8 martda qadınlara kitab hədiyyə olunacaq-Gənclər aksiya başlatdı #kitabimkitabinolsun

Psixoloq.az xəbər verir ki,gənclərin birləşdiyi Üçbucaq oxucu birliyi kitabimkitabinolsun heşteqi ile 8 mart beynəlxalq qadınlar günü münasibəti ilı sosial şəbəkələrdə maraqlı aksiya başladıblar.Siz oxucularımızda özəl gün münasibəti ilə bu layihəyə qoşula biləsiz deyə gənclərin sosial şəbəkədə marağa səbəb olan həmin paylaşımını sizlərə təqdim edirik

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR. Bu münasibətlə öncədən bütün xanımları təbrik edir və onlara xoşbəxt, uğurlu, bol mütailəli həyat arzu edirik. Qadın anadır, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın bizə həyat bəxş edən – hədiyyə edəndir. Bu münasibətlə Üçbucaq Oxucu Birliyi olaraq yeni bir sosial dalğa, haştəq yaratmağı , qadınları öz bayramlarında kiçik də olsa öz hədiyyəmiz və sözlərimiz ilə təbrik etmək istəyirik. Bəylər ( həmçinin istəsələr xanımlar da) hədiyyə etmək istədiyi kitabın şəklini #kitabimkitabinolsun haştəqi ilə hədiyyə etmək istədyiniz xanımı tag edin və həmçinin estafeti növbəti olaraq kimə ötürmək istəyirsizsə ( bəy və ya xanım ) “Mən hədiyyə etdim, sıra səndədir” yazın. Biz təşəbbüsü yaratdıq, sıra sizdədir, gəlin bu bayramda qadınları kitab ilə sevindirək.

İdeya müəllifi: Türkanə Əsədovaİdeya tərəfdaşları: Üçbucaq Kitab Evi / Üçbucaq Oxucu Birliyi

#oxuöyrənpaylaş #kitabimkitabinolsun

psixoloq.az