Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizindəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur. Antik incəsənətdə Adonis obrazı qəbirüstü relyeflərdə, həmçinin divar rəsmlərində və s. əksini tapmışdır. İntibah dövrü və barokko incəsənətində də Adonis ilə Afroditanın (Venera) məhəbbətindən və Adonisin ölümündən bəhs edən süjetlər həm təsviri sənətdə, həm də heykəltəraşlıqda geniş yayılmışdır.
Niyə məhz “Adonis kompleksi”? “Adonis kompleksi”? termini ümumiyyətlə tibbi mühitdə istifadə edilmir, əksinə vigoreksiya daha məşhur bir termindir. Bu maraqlı ad Yunan mifologiyasından götürülmüşdür, Adonis kişi gözəlliyinin ali varlığı sayılırdı və mifologiyaya görə bədəni o qədər gözəl idi ki, hətta sevgi tanriçası Afroditanın sevgisini qazandı.
Adonis kompleksi: əzələ dismorfiyası və ya tərs anoreksiya. Bu pozuntu artıq son təsnifatda obsessiv-kompulsiv pozuntu sinfindən ayrılan Bədən dismorfik pozuntusu sinfinə aid olan narahatlıq və kişi bədənindəki vəsvəsədir, problemdən əziyyət çəkən insanlar fiziki görünüşlərindən və xüsusən də kişi bədən görünüşünün maksimum dərəcədə iri və cazibədar olmasını təmin edəcək müxtəlif üsullara əl atırlar, əzələli bədəni əldə etmək yolunda davamlı olaraq obsessiv düşüncələr və yalnızca onların gözünə görünən, onları özlərinə olduğundan fərqli göstərən görüntülərdən əziyyət çəkirlər. Bu vəsvəsə və narahatlıq fərdi patologiyadan əziyyət çəkmək həddinə çatdırır.
Demoqrafik vəziyyət: Problem ilə bağlı müraciət edənlərin çox olmadığını nəzərə alsaq bu bizə bunu deməyə əsas verir ki, Adonis kompleksindən konkret olaraq dünya əhalisinin neçə faizinin əziyyət çəkdiyini bilə bilmirik. Lakin İspaniya üçün aparılmış araşdırmalara əsasən əhalinin 700.000-ə(yeddi yüz min) yaxınında bu problemə rast gəlinir. Bu narahatlıq əsasən 15-35 yaş arası kişilərdə özünü göstərir.
Səbəbləri. Bu pozuntunun dəqiq səbəbini müəyyənləşdirmək çətin olsa da, elmi araşdırmalar bir sıra amillərin Adonis kompleksinin yaranmasına səbəb ola biləcəyi qənaətinə gəlir. Bunlar aşağıdakılardır:
1. Aşağı özgüvən
Özgüvəninin aşağı olması və zəif özünüqiymətləndirmə bu problemin həm səbəbidir, həm də nəticəsi. Əzələ kütləsi formalaşdırmağa çalışan insanlar bu şəkildə özlərini daha yaxşı hiss edəcəklərini düşünərək fiziki görünüşləri ilə bağlı çalışmalara o qədər qapılırlar ki, bəzən bütün həyat mənasını iri biceps və ya six pack formalaşdırmaqda görürlər. Daimi olaraq özləri ilə müharibə vəziyyəti, özünə tənqidi yanaşma və özünü zəif görmə kimi özünə yönələn düşüncələr kənar fikirlərin şəxsin həyatındakı rolunu artırır və bu vəsilə ilə şəxs zehni rifahdan uzaq düşür, daimi kənar təqdir və təhriflərə bağlılıq formalaşdırır.
2. Təsvir mədəniyyəti
Təsvir mədəniyyəti və cəmiyyətin təşviq etdiyi dəyərlər, inanclar insanların ətraf mühiti necə şərh etdiyinə və özümüzə hansı meyarlara müvafiq dəyər verməyimizə təsir göstərir. Daim bizi pis hiss etdirən media ilə əhatə olunuruq Qərb gözəllik kanonu nəticəsində əldə edə biləcəyimiz real olmayan gözləntiləri qarşılamadıqda bəzən gərəksizlik hiss edirik. Maarifləndirici tədbirlər bu zəhərli dəyərlərə və inanclara qarşı durmağın ən yaxşı yoludur. Arnold Şvarsneqer, Lou Ferrigno, Jay Cutler kimi şəxslərin Adonis bənzəri kişilik simvolu kimi satılması və qavranması, bir sözlə, əvvəllər dəfələrlə qeyd etdiyim sosial öyrənmə və onun alt qrupu olan rol modeli mənimsəmə bu problemin də əsas səbəblərindən biri kimi qeyd edilə bilər.
3. Zorbalık ilə formalaşan şematik dövr (7-9 yaş)
Bəzi insanlarda uşaqlıqda məruz qaldıqları fiziki şiddət onların ömür boyu davam edəcək inanclarını və ən pis halda yıxıcı inanclarını formalaşdırır, buna şemalar da deyə bilərik. Yoldaşları, yaşıdları tərəfindən fiziki şiddətə məruz qalan uşaqlar bəzən sonrakı həyat boyu eyni halların yaşanmamağı üçün daimi olaraq daha böyük və daha güclü görünmək adına addımlar atırlar, fiziki güc sahibi olmaq ilə buna gedən yolda anobolik steroidlərə baş vurmağa qədər qəzəblə qalxılıb, zərərlə oturulduğu bir məqamdır bu.
4. Mükəmməlliyyətçilik
Təəssüf ki, biz bu cür insanlarda özlərinə qarşı “ən yaxşı olmaq və ya olmamaq” kimi qəddar bir tələblə müşahidə edilən düşüncələrə rast gəlirik, mükəməliyyətçilik özü öz daxilində emosional mükəmməllik, qavranılmış mükəmməlliyyətçilik kimi yıxıcı kök inancları birləşdirə bilirlər. Bu mükəmməlliyətçi yanaşmalar əsasən ailə təsiri ilə formalaşmış olsa da bəzən sosial şəbəkələrdə yer alan “bodybuilding motivation” videoları vasitəsi ilə də mənimsənilə bilir.
Müalicə yanaşmaları haqqında danışacaq olsaq əlbəttə ki, ilk öncə şəxsin dəyişməyə olan istəyini qeyd etmək lazımdır. Bir çox vaxt şəxs mükəmməlliyi, yaxşı bədən quruluşuna sahib olmağı patoloji hal olaraq görmür, fərqindəlik sahibi olmadıqları halda şəxslərin könüllü olaraq müraciət etməsi bu problemdə nadir hallarda rast gəlinən bir məqamdır. Müraciət etdikləri halda isə Koqnitiv-bihevioral terapiya və Koqnitiv-bihevioral terapiyalar sinfinə daxil olan Qəbul və həsr olunmuşluq terapiyası elmi araşdırmalar ilə təsdiq edilmiş bir müalicə üsuludur. Lakin burada davranışı kəsmək deyil, əsasən şəxsin avtomatik düşüncələrini neyyrallaşdırmaq prioritet istiqamət olmalıdır. Çünki bəzən bütün güzgüləri yığışdırmağımıza rəğmən davamlı olaraq vəsvəsəli düşüncələr və onların yaratdığı təşviş aradan qalxmır. Əsas etibarilə düşüncə və duyğunun neytrallaşdırmaq davranışı da tənzimləyir.
Psixoloq Nəsimi Qiyasov – 30.04.2021
Azərbaycan Respublikası, Bərdə şəhəri