fuad-

Harmoniya Psixologiya Mərkəzi

Qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlər

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. www.harmoniya,az Harmoniya psixologiya  mərkəzinin Baş psixoloqu Aygün Ağabalayeva 

Ayrılıq özüdə dərs olur hərdən

Bəzən insanlar çox rahat bir-birlərini anlayaraq ayrılırlar. Bəzən isə çox ağrılı , hətta faciəvi şəkildə. Hər bir insanın sevmək sevilmək tələbatı var, çünki ruhumuzun sevgiyə ehtiyacı var. Ayrılıq! İnsan, bu həqiqəti çox çətin qəbul edir. Həyatımız ayrılıqla başlayır, ayrılıqlada bitir. İlk olaraq ana bətnindən ayrılırıq.Son olaraq isə bu həyatdan. Ayrılıqlar qaçılmazdı. Bəzən ayrılıqlar arzuolanan, bəzən isə məcburi olur. Arzuolunan ayrılıqlar baş verəndən sonra insan həvəslə yenidən həyata atılır. Məcburi ayrılıq isə mənfi təsir göstərir.Qorxular yaradır, hətta depressiyaya gətirib çıxarır.İnsan özünü tək, atılmış hiss edir. Ən ağır ayrılıq doğmasının , yaxınının itkisi olur. Baxmayaraq ki, hər birimiz bilirik həyatda əbədi heç nə yoxdu. Belə hallarda insan öz neqativ emosiyaları ilə bacarmır. Çox vaxt valideynlər boşananda övlad stress keçirir, çünki bilir ki, valideynlərinin biri ilə ayrı düşəcək. Ayrılıqlar, itkilər, hansısa bədbəxt hadisələr qaçılmazdı. Amma belə hadisələr həyatımızın müsbət tərəflərindən üstün olmamalıdır. Ayrılıqdan sonra yaranan depressiya bir çoxlarına tanışdı. Ayrılıqdan sonra yaranan depressiya nə qədər davam edir? Bu psixoloji asılılıqdan qurtulma hər bir insanda fərdidir.Bu insanın emosional vəziyyətindən,iradəsindən, sinir sisteminin tipindən asılıdı. Bəs bu depressiyaya necə qalib gələk? İlk öncə insan olan hadisəni qəbul etməlidir, nə istədiyini anlamalıdır. Ətrafdakı insanlardan qaçmamalıdır, dostları ilə əlaqəni kəsməməlidir. Əgər yenə də dəyişiklik olmursa mütəxəssisə – psixoloqa müraciət etmək məqsədəuyğun olar. Psixoloqun professional yanaşması və pasiyentin öz istəyi? ayrılıqdan sonra yaranan depressiyanı aradan qaldırmağa səbəb olur. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Harmoniya Psixologiya MərkəziŞamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03

İşinizdən bezmisinizmi ?

Emosional yanma sindromu. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız. Yanma sindromu deyəndə insanda emosional, zehnivə fiziki yorğunluqla müşahidə olunan psixi prosesnəzərdə tutulur. Yanma sindromu hansı hallarda başverə bilər:1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi.7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s. Beləliklə , emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.. Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi. Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma , acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin. Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Şamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03

Evlənmək çətin deyil,evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq. Qadınlara məsləhətlər:Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək. Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.1: Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.2: Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.3: Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.4: Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.5: qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).6: Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar. Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır. Aygün Ağabalayeva Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 .  Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03