Karantin rejimi bitdikdən sonra, yaşından asılı olmayaraq hər bir şəxs həyatında cəmiyyətə,işə, dərsə uyğunlaşma problemi yaşayacaqdır. İnsanlar bir -iki aydan çox evdən çıxmaq, erkən oyanmaq, işə, universitetə, məktəbə getmək vərdişlərininə daha rahat şərtlərə adàptasliya olmağa çalışacaqlar.Bu müddətdə onlayn işləyənlər işə uyğunlaşmaqda ciddi problemlərlə qarşılaşmayacaqlar. Karantin dövründə işləməyən insanlar üçün çətin olacaq. İşə uyğunlaşmanı asanlaşdıran müəyyən cəhətlər var. Əsas odur ki, işinizi sevin. Rejimin dəyişməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşcaqar. İşlərini sevməyənlər üçün adaptasiya prosesi çox vaxt tələb edəcək. İşləməyə meyli olmayanlar evdə uzun müddət qaldılar deyə bütün bunlar məsələləri çətinləşdirir.Sakit bir ümidsizliyə qapılan insanlar narahatlıq, kədər və imkansızlıq hissi ilə üzləşir, həyatlarını monotonluğa sövq edir, bu vəziyyətlərini bəyənməsələr də dəyişilməyə meyl etmir, haradan, nədən başlayacaqlarını bilmirlər.hər hansı bir hərəkət, hər hansı bir hiss kimi hərəkətsizlikdən daha yaxşıdır. Çətinliklərdən keçərək həyata nikbin baxan insanlar isə ona daha çox müsbət emosiyalar - sevinc, məmnunluq, qürur, həvəsini özlərinə cəlb edirlır. Bu sevincdən bir pay götürərək müsbət təcrübəni daha yaxşı dərk etmək və onu inkişaf etdirməyi öyrənmək üçün yaymağı üstün tutar, aydın məqsədlərin sadə qurulması nəinki özünü dərk etməyi, həm də işlərin həqiqi vəziyyətini düzələ biləcəyinə inanarlar. İnamın özünü sevməyin, özünü sevməməkdən daha yaxşı olduğunu bilən insan artıq uğurlarının başlanğıcında olduğunu dərk edir. Özünü, işini sevənlər, özlərinə dəyər verənlər daha sağlam, daha əyləncəli, xoşbəxt, daha uğurlu və başqalarını necə sevməyi bilən insanlardılar. Ümumiyyətlə, hələ bu bacarıq yoxdursa, onu ən qısa müddətdə əldə etmək sizin xeyrinizə olacaqdı. İnsanın mənəvi və psixoloji münasibətləri sistemində digər insanlara sevginin həyata keçirməyin ən yüksək yolu mehribanlıq, dözümlülükdür.
Hər bir insanın öz dəyərlər sistemi var, bəzilərində bu daha əhəmiyyətlidi, digərlərində isə daha az təsir bağışlayır. Məhəbbətin xeyirxahlığın, dözümlülüyün və ən əsası empatiyanın yüksək səviyyədə təzahürü olduğuna inanan insanlar həmişə olub. Həyat bütün çətinliklərinə baxmayaraq gözəldir. İstəsək bu gözəllikdə pozitivlik tapmaq olar. Əgər istəsək. Gözəl dedikdə də aramızda yarı şüurlu bir narazılıq yaradan, ətrafdakı həyatı ilə ruhdan düşən, kədərdən həyəcan keçirən, ancaq şəfa axtarmağın yolunu bilməyənlər, amma tapmaq istəyənlər var. Onlara da demək istərdim dünya hərəkət edir, hər xırda sevinci xoşbəxtlik bilib sevinənlər də, heç nədən kədərlənənənlər də onunla birlikdə hərəkət edir. Gələcəyə ümid bəsləyən optimist, pozitiv ruhlu bir insan sevgi, işıq, sevinc gətirir, dünyaya gülümsəyir və dünya daha da yaxşılaşır ona təbəssüm edir. Dünyaya gülümsəyək.
Yeganə İskəndərova