinci məsuliyyət sahəsinin evi olduğunu unutmamalıdır. Evinin işləriylə, iş yerinin işlərini bir-birindən ayrı tutmasını bilməlidir. 44) Yoldaşının qohumları ziyarətə gəldiyində narazıçılıq göstərilməməlidir. Əksinə, onları gözəl bir şəkildə qarşılayıb örnək davranış sərgiləməlidir. 45) Xüsusilə qaynanana hörmət etməlisən, ona ailənin ənənələrinə görə ən gözəl şəkildə xitab etməlisən. Onunla mübahisəyə girməməlisən. İrəlidə gəlininin sənə necə davranmasını istəyirsənsə,elə davranmalısan. 46) Hər nə qədər günah qaynanada olsa da, mübahisədən çəkinilməlidir. Yoldaşınızda daha sonra bu barədə doğru məlumatı axtarmaq vacibdir. 47) Həzrəti Peyğəmbər qonşu haqqı üzərində çox dayanmışdır. Qonşuya yaxşılıq etmək, sevinc və dərdlərinə ortaq olmaq, köməyi əsirgəməmək dinimizin əmridir. 48) Davamlı görüş ayrılığı, zamanla könül ayrılığını da meydana gətirər. Bəzən, razı olmasanda yoldaşının fikrinə qatılmalısan. Yetər ki, edilən iş Allah'a üsyan sayılan bir şey olmasın. 49) Evdə yoldaşının ehtiyac duyduğu sükunəti təmin etmək üçün,uşaqları zehin inkişaf etdirici oyuncaqlarıyla əyləndirə bilərsən. 50) Uşaqlar Allahın böyük nemətləridir. Onları laqeydlik edərək, yaxşı tərbiyə etməyərək və ya başqa hər hansı bir işi daha əhəmiyyətli sayaraq,bu neməti əzab vəsiləsinə çevirməməlisən. 51) Uşaq baxımı və tərbiyəsiylə əlaqədar sağlam məlumatlar əldə etməlisən ki, hər mərhələdə onlara necə davranılacağı bilinsin. Beləcə ruhən və cismən sağlam yetişsinlər. 52) Axirət işlərində yoldaşlar bir-birinə köməkçi olmalıdır. Dünya qədər axirəti də arzulamalı və əhəmiyyət verməliyik. 53) Bədxərclik ailə xoşbəxtliyini pozar. Allahın nemətini yox edər. Allah bədxərcləri sevməz. Tutumlu olmalısan ki, yoxluq çəkməyəsən. 54) Yaxşı niyyət və xeyirxahlıq bəhanəsiylə də olsa, yoldaşlarının sənin şəxsi həyatına qarışmasına icazə verməməlisən. 55) Evinin sirlərini nə bir dostuna,nə də bir yaxınına izah etməməlisən.