2 Aprel dünya AUTİZM fərqindəlik günü

Autizm fərqindəlik günü autizmlə bağlı dünya miqyasında olan problemlər və  həlli yolları, autizmlə bağlı tədqiqatlar aparılmasına təşviq, erkən diaqnoz üçün müalicə metodlarını genişləndirmək üçün BMT tərəfindən elan olunmuşdur.

Autizm anadangəlmə vəya həyatın ilk illərində meydana gələn başqaları ilə  ünsiyyətə mane olan mürəkkəb bir neyro-ekstremal xəstəlik kimi təsvir olunur. Autizm ən tez 8 aylıq ikən özünü göstərir. Dəqiq klinik diaqnoz üçün 3 yaşını gözləmək lazımdır. Autizmin ən çox bilinən əlamətləri:

Göz təması qura bilməmək,  

Yaşıdları ilə oynamaqda çətinlik çəkmək,

 Başqaları ilə əyləncə, maraq və müvəffəqiyəti paylaşmada laqeyidlik,

Empatiyanın olmaması, autistik insanlar başqalarının ağrı və kədər kimi hislərini başa düşməkdə çətinlik çəkə bilərlər,

Nitq inkişafının ləngiməsi autistiklərin % 40 i heç vaxt danışmır

Qəlibləşməş və təkrarlanan nitq,

Eyni işləri görməkdə israrcı olmaq,

Qarşısındakının fikrini başa düşməkdə çətinlik çəkir. Məsələn, zarafat məqsədli ifadələri başa düşə bilmirlər sözləri qavrayır və başa düşür amma nə demək olduğunu başa düşə bilmirlər.

Hal-hazırda autizmin müalicəsi üçün vahid bir müalicə metodu yoxdur. Amma simptomları minimuma endirmək və bacarıqlarını artırmaq üçün bir çox yol var. Autizmlər doğru müalicə və müdaxilələrlə bütün bacarıq və qabiliyyətlərini istifadə etmək şansına sahibdirlər. Müalicə və müdxilələr hər bir insan üçün fərqlidir. Hətta bəzi hallarda müalicə autizmli insanlara normal insanlar kimi həyatını yaşamağa kömək edə bilər. Bu məqsədlə xüsusi davranış təhsili və müalicə tətbiq olunur. Nitq inkişafına yönəlik müalicə, motor  qabiliyyətlərini artırmaq üçün terapiya və sosial ünsiyyət bacarıqlarına yiyələnmək üçün tətbiq olunan müalicə üsulları arasındadır.

 Uzm Psixoloq Gülnarə Muxtarova 

c6bf07ebac19b88c55079d930f2afe66.jpg