Sıx-sıx
emosional vəziyyətlərdə olan insanlar bunun nəticəsi olaraq sağlam düşünə
bilmirlər. Məsələn ”O qədər əsəbi idim ki, gözüm heçnəyi görmədi, düşünə bilmədim”
vs kimi. Bu cür vəziyyətlərdə insanlar düşüncə xətalarını daha çox etməyə meyilli olurlar. Düşüncə şəklimizlə duyğuları biz müaəyyən
edirik. Vəziyyətlə bağlı düşünmə şəklimiz düşüncələrimizə də təsir edir. Əgər doğru qərarsı ala bilmək üçün hər zaman
bütün datallar əlimizdə olsa, hər zaman sakit, soyuqanlı, ağıllı, bütün bildiklərimizin
fərqində olsaq, heç bir zaman peşman olmasaq, yolunda getməyən münasibətləri
bitirsək, aşırı çalışmasaq, yüklənməsək
çox sıx bir şəkildə emosional reaksiyalarımız olmaz və düşüncələrimizi də incələməyə
ehtiyac qalmaz. Amma həyat bunlardan
ibarət olduğu üçün emosional sıxıntılarımızı anlaya bilmək üçün düşüncələrimizə
daha yaxından baxmaq lazımdır. Sıxlıqla insanlarda görülen ve çeşidli gruplara
ayrılan düşüncə xətaları bulardır.
1.
Fəlakətləşdirmə: “ Qarışqanı fil etmək” deyimi tam da bu insanlar
üçün nəzərdə tutulmuşdur. Mövcud digər nəticələri hesaba qatmadan daha neqativ
nəticələrə yönəlmək, kiçik bir sübutdan yola çıxaraq o sübutu da kifayət qədər
dəyərləndirmədən olması gərəkən ehtimal digər nəticələri hesaba qatmadan vəziyyəti
və ya hadisələri həmişə neqativ olaraq
görməkdir. Məsən: “ İşi çatdıra bilmədim məni işdən qovacaqlar”, “Həyəcandan
bir kəlmə danışa bilməyəcəyəm”.
2.
İkili düşüncə: həmişə ya da heç şəklində. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt
alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur,
ya da yox dərəcəsindədir. Bu iki uc arasında yer alan nöqtələr görünməz. “Əgər
mükəmməl deyiləmsə, uğursuzam”, “Məni tənqid
edirsə, heç bəyənmir” vs kimi düçüncələr buna misal ola bilər.
3.
Həddindən artıq ümumiləşdirmə: Aşırı ümumiləşdirmə düşüncəsində ümumi bir qaydaya
inanaraq bu düşüncəni izləməkdir. Məsələn, həyat yoldaşı tərəfindən tərk edilən
birinin “ Artıq mənimlə heç kəs maraqlanmayacaq və sevməyəcək” kimi bir düşüncəsi vəya sevgilisi tərəfindən aldadılan bir gənc qızda
“ Bütün kişilər aldadır, ” kimi ümumi bir düşüncə qəlibi
formalaşdıracaqdır.
4.
Olmalı ifadələri –malı, məli
düşüncə tərzi: Bu düşüncə biçimidə insanın özünün, digərlərinin necə
davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Və bu
qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir.
Bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. “ İnsanları məmnun
etməliyəm”, “ İnsan öncə başqalarını düşünməlidir”, “ Uşaqlarımı düzgün tərbiyə
etməliyəm” vs kimi düşüncə tərzləri misal ola bilər. Özümüzlə bağlı bu düşüncə
tərzinin yaratdığı qaydalara əməl etmədikdə günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb
və aqresivlik hiss edə bilərik.
5.
Ağıl oxumaq: Digər insanların nə düşündüyünü bildiyinə və
onların da bizim nə düşündüyümüzü bildikərinə inanmaqdır. Məsələn, “Soruşmağa ehtiyac yoxdur nə
düşündüyünü bilirəm” kimi. Və yaxud danışarkən birisi əsnəyirsə, “Mənim
danışığımdan sıxıldı, çox sıxıcı danışıram”, salam verdiyi bir dostu onu görmədiyi
zaman “ Məni adam yerinə qoymur” kimi düşünmək.
6.
Birbaşa nəticəyə fokuslanmaq: Əksinə sübutlar olmasına baxmayaraq bunları yox
sayaraq sadəcə o şəkildə hiss etdiyi
üçün bir şeyin doğru olduğuna inanma vəziyyətidir. Məsələn. “ Əgər qorxuramsa
deməli təhlükəli birşey olacaq”.
7.
Etiketləmək: Daha uyğun və reallığı əks etdirən dəyərləndirmə
yerinə özünə vəya digərlərinə etiketlər yapışdırması. Məsələn bir işdə uğursuz
olan birinin mən bu işi edə bilmədim deməsi yerinə “Mən bacarıqsızam”, oğlu dərs oxumayan bir
ananın “ oğlum dərs oxumur” deməsi yerinə, “ Oğlum təmbəldir”, deyə düşünməsidir.
Düşüncə
xətaları bunlarla bitmir bir insanda birden çox düşüncə xətaları ola bilər. Bu növ
düşüncə xətaları və ovtomatik düşüncələr psixoterapiya vasitəsiylə dəyişdirilə
bilir.