Psixoloq Jurnalist
31 nömrəli orta məktəbi bitirdikdən sonra 1988 ci ildə BDU nun jurnalistika fakultəsini,1999 cu ildə isə APU nin psixologiya fakultəsini bitirib. Aztv də redaktor kimi fəaliyyət göstərib. İkinci ali təhsilini aldıqdan sonra 1999 cu ildən Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında psixoloq kimi çalışır. Bİr çox təlimlərdə və sertifikasiya proqramlarında iştirak etmişdir. "Bir addım inkişaf layihəsində, Məktəb psixoloqlarının I Ümumrespublika konfransında və Ümumtəhsil məktəblərində "Psixoloji böhran və ona yanaşma metodları" forumunda sertifikatla təltif olunub. Uşaqlarla yanaşı böyüklərə psixoloji yardım göstərir. Müxtəlif saytlarda psixoloji publisist yazıları dərc olunur.
Özünü tanı Test 4. Şəkildə o biri sahilə hədiyyə üçün keçməyə can atan insan təsvir olunmuşdur. Sizin fikrinizcə o sahildə qalacaq, ya digər tərəfə keçəcək? Bu təsvir üzərinizə düşən öhdəliyinizi təyin etməyə kömək edəcəkdir.İlk olaraq nə düşündünüz? Bir körpü və ya bir qayıq xəyal etdinizsə, o zaman bu hədəflərinizdən imtina etməyə və tərk edilməyə alışmadığınızı göstərir. Hər hansı bir çətinliyin aradan qaldırıla biləcəyinizə inanırsınız. Adamın keçməyə cəhd etdiyi körpü nə qədər etibarlı olsa, iradəniz və qətiyyətiniz də bir o qədər demək güclüdür. Əgər təsəvvür edirsinizsə, körpü dirəyi kifayət qədər etibarlı deyil, o zaman aydın olur ki, siz hadisələrə həssaslıqla, şübhəylə yanaşır, fikrinizi dəyişdirmək məcburiyyətində olursunuz. Sizdə şəkildəki insanın bu sahildə qalacağı fikri yaranırsa, əngəllərdən qorxursunuz, çox vaxt hədəf sizə əlçatmaz görünür, heç bunun üçün mübarizə aparmağa cəhd də etmirsiniz, əksinə həyatın surprizlərindən də imtina edirsiniz. Bu haqda düşünün. Bir insanın o sahilə gedən yolda çaya düşəcəyini düşünürsünüzsə, bu həyatdan çirkli bir hiylə gözlədiyinizə, uğurlu nəticəyə inanmadığınıza və buna görə vacib qərarların qəbul edilməsini sonadək təxirə salmağa çalışdığınıza işarədir. Yeganə İskəndərova
Özünü tanı - TEST 3 Depressiyaya meyllisənmi? Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir. Şəkilə heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval - ruhiyyədə olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız - demək deyil. Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız. Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf etmisiniz. Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib. Şəkilə əlavə etdiyiniz şəxs bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə edirsiniz. Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu sizi ruhdan salır. Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var. Əgər insanın digər tərəfə körpü ilə etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək müsbət bir insansınız. Yeganə İskəndərova
TEST 2 Şəkildə ağac təsvir olunub. Sizin fikrinizcə ağac belə sadə, adı gövdə və budaqlardan ibarət olmalıdı? Siz çəksəydiniz nələr əlavə etmək istərdiniz? Düşüncələrinizdə özünüzə qarşı səmimi olun və nəticəyə baxın. Ağac, həyat duyğularınızın əksidir. Ağacın kifayət qədər yarpağı olmadığını düşünürsünüzsə, bu, təbiətcə bir fərd olduğunuzu göstərir, kiminsə sizin həyatınıza müdaxilə etməsini sevmirsiniz. Hərəkətləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyə hazırsınız. ancaq başqalarının hərəkətlərinə cavabdehlik daşımağı istəməzsiniz. Düşünürsünüz ki, çox sayda yarpaq olmamalıdır və olanların hər biri aydın görünməlidi - bu, başqaları üçün məsuliyyət daşımağa hazır olduğunuzu göstərir, ancaq tamamilə zəruri hallarda. Bir ağacın üzərində çox sayda budağın olması fikri, bir komandada olmağı sevməməyinizdi, həyata baxışınız, arzularınız dəyişkəndi, yaxın adamlardan birinə üstünlük verirsiniz. Ağaca daha çox budaq və yarpaq əlavə etdinizsə, çox ünsiyyətcil bir insansınız və ilk növbədə digər insanların maraqlarını, sonra özünüz haqqında düşünürsünüz. Şəkildə kifayət qədər çəmənlik, ağac kökləri, torpaq olduğu görünürsə - bu sizi etibarlı, güclü və özünə güvənən bir insan kimi xarakterizə edir. Ağaca oyuq, quş otağı, quş bəsləyicisi, bir yelləncək və ya digər xarici elementlər əlavə etmək istəyirsinizsə - bu anda heç də yaxşı vəziyyətdə deyilsiniz, özünüzü artıq hiss edirsiniz, həyat sizə sevinc bəxş etmir. Bir ağacın yanına bir heyvan da əlavə etmək ağlınızdan keçirsə, "canlanmağa dəyər" olduğunu düşünürsünüz, özünəməxsus, bənzərsiz bütün dünyaya nə isə sübut etmək istəyi ilə özünü hiss edən güclü olmaq eşqilə olan birisiniz. Həyat sizi qorxutmur. İnadkarlığınız arzuları gerçəkləşdirir. Yeganə İskəndərova
10 sentyabr - Ümumdünya İntiharın qarşısının alınması günü kimi neçə illərdi qeyd olunur. İntihar hər il minlərlə gəncin həyatını təhdid etdiyindən, bütün yeniyetmələr “intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar. Vaxtaşırı intiharla əlaqədar internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu hallar insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemi həll etməyə çalışırlar. İntihar edən və ya intihara cəhd edən uşaq - bir-birini istisna edən bu iki anlayış zamanın "əlamətlərindən" biridi. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri, kiçik hadisələ kəskin reaksiyaları onların nəzərlərində dözülməz olur. Çıxış yolunu hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən intihar etməklə valideynlərinə acı yaşadaraq diqqəti özlərinə cəlb etməkdə görürlər. İntihar yolu ilə uşaq, bir yetkin kimi, vəziyyəti dəyişdirməyə çalışdığına inanır. Əsas fikri özlərinı yönəltməklə hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, təkbaşına israr etmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc ümumiyyətlə çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib özünə dərd edirsə, həssaslığa tam meyllidirsə, özünü tez- tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa intihar ilk meyllikərdəndi. Həm də unutmaq olmaz ki, uşaq özünü bədbəxt hiss etdikdə intihara qərar verir. Gəncin fikrincə onun həyatının heç kimə maraqlı olmayan qiyməti, incidənlərindən intiqam almaq üçün bir dərs olar. Onların təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa bir dünyaya girmək üçün bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Zəruri olan əsas əlamətlərini vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq və ya hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünməyə dalmaq, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara cəhd etməkdə marağı olanların iıkin əlamətləridi. Bir yeniyetmədə problemlər, sevilən biri ilə ayrılması və ya xəyanəti səbəbindən yarana bilər. Bu dövrdə yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna və son dərəcə ciddiyə aldığına əmin olurlar. Ailədəki çətin bir psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ananın aralarındakı qalmaqalları, boşanmaları, təhsilindəki həddindən artıq yük və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası internet asılılığı problemləri və bir çox başqa səbəblər uşağı intihara cəhd etməyə sürükləyə bilər. Uşağı danlamayın, ona bağırmayın, laqeydlik maskası arxasında gizlənməyin, sadəcə sizi qorxutmağa qərar verdiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Əvvəlcə uşaqla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbin bir münasibət, inam aşılamaq, məqsədlərinə çatdığını göstərmək lazımdır. Uşağı "hər zaman narazı" və "kövrəklikdə" günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki gənclə müqayisə edə və sabahkı gəncin müsbət bir görüntüsünə köklənə bilərsiniz. Mütəxəssislərdən kömək istəməyinizə əmin olun. Unutmayın ki, hələ bir intihar cəhdi ola bilər. Statistikaya görə, intiharların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. İntihar etməyə qərar verən gənci diqqətlə dinləyən, uşağın emosional böhranının ciddiliyini, niyyətlərini və hisslərini, dərinliyini qiymətləndirən, ən kiçik şikayətlərə belə diqqətli olan, uşağın mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın, intihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək risqi demək olar ki, azdır. Çox vaxt gənclər İnternetdə intihar etmək barədə məlumat tapa bilərlər. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına diqqət etmək gərəkdir. Unutmaq olmaz ki, yeniyetmələr ətraflarında gördükləri davranış modellərini internet və televiziyadan onlara təklif etdikləri şəkildə kopyalayırlar. Dünyada hər 40 saniyədə bir kimsə intihara cəhd edir və hər il təxminən 800 min insan intihar nəticəsində ölür. Həyat o qədər tez keçir ki, çox vaxt ağlımız dünyanı görmə tərzimizi dəyişənə qədər ömrümüz onsuz da bitir. Sonu olmayan, nə vaxtsa bitəcək ömrün dirənəcəyi nöqtəyə qədər olan qavrayışımızın da artıq təsirli olmur. Ruh cökür, fəaliyyət mexanizmləri itir. Bütün bunlar o qədər tez olur ki, özümüzə sual vermək üçün vaxtımız da olmur. Bunu biz duymuruq, arxada qalan əzizlərimiz bilir. Nə çəkirlər onları da təsəvvür etmək belə qorxunc olur. Gəlin sevdiklərimizi qoruyaq. Onların qayğısına hələ kiçik yaşlarından qalaq. Təkcə maddi nemətlərlə yox, mənəviyyatlarının da qayğısına da qalaq, daxili dünyalarına nəzər yetirək, maraq dairələrini öyrənək, onlardan mərhəmətimizi, sevgimizi əskiltməyək. Həyata onların nəzərləri ilə baxaq. O zamab öz dünyamızı da aydınlatmış olarıq. Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər kifayətdir - o da SİZ olun. Yeganə İskəndərova
Psixikan qaydasındadırmı? Sizə 10 test təqdim olunacaq. Test 1 Həyat həyəcan və streslə doludur və çox vaxt biz rahatlığımızı, dincliyimizin balansını saxlamağı arzulayırıq. Bərabərliyi qorumaq və duyğularımızı idarə etmək həmişə çətin olub. Sadə bir ekspress test Sizə özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edəcək. Bu test vasitəsilə psixikanızın qaydasında olub olmadığını öyrənə bilərsiniz. Şəkildəki fiquru diqqətlə nəzərdən keçirin. Hərəkət görürsüz? Fiqur hansı istiqamətə doğru hərəkət edir? Sağ, sol, yuxarı, aşağı istiqamətlənir və ya hərəkət etmir? Buyurun, şəklə nəzər yetirin. Sizə fiqur hərəkətsiz görünsə, deməli bu, həyatınızda yaranan durğunluq əlamətidir. İnkişaf etməyə səy göstərmirsiniz, bütün bacarığınız özünüzdə "qorunub saxlanılır" və həyata tamamilə laqeydsiniz. Sizə fiqurun sola tərəf hərəkət etdiyi, işığın qaranlığa yaxınlaşdığı görünsə, o zaman həyatınız planlar və ümidlərlə doludur, həyat enerjiniz sürətlidir və öz gücünüzə inanırsınız. Hərəkət sağa tərəf yönlənirsə, qaranlığın işığa yaxınlaşması kimi görünürsə, bu o deməkdir ki, indi həyatınızda ən yaxşı dövr deyil, şübhələrdən əziyyət çəkirsiniz, narahatlıq hissi keçirirsiniz və nədənsəqorxursunuz. Hərəkətin yuxarıya doğru istiqaməti, sizin həyatınızda nəyisə düzəltmək istəyinizi göstərir. Aşağı istiqamətdə hərəkət müşahidə edirsinizsə, onda döyüşmək üçün tam istəksiz və laqeydsiniz. Və bu xəbərdarlıq əlamətidir. Titrəyişli, yəni hər tərəfə yellənən hərəkət görünürsə, bu ahəngdar və inkişaf etmiş bir təbiətə işarədir. Cəsarət və nikbinliklə dolu olduğundan düşünməyi üstün tutursan. Yeganə İskəndərova
Şəxsiyyət testi. Stullardan birini seç. 1. Hər hansı bir atmosferi necə optimallaşdırmağı bilən bir insansan. Dəstək verməyə, xəbərdar etməyə, inandırmağa qadirsən. Sən insanın ruh aləmini anlayan bir şəfasan - psixoloqsan. Stul 2 Məsuliyyəti anlamağa, rəhbərlik etməyə qadir olan birisən. Bəzən sərt olur, bəzən də güzəştə gedirsən. Sonunda zəruri olan qərarı verirsən. Qətiyyət göstərə və ətrafdakılara qayğı ilə yanaşırsan. Sən rəhbərlik üçün yaranmısan. Stul 3 Necə edəcəyinizi bilirsiniz: hər bir insanın istedadını anlayan və dəyər verənsiniz. Əsas hadisələrə baxır, detallara diqqət yetirirsiniz, nəzərinizdən heç nə yayınmır. Hər bir işə böyük məhəbbətlə, əzmlə yanaşırsan. Sən tərəddüd etsən də əla təşkilatçısan. Stul 4 Gözəlliyi necə görməyi bilən bir yaradıcı insansan. Hər hansı bir iş və əlaqəni optimallaşdırmağın yollarını bilirsiniz. Sağlam düşüncəniz var. Səndən yaxşı ixtiraçı, dizayner ola bilər. Stul 5 Ənənələrə hörmət etməyi bilirsiniz. Keçmişlə maraqlanırsınız. Təcrübəyə hörmət edir və müdrikliyi dəyərləndirirsiniz. Zamanların bağlantısını anlamağı bacarırsan. Sən tarixçi, salnaməçisən. Stul 6 Asanlıqla uyğunlaşırsınız, tez öyrəşirsiniz. Çevik bir ağıl və mehriban təbiətə sahibsiniz. Sən şərtlərin tələb olunduğunu edə bilən israrlı bir insansan. Potensialınız yüksəkdir. Yeganə İskəndərova
Mütəmadi olaraq düşünən insan beyni qeyri-adi və stresli vəziyyətlərə daha asan uyğunlaşır, beyin toxumasının sıxllığı narahatlığa, gərginliyə səbəb olur. Meditasiya stress və narahatlığı aradan qaldırılır, yaradıcılığı aktivləşdirir, yeni fikirlər üçün saatlarla mübarizə aparanlara, problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etməyə, yeni məlumatların qavranılmasına yardımçı olur. Müxtəlif psixofizioloji təcrübəyə, konsentrasiyaya, iradə gücünə də əsaslan meditasiya zehni daha aydınlaşdırmağa, insanın özünüzü başa düşməyə və fikrini idarə etməyə imkan verir. Son aylar həyatımızda kökündən dəyişən ağlasığmaz dəyişikliklərə rəğmən nə qədər müvazinətimizi saxlamağa çalışsaq da bir çoxumuzda bu hal arzuolunmaz daxili gərginliyə, stressə səbəb olur. Aktiv həyat tərzindən monotonluqla mübarizədə hər kəs güclü ola bilmir. Vücudlarımız birdən-birə tənbəlləşir, şüurumuz mühitin, bolluca informasiyanın qəbulundan usanır və ya təhdidinə mübarizə reaksiyası ilə etiraz edir. Yuxu pozğunluğuna, depresiya və narahat görünüşə, qan təzyiqinin artmasına, sürətli yorğunluğa və düşüncələrin qarışıqlığına səbəb olan adrenalinin səviyyəsinin enməsinə də səbəb olur. Meditasiya geri addım atmaq, stresin yaranmasını tanımaq və ona necə cavab verəcəyinizi seçmək imkanı verir. Məsələn, adi bir istirahət təcrübəsi ola bilər ki, bu da stres vəziyyətində də ağıllı davranmağa imkan verir. Meditasiya növünü seçmənin başlanğıcı özünüzü nə qədər rahat hiss etməyinizdi. Onun köməyilə bütün bədən xəstəliklərinə müalicə etməklə güclü və möhkəm olmasına təkan verən daxili "mən" inizi də dəyişə bilərsiniz. Beləliklə... Kürəyinizi düz bir vəziyyətdə saxlamaqla əyləşin. Gözləriniz açıq və ya qapalı da ola bilər. Meditasiya etmək üçün evdə olmağınızın fərqi yoxdu, bunu hətta tıxacda durmağa məhkum olduğunuz maşınınızda da edə bilərsiniz. Beləliklə sakit bir guşədə əyləşib vicudun rahat görkəmində bir neçə dəqiqə heç nə haqqında düşünmədən, istirahət etməyə tam hazır görkəm almısınızsa yalnız ağızdan və ya burnundan nəfəs almaqla başlayın. Şüurunuzu nəfəsinizə ötürün, havanın ağciyərlərə və xaricə çəkildiyini hiss edin, rahatlaşın, fikrinizi yenidən nəfəs almağa yönəldin. Bunu 5-10 nəzən də 15 dəqiqə davam edin. Məşqinizi sakit vəziyyətdə istirahətlə tamamlayın. Düşüncələrinizdə qarmaqarışıqlıq, bir parakəndlilik varsa , nəfəs almaqda cəmləşə bilmirsinizsə, fikir axını sizi başqa cəmtə, ən çox da narahatlığınıza, həyatınızda davamlı olaraq yaranan problemlərə yönəldirsə o zaman meditasiyanızı daha maraqlı düşüncələrə yönəldin. Nəfəs alıb verməni davam etdirməklə təsəvvürünüzdə yaşadığınız iqlimi - qışdırsa yay aylarını və ya əksinə düşünərək sakitləşdirici, sizə xatirələrinizlə bir əsası , yəni çox da tanış olmayan musiqi sədaları altında təsəvvür edin. Musiqinin sakitləşdirici təsiri sürətli, bəzən hətta xaotik dünyamızda çox əhəmiyyətlidi. Onun köməyi ilə aydınlığa, daxili tarazlığa və sakitliyə nail ola bilərsiniz. Və bu iki dünya - musiqi və düşüncə bir araya gələndə, bütün həyatımız yaxşılığa doğru dəyişə bilər. "Düşüncə üçün musiqi" ifadəsi nə demək istədiyimi aydınlaşdırır. Sakitləşdirici musiqini dinləmək həm düşünməyə, həm də ümumilikdə həyatımıza müsbət təsir göstərir. Ritm və melodiyanın bu birləşməsi inanılmaz potensiala malikdir - insanların ağlına təsir edə bilər. Kəskin elementlər olmadan yavaş böyük bir melodiya dinlədikdə, sanki özümüz kimi rahatlaşırıq və sakitləşirik. Yaşdan asılı olmayaraq insan beyninə təsir edən bir melodiya dinlədikdə, rahatlaşır və sakitləşirik. Meditasiya üçün musiqi eyni sakitləşdirici üslubda yaradılmışdır, lakin bu, nəinki düşünməyə kömək edir, həm də insan həyatının sanki bütün sahələrinə müsbət təsir göstərir. Meditasiya düşüncələrinizi təmizləmək və yaşamağın yeni, müsbət yollarını tapmaq üçün bir yoldur. Mütəmadi olaraq meditasiya etsəniz və səbr etsəniz, mütləq meditasiyanın dəyişdirici gücünü yaşayacaqsınız və həyata yeni bir baxımdan baxa biləcəksiniz. Yaxşı olar ki, bu meditasiyanı psixoloq köməyi ilə də edəsiniz. Bir cismin hərəkətilə, yad səslə diqqətiniz yayınırsa əhəmiyyət verməyin, yenidən düşüncənizi həmin fikrə yönəldin. Yaradıcılığınızı aktivləşdirin , fikirlərinizi daha sonra "sevgi dolu mehribanlıq düşüncəsi", empatiya və digər insanların duyğularının emalı ilə əlaqəli sahələrə yönəldin. İnsanların həyatını meditasiya ilə dəyişməyin mütləq müsbət təsiri olacaqdı Meditasiya, zehni daha aydınlaşdırmağa, özünüzü başa düşməyə və fikrinizi idarə etməyə imkan verən müxtəlif psixofizioloji təcrübə olub, konsentrasiyaya iradə gücünə əsaslanır. Meditasiyanın köməyi ilə Sizin problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etdirməyə, yeni məlumatların qavranılması və həyata keçirməyinizə əminəm. Yeganə İskəndərova
Qapı Kokoloji test 1. Təsəvvür edin ki, şəhəri gəzirsiniz. Hava gözəldir və sən buludların içindəsən. Bir anda əvvəllər heç vaxt olmadığınız bir küçəyə dönürsən. Birbaşa yolda deyil, bir az məsafədə yerləşən gözəl fərdi bir evin yanından heyranlıqla keçərkən, evin qapısının azca açıq olduğunu görürsən. Sual yaranır: "Niyə? " 1.Evdə oğrular fəaliyyət göstərir. 2. Sahiblərdən biri qapını bağlamağı unudub. 3. Evin sahibəsi koridoru süpürür. Nəticə Əgər seçiminiz... 1.Evdə oğrular fəaliyyət göstərir. Qapılar iki məna daşıyır: keçid kimi keçilə bilən və maneə kimi xidmət göstərən. Xüsusilə ön qapı evin ilk müdafiə xəttidir. Sakinlərini hər cür sürprizlərlə dolu xarici dünyadan ayırır. Nə olursa olsun, bütün bunların yaxşı olduğunu yaxşı bilirsiniz. Xarakterinizin bu əlaməti, həqiqətən, pis bir dönüş aldıqda özünü daha aydın göstərir. Heç vaxt kritik bir vəziyyətdə əsəbləşmirsiniz, ancaq çaxnaşma sizi başdan ayağa iflic edəndə gərginliyinizi kəskin biruzə verirsiniz. Növbəti dəfə özünüzü kritik bir vəziyyətdə tapdığınız zaman başınızı itirməməyə çalışın. Bir neçə dəfə dərindən nəfəs alın və ona qədər sayın. Bundan sonra asanlıqla huşunuzu itirə də bilirsiniz. Seçiminiz. 2.Sahiblərdən biri qapını bağlamağı unudub. Şüursuz bir səviyyədə, açılmamış ön qapını özünüzə izah etdiyiniz səbəb sizin açıqlığınız və başqalarının zəif cəhətlərinizi görməyinizə imkan verdiyi anlamındadı. Bütün bunlara baxmayaraq fövqəladə vəziyyətlərdə ruhunu itirənlərdən deyilsiniz. Əksinə, o qədər rahatsınız ki, ətrafınızda dolaşan qasırğanı belə hiss edə bilməzsiniz. Səhvləriniz diqqətsizliyinizdən deyil, ətrafınızdakılara olan inam və etibarınızdan irəli gəlir. Şübhələriniz əsaslanırsa, nəticə əlverişli olur. Seçiminız 3. Evin sahiblərindən kimsə koridoru süpürür .. Adətən kilidlənmiş qapının birtəhər açıq olduğunu təsəvvür etmək həssaslıq və etibarsızlığa işarədir. Tamamilə təmiz görünüşünüzə baxmayaraq, daxilinizdə həmişə bir narahatlığınız toplanıb. Rahat bir sayıqlıq vəziyyətində qalmağınız, şübhəsiz ki, yetkin bir fərd olmağınıza imkan verərdi. Əlbəttə ki, hər hansı bir insan kimi, zəif tərəfləriniz var. Yalnız onlara xəyanət etmirsiniz. Yeganə İskəndərova
Test İlk olaraq nə gördün? Psixoloji testdə sizə təqdim olunan şəkil vasitəsilə həyatda nəyi dəyişdirməli olduğunuzu tapın. İlkin olaraq dodaqlar nəzərinizi cəlb etmişsə... Həyatınızda sabitlik və əmin-amanlıq yoxdur. Sabaha inamınız tükənmək üzrədir. Belə bir vəziyyətdə tam xoşbəxtlik və harmoniya əldə etmək mümkün deyil. Həyatınız dəyişiklik tələb edir, ancaq bu sizi qorxudur. Ola bilsin ki, gələcəkdən qorxmaqdan vaz keçərək qaçılmaz bir addım atasınız. Risk etməkdən çəkinən olmağınız monoton həyatınızı dəyişməyə qorxmağınıza işarədir. İndi olduğunuz yerdə qalmaqla zaman keçdikcə daha yaxşı nəticəyə dair bütün ümidinizi itirə bilərsiniz. Kiçik və sadə hərəkətlərdən başlayın: bir yenilik edin, özünüzə yeni geyimlər alın, tərzinizi yeniləyin, saç düzümünüzü dəyişdirin, kurslara yazılın, tədbirlərə qatılın, özünüzə xoş günlər bəxş edin. Tədricən, dəyişikliklərə uyğunlaşacaq və artıq həyat nəzərinizdə qorxunc, kədərli, ümidsiz olmayacaqdı. Çimərlikdə cütlük gördünüzsə... Həyatınızda canlı ünsiyyət, səmimi istilik çatışmazlığı var. Bəlkə də nəticəsiz həyat yoldaşı axtarmaqdan tənhalaşmısan. Və ya ailədə heç nə yaxşı getmir, sizinlə həyat yoldaşınız arasında qara bir pişik keçib. Şübhələriniz sizin sakit həyatınızı pozur, ağırlaşdırır. Bir sözlə, qəlbdəki soyuqluq, ən çox sirrinin müzakirə edilə biləcəyi bir insanın olmaması səni gərginləşdirir. Təcili olaraq bu vəziyyətdən çıxmağın vaxtı gəldi. Lazım olan dəyişiklikləri həyatınıza özünüz cəlb edin, sizi dinləyən müsbət və maraqlı insanlarla ünsiyyət qurun. Problemlərinizi özünüzə yük etməyin, diqqəti cəlb etməyə çalışın, daha çox çalışqan olun, özünüzə dəyər verin, gördüyünüz hər hansı bir işi sevərək, məsuliyyətlə yerinə yetirin . Həyatınızın yaxşılığa doğru dəyişəcəyini görəcəksiniz. Əgər nəzərinizi cəlb edən dənizdirsə ... Test, daha yaxşı bir gələcəyə inamınızın olmadığını göstərir. Ümidlə, ehtiyatla gözləyir, tez-tez fikirlərinizi keçmişlə bağlayırsınız. Sonu olmayan taktikanızı dəyişin; keçmiş keçmişdi və heç bir məqamda sizə kömək etməyəcək. Gələcək isə həqiqətən də əlinizdədi və bu yalnız səlahiyyətli hərəkətlərinizdən asılıdır. Gələcəkdən qorxmamalı, bunun üçün səy göstərməlisiniz. Xəyallarınızın gerçəkləşməsi məqamı artıq gəldiyini anlayıb səy göstərməlısınız. Testin nəticəsi, hər şeyi sonraya saxlamağa meylliliyinizi və eyni süründürücü olduğunuzu göstərir. Vaxtınızı düzgün bölüşdürməyi, uzunmüddətli hədəflər qurmağın vaxtıdı. Beləliklə, özünüz müsbət dəyişikliklərin həyatınıza necə cəlb olunduğunu da hiss edəcəksiniz. Bunu taleyin sizə lütfü olduğunu düşünün. Yeganə İskəndərova
Karantin rejimi bitdikdən sonra, yaşından asılı olmayaraq hər bir şəxs həyatında cəmiyyətə,işə, dərsə uyğunlaşma problemi yaşayacaqdır. İnsanlar bir -iki aydan çox evdən çıxmaq, erkən oyanmaq, işə, universitetə, məktəbə getmək vərdişlərininə daha rahat şərtlərə adàptasliya olmağa çalışacaqlar.Bu müddətdə onlayn işləyənlər işə uyğunlaşmaqda ciddi problemlərlə qarşılaşmayacaqlar. Karantin dövründə işləməyən insanlar üçün çətin olacaq. İşə uyğunlaşmanı asanlaşdıran müəyyən cəhətlər var. Əsas odur ki, işinizi sevin. Rejimin dəyişməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşcaqar. İşlərini sevməyənlər üçün adaptasiya prosesi çox vaxt tələb edəcək. İşləməyə meyli olmayanlar evdə uzun müddət qaldılar deyə bütün bunlar məsələləri çətinləşdirir.Sakit bir ümidsizliyə qapılan insanlar narahatlıq, kədər və imkansızlıq hissi ilə üzləşir, həyatlarını monotonluğa sövq edir, bu vəziyyətlərini bəyənməsələr də dəyişilməyə meyl etmir, haradan, nədən başlayacaqlarını bilmirlər.hər hansı bir hərəkət, hər hansı bir hiss kimi hərəkətsizlikdən daha yaxşıdır. Çətinliklərdən keçərək həyata nikbin baxan insanlar isə ona daha çox müsbət emosiyalar - sevinc, məmnunluq, qürur, həvəsini özlərinə cəlb edirlır. Bu sevincdən bir pay götürərək müsbət təcrübəni daha yaxşı dərk etmək və onu inkişaf etdirməyi öyrənmək üçün yaymağı üstün tutar, aydın məqsədlərin sadə qurulması nəinki özünü dərk etməyi, həm də işlərin həqiqi vəziyyətini düzələ biləcəyinə inanarlar. İnamın özünü sevməyin, özünü sevməməkdən daha yaxşı olduğunu bilən insan artıq uğurlarının başlanğıcında olduğunu dərk edir. Özünü, işini sevənlər, özlərinə dəyər verənlər daha sağlam, daha əyləncəli, xoşbəxt, daha uğurlu və başqalarını necə sevməyi bilən insanlardılar. Ümumiyyətlə, hələ bu bacarıq yoxdursa, onu ən qısa müddətdə əldə etmək sizin xeyrinizə olacaqdı. İnsanın mənəvi və psixoloji münasibətləri sistemində digər insanlara sevginin həyata keçirməyin ən yüksək yolu mehribanlıq, dözümlülükdür. Hər bir insanın öz dəyərlər sistemi var, bəzilərində bu daha əhəmiyyətlidi, digərlərində isə daha az təsir bağışlayır. Məhəbbətin xeyirxahlığın, dözümlülüyün və ən əsası empatiyanın yüksək səviyyədə təzahürü olduğuna inanan insanlar həmişə olub. Həyat bütün çətinliklərinə baxmayaraq gözəldir. İstəsək bu gözəllikdə pozitivlik tapmaq olar. Əgər istəsək. Gözəl dedikdə də aramızda yarı şüurlu bir narazılıq yaradan, ətrafdakı həyatı ilə ruhdan düşən, kədərdən həyəcan keçirən, ancaq şəfa axtarmağın yolunu bilməyənlər, amma tapmaq istəyənlər var. Onlara da demək istərdim dünya hərəkət edir, hər xırda sevinci xoşbəxtlik bilib sevinənlər də, heç nədən kədərlənənənlər də onunla birlikdə hərəkət edir. Gələcəyə ümid bəsləyən optimist, pozitiv ruhlu bir insan sevgi, işıq, sevinc gətirir, dünyaya gülümsəyir və dünya daha da yaxşılaşır ona təbəssüm edir. Dünyaya gülümsəyək. Yeganə İskəndərova
Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq. İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun. Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi. İskəndərova Yeganə
Hər bir ailə özlüyündə vahid qurumdur. Belə bir sual yaransa ailə nədir, o zaman hamı cəmiyyət haqqında düşünəcək, onun tərkib hissəsi, güzgüsü olduğunu deyəcək. Ailə, insanın yaşadığı, işlədiyi və plan qurduğu ən dəyərli hadisədi. Bunu başa düşmək, evliliyi sürdürmək, uşaqları düzgün böyütmək, tərbiyə etmək, sevdiklərinə sevinc və qayğı göstərmək deməkdir. Ev qurmaq bütöv bir elmdir. İnsanlar buna birlikdə yaşayaraq, öyrənərək tədricən nail olurlar. Bütün bu və digər vəzifələrin mövcud olmaq hüququ var. Ancaq ümumilikdə ailə vahid bir sistemdir. Ailə psixologiyası baxımından bu sistem tək deyil, bir çox problem, bir çox funksiyanın həllini özündə cəmləşdirir. Ailə psixologiyasında belə vəzifələrin siyahısı var. Bu siyahının birincisi, reproduktiv, sonra iqtisadi, məişət, ünsiyyət, təhsil, psixoloji və yaradıcılıqdı. Funksiyalardan birinin itirilməsi sistemdə balansın pozulmasına səbəb olur. Reproduktiv funksiya ailənin davamı, uşaqların doğulmasıdır. İqtisadi funksiya ailənin maddi ehtiyaclarının ödənilməsi - sığınacaq, yemək, geyim və s. İlə izah olunur. Məişət - bu ailədəki vəzifələrin bölüşdürülməsidir. Bu məsələdə nizam-intizam yoxdursa, ailə üçün bir çox problem yaranır, Tərbiyə, təhsil funksiyasının məsuliyyəti daha böyükdür.Ünsiyyət funksiyasının mahiyyəti isə insanların bir-biri ilə psixo-emosional əlaqə tapmağına bağlıdır. Bir-birlərini başa düşməkləri, ortaq maraqları, dünyaya baxışları, ünsiyyət zamanı dil tapmaları, hansı tonda, hansı temperamentlə, ünsiyyət mədəniyyətinə sahib olmaları, necə məlumat mübadiləsi aparırmalarından çox asılıdı. Psixoloji funksiya isə bir-birinə qayğı göstərmək, qorumaq, kömək etmək anlamında olsa da onları da fərqləndirən müəyyən nüanslar var. Daha sonra vacib bir yaradıcı, istirahət funksiyasıdır. Ailə üzvlərinin hər biri birgə istirahət tədbirlərinin təşkili üçün təşəbbüs göstərməli və bir- birinlə nəzakətlə davranmalıdılar. Bir çox ailədə bu əngəllərdən biridir. Bunun əvəzinə digər ailə üzvlərinin də iştirak edə biləcəyi bir istirahət növü ilə razılığa gəlmək vacibdir. Bu funksiyanın yaradıcı rolu, ailədəki enerji qaynaqlarını doldurması və ailəni möhkəmləndirmək üçün boş vaxtdan səmərəli istifadə etməsidi. Əgər ailə sistemi normal işləmirsə, ya simptomatik bir ailə üzvünün mövcudluğu fövqəladə hallara zəmin yaradır və uğursuzluqlar başlayır. Diqqət bir-birinə ilə sevgi deyil, bəzi situativ problemlərin həllinə yönəlir. Və ən əsası ailə həyatının vahid, həqiqi məqsədi birgə yaşayış dövründə məhəbbət, anlayış, diqqət, qayğı üzərində qurulub həyata keçirilərsə, bu bir ailə möhkəm, güclü ailə sistemidi. Həyat bizə hər cür sevinc, zövq verir. Ancaq həyatda ən vacib şey düzgün prioritet verməkdir. Onları səhv qavrasaq, düzgün yanaşmasaq, həqiqəti birtərəfli qəbul etməsək və nəhayət ailə prizmasından yanaşaraq anlayış göstərməsək onda özümüzə çox böyük zərər vurmuş olarıq. Uyğun ailə sistemi üçün məqsəd hissləri sona qədər aparmaq bacarığı olan həqiqı sevgi, dərin hörmət, anlayış, etibar, inamdı. Öz təsrübəmizə istinadən yeni qurulacaq ailələrə də bunu aşılayaq, cəmiyyət üçün vahid ailə sistemi yaradaraq. Yeganə İskəndərova
İnsanlar arası münasibətləri məqsədlər tənzimləyir. Bütün məqsədlərin də məğzində daha yüksək məqsədlər dayanır. Əslində, bütün insanların bir-birilə dərin duyğu bağı var. Fərqinə varmısınızmı, qohumlarla genetik əlaqəmiz olsa da rəfiqələr, dostlar, tanışlar və hətta tanış olmayanlar arasında ruh əkizimiz olur. İki hissəyə bölünən eyni enerji ayrı-ayrı fiziki bədənlərdə yerləşərək ruh əkizləri yaradır. Əkiz ruhlar çarəsizliyi, səbri, dəyəri və şərtsiz sevməyi bir-birindən öyrənərlər. Onları tapmaq heç da asan deyil. İki enerjiyə bölünərək bir-birindən çox fərqli həyatlar yaşaya bilən əkiz ruhlar daim olacaq. Həyat davam edir, reallıq amansızdı. Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr minlərlədı. Yaşanan travmalardan, zaman keçdikcə reallıqla barışan və ya usanan, bir-birinə qarşı amansız olan cütlüklərin mübarizəsindən ruhən, mənən, bəzən də fiziki olaraq əziyyət çəkən övladlardı. Səbəblər müxtəlifdi. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər zaman keçdikcə sevgi və hörmətin yox olmasına gətirib çıxarır. Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir. Yalan söyləmək də münasibətlərin kökünü sarsıdır. Artıq kişi və qadın bir-birinə etibarsız yanaşır. Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da yalan danışmağın geriyə dönüşü olduqca çətindir. Şəxsiyyət formalaşmadan gənc yaşda qurulan evliliklər də illər keçdikcə peşmançılıq yarada bilir. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün əsas səbəblərdəndir. Liderlik həvəsində olan, ailədə bir sözünün iki edilməsinə dözə bilməyən, öz uğursuzluqlarını qadına şiddətdən çıxarmağa alışanlar, adətən, əsəbi olurlar və ailə - uşaqla düşməncə davranırlar. Əgər evdə bir şey mükəmməl deyilsə, bu adam əsəbləşər, neqativ təpkilər göstərər, ən cüzi dəyişiklik canını sıxar, çox rasional olar, evdə nəyinsə dəyişməsini, ailədə yeniliyi istəməzlər. Vərdişlərinin köləsi olarlar. Üstünlüyün onlarda olmasını istərlər, dava salar, lakin heç vaxt tabe olmazlar. Alçaldıb sonra ürək almaq isə zəif kişilərin əsas əlamətidir. Zəif qadın, kişi diqqətsizliyini onun daima zamanının olmaması kimi anlaya bilər. Ruhi problemlər, içkiyə düşkünlük də şiddət doğuran səbəbdi. Bəzən də mazoxistlər kimi həyatlarında mübarizə, maneə olmasa məyus olan, özünü incitməyi sevən qadın növü var ki, onlar sakit yaşaya bilmir, həmişə özlərinə çətinlik yaradır. Ətrafdakıları bunda ittiham edirlər. Əzabkeş obrazı yaradırlar. Belə qadınlarla çox çətin olur. Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun. Fərqli sosial mühitlərdə böyüyən iki insan çox vaxt evliliyini uzun müddət davam etdirə bilmir. Qadının getdikcə güclənməsi və hüquqlarını dərk edərək düşdüyü bataqlıqdan (məhəbbəti tükənməyibsə) çıxması mümkündü. O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz. O, intellektini yüksəltməyə çalışar, çox mütaliə edər, işləyər, özünə dəyər verər və dəyərli olmağı qiymətləndirə bilər.Yaşadığımız cəmiyyətdə çətinliyə düşüb nəticə çıxarmış güclənmiş qadınların sayı artdıqca müasirliyin siması da dəyişir. Yeganə İskəndərova
Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı... 1.Təsəvvürünüzdə ağacları, heyvanları və insanları meşədə canlandırın. (üzr istəyirəm, yaxınlıqda yaşayış var) İndi isə bütün bu pulsuz fantaziyaların nə demək olduğunu sizə izah edəcəyəm. 2.Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın. Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı? 3.Meşədə özünü necə hiss edirsən? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Yeri gəlmişkən siz meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz? Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilirib baxanda açar olduğunu görürsünüz. O nəyin açarıdı? Siz onunla nə edəcəksiniz? Açar yerdən qaldıracaqsınız , ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz? .Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsvir edin. O nə edir. Gördüyünüz an nə hisslər keçirdiniz. O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz? 4.Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız? 5.Daha irəli gedib bir hasarın qarşısında dincəlırsiniz. Şənin fikrincə divar hündürdü, nazikdi ya hansı materialdandı? 6.Hasarın o biri tərəfində olmalısan. Bunu öhdəsindən necə gələ bilərsən? Keçməyiniz asandır? 7.Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. O böyükdür ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlandırır? Orada oturan heyvana baxmaq istərdiniz? 8.Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətizi özünə cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Sizin reaksiya necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitməyə davam edərsə, nə edərsiniz? 9.Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?10.Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi? 11. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, qapılarda bunu bildirən bir işarə var.Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb? 12. Qapıdakı lövhənin üzərində nə yazılıb? Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqəlilik hökm sürür, ya əksinə təsir bağışladı, qarmaqarışırlıqdı? Bu evdə necə otaq var? Sayını deyin və bir- bir təsvir edin. 13. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya o dəqiqə çıxarardınız? 14. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır yoxsa hər tərəf parakəndədi. Siz orada nə qədər zaman keçirdiniz? 15. Siz evi tərk edirsiniz.Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi? 16. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan. 17. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsən?Sizdə hansı hissləri oyadır? 18. Siz gəmi görürsünüz. O necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz? Oyunun formasına baxmayaraq bu həqiqətən psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdirAssosiativ təfəkkürə əsaslanır, yəni testlərdə "düzgün" cavabları "uyğunlaşdırmaq" istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır.Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unytmayın Beləlikllə indi nəticələrə baxaq Meşə sizin uşaqlığınızı və uşaqlıq haqqındakı fikirlərinizi simvolik olaraq əks etdirir. Meşədə nə qədər xoşbəxt olsanız, uşaqlığınız haqqındakı təəssüratlarıniz bir o qədər müsbət olar. Xəyalınızın canlandırdığı şəkil nə qədər qorxunc olarsa .məsələn tutqun sıx ağaclar, qalın vahiməli meşə təsəvvürünüzə gətirmisinizsə, deməli uşaqlığınızın çətin keçməsi aydın olur və bəlkə də əvvəlki fikirlərinizdə yetkinlərin həyatını təsvir edirsiniz. Əgər sizə meşənin həddən artıq izdiham olduğu görünsə, çox güman ki, yaxınlarınızın əhatəsindən, metronun izdihamından, ofisdən, evdən bezmisiniz. Açar isə həyatın sizə gətirdiyi nə yenilik varsa ona münasibətinizi əks etdirir. Sizin açarı qaldırdığınız və ya atdığınız, tapdığınızda sevindiyiniz və ya əksinə təsir bağışlamağınız dəyişiklikləri qəbul etməyə hazır olub olmamağınızı göstərir. Ayı, potensial təhlükəyə reaksiyanizi simvollaşdırır. Əgər siz gizlənərək qorxudan donmuş vəziyyətdəsinizsə həyatda çox passivsiniz, ayıya tərəf atılırsınızsa çox aktiv mövqedəsiniz. Tanış olmayan bulaqdan su içirkən zövq almağınız sevgiyə doğru getmək istəyinizi göstərir. Həqiqi, əsl və saf sevginin həyatınızda olmasına hazırsınız? Yoxsa çirkli bir kanalizasiya lyukuna rast gəlmisinizYeri gəlmişkən, dəniz sevginin həssas, emosional tərəfini təmsil edir. O nə qədər təlatümlü görünsə, dəbdə olan hansı əlaqələri mühakimə etməklə sizi necəcəlb etdiyini göstərir.Hasar hər hansı bir həyat yolunda mövcud olan maneələrin simvoludur. Hasarınıza diqqət edin. Simvolik bir hasar və ya Böyük Çin Divarı olduğuna diqqət yetirin.Bir hasarın üstündən dırmaşıb çayı keçməyiniz, maneələrin öhdəsindən gəlməyin nə qədər asan olduğunu göstərir. Dürüst cavab vermiş olsanız və heç bir xüsusi qorxu (su və ya yüksəklik) yoxdursa, hər iki maneəni aşmaq təbiətinizə uyğundur. Təsəvvürünüzdə heç bir şey görünməyibsə və ya bunun öhdəsindən gəlməyinizdə sizə kömək edən nə isə, kim isə ola bilərsə, özünüzə çox güvənmədiyiniz deməkdir, Səbəbi əslində həmişə kimdənsə kömək və dəstək almağa öyrəşməyinizdi. Yeri gəlmişkən, kimsəsiz meşədə qohumlarınız və dostlarınız hər dəfə sizi o sahildən bu sahilə keçirmək üçün gözləməyəcək. Diqqət yetirin ki, özünüz keçə biləsiniz. Əgər mümkün deyilsə ola bilsin o zaman təsəvvürünüzdə həll etməyin müşkül ola biləcəyi problemlə üzləşmisiniz. Çuxur - gizli təhlükə barədə qavrayışınızdı. Cəsarətlə çuxura dürtülmüşsinizsə - cəsarətli, ehtiyatsız və ya çox maraqlı bir insansan. Cırtdana münasibətiniz mərhəmətli olduğunuzun göstəricisidi. Onu təpikləyənlər də, çiyinlərində gəzdirənlər də var. Çay həyatınızın gedişatının simvoludur. Axın sizə nə qədər sürətli göründüyünü, suyun nə qədər təmiz olduğunu xatırlayın. Dibi və üzərindəki daşlar da həyat çətinliklərini göstərir. Ev sənsən. Orada özünü necə hiss edirsənsə özünə qarşı münasibətin də elədir. Zirzəmi - öz şüursuz hisslərinizin qəbulu. Zirzəmidə özünüzü pis hiss edirsinizsə, bəlkə də buna qarşısınız. Xəyallarınızdan qorxursunuz, keçmişin bir çox məqamlarını xatırlamaq istəmirsiniz, gələcəyə baxmaqdan da qorxursunuz. Və bu çox da yaxşı hal deyil, çünki şüursuz qorxular narahatlıq, gərginlik yaradır. Çardaq bütün təhsil, mədəniyyət, zəka - sizə aşılanmış bütün sosial bacarıqlar üçün bir məcazdır. Təsəvvürünüzdə canlandırdığınız çardağın tör- töküntülü, qarmaqarışıq olmasının mənası-bir zamanlar diplom almaq üçün nə səbəbə bu qədər səy göstərmisiniz? Qağayılar sizin qohumlarınızdı. Səsləri, münasibətləri, asılılıqları , yaxınlıqları ilə şərhinizi siz verin.Gəmi sənin xəyalındır. Xəyalında olan hansı məsafədədi, nə qədər gözəldi və onu hansı məsafədə gördüyünə görə asanlıqla qiymətləndirmək olar. Ümumiyyətlə ona çatmaq mümkündürmü? Özünüz qərar verin. İskəndərova Yeganə.
Ruh enerji mənbəyidir, yüksək olanda sevincimiz iz buraxır qəlbimizdə. Qəzəbliykən də ruh halımız-enerjimiz çoxalır və istəməsək də neqativlik ötürülür. Hər iki halda - yüksək enerjili olan zaman tənzimləməyə ehtiyac duyur insan. Münaqişə içində eqonun yüksək vəziyyəti yaranır, münaqişə bitdikdən sonra bölünmə, fikirlərdə parakəndəlik, günahkarlıq hissi, vicdan da varsa səsini eşidir insan. Beyində minlərlə hüceyrəmizin ölməsinə səbəb əsəbin faydalı olmadığı dəqiqdir. Öz səsini eşidə bilməməsinin nəticəsi olaraq hayqırtısı olan qəzəb zamanın axarında əriyib itsə də bəzən fəsadları qalır. Qəlbən, ruhən, zehnən bütöv olduğunu, əks etdirdiyi dünyanın şüurlu varlığı olaraq ruhunu uca tutan insan hər iki vəziyyətində sevinc və kədərliykən pozitiv və neqativ halının - enerjili ruhunun əsirinə çevrilmirsə, ali insani duyğularını qoruyub saxlamağı bacarırsa nə xoş ona. Məhəbbətimizi-nifrətimizi, səmimiyyətimizi-kinimizi, ümumiyyətlə müsbət və mənfi olan münasibətimizi orta həddə qoruyub saxlamağın faydası da çoxdu. İnsan xarakterindəki simmetriyanın ifadəsidir ifrata varmaq. Ruhun sərt, təlatümlü hərəkətləri, həddini aşmaq insanın müvazinətini pozur. Həddi aşan qəzəb, kin və ya əksinə, mehribanlıq, mülayimlik, özünü fəda etmək, canfəşanlıq nəticədə hər iki müsbət və mənfi hallarda özünü təsdiqləmir, əksinə sonradan kədər, üzüntü verir. Ölçü həddi gözləniləndə isə öz əhəmiyyətini, gözəlliyini qoruyub saxlayır.İnsan gözəl görünməyi bacarırsa həyatını rövnəqləndirir, ən çətin anında belə qəlbi məhəbbətlə, sədaqətlə doludursa həyatından zövq alır, mənəvi gözəlliyini simasında əks etdirməyə nail olur. Bizi sevənlərin, qəbul edənlər və etməyənlərin münasibəti də təxəyyülümüzün məhsulu olmaqla yanaşı özümüzü necə təsdiq və inkar etməyimizlə bilavasitə bağlıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmamışdan əvvəl bir fərddir. Fərd kimi doğuluruq, mənlik şüurunun yaranması ilə şəxsiyyətə çevrilirik. Bu zaman özünəməxsus həyat tərzimiz və öz daxili aləmimizlə formalaşırıq. Gözəllik insana hədsiz sevinc bəxş edir, həyata bağlayır, ürəklərdə təbiətə, insanlara qarşi sevgi oyadır, həyat eşqini alovlandırır, yaşamağa, yaratmağa inam aşılayır, həyatımıza nur çiləyir, rövnəqləndirir. Gözəllik əxlaqi, estetik hisslərin təcəssümüdür. Gözəlliyi, məhəbbəti duyan, qiymət vərən insanın qəlbində ecazkar dəyişikliklər yaranır, nəcib hisslər oyanır. İnsanı ona layiq olan yüksəkliklərə qalxmağa mənən sövq edir. İnsanlar arasında əxlaqi münasibətləri saflaşdırır, mülayimləşdirir, enerji mənbəyinə çevrilir, həyata bağlayır. İnsanlarda gözəl olan həqiqi münasibətləri görmək, duymaq deməli, çox xoşdur. Bunların əksi ilə qarşılaşmaq isə fəlakətdi, gözəl sandığımız duyğuların bir an içində əriyib itməsi, yox olmasıdır. Mənən kiçilən duyğuların bərpası isə çox vaxt aparır.Psixoloq Yeganə İskəndərova
Maks Ermann ingilis əsilli Amerikalı yazıçı, şair, vəkil kimi tanınıb. Terre Haut - İndianada 26 sentyabr 1872 – cı tarıxındə dünyaya göz açıb. 9 sentyabr 1945 – ci ildə vəfat edib. Tez - tez mənəvi mövzularda esselər yazıb. Sizə təqdim etdiyim "Maks Ermanın gündəliyi”ndən kiçik bir hissənin tərcüməsidir. Əgər Siz kədərli və tənhasınızsa, o zaman bu sətirləri oxuyun: Dünyanın din və səs - küyü arasında öz cıgırınızla sakit addımlamağın mümkün olduğunu heç vaxt unutmayın. Özünüzü dəyişdirmədən insanlarla yaxşı münasibətdə olmaqla yaşamağın mümkün olduğuna inanın. Insanlarla münasibətdə yumşaq, aydın, səlis danışmağı özünə vərdiş etməklə yanaşı, hətta qəbul etmədiyiniz, savadına şübhə etdiyiniz adamların fikirlərinə hörmət edib onları dinləyin. Aqressiv, səs - küylü, əhvalınızı pozmağa çalişan adamlardan kənar gəzin. Özünüzü hec kimlə müqayisə etməyin, Sizdən güclü və zəif olan həmişə olacaqdir. Öz planlarınıza da başqasına sevindiyiniz kimi sevinin. İşinizə diqqətli yanaşın, dünya pislərdən xali deyil. Dostluqda və məhəbbətdə özünüz olun, rol oynamayın. İldən - ilə Sizi tərk edən gəncliyinizi ruh yüksəkliyi, geniş ürəklə, özünüzə dərd etmədən qəbul edin. Ruhunuzu təsadüfi bədbəxtlikdən qoruyun, özünüzə zülm etməyin. Bütün qorxularınız yorğunluq və tənhalıqdandı. Dəyərinizi bilin və sağlamlığınıza qarşı diqqətli olun. Ulduzlar və ağaclar kimi Siz də kainatın yetirməsisiniz. Dünya Sizdən əvvəl də mövcud idi. Allahla olun, yetər. Nə ilə məşgul olsanız da nə arzulasanız da səsli - küylü siluetinizi dünyanı dərk etdiyiniz kimi öz qəlbinizdə qoruyun. Bütün çətinliklərinizlə yanaşı dünyanın gözəl olduğuna inanın. Psixoloq Yeganə İskəndərova
Kokologiya, özünü tanımaq üçün 50-dən çox test oyunudu. Sizə təqdim etdiyim növbəti test belə adlanır. "Körpü" (Yapon testi) Özünü tanıŞəkilə baxın. İki balaca bir sahildən o biri sahəyə keçmək istəyirlər. Siz uşaqlara kömək edin. Onlar üçün körpü çəkin. Bunun üçün hansı rəng seçərdiniz? Qırmızı Göy,maviQəhvəyi Yaşıl Boz QaraQırmızı Mavi Qəhvəyi Yaşıl Boz Qara Test Şərhi Test qısa bir insanın xarakteri və davranışının canlı xüsusiyyətlərini açır. 1. Seçiminiz QırmızıSiz son dərəcə inadkar insansınız. Bir işi sona çatdırmamaq taktikanız deyil. İnsanlarla münasibətlərdə birbaşa, açıq şəkildə fikirlırinizi deyir, rəftarınızda çox uzaqlara gedirsinizBəziləri ilə şirin, lütfkar, dostsasına, digərləri ilə kobud, sərt və təmkin gözləmədən rəftar edirsiniz. Lakin dostlarınız dürüst, özünüz olduğunuza görə sizi sevir və hörmət edirlər. 2. Seçiminiz göy, maviSiz nəcib, incə, romantik, xəyalpərəst bir insansınız. Bir çox hallarda arzularınızı yerinə yetirəcək axınla gedirsiniz. Ekstremal hallar sizi qurxudur. Sülh, harmoniya və yaxınların sevgisi xəyallarınızın arzusudu. Ətrafınızda baş verənlərdən daha çox öz şəxsi fikirləriniz və narahatlığınız Sizi həyəcanlandırır. 3. Seçiminiz Qəhvəyi Ciddi və çalışqan bir insansınız. Müəyyən edilmiş qaydaları pozmağı xoşlamırsınız, hər zaman sözlərinizə və öhdəliklərinizə görə məsuliyyət daşıyırsınız. Belə insanlar haqqında deyirlər: "Dürüst və layiqli bir insandır." Bəlkə rahatlıq, fikir genişliyi və müəyyən bir təsəvvürün olmaması sizi bir az narahat edir. 4. Seçiminiz Yaşıl Siz yaradıcı insansan. Qeyri-adi şeylər, inanılmaz hadisələr diqqətinizi cəlb edir. Sizi əhatə edən insanları ixtiraçılıq, böyük maraqlar, geniş dünya görüşləri və yaxşı zövq cəlb edir. Vəziyyətdən qeyri-standart bir çıxış yolu tapmaq, mənasız tövsiyələr vermək və dostlarınızı orijinal bir fikir ilə həvəsləndirmək Sizin üçün çətin olmur.5. Seçiminiz Boz Başqalarının düşüncələrinin yaxşılığına və saflığına inam - bunlar sizin fərqləndirici xüsusiyyətlərinizdir. Orada müəyyən bir özünə inam da varBəzən taleyə qarşı durmağı və əhvalınıza uyğun olaraq vəziyyəti dəyişdirməyi sevirsən. Bəzən isə əksinə, gözlənilməz özünə dəyən zərəri anlayana qədər sadəcə hər şeyi dəyişmək istərsən. Çox vaxt susmağa üstünlük verməyiniz isə başqaları tərəfindən təkəbbürlü olmağınız təsirini bağışlayır. 6. Seçiminiz QaraSimanızda laqeydlik, təmkinlilik maskası tez-tez taxılır. Bunu zəiflik kimi qəbul edəcəklərindən qorxaraq hisslərinizi başqalarından gizlətməyə çalışırsınız. Zarafat edib gülümsəsən də, heç kim bu anda hansı hissləri duyduğunu əminliklə söyləyə bilməz. Qapalılıq və təmkinlilik riayət etdiyiniz əsas prinsiplərinizdi.
Kokoloğiya yeni maraqlı testlər mövzusuna davam edirik. Yeri gəlmişkən, dostlarınızla psixo oyunlar oynaya bilərsiniz, çünki əyləncəli və müsbət təəssurat yaradacağına əminik. Başlanğıc kokoloqlar bir-birlərini daha yaxından tanımaq, xarakterlərini yoxlamaq, gülmək, əylənmək və yalnız bir zövq almaq imkanı əldə edəcəklər.Kokologiya testi ilə bağlı sualları cavablandırmadan əvvəl qaydaları bilməlisiniz: Cavab seçərkən, çəkinməyin, nəzərinizi ilk çəlb edəni söyləyin. Sınağın açarlarını tapmaq üçün cəhd edə bilməzsiniz, dürüst olun. Cavabı xoşlamadınızsa, üzülməyin, bu açarın sizə nə öyrədə biləcəyini düşünün. Bir qrup yoldaş, kokololoqda, şərhdən sonra bir-birlərinin reaksiyalarını müşahidə etmək tövsiyə olunur. Bilin ki, tam düzgün cavablar yoxdur, Siz şüurunuzdan keçənləri bir daha nəzərdən keçirib onlara öz perspektivləriniz kimi baxın. Buyurun, testə başlayın. Yapon testi " Sənin şansın".Siyahıya diqqətlə baxın və ən cəlbedici vasitəni seçin. Beləliklə, siz hansı nəqliyyat növünə böyük məmnuniyyətlə üstünlük verərdiniz? Velosiped Avtomobil Avtobus Qatar Yaxta Təyyarə Test cavablarının şərhi Seçilən nəqliyyat vasitəsi, buna kömək edən və ya maneə törədən məqsədlərə və xarakter xüsusiyyətlərinə çatmaq şansınızdan danışır. a. Seçiminiz velosipeddir. Qarşıya qoyulmuş məqsədlərə öz səylərimizlə nail olursunuz. Yalnız özünüzə ümid edərək, müstəqil hərəkət edin. Başqalarının sizə kömək etməsi ehtimalı azdır. Kifayət qədər cəsarətiniz, özünüzə inamınız var, elə belə də davam edin! İstək, əzm və iş sizi qələbəyə aparacaqdır. Şansınız çox yüksəkdir. b. Seçiminiz bir avtomobildir. Daxili güc və enerji sizi irəli aparır. Tələsməsən hədəflərinizə çatacaqsınız. Məqsədinizə doğru səbirlə, kiçik addımlar ilə irəliləyinŞübhəsiz ki, sizin şansınız var. Çalışın ki, adi bir tələskənliyinizlə şansınızı əldən verməyəsiniz. c. Seçiminiz avtobusdur.Siz öz doğmalarınıza və dostlarınıza yüksək dəyər verməyi bacarırsınız. Başqalarına kömək etməklə öz insanlıq borcunu yerinə yetirmiş olursunuz və bu da sizin yaxşı insan kimi yetişməyinizə zəmin yaradır. Ancaq yaxınlarınızın sizin diqqətinizi yayındırmalarına, seçilmiş hərəkət istiqamətini dəyişdirmələrinə əsla imkan verməyin. Başqalarının planlarınıza müdaxilə etməsinə icazə verməsəniz şansınız yüksələ bilər. d.Seçiminiz qatar. Ətrafınızda çox sayda insan olmasına baxmayaraq, onların fikirləri sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onları həyatınıza müdaxilə etmələrinə şərait yaratmırsınız. Özünüzə qapanmağa lüzum yoxdur. Ətrafınıza nəzər salın və başqalarının fikirlərinə diqqət yetirin. Bəlkə də onların müxtəlifliyi arasında özünüz üçün dəyərli bir şey görəcək və uğur şansınız artacaq. v. Seçiminiz yaxtadır. Siz müstəqil bir insansınız və ətrafda baş verənlərə laqeydsiniz. Sağlam düşüncə və rasionalizm prinsiplərinizdi. Sizin diqqətinizi yayındırmaq və nəzərdə tutulan xətdən çıxartmaq asan deyil. Siz dəqiq bir plan tərtib edir, heç nəyə əhəmiyyət vermədən hadisələrin gedişatına əsasən öz strategiya və taktikanızı dəqiq şəkildə qurursunuz. Bəlkə bu doğru deyil? Çalışın müxtəlif variantlı məsələlərin həlli diqqətinizin mərkəzinizdə olsun. Şübhəsiz bu şansınızı artıracaqdır. e) seçiminiz bir təyyarədir. Məqsədinizə inanılmaz dərəcədə sürətli çatmaq istəyirsiniz və həqiqi hərəkətlər etmək əvəzinə daima bu barədə xəyal qurusunuz. Bu vəziyyətdə xəyalınız düşməninizdir. Ya buludlarda gəzirsiniz, ya da istəklərinizi yerinə yetirməkdən qorxursunuz. Uğur şansları hələ kifayət deyil. Artıq göydən yerə enməyin vaxtıdı. Ətrafa baxın və yersiz təhkükədən qorxmadan arzularınızı reallaşdırmağa çalışın.
Kəlmənin mənası yapon sözüdü, ağıl və ruh mənalarını , nələr hiss edib düşündüyünü şüuraltında ortaya çıxarmaq anlamını ifadə edir. İlk olaraq kokologiyaya əsaslanan elm kimi 1998-ci ildə Yaponiyada professor Isamu Saito və Tadahiko Nagao tərəfindən yaradılmış kollektiv test nümunələrinə alddir. Bu testlərdə oxucunu istənilən fikri və ya şəkili vizual və ya məntiqi şəkildə olaraq şüuraltına yerləşdirdiyi düşüncələrini ortaya çıxarır, şəxsi özünü tanıtmaqda yardımçı olaraq yanlışlıqlarını kənardan izləməyə məcbur edir. Özünü tanıSəmimi olun, düşüncənizdən keçən İlk cavabı əsas götürün. Yağışın altında gəzirsiniz. Qəflətən fırtına baş verir. Tam sürətlə qaçsanız da, təyinat yerinizdən beş dəqiqəlik məsafədəsiniz. Aşağıdakı variantlardan hansı birinə əməl edirdiniz? A. Mən böyük bir ağac tapıram və yağışın kəsənədək onun altında gözləyirəm. B. Yağışın nə qədər davam edəcəyini bilmirəm, ona görə də getdiyim yerə tez çatmaq üçün addımlarımı sürətləndirirəm, qaçıram. C. Çətirini paylaşa biləcəyim birini tapmaq üçün ətrafıma nəzər yetirir və ya yaxınlıqda çətir ala biləcəyim bir mağazanın olub olmadığını soraqlayıram. D. Çantamda həmişə qatlanmış bir çətir daşıyıram ki, istifadə edəm. cavablar: Fırtına həyatda gözlənilməz, idarəolunmaz qüvvələri təmsil edir. Cavablarınız onu sevdiyiniz bir dostla müzakirə edərkən necə davranacağınızı xarakterizə edir. A. Siz aranızdakı münasibətləri həll etməzdən əvvəl qarşı tərəfin qəzəbinim səngiməsini gözləyənlərdən birisiniz. Onların kəskin mübahisələrinin bitməsini səbrlə izləyər, soyuqqanlılıqla fikirlərinizi bildirərsiniz. Bəziləri rəftarınızın ağıllı, bəziləri də düzgün olmayan münasibət kimi dəyərləndirə bilər. B. Qəzəbinızı tökdüyünüz sürəcə mübarizənin nə ilə bitəcəyi sizin üçün qətiyyən maraqlı deyil. Düşünürsünüz ki, siz haqlısınız və mübahisə bitməlidi. Taktikanız arasında heç bir mübadilə yoxdur. Qarşınızdakı əsəbləşirsə siz daha çox reaksiya verirsiniz, bağırırsa, siz hayqırırsınız. Bu, sizi müzakirə etmək üçün əlverişli bir insan yaratmasa da, həmin an dur deyəndə razılaşacağınızı anlamaq asandır. C. Ziddiyyətlər və mübahisələr sizin üçün deyil, buna görə də bir döyüş baş verəndə həmişə qarşı tərəfi sakitləşdirməyə çalışırsınız. Təəssüf ki, bu davranış bəzən işləri daha da çətinləşdirir. Zaman zaman fırtına ilə dayanıb üzləşməli olursunuz. D. Hər ittihama cavab verdiyinizi və hər səhv üçün üzr istədiyinizi düşünən birisiniz. Düşünürsünüz ki. bu mübahisə, münaqışə sizə görə deyil və rəftarınızla mədəniyyətinizi göstərsıniz də amma bu münasibət başqalar üçün süni,saxta görünür. Ancaq çox güman ki, bunun üçün sizin bir açıqlamanız var. Psixoloq Yeganə İskəndərova
Uşaqlar böyüklərdən - "böyük uşaqlardan" öyrənərlər.Deyirlər uşaqlıq saflığını itirməyən insanlar böyük insanlardı və onlar başını göyə qaldıran, səmanı seyr etməyi sevən bir uşaq qədər gözəl olur. Uşaqların da gələcəkdə işıqlı insan olması üçün qarınlarını və zehinlərini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik. Ruhumuzun qidası, aldığımız nəfəsimiz, sevinc mənbəyimizdi demək ki, uşaqlar. İki yaşından başlayaraq nağılları dərk edən olurlar uşaqlar. Nağıllar onlara hava- su qədər lazımdı, qayğıkeş, ağıllı valideynlər bunu anlayır və övladlarına lap körpə vaxtlarından yaş həcmini nəzərə alaraq nağıllar danışmağa başlayırlar. Onlar həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətin olduğu üçün bunun nəticəsində uşaq psixikası zədə ala bilmələrindən ehtiyat edərək nağılların onların dünyası üçün nə qədər əhəmiyyətli olduğunu anlayırlar. Nağılların dili sadədi və İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Onu başa düşmək üçün uşaq özünü yormur, diqqətini çəkən obrazlar, vacib informasiya isə öz-özünə mənimsənilir, təxəyyülünün inkişafına da müsbət təsir edir. Ən gözəli də həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır.Bəzi ailələrdə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi qavramasına mane olur, normal inkişafının qarşısını alır, həyata baxışı, təfəkkürü, eqosu dəyişir, getdikcə özü yox ,uşaq ikən böyük təsəvvürə malik olan olur, lazımsız informasiyaları yaşından əvvəl mənimsəyir. Uşaq özü oxumağı öyrənsə belə, onu nağıllardan birdən-birə ayırmaq olmaz. Nağılların birgə oxunması uşaqlar və böyüklər arasında münasibətlərə, bir-birini daha yaxşı başa düşməsinə kömək üçün çox faydalıdı. Unutmayaq ki, uşaqlar soruşaraq öyrənirlər, böyüklərdən gördükləri nümunələrdən öyrənərlər, toxunaraq, yaşayaraq öyrənirlər. Onların ürəklərində pislik yoxdur. pislikləri dərhal unudarlar. Kin tutmurlar. Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər. Tənqidi qəbul edər, sizə qulaq asarlar. Səhvsiz hərəkət etməyə vərdişləri də yoxdu. Səhvlərdən doğruları öyrənər, yeni kəşf etmə anlamına gələrlər. Uşaqları pislik, səhv, bədbəxtliklə məhdudlaşdırmaq olmaz. Nə öyrənsələr də böyümüş uşaqlardan mənimsəyərlər. Öz uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.Təhqirə məruz qalmayan uşaqlar şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edərlər. Alışmayıblarsa məruz qalanda sarsılar, həyatın girdabına tuş gəldiyini anlar, kiçik depresiya da məruz qalma ehtimalları olar.Yaşa dolduqca bunun həmişə belə olduqlarına özlərini inandırarlar.Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu halda bəziləri bu xüsusiyyəti şüurlu şəkildə formalaşdıra, düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir.Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, HƏTTA ÖZ UŞAQLARINA DA uşaqlığını unutdurarlar. Qəlbində mərhəmət, sevgi, xeyirxahlığı, dürüstlüyü hələ də bütün bu müdhiş, çalxalanmış dünyamızın girdabına, eybəcərliklərinə hələ də məruz qalmayan ümid, inam dolu insanlardan güc alar və yaşamağa dəyər anlamı ilə ayaqları üzərində dayanmağa çalışar və bütün bu insanı keyfiyyətləri özündə saxlamış "böyük uşaqlar" dan uşaq xislətlilərdən həyat eşqini, insanlara həqiqi saf münasibəti öyrənə bilərlər. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, O zaman ömrümüz cənnətə dönər. Psixoloq Jurnalist Yeganə İskəndərova
İnsan və ruh aləminə müxtəlif vasitələrlə təsir etmək mümkündür. Həssaslıq səviyyəsindən asılı olaraq sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, həyata maraq oyatmaq, bir – neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək də olar.Musiqinin də insan orqanizminə möcüzəvi təsiri hər kəsə bəllidir. Musiqi insanda müxtəlif duyğular yarada bilir. Milli musiqi enerji mənbələrinin aktivləşməsinə səbəb olursa, etnik musiqilər rahatlaşmağa, dincəlməyə kömək edir, Klassık musiqinin isə beynin fəaliyyətinin artmasına və informasiyanın tez bir şəkildə qavranılmasına kömək olduğu hesab edilir. Dinlədiyimiz musiqilər düşüncə və təsəvvürümüzə - emosional halımıza təsir gösrtərir. Sinir sisteminə təsir edən musiqi fərqli effektlər yarada bilər. Ürək ritminin bərpa edilməsinə müsbət təsir göstərən sakitləşdirici musiqilər var. Sözlər diqqəti dağıdır, ona görə sözsüz musiqilər dinləmək də faydalıdır.Ruhunuzu oxşayan musiqi dinləyirsinizsə, ürəyinizin qan damarlari 26 dəfə genişlənir. Qəlbi riqqətə gətirən, xoş, anlada bilmədiyim duyğular oyadan, gözəlliyi görməyə və gözəl görməyə vasitəçi olan, duymağa ruhlandiran, təmiz, saf düşüncələri olduğu kimi anlamağa sövq edən, möhtəşəm və üşənməyən saf hisslər yaradandi musiqi. Səhər ruhumuzu –özümüzü hansı musiqiyə "kökləmişiksə" bütün gün ərzində elə "səslənəcəyik"- düşünürəm. Nikbinliyə meyl ruhundayıqsa, mülayim, mehriban oluruq. Bəlkə sevınc payını özümüz yaradaq ruhumuzda. Hər gün səhərimizi musiqi ilə açaq. O zaman anlamaq da çətin olmaz ki, ruhumuz müvəqqəti də olsa, azaddir.Gözəl müsiqi sədaları altında rəqs etmək də əhvalınıza enerji yükləyir. Rəqs edən insanların beyni daha yaxşı işləyir, sağlam olur. Rəqs beyinə müsbət təsir göstərir. rəqslə nevroloji sağlamlıq arasında əlaqə var, əsəbləri sakitləşdirir, ruhu tənzimləyir, bərpa edir... Müsiqi gözəllikdir. Həyatınızın musiqisini dinləyin.Psixoloq,Jurnalist Yeganə İsgəndərov
Ailə kiçik bir cəmiyyət olduğundan, özünün tənzimlənmə qaydaları olmalıdır. Tərəflər hər gün öz diqqət və sevgisini bir-birinə hiss etdirə, göstərə bilərsə, yaşana biləcək bir çox münaqişələrin qarşısını almağa müvəffəq olmaq ehtimalı daha çox olar. Ailələr müxtəlifdi. Tam ailə, natamam ailə, qarışıq, əlavə olunmuş, avtoritar, patriarxal, psixosomatik konfliktli ailələr, genetik cəhətdən zorakılığa meylli olan ailələr və s.Adətən zahirən ailə cütlüyü bir-birinə qarşı qayğıkeş görünsə də, ailədaxili konfliktlərə az təsadüf olunmur. Ailədənkənar sferalarda ər-arvadın fərdi uğursuzluqları işlərindəki yorğunluq, sosial çətinliklərlə və ya ünsiyyət çətinliyi ilə bağlı olur. Danışmağa mövzuları bitdikdə aralarında olan emosional əlaqələr zəifləyir, bir-birinin problemi ilə maraqlanmır, təcrid olur, münasibətlərdə kəskin konfliktlər yaranır. Onlar öz xarakterlərindəki qüsurları aradan qaldırmağa cəhd göstərmir, bir-birlərinə qarşı dözümsüz olurlar. Belə ailələrdə tərbiyə alan uşaqlar münaqişələrin yaranmasına səbəb olan valideyinə sevgi bəsləmir, gələcəkdə özləri ailə quranda çətinlik çəkir, nifrət ruhunda, travmalı böyüyürlər. Bu kimi halların sonralar nə kimi fəsadlar törədəcəyini görən valideynlərdən biri boşanmağa üstünlük verir. Sonradan yaranan natamam ailələrdə vəziyyət müxtəlifdi. Ayrılsalar da, bir-birlərinə hörmətlə yanaşan, dost olan valideynlərin övladları daha rahat olur. Bütün sevgisini övladlarına yönəldən, onlara hədsiz məhəbbətlə qayğı göstərən analar daha nikbin, cəmiyyətə yararlı, inamlı, başqalarına sevgi ruhunda övladlar böyüdürlər. Belə uşaqlar xeyirli vətəndaş olur, çətin situasiyalardan yaxşı baş çıxarır, valideynlərinə qarşı hörmət ruhunda böyüyürlər.Lakin əksər ailələrdə bunun əksini görürük. Münasibətlərdə laqeyd, kobud olan, fiziki güc təbiq edən, ailənin, uşağın tələbatlarına qarşı etinasız yanaşan ataların olduğu ailələrin övladları mənəvi, emosional tələbatlarını ailədən kənarda tapmağa cəhd göstərirlər.Öz üzərində aqressiv valideyinin fiziki zorakılığını duymuş uşaq sonralar özü də başqaları ilə belə davranır. Ailədə arvadını döyən kişilərin əksəriyyəti uşaqlarını da döyür. Fiziki zorakılığa məruz qalanlar özlərini bədbəxt, gözdən düşmüş, qətiyyətsiz, gərəksiz hiss edir və başqalarının onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Normal şəraitdə böyüyən və tərbiyə olunan uşaqlar cəzaya etiraz edirlər. Əlverişsiz mühitdə böyüyən, fiziki zorakiliğa məruz qalan uşaqlar isə, adətən verilən cəzanın doğruluğuna inanır, kölə düşüncəli olur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, arzularını qəlblərində boğurlar. Psixikaya vurulan zərbənin fəsadları sonradan özünü kəskin biruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək - sadizm meyli yaranır. Valideynlərin aqressiyası, zorakılıq gündəlik həyat tərzinə çevrilir. Uşağın valideynlərinə qarşı hissləri "donmuş" olur, bir bədbəxtlik üz verəndə etinasız yanaşırlar, onlarda empatiya qabiliyyəti zəif inkişaf edir. Başqalarının kədərinə şərik olmaq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmirlər. Yaşlandıqca belə valideynlər özləri yetişdirdiyi övladlardan diqqət, qayğı görmədikdə, etinasızlıqla üzləşdikdə etdikləri səhvləri görmür, bəraət üçün övladlarını nankor, zəmanə övladı kimi qiymətləndirərək günahkarlıq hissini özlərindən uzaqlaşdırmağa çalışırlar.Bəzən atalar öz uşaqlıqlarını xatırlayaraq valideynlərinin onları cəzalandırdıqlarını, döydüklərini fəxrlə söyləyirlər. Müəyyən situasiyalarda bu cəza usulunu öz ailələrində də tədbiq edir, bunun təhlükəli bir hal olduğunu düşünmürlər. Fiziki cəzaların vurduğu mənəvi yaraların fərqində belə olmurlar. Belə cəza üsulu valideyn ilə uşağın bir- birini anlamaq imkanlarına olan son ümidi də məhv etmiş olur. Fiziki cəza alan uşaq bir müddət qorxudan özünü ədəblə aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur. Ən böyük cəza fiziki zorakılıqdansa, valideynlərin qəmgin və məyus görünməsidi.Yaranan münaqişələrə səbəblərdən biri də bir insanın diğərlərinə qarşı hədsiz diqqət göstərməsi, özünü unutmasıdı. Belə adamlar özlərinə qarşı laqeyd, başqalarının məsuliyyətini öz üzərilərinə götürməyə meylli olur, özlərini unudur, öz "mən”lərinə etinasız yanaşırlar. Onlara ehtiyacı olan insanlar hədsiz diqqət və qayğıdan usanır, bu onlar üçün adiləşir, öz əhəmiyyətini itirməyə başlayır. Və ona ehtiyac azalmağa başladıqda bunu qəbul edə bilmirlər. Unutmayaq ki, ətrafdakılara nə qədər heyran olsaq da, əzizlərimizı, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə bilmək üçün əvvəl özümüzün qayğımıza qalmalıyıq ki, diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilək. Özümüzü də sevək.Psixoloq Yeganə İskəndərova
Insanın özünəməxsus fərdi xüsusiyyətə malik təkraredilməz varliq olması da məlum. Və hər bir insan özündən asılı olmadan belə xüsusi münasibət tələb edir. Psixologiyada latinca hərfi mənasi daxilə baxmaq, deyilən INTROSPESTARE metodu var. Bu yolla insan öz- özünü müşahidə etməklə öz duýğulari üzərində nəzarət etmək qabiliyyətinə malikdir. Öz daxili mənəvi aləmine müntəzəm nəzər yetirmək əxlaqı şüurun ilkin şərtidi. Bu duyğulari daim nəzarətində saxlayan insan, mənəvi cəhətcə saflaşmağa, həmişə ülviliyə doğru meyl etməyə, özünə nəzarətə imkanı olur. Bunsuz əxlaqca kamilləşmək də mümkün deyildir. Jan Jak Russonun təbirincə heç bir kəs insan həyatını onun özündən yaxşi təsvir edə bilməz. Insanın daxili vəziyyəti, keçirdiyi sevinc- kədər, daxili sarsintilar - həyatı bütövlükdə yalniz onun özünə məlumdur. Hər bir insan öz pəncərəsindən baxar həyata və gördüyünün ya da bildiyinin doğruluğuna inanar. Bir qismi özünü xoşbəxt hiss edər, bir başqası, əksini düşünər. Heç kimsə meni anlamir- deyər və dayanar. Öz doğrularımızı sübut etmək üçün çalışdıqca isə kədərlənər, bəzən də döyüşər, mübahisə, müzakirə edərik. Heç kimin ağlına, qarşı tərəfin yerinə keçərək həyata onun gözüylə baxmaq gəlməz, gəlsə də istəməz, özünün haqlı olduğunu düşünər və buna görə anlaşılmazlıqlar, döyüşlər, ayrılıqlar olar. Əsəbiləşərkən niyə bərkdən qışqıraraq danışdıqlarımızın fərqindəsinizmi?! Ürəklər uzaqlaşir deyə səs tonumuz yüksələr, halbuki biri ilə mübahise edərkən və ya fikir mübadiləsi sürərkən özümüzü qarşı tərəfin yerinə qoyub onun dünyagörüşü, hadisələrə nəzəri və nəhayət haqli və ya haqsız olmas ilə baxa bilməliyik. Beləcə qarşı tərəfi rahatlıqla anlaya bilərik. İnsanin şüuraltısının dərinliklərində bildikləri, dərk etdikləri, qavradıqları, gördükləri, hiss etdikləri və zaman - zaman özünü büruzə verir. Bizə məlum olan dünyaya bir az ümidlə yaxınlaşsan həyatın sənə gətirdiyi gözəlliklərə, sürprizlərə, rahatlıqla adaptasiya olarsan, asanlıqla uyğunlaşma təmin edə bilərsən. Səni anlamaq istəməyən, düşünməyən, anlamazdan gələn insanlara əsla övkələnməməli, yol verməlisən ki, yanından ötüb keçsinlər. Şəfqət, mərhəmət dolu baxışlarla təbəssüm edib həyatı dərk etməkdə yardımçı olduqları üçün ıllər sonra qəlbində təşəkkür edərsən onlara. Yaşadiqca anlarsan ki, ruhun hələ də uşaqdı, heç böyüməyib. Onu böyüməyə qoymayan hələ də kirlənməyə qoymadığın təmiz hisslərindi. Ruhunun uşaq qalmasına icazə ver, əks halda bu xarakterlə dünyanin girdabinda yaşamaq çox çətin olar, elə indi də çətindir, amma ruh ki, dəyişilməzdi. Tanri tərəfindən hər bir canlının xüsusən doğma olan insanın qəlbindən üzünə hopmuş işığı, nuru daha da işıqlandırmaq, aydınlatmaq üçün könül gözü ilə görməsi səbəbi olmalıdı insanın.Rəğbət , məhəbbət , xeyirxahlıq da yaxın anlayiş, eqoizmi qovan bir duyğudu. Bunlarla ruh aləminə daxil olur, özümüzü başqa varliqda hiss edir, sevincə sevinir, kədərə şərik oluruq. Sevən üçün bəxtiyarliq, sevilən üçün xeyirxahlıq toxumu səpən bir qüvvə, fədakarlıq, öz qəlbini, düşüncəsini, beynini başqalarının səadəti uğrunda sərf etmək ruhudu məhəbbət. Insanda dürüstlük tərbiyə edildikdə bütün hisslər arxada qalir, dəyişməz, sadiq, bağlı olur, ailəsinə, duyğularına. Ülviləşır, kamilləşir insan. Başqalarına rəğbətlə, məhəbbətlə yanaşırsa qarşiliq gözləmirsə, ruhən, mənən yüksəlir, nəzərlərdə də böyüyür. Deməli yaşadığımız həyata görə cavabdehik. Bizi əhatə edən aləm daxilimizi əks etdirirsə, həyatimizda nə baş verirsə cavabdehik. Həyatimizin bizə gülümsəməsi üçün evvəlcə ona öz yaxşi əhval-ruhiyyəmizi həvale edək, sonra təmiz hisslərlə təmənnasiz, əvəzində heç nə gözləmədən riyadan uzaq rəğbət və məhəbbətimizi əsirgəməyək. Psixoloq Yeganə İsgəndərova
Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür və özünü idarə edə bilmək çətinləşir. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnə bilmə ehtimalı çox olur. Xəstəliklər qədər psixoloji təzyiqlər də təhlükəlidir. Korona virusun həyatımıza təsirinin mûvəqqəti olduğunu dūşünərək bir müddətdən sonra təhlükəli olmayacağını bildiyimiz halda, bəzi həssas adamların özündə yaratdığı depressiyanın nəticələrini indidən görmək o qədər də çətin deyil. Və bu hal insanın xarakterinə, davranışına öz mənfi təsirini göstərə bilər. Yerli -yersiz qəbul edilən bolluca informasiya orqanizmi üzür, insan gərgin olur, adət etdilməyən yaşam tərzilə stresə düşür. Gücümüz tükənmək üzrə olanda yaşadığımız həyatın fərqinə varırıq, narahatlıq, həyəcan, inamsızlıq bizi bürüyür, sonu bitməyən gərginliyimizin nəticəsində bəzən xəstəliklərlə də üzləşə bilir insan. Karantin rejimində "evdə qal" prinsipinə əməl edərək hər gün yuxudan durar - durmaz koronavirusun yayılmasının mənfi fəsadlarını, ölüm hadisələri ilə bağlı üzücü xəbərlər eşidirik. Gərgin ömür beyini yüklənir, insanı sarsıdır, stressə səbəb olur. Dünyada yaşanan böhran, gərginlik yaradan daha üzücü informasiyalar , koronavirusla bağlı ölüm hadisələri və hər birimizin şəxsi problemləri ilə üst-üstə gəlir, şəhərımizin sükut içində adamlarsız təsəvvürü, bəzi hallarda müşahidəmiz, öyrəşmədiyimiz abu- hava insanları yükləyir, gərginliyə səbəb olur. Bu gərginliyin nəticəsi olaraq həyata baxışımız dəyişir, yorğun, əsəbi davranış bəzən doğmalara qarşı tətbiq olunur. Mənfi, inamsiz, ümídsiz düşüncələrimizlə həyatımızı kodlaşdırmiş oluruq. Istəklər ürəkdən gəlməlidi, tərəddüd ediriksə, düşüncələrimizdə inamsızlıq, qarmaqarışıqlıq varsa elə neqativ olaraq qalacaq. Mənfi, təzadli saydığimız bir fikrə qarşı müsbət təəssurat yaranırsa qarşılıqlı fikirlərin şüuraltı asılı olmayan, duyğularımızın hiss etdiyi anlamından irəli gəllir. Gələcəklə bağlı xoş plan varsa insanın ona inamı azalır, sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır, dünyanın aqibəti ilə bağlı naümüdliyə, gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür, tənzimləmək çətinləşir. Bütün çətinliklərin öhdəsindən gəlməklə gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırar, insana gümrahlıq gətirər, həm də bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır. Diqqət ruhumuzun elə yeganə qapisidi ki, şüurumuzda olan nə varsa buradan keçir. Diqqətimizi, sevgimizi bir- birimizdən əsirgəməyək. Özümüzü müsbət düşunməyə öyrədək və inanaq ki, dünyanı lərzıyə gətirən bu bəlanın törəddiyi fəsadlar ötüşəcək. Əhvalımızın yüksək olması indi çox vacib amildi. Xoş ovqatı özümüzə təqlid edək, gülümsəyək. Evdə qalaraq ailəmizə münasibətdə nə qədər pozitiv olsaq, qayğılə, həssaslıqla yanaşsaq, bir o qədər depressiyadan uzaq düşərik. Səmamızı bürüyən qara kölgələrin çəkilməsini, virusun uzaqlaşmasını, bu çətin günlərin aradan qalxmasını gözləməyə özümüzdə güc, təpər taparıq. Həyatımızın ən xoş anını, saatını, günlərini xatırlamağa çalışaq. Günəşin doğması, üfüqün sonsuzluğu, xoş rahiyəli təbiət, quşların səsi, çiçəklərin qoxusu, bəyəndiyimiz ətir, gözəl sima, duyğular, sevdiyiniz rəng, rəsm, foto, musiqilə də həyatımıza rəng qataraq inanaq ki, hər şey gözəl olacaq. Həyat ən əziz nemətdi, onu sevməmək və ya qiymətləndirməmək mümkün də deyil. Həyat sevgisində olan ecazkar qüvvə ilə ən çətin maneələri aradan qaldırmaq mümkün olduğuna inanaq. Psixoloq Yeganə İskəndərova