Nəsimi Nizami oğlu Qiyasov
16.09.2014, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası
17 aprel 2015 Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialı, Tələbə Elmi cəmiyyətinin konfransında birincilik
29 aprel 2015 Azərbaycan Müəllimlər İnstitutu Tələbə Elmi cəmiyyətinin filiallar arası elmi-tədqiqat işi üzrə birincilik
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında:
10.05.2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialınım Tələbə Elmi Cəmiyyətinin konfransında "Con Boulbinin bağlılıq nəzəriyyəsinin şagirdlərin psixososial və psixopedaqoji sferasına təsirləri" adlı elmi-tədqiqat işi ilə birincilik.
İxtisasartırma və təkmilləşmə:
Koqnitiv-Davranışçı terapiya(2020)
Psixodinamik psixoterapiyalar - baza anlayışlar (2022)
Dialektik-Davranışçı Terapiya (2022)
ACT - Qəbul və qərarlılıq terapiyası (2022)
Konsultasiya bacarıqları Və Özünə Şəfqətli Agahlıq (2022)
Zaman Limitli Dinamik Psixoterapiya (2022)
Baza Psixososial Dəstək Bacarıqları (2022)
Posttravmatik Stress Pozuntusunda Uzadılmış Məruziyyət Terapiyası (2022)
Tək Seanslıq Terapiya (2022)
Psixi Sağlamlıq Xidmətlərində Boşluqların Doldurulması (MhGap) - Təlimçilik Təlimi (2023)
Sxem Terapiyası (2024)
Klinik Psixologiya (ixtisasartırma) - 2024
Tədris etdiyim kurslar:
Psixoloji Konsultasiyada Koqnitiv və Davranışçı Terapiyaların tətbiqi (80 saat)
Psixoterapiyada Sokrat sorğusu (12 saat)
Psixoterapevtik konseptuallaşdırmada Seçim Nöqtəsi yanaşması (12 saat)
Yazılar ilə bağlı fikirlərinizi paylaşmaq üçün mənə elektron məktub göndərə bilərsiniz:
Elektron Poçt ünvanı: [email protected]
Yazını yazarkən gözümün önündən Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir an olsun getməmişdi, yazının çap olunma məqsədi ilə bağlı problem aradan qalxdığı üçün, yəni bu yazı artıq çap olunmağı gözləmədiyi üçün müəllif və ya “xülasəçi” olaraq mən mətni paylaşmaq istəyirəm. Bəzən facebookda dolaşarkən qarşıma müxtəlif kinolar ilə bağlı “alternativ final"lar çıxır, bu belə yetərincə kədərliykən biraz əvvəl yazımı paylaşmaq üçün yenidən həmin, yuxarıda haqqında bəhs etdiyim fotonu axtarırdım. O məşhur şəkil orda idi, orda idi, amma mən deyəsən bir alternativ sonun şəklini axtarırdım, bir portret çıxdı qarşıma, ata Məsud və qızı Irmak Leylanın əl-ələ olduğu bir portret, Irmak Leylanın Kürəyində qanadları vardı və bu bir alternativ son deyildi. Təsəllinin həqiqətdən ağrıdıcı olduğunu gördüyüm nadir səhnələrdən idi bu deyəsən. Etika psixoloji yardımı hədəf alan hər növ müdaxilənin özəyini təşkil edir. Bu prinsiplərə sədaqət həm mütəxəssisi, həm də yardım alan və axtarışında olan şəxsləri uyğun olmayan müdaxilələrdən qoruyur. Üstəlik nəzərə alsaq ki, mən bu yazını yazarkən cəmiyyətin daha həssas qrupları olan böhran qurbanlarına dəstək olanları məlumatlandırma məqsədi güdürəm, bu məsuliyyəti ikiqat artırır. Bu hissədə BMT inkişaf proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin təkliflərinə, Psixoloji konsultasiyada baza etik nüanslara, bundan başqa etik dilemmalara diqqət edəcəyik. Yazını yazarkən gözümün önündə Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir BMT İnkişaf Proqramı çərçivəsində Böhrana yanaşmaq 1. Yerli resursları səfərbər etmək Fəlakətin və ya böhranın həcmindən asılı olaraq ilkin mərhələdə Birləşmiş Millətlər Təşkilatının bu proqramı beynəlxalq müdaxilənin xaos yaratma riskini nəzərə alaraq yerli resursların səfərbər edilməsini təklif edir. Təbii ki, ehtiyac olduğu halda beynəlxalq kanallar işə salınır, profilaktik tədbir məqsədi ilə mümkün ssenarilər üzrə müdaxilə proqramları və ehtiyac siyahılarının mövcudluğunun səmərəli olacağını qeyd edir. 2. Xüsusi qrupların həssaslıq və ehtiyaclarından xəbərdarlıq Burada məhdud imkanlı şəxslər, uşaq, qadın, uşaqların, eləcə də qaçqın və məcburi köçkünlərin, aşağı iqtisadi imkanlara və məhdud təhsilə sahib insanların, etnik, gender və.s kimi azlıqların ehtiyaclarından xəbərdarlıq və onların dəstəyə əlçatanlığını göz önündə tutmaqdan bəhs edilir. 3. İnsan hüququ və ləyaqətinə həssaslıq Böhrana uğramış şəxslərə yardım din, dil, irq, gender, siyasi-ideoloji baxış fərqi ayırd etmədən göstərilməlidir. 4. Media menecmenti Böhran və böhrana müdaxilə, böhranın təsirlərinin aradan qaldırılmasında ictimaiyyətə məlumat vermək ilə bağlı media nümayəndələrinin fədakarlıqları danılmazdır. Lakin bəzən informasiya verilməsi zamanı sensasion başlıqlar, zərər çəkmiş şəxslərin ağrılı səhnələrinin fotolarından istifadə ictimaiyyətdə dərin sarsıntıya, inamsızlığa səbəb olduğu kimi böhrana məruz qalan şəxslərin də özlərində qurban rolunu yarada, yaranmış olanı möhkəmləndirə bilər. Media meneceri işin başlanğıcında bu sualı verə bilər: Mən olsam, ən böyük travmalarımdan birini yaşayarkən fotomun çəkilib, manşetlərdə yer almasını istərdim? Beynəlxaq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin hazırladığı etik prinsiplər 1. Humanizm. Humanizm burada insan varlığının keşiyində ən üst səviyyədə xidməti səfərbər etməyi ehtiva edir. 2. Ayrıseçkilikdən yayınma 3. Bitərəflik 4. Azadlıq 2, 3 və 4 – cü bənd BMT proqramının açıqlamasında da qeyd etdiyimiz kimi insanları milli, etnik, gender, dil, irq kimliyinə ayırmadan, təhsili, iqtisadi vəziyyəti, sosial təbəqəsi, ideologiya və siyasi baxışlarından asılı olmayaraq tək bir sinif olaraq görməkdir “Böhrandan əziyyət çəkənlər” sinifi və bir amal dəyişməz qalmalıdır, yardım əlçatanlığını hamı üçün təmin etmək. 5. Həmrəylik Xaosun profilaktikası və vahid amala xidmət etmək məqsədi ilə vahid koordinasiya mərkəzi ilə mütəmadi fikir mübadiləsi və mükalimədə olmaq. 6. Könüllülük. İnsanları dağıntı və ya böhran sahəsinə gətirən şeyin insanpərvərlik olması. 7. Qloballıq. İnsana faydalı olmaq adına beynəlxalq təcrübədən faydalanmaq. Sahədə psixoloji yardımın zamanı baza etik prinsipləri 1. Zərər vurmamaq və ya Zərər vurmaqdan yayınmaq Bu hər hansı bir zərər vurmaq formasını özündə ehtiva edən geniş bir anlayışdır. Xüsusilə dağıntı sahələrində, Türkiyədə rast gəlinən problemləri misal olaraq çəkib, yetərsiz bilgiyə qədər bir neçə nümunəyə baxaq. A. Danışmaq istəməyəni sual atəşinə tutmaq. B. Soruşulmadığı halda yersiz simptom maarifləndirməsi aparmaq. C. Məqsədi, yeri, zamanı, əks təsirini bilmədən texnikalar tətbiq etmək. D. Detallı məlumatımız olmayan metodları tətbiq etmək. E. Xəstəlik keçmişi ilə tanış olmadığımız şəxslərlə çalışmaq. 2. İndividuallıq (İndividuallığa inam) A. Psixi sağlamlıq mütəxəssislərinin diaqnoz ilə birləşmək halı. XBT – 10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10 – cu baxış), DSM V (Amerika Psixiatrlar Assosiasiyasının 2013 nəşri olan Psixi pozuntularının diaqnostik və statik kitabının 5 – ci baxışı) kimi diaqnostik ədəbiyyatların bizə psixi sağlamlıq problemlərini simptom fokslu təqdim etdiyini unutmayaq. Biz isə narahatlıq qədər narahat olanı da anlamalı olan mütəxəsislər olmalıyıq. Məhz buna görə psixoloji yardım belə vəziyyətlərdə buz üstündə rəqs etmək kimi olmalıdır, yaradıcı, elastik və ehtiyatlı. B. Tibbi müdaxilədə olduğu kimi psixososial dəstəkdə də amiranə dil deyil, dəvət dili istifadə etmək. Bizim rasional hesab etdiyimiz yardım etmək istədiyimiz şəxs üçün rasional olmaya bilər. Ona görə də insanları həyatda qalmaq instinkti, nəsil artırmaq, həzz almaq instinkti üzərindən çərçivəyə salmadan əvvəl onların ağrıya dair ifadələrini can qulağı ilə dinləyin. İnstinktlər bizi primat kimi həyata bağlayır, insan etmir. Bu üsul uğurlu olsa idi psixoanalizin özündə də nə Fairburn, nə Masterson, nə Xorni, nə Adler, nə də Erik From yetişməzdi. 3. Faydalılıq Zərəri və ağrını azaltmaqdan ziyadə, rifahı və bərpanı təmin etmək istiqamətində bilik və bacarıqları səfərbər etmək. 4. Sədaqət Xidmətin iş əxlaqı prinsiplərinə vəfanı, pasiyentlərə qarşı dürüstlük və etibarlılığı özündə birləşdirən prinsipdir. 5. Hörmət və Konfidensiallıq Benefsiarın ona nə edəcəyimizə dair məlumatlı olması və danışılan hekayədə cinayət tərkibi olmadığı halda məxfiliyin təminatını vermək. 6. Ədalətlilik BQXK və BMT təkliflərində də əks olunduğu kimi insanlara insanpərvərliyi əldə rəhbər tutaraq kömək etməyi özündə ehtiva edən prinsipdir. Bəzən isə bu prinsip özünü insan ləyaqətinin keşiyində durmaqla göstərir, məsələn zorakılığın hər hansı bir növünə məruz qalmış uşağın (18 yaşa qədər şəxsi) yaşadığı şiddət və sıxışdırma ilə, eləcə də başqa istismar halları ilə bağlı aidiyyəti qurumlara məlumat verməyə ehtiyac duyula bilər. Bəlkə də biz psixoloq kimi şəxsi bir daha dinləmək imkanını itirmiş ola bilərik, lakin şəxsin layiq olmadığı həyatdan uzaqlaşması istiqamətində öhdəmizə düşəni etmiş olarıq. 7. Səriştəlilik və Uyğunluq Sahədə olan Psixi sağlamlıq mütəxəssisləri (beynəlxalq təcrübədə belə deyəndə psixoloqlar, konsultantlar, sosial işçilər və həkimlər (həm mütəxəssis Psixiatrlar, həm də Ümumi Terapevtlər) nəzərdə tutulur) baza psixoloji konsultasiya bacarıqlarını bilməli və ehtiyac üzrə yönləndirməyi bacarmalıdırlar. Məsələn: Borderline şəxsiyyət pozuntusundan əziyyət çəkən biri ilə məruz buraxmanı həyata keçirməzdən əvvəl onu birincili və bizə məlum diaqnozu üzrə psixiatr yardımına yönləndirməli, sonra isə razılığı olacağı təqdirdə psixi sağlamlıq xidmətlərini daha uzun müddətə (təxminən 2 il) təqdim etmək iqtidarında olan bir mütəxəssisə yönləndirmə həyata keçirməyi dəyərləndirmək lazımdır. Daxili səs, 2 – 7 yaşda, əməliyyata qədərki mərhələdə şəxsin həyatda qalmaq üçün inkişaf etdirdiyi primitiv və disfunksional davranışlar, inkişaf etməmiş adaptasiya yönümlü davranışlar və uşaqlıq dövründən özü, başqaları, dünya və gələcəyə yönəlik irrasional inanclar böhran sahəsində dəyərləndirilməsi və müdaxiləsi mümkün olan məqamlar deyillər. 8. Şəffaflıq və Tolerantlıq Bu fərqli baxış və başqalarından gələn həll üsullarına maraq göstərmək və funksionallığına inanıldığı, zərərin olmadığı və ya mövcud üsullardan aşağı olduğu halda təklifləri qəbul etməkdir. Şəffaflıq prinsipi isə: Edə bilmədiyinə söz verməmək, söz verdiyini mütləq etməkdir. 9. Məsuliyyətlilik Böhran nəticələrinin aradan qaldırılmasından cavabdeh vahid koordinasiya qrupunun təlimatlarına əməl etmək və özünü, başqalarını, ən nəhayətində isə mübarizənin məqsədlərini riskə atmamağı özündə birləşdirir. 10. Həmrəylik. Şəxsi maraqlardan əvvəl mübarizənin amalı və məqsədlərini göz önündə tutmağı və özünü bu vahid məqsədləri əhatə edən zəncirin bir halqası olaraq görməyi özündə ehtiva edir. 11. Elastiklik Bizim bildiyimiz texniki baxışların çoxu özəl ofislərdə, əsasən ambulator müalicə həyata keçirilən tədqiqat institutları və xəstəxanalarda tətbiq edilib. Elastiklik ilə bağlı qeyd etmək istədiyimiz nüans mövcud vasitələri mövcud təcrübəyə adaptasiya etməkdir. Etik dilemma Bu psixi sağlamlıq xidmətlərinin ayrılmaz və ayrılmayacaq bir parçasıdır bəzən iki etik prinsip sanki bir-birinə zidd gedir kimi görünə bilər, bu çox normaldır. Etik dilemma ilə bağlı nəzərdə saxlanmalı olan məqamlar bunlardır: • Bir prinsipin təmin olunmaması başqa bir etik prinsipi təmin etmək olmalıdır. Məsələn: Məxfilik pozulur ona görə ki, Zərərdən yayınmağa ehtiyac var və Ədalətlilik təmin olunmalıdır. • Faydalılıq varmı sualı verilməlidir. • Zərər minimum səviyyədədirmi araşdırılmalıdır • Məqsəd kimi qarşıya qoyulana nail olmaq ehtimalı yüksək olmalıdır • Qərar (etik prinsipin hansısa birindən azad davranmaq) tərəfsiz olmalıdır. Gəlin 3 vəziyyətdə etik məsələlərə nəzər salaq. Vəziyyət 1. Faydalılıq və Şəffaflıq toqquşması Cənab D. 37 yaşında kişidir, illər əvvəl hərbi xidmətdə olduğu döyüş mövqeyinə basqın edilir, şəxs mövqedə sağ qalanlardan biri olur. Bir müddət sonra şəxsdə sinə sıxılmaları, yadlaşma (özünə yadlaşma və ətrafa yadlaşma), tez-tez kabus yuxular, təşviş və vahimə hissi müşahidə olunur, şəxs bəzən hadisəyə dair çox şeyi xatırlamadığını deyir, lakin eyni zamanda mütəmadi olaraq hadisəyə dair səhnələrin yenidən zehnində canlandığını deyir, xüsusilə döyüş postundakı bəzi ərazilərdə olmaqdan yayınır. Şəxsə hələ o dövr Post-travmatik Stress Pozuntusu diaqnozu qoyulur. Ordudan tərxis olduqdan sonra D müalicəyə davam etmir, uzun illərdir mütəmadi olaraq alkoqollu içki qəbul edir. Faydalılıq burada psixoterapiya bildiklərimizə müvafiq müdaxiləni tələb edir və ola bilsin ki, Səriştəlilik və Uyğunluq da təmin edilir, lakin burada əsas məqam ondan ibarətdir ki, Post-travmatik Stress Pozuntusunda ilk müdaxilə işlənməmiş olan travmatik təcrübəyə olmalıdır və bu ən azından 4-8 seansı əhatə edəcək, bu səbəbdən şəxsin təxliyə edildiyi xəstəxanada yardım alması daha dürüst bir yanaşma ola bilər, çünki böhran sahəsində həftəlik və nizamlı müdaxilə heç də hər zaman mümkün deyil və bəzən Həmrəylik prinsipi bizi başqa təlimatları icra etməyə sövq edə bilər. Vəziyyət 2. Həmrəylik və Səriştəlilik Cənab K. 28 yaşında gizirdir, sonuncu antiterror əməliyyatları zamanı yaralanaraq xəstəxanaya təxliyə edilib, xəstəxananın psixoloqu baş həkimdən prosesə daxil olmaq və qazilər, o cümlədən cənab K ilə görüşmək barədə təlimat alıb. Şəxsdə ön planda olan emosiya “Dostlarını xilas edə bilməmək” inancı ilə özünü göstərən xəcalət və günahkarlıq hissidir. Bundan başqa şəxsin zərərsizləşdirdiyi düşmən hərbçisi ölmədən əvvəl ona əslində təslim olmaq istədiyini və övladları olduğunu deyib, şəxs bu kadrı xatırlayanda peşmanlıq hissinə bürünür, xəstəxananın psixoloqu əsasən qorxu ailəsinə aid emosiyaları işləməkdə effektiv olan Uzunmüddətli Məruz Qoyma Terapiyası üzrə treninq keçib. Lakin o fərqindədir ki, belə situasiyalarda daha uğurlu yol Koqnitiv İşlənmə Terapiyasıdır. Belə olan halda Həmrəylik prinsipinə qarşı Zərərdən yayınma, Uyğunluq və Səriştəlilik prinsiplərini əldə əsas tutan mütəxəssis yönləndirmə həyata keçirilməsini rəhbərlikdən istəməlidir. Vəziyyət 3. Məxfilik və Ədalətlilik Xanım A. 20 yaşında qadındır, zəlzələdən xilas edildikdən sonra Post-travmatik Stress Pozuntusu simptomları ilə səhra tibb məntəqəsinə müraciət edib. Şəxsə Kəskin Stress Pozuntusu diaqnozu təyin olunub və psixoloqa yönləndirmə həyata keçiriləcəyi deyilib. Böhran sahəsindən təxliyədən sonra A xəstəxananın mütəxəssisi ilə görüşüb, burada əslində ardıcıllıq izlənsin deyə şəxsin detallı anamnezi alınır və bu əsnada müəyyən olunur ki, A qonşuluğunda yaşayan Y tərəfindən 15 yaşında cinsi zorakılığa məruz qalıb. Y sağdır və həyatına davam edir, A evlidir və Y-nı görmək qorxusu səbəbi ilə ata, anasının evinə nadir hallarda gedir. Məxfilik bizə deyir ki, hekayəni gizli saxlamaq lazımdır. Amma biz bir ölkənin vətəndaşıyıq və hər kəs kimi qanun qarşısında məsuliyyət daşıyırıq. Azərbaycan Respublikası prezidentinin 22 oktyabr 2019 – cu il təsdiqinə əsasən 2007 – ci ilin 25 oktyabrında Lansarotedə imzalanan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Şurasının Konvensiyasına əməl etmək ilə mükəlləfik. Həmin konvensiya psixi sağlamlıq mütəxəssisləri kimi səhiyyə və təhsil işçilərini də başlıca olaraq bu hüquqları müdafiə etməkdə səfərbər olmağa çağırır. Bu səbəbdən belə hallarda qanun və beynəlxalq hüquq qarşısındakı mükəlləfiyyəti yerinə yetirmək daha çox ön planda durur. Unutmaq lazım deyil ki, ədalət mülkün təməlidir və onun öz yerini tapmasına xidmət hamımızın vəzifə öhdəliyidir. Mənim 2 aya yaza bildiyim və böyük ehtimalla bir neçə dəqiqəyə oxunula bilən bu mətndə də öz işimizi nizamlayan prinsiplərdən danışdım, dönə-dönə xatırlatmaqda fayda vardır, bu prinsiplərə bağlılıq Mütəxəsis və benefsiarı qoruyur, prosesin hüquqi, struktur və münasibət ilə bağlı sərhədlərini nizamlayır, nizamın olmadığı yerdə təəssüf ki, göz yaşı hakim olur. Nəsimi Qiyasov Bərdə, 20.11.2023
Stimula nəzarət metodikası Stimula nəzarət Botzin tərəfindən 1972-ci ildə, İnsomnia üçün inkişaf etdirilən terapevtik texnikadır. Bu strukturlaşmış yanaşmanın əsas hədəflərindən biri yataq otağı, yataq və yuxu arasında qopan əlaqələri bərpa etməkdirsə, digər hədəfi isə yataq otağı, yataq və oyaqlıq arasındakı mövcud bağı qoparmaqdır. Bu yazını 2024 – cü ildə yazıram və 1 il öncə çap olunan ədəbiyyatların da dəstəyini alaraq deyə bilərəm ki, haqqında bəhs etdiyim müdaxilə metodikası inkişaf etdirilməsindən 52 il keçməyinə rəğmən hələ də həm yuxuya getmə çətinliyi, həm də yuxuda qala bilmə ilə bağlı çətinliklərə müdaxilə üçün birinci seçim yanaşmadır. Bir digər tərəfdən mən yuxusuzluq ilə bağlı yuxu məhdudlaşdırılması proqramı barədə də danışmaq istəmişdim əslində, sadəcə bu protokolu dərindən araşdırmaq məni qorxutmuşdu. Çünki o protokol Post-travmatik stress pozuntusu, panik pozuntu, bipolar affektiv pozuntu kimi diaqnozlardan birini almış şəxslər üçün tədbiqi zərərli ola biləcək bir metoddan bəhs edir. Müdaxilə addımları bundan ibarətdir: A. Yatmaq məqsədi ilə və yalnız yatmaq üzrəykən yataq otağına keçmək və çarpayıya uzanmaq lazımdır. Xüsusilə bəzi şəxslərdə yatmaq üçün göstərici yuxululuq hissi deyil, saatdır. Yəni onlar sanki bir standart müəyyən edirlər ki, filan saatda artıq yataqda olmalıdırlar, əks halda isə sabah yorğun və halsız olacaqlar. Belə hal yuxu və yuxusuzluq barədə nigaranlıq fikirləri, yuxuya gedə bilməmək və zəif performans ilə bağlı fikirlər isə təşvişi ortaya çıxara bilir, təşvişin somatik simptomları gərginliyi və oyanıqlığı aktiv saxladıqca isə yuxuya getmək mümkün olmur. B. Yataq və ya yataq otağından cinsi əlaqə və yuxudan başqa heç bir fəaliyyət üçün istifadə etməyin, yəni televizor izləmək, dərdləşmək, oyun oynamaq, mesajlaşmaq, kitab oxumaq üçün divan, kreslo, masa arxasında oturmaq olar. Amma yataq otağı və yataq bunun üçün deyil. C. Yataqda olduğunuz halda 15-20 dəqiqə ərzində yuxuya gedə bilməmisinizsə qalxın və yataq otağını tərk edin, yataq otağına növbəti dəfə yuxunuz gələndə yenidən qayıdın, yox əgər yenidən 15 – 20 dəqiqə ərzində yata bilməsəniz yenidən yatağı və yataq otağını tərk edin. Bunu yuxuya gedənə və ya sonrakı bəndlərdə bəhs edəcəyimiz kimi oyaümumiyyətlə yaxşı olar ki, yatağınızı Azərbaycan televiziya tamaşasında qeyd edildiyi kimi ayrı yaşamağınızın mümkün olmadığı biri ilə paylaşınma vaxtınıza qədər təkrar edə bilərsiniz. D. Televizor qarşısında, mənim etdiyim kimi soba kənarında, divan və ya kresloda yatmayın. Hörmətli oxucular, seriallardakı aktyor və aktrisaları rol-model alaraq partnyorunuz ilə küsəndə tərəflərin birinin yorğan və yastığını götürüb divan və ya kresloda yatmağını da istəməyin. Yataqdan kənarda keçən vaxtı oyaq olmağa aid işlərlə keçirin. E. Həftənin hər günü, şənbə və bazar, bayram günləri, məzuniyyət və tətillər daxil eyni saatda oyanmağa çalışın. Bu bioloji zəngli saat əhəmiyyəti daşıyır. F. Yuxarıda deyək ki, bir saat qeyd etdiniz, məsələn 07:00, əgər gecə boyu, deyək ki, 5-ə qədər yuxuya gedə bilmədiniz eyni zamanda, günə erkən başlamağa çalışmayın, ən azından 06:00 – a qədər olan vaxtı C bəndində qeyd ediləni təkrarlamağa çalışın. Unutmaq lazım deyil ki, 30-40 dəqiqəlik yuxu belə bizim üçün gün ərzində daha enerjili olmaq deməkdir. G. Deyək ki, gəldi səhər 7 oldu və o saata qədər 1 saat belə yuxuda ola bilmədiniz. Belə olan halda gün içində, hansısa fürsətdə, yuxunuz çox gəlsə belə yatmamağa çalışın. Niyə? Çünki əks halda sizə axşam lazım olacaq yuxu istəyini söndürə, azalda və gecə yuxuya getmək ilə bağlı çətinlik yaşaya bilərsiniz. Ən pisi isə bu davranış “gecə yatmasam belə gündüz mügüləyib gözümün yorğunluğunu ala bilərəm” kimisindən bir inancı möhkəmlədə bilər. Nəsimi Qiyasov Bərdə, 2024
Borderline həqiqətən öz yaşadıqlarını anlaya bilsə və bəzən nəyi, niyə yaşadığının həqiqətən fərqinə varmış olsaydı güman ki, sosial münasibətləri olan insanlara özünü belə bir şeir ilə ifadə edərdi: Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi. Sən elə bir vaxtda rast gəldin mənə, Mənzilimin çoxu keçilmiş idi. Nə deyə bildim ki, ürəksən mənə, Nə deyə bildim ki, ürək deyilsən. Nə deyə bildim ki, gərəksən mənə, Nə deyə bildim ki, gərək deyilsən. Başlanğıcdakı şeir korifey şairimiz Cabir Novruzun qələminin məhsuludur, psixoanalitik terapiyalar ilə bağlı kursa belə başlamışdıq: Bu gün yaşananlar tək bu günə aid deyil. Bu sözü çox sevdim, çünki bağlanma, obyekt münasibətləri, psixikanın strukturu filan deyilirdi, lakin mən fikrimdə qətiydim, bu gün yaşananlar dünən öyrənilənlərin hər yerdə və hər zamanda özünü doğrultmayan güzgüsüdür. Dolayısı ilə bu şeiri belə də başa düşə bilərsiniz “insanlar mənə rast gəldikdə mənim artıq tərk edilmə, dəyərsizlik, sevgisizlik, layiq görmə, gücsüzlük sxemlərim aktiv idi. İndi bəzən mənim üçün tanrı, bəzən heçliksiniz, düzdür ki, kimsə kiminsə hər şeyi ola bilməz, amma ağrılarım mənə heç kimin heç kimi olmadığımı pıçıldayır.” Klassik psixoanalizi heç vaxt sevə bilmədim. Halbuki mən universitetə daxil olanda hələ Koqnitiv-bihevioral terapiyalar haqqında ölkədə çox da söhbət açılmırdı və bu yanaşma sadəcə “avtomatik düşüncələri ləğv et, qorxuların üzərinə get” kimi təqdim edilirdi, o da koqnitiv və ya biheviorist psixologiya tədris edən müəllimlər tərəfindən. Koqnitiv psixoterapiya ilə tanışlığım təhsilə bərpa edildikdən sonraya, 2018-ci ilə təsadüf edir, bu yanaşma əslində öyrənmənin ən optimal halını ortaya qoyur – rekonstruksiyanı. Buna nail olmaq üçün dünən adətən davranış təcrübəsinə üz tuturduqsa bu gün artıq emosianal tolerantlıq, defuziya, dəyərlər faktorunun müşayiəti ilə “heç nə etməmək” sənəti istiqamətində fərqindəlik qazandırmağa çalışırıq və bu gün nəfəs məşqi belə bir müddət sonra pasiyentin “silahlanmasından” çıxarılır, insan həyatının daha coşqulu, daha şiddətli emosiyası olaraq ortaya çıxan təşviş halına qarşı şəxsin heç bir silaha ehtiyacı olmadığına dair “özündə olma halı” və davranış bərkiməsi həyata keçsin deyə. Psixoanalitik nəzəriyyələr aspektindən Borderline şəxsiyyət pozuntusunun dünəni: Bağlılıq formaları – Boulbi, Eynsvort və Kernberq Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur. Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik: • Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir. • Təşvişli bağlılıq hansı ki, burada bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir. • Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir. Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır: 1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir. 2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir. IV Bağlılıq forması, Kernberq və Qarışıq bağlanma Nizamsız və ya qarışıq bağlanma zamanı ana ilə qovuşan uşaq qeyri-ardıcıl bağlılıq reaksiyaları verir, məsələn anidən sevinir, dərhal sonra qəzəblənir, anidən anaya yapışma davranışı, ardınca isə qopma və uzaqlaşma davranışı nümayiş etdirir. Bu bağlılıq forması psixoanalitik nəzəriyyələrdə sərhəd sferasındakı problemlərin baza səbəblərindən biri kimi qeyd olunur. Psixoanalitik terapiyalarda bu problemə adətən irəlisi açıq olan və konkret çərçivələnməsi mövcud olmayan proses olaraq yanaşılır. Hər halda istər analiz etmək olsun, istərsə də bacarıq qazandırma, şəxsiyyət pozuntularına müdaxilə 2 il, adətən isə daha çox davam edəcək terapiya seansları tələb edir. DSM lV aspektdən 5 psixiatrik pozuntu kateqoriyası DSM-IV 5 kateqoriyalıdır. Mən bu yazıda iki kateqoriya kənaraçıxmaları sıralayacaq və II kateqoriyada qeyd edilən pozuntunun Koqnitiv-Davranış modeli haqqında danışacam. İrəlidə Kateqoriya 1 və Kateqoriya 2 narahatlıqlar ifadəsi tərəfimdən istifadə ediləcəyi üçün bunu aydınlaşdırmağı labüd hesab edirəm ki, oxucunun zehnində sual işarəsi qalmasın. Kateqoriya I KLİNİK pozuntular. Körpəlik, Uşaqlıq və ya Yeniyetməlik dövründə ilk dəfə diaqnoz qoyulur • Maddə İstifadəsi ilə Bağlı Xəstəliklər • Şizofreniya və digər psixotik pozuntular • Əhval-ruhiyyənin pozuntuları • Təşviş pozuntuları • Somotoform pozuntular • Cinsi pozuntular • Yemək pozuntuları • Yuxu pozuntuları Kateqoriya II ŞƏXSİYYƏT POZUNTULARI və İNTELEKTUAL POZUNTULAR • Paranoid şəxsiyyət pozuntusu • Şizoid şəxsiyyət pozuntusu • Antisosial Şəxsiyyət pozuntusu • Şizotipal şəxsiyyət pozuntusu • Borderline Şəxsiyyət pozuntusu • İsterik şəxsiyyət pozuntusu • Narsisistik Şəxsiyyət pozuntusu • Çəkingən Şəxsiyyət pozuntusu • Asılı şəxsiyyət pozuntusu • Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu Əvvəllər burada Passiv-aqressiv, Depresiv tipi də təsnif edirdik, lakin mənə məlum olmayan səbəblərə görə hazırda təsnifatlarda bu iki “tərk edilən tipin” heç biri və ya Depresiv tipə rast gəlinmir. Məsələn Ertuğrul Köroğlunun “Kişilik Bozuklukları” kitabında “Passiv-aqressiv tip” mövcuddur, amma Depresiv tip yoxdur. Koqnitiv-biheviorist terapiyanın təkamülü və onun Borderline Şəxsiyyət pozuntusunda tətbiqi Koqnitiv terapiya əvvəlcə depressiyanın müalicəsi üçün ortaya çıxdı və sonra digər Kateqoriya I pozuntuların əksəriyyətini müalicə etmək üçün sürətlə genişləndi (Gillian Toll və Xristofer Fayrbürn – Yemə pozuntularının koqnitiv terapiyası, Turkington, Kingdom – Şizofreniyanın koqnitiv terapiyası, Oya Sevin Mortan – Şizofreniya və Psixotik pozuntuların koqnitiv qrup terapiyası, Klarkın təşviş modeli, Ellisin Depressiya modeli, Purdonun OKP, Şerri Predrikin Bədən dismorfik pozuntu modeli və.s bu xüsusda tədqiq ediləcək sahələrdir, təbii ki, Datillonun Koqnitiv-bihevioral ailə terapiyası və Sungurun Koqnitiv-bihevioral cinsi terapiyası da gözardı edilə bilməz) . O vaxtdan bəri, Koqnitiv-bihevioral terapiya özünü digər problemlərdə Kateqoriya II pozuntuların müalicəsinə doğru genişləndirmək üçün kifayət qədər böyük qət etmişdir. (1983 – Marşa Linehanın Dialektik-Bihevioral terapiyası, Layden və Artur Fremanın Şəxsiyyət pozuntularında Beck yönümlü koqnitiv terapiya yanaşması, 2003 – Jeffrey Young ilə Koqnitiv Şema terapiyası yanaşması və.s) Kateqoriya II pozuntuların koqnitiv modelində üç əsas element var. • Koqnitsiyalar • Çox inkişaf etmiş davranışlar • Az etmiş davranışlar Koqnitsiyalara avtomatik düşüncələr, fərziyyələr və sxemlər daxil ola bilər. Yüksək inkişaf etmiş davranışlar kompensasiya strategiyalarıdır, inkişaf etməmiş davranışlar isə çatışmayan həyat bacarıqlarıdır. Avtomatik düşüncələr düşüncənin ən səthi səviyyəsindədir. Bunlara xüsusi hallarda baş verən anlıq düşüncələr və obrazlar daxildir. Buna misal olaraq masanın üstündə görülməli olan bütün işlərə baxaraq “Bu işləri görə bilmərəm” anlayışı avtomatik düşüncə ola bilər. Fərziyyələr yaşayışın şərti qaydalarıdır. Bunlar təcrübə, ailə həyatı və sosiallaşma yolu ilə öyrənilir. Buna misal olaraq “Hər şeyi mükəmməl etmirəmsə, deməli uğursuzam ” ehkamını, fərziyyəsini göstərmək olar. Sxemlər ll kateqoriya narahatlıqların terapiyasının əsas diqqət mərkəzində olan koqnitsiyaları əhatə edir. Tez-tez travmaya səbəb olan bu koqnitsiyalar şərtsizdir, ciddi şəkildə disfunksionaldır və dəyişikliklərə son dərəcə müqavimətlidir, bu sxemlər aktivləşdikdə kəskin affekt reaksiyalarına səbəb olur. Travma həm ayrıca danışılır, həm də sxemlərin başlanğıcı olaraq nəzərə alınır, travmaya misal bədən travması (və ya cinsi istismar), emosional travma (və ya son dərəcə maladaptif valideyn davranışı) ola bilər. Sxemə misal olaraq “Mən bir fərd olaraq tamamilə qüsurluyam” düşüncəsi ola bilər. II Kateqoriya pozuntularda terapiyanın çox inkişaf etmiş davranış elementlərinə kompensasiya strategiyaları daxildir ki, bu da uşaqların düşdüyü həyat vəziyyətlərinin öhdəsindən gəlmək üçün inkişaf etdirdikləri mübarizə bacarıqlarıdır. Uşaqlar alkoqollu içkilərin aludəçiliyindən əziyyət çəkən və təcavüzkar valideynlə yaşamaq, cinsi istismara məruz qalmaq və ya uşağın əsas psixoloji sağlamlıq ehtiyaclarına mənfi təsir göstərən mübahisəsiz qaydaların olduğu bir mühitdə yaşamaq kimi qarşısıalınmaz vəziyyətlərə cəlb edilə bilər. Bunların heç biri uşaqların “nəzarət edə bildiyi” vəziyyətlər deyil, lakin uşaqlar bununla mübarizə aparmaq istəyirlər. Müəyyən bir müddət funksional və işlək kimi görünən hər hansı bir strategiya çox vaxt sonralar yenidən və ya daimi istifadə olunur. Yetkinlik dövründə bu şəxslər nisbətən məhdud sayda kompensasiya strategiyalarına etibar etməyə davam edə bilərlər, bu kompensasiya davranışları çox inkişaf etmiş bacarıqlardır adətən və beləliklə, işlək və ya qeyri-funksional olmağına baxmayaq uşaqlıqda yaşanan situasiyalara bənzər hər hansı bir situasiya şəxsin təcrübəsini stimullaşdırdıqda bu mübarizə vasitələri aktivləşir. Çox vaxt pis nəticələrin qarşısını almaq üçün hazırlanmış bu strategiyalar özləri zamanla qarşısını almalı olduqları çox pis nəticələrə gətirib çıxaran davranış nümunəsi kimi qarşımıza çıxır. İstənilən nəticəni vermədikdə, xəstələr tez-tez fərqli bir strategiyanı sınamaq əvəzinə “kifayət qədər iş görmədiklərinə qərar verirlər”. Onlar edəcəklərini “daha çətin, daha sürətli, daha əhatəli, daha ciddi” etməli olduqlarını hiss edirlər. Məsələn daha çox alkoqol qəbul etmək, gücsüzlük sxemi aktiv olduğunda silahlanma davranışı və.s. Beləliklə, nəticə verməyən davranışlardan imtina etmək əvəzinə, uğursuz olsa belə, eyni strategiyadan daha tez-tez istifadə etməyə başlayırlar. Yetkinlərdə, uşaqlıq təcrübələrini psixoloji olaraq xatırladan vəziyyətlərdə sxem inancları və kompensasiya strategiyaları aktivləşməyə davam edir. II kateqoriyalı narahatlıqların Koqnitiv-bihevioral terapiyası geniş mənada xəstənin sxeminə və kompensasiya strategiyalarına bələd olma və onların daha dəqiq və funksional inanc və davranışlar ilə əvəz etmək üçün yenidən qurulmasını əhatə edir. Bu, həm də çatışmayan həyat bacarıqlarının öyrədilməsi deməkdir. Bütün bunlar bu yeni inanc və davranışların tətbiq oluna və öyrənilə biləcəyi bir mühitdə edilir. Borderline şəxsiyyət pozuntusu tez-tez həm mütəxəssisi, həm də xəstəni çaşdırır. Bu qarışıq narahatlığın simptomları arasında; Tərk edilmə, qeyri-sabit və şiddətli emosiyalar ilə təzahür edən münasibətlər, şəxsiyyət böhranı, reaktiv özünə zərər vermə, öldürücü və özünə zərər verən davranış, əhval-ruhiyyənin qeyri-sabitliyi, boşluq hissi, irrasional qıcıqlanma, paranoid və dissosiativ simptomlar var. Borderline Şəxsiyyət pozuntusu olan benefsiarların tipik sxemləri içərisində Tərk edilmək, Güvənsizlik, Yetərsizlik, Gücsüzlük, Layiq görmə vardır. Tipik Borderline kompensasiya strategiyalarına/çox inkişaf etmiş bacarıqlara: yayınma , aqressiya, asılılıq, özünə zərər vermə, “danışmamaq, hiss etməmək” qaydaları və həddindən artıq həyəcanlılıq daxildir. Bu davranışlar Borderline Şəxsiyyət pozuntusunun əsas sxem inanclarına reaksiya olaraq ortaya çıxan davranış nümunələridir. Məsələn, bu xəstələrin hissləri və düşüncələri çox vaxt uşaqlıqda qiymətləndirilmirdi. Onlara bildirilmişdir ki, onların hiss və düşüncələrinin özləri, eyni zamanda bu hiss və düşüncələri ifadə etmək yanlış və zərərlidir. Bu da özlüyündə “danışmıram, hiss etmirəm” kompensasiyasını inkişaf etdirmiş, bu kompensasiya və ya qayda uşağın sağlam özünü tanımasını və özünə inamını inkişaf etdirməsini qeyri-mümkün etmişdir. Qısaca bu benefsiarlara uzaqdan baxdıqda həyat hekayələri belə izah oluna bilər - Onlar kim olduqlarını bilmirdilər, ehtiyaclarının nə olduğunu dərk etmədilər və ehtiyaclarını necə ödəməyi öyrənmədilər. Travma çox vaxt heç kimə etibar edilə bilməyəcəyi və ya hər kəsin bir gün gedəcəyi inancına səbəb olur. Yetkinlik vəziyyətlərində uşaqlıq inancları və davranışları təkrarlanır. Bu, “o zamanın indiki ilə qarışmasına” və böyüklərin uşaqlıq travmalarını yenidən aktivləşdirməsinə səbəb olur. Bundan əlavə, Borderline xəstələri üçün travma yalnız məzmun kimi deyil, həm də orijinal fəaliyyət növü kimi kodlaşdırılır. Yetkin bir Borderline Şəxsiyyət pozuntusundan əziyyət çəkən şəxs yalnız uşaqlıq travmasının nəticələrinə inanmır, həm də uşağa uyğun idrak strategiyaları ilə birlikdə bu sahədə məlumatları emal edir. Bu daha primitiv işləmə bacarıqları tez-tez Borderline tip şəxsiyyət pozuntusu olan benefsiarı terapevt üçün anlaşılmaz edir. Çox vaxt benefsiarlar da özlərini anlaşılmaz hesab edirlər. Sui-istifadəyə məruz qalan və disfunksional, sərt mübarizə strategiyaları inkişaf etdirən uşaqlar sağlam həyat bacarıqlarını öyrənmirlər. Bu uşaqlarda sağlam ünsiyyət bacarıqları, uzaqgörənlik, problemləri həll etmə bacarıqları, kimin etibarlı olduğuna qərar vermək, valideynlik bacarıqları, müdafiə bacarıqları, özünü tanımaq, emosiyaların tənzimlənməsi bacarıqları, özünü sakitləşdirmə bacarıqları və s. kimi sosial bacarıqlar az inkişaf etmiş və ya ümumiyyətlə inkişaf etməmiş olur. Bu Bacarıqların olmaması onların gündəlik həyatda qeyri-münasib vəziyyətlərə düşməsinə və ya qeyri-münasib şəkildə reaksiya göstərməsinə səbəb olur. Onlar tez-tez sağlam həyat bacarıqlarının olmaması səbəbindən yaranan və ya daha da pisləşən real böhran vəziyyətlərində olurlar. Aşağıdakı siyahı Borderline Şəxsiyyət pozuntusu olan şəxslərdə Koqnitiv-bihevioral terapiyaya başlamaq adına müalicə məqsədlərini göstərir. Ancaq müəyyən bir neçə addım varki müalicə boyu dəfələrlə təkrarlanacaq və digər addımlarla birləşdiriləcəkdir. Beləliklə, Koqnitiv-bihevioral terapiya aspektindən Borderline şəxsiyyət pozuntusunun məqsədləri 1. Tam və geniş bir şəxsiyyət və inkişaf ananmnezi alın. • Necə bir ailədə doğuldu? • Valideynlərini necə xatırlayır? • Onların sənə qarşı münasibətləri necə idi? • Bir-birlərinə qarşı münasibətləri necə idi? • Bacı və qardaşlarına qarşı münasibətləri necə idi? • Valideynlərinin başqalarına qarşı münasibətləri necə idi? və.s 2. Özünə zərər verən davranışları və intihar meyllərini azaldın. • Sonuncu dəfə bu təcrübəni nə vaxt yaşamısan? • Nə baş vermişdi? • Bunun səndə məna qarşılığı nə idi? Necə mənalandırdın? • Nə hiss etdin? Fuziya və Defuziya anlayışı • Davranış məşqi kimi şəxsin düşüncə və emosiyalar ilə bütünləşmək və ayrılmasını sınamaq olar. Məsələn: A. Düşüncə nədir? B. Düşüncə nə deyil? C. Düşüncə necə təsir edir? D. Düşüncə necə təsir edə bilmir? E. Emosiya nədir? F. Emosiya nə deyil? G. Emosiya necə təsir edə bilər? H. Emosiya necə təsirsizdir? Maarifləndirmə: Psixiatrik xəstəliklər içərisində Obsessiv-kompulsiv pozuntu deyə bir kateqoriya var, bu şəxsin məcburi obraz və fikirlərin müşayiəti ilə özünü rahatlatmaq davranışıdır. İntim obsessiyası olan bir ata körpə qızına hər yaxınlaşdıqda xəyalında ona qarşı cinsi istək hiss etdiyinə dair obraz ortaya çıxır. Ata 2 yaşlı qızına heç toxuna bilmir. Çünki düşüncənin gerçək olacağını düşünür, dolayısı ilə heç bir davranış olmasa belə sadəcə olaraq var olan və yox olan düşüncənin qızına zərər verəcəyini düşünür. Bir tərəfdən şəxs təşviş hissindən qaçarkən, digər tərəfdən iztirab dünyasına qapılarını açır. Halbuki düşüncəni sadəcə buluda da bənzətmək, ona görə deyil, ona rəğmən də yaşamaq olardı. Gəl səninlə bir məşq edək, məndən yaxşılar buna Bulud metaforası deyir (ardı üçüncü bənddə) 3. Özünü sakitləşdirən, mübarizə aparan və xoşagələn davranışları artırın. Bulud metaforası Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir? 4 · Təmizləmə və.s kimi təşkilati bacarıqları inkişaf etdirəcək əsas həyat bacarıqlarını öyrədin. • Ev tapşırıqları müzakirə edilir və təyin edilir. Məsələn: Problem çözmə siyahısı Təxirə saldığınız işə nə vaxt başlamaq istədiyinizi müəyyənləşdirin. Səhifəni yarıya bölmək üçün xətt çəkin və iki sütunu “Problemlər” və “Həllər” adlandırın. Problemlər sütununda işə başlamanıza mane ola biləcək hər şeyi yazın. Sonra Həll sütununda bu problemlərin hər birini necə həll edəcəyinizi yazın. Və ya Böyük işlər üçün kiçik addımlar Böyük bir uğura, ya da məqsədə gedən yolu olduğu kimi böyük görmək hər zaman sənə ümidverici nüanslar vəd etmir və bəzən də bu böyük məqsədlərin böyüklüyü səni qorxuda, hələ hərəkətə keçmədən yora, geri çəkilməyə vadar edə bilər. Lakin böyük bir məqsədi, kiçik hissələrə böləndə əlində yol xəritəsi tutmuş kimi olursan. Məsələn: İsinmək məqsədi olan insanın kiçik addımları bunlar ola bilər. • Əvvəlcə içində olduğu otağın qapı və pəncərələrini bağlamaq • Sonra odun yığmaq • Ardınca odunları sobaya toplamaq • Odunları odlamaq. Əlavə nümunə üçün, mən hüquqşünas olmaq istəyirəm deyən abituriyentin kiçik addımlarına diqqət edək. • III blok fənləri üzərində daha çox çalışmaq • Ədəbiyyat, Tarix, İngilis dili, Riyaziyyat, Azərbaycan dilinin həftəlik mütaliə saatlarını müəyyən etmək, istirahət vaxtları təyin etmək. Həftəlik mütaliə saatını təmin etdikdə həftə sonu özünü sevdiyi, amma hazırda məşğul olduğu üçün uzaq qaldığı hər hansı bir fəaliyyət ilə mükafatlandırmaq. • Vaxtaşırı imtahan təcrübəsini inkişaf etdirmək və nisbətən zəif olduğu nöqtələri təyin etmək üçün sınaqlarda iştirak etmək. 5. Problemlərin aradan qaldırılması, ünsiyyət, valideynlik, qərar qəbul etmə, sərhədlərin qoyulması, emosiyaların tənzimlənməsi və ünsiyyət bacarıqları kimi inkişaf etməmiş həyat bacarıqlarını öyrət. David Letterman dinləmə texnikası Burada siz David Letterman və ya Cey Leno , olsun elə Bəyazit Öztürk kimi tok-şou aparıcıları bənzəri, hər kəslə və hər yerdə təsadüfi və səmimi söhbətlər etməyi öyrənirsiniz. Siz Atəşkəs Texnikası istifadə edir, Düşüncə və Emosiya Empatiyası qurur, Maraq və kompliment istifadə edərək diqqətinizi digər şəxsə yönəltməyi öyrənirsiniz. Onu özünüzə cəlb etmək əvəzinə projektor işıqların onun üzərində olmağını təmin edirsiniz. Bunu heyranlığınızı ifadə edərək və dostcasına etsəniz, qarşıdakı insan sizin haqqınızda müsbət hiss etməyə başlayacaq. Paradoksal Qəbuletmə Çatışmazlıqlarını sakit və yumor hissi ilə qəbul edirsən. Qəbul Paradoksu Buddist təliminə əsaslanır ki, özünü müdafiə etdiyin zaman özünlə bir növ müharibə yaradırsan. Öz tənqidinə qarşı özünü müdafiə etsən, özünlə mübarizə aparmalı olacaqsan. Əksinə, tənqiddə həqiqət zərrəsi tapsan, içindəki tənqidçinin şövqünün aşağı düşməsinə imkan verəcəksən. Burada tənqid edən təbii ki, özünsən və buna görə də özünlə barışırsan. Rol oyunu ilə sözlü konflikt yaşanan situasiyaların təyin edilib müzakirəsindən sonra situasiyanı səhnələşdirmək mümkündür, Məsələn: Başqa bir insanla müsbət və mənfi düşüncələrinizin rolunu alın və qarşılıqlı dialoq qurun. Mənfi fikir rolunda olan insan “Sən”lə başlayan cümlələrlə hücum etsin, müsbət fikir rolunda olan şəxs isə “mən”lə başlayan cümlələrlə özünü müdafiə etsin. Burada bir xüsusa diqqət etmək lazımdır ki, texnika faydalı olsun, benefsiar ilə bu texnikada rol alan şəxs özünün benefsiara qarşı olan emosiya və düşüncələri ilə deyil, benefsiarın özünün özünə qarşı olan düşüncələri ilə hücum etməlidir və cümlələr “Mən düşünürəm ki” deyə yox, “səndə bu qüsurlar var, bunlara görə ümid edirəm ki, utanırsan” bənzəri olmalıdır. 6. Sxem və inancları müəyyən edin. • Burada təməl inancları kəşfə yönələn müxtəlif texnikalar sizə faydalı ola bilər. Məsələn: Aşkar etmə texnikaları 1. Aşağı ox Aşağı ox texnikası sizi təşviş və depressiyaya çəkən yıxıcı kök inancları təyin etmək üçündür. Neqativ düşüncənin aşağıda ox çəkib özünüzə “Deyək ki bu düşüncə doğrudur, bu düşüncə mənə hansı səbəbdən mənfi təsir edir? Bunun mənim üçün mənası nədir?” deyə soruşuruq. Cavabdan sonra hər dəfə cavabın aşağısına ox çəkib eyni sualı təkrar edib yeni cavab alın, beləliklə neqativ düşüncəmizin altında yatan inancları öyrənmiş olacağıq. 2. “Deyək ki, bu oldu” Bu texnika da qorxuların arxasındakı ssenarimizi tapmağa kömək olur. “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını verin, sonra isə bunu hər dəfə cavab alanda yenidən o cavaba “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını ünvanlayın. Bir neçə dəfə bunu cavablayın, sonra özümüzdən soruşaq, “Bütün bunların gerçək olma ehtimalı nə qədərdir?” 7. Bu inanclara səbəb olan uşaqlıq şəraitini müəyyənləşdirin. • Əsasən yönləndirici suallar ilə hekayəni dinləyin Əli /Ayişə, bu sahib olduğun inancların nədən, hardan gəldiyi ilə bağlı bir xatirən varmı? Səncə bu inanclar hər zaman və hər məkan üçün doğruldumu? Bunların doğru inanc olduğunu hansı nümunələr ilə öyrəndin? 8. Sxem inancını insanın həqiqi səsi olmayan daxili səs kimi müəyyən edin. Mənaların fərqləndirilməsi texnikaları – Qəbul və könüllülük terapiyası Məsələn: A. Vərəqə - Mən günahkaram - yazdır. 1 dəqiqə ərzində “Mən günahkaram, mən günahkaram, mən günahkaram” - deyə təkrar etdir. B. Vərəqə - Mən günahkar olduğumu düşünürəm – yazdır. 1 dəqiqə ərzində - “Mən günahkar olduğumu düşünürəm” - deyə təkrar etdir. C. Vərəqə - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə yazdır. 1 dəqiqə ərzində - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə təkrar etdir. Və sonra bu mənalar arasında fərqliliyi sorğula Daha əlavə Günahkaram ifadəsini deyək ki, başqa bir dildə ifadə etməyi üçün bir vərəq təqdim edirik, Məsələn: İtalyanca – sono colpevole [sunu kalpeevoli] Albanca – Unë jam fajtor [un yam faytor] Almanca – Ich bin schuldig [iş bin şuldiq] – bunları şəxs ifadə etdikdən sonra: T. Bu sözlərin nə mənaya gəldiyini bilirsən? B. Xeyr. Nə deməkdir ki? T. Nəsə hiss etdirmədi sənə? B. Yox? T. Hamısı “günahkaram” deməkdir. Sizcə bu ifadələri demək sizə hansı səbəbdən pis hiss etdirmədi? B. Anlamadım deyə ola bilər? T. Deməli başqa cür anlasaq da fərqli hiss edə bilərik. 9. Bu fikrin kimə məxsus olduğunu müəyyənləşdirin. Bu sözləri, bu fikirləri sənin haqqında daha çox kimlər ifadə edirdi? / bu fikirləri daha çox kimdən eşitmisən? İnsanların danışdığı ifadələr və onların doğru, yanlış, həqiqət, yalanları haqqında psixoloji maarifləndirmə aparılır, alternativ düşüncənin əlavə edildiyi 7 sütunlu düşüncə qeydi formu doldurulur. Nə vaxt idi Nə oldu? Nə düşündüm? Nə hiss etdim? Nə etdim? Başqa nə düşünə bilərdim? Alternativ düşüncəni düşünsən necə hiss edərdim? Cədvəl.1. 10. Benefsiarı öz həqiqi səsini müəyyən etməyə təşviq edin. Uşaqlıq mühitinin öhdəsindən gəlmək üçün uşaqlıqda öyrənilən davranışları və bu mühitlərin yaratdığı inancları müəyyənləşdirin. Burada koqnitiv rekonstruksiya üçün düşüncə üzərində iş ən az təsirə malik texnika olacaqdır. O səbəbdən Fayda və zərər analizi ilə situasiyaya yenidən baxırıq Fayda: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi faydalar nələr olmuşdur? Zərər: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi zərərlər nələr olmuşdur? Və dahası motivasiya yaratmaq üçün alternativ davranış nümunəsini yazırıq, sonrasında vərəqi iki hissəyə ayırır, mümkün variantları təxmin edirik və sonra bunlara dair inancımızı qeyd edirik, ardınca yeni davranışı həyata keçirir və vərəqin boş hissəsində yeni davranış sonrası təəssüratlarımızı qeyd edirik. Yəni inanc və düşüncələri, fərziyyələri, ümumiyyətlə koqnitiv rekonstruksiyanı davranış təcrübələri əsasında həyata keçiririk. 11. Mövcud mühitlə indiki mühiti fərqləndirin. Mövcud mühitin hansı aspekti stimullaşdıran amil kimi çıxış edən keçmişlə oxşardır? Fərqli, lakin nəzərə çarpmayan nədir? Mövcud mühitdəki güclü tərəflərin nələrdir? Zəif tərəflərin nələrdir? Bu gün sənə nələr keçmiş mühiti xatırladır? O stimmulaşdırıcı xatirələr ilə necə mübarizə aparırsan? Koqnitiv Ekspozisiya və ya Klassik ekspozisiya+5 duyum aktivləşdirməsi Koqnitiv Ekspozisiya Bəzən qorxduğun hər hansı bir nüansa özünü məruz buraxa bilmirsən. Məsələn, əgər səndə uçmaq qorxusu varsa, qorxunun öhdəsindən gəlmək üçün təyyarəni qəzaya uğratmaq fikrində olmamağın təbiidir! Ancaq Koqnitiv Ekspozisiyadan istifadə edərək xəyalən bu qorxu ilə qarşılaşa bilərsən. Burada əsas nüans “heç nə etməmək sənətidir”, qorxulan görüntü ilə mübarizə aparmaq əvəzinə ona təslim oluruq. Real narahatlıq yaradan situasiyada isə deyək ki, nəfəs məşqləri ilə başlanğıcda qorxulan situasiya ilə 30 dəqiqə üzləşmə aparılır 13. Digər davranış formalarını araşdırın Başqa çox inkişaf etmiş/kompensasiya edici davranışları kəşf edir və dəyişdirir 14. Yeni davranış həyat bacarıqlarını tətbiq edin. Az inkişaf etmiş / sosial və həyati bacarıqları inkişaf etdirmə və formalaşdırma. 15. Davranış təcrübələrindən əldə edilən yeni həyat qaydalarını və yeni sxemləri şifahi şəkildə ifadə edin. Dərs danışır bənzəri bloknota qeyd etdiyi yeni fərziyyə və inancları danışır, bu situasiyaları yaradır və yeni bacarıqları eyni bizlər terapevtik bacarıqları tətbiq etdiyimiz bənzəri situasiyalara tətbiq edir. 16. Şəxsiyyət məsələlərini araşdırın. Xarakter əlamətlərinə çevrilmiş və tətbiq edildikcə hipokampus iştirakı ilə bərkimiş olan vərdişləri, eyni zamanda introversiya və ya ekstroversiya əlamətləri və.s. 17. Təsvirlər, qoxular, əşyalar və s. istifadə edərək yeni Sxemi dəstəkləyən situasiyalar yaradın, assosiativ yaddaşı yenidən qurun. Məsələn Həyatın nə mənaya gəldiyi sorğusu ətrafında müzakirə + Əgər onun bir forması olsaydı necə olardı? – sualı əsasında otaqda “həyat mənası formasında” fiqur Dəyərlər Onun vizual qarşılığı Onun qoxu qarşılığı Onun səth və ya əşyavi qarşılığı və.s Əsasında sxem və düşüncələrin bərkidilməsi həyata keçirilir. Ədəbiyyat siyahısı: 1. APA – DSM – IV, 1994 2. Arthur Freeman, Layden, M. A., Newman, C., Morse, S. (1993). Cognitive Therapy of Borderline Disorder, Needham, MA: Allyn & Bacon. 3. Bahattin Göktan – Psikanalitik terapiler temel eğitimi, Kuramcılar 4. David D. Burns – Panik atakda, Psikonet, 2018 5. Greenberger, Padesky – Evinizdeki terapist, Altın kitaplar 6. Jeffrey Wood - Diyalektik Davranışçı terapi, Dev Belgesel yayınları 7. Mary Layden – Sınırda kişilik bozukluğunda bilişsel terapi, Bilişsel terapi ve uygulamaları, Robert l. Leahy, litera yayın evi, 2004, səh.313-332, 8. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021 9. Robert l. Leahy – Duygusal Şema Terapi, Altın pusula, 2018 10. Sinem Durusal – Kabul ve kararlılık terapisi, Eğitim Sunumu Psixoloq: Nəsimi Qiyasov Tarix: 05.07.2022 Azərbaycan Respublikası, Bərdə şəhəri
Posttravmatik stress pozuntusu simptomları Post-travmatik stress pozğunluğu: Klinik sindrom olaraq elmi ədəbiyyatda mühüm yer tutur. Amerika Psixiatriya Dərnəyi tərəfindən nəşr olunan Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-IV 1994) dördüncü nəşrində Ptsp -nin günlük təcrübələr xaricində psixoloji travmaya səbəb olan bir hadisədən sonra meydana gəldiyi ifadə edilir. PTSP sindromunun xarakterik simptomları aşağıdakılardır: 1) travmatik hadisə ilə bağlı təkrarlanan və narahatedici xatirələr, məsələn, davamlı geri dönüşlər, yuxular, kabuslar, tez-tez güclü emosional sıxıntı ilə müşayiət olunur; 2) travmaya səbəb olan müvafiq stimullardan qaçmaq və ya ümumiyyətlə cavab verməmək; 3) Həddindən artıq oyanıqlıq, həddindən artıq qorxu, nizamsız yuxu, əsəbilik kimi hiperhəssas vəziyyəti. PTSP adətən cinsi qısnama, fiziki işgəncə, müharibə, təcrid düşərgələri kimi fərdi yönümlü bir hadisədən yarandıqda daha uzun müddət davam edir. Travmanın iki tipi Ptsp-nin qiymətləndirilməsində və müalicəsində bu sindromu yaradan stressin birinci, yoxsa ikinci növ travma olduğunu bilmək vacibdir.’ Qısaca izah etmək üçün birinci növ travma kimi gözlənilməz, qısamüddətli hadisələrdir. Təcavüz, fiziki hücum, təbii fəlakət və ya istehsalat qəzası kimi təkrarlanmayan travmatik hadisə və sürətli sağalma müşahidə olunan hadisələri bura aid edirik . Müqayisə üçün qeyd edək ki, ikinci növ travma daha qalıcı xarakter daşıyır və uşaqlıqda davamlı cinsi və ya fiziki zorakılıq kimi travmatik hadisələr zəncirini tələb edir və xəstənin dünyaya, özünə neqativ yanaşmasına səbəb olur. İkinci növ travma tez-tez yüksək dozada maddə istifadəsi, yemək pozğunluqları, əhval pozğunluqları, təşviş, panik pozğunluqlar, xroniki münasibət problemləri və uzun müddətli şəxsiyyət inkişaf pozğunluqları ilə əlaqələndirilir; Onlar emosional qadağalar, özünü idarə edən davranışlar və intihar kimi digər psixiatrik vəziyyətlərlə əlaqəli daha mürəkkəb və daha xroniki PTSP -yə səbəb olurlar. PTSP koqnitiv modeli Koqnitiv proses nöqteyi-nəzərindən, PTSP travmatik hadisələrin yüksək emosional prosesindən yaranır. PTSP simptomları onlara adekvat və ya uğurlu emosional emal aparılarsa dayandırılır. PTSP sindromunu yaradan amil travmatik hadisənin özü deyil, fərdin travmatik hadisəyə yanaşması və reaksiyasıdır. Eynilə, fərdin PTSP simptomlarına reaksiyası müalicə kursunu gedişini təyin edir. Travmanı Stimmulaşdırıcı Sxemlər İkinci növ travmadan əziyyət çəkənlərdə, xüsusən də travma uşaqlıqda yaşanıbsa, PTSP simptomları tez-tez travmaya əsaslanan sxemlərlə müşayiət olunur.’ Bu sxemlər koqnitiv təhriflər kimi təfəkkürün işini tənzimləyir və qavrayışa, şərhə, ehkam və inanclara birbaşa təsir göstərir, xüsusilə sonrakı hadisələrin yaddaşa həkki və xatırlanması bu sxemlər filtrindən keçərək müşahidə olunur. Travmaya səbəb olan sxemlərin gücsüzlük, dəyərsizlik, günahkarlıq və sevilməzlik şəklində daimi mövcudluğu və aktivləşməsi hadisə bitdikdən çox sonra şəxsin qavrayışlarında daimi qurban rolu vəziyyəti yaradır və xroniki PTSP sindromlarına yol açır. İkinci növ travmadan sağ qalanlarda, xüsusən də travma ilə əlaqəli “zəiflik sxemi” onların PTSP sindromunun əsasını təşkil edir. Nəticədə, onlar tez-tez funksional iflic vəziyyəti yaşayırlar. Və böyük emosional böhran yaşamadan gündəlik həyatın ‘zərbələri’ ilə başa çıxmağı son dərəcə çətin hesab edirlər. Beləliklə, PTSP xəstəsinin gücsüzlük hissindən əziyyət çəkməsi bu qrup xəstələr üçün koqnitiv terapiyanın əsas məqsədinə çevrilir. Klinik ilk görüş Müalicədən əvvəl; Xəstənin mövcud həyat vəziyyəti, ailə tarixi, travmatik təcrübələr tarixi, mövcud psixoloji uyğunlaşma, tibbi tarix, alkoqol və narkotik istifadəsi, depressiya və PTSP simptomlarının şiddəti haqqında məlumatlar əldə edilir. İlk klinik müsahibədə xüsusilə aktual problemlər, onların gündəlik həyata təsiri, xəstənin sosial mühitinin reaksiyaları və xəstənin simptomları ilə mübarizə yolları diqqət mərkəzindədir. Narahatedici travmatik anların, dissosiativ flashbacklərin və kabusların mövcudluğu və intensivliyi ilə bağlı xüsusi suallar verilir. Xəstəni sorğu-sual edərkən onun emosional vəziyyətinə həssas olmaq vacibdir. Travma almış xəstələrdə post-travmatik stress əlamətlərinin şiddəti dəyişkən olduğundan, məsləhətçinin xəstənin bütün PTSP meyarlarına cavab verib-vermədiyini araşdırması vacib bir vəzifədir. Bu vəziyyətdə, PTSP-nin birincil və ya ikincil klinik diaqnoz olub-olmaması və ya travmadan sonra xəstənin qismən stress əlamətlərinin narahat düşüncələr və ya sindromu maneə törətməsi qərara alınır. Terapiya tətbiqi Aydın Müalicə Məqsədləri PTSP sindromundan əziyyət çəkən xəstələrdə koqnitiv terapiyanın ümumi məqsədi onların travmalarının emosional fəaliyyətinə uğurla adaptasiya etmək olsa da, konkret terapiya məqsədləri aşağıdakı kimi sıralana bilər: 1) Fizioloji oyanıqlığın azaldılması, 2) təkrarlanan fleşbeklər, təkrarlanan kabuslar kimi narahatedici travmatik xatirələri aradan qaldırmaq, 3) travma xatirələrini güclənmə şəkilləri ilə əvəz etmək, 4) travmatik obrazların hekayə dilinə çevrilməsi, 5) travmaya səbəb olan inancların və sxemlərin dəyişdirilməsi, 6) gündəlik həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün daha təsirli strategiyalar hazırlamaq, 7) xüsusilə emosional sıxıntı zamanı özünü sakitləşdirmək və rahatlatma üçün güclü qabiliyyəti inkişaf etdirmək. Terapiya məğzinin açıqlanması Müdaxilə etmək üçün xüsusi narahatedici travmatik xatirələri seçdikdən sonra xəstəyə proses haqqında aşağıdakı kimi izah vermək olar: “Bu terapiya sizə travmatik xatirələri emal etməyə və aradan qaldırmağa imkan verir, O, həmçinin həyatınızı daha çox idarə etdiyinizi hiss etməyə kömək etmək üçün nəzərdə tutulub. İşimizin böyük bir hissəsi vizualizasiyadan istifadə etməkdən ibarətdir. Bu bir flashback və ya kabusda hiss etdiyiniz travmatik görüntüləri, düşüncələri və emosiyaları yenidən yaşamaq deməkdir. Bundan sonra daha yaxşı nəticə əldə etmək üçün travmatik görüntüləri dəyişdirəcəyik. Məqsədimiz özünüzü qurban kimi deyil, hakim kimi görmək və travma qarşısında qurban kimi hiss etməkdənsə, özünüzü güclü bir fərd kimi qəbul etməkdir. Əlbəttə ki, bu, əslində travmatik hadisəni dəyişməyəcək, lakin onlara qarşı inanclarını, düşüncələrini, zehni görüntülərini və travma ilə bağlı hisslərini dəyişəcək. Başqa bir şey soruşmaq istəyirsən?” Xəstələr travmatik görüntülər xatırlandıqda yarana biləcək mümkün emosional sıxıntı və yüksək oyanma statusundan xəbərdar olmalıdır, bunları seans zamanı terapevtlə bölüşə biləcəkləri xatırladılmalıdır. Terapiya seansında travmatik yaddaşı yenidən yaşamaq xəstənin normal həyatında yaşadıqlarından çox fərqlidir. Birincisi, seans zamanı travma həqiqətən yaşanmır. Bundan əlavə, terapevtin səsi və dəstəkləyici iştirakı bütün təxəyyül seansı boyunca “terapevtik bağın” qurulmasını təmin edir. Koqnitiv Ekspozisiya Bundan sonra xəstədən travmatik yaddaşı yenidən görməsi və onu indiki zamanda ucadan söyləməsi xahiş olunur, sanki indi baş verir, burada metodika kimi daha yaxşısı, gözləri yummaqdır. Xəstə birdən çox narahatedici fleşbekin olduğunu və ya kabuslar gördüyünü bildirirsə, diqqət ən narahat edənə yönələcək. Bu müddət ərzində xəstənin ekspozisiya seansları ilə bağlı bütün sualları sakit bir şəkildə, az və düz cavablandırılmalıdır. Təxəyyül ekspozisiyalarında konsultantın rolu istiqamət verməkdən daha çox dəstəkləyici olmalıdır. Terapevtin müdaxilələri istismar, zorakılıq səhnələrinin təfərrüatlarını və ya müəyyən hisslər və düşüncələr haqqında təfərrüatları soruşmaqdan kənara çıxmamalıdır. Vizual, emosional və sensor stimullar da daxil olmaqla bütün “qorxu şəbəkəsinin” aktivləşdirilməsi koqnitiv ekspozisiyada çox vacibdir. Travmatik yaddaşın şifahi təsviri başa çatdıqda, terapevt soruşa bilər: “Travmatik yaddaşla əlaqəli başqa bir şey varmı?” Xəyali ekspozisiya, xəstənin bütün travmatik yaddaşı yenidən yaşadığına əmin olduqda başa çatır. Üstünlük emalı Xəstə koqnitiv ekspozisiya bölməsini bitirdikdən dərhal sonra terapevt üstünlük mərhələsini aşağıdakı kimi təsvir edə bilər: “Mən sizdən travmatik yaddaşın başlanğıcını yenidən təsəvvür etməyinizi və baş verənləri indi baş verirmiş kimi xəyal etməyinizi xahiş edəcəyəm. Amma bu dəfə daha yaxşı nəticə əldə etmək üçün travmatik ssenarini dəyişdirəcəyik. Başlamağa hazırsınız? Xəstənin bu nöqtədə verə biləcəyi sualları bu mərhələnin sonuna qədər təxirə salmaq daha yaxşıdır. Xəstə hazır olduğunu dedikdə, terapevt davam edə bilər: “Hazır olduqda, travmatik anı yenidən nəzərdən keçirməyə və onu ətraflı təsvir etməyə başlaya bilərsiniz.” İlkin olaraq, üstünlük emalı mərhələsi koqnitiv ekspozisiya mərhələsinə çox oxşardır. Bununla belə, travmatik ssenari kulminasiya nöqtəsinə çatdıqda, terapevt xəstədən özünü həmin səhnədə yetkin kimi görməsini xahiş edir. Fərqli bir texnika ilə xəstədən eyni səhnədə özünü travmatik hadisəyə fərqli reaksiya verdiyini təsəvvür etməsi istənilir. Terapevt bunu aşağıdakı suallarla asanlaşdıra bilər: “Hal-hazırda travma səhnəsində özünüzü yetkin bir insan kimi təsəvvür edə bilərsinizmi? Bir yetkin kimi travma səhnəsinə girəndə nə baş verir? Bir yetkin olaraq, hazırda nə etmək istərdiniz? Və sən istədiyini etdiyini görürsənmi?” Üstünlük təsvirinin xüsusi məqsədi qurban obrazını onun öhdəsindən gələ biləcək başqa bir obrazla əvəz etməkdir. Xəstələr özlərini səhnədə dominant olduqlarını təsəvvür edə bilmirlərsə, kömək üçün səhnəyə kənardan dəstək ola biləcək insanları çağıraraq “təcrübə” edə bilərlər. Təsvirin manipulyasiyası zamanı koqnitiv terapevt idarə olunan təsvirlərdən deyil, daha çox istiqamətləndirici kəşfiyyat yanaşmasından “sokratik təsvirlərdən” istifadə edir. Yenidən danışılan və dəyişdirilən ssenarinin necə dəyişdirilməsi lazım olduğunu söyləməməyə və nə baş verə biləcəyini təklif etməməyə diqqət yetirilməlidir. Terapevtin rolu ilk növbədə xəstəyə üstünlük təsviri mərhələsində hansı təsvirlərdən və mübarizə strategiyalarından istifadə edəcəyinə qərar verməkdə kömək etməkdir. Özünə şəfqət emalı Üstünlük təsvirini tamamladıqdan sonra, terapevt yetkin olaraq səhnəyə daxil olmuş şəxsi travmaya məruz qalmış şəxslə, yəni özünün travmaya məruz qalan personajı ilə özünə şəfqətli təsvirlərə təşviq edir. Terapevt və xəstə ayrı bir məna etmək üçün şəxsin travmanı yaşayan personajını “uşaq”, “yaralanmış öz” və ya hər hansı digər uyğun sözlə ifadə edə bilər. Terapevt xəstəyə aşağıdakı suallarla kömək edə bilər: “Bir yetkin olaraq travma almış “yaralı” haqqında nə deyərdin və ya nə edərdin?... Burada nə etdiyini və ya dediyini təsəvvür edə bilərsən? Və bu nöqtədə, bu görüşdə travma almış özünə necə reaksiya verirsən? Beləliklə, bu gün bir yetkin kimi özünə qarşı necə reaksiya vermək istərdin? İndiki yetkin halınla yaralı uşaq olan və travmaya uğramış mənliyinin gözlərinə baxanda nə görürsən? Öz-özünə şəfqət təsviri indiki yetkin halın travma almış vəziyyəti adekvat şəkildə qiymətləndirənə qədər davam edir. Daha aydın olması üçün youtube’dan izləyə bilərsiniz: https://youtu.be/2DjBE-yb9iM Məlumat emalı və benefsiardan məlumat almaq Bütün bu vizualizasiyalardan sonra xəstənin reaksiyaları müzakirə edilir və işlənir. Koqnitiv rekonstruksiyaya kömək etmək üçün terapevt: “Bu proses sizin üçün necə oldu? Hazırda özünüzü necə hiss edirsiniz? Gördüyümüz iş haqqında hissləriniz və düşüncələriniz necədir? Kimi suallar verə bilərsiniz Seans bitməzdən əvvəl xəstəyə duyğularını idarə etmək üçün kifayət qədər vaxt vermək vacibdir. Bundan sonra, terapevt seanslar arasında işləmək üçün özünə şəfqət üsullarını öyrədir. Xəstənin özünə zərər verən davranışı tarixçəsi varsa, təhlükəsizlik müqaviləsi bağlamaq çox vacibdir. Ev tapşırığı Benefsiara ev tapşırığını aşağıdakı kimi təyin edə bilərik: 1) Tamamlanmış koqnitiv ekspozisiya sessiyalarının səsli qeydlərini gündəlik dinləmək və dinləmədən əvvəl və sonra stress səviyyələrini qeyd etmək. 2) Subyektiv reaksiyalarınızı səsə qulaq asdıqdan dərhal sonra bloknota yazmaq. 3) Yaşadıqları ağrıya şəxsi məna verən travmatik xatirələri yenidən səhnələşdirmək(xəyali formada) 4) Xüsusilə əsəbiləşdiyi zaman özünü sakitləşdirmək və özünə şəfqət üçün göstərdiyi səylərə diqqət yetirmək. 5) Terapiya seansları arasında yaşanan fləşbeklərin intensivliyinin və tezliyinin 1 ilə 100 arasında qeyd edilməsi. 6) Travma bir şəxs tərəfindən törədilibsə və cinayət törədilibsə, ən azı həftədə bir dəfə göndərilməyəcək bir məktub yazaraq cinayətkar haqqında hiss və düşüncələrin yazılması 7) Təhlükəsizlik müqaviləsinin bağlanması. Verilən ev tapşırığı benefsiardan çox şey tələb edir kimi görünsə də, ev tapşırığına sadiq qalmaq çox yaxşı nəticələr verir və travmatik elementlərin emosional işlənmədə son dərəcə faydalı olduğu da görünür. Koqnitiv terapiya, yayınma davranışları dayandırılana və PTSP simptomları müəyyən bir azalma əldə edənə və ya yoxa çıxana qədər, uğurlu emosional emal baş verənə qədər və ya benefsiar terapiyanın köməyi olmadan qalan PTSP simptomlarının öhdəsindən gələ biləcəyinə əmin olana qədər davam edir. Bütün koqnitiv ekspozisiya və yenidən formalaşdırma seansları lentə yazılıb Qeydə alınır və üzərində işləmək üçün benefsiara verilir. Birinci növ travmalarda koqnitiv terapiya adətən beş-on seans çəkir, ikinci növ travmaların terapiyası bir az daha uzun çəkir. Psixoloq: Nəsimi Qiyasov Tarix: 17.12.2020, Azərbaycan Respublikası, Bərdə şəhəri.
Səhnə açılanda psixoloqun qarşısında bir nəfərin əyləşdiyini görürük, depresiv bir ruh halına bürünüb, biz buna sonradan ixtisasımızdakı psixologiya nüansı sıxışdırıldığı üçün çökmüş ruhi vəziyyət deyəcəyik. Rapport həyata keçirilir, psixoloq şəxsə uyğun hərəkət ilə insiativi ələ alır, ardınca kresloya söykənir və çökmüş ruhi vəziyyətdə olan şəxs bu dəfə psixoloqu təqlid edir. Uzaqlarda hələ 70-ci illərdə çökmüş ruhi vəziyyətin ən azından yüngül, orta dərəcəsi üçün şok müdaxiləsi, farmokoloji terapiya tətbiqi mifologiyası yıxılıb. Amma buralarda hələ də şəxsin emosiya və düşüncələrinə dair inanclarının deyil, beyin kimyasının mövcud vəziyyətin stimulu olduğu söylənir. Emosiya və coğrafiya Bir yerdə eynilə belə bir məsələ oxumuşdum, “Coğrafiya taledir” insan doğulduğu məmləkətə müvafiq olaraq öyrənir bir çox nüansı, sosializasiyanın mikro amili olsa belə ən çox ailədə bizlər müxtəlif hadisələrə dair düşüncələri öyrənirik. İtkini dərk etmə formamızda ona müvafiqdir, bir ailədə şəxs ölümün qıcığa reaksiyanın yox olması kimi öyrənə, digər bir ailədə isə Əzrailin amansızlığı kimi qəbul edə bilər. Bir sözlə biz doğulduğumuz məmləkətin mövcud mədəniyyətinin yeriyən kserolarıyıq. Kişilərimiz, uşaqlarımız, qadınlarımız, hamımız müxtəlif emosiyaları öyrəndiyimiz tərzdə yaşayırıq, bir yerdə yaradıcı biri ölümünə az qaldığı üçün düşünür: -İstərdim ki, bu əsəri yazıb bitirdikdən sonra vəfat edim, çünki mən düşünürəm ki, insanlar adlarını xatırlayan sonuncu insan vəfat edəndə heç yaşamamış olurlar. Bu əsər məni ölümsüz edə bilər. Digər bir yerdə isə başqa biri eyni xəbərdən sonra deyir: -Bax ha, Margaret, mən öləndən sonra evlənərsən birdən, elə bil o biri dünyada iki əlim yaxanda olar. İndi özün fikirləş, vallah ruhum hər dördüncü gün səni narahat edər, kabusun olaram, demədi demə. Gəlin bir də ABC modeli üzrə qiymətləndirmə də aparaq: Qrup yoldaşı Sənanın, Kənanın, Rəvanın yanından keçəndə salam vermədi Kənanın öyrəndiyi: Hörmətsizlik edən adamın göz yaşına baxmaram. Sənanın öyrəndiyi: İnsanlar fikirlidirsə deməli dərdləri var. Rəvanın öyrəndiyi: məni görməzdən gələn deməli görmək istəmir Adlar A(düşüncə) B(emosiya) C(davranış) Sənan Düşüncə:Bəlkə nə isə dərdi var? Emosiya:Maraq Davranış:Yaxınlaşır və soruşur “Məni gördün, amma salamlaşmadıq, yaxşısan, sənin üçün edə biləcəyim nə isə var?” Kənan: Düşüncə:Bu mənə qarşı hörmətsizlikdir. Emosiya:Qəzəb Davranış:Yaxınlaşır və deyir “Ayıb olsun sənə, bir süfrə arxasında çörək kəsmişik, məni saymırsan indi sən? Mən səni dünəndən saymıram. Rəvan Düşüncə:“Səadətlə, fərəhlə, qəmlə keçən o günlər, bir salama dəymədi?” Emosiya:Kədər Davranış:Dərin bir ah çəkir, evə gedir, yerinə uzanır, ruminasiyanın tələbinə uyğun olaraq düşüncə və emosiya təkrarlanır. Axşam bir dostunun ad günü var idi, ora da getmir, artıq heç kimə lazım olmadığı qənaətindədir. Cədvəl:1 Nədir bu emosianal sxem anlayışı? Çox sadə ifadə ilə yaşadığımız emosiyalar ilə bağlı öyrəndiklərimiz əsasında formalaşan kök inanc, aralıq inanc və ya ehkamlarımızdır. Yuxarıdakı çökmüş ruhi vəziyyətdə olan yoldaşın adını elə Rəvan edək. Rəvan: həftələrdir bu haldayam mən. Kədər içindəyəm, avtomobil qəzasında dostumu itirəndən sonra qərara gəldim ki, həyatın bir mənası yoxmuş. Kədər hissi sayəsində sağ olsun heç bir iş görə bilmirəm, ac, bütün günü çarpayıda uzanmış vəziyətdəyəm. Psixoloq: dostunuzun itkisi ilə bağlı sizi qorxudan bir nüans var? Yəni eyni hadisənin sizinlə də bağlı yaşanacağı qənaətindəsiniz? Rəvan: heç dəxli var? Mən dostumu itirdiyim üçün üzüldüyümü deyirəm. Psixoloq: dostunuzun itkisi sizin üçün nə mənaya gəlir? Rəvan: sən deyəsən əvvəlcə incəsənəti oxuyub sonra ixtisas dəyişmisən, bir insan öləndə onun daha heç vaxt olmayacağını düşünmək, onunla yenidən əvvəlki kimi danışa bilməyəcəyini düşünmək, bəzən onu axtarmaq, amma tapa bilməyəcəyini düşünməyin ən sadə ifadəsi kədərdir? Psixoloq: kədər adətən hansı hallarda ortaya çıxır sizin üçün? Rəvan: hər hansı bir itki sonrası deyim elə. Psixoloq: sizcə bunun olması bir proses olaraq təbiidir? Rəvan: əlbəttə, amma davam etməyi nüansı var. Psixoloq: səncə yasın tutulma, kədərin davam etməsinə dair hər hansı bir normativ sənədlər var? Rəvan: yox amma.. Həyat keyfiyyətinə təsir edir. Psixoloq: keyfiyyətli bir həyat dedikdə nəzərdə tutduğun nədir? Rəvan: digər insanlar kimi həyata davam etmək məsələn. Psixoloq: səncə itirdikdə kədərlənəcək qədər dəyərli bir kimsəmizin olmadıqda biz keyfiyyətli yaşamış oluruq? Rəvan: yox, sizcə davam etməyi normaldır? Psixoloq: sizcə var olmaq yaxşı olanı, yoxsa hər şeyi hiss etməkdir? Rəvan: indi deyəsən anlayıram.. Koqnitiv tolerantlıqdan kənarda və ya emosiyaların gücü. (əvvəlki yazılarıma istinadən) Qorxmaqdan qorxmaq – Mərmi şoku Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”.Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir.Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S” qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s” qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır. “Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı bir nümayişidir. Ayrılıqdan patologiyaya – Diogen sindromu Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya ifadə edilən deyil. Şəxs göstərdiyi yığma davranışına dair düşüncəsi olmur, sadəcə hiss etdiyi kədərə dair inancı olur. “Həyat yoldaşım olmadan dünya kədərlə dolu bir yerdir, kədər içində yaşamaq, kədərli olmaq dünyanın yaşamağa dəyəcək bir yer olmadığı mənasına gəlir (ehkam), kədər olan dünyada yaşamağa dəyməz (inanc) Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır. Bulud metaforası Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir. Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir? Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri 17 mart, 2022
Ailənin təbiəti və mahiyyətinin müəyyənləşdirilməsində dünya mütəfəkkirlərinin fərqli yanaşmaları Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nikah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problemlərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəy¬yənləş¬dirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Ailə-nikah münasibətlərinin xarakterini açmaq sahəsində ilk təşəbbüslərdən biri antik dünyanın böyük filosofu Platona (b.e.ə.427-347) məxsusdur. O, “İdeal dövlət” adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadınların, uşaqların və mülkiyyətin ümumi olması ideyasını irəli sürmüşdür. Platon deyirdi ki, kişilər evlilikdə olmadıqları azad və ya aristokrat qadınlarla cinsi münasibətlərə daxil ola bilməzlər. O, qadınları ev qulluqçuları və uşaqlarla bir sıraya qoyur və bütün sahələr üzrə onların kişilərdən aşağıda dayandıqlarını qeyd edirdi. Patriarxal ailəni dəyişməz, “ilkin ictimai özək” adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Platon qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan evlənməlidir, evlənmədən imtina etmək cinayətdir. Qəfim Yunanistanda bu yaş dövrünü keçən hər bir yunan subaylığa görə vergi ödəməli idi. Bu ideya əslində yeni deyildir. Platondan əvvəl qədim yunan tarixçisi Herodot (b.e.ə.V əsr) özünün “Tarix” əsərində qeyd etmişdir ki, qadınların ümumi olması bir çox qəbilələrin fərqləndirici əlaməti olmuşdur. Belə məlumatlara antik dövrün filosof və mütəfək-kirlərinin çoxunun əsərlərində təsadüf olunur. Platonun İdeal dövlət” layihəsini tənqid edən Aristotel (b.e.ə. 384-322) eyni zamanda onun patriarxal ailənin cəmiyyətin baş-lanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndləri, kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüşdür. Aristotel ailədə ərlə-arvad arasındakı münasibətlərdən bəhs edərək yazırdı: “Yaxşı və yetkin qadın gərək öz evinə yaxşı yiyəlik etməyi bacarsın. İsmətli qadın öz ərinin davranışlarından örnək götürür və onun dediklərini qanun kimi qəbul eləyir. Evlilik bağlarına və birgəyaşayışa qadın ilahi vergi kimi yanaşmalıdır. Plutarx da kişinin öz arvadı üzərində böyüklük etməli olduğunu məqbul sayaraq, qeyd edirdi ki, kişi qadını öz əmlakını yönəltdiyi kimi deyil, ruhun bədəni yönəltdiyi kimi sevgi və incəliklə etməlidir. Qədim Yunanıstan qanunlarına görə, kişinin öz arvadının sözünə baxaraq onun istədiyini yerinə yetirməsi məqbul sayılmırdı. Qadın isə öz istəyi ilə heç nə edə bilməzdi, onun özbaşına edə biləcəyi hər hansısa iş bir ovuc arpanın dəyərini aşmamalı idi. Ailəyə qeyd olunan bu nöqteyi-nəzərdən yanaşma uzun müddət davam etmişdir. Homerin yazdığına görə, əski Yunanıstanda qadınların durumu çox yaxşı, onların kişilər üzərində təsiri çox böyük olmuş, sonradan bu münasibətlər pozulmuş, vəziyyət pisləşməyə doğru yönəlmişdir. Bu dövrün bizə gəlib çatan yazılı mənbələrində qadınların ev qaravaşları yerinə qoyulduğu bəlli olur. Onların görməli olduğu tək bir iş evdə qayda-qanun yaratmaqdanb, ərinin qulluğunda durmaqdan ibarət olmuşdur. Qadının “dilsiz-ağızsız” olması onun ən zəngin bəzəyi sayılırdı. Azərbaycanda ailə-nikah münasibətlərinin inkişaf tarixi Erkən Tunc dövründə (e.ə.IV minilliyin sonu, III minilliyin əvvəli) Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinifli cəmiyyət və dövlət qrumlarının təşəkkülü haqqındakı qədim şumer kitabələrində məlumat vardır. E.ə.2104-cü ilə aid olan bir şumer kitabəsində xəbər verilir ki, Uruk şəhərinin hökmdarı Ensi Utuhenqal Kuti hökmdarı En Tirikanı hakimiyyətdən devirmək üçün onu “arvadı ərindən, övladı valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qiyama qaldırır. Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim Mesopotamiya və Azərbaycan ərazisində ailə cəmiyyətin mənəvi də¬yər¬lərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim soyla¬rından olan kutilər ailəni cəmiyyətin müqəddəs kiçik özəyi hesab edirmişlər. Azərbaycan ailəsi və ailə məişəti haqqında mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsrin böyük Azərbaycan alimi Nəsirəddin Tusinin, müxtəlif dövrlərində yaşamış Azərbaycan ədə¬biy¬yatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatı inciləri olan dastanlarda dəyərli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə də öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri həmçinin XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda, Avropa səyyahlarının xatirə və gündəliklərində də əks olunmuşdur. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azər¬baycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət -ənənələrini əsr¬lər boyu qoruyub saxlaya bilmiş, onları təkmilləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zəmanə¬mizə¬dək gəlib çatmışdır. Tarixən Azərbaycan ailəsi dünyanın əxlaqi cəhətdən ən təmiz və möh¬kəm ailələrindən biri olmuşdur. Ailə üçün səciyyəvi olan bu xüsu¬siyyətlərin dərin kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə bağlıdır. Dünyanın bütün xalqlarında olduğu kimi, azərbay¬calılarda da tarixi inkişaf prosesində ailənin həcmi və strukturu ilə müəyyən edilən iki forması-böyük ailə və kiçik ailə mövcud olmuşdur. Böyük ailələr ailə icması, yaxud patriarxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya mürəkkəb ailə və s. Adlarla məlumdur. Görkəmli etnoqraf alim Q.Qeybullayevin qeyd etdiyinə görə, ailə icması üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə, nəticə və eləcə də qardaşların ailələrini bir¬ləşdirən kiçik ictimai kollektiv, təsərrüfat özəyi idi. Bu kollektivə onun ağsaqqalı başçılıq edirdi. Ailə icması üçün səciyyəvi cəhət onun üzvlərinin torpaqdan, əmək alətlərindən, ev heyvanlarından, digər mülkiyyət və əmlakdan birlikdə istifadə etməklə, birgə istehsal və birgə mənimsəmədir. Bu xüsusiyyətlər ailə icmasının təsərrüfat və ictimai mahiyyətini müəyyənləşdirməklə, onun ilkin əsasını təşkil edirdi. Ailədə tərbiyə işinin psixopedaqoji əsasları Tərbiyə sistemində başlıca yeri “valideyn–uşaq” ünsiyyəti tutur. “Valideyn–uşaq” ünsiyyətinin başlıca olaraq iki növü (modeli) özünü göstərir. Buradakı fərqlər özünün əksini yalnız tərbiyə prosesində deyil, həm də onun nəticələrində əks etdirir. Birinci model belədir: məqsəd – uşaqda bilik, bacarıq və vərdiş formalaşdırmaq, sözə baxmaq (tabeçilik) “ hər şeyi mənim kimi et!”, Ünsiyyət üslubu – izahat, qadağa, tələbkarlıq, qorxu, cəza və s. Taktika – avtoritarlıq. Bu model nə ilə nəticələnir? İlk növbədə uşağın fəallığı itir, uşaq potensial psixopatologiya daşıyıcısına çevrilir. Valideyn elə zənn edir ki, tərbiyə sistemi uğurludur. Lakin bu illuziya valideyn uşaq neqativizmi ilə qarışladıqda itməyə başlayır. Daha səmərəli model isə belə olmalıdır: “Uşağın üzərində hökm etmə, onu yanında yox, onunla birlikdə ol!” Məqsəd isə şəxsiyyət formalaşdırmaq olmalıdır. Bu isə uşağın psixoloji müdafiəsi, fərdi xüsusiyyətlənin nəzərə alınmasından keçir. Belə olduqda, bilik, bacarıq, vərdiş, məqsəd yox, inkişafda vasitə olur. Əməkdaşlığa əsaslanan ünsiyyət üslubu isə uşağın fikrinə hörmətlə yanaşmaqdan ibarət olur. Bu prosesdə uşaq həm də özü özünün tərbiyəsi ilə məşğul olur. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduqları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyi əvəz edə bilməz. Ailə münasibətlərinin xarakteri uşaqların təlim-tərbiyəsinə də həlledici təsir göstərir. Unutmaq lazım deyil ki, uşaq özünün davranış tərzini ilk növbədə valideynlərdən əxz edir. Ailə istənilən problemi konfliktə çevirməyə adət edibsə, burada böyüyən uşaq da eyni hərəkəti edəcək. Uşaqların davranışını adekvat qiymətləndirə bilməyən və ya onları ailədaxili konfliktlərin hədəfinə çevirən valideynlər sonradan davamlı olaraq onların “gözlənilməz” və aqressiv davranışı ilə üzləşirlər. Belə uşaqlarda ifrat özünütəsdiqə olan tələbat hissi kifayət qədər böyük olur. Əgər uşaqlıqda onların qayğıya, sevgiyə və təhlükəsizliyə olan tələbatı ödənilməyibsə, belə arzuolunmaz, patoloji davranış riski kifayət qədər böyük olur. Oğru, quldur və cibgirlər məhz belə uşaqların arasından çıxır. Çünki cinayət xarakterli olub-olmamasından asılı olmayaraq istənilən davranış üsulu onlar üçün özünütəsdiqin bir formasıdır. Boşanma evli cütlüklər arasında ailə ilə bağlı qanunla nəzərdə tutlan məsuliyyətlərə son qoyulmasıdır. Boşanma qarşılıqlı sevgiyə, güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüququ forma almış ifadəsidir. Sosiloqların fikrincə, boşanmanı şərt¬lən¬dirən əsas amillər həyat tərzinin urbanizasiyası, əhalinin miq¬rasiyası, ölkənin sənayeləşməsi, qadınların emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində məsu-liyyətliliyin, cürlüklrin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün bunlar prioblemin ümumi fonudur. Boşanma ərlə arvadın arasında ciddi konfliktlərin geniş yayılmış həlli üsulu kimi həmişə mövcud olmuşdur. Boşanmaya münasibətin dəyişməsi bir çox cəhətdən qadınların iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlıdır. Əgər qadının daimi iş yeri varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb getdiyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir. İttifaqın süqutu: Boşanma Son illərdə ölkəmizdə boşanmaların və nikahdankənar doğumların sayı artır ki, bu da natamam ailələrin sayının çoxalmasına səbəb olur. Demoqrafların qənaətinə görə, qeydə alınmış hər 5 nikahdan biri boşanma ilə ləğv olunur Boşanmaların 30%-i 5 ildən az nikah yaşı olan gəncc ailələrdə baş verir. Aiılə həyatı dövründə boşanma hallarınıln baş vermə riski fərqlidir. Nikahın birinci ilində bu göstərici 3,6%, 2-ci ilində 16%, 3-4-cü ilində 18%, 5-9-cu ilində 28%, 10-19-cu ilində 22%, 20-ci ilində və sonrakı dövrdə 12,4%-ə bərabər tutulur. Boşanmaların mütləq əksəriyyəti 18-35 yaşlar dövrünə təsadüf edilir. Bir çoxları üçün boşanma əzablardan, təhqir və zora¬kılıqlardan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərlən¬dirilsə də, onun bir sıra neqativ nəticələri də danlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra sosial-psixoloji problemlərlə çulğalaşmış olur. Boşanma kişi üçün də, qadın üçün də ağırdır. Lakin qətiyyətlə demək olar ki, boşanmanın nəticələri qadınlardan ötrü daha dəhşətli olur. Boşanmadan kişilər əksər hallarda evdən çıxıb gedirlər. Ana isə uşaqlarla qalır. Adətən bir və ya bir neçə uşaq böyütmək ana üçün heç də asan deyil. Kişilərin 80% - dən çoxu ikinci dəfə evlənirlər. Qadınlar üçün isə ailə qurmaq ehtimalı kişilərə nisbətən 4 dəfə azdır. Övladlar varsa qadının yenidən ərə getməsi ciddi maneəyə çevrilir. Bir tərəfdən anaların çoxu övladların xatirinə ikinci dəfə ərə getməkdən imtina edirlər, digər tərəfdən kişilərin əksəriyyəti uşaqsız qadınlarla evlənməyi üstün tuturlar. Adətən boşanmadan sonra uşaqları ilə baş-başa qalan qadın çox zərbə alır. Belə halda qadınların psixi pozulmalara məruz qalma riski artır. ABŞ həkimlərinin tədqi¬qatlarına görə, boşanma qadınların immun sistemini zəiflədir. Onlar infeksiyalara qarşı dözümsüzləşir. Belə qadınlar arasında vaxtsız ölüm halları pnevmaniyadan ölənlərin sayından 6 dəfə çoxdur. Ata və ananın müharibəsinə poliqon olan uşaqların psixologiyası Ailə dağılan zaman əzab, iztirab uşaqların qismətinə düşür. Boşanma onlardan ötrü bütün həyatları boyu davam edən faciədir. Uşaqlar analı – atalı yetimlərə çevrilirlər. Onların ata – ana haqında təsəvvürləri dəyişir. Çox vaxt onlar üçün ailə əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlan uşaqları özlərinin ünsiyyət tələbatlarını küçə qruplarında ödəməyə başlayırlar. “Çətin” tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan yeniyetmə və gənclərin böyük əksəriyyəti məhz natamam ailələrdə böyükdür. Adətən ailənin dağılması nəticəsində valideynlərdən birini itirən uşaqlar öz həmyaşıdlarının zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər, bu da uşaq və yeni-yet-mələrdə nevrotik pozulmalara səbəb olan amil kimi qiymətləndirilir. Boşanmanın ilkin mərhələsində onun yaratdığı stress uşaqlarda müdafiəsizlik hissi oyadır. Onlar səbəb olan situasiyanın qarşısını almaqda aciz olduqları üçün günah hissi yaşamalı olurlar. Valideynlər arasında münasibətlərin pozulması uşaqların gələcəkdə öz ailəsini yaratmaq perspektivinə də ciddi ziyan vurur, onlar gələcək şəxsi həyatlarında bu cür ssenarinin təkrarlana biləcəyi qorxusu ilə üz-üzə qalırlar. Ailədə daima valideynlərin şiddət və zorakılıqlarına məruz qalan, münaqişələrin qurbanlarına çevrilmiş və bundan əzab çəkən uşaqlar üçün isə valideynlərinin ayrılması o qədər də faciəvi hadisə kimi qəbul edilmir. Tale xətlərinin məktəbdə təzahürü Boşanmanın acı nəticələri şagirdlərin formalaşmaqda olan mənəvi aləminə, mənəvi şüurun inkişafına, özlərinə və başqa adamlara, ilk növbədə, öz ata-anasına, yaxın qohumlarına verdikləri qiymətlərə və s. Son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə əks olunur. Elə buna görə də boşanma yeniyetməlik yaşına təsadüf edəndə tibbi-psixoloji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların çoxunun məktəbdəki davranışı ilə evdəki davranışı arasında kəskin fərqlər özünü göstərir. Onların təkcə akademik (təlim) göstəriciləri aşağı düşmür, “boşanma dövründə və boşanmadan sonra öz həmyaşıdları ilə münasibətləri pisləşir”. Ayrılığı yaşadanlar Psixoloqlar təsdiq edir ki, uğursuz ailələrin övladları çox zaman bu uğursuzluğu özləri də bilmədən bir “ənənə” kimi yaşadırlar. Valideynləri ayrlmış və ya boşanmış şəxslərin uşaqlarının eyni prosesi yaşamaq riski digərləri ilə müqayisədə dəfələrlə böyükdür. Orta hesabla kişilər qadınlara nisbətən təqribən iki dəfə çox bu riskə məruz qalırlar. Hər iki tərəf müqabili uğursuz ailələrin nümayəndələridirsə, bu risk bir qədər də böyükdür. Valideynə yadlaşma sindromu Əsas anlayışlar: himayədar valideyn – hücumçu, hədəf valideyn – müdafiəçi , Yadlaşan uşaq-poliqon Valideynə yadlaşma sindromu və ya Valideynə yadlaşdırma sindromu , valideynin partnyoru ilə dərin konfliktli ayrılmasından və ya boşanmasından sonra uşağın digər valideyndən imtina etməsini təşviq etmək üçün tez-tez istifadə etdikləri strategiyalardır.” (Lorandos, et. 2013) nəticədə “Bir müddət sonra, münasibət qurmağa çəkinən, hədəf alınan valideynə nifrət edən, qorxan və rədd edən uşaqlar inkişaf edir.” (Darnell, 2010). Uşaqlar sevdikləri və qayğı göstərdikləri insanların pis insanlar olduğuna inanmaq istəmirlər. Məsələn, valideyn yadlaşdırma prosesi üçün taktika və ya strategiyalardan istifadə etsə də, uşaq ilk vaxtlar digər valideyndən imtina edə bilmir. Valideynlər uşağı keçmiş partnyorundan uzaqlaşdırmaq üçün bəzən “Anan səni sevmir”, “Atan yeni ailə qurdu və bizi tərk etdi” kimi ifadələri dönə-dönə təkrar edirlər, uşağın düşüncələri təhrifə uğrayır, bu təhriflərdən həyat hadisələri ilə bağlı ehkamlar, yəni aralıq düşüncələr, ehkamlardan isə təməl inanclar doğulur. Bu cür davranışları nümayiş etdirən valideynlər övladlarını təkcə digər valideyndən uzaqlaşdırmırlar, onun bu gününü qayğısızlıqdan, məsumluqdan, sabahını xoşbəxtlikdən uzaqlaşdırırlar. Uşaqlar bu cür yanaşmalardan ciddi şəkildə təsirləndiyi üçün mütəxəssislər uşaqların psixoloji dəstək almalı olduğunu tövsiyə edirlər. Valideynə Yadlaşma Sindromunun Spesifik Xüsusiyyətləri • “Yadlaşan” uşaqlar hədəf olaraq təyin edilmiş valideynlə keçmiş müsbət təcrübələri rədd edirlər. • Uşaqlar uzaqlaşdıqları valideyn haqqında qeyri-müəyyənlik nümayiş etdirirlər. Valideynlərdən biri mükəmməl, digəri isə tamamilə qüsurlu kimi qəbul edilir. • Valideynə yadlaşmış uşaqlar yanında olduğu valideyn tərəfindən hədsiz dərəcədə təsirə məruz qalmış kimi görünsələr də, onlar hər hansı şəkildə təsirə məruz qaldığını inkar edərək, hədəfə alınan valideyndən imtina qərarının yalnız onlara aid olduğunda təkid edirlər. • Belə hallarda hədəf kimi qəbul edilən valideyn tərəfindən verilən hədiyyələr uşaq üçün əhəmiyyətsizdir. • “Yadlaşan” uşaqlar yanında olduğu valideynin qəbul etdiyi ifadə və fikirlərdən istifadə edərək, hədəf olan valideynə qarşı ittihamlar irəli sürürlər. Onlar hədəf valideynə qarşı dəstəklənməyən, ittihamedici fikirlərdən istifadə edirlər. (Baker və Darnall, 2006) • Valideynə yadlaşma sindromunda uşaqlar hədəf valideynin digər ailə üzvlərinə qarşı nifrətini də ifadə edirlər. Əvvəllər sevdiyi nənə-baba, bibi, əmi və əmioğlu bu prosesdə uşaq tərəfindən rədd edilir. Valideynlərdən uzaqlaşdırılan uşaqlarda özünü büruzə verən xarakter əlamətləri • Uşaqlarda artan qəzəb hissi özünü göstərir. • Uşaqlar dağıdıcı davranış nümunələri sərgiləyirlər. • Uşaqların emosiyaları, davranışları və hədəf valideynlə bağlı düşüncələri dəyişdiyi üçün gələcəkdə yalan danışmağa daha çox meylli ola bilərlər. • Uşaqlar biz və başqaları anlayışı üzərindən dünyanı qiymətləndirdiyi üçün gələcəkdə başqaları ilə harmoniyada əməkdaşlıq edə bilmir. • Uşaqlarda gələcəkdə empatiya aspektindən məhrumiyyət hiss edilir. Uşaqların valideynlərindən birindən strateji olaraq ayrıldığı bu vəziyyət uşaq istismarıdır, uşaq hüquqlarının pozulmasıdır. Uzun vədədə bu addım depressiya, boşanma, narkotik maddə istifadəsi, özünə inamını itirmə və öz uşaqları ilə ünsiyyətdə problemləri yarada bilər. Nəticə Bu işi bir fərqindəlik layihəsi kimi tərtib etdim, məqsəd sevgiyə doya bilməyən kiçik dostlarımın onsuz da fəlakətlər əsrindəki bu həyatında ona nifrəti yük olaraq hazırlayan ata-anaların vicdanına toxunmaq, dəyərli kolleqalarıma bu istiqamətdə yararlana biləcəkləri bir yazı qazandırmaqdır. “Yoldaş psixoloq, nədir bunun çarəsi?” sualını duyuram sanki, unutmayaq ki, biz bizə dəyişmək üçün gələn insanlara kömək edə bilərik, bizlərə nə ədliyyə orqanları uşağı korreksiya məqsədi ilə yönəldir, nə də uşağı tüfəng bilib onu nifrət ilə dolduranlar. Maraqlarını dünyaya bəxş etdiyi körpələrin həyatından üstün tutmayan ata-analar bir gün bu işdən peşman olduqda əlbət bu problem üçün də bir korreksiya xəritəsi hazırlayarıq. Unutmayaq ki, uşaq terapiyası tək usta terapevt yox, həm də məsuliyyətli, qayğıkeş valideyn tələb edir, zira sosializasiyanın mikro, amma aparıcı amili olan ailə sizin bağladığınız yaraları yenidən qanadacağı halda o pasiyenti xilas etmək ehtimalınız sıfıra bərabər olur. İstifadə edilən ədəbiyyatlar: 1. Baker, A. J. L. & Darnall, D. (2006). Behaviors and strategies employed in parental alienation: A survey of parental experiences. Journal of Divorce & Remarriage, 45 (1/2), 97-124. 2. Çələbiyev N.Z. Ailə psixologiyası./ Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: “Mütərcim”, 2015. 3. Əliyev R.İ. Mən. Atam-anam. Sevgilim və övladlarım. Bakı: ADPU, 2019. 4. Garber, B., (2007). “Conceptualizing Visitation Resistance and Refusal in the Context of Parental Conflict, Separation, and Divorce.” Family Court Review, 45(4), 588-599. 5. Lorandos, D. Bernett, W., & Sauber, S. R., Eds. (2013). Parental Alienation: The Handbook for Mental Health and Legal Professionals. Springfield, IL: Charles C Thomas Publisher, Ltd. 6. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender Psixologiyası, səh. 415-418,ADPU mətbəəsi, Bakı 2021. Psixoloq: Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri 24.11.2021
Nədir bu təşviş? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz. Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir. Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə: Bir mıx nala, Bir nal bir ata, Bir at bir əsgərə, Bir əsgər, bir məktuba, Bir məktub bir savaşa, Bir savaş bir ölkəyə faciədir... Hamısı bir mıxa görə oldu! Normal və anormal təşvişi ayıran özəlliklər Normal təşviş Stressə qarşı verilən keçici coşqun reaksiya Adaptasiya ilə bağlı narahatlıq Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi Anormal təşviş Hər hansı bir stimul yoxkən ortaya çıxır Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir. Məsələn: Alkoqollu içki qəbulu. Qrinberq və Padeskinin təşvişli həyəcan ölçüsü. Burada maddələr 0-3 arası qiymətləndirilir. Burada qiymətləndirməni aparanda hansı rəqəmin hansı mənanı ifadə etdiyini bilmək vacibdir. Qiymətləndirmə şiddəti ölçmək üçün yox, daha çox özünə yardımı davam etdirdiyiniz müddət ərzində dəyişikliyin fərqinə varmağınıza kömək edir. 0 – heç olmur 1 – bəzən 2 – Tez-tez 3 – Çox vaxt 1.Hüzursuz və narahat hiss edirəm. 2. Nigaranlıq var. 3. Titrəmə və müvazinətsizlik duyuram. 4. Əzələ gərginliyi (sanki sizdən asılı olmadan sıxılıbmış kimi), əzələ ağrıları hiss edirəm. 5. Yerimdə qərar tuta bilmirəm. 6. Asanlıqla və tez yoruluram. 7. Təngənəfəslik olur. 8. Ürək ritmimdə sürətlənmə olur. 9. İsti olub-olmamasından asılı olmayaraq tərləyirəm 10. Ağız/damaq quruluğu olur. 11. Sərsəmləmiş kimi hiss edirəm və ya başım fırlanır. 12. İshal, ürək bulanması və ya mədə narahatlığı var. 13. Tez-tez sidik ifrazı üçün sanitar qovşağı istifadə edirəm. 14. Qəfil istilik gəlir. 15. Boğazda düyünlənmə hiss edirəm, udqunmaqda çətinlik çəkirəm. 16. Özümü indicə partlayacaq bir əl qumbarası kimi hiss edirəm. 17. Tez səksənmə/qorxma 18. Diqqəti cəmləməkdə çətinlik. 19. Yuxuya getmək və ya oyanmaqda çətinlik. 20. Əsəb gərginliyi 21. Təşviş artıracaq məqamlardan, situasiyalardan qaçış. 22. Təhlükə üzərinə fokuslanmış fikirlər /düşüncələr. 23. Özünü mübarizə aparmaq üçün aciz hesab etmək. 24. Çox pis bir şey olacaq düşüncəsi. Nəticə - ümumi balların cəmi qeyd edilir. Balları toplamaq üçün hər maddənin qarşısında tez-tez, bəzən, heç vaxt deyə qeyd etmək yerinə, daha rahat olmağı üçün məsələn birbaşa 2, 3 və ya 0 qeyd edin. Sonra balları toplayıb və əvvəlki həftə ilə müqayisədə qət etdiyiniz məsafənin fərqinə varın. Bəzən dalğalanmaların olması, yəni geriləmə baş verib düşüncəsi yaradan nəticələrin əldə edilməsi sizi ruhdan salmasın. Koqnitiv-bihevioral özü-özünə yardım bələdçisi Özünüzü hər hansı təkrarlanan davranış və ya düşüncələrin mərkəzində tapdıqda, depresiv və ya təşvişli həyəcan içərisində hiss etdiyiniz zaman ilk olaraq ağlınıza gələn düşüncələrin fərqinə varın. Bu düşüncənin sizə nə dediyini duymağa çalışın, o sizə hansı duyğuları yaşadır. Məsələn özünüzü “indicə dəhşətli bir hadisə baş verəcəyi” düşüncəsinin müşayiəti altında necə hiss edirsiniz, hansı emosiyalar sizdə özünü göstərir? Yaxud “Mən heç kimə lazım deyiləm” düşüncəsi sizdə hansı duyğuları yaradır? Bunlar ümumiyyətlə niyə baş verir? ABC modeli ilə buna nəzər yetirək. A – Situasiya B – Düşüncə və Duyğularımız C – Davranışımız A: Axşamdan boyadığınız ayaqqabınızı sabahkı görüş üçün əla bir vəziyyətə gətirmisiniz. Lakin səhər oyanıb görürsünüz ki, yağış yağıb. Hər tərəf palçıqdır B: Düşüncə - mən bilirdim ki, belə də olacaq(avtomatik fikirlər *Koqnitiv təhrif-falçılıq) , heç vaxt bəxtim gətirmir(aralıq inanc/düşüncə), uğursuzam(kök inanc) Duyğu: kədər, özünə yönəlmiş qəzəb, inciklik, ruh düşkünlüyü. C: Davranış – Şəxs özünü evə qapadır və iş üçün müsahibəyə getmir. Başqa bir nümunəyə nəzər yetirək: A: Evdəyəm, pillələri qalxanda ürək döyüntülərimin artdığını hiss etdim, nəbzimi yoxlayıram, sanki döyüntüləri daha da sürətlənib. B1. İnfarkt keçirmək astanasındayam (avtomatik fikir *Koqnitiv təhrif – Emosional fikir irəli sürülür- belə hiss edirəmsə, deməli belədir – Düşünürəm, elə isə qorxmalıyam) B2: Qorxu, təşviş, həyəcan müşahidə olunur C: Təcili yardıma zəng edilir. Müxtəlif fikirlərin, müxtəlif emosiyalar yaratmağını bu iki nümunədə yəgin ki, hiss etdiniz, içində olduğumuz situasiyada, nə düşündüyünüzü anlamaq ilə bərabər o düşüncəni hansı qəlibə yerləşdirib, hansı mübarizə texnikalarını istifadə edəcəyimiz də bir o qədər, bəlkə də daha çox vacibdir. Ona görə də ilkin olaraq koqnitiv təhriflər ilə əvvəlki bölmələrdəkindən fərqli olaraq daha yaxından tanış olmaq lazımdır. Hansı texnikalarla çalışacağıq? Koqnitiv texnikalar Aşkar Etmə Texnikaları 1. Aşağı Ox Texnikası Aşağı Ox texnikası, sizi depressiya və təşvişə sövq edərək mənfi təsir edən inancları müəyyən etməyə kömək edəcək. Mənfi düşüncənizin altına bir aşağı ox çəkin və özünüzdən soruşun: “Gəlin bu düşüncənin həqiqət olduğunu qəbul edək, niyə bu fikir mənə mənfi təsir edir? Bunun mənim üçün nə mənası nədən ibarətdir?” soruşun. Bu vəziyyətdə ağlınıza başqa bir mənfi fikir gələcək. Bunu oxun altına yazın və ikinci fikrin də altına başqa bir ox çəkin. Bunu bir neçə dəfə təkrarlayın. Mənfi düşüncələrinizə baxın və inanclarınızı müəyyənləşdirin. Şəfqətə əsaslanan Texnikalar 2. İkili Standart Texnikası Özünüzü tənqid etmək əvəzinə, əsəbi bir dostunuzla olduğu kimi özünüzlə də şəfqətli bir şəkildə danışın. Özünüzdən soruşun: “Əziz bir dostumun bənzər bir problemi olsaydı, ona qarşı bu qədər sərt davranardımmı? Ona nə deyərdim?” Reallığa əsaslanan texnikalar 3. Dəlillərə Baxış – “Sübut hardadır?” Mənfi düşüncəni həqiqət kimi qəbul etmək əvəzinə özünüzə sual verin: “Düşüncəmi dəstəkləyən hansı dəlillər var? 4. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. 5. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. Semantik-məna istiqamətli Texnikalar 6. Semantik Metod Semantik Metod, xüsusən, malı və məli cümlələri və etiketləmələrlə çalışmaqda təsirlidir. Burada istifadə etdiyiniz ifadələri daha az təhqir və daha az emosional olanlarla əvəz edin. Məsələn imtahanda uğursuzluq sonrası özünüzü ümumiyyətlə savadsız olaraq qiymətləndirmə də, uğur qazandıqda dahi adlandırmaq da etiketləmə anlamına gəlir. Mənalara diqqət edib, yaşanan hadisə ilə hadisəni yaşayan özünüzə yaraşdırdığınız ad arasındakı uyğunluq haqqında düşünün, “bu o mənaya gəlirmi? Bunu daha rasional necə ifadə edə bilərəm?” suallarını özünüzdən soruşun, lakin bunu yazılı formada həyata keçirin. Sonra isə daha rasional və məntiqə söykənən adlandırmalar edin, məsələn ayrılıq sonrası özünüzü bədbəxt adlandırmaq yerinə daha gerçəyə uyğun bir ifadə istifadə etmək olar, “İnsanlar görüşür, bir-birinə uyğun dünya görüşü olduğu halda birlikdə qalmağa davam edir, yollar fərqlidirsə ayrılırlar, iki insanın bir mövzuda eyni fikirdə olmamağı heç də bədbəxtlik adlandırıla bilməz. Məntiqə əsaslanan texnikalar 7. Bozun Çalarlarında Düşünmək Problemlərinizi ağ -qara həddə görmək əvəzinə, boz rəngli çalarlarda onları real qiymətləndirin. Məsələn “hal hazırda yaşadığım üzüntünü neçə faiz şiddətlə hiss edirəm? 100%? Bəs indikindən daha kədərli olduğum vaxt olubmu? O zaman neçə faiz şiddətlə hiss edirdim kədəri? 100%?” İki situasiya arasında şiddət fərqini müəyyən edin. Bundan əlavə spesifik, rigid düşüncə şiddətli duyğu yaradır, tək düşüncənin yaratdığı müvafiq duyğunun şiddəti həmişə yüksək olur. Bozun çalarları ilə düşünmək deyəndə əsasən alternativ fikirləri dəyərləndirmək nəzərdə tutulur. Plural düşüncə şəxsə xoşbəxtlik vəd edən tək fenomendir. 8. Nəticə və Proses Performansınızı nəticə deyil, proses baxımından qiymətləndirin. Hazırlığınız və işiniz sizdən asılı olsa da, nəticələr çox vaxt sizin ixtiyarınızda deyil. Bunu Markesin “İzah etdiyin qarşındakının anladığı qədər dəyərlidir.” Aforizmi ilə də ifadə edə bilərik. Motivasiya Yönümlü Texnikaları 9. Fayda-zərər təhlili Mənfi düşüncənin (“Mən faydasız biriyəm”), özünü yoran bir inancın (“həmişə mükəmməl olmağa çalışmalıyam”), duyğunun (qəzəb, günahkarlıq və ya təşviş) və ya vərdişin (spirtli içki aludəçiliyi) bütün üstünlüklərini kəşf edin, bəli yanlış oxumadınız və həm də bu düşüncə və duyğuların, eyni zamanda aludəçiliklərinizin mənfi tərəflərini sadalayın. Münasibətlərinizdəki problemlərdə başqalarını günahlandırmağın üstünlüklərini və mənfi cəhətlərini sadalaya bilərsiniz. Özünüzdən soruşun: “Bu düşüncənin, inancın, duyğunun və ya vərdişin mənim üçün üstünlükləri və mənfi cəhətləri nələrdir? Mənə necə kömək edir, mənə necə zərər verir? ” Ağlınıza gələn bütün üstünlükləri və dezavantajları yazdıqdan sonra hər birinin təsirini 0 ilə 100 arasında qiymətləndirin. Sonra özünüzə sual verin ki, üstünlüklər və ya mənfi cəhətlər masa üzərindədir, bəs bunlardan hansının təsiri daha böyükdür. 10. 5 duyum&Nəfəs kombinasiyası Təşviş, qəzəb kimi duyğuların qapınızı döydüyünü gördükdə sadəcə özünüzə aid bir guşə seçin, mütləq deyil ki, bu yer qırmızı xalça sərilmiş, gözəl mebellərin olduğu bir otaq olsun. Mümkün olduğu qədər ətrafınızda sizi narahat edə biləcək şəxslərdən ən azından indi bunu etməmələri ilə bağlı xahiş edin. Yerinizi aldınızsa başlayaq, Dialektik-Bihevioral terapiya, yəni üçüncü dalğa Koqnitiv-bihevioral terapiyalardan birinə aid olan bu kombinasiya texnika yenə diqqəti yayındırıb, sizi olduğunuz anın daxilində saxlayacaq. A. 5 saniyə ərzində nəfəsi alın, 5 saniyə ərzində nəfəsinizi saxlayıb, 5 saniyə ərzində yəni yavaş-yavaş nəfəsinizi buraxın. B. Diqqəti nəfəsinizə yönəldin, hava axınının ciyərlərinizə dolduğunu və oranı tərk etdiyini təsəvvür edin. C. Bu əsnada əlinizin biri mədənizin üzərində, digəri isə sinənizdə ola bilər. D. Bu məşğələni davam edərkən(yəni təxminən 15 dəqiqə tədbiq etdikdən sonra) diqqətin keçirilməsinə hazır olun. E. Bu dəfə mərhələli şəkildə yavaş-yavaş, aramla, heç 5-5-5 sisteminə də ehtiyac olmadan, amma eyni zamanda sürətlə nəfəs alıb qandakı oksigeni artırmadan, əllərinizi elə bayaqkı formada tutaraq sevdiyiniz 5 görüntünü, mənzərəni xatırlayın, ardından sevdiyiniz 5 səsi xatırlayın, sonra sevdiyiniz 5 qoxunu xatırlayın, həmən ardından sevdiyiniz 5 dadı, ən sonda isə toxunduqda zövq aldığınız 5 əşyanı xatırlayın. Texnikanı yerinə yetirərkən düzgün nəfəs aldığınıza diqqət edin. Rahatlama əldə edənə qədər texnikanı tədbiq edə bilərsiniz. Koqnitiv Ekspozisiya 11. Koqnitiv daşırma Bəzən özünüzü qorxduğunuz şeyə klassik formada məruz buraxa bilmirsiniz. Məsələn, təyyarədə uçmaq qorxunuz varsa, qorxunuzu aradan qaldırmaq üçün təyyarə qəzasına uğramağınıza ehtiyac yoxdur! Ancaq bu qorxu ilə zehninizdə Koqnitiv Ekspozisiya istifadə edərək üzləşə bilərsiniz. Özünüzü bir təyyarədə təsəvvür edin. Mümkün qədər təşvişli həyəcan duyğunuzu artırmağa çalışın və mümkün qədər uzun müddət təşviş ilə “baş-başa” qalın. Narahatlıqla mübarizə aparmayın. Əksinə, narahatlığınızı dözülməz hala gətirməyə çalışın. Ona təslim olun. Nəhayət, təşviş özü-özünü söndürəcək. Klassik Ekspozisiya və ya klassik üzləşmə 12. Proqressiv Ekspozisiya Proqressiv Ekspozisiya istifadə edərkən, qorxduğunuz şeyləri kiçik parçalara ayırın. Məsələn, lift fobiyanız varsa, lifti bir mərtəbəyə qaldırın və liftdən enin. Bunu bitirdikdən sonra liftə iki dəfə qalxın və tədricən liftdə keçirdiyiniz vaxtı artırın. Köpək və ya iynə fobiyası kimi hər hansı bir fobiya növü üçün, eləcə də utancaqlıq və ya obsesif-kompulsif pozğunluq kimi narahatlıq növləri üçün Proqressiv Ekspozisiya istifadə edə bilərsiniz. Bu texnikaların hər birini sıra ilə bir həftədən az olmayaraq tətbiq etməyə çalışın, çəkilən nümunələr əvəzinə öz probleminizi təyin edin. Nəticə əvəzinə İnsan var olduğu müddət ərzində ağrı, narahatlıq, kədər, qorxu kimi duyğular qaçınılmazdır, var olmağın əsas əlaməti yaxşı olanı deyil, pozitiv hiss etdirəni deyil, hər şeyi hiss etməkdir. Çünki narahatlıq, funksionallığın aradan qalxması, təşviş, qəzəb, qorxu mənzərəyə geniş prizmadan baxdıqda əvəzedilməz bir ustaddır, o bizə problemin nədən, hardan, niyə və necə gəldiyini işarə edir, müasir tibbi müdaxilələrdə ağrıya tolerantlıq göstərilir və bir çox hallarda ağrının ağrıkəsicilər vasitəsi ilə aradan qaldırılmasına icazə verilmir, bu üsul təqdir edilmir. Təşvişə də, ruh düşkünlüyünə də belə bir yanaşma əslində bizi problemin səbəbinə aparır, bizə yaşanan hadisələri yenidən qiymətləndirməyi təbliğ edir. Emosiyalar da, yaxşı və pis anlayışının üzərində, bizim övladımız kimidir, ona qulaq asmaqla nəyə ehtiyacınız olduğunu öyrənə bilərsiniz. Azərbaycan insanı hələ lap kiçik zamanlardan ailə tərbiyəsində seçim etməyə məcbur qalır, “əgər şokalad yesən, anan axşam sənin yanında yatmayacaq”, “ya dayını sevdiyini de, ya da əmini” və.s bunu böyüdükdən sonra da bizlər özümüzə qarşı tədbiq edirik, ya narahat, ya da yaxşı olmaq deyə bir seçim yoxdur, qorxa bilərsən, üzülə, kədərlənə, ağlaya bilərsən. Həyatı daha doyumlu yaşamaq üçün qorxudan, təşvişdən, kədərdən qorxmaq əvəzinə onlarla birlikdə yoluna davam et. Əgər itirdikdə ağlayacaq qədər dəyərli olan bir kimsəmiz, ya da itirmə ehtimalı bizi narahat edəcək qədər dəyərli bir kimsəmiz yoxdursa əsl məhrumiyyət onda ortaya çıxır, çünki aid olmaq və sahib olmaq insanın ehtiyacıdır, o mexaniki qurğu deyil, sosial bir varlıqdır. Ədəbiyyat siyahısı 1. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013] 2. David Burns – Panik atakta, Psikonet yayıncılık, 2019, s. 533 3. Greenberger&Padesky – Evinizdeki terapist, (Editor:Dr. Emel Stroup),Altın kitaplar, 2019 – s. 329 4. Jeffrey Wood – Dialektik-Bihevioral terapiya, Dev belgesel yayınları, 2013, s. 67 5. M. Z. Sungur – Korona günleri: Belirsizlikle barışmak, kaygı ve endişeyi yönetmek, 2020 6. Nəsimi Qiyasov – 3D: Koqnitiv-bihevioral özünə yardım bələdçisi, Bərdə şəhəri, 2021,s.480 Psixoloq Nəsimi Qiyasov Bərdə şəhəri – 2021
Xülasə Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui -istifadə halına saldığı düşünülür. Açar sözlər: Uşaq evliliyi, erkən evlilik, şiddət, psixopatologiya Abstract Any marriage that is carried out before the age of eighteen, before the child is physically, physiologically and psychologically ready to bear the responsibilities of marriage and having children. Child marriages, which are very common in developing countries, continue to be an important problem in Turkey. Aim of the present study is to point out the prevelance, causes and most importantly the psychological outcomes of child marriages. Early married girls confront with many physical and psychological problems. They expose to physical and sexual abuse and are not allowed to express their opinions on many issues that concern them. This situation reinforces the unequal position of women in society and imprisons women in the cycle of neglect and abuse. Keywords: Child marriage, early marriage, violence, psychopathology Statistika. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar. Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir. [2] Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu Nikahın bağlanması və nikaha xitam verilməsi 3-cü fəsil Nikahın bağlanma qaydası və şərtləri Maddə 9. Nikahın bağlanma qaydası 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. [3] Erkən nikahın özü ilə gətirdiyi fizioloji problemlər. Qızların erkən evlənməsinin nəticələrindən biri də fiziki xəstəliklərdir. Vücudları hamiləlik və doğuş stresini idarə edəcək qədər yetkin olmayan qızlar üçün hamiləlik və doğuş həm ana, həm də körpə üçün təhlükə yaradır. Uşaq evliliklərinin, HİV, uşaqlıq boynu xərçəngi, malyariya, arzuolunmaz və yüksək riskli hamiləlik, ana və/və ya körpənin hamiləlik dövründə ölümü və doğum fistülü kimi müxtəlif xəstəliklər üçün risk faktorları olduğu ifadə edilir. Erkən evlilik həm də erkən analıq deməkdir, çünki gənc yaşda ərə gedən qızlar, evləndikdən dərhal sonra məhsuldarlığını sübut etməyə məcbur olurlar. Bundan əlavə, erkən evlilik qadınların daha çox uşaq sahibi olmasına səbəb olur. Erkən yaşda hamiləlik bir çox fiziki problem yaradır. Hamiləlikdən qaynaqlanan ölümlər dünyada 15-19 yaş arası qızların ölümünün əsas səbəbidir. Bu yaş qrupundakı qızların hamiləlik dövründə ölüm riski 20-24 yaş qrupuna nisbətən 20-200% arası daha yüksəkdir. Ölüm riskinə əlavə olaraq, erkən evlənən qadınların yetkin yaşda evlənən qadınlara nisbətən hamiləliyin ilk dövrlərində uşağın tələf olması, açılış, erkən doğum və anemiya riski daha yüksəkdir. Afrikada aparılan araşdırmalar, erkən evliliyin HİV riskini artırdığını bildirmişdir. Evli yeniyetmələrdə evlənməmiş, lakin cinsi əlaqədə olan həmyaşıdlarından 50% daha yüksək infeksiya var [5]. HİV riskinin evli qadınlarda subay qadınlara nisbətən daha yüksək olması, daha tez -tez cinsi əlaqəyə girmələri, prezervativdən istifadə nisbətinin aşağı olması və ümumiyyətlə daha yaşlı və daha təcrübəli kişilərlə olması ilə izah olunur. Erkən evlilik qadınların və körpələrinin müxtəlif sağlamlıq problemləri yaşamasına yol açır. Gənc anaların yetkin analara nisbətən ölü doğum riski daha yüksəkdir. Bu vəziyyət əsasən anaların qidalanmaması ilə əlaqədardır və yeniyetmələrin uşaq sahibi olmağa və böyütməyə hazır olmadıqlarını göstərir. Erkən yaşda doğan anaların körpələrinin yetkin yaşda doğan anaların körpələrinə nisbətən daha az doğum ağırlığına sahib olduğu ifadə edilir.[1.səh.518-538] Eynilə, aparılan bir araşdırmada, 14-18 yaş arasında hamilə olan qız uşaqlarının yetkin hamilə qadınlara nisbətən daha az çəkili uşaqlar dünyaya gətirdiyi təyin edilib. Az çəkili körpələr normal çəkili körpələrdən 5-30 dəfə çox ölüm riski altındadır. 18 yaşından kiçik anaları olan körpələrdə də qidalanma və ölüm nisbəti anaları 18 yaşdan yuxarı olan uşaqlara nisbətən daha yüksəkdir. 14-19 yaş arası hamilə qızlarla aparılan bir araşdırmada, ən çox rast gəlinən problemin erkən doğum olduğu ifadə edilir. 14-19 yaş arası hamilə qadınların 21,6% -nin prenatal təqibə malik olmadığı və ya yetərli olmadığı,% 36,5-də anemiya (anemiya) müşahidə edildiyi bildirilir, anemiyanın yetkin hamilə qadınlara nisbətən yeniyetmə hamilə qadınlarda daha yüksək olduğunu bildirmişdir. [8. Səh.43-55] Ailə-məişət zorakılığı Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif formalarda zorakılıq hallarına təsadüf olunmuşdur. Ailə zorakılıqlarının tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və dastanlarda təsadüf olunur. Şifahi xalq ədəbiyyatının bir çox janrlarında insanın insana qarşı zorakılıq hallarını təqdir edən misallara heç də az təsadüf olunmur. “Döyülməyən düyüdən aş olmaz”, “Vaxtında qızını döyməyən sonradan dizini döyər” və s. Misallar da ailə-məişət zorakılığı hallarının tarixən mövcudluğu təsdiqlənir. Hər il 25 noyabr tarixi bütün dünyada “Qadın zorakılığına qarşı mübarizə günü” kimi qeyd edilir. Yaşadığımız müasir sivil cəmiyyətdə ailə-məişət zorakılığı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakılığa və şiddət hallarına əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadınlara qarşı zorakılığının fiziki, psixoloji-emosional, seksual və iqtisadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəblərdən belə, öz qadınlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq altında saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirməyin təsirli vasitəsi kimi baxırlar. Döymə, zorlama, bıçaq yaraları, yanıqlar və s. Kimi dəhşətli və bağışlanmaz qəddar davranışlar ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyətdə zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığına və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalnız döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və uşaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarını döyən bir çox kişilərin aqressiv davranışının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başlıcası ailə tərbiyəsi işinin mənəvi əsaslar üzərində qurulmamasıdır. Kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə bir çox gənclər belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadın kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdır. Qadınlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənələr, milli stereotiplər yaşadıqca problemin həlli qeyri-mümkündür. Qadınların əksəriyyəti ailədə ərləri tərəfindən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlayır və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyəcəkdir. Ailədə uşaqların sayı artdıqca, vəziyyət daha da mürəkkəbləşir. Zorakılıq faktına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq buna adət edirlər (“Kişi adamı döyər də, söyər də”). Belə qadınlar üçün aşağı özünüqiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydındır ki, ailədə yaranan münaqişə və problemlərdən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığının qurbanı olmuşdur. Psixoloqların qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakılıq, heç şübhəsiz, xoşa-gəlməz bir qəbahətdir və bunun baş verməsində əksər hallarda hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz. Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formalarından biri psixoloji–emosional zorakılıqdır. Psixoloji-emosional zorakılıq dedikdə, ailədə qadının kişi tərəfindən təcrid edilməsi və alçaldılması başa düşülür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadının sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadın kənardan dəstək almaqdan məhrum olur və beləliklə, onun ünsiyyətə daxil olmaq məcburiyyətində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qadağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağaları da zorakılığın bir forması, qadına qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticəsində qadın psixoloji işgəncə və sarsıntılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir. [7. Səh. 409-414] Ad dəyişir, rollar deyil. Erkən evlilik ənənəsinin ən əhəmiyyətli nəticələrindən biri, uşaqların ailələrinin həyatını təkrar yaşamağı, yoxsulluq, baxımsızlıq və sui -istifadə dövrünün davam etməsidir . Kişilərin qərar verdikləri patriarxal cəmiyyətlərdə uşaq evliliyi ənənəsi nəsildən nəslə ötürülür və erkən yaşda evlənən analar uşaqlarının eyni taleyi yaşamasına mane ola bilmir . Erkən evliliklər nəticəsində uşaqlar uşaqkən uşaq böyüdürlər və bu həm ana, həm də uşağın rifahını riskə altına salır. Uşaq böyüməkdə təcrübəsi olmayan və təhsili olmayan gənc ananın uşağı da qidalanma və sağlamlığının pis olması riskini daşıyır. 18 yaşından kiçik anaları olan körpələr, erkən uşaqlıqda yetkin anaları olan körpələrə nisbətən müxtəlif problemləri daha çox yaşaya bilir. Ananın təhsili uşağın sağlamlığına və inkişafına əhəmiyyətli təsir göstərir. Erkən yaşda evlənən uşaqların daha çox məişət zorakılığı yaşaması və özünü daha çox tənha hiss etməsi depressiyaya səbəb ola bilər və bu anaların depressiyası uşağa da təsir edir. Unutmayaq ki, dilimizdə ancaq hormonal məsələlər ilə əlaqələndirilən depressiyaya Türkiyədə, əsasən Hakan Türkçapar və Ertuğrul Köroğlu tərəfindən “Çökmüşlük” emosiyası adı verilir. Emosiyalar özünə spesifik davranışlar ilə müşahidə olunur, bu davranışları təqlid əsasında həyatı və həyat hadisələrinə emosional, davranışçı, koqnitiv mənalar yükləyən övlad öz beyin qovluqlarına kopyalayır, kök inanc və aralıq inancları özündə cəmləşdirən sxemalar məhz bu öyrənilən davranışlar əsasında yaranır. Siz Qarabağı görməyən gənclərin o torpaqlar uğrundakı canfəşanlıq ilə döyüşdüyü səhnələri, şəhid Şahgündüz Cabbarovun polkovnikə “Mənim evim burda deyil Laçında – Oğuldərə kəndindədir!” ifadəsini niyə dediyini düşünürsünüz. Mənfi və ya müsbət, şəxsiyyət sosializasiyasına təsir edən mikro qrup olan, ilkin tərbiyə mühiti olan ailədəki əhval-ruhiyyə, emosiyalar “yoluxucudur”. Ananın stress cavabları uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bətnində uşaq varkən zorakılığa məruz qalan körpələrin sağlamlığının daha pis olduğu və doğulduqda ölüm nisbətlərinin daha yüksək olduğu müşahidə edilmişdir. Erkən uşaqlıqda yaşanan problemlərə əlavə olaraq, körpələr böyüdükdə müxtəlif problemlərlə qarşılaşa bilərlər. Zorakılığa məruz qalan qadınların demək olar ki hamısı, uşaqlarının da zorakılığa məruz qaldığını və ya şahidi olduğunu bildirir. Şiddət müşayiəti ilə böyüyən uşaqlar, anaya qarşı fiziki şiddətinin şahidi olurlar ki, bu da uşağın emosional və zehni sağlamlığına və gələcək münasibətlərinə mənfi təsir göstərir. Post-travmatik stress pozuntusu, depressiya və təşvişli həyəcan pozuntuları kimi problemlərə əlavə olaraq, şiddətə şahid olan uşaqların sosial problemləri, aşağı özünə hörmət və günahkarlıq hissləri də mövcud olur. Bundan əlavə, şiddət mühitində böyüyən uşaqlar ailədə gördükləri təcavüzkar davranışları öz münasibətlərində sərgiləyir, özlərini ifadə etmək qabiliyyətləri azalır və sosial münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər. Erkən yaşda ailə quran qadınların yetkin yaşda evlənən qadınlara nisbətən daha çox şiddət yaşayarsa, uşaqlarının da oxşar problemlərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Sosial öyrənmə dediyimiz məsələ elə bir nəzəriyyədir ki, biz onun əsasında kimə gül, kimə güllə atacağımızla bağlı yanlış da olsa möhkəm inanclar formalaşdırırıq. Erkən nikaha daxil olan qadınların dünyaya gətirdikləri övladların həyata baxışı. Bu barədə danışmaq həqiqətən çox məsuliyyətli bir işdir, lakin güman edirəm ki, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqların həyat nümunəsi ilə bəlkə də susan hansısa vicdanı dindirmək olar. Travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. [6] Nəticə Azərbaycanın hansısa bir dağ kəndində özünü nəvəsinin nazını çəkən bir baba, nənə olaraq təqdim edən yaşlıların əslində nəvələri və övladı üçün hazırladığı həyat xəritəsini sizə təqdim etdim. Heç bir cəmiyyətdə ağsaqqal sözü doğrulara gedən yol kimi görülməməli məsləhət olaraq dinlənilib, zəka süzgəcindən keçirilməlidir. Unutmayaq bir kimsənin bizdən öncə doğulması onu bizdən daha ağıllı edə bilmədiyi kimi, yaxınlarımızın sevgi haqqında düşüncələri də bizə zərərlə özünü biruzə verirsə bu o deməkdir ki, bəhsi keçən həmin sevgi sadəcə olaraq koqnitiv dissonansdan ibarətdir. Erkən nikah qadınların fiziki, zehni və emosional inkişafına və rifahına mənfi təsir göstərə biləcəyi üçün narahatlıq mənbəyi olaraq mövcud olmağa davam edir. Sosial baxımdan bu evliliklər qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirir. Qadınları iqtisadi cəhətdən kişilərdən asılı vəziyyətə həbs edərək onların həm ictimai həyatdan faydalanmasını, həm də ictimai həyata töhfə verməsini maneə törədir [4] . Yuxarıda qeyd olunan araşdırmaların nəticələrindən də başa düşüldüyü kimi, erkən evliliklər psixoloji bir təhlükə olaraq mövcud olmağa davam edir və sağlam nəsillərin yetişməsi önündə maneə olaraq qalır. Hələ uşaq ikən yaşlı bir kişinin həyat yoldaşı olmaqla ev işləri ilə bağlı məsuliyyətlər, uşaq dünyaya gətirmə təzyiqi, uşaq baxımı, bu qarışıqlıq içində hətta öz sağlamlığı sınanmağı bu işə din pərdəsi altında razılıq verənlərin din sevgisini, məhəbbət adı verənlərin hisslərinin həqiqiliyini şübhə altına salır. Çünki əsl sevgi ürəkdə fişəng partlayışı nəticəsində ortaya çıxmır və özünü gözlərdən ulduz, ürək çıxarmaq ilə göstərmir, özünə rəva görə bilmədiyin həyata sevdiyin insanı məhkum etməmək kimi elementar məsələlər ilə də sevgini nümayiş etdirmək olar. Ədəbiyyat siyahısı: 1. Aizer, A. (2011). Poverty, violence, and health the impact of domestic violence during pregnancy on newborn health. Journal of Human Resources, 46(3), 518-538. 2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi – Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələri haqqında – 05.04.2011 3. AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ - Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu, Nikahın bağlanması və nikaha xitam verilməsi, 3-cü fəsil, Maddə 9-10 4. Aydemir, E. (2011). Evlilik mi evcilik mi? Erken ve zorla evlilikler: Çocuk gelinler. International Strategic Research Organization (USAK). 5. Clark, S. (2004). Early marriage and HIV risks in sub-Saharan Africa. Studies in Family Planning, 35(3), 149-160. 6. Nəsimi Qiyasov – Sən, mən və travmam, Bərdə, 2021 7. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender psixologiyası, Bakı – 2021,səh.409-414 8. Psikoloji Penceresinden Erken Yaşta Evlendirilen Kız Çocukları, Büşra Aslan, Erzurum Teknik Üniversitesi, Türk Psikoloji Yazıları, Haziran 2019, 22(43), 43-55 Psixoloq:Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri Tarix – 19.10.2021
Anoreksiya nevrozu,çox kilolu olma qorxusundan ötəri ola bildiyincə az yemək yemə xəstəliyinə deyilir. Bu xəstəlik ümumiyyətlə,yeniyetməlik dövründə,nadir olaraq da yetkin çağında başlayır. Həddindən artıq arıqlamaq tutqunu hər adamda meydana gələ bilər. Bu vəziyyət ümumiyyətlə, insanın çox şişmanladığı məntiqiylə şişirdilmiş bir şəkildə rejim tətbiqi ilə başlayır,əvvəllər idarə edilə bilən iştah bir müddət sonra yox olur və zəifləmə normal ölçüləri aşır.Dövrün xəstəliyi olaraq adlandırılan qidalanma pozuntusu sindromu olan ‘Anorexia nervosa’, yalnız gənc qızlarda deyil, artıq kişilərdə də görülür. Diaqnostik kriteriyalar: -Şəxsin normal kilosunu qəbul etməməsi -Çəki almaqdan və şişmanlamaqdan həddindən artıq qorxu duyma -Bədən quruluşunda patologiyanın müşahidə edilməsi -Ən az 3 ay regl görməməsi -Halsızlıq,nəfəs darlığı,konsentrasiya pozuntuları -Dəri quruluğu Bulimiya nevrozu və ya qısaca bulimiya bir qida pozuntusudur.Bulimik atak əsnasında normal insanlardan çox yeyir.Bu artıq qidalanma vəziyyətini isə ümumiyyətlə,öz başına qaldığında reallaşdırmağa çalışır.Atak olduğu təqdirdə gələn bu nəzarətsiz vəziyyət əsnasında artıq yediklərindən kilo almalarına maneə törətmək üçün; qusma, uyğun olmayan bir şəkildə laksatif, imalə,sidikqovucu və ya digər dərmanların istifadəsi,ağır məşq kimi yollara müraciət edərlər. Diaqnostik kriteriyalar: • Təkrarlanan yemə zamanı tıxanma epizodları • Yemə kontrolunun qalxması • Çəki almaqdan qorunmaq üçün qusma epizodlarının reallaşması • Məşq etmək və yemək yeməmə kimi həllərə müraciət • Bədəninin forması və ağırlığından təsirlənmə Bulimiya nevrozunun mümkün nəticələri: • Ürək çatmazlığı,aritmiya,dişlərdə aşınma və çürük,reflüks,yumurtalıqların polikistoz sindromu,qida borusunda iltihab,laksatif asılılığı,Peptik xoralar və pankreatit,potensial olaraq ölüm. Yemə pozuntularının Etiologiya Qidalanma pozuntuları etiologiyasında spesifik bir səbəb və ya patogenez bu günə qədər təyin edilməmişdir. Qidalanma pozuntularının meydana gəlməsi tək bir faktor və ya perspektivlə izah edilə bilməyəcək qədər mürəkkəbdir. İnkişaf, genetik, sosial -mədəni, ailə, idrak-davranış , psixodinamik və s. Aspektdən izah edilir. Müxtəlif dərəcələrdə prosesə müxtəlif faktorlar qatılır. Bioloji yanaşmalar Tədqiqatlar genetik meylin əhəmiyyətli olduğunu göstərir (Davison & Neale, 2004; Herzog & Eddy, 2007). Yemək pozuntularında müşahidə olunan psixopatologiyaların ümumiliyi və yerdəyişmələri ümumi bir genetik meylin əsas rol oynaya biləcəyi fikrini irəli sürür (Gordon, Denoma & Joiner, 2005). . Nörotransmitter tədqiqatları, serotonerjik disregulyasiyanın (xüsusilə hiposerotonerjik vəziyyətin) yemək pozğunluqları ilə əlaqəli ola biləcəyini göstərir (Gordon, Denoma və Joiner, 2005). Bu hallarda, serotonin və norepinefrin aşağı səviyyələri aşkar edilir və buna görə də antidepresanlar müalicədə qismən təsirli ola bilər (Davison və Neale, 2004). Neyrokimyəvi olaraq, aclığın özü hipotalamik və metabolik funksiyalarda dəyişikliklərə səbəb olur və serotonerjik, dopaminerjik və nörotransmitter sistemlərində dəyişikliklər baş verir (Herzog və Eddy, 2007). Əlavə olaraq, kütlənin təsiri, təşvişli həyəcan, alkoqoldan istifadə və şəxsiyyət tipi pozğunluqlarının normal populyasiyaya nisbətən qidalanma pozuntusu diaqnozu qoyulan insanların birinci dərəcəli qohumlarında daha çox olması genetik meyl iddialarını dəstəkləyir (Kuruoğlu-Çepik, 2000). Psixodinamik yanaşma Psixodinamik baxımdan, nevrogen anoreksiya xəstənin psixikasındakı münaqişəni həll etmək cəhdi nəticəsində ortaya çıxır və yemək davranışları – burada davranışsızlıq da davranış nümunəsidir, bu emosional qarşıdurmanın davranış təzahürü olaraq qəbul edilir. Münaqişələr ayrılıq, fərdiləşmə və nəzarət məsələlərinə əsaslanır (Herzog & Eddy, 2007). Psixodinamik izahlar xüsusilə nevrogen anoreksiyada ana-qız əlaqəsinə diqqət çəkir və ana ilə problemli əlaqənin nəticəsi olaraq qadın kimliyi ilə bütünləşməyin çətinliyi vurğulanır (Yücel, 2009). Xəstə arıqladıqca ailəsindən daha çox asılı olur və beləliklə ailədən ayrılmaz hala gəlir (Herzog & Eddy, 2007). Araşdırmalar qidalanma pozuntularının kökündə ailə dinamikası, həddindən artıq qorunma, sərtlik və münaqişələrin həllində qeyri -adekvatlıq kimi oxşar faktorların diqqət çəkdiyini vurğulayır (Davison & Neale, 2004). Koqnitiv-bihevioral yanaşmalar Koqnitiv-bihevioral yanaşmaya görə, yemə pozuntularının bir çox davranış təzahürləri əsasən xəstələrin bədən forması və forması haqqında həddindən artıq təhrifə uğramış düşüncələrin nəticəsində yaranır (Fairburn & Cooper, 1989). KBT-yə görə, əsas inanclar, yəni çəki və bədən quruluşu ilə bağlı qeyri-real gözləntilər, simptomların qalmasında, ideal çəki və bədən quruluşu ilə bağlı sərt aralıq inanclar müşayiət olunur, özünə dəyər yalnız bunlar olduqda hiss olunur. KBT , nevrogen anoreksiyanın başlanğıcında bir çox uşaqlıq xatirələrinin təsirli ola biləcəyinə diqqət çəkir, ancaq əsas məsələdə yenə şəxsin davranışları və fərziyyələridir, məsələn qida məhdudlaşdırma, arıq olmağın qəbul edilən tək estetik görünüş olmağı inancı və sərt pəhriz, kimi mənfi məsələlər simptomların gücləndiriciləridir. Yayınma paradiqması baxımından həm mənfi gücləndiricilər (qusma, pəhriz, laksatif istifadə kimi), həm də müsbət gücləndiricilər (zəif qalmaq) problemin davam etməsinə və qaçdığı vəziyyətlərlə üzləşməyən şəxs bu vəziyyətlərin mənfi nəticələrinə dair gözləntilərinin doğruluğunu yoxlaya bilməz. Yayınma davranışı qarşı adətən müqavimətlə müşahidə olunur (Soygüt, 2003). KBT-nın nevrogen Bulimiyaya baxışı belə ümumiləşdirilə bilər: pəhriz hədsiz ifrat qida qəbulunda profilaktik reaksiya olaraq ön plana çıxsa da, əslində psixoloji və fizioloji mexanizmlərin təsiri ilə yenidən ifrat yemək qəbulu davranışı təkrar edilir. Kalori qəbulunun qusma kimi kompensasiyaedici davranışlarla atıldığı inancı ifrat qida qəbulunu stimullaşdırır, davranış daha tez -tez təkrar edilməyə başlayır və bədən forması və çəkisi ilə bağlı narahatlıqlar pəhriz davranışını artırır, sonra yenə ifrat yeməyə davam edilir. Nəhayət, bədən quruluşu və çəkisi ilə əlaqədar təşviş artır və dəyərsizlik duyğuları xəstəliklə birləşir. Bu pəhriz və ifrat yemə davranışının müşayiəti ilə davam edən kor çarx problemi çıxılmaz vəziyyətə gətirir. Yemə pozuntularına Koqnitiv-bihevioral müdaxilələr Koqnitiv-Davranış Terapiyaların qidalanma pozuntuları, xüsusən də nevrogen Bulimiya müalicəsində istifadəsi və effektivliyi sübuta əsaslanan tədqiqatlarla dəstəklənir. (Fairburn, Cooper, & Shafron, 2003; Vocks, Tuschen-Caffier, Pietrowsky, Rustenbach, Kersting, & Herpertz, 2010; Yager, 2007b). KBT-nin müalicə prosesində ifrat yemə davranışı və fizioloji vəziyyətlə əlaqəli məsələlərə müdaxilə planına psixoloji maarifləndirmə, davranış texnikaları (planlı qidalanma nümunəsi əldə etmə, stimullara nəzarət, alternativ davranış inkişafı, problem həll etmə bacarığı) inkişaf etdirmə, koqnitiv metodlar (koqnitiv restrukturizasiya və s.) daxildir. Müalicənin məqsədi düzgün yemək davranışını əldə etmək, bədən quruluşunu və çəkiyə bağlı atributları öyrənmək və kompensasiya davranışlarını aradan qaldıraraq relapsın qarşısını almaqdır (Geller & Dunn, 2011). Bədənin estetik görünüşünə qarşı fikirlərin yaratdığı emosiyaların şiddəti müalicəyə qarşı müqavimətlə əlaqəli olduğundan, bədən görüntüsü ilə bağlı maarifləndirmə müalicədə ən əhəmiyyətli cəhətlərdən biridir və bədən forması ilə bağlı, çəki ilə bağlı fikirlər müsbət istiqamətdə dəyişərsə bu artıq böyük bir məsafə qət etmək mənasına gəlir, təbii ki, müalicə aspektindən yanaşdığımızda, bu isə adətən müalicənin sonuna doğru baş verə bilir (Allen & Hollander, 2002; Garner, 2002), çünki yemə pozuntularının müalicəsində bədən imicinə dair araşdırmalar, xəstənin xeyli yaxşılaşmasından sonra müalicənin sonuna doğru aparılır (Fairburn və Cooper, 1989). KBT üsulları ilə xüsusilə yatılı xəstələrlə çalışdığımız zaman, psixoterapevt, psixiatr, dietoloq və lazımi tibb mütəxəssisləri ilə ünsiyyət quraraq komanda yanaşmasına ehtiyac duyulur. Ədəbiyyatlarda fərdi olaraq olduğu kimi qrup terapiyası şəklində də təcrübələrin effektivliyini dəstəkləyən araşdırmalar var (Fairburn və Cooper, 1989). CBT xəstənin aktiv iştirakını tələb etdiyindən, xəstənin müalicəyə münasibəti birmənalı deyilsə və motivasiyası aşağıdırsa, CBT müdaxilələrinə keçməzdən əvvəl motivasiya üsulları tətbiq edilməlidir (Yager, 2007b). Nevrogen Bulimiya müalicəsinin əsas məqsədi yemək rejimini normallaşdırmaqdır (Davison və Neale, 2004). Fairburn və Cooper (1989) Bulimiyanın Koqnitiv-bihevioral terapiyasına yönəlik üç addımlı bir kitab hazırlamışlar. Hər mərhələdə tətbiq ediləcək üsullar xəstənin ehtiyaclarına uyğun olaraq dəyişir və yenidən nəzərdən keçirilir. Bura özünü izləmə, yemək yeməyi planlaşdırma, stimul-reaksiya və nəticələrin qiymətləndirilməsi, koqnitiv restrukturizasiya və relapsın – özünü qusdurma davranışının qarşısının alınması üsulları daxildir (Mitchell, 2005). Relaksasiya üsulları qusma istəyini idarə etməkdə faydalıdır (Davison & Neale, 2004). BN müalicəsində KBT həm bulimik simptomları, həm də digər müşayiət olunan psixopatoloji simptomları azaltmaqda təsirlidir. Wilson’un (2003) araşdırması göstərir ki, KBT ilə müalicə olunan hallarda ifrat yemə davranışlarında 80% azalma var. Anoreksiya və Bulimiyada üçüncü nəsil Koqnitiv-bihevioral terapiyaların effekti də xüsusilə qeyd edilə bilər, burada daha çox Dialektik-Bihevioral terapiya və Şema terapiyanın adını qeyd edə bilərik. Nəsimi Qiyasov – 27.08.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Cinsi sağlamlığa qısa baxış. Təriflərdə və anlayışlarda fərqlilik olsa da, intim həyat insanlığın varlığından bəri həmişə mövcuddur və əsrlər boyu əhəmiyyətini itirməmişdir. İncesu’nun dediyi kimi, “intim həyat hər ikisindən də üstündür: həm maraq, həm də qadağalardan, ən çox onun haqqında danışılır, amma həm də heç danışılmır, insanlar ona bələd olduğunu iddia edir, amma həm də çox az tanıyırlar, bir tərəfdən onunla öyünülür, digər tərəfdən ondan utanc duyulur”. Bu cür ziddiyyətlərlə dolu bir sahədə səhiyyə və ruh sağlığı peraonallarının böyük rolu var. Çünki cinsi sağlamlıq, cəmiyyət baxımından ümumi sağlamlığın ayrılmaz hissələrindən biridir, hər hansı bir problem yaşadıqda isə insanları ən çox məyus edən xəstəliklərdəndir həm də. Cinsi sağlamlığınız pisləşməsi yalnız fiziki sağlamlığa müdaxilə etmir, travmatik təcrübəyə də səbəb olur. [2,səh.2.] Cinsi funksiya və pozuntuları. Cinsi problemlər, fərd üçün zövq və məmnunluq hissini itirəcək qədər sıxıntı mənbəyidir. Cinsi problemlər insanların sevilmədiyi inancı , tərk edilmə qorxusuna əsaslana, özünə inamın itkisinə səbəb ola bilər. Məhrumiyyət, qadın və ya kişi olaraq təhqir olunmuş kimi hiss etmək, utanc kimi hisslərə səbəb olur. Cütlük münasibətlərində istilik, sevgi, seksuallıq kimi emosional məmnunluqlar maddi məmnuniyyət mənbələrindən daha vacibdir. Həssasdır və risk altındadır. Keçmişə nisbətən cinsi problemlərdə artım müşahidə olunur. Zamanla insanlar seksuallığının əhəmiyyətini daha çox dərk etməyə başlayırlar. Belə ki, problemdən qaçışı passiv şəkildə davam etməyi seçmirlər. Cütlüklər və səhiyyə işçiləri də, cinsi sağlamlığın aradan qalxmış olmasının bir xəstəlik olduğunu dərk etməli və müalicəsinə həssaslıqla yanaşmalıdırlar. İnsanların klinikalara gəlməsinə normal münasibətin olması üçün cinsi sağlamlıq və cinsi funksional pozuntular haqqında maarifləndirici söhbətlər aparılması vacib nüanslardandır. Cinsi funksional xəstəliklərin müalicəsi bu problemdən əziyyət çəkən şəxslər üçün utanası bir şey olduğu düşüncəsi artıq aradan qalxmalıdır. Xəstəliyə qarşı səssizliyin aradan qalxması müalicə proseslərinin başlaması sevindirici bir vəziyyətdir. [4,səh.299-301] Cinsi disfunksiyanın ümumi qəbul edilmiş bir tərifi yoxdur. Masters və Johnson, cinsi disfunksiyanı, insanın cinsi reaksiya dövründəki qənaətbəxş cinsi oyanış və/və ya zövq (orgazm) əldə edə bilməməsinə səbəb ola biləcək hər hansı bir pozuntu olaraq təyin edirlər. Başqa sözlə, bir insanın cinsi həyatının davamlılığından narazı qalma vəziyyəti psixiatriyanın əsas kitabı olaraq qəbul edilən DSM-IV, cinsi funksiyaların pozulması kimi xarakterizə olunur. Diaqnoz qoyulmadan əvvəl, şəxsin cinsi istək, gözləntilərinə və performansa olan münasibətinə və cinsi həyatına təsir edə biləcək etnik, mədəni, dini və sosial quruluşun nəzərə alınmalıdır. Cinsi pozuntular: İntim münasibətlə bağlı təşvişli həyəcan pozuntusu: Cinsi Stimullaşma pozuntusu, Qadın cinsi həyəcan pozğunluğu, Kişi Erektil Disfunksiyası Orgazm pozğunluqları- Qadınlarda orgazm olmama, Kişilərdə orgazm olmama Erkən boşalma Cinsi ağrı pozğunluqları- Disparuniya (Cinsi əlaqə zamanı ağrı) – Vaginizm Ümumi tibbi vəziyyətə görə cinsi funksiyanın pozulması Cinsi funksiyaların pozulmasının göstəriciləri Cinsi istək pozğunluğunun azalması Cinsi ikrah pozğunluğu Kişilərdə erektil disfunksiya Gecikmiş boşalma Erkən boşalma Disparuniya Cinsi meylin pozuntuları. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana çıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksual pozuntular” mövzusunda təsvir edilmişdir. Cinsi meylin güclənməsi (hiperseksuallıq). Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, oliqofreniya və s.) və manikal oyanma zamanı rast gəlinir. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvəs göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kiçik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. Aiddir. (1,səh.424-425) Təşviş nədir? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. [3,səh.7] Performans təşvişi ; Adından da göründüyü kimi, müəyyən bir fəaliyyətlə məşğul olmaq ərəfəsində bunu bacarmayacağına dair düşüncələrin yaratdığı təşvişli duyğudur. Kütlə qarşısında təqdimat etmək, iş müsahibəsinə getmək, vacib bir imtahan vermək, çıxış etmək kimi stress və ya narahatlığa səbəb ola biləcək vəziyyətlər performans narahatlığını stimullaşdıran situasiyalardandır. Performans narahatlığını stimullaşdıran düşüncələr duyğulara təsir edir, duyğular isə davranışa və bədən hissiyyatı-fiziki simptomlara. İntim münasibətlərdə performans narahatlığı intim münasibətlərdə öhdəsindən gəlinməyi lazım olan bir narahatlıqdır. Problemdən əziyyət çəkən insanın zehni, “bunu edə bilərəmmi?” və ya “Uğursuz bir partnyormu olacam?” sualları ilə doludur. Cinsi əlaqə zamanı insan cinsi zövq və ya cinsi oyanış yerinə narahatlıq və təşviş hiss edir. Bu tip narahatlıq qadınlara nisbətən kişilərdə daha çox müşahidə edilir. Cinsi əlaqədən əvvəl və ya sonra şiddətli bir şəkildə narahatlıq, təşvişin artımı ən çox müşahidə olunan simptomdur. Bu narahatlıq damarlara təsir edir, cinsiyyət orqanlarına daha az qanın getməsinə səbəb olur və ereksiyanı o cümlədən orqazmı önləyə bilər. Performans təşvişinin səbəbləri: Partnyoru məmnun edə bilməyəcəyinə dair avtomatik düşüncələr, cinsi əlaqə ilə bağlı formalaşmış miflər, yıxıcı kök inanclar, ereksiya problemi, müqayisə qorxusu, partnyora qarşı gizli qəzəb və ya başqa mənfi emosiyalar, mükəmməllikçi şəxsiyyət quruluşu, erkən boşalma problemi və.s [6] Koqnitiv-bihevioral terapiya ətraf mühitdəki qıcıqların insan orqanizminə təsiri, məlumatların həmin stimullarla ötürülməsi hipotezinə əsaslanır. Hər hansı situasiyaya verdiyimiz reaksiya, fizioloji təcrübə və davranış reaksiyalarımızı müəyyənləşdirir. Bu ‘5 sahə modelində’ sistemin bütün komponentləri interaktiv fəaliyyət göstərir, buna görə əhval-ruhiyyə bizim qavrama prosesimizə və əksinə, qavrama prosesi əhval-ruhiyyəmizə təsir göstərə bilir. Fiziki vəziyyətimiz də, (məsələn əhvala təsir göstərən hər hansı maddə) əhval-ruhiyyəmizə və düşüncə proseslərimizə təsir edir. Psixotrop dərmanlar fiziki proseslərə təsir göstərir və buna görə də ənənəvi psixoterapiya duyğulara yönəlir. CBT, psixikanın qavrama və davranış hissələrinə diqqət yetirir. Rasional Emotiv Davranış Terapiyasında (Albert Ellis 1955-Rasional terapiya, bu adı natamam hesab etdiyi üçün 1961-ci ildə adını Rasional emotiv davranışçı terapiya deyə dəyişdirir) olduğu kimi CBT-də də sistematik duyarsızlaşdırma, və məruz buraxma kimi texnikalardan istifadə olunur. Bütün Koqnitiv-bihevioral terapiyalar: 1. Dəyişiklik üçün düşüncələrin, inancların və davranışların vasitə ola biləcəyinə dair ümumi marağı paylaşırlar; 2. Sosial öyrənmə nəzəriyyəsinin prinsiplərinə əsaslanır, yəni rasional olmayan düşüncə və davranış formalarını sosial mühitdə görərək öyrənirik və daha sonra vərdiş halına keçir; 3. Və hər biri empirik metoda sadiqdir. Yəni dəyişiklik etmək üçün Rasional Emotiv Davranışçı Terapiya da, Koqnitiv-bihevioral terapiya da empirik olaraq keçmiş funksional olmayan inancın empirik metodla yanlış olduğunu isbatlayır və yeni inanc, yerləşmiş düşüncə ilə onu əvəz edir. Bu ortaq dəyərlər, digər bəzi psixoterapiya sahələrində görülən mexanizmlər olmadan, fərqli metodların CBT çətiri altında qalmasına icazə vermişdir. Bu yazıda, Beckin depressiya üçün tətbiq olunan koqnitiv terapiya ilə bağlı original tədqiqatı nəticəsində ortaya çıxan koqnitiv bihevioral modelə köklənəcəyik. CBT, şüuru araşdırdığı üçün psixodinamika kimi şüuraltı basdırılmış duyğularla çalışan psixoterapiya metodlarından fərqlənir. Problemə köklənən münasibəti vurğulamaq üçün psixodinamik və digər interpersonal terapiyalardan fərqlənir: münasibət dəyişikliyə kömək edir, lakin dəyişiklik üçün bir vasitə deyil. CBT ənənəvi terapiyalarla müqayisədə daha çox strukturlaşdırılmış və yönləndiricidir. Həmçinin əməkdaşlıq çərçivəsində çalışır və pasiyentlərin, problem həll etmə müddətində “şəxsi psixoloqları” olmalarına kömək edir. Terapiya koqnitiv bihevioral formulasiyaya əsaslanır və tətbiq olunan metodlar bu formulasiyadan inkişaf edir. Yəni müxtəlif problemlərin müxtəlif müalicə formulyasiyaları olur. Terapiya bu formulyasiyaların əsasında irəliyə aparılır. CBT, ənənəvi müalicələrdən daha aktiv olması ilə fərqlənir. Pasiyent, seanslar zamanı verilən ev tapşırıqlarını etmək üçün CBT texnikalarını istifadə etməyi öyrənir. [4,səh.3-4] Psixogen mənşəli cinsi disfunksiya və performans təşvişinə Koqnitiv-bihevioral müdaxilələr Bütün digər funksiyalar kimi, cinsi funksiyalar da anatomik-fizioloji və psixososial qarşılıqlı təsirlər nəticəsində meydana gəlir. Davranış baxımından cinsi davranışlar da digər davranışlar kimi öyrənilmiş davranışlardır. Cinsi stimullara düzgün cavab verməyi öyrənən insanlar normal cinsi funksiyalarını həyata keçirə bilərlər. Başqa sözlə, bu insanların psixososial sistemlərində heç bir cinsi münasibətlərlə bağlı mənfi kök inanc yoxdur. Cinsi disfunksiya, insanların hər hansı bir səbəbdən müəyyən stimullara səhv reaksiya verməyi öyrənməsindən qaynaqlanır. 1970 -ci illərin əvvəllərində Masters və Johnsonun tezisləri müasir cinsi müalicənin təməl daşı oldu. Masters və Johnson, cütlükləri və münasibətləri davranışçı bir perspektivdən araşdırdılar. Cinsi təhsil, həyat yoldaşları arasında ünsiyyətin olmaması və səhv davranışları dəyişdirmək üçün ev tapşırığı müalicədə əsas mövzulardır. Ev tapşırığı metodikası ilə cinsi disfunksiyaya səbəb olan yanlış reaksiyaların düzəldilməsi mərhələsində zamanla fərdlərdə müqavimət və mənfi yanaşmalar müşahidə oluna bilər. Koqnitiv aspektdən araşdırmalara görə, bu müqavimətin altında insanın kök inanclarını formalaşdıran öyrənilmişlik, avtomatik mənfi düşüncələr və görüntülər dayanır. İntim münasibətlərə, seksual həyata qarşı mənfi münasibətlər, insanın yaxın və ya uzaq keçmişindəki təcrübələrdən qaynaqlanır. Ailənin və cəmiyyətin seksuallığa baxışı, həddindən artıq mühafizəkar tərbiyə, cinsi maarifləndirmənin olmaması, miflər və intim həyatla bağlı şişirdilmiş gözləntilər, tərəflər arasında ünsiyyətin olmaması və ya yanlış ünsiyyət, nevrotik şəxsiyyət xüsusiyyətləri, ayrılıq təşvişi, uşaqlıq travmatik təcrübələri, cinsi istismara məruz qalma faktorları, valideynlərin erkən itkisi kimi təcrübələr cinsi funksiyaların pozulmasına səbəb olan amillərdir. Koqnitiv-davranış terapiyalarında məqsəd səhv öyrənilən reaksiyaları yeni və düzgün reaksiyalarla əvəz edilməsini(klassik şərtlənmə S>R, neobihevioral yanaşma S>O>R) öyrətməkdir. İnsanlar ümumiyyətlə cinsi problemlərini açıqlamaqdan çəkinirlər. Psixoloqun cütlüyün yaşadıqlarını hiss edə bilməsi və bunu cütlüyə hiss etdirərək anlayışlı və dəstəkləyici olması vacibdir. Əsas məqsəd, mövzu haqqında rahat və aydın danışmaq və ortaq bir dil yaratmaqdır. Koqnitiv-davranışçı cinsi terapiyada dörd addımlı bir yanaşma var. [7] Koqnitiv-bihevioral cinsi terapiyada planlama 1) Seksual münasibətlərdə “kişi cinsiyyət orqanının ölçüsü çox önəmlidir, mastürbasya zərərlidir, qadının orgazma çata bilməməsi həyat yoldaşının günahıdır, həyat yoldaşları cinsi əlaqədə eyni anda məmnunluğa çatmalıdırlar, pərdənin yırtılması çox çətin və qanaxmanın intensivliyi ilə müşahidə olunan prosesdir, kişi hər zaman cinsi əlaqəyə hazırdır onun üçün qadın seks oyuncağıdır, fərqli formalarda cinsi əlaqədə olmaq pozğunluqdur “ kimi bir çox yalan inanc cinsi disfunksiyalara yol açır. Cinsi disfunksiyalı cütlüklərin cinsi bilik səviyyələri çox aşağıdır. Düzgün cinsi məlumat və maarifləndirmə cinsi məlumat çatışmazlığını aradan qaldırmaq və yalan məlumat, yıxıcı kök inancları düzəltmək müalicənin ilk addımlarıdır. 2) Cinsi disfunksiyalı cütlüklərin həm cinsi, həm də qeyri-cinsi sahələrdə çox vaxt ciddi bir ünsiyyət çatışmazlığı var. Cütlərin bir -birlərinə ifadə etməkdə çətinlik çəkdikləri məsələlər mütləq müzakirə edilməlidir. İkinci məqsədimiz, həyat yoldaşına bəyəndiyi bir şeyi söyləmək, həyat yoldaşında bəyəndiyi bir tərəfi ifadə etmək, həyat yoldaşında bəyənmədiyi bir davranışı ifadə etmək kimi ev tapşırıqları ilə ünsiyyət qurma bacarıqlarını inkişaf etdirməkdir. Birlikdə cinsi əlaqə ilə bağlı bir məqalə oxumaq, seksual aspektdən açıq olan bir jurnala baxmaq və həyat yoldaşına cinsi fantaziyasını danışmaq kimi ev tapşırıqlarının həll edilməsinə də yer vermək faydalı olacaqdır. 3) Terapiya zamanı cütlüklərin ev tapşırıqlarının yerinə yetirməsinə mane olan müqavimətlər olacaqdır. Buna səbəb avtomatik mənfi düşüncələrdir. Terapiyanın mahiyyəti müştərilərə əsas mənfi düşüncələri, təcrübələri və görüntüləri çatdırmaqdır. Düşüncələrin tədqiq edilməsi, izlənməsi, kəşf və ordu dili ilə desək “məhv” edilməsi zamanla yanlış reaksiyaları da neytrallaşdırır. 4) Son mərhələdə, həyata keçirilən səhv davranışlar, yeni və doğru davranışlarla əvəz olunur. Bu mərhələlər eyni zamanda vaginizm, erkən boşalma, erektil disfunksiya-sərtləşmə problemi kimi fərqli cinsi disfunksiyalarda fərqli yanaşmaların müşayiəti ilə həyata keçirilə bilər. Nəticə Cinsi əlaqənin qadağan edilməsi, genital bölgəyə və genital hisslərə yönəlmiş məşqlər, tənəffüs və rahatlama məşqləri, mütəmadi olaraq vajinal rahatlama məşqləri, koitus məşqləri, mastürbasyon və əlaqəli məşqlər, koqnitiv canlandırma və rol oynama məşqləri, məşqləri Koqnitiv-bihevioral cinsi terapiyada istifadə edilən digər zehni və davranışçı texnikalardır. Adı çəkilən texnikalar fərdlərə seanslar zamanı öyrədilir. Təxminən 70% hallarda, Koqnitiv-bihevioral yanaşmalar ilə cinsi disfunksiyalarda uğurlu nəticələr əldə edilir. Psixoterapevt ilə güvənli bir bağlılıq əlaqəsi terapiyanı müvəffəqiyyətə aparır hansı cütlüyə hansı texnikaların tətbiq ediləcəyi mühüm rol oynayır. Ədəbiyyat siyahısı: 1. Nadir İsmayılov – Psixiatriya, Apostrof, Bakı-2013, səh.424-425 2. Nafiz Bozdemir, Sevgi Özcan-Cinselliğe ve Cinsel Sağlığa Genel Bakı, Çukurova Üniversitesi Tıp Fakültesi Aile Hekimliği Anabilim Dalı, səh 2. 3. Nəsimi Qiyasov – Covid-19 peyvəndləri ilə bağlı təşviş yaradan məqamlara qarşı profilaktik işlərdə psixoloji maarifləndirmənin rolu, səh.7. Bərdə, 2021 4. Nəsimi Qiyasov – 3D Koqnitiv-bihevioral özü-özünə yardım kitabı, Bərdə 2021, səh.3-4 5. Psikiyatri – İstanbul üniversitesi, tıp fakultesi, İstanbul 2009,səh.299-301 6. https://barisgurkas.com/cinsellikte-performans-anksiyetesi/ 7. https://www.antalyapsikiyatrist.com/cinsel-terapi/cinsel-işlev-bozukluklarında-bilişsel-davranışçı-terapi Psixoloq Nəsimi Qiyasov – QuuuuB Azərbaycan Respublikası, Bərdə şəhəri – 08.08.2021
AYRILIQ 1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur. 2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. [ Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dilinin İzahlı lüğəti, 4 cilddə, I cild A-D, Şərq-Qərb-səh 184, 2006] Koqnitiv-bihevioral terapiya nədir, necə işləyir? Təsəvvür edin ki, ağzınızda limon var. Onun şirin dadını, limonun kəskinliyini hiss edirsiniz və bu sizə xoş təəssürat bağışlayır. Bu təcrübə qavramanın (limonun və ya konfetin görüntüsü) fiziki hissiyyatın (ağzın sulanması), duyğunun (turş ya da şirin dadın duyulması) necə yarandığını göstərir. Koqnitiv-bihevioral terapiya ətraf mühitdəki qıcıqların insan orqanizminə təsiri, məlumatların həmin stimullarla ötürülməsi hipotezinə əsaslanır. Hər hansı situasiyaya verdiyimiz reaksiya, fizioloji təcrübə və davranış reaksiyalarımızı müəyyənləşdirir. Bu ‘5 sahə modelində’ sistemin bütün komponentləri interaktiv fəaliyyət göstərir, buna görə əhval-ruhiyyə bizim qavrama prosesimizə və əksinə, qavrama prosesi əhval-ruhiyyəmizə təsir göstərə bilir. Fiziki vəziyyətimiz də, (məsələn əhvala təsir göstərən hər hansı maddə) əhval-ruhiyyəmizə və düşüncə proseslərimizə təsir edir. Psixotrop dərmanlar fiziki proseslərə təsir göstərir və buna görə də ənənəvi psixoterapiya duyğulara yönəlir. CBT, psixikanın qavrama və davranış hissələrinə diqqət yetirir. Rasional Emotiv Davranış Terapiyasında (Albert Ellis 1955-Rasional terapiya, bu adı natamam hesab etdiyi üçün 1961-ci ildə adını Rasional emotiv davranışçı terapiya deyə dəyişdirir) olduğu kimi CBT-də də sistematik duyarsızlaşdırma, və məruz buraxma kimi texnikalardan istifadə olunur. Bütün koqnitiv bihevioral terapiyalar: 1. Dəyişiklik üçün düşüncələrin, inancların və davranışların vasitə ola biləcəyinə dair ümumi marağı paylaşırlar; 2. Sosial öyrənmə nəzəriyyəsinin prinsiplərinə əsaslanır, yəni rasional olmayan düşüncə və davranış formalarını sosial mühitdə görərək öyrənirik və daha sonra vərdiş halına keçir; 3. Və hər biri empirik metoda sadiqdir. Yəni dəyişiklik etmək üçün Rasional Emotiv Davranışçı Terapiya da, Koqnitiv-bihevioral terapiya da empirik olaraq keçmiş funksional olmayan inancın empirik metodla yanlış olduğunu isbatlayır və yeni inanc, yerləşmiş düşüncə ilə onu əvəz edir. Bu ortaq dəyərlər, digər bəzi psixoterapiya sahələrində görülən mexanizmlər olmadan, fərqli metodların CBT çətiri altında qalmasına icazə vermişdir. Bu kitabda, Beckin depressiya üçün tətbiq olunan koqnitiv terapiya ilə bağlı original tədqiqatı nəticəsində ortaya çıxan koqnitiv bihevioral modelə köklənəcəyik (Beck, 1979). CBT, şüuru araşdırdığı üçün psixodinamika kimi şüuraltı basdırılmış duyğularla çalışan psixoterapiya metodlarından fərqlənir. Problemə köklənən münasibəti vurğulamaq üçün psixodinamik və digər interpersonal terapiyalardan fərqlənir: münasibət dəyişikliyə kömək edir, lakin dəyişiklik üçün bir vasitə deyil. CBT ənənəvi terapiyalarla müqayisədə daha çox strukturlaşdırılmış və yönləndiricidir. Həmçinin əməkdaşlıq çərçivəsində çalışır və pasiyentlərin, problem həll etmə müddətində “şəxsi psixoloqları” olmalarına kömək edir. Terapiya koqnitiv bihevioral formulasiyaya əsaslanır və tətbiq olunan metodlar bu formulasiyadan inkişaf edir. Yəni müxtəlif problemlərin müxtəlif müalicə formulyasiyaları olur. Terapiya bu formulyasiyaların əsasında irəliyə aparılır. CBT, ənənəvi müalicələrdən daha aktiv olması ilə fərqlənir. Pasiyent, seanslar zamanı verilən ev tapşırıqlarını etmək üçün CBT texnikalarını istifadə etməyi öyrənir. Ayrılığı dözülməz edən koqnitiv təhrif-düşüncə xətaları. Seçici abstraksiya: Burada şəxs həyatın hər hansı bir kadrına görə filmi dəyərləndirir, Məsələn:Bu ayrılıq bir daha mənə göstərdi ki, mən xoşbəxt olmaq üçün yaranmamışam. Yanlış nəticə çıxarma: Hiss edirəm ki, bir daha heç bir münasibətdə özümü tapa bilməyəcəm. (öncəgörücülük) Böyütmə\kiçiltmə: Bu dərd məni məhv edəcək.(böyütmə), Mən bir şəxs olaraq elə buna layiqdim. Ümumiləşdirmə: Uğursuzam, çünki ayrılıq yaşadım. Ambivalent düşüncə: Ya uğurlu bir partnyor, ya heç kiməm. Şəxsiləşdirmə:Başqa insanların haqqında “əfəl” deyərək danışdığı insan mənəm. Etikelməmə (stiqma): Uğursuzun biriyəm. Emosional fikir yürütmə: Hisslərim məni yanıltmaz, necə hiss edirəmsə deməli elədir. Malı, Məli cümlələri: Bu münasibət belə bitməli deyildi. Günahlandırma: Özünü – ona layiq deyildim, gözəl olan heç nəyə layiq deyiləm. Başqasını – o bizim hekayəmizi məhv etmək üçün əlindən gələni etdi. Ayrılıq sonrası ortaya çıxmağı mümkün psixoloji narahatlıqlar Depressiya itki problemi fonda olmaqla inkişaf edir. Depressiya üçbucağı üzərindən dəyərləndirmə apardıqda ortaya çıxan nəticə belədir: özünə qarşı neqativ düşüncə, dünyaya qarşı neqativ düşüncə və gələcəyə qarşı neqativ düşüncə. Düşüncələrin duyğuları stimullaşdırmağı nəticəsində ortaya çıxan ümidsizlik, günahkarlıq, fiziki-hərəki passivlik, sosial izolyasiya, çox yemək və ya qidadan uzaq qalmaq, çox yatmaq və ya yuxusuzluq, davam edəcəyi təqdirdə və ağırlaşmış hallarda qoxu və dad bilmənin itməsi, halüsinasiyalı versiya ilə də müşahidə edilə bilər. Təşviş pozuntusu: Əvvəla bunu qeyd edim ki, bir növ təşviş pozuntusu yoxdur. Göstərilən problemdə təşvişli həyəcan əsasən dünyanı güvənsiz bir yer hesab etməklə gəlir, idarəetməni itirmək ilə bağlı düşüncəyə bağlı olaraq panik pozuntu, itirmə təşvişi və ya daimi gözləntilərin olmağı səbəbi ilə ümumiləşmiş təşviş pozuntusu kimi narahatlıqların ortaya çıxmağı müşahidə edilən bir haldır. Vaxtında müdaxilə edilmədiyi halda davam edən problem artıq düşüncə formasında qəlibləşmə yaratdığı üçün şəxsdə sağalmağa qarşı olan qaçma davranışı formalaşdıra bilər. Nəticə İnsanlar yaşadıqları müddət ərzində onların baxışlarına müxtəlif mənzərələr hakim kəsilir- Sevgi, xəyanət, ayrılıq və.s bütün digər çətin həyat şəraitlərində olduğu ayrılıq sonrası mərhələdə bununla yaşamağı bacarmaq insanın emosional küt olmağı deyil, psixoloji olaraq elastik bir şəxsiyyətə çevrilməyinə kömək edir. Ayrılıq ilə bağlı hələ yeniyetməlik yaşı dövründən maarifləndirmə&profilaktika, işlərinin məktəblərdə tədbiqi şəxsin psixikana vaksin təsiri bağışlayır, bələd olduğu həyat hadisəsi ilə qarşılaşan şəxsiyyət yaşanan olaydan minimum zərərlə xilas olacağını bilir, tək bir düşüncə ilə tək bir emosiyanın şiddətlənməsinə imkan vermir. Psixoloji yardım zamanı düşüncə xətalarının müəyyən edilməsi, onlar barədə maarifləndirmə aparılması və ev tapşırığında “mənim hekayəm” başlığı ilə yaşanan ayrılıq barədə düşüncələrin öyrənilməsi, yazının seansda müzakirəsi, yazıdakı koqnitiv təhriflərin pasiyent tərəfindən müəyyən edilməsi müraciət edən şəxsin problem həll etmək bacarıqlarını inkişaf etdirir. Nəsimi Qiyasov – 03.08.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Təşviş nədir? Təşviş sadə bir ifadə ilə həqiqi bir təhdid zamanı ortaya çıxan duyğudur. Funksionaldırmı? Bəli, təşviş də digər duyğular kimi funksionaldır. Bir gecə yolunuzu 30 dəqiqə qısaltmaq üçün qaranlıq bir küçədən keçmək istədiyinizi düşünün, beyin bu zaman “həyəcan təbili çalır”, “30 dəqiqə üçün riskə getməyə dəyərmi? Görmürsən kimsəsiz yerdir, bir şam zərrəsi işıq yoxdur, özündən Amerika kəşf etmə, gəl düz yolunla get.”, bədən beynin sözünə qüvvət verir başlayır ürək döyüntünüz artmağa, əlləriniz tərləyir. Bu fiziki hissiyyatın və düşüncənin müşayiəti ilə yaranan duyğu təşvişdir. Burada təşviş funksional oldu və sizi mümkün təhlükədən qorudu. Təşviş bir sözlə sizi siz edənlərin itirilməsi ehtimalı ortaya çıxdıqda özünü biruzə verən duyğudur. Təşviş pozuntusu nədir? Təşviş pozuntusu hər hansı bir real təhlükə olmadan ortaya çıxan və insanın həm psixoloji, həm də fiziki olaraq tükənməsinə səbəb olan şiddətli ruhi narahatlıqlırdır. Koqnitiv modelə görə təşviş hisslərin duyğulara təsiri ilə ortaya çıxır və davranışımıza təsir edir. Bu vəsilə ilə biz təşviş deyilən “çağırılmamış qonaq” görünən situasiyalardan yayınırıq. Davranışçı modelə görə təşviş “dişsiz qurd görünüşlü köpəkdir” və biz ondan qaçdıqca heç vaxt əsl gücümüz və ya onun əsl gücünə bələd olmadığımız üçün o özündən yox, bizdən asılı səbəblərdən güclənir. Təşviş pozuntuları hansılardır? Panik pozuntu Xüsusilə özünüzü stressli hiss etdiyiniz bir gün işdən evə gəlirsiniz və müəyyən qədər narahatsınız. Həmişəki kimi sağlamlığınızla da bağlı bir az narahatlığınız var. Evə gəldikdə bütün dostlarınızın sizdə olduğunu və sizə sürpriz etdiyini görürsünüz. Çünki bu gün sizin 40 yaşınız tamam olur və siz bunu unutmuşunuz! Bu haldan məmnunsunuz amma nə isə narahatlıq keçirirsiniz. Stressiniz artır, ürək döyüntüləriniz sürətlənir, sinə nahiyənizdə bir az ağrı hiss olunur. Bu məqamda bütün diqqət sinəyə yönəlir və ürəyinizin yaxşı olub-olmadığını düşünürsünüz. Başınız fırlanır və fəlakət düşüncəsi ağlınıza gəlir – “İnfarkt keçirirəm!” Bu panik atakı yaradan təşviş və avtonom sinir sistemidir. Bütün bu ruhi proses daxilində çox narahat ola bilərsiniz və infarkt keçirdiyinizi düşünərək dərhal otura və təcili yardıma müraciət edə bilərsiniz. Xəstəxanaya aparılırsınız və sizə bunun sadəcə təşvişdən qaynaqlandığını deyirlər(təəssüf ki, buna belə nadir hallarda rast gəlinir, adətən heç bir fikir yürüdülmür) , bu sizi rahatlatmaq üçün kifayət edir amma sinənizdə hiss etdiyiniz qəribə duyğuları axtarmağa çalışırsınız və nəbzinizi yoxlamağa başlayırsınız. Gələn dəfə bununla bağlı stress keçirirsiniz və eyni həyəcanı yenidən keçirirsiniz. Dincəlmək və kömək almaq üçün oturmaq ehtiyat davranışı ola bilər. Bunu hər dəfə təkrarladıqda özünüzə deyirsiniz – “Etməsəydim məni öldürə bilərdi”. Daha sonra idman etməkdən və ya ürəyiniz üçün risk yaradacağına inandığınız vəziyyətlərdən qaçmağa başlaya bilərsiniz. Beləliklə də panik pozuntu inkişaf etməyə başlayır. Bu, panik atakların necə ortaya çıxa biləcəyini açıqlayır, amma insanı özünə qarşı müdafiəsiz vəziyyətə salan nədir? Dünya haqqındakı fikirlərimiz, təməl inanclarımız və ya sxemalarımız tərəfindən formalaşdırılır. İlk təcrübələr özümüz, ətrafımızdakı dünya və digər insanlar haqqında fərziyyələr yürütməyimizə səbəb olur. Məsələn: ailəniz tərəfindən həmişə tənqid olunsanız, özünüzdə yetərsiz və bacarıqsız olduğunuz, başqalarının tənqidçi olacağı və dünyanın sizi hər hansı bir fəaliyyət istiqamətinizə görə bütöv şəxsiyyətinizin mühakimə olunduğu bir yer olduğu inancını yarada bilərsiniz. Bu təməl inanclar, bir tərəfdən də həyatımızın şərtsiz inanclarıdır. Yaşamaq üçün qaydalarımız, həyatın əslində mövcud olmayan “xəritəsi”, yaşamağa dair “Təlimat” bu təməl inanclardan qaynaqlanır. Həyatın qaydası, çox vaxt bizi mənfi təməl inanclarımızla üzləşməkdən qoruyan inanclardır. Onlar sanki ən doğru, onlar sanki sizi təhlükədən, yaralanmaqdan qoruyur. Depressiyanın tarixi inkişafı barədə Hakan Türkçapar yazırdı “Bir qəbilə adamı gündəlik ovdan 500 kalorilik qida əldə edir, amma 1000 kalori itirir, düşünür ki, evdə qalsam acsam belə az enerji itirəcəyəm, bəlkə də tox olmayacağam, amma ən azından yorulmayacağam da”. Təşviş də bir növ naməlumluqla birlikdə həm də təxmini fikir yürütmək, faciəviləşdirmək və ya zehin oxumaqla bağlı düşüncələrin dostu olan bir duyğudur. Generalizə olmuş təşviş pozuntusu: Daimi olaraq ailəniz, sağlamlığınız, karyeranız və ya maddi vəziyyətinizlə bağlı nigaranlıqla müşahidə olunur. Ürək bulanması, pis bir hadisə baş verəcək kimi hiss edirsiniz. Problemin tam olaraq nədə olduğunu və ya nədən qaynaqlandığını bilmirsiniz. Fobiyalar: İynədən, qandan, yüksəklikdən, sudan, hər hansı bir rəqəmdən, avtomobil idarə etməkdən, təyyarə ilə səfər etməkdən, liftdən, fırtınadan, körpülərdən qorxmaq, lakin burda bir məqama diqqət etmək lazımdır. Necə ki, hər narahatlıq təşviş pozuntusu, hər ruh düşkünlüyü depressiya deyil, eləcə də hər qorxu fobiya deyil. Fobiya qorxunun idarəetmədən çıxmış formasıdır. Sosial təşviş: İnsanların əhatənizdə olduğunu hiss etmək, onların qarşısında hər hansı bir nitq söyləmək, uşaqlıqda yaşıdlarının və ya yetkinlik dövründə iş, tələbə yoldaşlarınız kimi sosial münasibətlər qura bilməmək və artıq bunun qaçışlara gətirib çıxardığı təşvişli ruh halı. İşdən, dərsdən yayınmaq üçün müxtəlif bəhanələrlə evə getmək. Narahatlıqdan istifadə etmək(Sekonder qazanc). Aqorafobiya: Tək başına evdən çıxmaqla bağlı narahatlıq, fəlakətləşmiş düşüncələrlə müşahidə olunan, son vaxtlar əziz qardaşı panik pozuntudan ayrı düşmüş təşviş pozuntusu növü. Açıq məkanlardan, körpülərdən, topluluqdan, növbədən, ictimai nəqliyyat vasitələrindən istifadə etməklə bağlı qorxular bu narahatlıq üçün spesifikdir. Obsessiv kompulsiv pozuntu: El arasında buna vəsvəsə də deyirlər, çox təmizkar adamlar haqqında “Əşi o da dəhşət “vasvasıdır”, bir qabı 10 dəfə yuyur” kimi cümlələr qurulduğunun yəgin ki, şahidi olmusunuz. Obsessiv-kompulsiv pozuntu obsessiyalar- sizə rahatlıq verməyən düşüncələr və o düşüncələri dəf etmək üçün inkişaf etdirdiyiniz davranışlardan ibarətdir ki, buna da kompulsiv epizodlar deyirik, televizora baxanda “sarışan hallar nevrozu”, “məcburi hallar nevrozu” olaraq adını eşitdiyiniz problem budur. Bir neçə növü vardır: Kontrol, Simmetriya, Təmizlik, Əxlaqi(dini və ailə dəyərləri və ya ümumi mental dəyərlərlə bağlı olan) və intim(seksual seçiminiz olmayacaq insanlara qarşı hər hansı bir erotik düşüncənizin olduğuna dair məcburi düşüncələrlə müşahidə edilir. Məs: Uşaqlara qarşı hər hansı bir intim istək keçirib, keçirmədiyinizə dair davamlı narahat edici düşüncələr.). Əgər Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən şəxs şikayətlərini gizlədirsə sağalmama riski artır. Əgər Obsessiv-kompulsiv pozuntu şəxsiyyətin aksentuasiyası ilə bağlı pozuntudursa (personality disorders) sağalma proqnozunda ümidverici məqamlar zəifdir. Təbii ki, bu araşdırmalar çox keçmişə dayanır və mən sadəcə istinad əsasında bunu yazıram. Adətən tək Koqnitiv-bihevioral terapiyayla dərmanla birlikdə istifadədən belə daha effektiv nəticələr əldə etmək olur. Travma sonrası stress pozuntusu: Aylar, illər əvvəl yaşadığınız travmatik təcrübəyə dair xatirələrin və keçmişdən gələn səhnələrin(flash-back) pəncəsində yaşamaq. Ümumi dünya əhalisinin 1-3 faizi, Vyetnam müharibəsi veteranlarının 30 faizi bu problemdən əziyyət çəkir. Müalicədə 70 faiz sağalma ehtimalı var, 30 faiz tamamilə, 40 faiz nisbətən sağalır, çox yaşlı və çox erkən yaşlar üçün proqnoz ürəkaçan deyil. Müalicəyə başladıqda irəliləyiş çox sürətli olur ki, bu da ümidvericidir. Bədən dismorfik pozuntusu: Dost və ailə üzvləriniz nə qədər də görüşünüşünüzlə bağlı narahatlıq olmadığını desə də siz bunlara inanmır görünüşünüzdə hər hansı bir anormallıq olduğunu düşünürsünüz. Saçım seyrəkdir, burnumda əyrilik var, hətta acizanə bir təcrübəmdən misal gətirim, çox dəyərli bir müştərim mənə demişdi ki “müəllim, mənim çənəm yoxdur”. Zamanınızı estetik əməliyyat mütəxəssislərinin konsultasiyasında keçirirsiniz. Beyninizə bir düşüncə hakim kəsilib: İnsanlar düşünür ki, bu insan nə qədər də bərbad bir görünüşə sahibdir. İpoxondriya (sağlamlıq təşvişi): Hər hansı bir ağrı və ya yorğunluqla bağlı həkim-həkim gəzirsiniz. Həkimlər səhhətinizdə heç bir problem olmadığı ilə bağlı sizi əmin edirsə də, siz davamlı olaraq qorxunc bir xəstəliyə düçar olduğunuza inanmısınız. Həkiminiz sizə sağlam olduğunuzu deyir, bir neçə gün narahatlığınız azalır, amma bir müddət sonra bu məcburi düşüncələr yenidən qayıdır və yenidən özünüzü hansısa həkimin qəbulunda tapırsınız. Təşviş pozuntuları necə yoluxucu ola bilər? Hər birimiz hər hansı bir məişət əşyası aldıqda o bizə “İstifadəsinə dair təlimatlar” yazısı yazılan bir köməkçi kitabça ilə təhvil verilir. Biz onun sayəsində cihazda hər hansı bir problemə rast gəldikdə də onu yazılan təlimat əsasında aradan qaldırırıq. Lakin həyat bizə verilərkən əlavə olaraq yanında “Həyat xəritəsi” deyə bir kitabça məncə heç kimə verilməyib, ən azından mən bu vaxta qədər bunun əksini iddia edən birinə rast gəlməmişəm. Bu həyatı biz sosializasiya prosesində öyrənirik, sosializasiyaya müxtəlif- mikro, makro, meqa, mezo amillər təsir edir, burada ən kiçik və qapalı qrup olan ailədən başlayaraq qalaktikanın da öz rolu qeyd edilir. Həmin bu kiçik və qapalı qrup olan ailə bizim üçün dünyanı dərk etdiyimiz zamanlardan etibarən yol xəritəsi hazırlayır. Erkən yaşlarda onlara güvənli, təşvişli və ya çəkingən bağlılıq formalarımız, sonrakı mərhələdə ailə üzvlərimizin həyata baxışları bizim beynimizdə qorxu, təşviş, ruh düşkünlüyü, utanc, həyəcan, nifrət, qəzəb, sevinc kimi qovluqlar hazırlayır. Biz ailə üzvlərimizin ayrı-ayrı stimullara verdikləri duyğu yüklü reaksiyaları öz qovluqlarımıza kopyalayırıq. Bu bizim həyat xəritəmizə köklü təsir edir, bizim üçün artıq real bir təhlükə daşımayan hadisələr də kök inanclarımız sayəsində dəhşət ehtiva edir. Təşviş pozuntusundan əziyyət çəkən ananın övladı eyni və ya fərqli bir təşvişdən əziyyət çəkir. Dünyanı təhlükəli bir məkan kimi qavrayan uşaq gələcək bütün həyat boyu özü, dünya və gələcəklə bağlı həmin o kök inancın üzərində avtomatik düşüncələr “yetişdirir”. Ədəbiyyat siyahısı: 1. Arthur Freeman- Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Atolye çalışmaları, 22-23 eylül 2013, Psikoterapi enstitüsü. 2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 3. Hakan Türkçapar-Fark et, Düşün, Hisset, Yaşa, Epsilon Yayınevi 4. Nərmin Quliyeva-Koqnitiv davranışçı terapiya kursu, Psixologiya Elmi-tədqiqat İnstitutu Nəsimi Qiyasov—30. 03. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri.
Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur. Yeniyetməlik obrazlı ifadə etsək qafiyə və rədif anlayışı olmayan şəxsin heca vəznində şeir yazdığına dair inadkar iddiasını xatırladan yaş dövrüdür. Bu dövr uşaqlıq müşahidələri və uşaqlıqda öyrənilənlərin tədbiqinə can atan bir insanla üz-üzə qalırıq. Con Boulbinin “Bağlılıq nəzəriyyəsi” uşağa dünyanın güvənli və ya əksinə qorxulu yer olduğunu öyrədir. Ananın övlada toxunuşu, onun ehtiyac və tələbatlarını ödəməyinə yönəlik addımları uşağa güvəndə olduğu mesajını verdiyi halda, uşağın tələbatlarının vaxtı-vaxtında ödənilməməsi uşaqda dünyanı etibarsız, təhlükəli bir məkan kimi qavranılmasına səbəb olur.[3.səh.2] Psixi inkişafın dövrləşməsində Leontiyevin aparıcı fəaliyyət prinsipi Psixi inkişafın dövrləşməsi problemini araşdırmaq üçün yaş psixologiyasına A.N.Leontiyev tərəfindən gətirilən – aparıcı fəaliyyət prinsipinin mahiyyətini açıqlamaq lazımdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, psixi inkişafın hər bir yaş dövrünə müəyyən fəaliyyət növü xarakterikdir. Məs, məktəbə qədər yaş dövrü üçün – oyun, kiçik məktəblidə - təlim, yeniyetmələrdə - məntiqi idrak və s. Aparıcı fəaliyyət uşaq şəxsiyyətinin bütün əlamətlərinin və idrak imkanlarının konkret yaş dövrü üçün xarakterik inkişafını və formalaşmasını təmin edir. Hər hansı bir yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət içərisində növbəti yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət növü formalaşır. Leontiyevin fikrincə aparıcı fəaliyyət müəyyən inkişaf dövrlərində psixi prosesi və şəxsiyyətin psixoloji xüsusiyyətinin başlıca dəyişikliklərini şərtləndirir. Aparıcı fəaliyyətinin 3 əsas əlamətini vardır: 1. Aparıcı fəaliyyətin içində başqa aparıcı fəaliyyət növü diferensasiya olunur. 2. Aparıcı fəaliyyətdə psixi proseslər yenidən qurulur, yaxud formalaşır. 3. Hər hansı bir yaş dövründə müşahidə olunan şəxsiyyətin psixi dəyişikliyi məhz aparıcı fəaliyyətdən asılıdır. Leontiyevin bu ideyasında bütün psixi tərəflər qəbul olunur. Müəllif qeyd etmişdir ki, aparıcı fəaliyyət prosesində inkişafın hər mərhələsində uşağın ətraf aləmə yeni münasibətləri əmələ gəlir. Yeni tipli biliklər və onları əldə etmək imkanları əmələ gəlir. Bütün bunlar uşağın inkişaf sferasını və şəxsiyyətin strukturunu dəyişdirir. Həmin yaş dövrü üçün xarakterik olan psixi törəmənin yaranmasına gətirib çıxarır. Leontiyev psixi inkişafı aşağıdakı yaş dövrlərinə ayırırdı: 1. Körpəlik yaşı - aparıcı fəliyyət yaşlılarla bilavasitə emosional ünsiyyətdir 2. Erkən uşaqlıq – aparıcı fəaliyyət əşyavi manipulyativ fəaliyyətidir 3. Məktəbə qədər yaş – aparıcı fəaliyyət oyun fəaliyyətidir 4. Kiçik məktəbli yaşı – aparıcı fəaliyyət təlimdir. 5. Yeniyetməlik yaşı – ictimai faydalı fəaliyyət və həmyaşıdları ilə ünsiyyət. 6. Böyük məktəb yaşı – peşə təlimi fəaliyyəti. [2.səh.22] Sosial rol və rol davranışı Sosial rol sosial statusla bağlıdır. Onların hər ikisi insan davranışının normalarıdır. Sosial status subyektin şəxsiyyətlərarası münasibətlər sistemindəki mövqeyini ifadə edir. Bu mövqedə uşağın hüquq və vəzifələri, imtiyazları ifadə olunur. Onları cəmiyyət, tərbiyə mühiti, mədəniyyət müəyyənləşdirir. Rol davranışını isə sosial normalar, həmçi- nin uşağın fərdi xüsusiyyətləri sintezləşir. Şəxsiyyətin rol nəzəriyyələri fərdin mənsub olduğu qrupa aid olan sosial funksiyalarını və rol davranış n- ümunələrini necə mənimsəməsi xüsusiyyətlərini izah edir. Bu sahədə daha geniş yayılmış nəzəriyyələr C.Midə və R.Lintona məxsusdur. O cümlədən, A.Bandura, C.Rotter Tərəfindən rolların mənimsənilməsi konsepsiyasına həsr edilmiş “öyrənmə nəzəriyyələri” də yaranmışdır. Digər bir istiqamət rolların sosial-mədəni təbiəti haqqındadır (Darendorf, Kelli). Bu kontekstdə rol münaqişələri, rolların inteqrasiya və dezinteqrasiyası, şəxsiyyətin rol quruluşu kimi problemlər də araşdırılıb. Aydın olub ki, sosial rollar bir sıra sosial funksiyaları yerinə yetirməklə məzmununa görə müxtəlifdir: psixoloji və ya şəxsiyyətlərarası (liderlik, üstünlük, qəbul olunmayan, autsayder); sosial (peşə üzrə, demoqrafik); fəal və ya aktual; latent (gizli); konvensional (rəsmi); kortəbii, spontan. Sosial rol – sosial statusdan və mövqedən asılı olaraq sosial mühitdə yerinə yetirilən hərəkətlərlə cəmləşmiş davranış normalarının uyğunluğudur. Sosial rol özünün quruluşuna görə obyektiv və şablon ola bilər. Bu, xarakterin tipindən və mühitin təsirlərindən asılı olaraq yaranan davranış formalarıdır. Sosial rolun qaydaları xaricində qaydasız davranış əmələ gəlir. Buna psixologiyada bir sıra davranış forma- ları aid edilir (deviant, delikvent, aqressiv, dezadaptiv, assosial davranış və d.). Bu davranış formalarının hər biri özündə müxtəlif səbəblərdən və müxtəlif formalarda pozulmuş davranış nümunələrini birləşdirir. Hər bir rоl öz məzmununa malikdir: fəaliyyət şablоnları, bilik, bacarıq və qabiliyyətlər, başqalarının işlərinə reaksiya və s. Şəх- siyyət öz hərəkətlərinin məntiqini sоsial gözləmə və nоrmalar baхımından əlaqələndirə bilər. Şəxsiyyətin xassələri heç də həmişə sosial rolların norma və funk- siyaları ilə səsləşmir. Buna səbəb sosial rol və şəxsiyyətin tə- bii quruluşu arasındakı uyğunsuzluqlardır. Ona görə də Mənbələrdə (C.Mid, Ç.Kuli, Ə.Əlizadə və b.) sosial rolun müəyyən quruluşa malik olduğu bildirilir: İnsan davranışının cəmiyyət tərəfindən yaradılmış modeli; İnsanın özünü necə aparması haqqındakı təsəvvürlər sistemi; İnsanın statusa uyğun olaraq real müşahidə edilən davranışı. Bu komponentlər arasında ziddiyyət olduqda rol münaqişələri baş verir. Rol münaqişələri özləri də iki yerə bölünür: rollararası münaqişə; roldaxili münaqişə. Rоl münaqişələri fəaliyyət subyekti оlan bütün insanlar üçün хasdır. C.Kuli, C.Mid kimi Qərb sоsial psiхоlоgiya- sındakı araşdırmalar maraq dоğurur. Оnların nöqteyi-nə- zərinə görə, insanın özü haqqındakı sоsial müəyyənliyi qrupda başqa insanlarla qarşılıqlı təsir sistemi vasitəsi ilə əldə edilir. Qrupun gücü оnun bütün iştirakçılarının gücünə bərabər deyil. Qrupun müхtəlif üzvləri qarşılıqlı təsirdə rоl adlanan müхtəlif funksiyaları yerinə yetirirlər. Qrupda razılıq оna göstərilmiş rоl daхilində davranış qaydalarını gözləmələrə uyğun yerinə yetirməsi ilə təmin оlunur. Burada da şəхsiy- yətdaхili münaqişələrin mənbəyi gizlənir. Şəхsiyyətin müxtəlif rol mövqeləri ilə ziddiyyətlərin yaranması nəti- cəsində aşağıdakı sahələr üzrə rоl münaqişələrinə gətirib çıхarır: Adəti sosial rolların yerinə yetirilməsində çətinliklər; Bir neçə rоlun eyni vaxtda reallaşdırılmasının mümkün olmaması; Vaxt çatışmazlığı; Sosial rollarla bağlı qiymətləndirmələrin dəyişməsi; Rоllararası əlaqənin itməsi; Öz işini yüksək səviyyədə yerinə yetirmək tələbatının zəifləməsi. Reallıqda hər bir fərd bir deyil, bir neçə rolu yerinə yetirir. Amma, əgər biz uşaqlardan danışırıqsa, onlara, hələlik yalnız bir rolun davranış qaydalarını mənimsəmək lazımdır: “yaxşı uşaq (oğlan və ya qız) rolu”. Bu rolun özünün də sosial mühitə, onun mədəniyyətinə və uşağın fərdi quruluşuna uyğunlaşdırılmış rol davranış komponentləri vardır: Rol davranışı formalaşdıran təbii və sosial amillər Uşağın mənsub olduğu etnik qrupun adət-ənənələri, dəyər və normalar; Uşağın yaşadığı sosial mühitin tələbləri; Ailənin təhsil səviyyəsi və həyat tərzi; Uşağın cinsi və fərdiyyəti. Rol və davranış arasında sıx əlaqə var. Rol davranışı sosial rolun fərd tərəfindən mənimsənilmiş modellər əsasında(keçmiş sosial öyrənmə, sonrakı sosial koqnitivizm əsasında – Rotter və Bandura nəzəriyyəsi), özünün bioloji və psixoloji quruluşuna uyğun şəkildə yerinə yetirilməsidir. Sosial rolun mənimsənilməsi sosiallaşma prosesinin tərkib hissəsidir. Bu məqsədlə cəmiyyətdə standart normalar müəyyənləşdirilmişdir. Bu zaman uşaq sosial standartları mənimsəyir, özünənəzarətə sahib olur. “O, özünün “Mən”ini və həyat fəaliyyətini inteqrasiya edir, öz hərəkətlərinə əxlaqi qiymət verir, hə- yatda öz yerini tapır. Uşaqlar rol davranışdan müxtəlif sosial situasiyalara adaptasiya vasitəsi kimi istifadə edirlər”. Sosial rola sahib olmaq üçün inkişaf edən davranış refleksiya ilə sıx bağlıdır. Refleksiyanın yaranmasında hələ erkən ontogenezdən şərti reflekslərin möhkəmlənməyə başlaması, yeni-yeni şərti reflekslərin yаrаnmаsı mühüm əhəmiyyət kəsb edir. Şərti reflekslərin yaranması ilə bаğlı оlаn əlаqələr müvаfiq qıcıqlаyıcının təsiri ilə qurulur. Təsir itdikdə şərti refleks sönür, lаzım gəldikdə yenidən qurulur. Belə yenidənqurulmа uşaq оrqаnizmindəki özü- nümüdаfiə sisteminin prоqrаmı ilə tənzimlənir. Həmin аrdıcıllıqlа оrqаnizmlə ətrаf аləmin qıcıqlаyıcılаrı аrаsındа reflektоr əlаqələr tənzimlənir. Deməli, refleks – sоsiаl mühitin təsiri ilə uşaq оrqаnizmində оyаnаn meхаnizm olmaqla onun özünüdərketməsində, fəaliyyətini mühitin tələblərinə adekvat tənzimləməsində ilkin faktorlardan biri kimi çıxış edir. Orqanizm və mühit arasındakı əlaqəni nizamlayır Sosial rol fəaliyyət (oyun, əmək, təlim) və ünsiyyətdə (yaşlı və həmyaşıdlarla) reallaşır. Rolun təsvirində hər bir sosial qrupa xas olan xüsusiyyətlər önə çəkilir. Eləcə də, bu xüsusiyyətlərə fərdin özünün xassələri əlavə olunur. Ona görə də uşaq tərəfindən sosial rolun qəbul edilməsi üçün bu rolla bağlı təcrübə və fərdiyyətin özünüinkişaf yolu tutması Çox vacibdir. Yəni, sosial rolları yalnız sağlam psixikaya malik olan uşaqlar lazım olan səviyyədə mənimsəyə bilirlər. Bu baş vermədikdə, sosial rolun hər hansı xassəsinin identifikasiyası mümkün olmadıqda uşaq və mühit arasında münaqişəli vəziyyət yarana bilir. Münaqişənin baş verməməsi üçün uşaq rol davranışa alışdırılmalıdır. Məhz rol davranışla bağlı üzləşdiyi situasiyalarda uşaq rol münaqişələrinə, gərginliklərə və onların həlli yollarına bələd olur, ünsiyyət çətinliklərinə üstün gələrək birgə fəaliyyətdə iştirak edir. Rol davranışın formalaşmasında vərdiş və bacarıqların rolu böyükdür. Uşaq adəti davranışı reallaşdırarkən daha düzgün hərəkət edir. Düzgün davranış vərdişlərinin forma- laşdırılması kifayət qədər çətin olsa da, davranış qaydaları “şüursuz” səviyyədən şüurlu səviyyəyə keçdikdə onu qaydalara uyğunlaşdırmaq da asan olur. Çox zaman, xüsusən başqası tərəfindən müşahidə olmadıqda uşaq nəyi necə etməli olduğunu, özünü necə aparmaq lazım gəldiyini bilir, sadəcə onun icra mexanizmlərini praktik fəaliyyətə köçürməkdə çətinlik çəkir.(6, səh. 95-100) Bağlılıq nəzəriyyəsi Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. (7.səh.36) İngilis psixiatr və psixoanalitiki Con Boulbi 26 fevral 1907-ci ildə Londonda anadan olmuşdur. O Bağlılıq nəzəriyyəsinin yaradıcısıdır. İstedadlı uşaqlar üçün məktəbdə təhsil aldıqdan sonra o, 1928-ci ildə Kembric Universitetinə daxil olmuşdur. Boulbi 1938-ci ildə magistr, 1939-cu ildə tibb doktoru dərəcələrini almışdır. Əsərləri sırasında “Bağlılıq”(1946), “Emosional əlaqələrin yaranması və dağılması(1949) və.s kimi əsərlər diqqətimizi çəkir. Con Boulbi 2 sentyabr 1990-cı ildə İngiltərənin Skay şəhərində vəfat etmişdir.[4, səh.154-156] Bağlanma növləri hansılardır? Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik: Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir. Təşvişli bağlılıq hansı ki, burada uşaq bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir. Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir. Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır: 1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir. 2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir. Bağlılıq şəxsin həyatının bütün mərhələlərindəki proseslərə bilavasitə təsir edən bir fenomen olmasa belə münasibətlər sferasında daimi təsiri müşahidə olunur. İkinci bağlılıq fiquru: Müəllim Bu gün hər iki valideynin də işlədiyi ailələrin sayı çoxdur və artmaqda davam edir. Bu nüans peşəkar baxıcıya, yəni dayəyə ehtiyacı qabarıq formada göstərir. Bu səbəbdən də son dövrlər uşaqların onlara baxan və onları yetişdirən əlavə şəxsə olan bağlılıqları gündəmə gəlmişdir. Eynilə güvənli bağlılıq qurulan valideynim sosial dəstəyinin önəmi kimi, sağlam bağlılıq qurulan müəllimin də şagirdin gələcək həyat yoluna, uğurlarına təsiri vurğulanır. Bundan əlavə şagird-müəllim bağlılığı sinif daxilindəki sosial psixoloji mühitə, akademik uğur və ya uğursuzluğa da təsir edir. Bir müəllim tələbkar olduğu qədər qayğıkeş də ola bilər, bir müəllim xüsusilə yeniyetməlik yaşında olan şagirdə qarşı dəstəkləyici və cəsarətləndirici mövqedə ola bilər. [1.səh.218-222] Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası Bağlılıq davranışının məktəblinin psixopedaqoji və psixososial inkişafına təsiri məktəbəqədər yaşdan böyük məktəbli yaşı dövrünə qədər araşdırılmışdır. Ailə ilə qurulan bağlılığın özünə inamı artırdığına dair nəticələr bir çox araşdırmada özünə yer tapmışdır. Belə ki, ailə ilə qurulan sağlam ünsiyyət, ailə üzvlərinin dəstəkləyici mövqedə olmağı, ən nəhayətdə güvənli bağlılıq şagirdin narahatlıq, təşviş-həyəcan, stress hallarını neytrallaşdırır onun yeni kəşflərə istiqamətlənməsinə yardım edir, bu psixososial dəstək şagirdin özgüvəninin formalaşma və artımına, akademik nəticələrin yüksək olmasına, adekvat özünüqiymətləndirməsinə kömək edir. Araşdırmalar bunu da göstərir ki, dostlar qrupu və romantik münasibətlərin akademik nəticələrə təsiri çox da qabarıq özünü göstərmədiyi halda ailənin sosial dəstəyi burda da özünü göstərir. Digər bir araşdırmadan bu nəticəyə gəlinir ki, ailədə rolu dəyişmiş şagirdin zəkası güvənli bağlılıq formasına aid edilən şagird qrupunun zəkası ilə ölçmələr zamanı bərabər görünür, lakin bu tip-qayğı görən şəxs rolundan çıxıb, qayğı göstərən rolunu öhdəsinə götürmüş şagirdlərin akademik nailiyyətləri və qrup daxilindəki sosial psixoloji vəziyyəti yaşıdlarından mənfi mənada fərqlənir. Bu şagirdlər psixososial inkişaf baxımından risq qrupu hesab edilir. [5.səh 253-254] Ananın peşəkar fəaliyyət ilə məşğul olması və ya “qadın hər yaşda qadındır, onun əsas vəzifəsi evə baxmaqdır” kimi qəlibləşmiş düşüncənin müşayiəti altında böyüyən qadınlarda, atasını vaxtından əvvəl itirən və ya ata və anası boşanmış kişilərdə vaxtından əvvəl gələn məsuliyyətin özü ilə bərabər gətirdiyi narahatlıqlar qaçılmazdır. Buna misal olaraq: Günahkarlıq duyğusunun aparıcı rol oynadığı ruh düşkünlüyü epizodları “Mən ailəmə yetərincə yaxşı qayğı göstərə bilmirəm” ; Şah İsmayıl Xətai nümunəsi ilə böyüyüb özünü yetərsiz, gərəksiz görən uşaqlar “Babalarım mənim vaxtımda müharibədə döyüşüb, mən 30 kq bazarlığı evə tez bir zamanda çatdıra bilmirəm” Zəhərli ana ilə böyüyən uşaq tez-tez özünü valideynlərinə layiq hiss etmir, buna əsas səbəb “Mən bütün günü çalışıram ki, həyat yoldaşıma kömək edim, sən vaxtında yeməyi belə hazırlaya bilmirsən” Ağrı və ona reaksiyanı mənimsəyən uşaq rol modeli olaraq psixoloji və ya fiziki bir problem yaşayan şəxsləri dostluq və romantik münasibətlərdə özünə doğru çəkir, buna səbəb bu rol modellərinin ona tanış olması və bu modellə davranışa bələd olmasıdır, tanımadığı yolu təhlükəli kimi qəbul edən bu şəxslər sonrakı həyatı boyu eyni filmlərin bəxtsiz ssenaristləri olduqlarından xəbərsiz yaşayırlar, dəyişən adlara, üzlərə rəğmən həmişə eyni cür münasibətlərdə özlərini tapır, psixoloji və fiziki güc baxımından tükənirlər. Müəlliminə oxşamağa çalışan uşaqlar isə digər rol dəyişən uşaqlardan daha öncə yetkinliyə çatır sonrakı həyatlarında bir növ müəlliminin 30-45 dəqiqəlik rolunu bütün ömürləri boyu davam etdirirlər, həm dostluq, həm romantik münasibətlərdə bu modellər əslində onlara uyğun olan rolu ifa etmir, daha çox “Müdrik Qoca”(Karl Gustav Yung – 4 Arxetip) arxetipinə uyğun davranış nümayiş etdirirlər. Dolayısı ilə qarşılarındakı şəxslərə bəzən istəmədən belə güc və bilgi nümayiş etdirməyə düşkün şəxs kimi görünə bilirlər. Əsas məsələ bundan ibarətdir ki, sözügedən mövzuda uşaqlığını yaşamayan uşaqların vaxtından əvvəl “böyüməsi” məsuliyyət daşımağı vərdiş halına gətirir, sonrakı həyatları boyu şəxslər sevgili, dost rolundan daha çox müəllim, tərbiyəçi, ana və ya ata olmadıqları münasibətlərdə belə valideyn rolunu oynayırlar, dolayısı ilə münasibətlərin bu modelini mənimsəməyən Azərbaycan insanı bu cür münasibəti özünə yad bildiyi üçün separatizm qaçılmaz olur. İnsan bioloji varlıq kimi sadəcə bir canlıdır, o sosializasiya əsasında şəxsiyyətə çevrilir dolayısı ilə təkcə təhlükəsizlik tələbatı və ya ən baza tələbat olan həyati tələbatların ödənilməsi onun varlığını qane edə bilməz. O yaşadığı müddət ərzində özünü müxtəlif münasibətlərin mərkəzində tapır, bu münasibətlərdə öyrəndiyi onun kök inanclarını – Şemalarını formalaşdırır – Emosional mükəmməliyyətçilik(yaxşı hiss etməliyəm – malı, - məli düşüncə təhrifləri ilə) Sevgi bağlılığı(hər kəs tərəfindən sevilməliyəm – generalizasiya düşüncə təhrifi ilə) , Emosiya fobiyası(bu gün qorxsam bir qorxaq olacam – kadra görə film dəyərləndirməsi ilə) kimi şemalar sonrakı həyat xəritəmizi çəkir və biz düşüncələrimizi həmin inanclara müvafiq “istehsal” edirik. Bu kor çarx bizlərə qəbul etməyi deyil üsyanı öyrədir, beləcə üsyanla keçən bir ömrün daxilində biz nə var olmağın əslində yaxşı olanı deyil, hər şeyi hiss etmək olduğunu anlamır, bütün gözəl səhnələrə gözlərimizi bağlayırıq. Ədəbiyyat siyahısı: 1. Derya Şahin- Okulda Bağlanma: Çocuk-öğretmen bağlılığı, Taksim-Beyoğlu/İstanbul- 2010 2. Musa Qəhrəmanov – İnkişaf və yaş psixologiyası, mühazirə mətnləri səh.22 3. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021 4. Nuralı Çələbiyev-Dünyanın məşhur və Tanınmış psixoloqları, s. 154-156, Bakı-2017 5. Şebnem Türktan, Canan Savran- Çocuklarda ve ergenlerde ebeveyne bağlanma, özgüven ve okul başarısı ilişkisi, Taksim-Beyoğlu/İstanbul- 2010 6. Şəlalə Babayeva, Mətanət Həsənova – Sosial psixologiya, səh. 95-100, Bakı 2019. 7. Təhminə Rəsulzadə-Valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji problemləri, Xəzər Universiteti, Magistr dissertasiyası, 2018 Nəsimi Qiyasov – 19.07.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Koronavirus nədir? Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. COVID-19 COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi. COVID-19 virusunun əsas əlamətləri COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır. COVID-19 virusu necə yayılır COVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq: 1. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etsinlər və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etsinlər. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, “___16___” __yanvar__ 2021-ci il COVID-19 peyvəndləri barədə ümumi məlumat 1.Vaksin nədir? Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. 2.Vaksinin tarixi İlk peyvəndin təxminən 1000 il öncə çinlilər tərəfindən tapıldığı haqqında fərziyyələr var. Çiçək xəstəliyi əleyhinə ilk peyvəndin Çinli bir dövlət adamının oğluna vurulduğu deyilir. Çinlilərin, çiçək xəstəliyinə tutulmuş bir xəstədəki çiçək yarasının üst qatını (qabığını) əzərək əldə etdikləri tozu uşağın burnuna üfürdükləri zənn edilir. Bəzi tibb tarixçiləri isə uşağın qoluna bıçaqla cızıq açılıb yaradan əldə edilən qabığın cızığın üzərinə bağlanaraq peyvənd edildiyinə inanırlar. Bu günümüzdən 1000 il öncə tapılan peyvəndin Çindən Orta Asiya ölkələrinə və bütün dünyaya yayıldığı deyilir. 3.Vaksinasiyanın başlıca uğurları hansılardır? Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib. 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub. Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. 4.Mövcud vəziyyətdə dünyada istifadə olunan vaksinlərin müqayisəsi Firma mənşəyi : Biotech/Phizer peyvəndi – Almaniya/ABŞ Sputnik V peyvəndi – Rusiya Moderna peyvəndi – ABŞ Oxford/Astra Zeneca peyvəndi – İngiltərə/İsveç Sinovac peyvəndi – Çin Sinopharm – Çin Peyvəndlərin istehsal texnologiyaları: Biotech/Phizer peyvəndi – RNT əsaslı Sputnik V peyvəndi – canlı adenovirus vektoru Moderna peyvəndi – mRNT əsaslı Oxford/Astra Zeneca peyvəndi – canlı adenovirus vektoru Sinovac peyvəndi - ənənəvi Sinopharm peyvəndi – ənənəvi a) Ənənəvi peyvənd: Ənənəvi peyvəndlərdə infeksiyaya səbəb olan viruslar zəiflədilərək və ya zərərsizləşdirilərək insan bədəninə inyeksiya üsulu ilə bədənə yeridilir. Beləliklə insan bədəni ona zərər verməyəcək hala gətirilən virusun üzərində ona qarşı immunitet qazanmağı öyrənir. b) mRNT əsaslı peyvənd: mRNT əsaslı peyvəndlərdə isə virus yerinə onun genetik kodlarını daşıyan RNT zəncirindən əsas bir qisim insan bədəninə inyeksiya üsulu ilə yeridilir. c) Canlı adenovirus vektorlu peyvəndlər: Viral vektor peyvəndlərdə də genetik texnologiyadan istifadə edilərək virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya üsulu ilə yeridilir. Peyvəndlərin istehsal mənbələri: Biotech/Phizer peyvəndi – Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildiyində əzələ hüceyrələri virusu emal etməyə başlayır); Sputnik V peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialların bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya edilir); Moderna peyvəndi: Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildikdə əzələ hüceyrələri virusu istehsal etməyə başlayır); Oxford/Astra Zeneca peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilərək insan bədəninə inyeksiya edilir); Sinovac peyvəndi: İnaktiv virus (toyuq yumurtası və ya toxuma kulturasında çoxaldılan hərəkətsiz viruslar insan bədəninə inyeksiya edilir). Açıqlanan immunizasiya faizləri: Biotech/Phizer peyvəndi – 94-96 % Sputnik V peyvəndi – 92% Moderna peyvəndi – 95% Oxford/Astra Zeneca peyvəndi – 70% Sinovac peyvəndi – 92% Marifləndirmə və təşviqat işlərinin forma və strategiyalarının təsviri Marifləndirmə konsepsiyasının açıqlanması Terminologiya: Psixoloji marifləndirmə psixoloji biliklərin yayılması, psixoloji mədəniyyət və psixoloji yardımın artırılmasına yönəldilmiş bir sıra tədbirlərdir. Psixoloji marifləndirmənin qısa tərifi İ.V. Dubrovina (2000) tərəfindən verilmişdir: “Psixoloji marifləndirmə - böyüklərin (tərbiyəçilər, müəllimlər və valideynlər) və uşaqların psixoloji elmlə bir vəhdətdə olmasıdır”. Bu sahənin tarixi inkişafı Psixoloji marifləndirmə uzun zaman müstəqil sahə kimi seçilmirdi. Bu gün psixoloji marifləndirmənin inkişafı barəsində mübahisəyə ehtiyacın olmamasına baxmayaraq, bu sual hələ də öz həllini tapmayıb. Psixoloji marifləndirmə hələ də xüsusi növ məşğuliyyət hesab olunmur və buna görə spontan şəkildə təşkil olunur. Müasir dövrdə cəmiyyətin inkişafı və onda baş verən sosial-iqtisadi dəyişikliklərin optimallaşdırması üçün müasir psixologiyanın elmi-nəzəri və praktiki araşdırmaların yayılmasında marifləndirmə böyük rol oynayır. Psixoloji marifləndirmə prosesinin rolu uzun müddətdir ki, araşdırılır. Buna baxmayaraq, bu mövzuda çox az sayda ədəbiyyat vardır. XX əsrin əvvəllərində Luriya öz araşdırmalarında psixoloji informasiyanın əhəmiyyətli rolunu sübut etmişdir. Psixoloji mədəniyyətin olmaması, əsasən, əhalinin zəif psixoloji təhsili ilə bağlıdır. Təhsilalanlar üçün məktəbin rolu böyükdür və buna görə psixoloji marifləndirmə məktəbdə yer almalıdır. Müasir təhsil sistemində geniş tətbiq olunan psixoloji marifləndirmə haqqında konsepsiyalar içərisində İ.V. Dubrovinanın konsepsiyaları öz orijinallığı ilə fərqləndirilir. Müəllifin fikrinə görə, psixoloqun işi həkim modelinə bənzərdir və bu modelin psixoloji işin qurulmasında böyük əhəmiyyəti vardır. Burada psixoloqun əsas vəzifəsinin maarifləndirmə və profilaktika və psixi inkişafdakı qüsurların korreksiyasından ibarət olması ön plana çəkilir. Marifləndirmə prosesinin funksiyaları Bu gün praktika və elmdə mövcud olan məlumatlar psixoloji marifləndirmə üçün bütün hallarda təsirli olan proqramların təşkilinə yol açır. Psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada marifləndirmə işi aparır. Onlar müxtəlif mövzulara uyğun bilik sahələri ilə tanış edilir, uşaqların inkişafı, təlimi və tərbiyəsi xüsusiyyətləri və yaş dövrlərinin dəyişməsi ilə əlaqədar uşaqların psixologiyasında meydana çıxarılan böhranların psixoloji təbiəti ilə tanış edilir və yaradılan münaqişələrin həlli yolları haqqında məsləhət və tövsiyələr verilir. Proqram təşkilində bu aspektlərə diqqət yetirilməlidir: Marifləndirmənin forması (şifahi, yazılı, fərdi və qrup şəklində), auditoriya və çatdırılan fikrin strukturu (fərdi və fərqli yaş qruplarına yönləndirilməlidir). Marifləndirmənin funksiyaları: Məlumatlılığın artırılması; Psixoloji cəhətdən sağlam münasibətlərin formalaşdırılması. Təşviş nədir? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz. Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir. Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə: Bir mıx nala, Bir nal bir ata, Bir at bir əsgərə, Bir əsgər, bir məktuba, Bir məktub bir savaşa, Bir savaş bir ölkəyə faciədir... Hamısı bir mıxa görə oldu! Normal və anormal təşvişi ayıran özəlliklər Normal təşviş Stressə qarşı verilən keçici coşqun reaksiya Adaptasiya ilə bağlı narahatlıq Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi Anormal təşviş Hər hansı bir stimul yoxkən ortaya çıxır Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir. Məsələn: Alkoqollu içki qəbulu. Nümunəvi maarifləndirmə işi(qrupa xitab edir) Bu proqrama yaradıcı yanaşma ilə əlavələr etmək olar. Tibbi mövzuların müzakirəsi və maarifləndirmənin daha səmərəli təşkili üçün tədbirlərdə həkimlərin iştirakı daha məqsədəuyğun hesab edilir. Proqram psixoloqun hazırlığı mərhələsi, tanışlıq mərhələsi, qrup daxilində gündəmin müəyyən edilməsi, onları narahat edən suallar ilə bağlı məlumatın alınması, suallar ilə bağlı maarifləndirici söhbətin aparılması, geri bildiriş alınması, növbəti görüş üçün gündəm müəyyən etmək, ev tapşırıqlarının verilməsi, avtomatik düşüncələr, koqnitiv təhrif-düşüncə xətaları barədə məlumat vermək, təşviş haqqında maarifləndirici söhbəti təşkil etmək, covid-19 haqqında maarifləndirici söhbət, vaksinlərin əhəmiyyəti haqqında maarifləndirmə aparmaq, nəfəs məşqlərinin və əzələ rahatlaması məşqlərinin parasempatik sinir sisteminə təsiri, təşvişin bədən hissiyyatı ilə şərtlənən əlamətləri və əzələ gərginliyini aradan qaldırılmasında rolu barədə məlumat vermək, düşüncə xətalarının müzakirəsi, avtomatik düşüncələrə alternativ düşüncənin müzakirəsi, alternativ düşüncənin avtomatik düşüncə ilə müqayisədə qazandırdığı avantajların müzakirəsi, sosial öyrənmə nəzəriyyəsinin düşüncələrə təsiri, avtomatik düşüncələrin gerçəklikdən kənar olmağı ilə bağlı maarifləndirici söhbətin təşkili, yeni və şəxsin özünə aid, sübuta söykənən düşüncələrin koqnitiv yenidənqurma sayəsində möhkəmləndirilməsi, yeni bacarıqların təkrarı və bitirmə görüşü. Hazırlıq mərhələsi: Psixoloq müxtəlif ədəbiyyatlardan covid-19 virusu ilə bağlı məlumat toplayır, ölkə və dünyadakı cari statistika ilə tanış olur. Vaksinlərin tarixi, əhəmiyyəti, adları, onların təsir gücü, yeni ştamlar üzərindəki təsirinə dair yazıları araşdırır. Birinci görüş: Qrupla tanışlıq, maarifləndirmənin məqsədi, qrup üzvlərinin əsas narahatlıq məqamı araşdırılır, hədəflər müəyyən edilir, düşüncələrin mənbəyi soruşulur- bu hər hansı sosial media istifadəçisinin əsassız fikirləri və ya hər hansı saytın mənbəsiz məlumatları ola bilər. Peyvəndin hansı şəxslərə tədbiqinin məsləhət görülmədiyi haqqında həkim tərəfindən tibbi maarifləndirmə aparılır. İkinci görüş: Qrup üzvlərini maraqlandıran məqamlar gündəm mövzusu kimi müəyyən edilir. Gündəmə uyğun olaraq psixoloji və ya tibbi maarifləndirmə təşkil edilir. Üçüncü görüş: Gündəmə müəyyən edilir, düşüncələrin emosiyalar, bədən hissiyyatı və davranışlar üzərində təsiri ilə bağlı maarifləndirici söhbət aparılır. Gündəmdə müəyyən edilən tibbi mövzular ilə bağlı həkim maarifləndirmə işini aparır, peyvəndlərlə bağlı məlumat verilir. Dördüncü görüş: Naməlumluq və onun təşvişin səbəbkarı olmağı mövzusu ilə bağlı maarifləndirici söhbət aparılır, təşviş və onun koqnitiv modeli izah edilir, mübarizə üsulları sağlam və qeyri-sağlam olaraq ayırd edilir, hər iki mübarizə üsulu ilə bağlı məlumat verilir. Təşvişi yaradan ənənəvi koqnitiv təhrif-düşüncə xətaları barəsində məlumat verilir, qrup üzvləri tərəfindən səsləndirilən fikirlər koqnitiv təhriflər prizmasında çərçivəyə alınır. Beşinci görüş: Qrupla gündəm müəyyən edilir, şəxslər özləri öz düşüncələrini koqnitiv təhriflər siyahısına uyğun müəyyən edir, alternativ düşüncələrin müzakirəsi aparılır. Avtomatik fikrin mənfi və müsbət təsiri müəyyən edilir, alternativ fikrin müsbət və mənfi tərəfləri müzakirə edilir. Ən yaxşı ehtimallar müzakirə edilir, ən pis ehtimal müzakirə edilir, ən mümkün, rasional ehtimal müzakirə edilir. Sosial öyrənmə nəzəriyyəsinin düşüncələrə təsiri ilə bağlı maarifləndirici söhbət aparılır, hansı düşüncənin məntiqə uyğun olmağı, hansı düşüncənin öyrənilmə məhsulu olmağı ayırd edilir, rasional düşüncə əsasında hərəkətin mümkün müsbət təsiri müzakirə edilir. Altıncı görüş: Gündəm müəyyən edilir, müəyyən edilən mövzulara qısaca toxunulur. Əvvəlcədən müəyyən edilən hədəflər istiqamətində qət edilən məsafə müzakirə edilir, keçmiş görüşlərdəki mövzular ilə bağlı qısa təkrara yol verilir, nəfəs məşqlərinin və əzələ rahatlaması məşqlərinin parasempatik sinir sisteminin fəaliyyət səmərəliliyinin artırılması üçün bir vasitə kimi istifadəsi öyrədilir. Şəxslərin ən mənfi ehtimalın baş tutacağı halda öz mübarizə üsullarını yaratmaları ilə bağlı ev tapşırığı müəyyən edilir. Sonuncu – yeddinci görüş: Mübarizə üsulları ilə bağlı ev tapşırıqları ilə tanışlıq, hədəfə əngəl olan düşüncə, bədən hissiyyatı ilə bağlı tərtib olunmuş tapşırıqların qrup üzvləri tərəfindən qısa təqdimatı, psixoloqun görüşlər ilə bağlı qrup üzvlərinə anket paylaması. Bitirmə mərhələsi. Ədəbiyyat siyahısı: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” haqqında 2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi – Təşviş pozuntularının müalicə və diaqnostikası ilə bağlı klinik protokol. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyi – Maarifləndirmə- profilaktika işlərinin aparılması, Bakı 2020. 4. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013 5. Nəsimi Qiyasov – Təşviş: Arzuolunmaz yol yoldaşı, Azərbaycan Respublikası, Bərdə şəhəri 2020 6. N.Z.Çələbiyev – Təhsil sistemində psixoloji xidmət, l hissə. 7. M.H.Türkçapar – Bilişsel Davranışçı Terapi, Epsilon yayın evi, 2013 8. https://koronavirusinfo.az/az/page/koronavirus-covid-19/peyvənd Nəsimi Qiyasov – 16.07.2021, Azərbaycan Respublikası, Bərdə şəhəri
Ümumi Müddəalar Şizofreniya-xəstələnmə və ölüm üzrə yüksək göstəricilərə malik olan, ciddi, lakin müalicəyə tabe olan prosessual psixi xəstəlikdir. Xəstəlik çox vaxt cavan yaşlarda meydana çıxır və bütün ömür boyu psixotik əlamətlərlə gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Tarixi kontekstdə şizofreniyanın spesifik əlamətləri Assosiativ pozulmalar, Affektiv pozuntular, Autizm və Ambivalentlikdir (4A). Müasir təsəvvürlərə görə, şizofreniyaya psixikanın təfəkkür, qavrama, emosiya, iradə, davranış kimi sahələrinin pozulması kimi baxılır. Təfəkkürün formal pozulması, nizamsız davranış, diqqətin və qısamüddətli yaddaşın pozulması kimi ümumi əlamətlər, hallüsinasiya, sayıqlama, katatonik əlamətlər, psixi avtomatizmin təzahürləri aid olan pozitiv (məhsuldar) əlamətlər, həmçinin autizm, təfəkkürün məhsuldarlığının azalması, nitqin kasadlığı, sosial uzaqlaşma, emosiyanın solğunlaşması, iradənin zəifləməsi daxil olan neqativ (defisitar) əlamətlər ayırd etmək qəbul olunmuşdur. Neqativ əlamətlər remissiya dövründə də ola bilər, bu zaman onlar xəstəliyin xüsusiyyəti ilə bilavasitə əlaqədar ola bilir və ya yanaşı depressiya, dərmanların əlavə təsiri və yaxud xəstələrin sosial uzaqlaşması nəticəsində baş verir. Şizofreniyalı xəstələr, o cümlədən, intihar, psixoaktiv maddələrin istifadəsi, evsizlik, işsizlik, həmçinin somatik xəstələnmə aid olan yüksək ictimai təhlükə riskinə malikdirlər. Şəxsiyyətin müəyyən dəyişiklikləri, sosial və qohumluq əlaqələrinin itirilməsi ilə əlaqədar olaraq, şizofreniyalı xəstələr tez-tez qeyri- qanuni əməllərin qurbanları olur və digər insanlar tərəfindən ayrı- seçkiliyə məruz qalırlar. Qeyd etmək vacibdir ki, şizofreniyalı xəstələr və onların ailə üzvləri çox vaxt, xəcalət, günahkarlıq və ya dəyərsizlik hissi ilə bağlı olan damğanın təsirini hiss edirlər, bu isə zəruri yardım üçün müraciət etməyə mane olur. Şizofreniyanın etiopatogenetik amilləri Müasir təsəvvürlərə görə, şizofreniya müxtəlif etiologiyalı, irsi meyillilikli, həmçinin bətndaxili və perinatal daxil olmaqla müxtəlif provokasiyaedici amilləri olan heterogen xəstəliklər qrupa aiddir. Uşaq yaşlarında inkişafa təsir edən və/ və ya daha gec dövrlərdə fərdin zəifliyini artıran psixososial amillər müəyyən rol oynaya bilər. Neyrovizualizasiyanın müasir metodları şizofreniyalı xəstələrdə MSS-də müəyyən struktur və funksional dəyişikliklərin olmasını ehtimal etməyə imkan verir, lakin tədqiqatlar onların şizofreniya üçün spesifik olmasını təsdiq etmir. Həmçinin şizofreniyanı aşkar etmək üçün spesifik laborator testlər mövcud deyil. Şizofreniyanın etiopatogenezində dofaminergik ötürülmənin pozulması, mütləq səbəb olmasa da, çox mühüm rol oynayır. Dofamin hipotezi beynin müəyyən nahiyələrində (mezolimbik sistem) dofaminin hasil olmasının artmasını və ya dofamin reseptorlarının həssaslığının yüksəlməsini ehtimal edir ki, bu da oyanıqlığın artmasına və pozitiv simptomatikanın meydana çıxmasına gətirib çıxarır. Eyni zamanda alın nahiyəsində dofaminergik aktivliyin azalması və neqativ əlamətlərin inkişaf etməsi baş verir. Dofamin hipotezi psixotik əlamətlərin müalicəsi üçün istifadə olunan, mezolimbik sistemdə DB2B reseptorları blokada edən ənənəvi neyroleptiklərin effektivliyini izah edir. Eyni zamanda 5-HTB2AB serotonin və spesifik dofamin reseptorlarını blokada edən atipik antipsixotiklər neqativ əlamətləri aradan qaldıra bilir. Epidemiologiya Şizofreniyanın yayılması sənayesi inkişaf etmiş ölkələrdə 0,4%- dən 1,4%-ə qədər dəyişir. ÜST-nın məlumatlarına görə şizofreniya ilə illik xəstələnmə hər 1000 əhaliyə 0,22%-ə bərabərdir. Şizofreniya ilə xəstələnmə riski 1% qiymətləndirilir, kişilər və qadınlar üçün eynidir. 20-40% pasiyentlərdə ilk psixotik əlamətlər 20 yaşa qədər meydana çıxır. Bu zaman xəstələnmənin zirvəsi kişilərdə 15-25 yaşlara, qadınlarda isə 25-35 yaşlara təsadüf edir. Bundan başqa qadınlarda 40-45 yaşlarda, bilavasitə menopauzadan əvvəl xəstələnmənin ikinci zirvəsi qeyd olunur. Əlavə etmək lazımdır ki, kişilərdə çox vaxt neqativ əlamətlər, qadınlarda isə affektiv əlamətlər aşkar olunur. Məhsuldar əlamətlərin ifadə olunması isə hər iki cinsin nümayəndələrində eynidir. 80% şizofreniyalı xəstələrin valideynlərində xəstəliyin əlamətləri aşkar edilmir, valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə uşaqlarda şizofreniyanın əmələgəlmə riski 10-13%, əgər hər iki valideyn xəstədirsə, 35-40% təşkil edir. Biri şizofreniyadan əziyyət çəkən monoziqot əkizlərdə risk 50%-80%, diziqotlar, həmçinin qardaş və bacılarda isə 10%-40%ə qədərdir. Şizofreniyanın təbii gedişi və nəticələri Prodromal dövr bir-neçə aydan bir-neçə ilə qədər davam edə bilər. Bu dövrdə aydın psixotik əlamətlərin təzahür etməsinə qədər pasiyentlərdə, funksional adaptasiyanın pisləşməsi, sosial əlaqələrin zəifləməsi və həmçinin yuxunun pozulması, təşviş, tez hirslənmə, diqqətin pisləşməsi, qeyri-adekvat davranış kimi təzahür edən qeyri- spesifik əlamətlər qeyd oluna bilər. Prodromal dövrün sonunda qavramanın pozulması, şübhəlilik, qeyri-adi mülahizələr söyləmək meydana gələ bilər, bu isə, psixozun meydana gəlməsini göstərir. İlk psixotik epizodun inkişaf etməsi həm qəflətən, həm də tədricən ola bilər. İxtisaslaşdırılmış yardıma, adətən, xəstəliyin başlamasından 1-2 il keçdikdən sonra müraciət edilir. Şizofreniyanın inkişafında üç mərhələ ayırd oluna bilər: psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti sağalma mərhələsi). Psixotik epizod sayıqlama, hallüsinasiya, təfəkkürün formal pozuntuları və nizamsız davranış kimi produktiv (məhsuldar) psixopatoloji əlamətlərin mövcud olması ilə səciyyələnir. Neqativ Simptomatikanın ifadə olunma dərəcəsi nisbətən yüngül emosional solğunluqdan özünəxidmət qabiliyyətinin itirilməsinə qədər geniş dairədə dəyişə bilər. Sabitləşmə (stabilləşmə) mərhələsi pasiyent kəskin vəziyyətdən çıxdıqdan sonra başlayır. O, kəskin mərhələyə nisbətən az ifadə olunmuş neqativ və qalıq məhsuldar əlamətlərin mövcud olması ilə səciyyələnir. Bəzi pasiyentlərdə qalıq produktiv (məhsuldar) əlamətlər olmaya bilər, digərlərində isə təşviş, depressiya, yuxunun pozulması kimi qeyri-psixotik əlamətlər aşkar edilə bilər. Təqribən 50% xəstələrdə remissiyanın olması qeyd edilir, hansı ki, funksional adaptasiyanın bərpa olunması ilə səciyyələnir. Lakin xəstələrin digər yarısında remissiya dövründə neqativ simptomatikanın artması aşkar edilir. Bu, ehtimal ki, xəstəliyin gediş xüsusiyyəti, qeyri-adekvat medikamentoz və psixososial yardım ilə əlaqədardır. Xəstəliyin başlanmasından sonra ilk 5 ili xəstəliyin erkən dövrü hesab etmək qəbul edilmişdir. Simptomatikanın inkişafı və pasiyentin sosial fəaliyyətinin pisləşməsi məhz kritik hesab olunan bu dövrdə müşahidə edilir, hansı ki, 80% xəstələrdə ilk 5 il ərzində təkrar kəskinləşmələr baş verir. Təkrar kəskinləşmələri, bir qayda olaraq, bir ay müddətində qeyri-psixotik əlamətlər müşayiət edir. Şizofreniyanın uzunmüddətli proqnozu nisbi sağalmadan əmək qabiliyyətinin tam itirilməsinə qədər dəyişir. 15-20% pasiyentlərdə təkrar epizodların qeyd edilməməsinə baxmayarq, 70% xəstələrdə klinik mənzərənin tədricən pisləşməsi ilə kəskinləşmələr remissiyalar ilə növbələnir, 10-15% xəstələrdə isə xroniki ağır vəziyyət müşahidə olunur. Yaxşı proqnoz, adətən, aşağıdakı amillərlə assosiasiya olunur: ► Qadın cinsinə mənsub olma ► Ailə üzvlərində affektiv xəstəliklərin mövcudluğu ► Xəstəliyin mənşəyində irsi amilin olmaması ► Yaxşı premorbid fəaliyyət ► Yüksək zehin ► Nigahda olmaq ► Xəstəliyin gec yaşda başlaması ► Stresslə əlaqədar kəskin başlanğıc ► Nadir kəskinləşmələr ► Fasiləli gediş ► Komorbidliyin (yanaşı xəstəliklərin olmaması) olmaması ► Klinik mənzərədə pozitiv əlamətlərin üstünlük təşkil etməsi İntihar 10% pasiyentlərdə, çox vaxt kişilərdə qeyd olunur, ölümün səbəbi həmçinin bədbəxt hadisələr, ürək-damar, respirator və infeksion xəstəliklər də olur. XBT-10 ÜZRƏ TƏSNİFAT F20 Şizofreniya F20.0 Aranoid şizofreniya F20.1Hebefren şizofreniya F20.2 Katatonik şizofreniya F20.3 Diferensiasiya edilməmiş şizofreniya F20.4 Postşizofrenik depressiya F20.5 Qalıq şizofreniya F20.6 Şizofreniyanın sadə tipi F20.7 Şizofreniyanın digər tipi F20.8 Dəqiqləşdirilməmiş şizofreniya Şizofreniyaya psixo-sosial yanaşma Şizofreniyanın müalicə olunmayan xəstəliklərdən və psixoloji müdaxilələrdən faydalana bilməyən, yalnızca bioloji şərtlənmə ilə müşahidə olunan bir psixiatrik pozuntu olduğuna dair cəmiyyətdə geniş bir inanc mövcuddur. Xəstəliyin meydana gəlməsində genetik, bioloji və struktur faktorların əhəmiyyəti bilinsə də, xəstəliyin müalicəsində yalnız bioloji müalicə üsullarından istifadə olunması kifayət deyil. Psixo-sosial olaraq dəstəklənməyən dərman müalicəsi, bütün simptomları aradan qaldıra bilməz və koqnitiv təhrif-düşüncə xətalarının müşaiyəti və sosial problemlərin varlığı mənfi simptomların azalmamasına səbəb olar. Əlavə olaraq xəstəlik haqqında maarifləndirmə, problem həll etmə, ünsiyyət bacarıqları və.s psixo-sosial müdaxilələr hesab edilir. Yalnız psixo-sosial yanaşma müalicənin effektini saydığım amillərə təsir edərək deyil, dərman müalicəsinə adaptasiyanı təmin etmək ilə də nail olur. Şizofreniyada psixo-sosial yanaşmalara fərdi və qrup terapiyaları, ailə müalicələri və.s daxildir. Mövcud vərdiş və bacarıqların köməyi ilə funksionallığı artırmağa çalışarkən, itirilmiş bacarıqları bərpa etmək strategiyaları da məhz psixo-sosial yanaşma ilə həyata keçirilir. Şizofreniyada Koqnitiv-bihevioral müdaxilələr Şizofreniyanın təməldə düşüncənin quruluşu və məzmunu ilə bağlı bir pozuntu olduğu bilinsə də, şizofreniyanın müalicəsində Koqnitiv-bihevioral yanaşmalardan yetərincə istifadə edilməmişdir. Bu vəziyyətin əsasını xəstəliyə baxış prizması təşkil edir psixoz simptomların anlaşılamayacağı fikri, ənənəvi terapiya (Psixoanalitik terapiya) və terapevtlərin uğursuzluğu və ya sadəcə daha yüngül patologiyalara meyl etməsi, Şizofreniyanın düşüncə, duyğu və davranış sferası ilə bağlı deyil, bioloji bir xəstəlik olduğu və dərmanlarla müalicə edilə biləcəyi düşüncəsi köhnəlmiş yanaşmalardan hesab edilir. Son tədqiqatlar, sayıqlama və halüsinasiyalar kimi simptomların bəzən psixozu olmayan şəxslərdə də görülə biləcəyini ortaya qoydu. Bu nəticələr depressiya və təşviş-həyəcan pozuntularında faydalı olan idrak davranış müdaxilələrinin psixozların müalicəsində də uğurla tətbiq oluna biləcəyi fikrini yaratdı. Xəstələrin öz mübarizə üsullarından səmərəli istifadə etmələri, şizofreniyanın ələ alınmasında sosial faktorların rolu və stress amili, antipsixotik dərman istifadəsini və farmakoloji müdaxilələrə psixoloji yanaşma olan Koqnitiv-davranışçı müalicələrin tamamlayıcı rol oynamasına dair fikirlər şizofreniya müalicəsin də Koqnitiv-bihevioral yanaşmanın əhəmiyyətini artırdı. Bu gün şizofreniya üçün Koqnitiv-bihevioral terapiya praktikaları, xəstəliyin görünüşünü normallaşdırır, xəstələrin özünü etiketləməsini, alusiya və halüsinasiya kimi psixoz simptomların tezliyini və şiddətini azaldır; Bu simptomların yaşanması səbəbindən ortaya çıxan narahatlıq, depressiya və ümidsizlik kimi problemləri aradan qaldırmaq və özünə olan güvən, hörməti artırmaq üçün tətbiq olunan strategiyalar da məhz Koqnitiv-bihevioral Terapiyanın bacarıq inkişafı, mübarizə texnikaları çərçivəsində öyrədilir. Halüsinasiyalarla Koqnitiv-bihevioral terapiyanın nümunəvi seans planlaması 1-ci seans – Üzvlərə müalicə məqsədlərini və müalicə müddətini izah etmək. Qrup qaydalarını müzakirə etmək və terapevtik bağlılıq qurmaq. Terapevtik bağlılığın müalicə gedişinə təsirini vurğulamaq 2-ci seans Şizofreniya haqqında məlumat vermək Şizofreniyanın səbəbləri haqqında məlumat vermək Etiketlənmədən uzaq bir perspektiv qazanmaq üçün şizofreniyanın normallaşdırılması Halüsinasiyaların tərifi və səbəbləri haqqında məlumat vermək 3-4-cü seanslar Üzvlər tərəfindən istifadə olunan mübarizə üsullarının müzakirəsi Alternativ mübarizə üsullarının tədrisi və tətbiqi 5-6-ci seanslar Səslərin baş verdiyi vəziyyətlərin təyin edilməsi Səslərin gəldiyi zaman ortaya çıxan düşüncə qəlibləri, avtomatik fikirlərin tədqiqi. 7-8. Seanslar Səslərin təhlili və səslərin haradan gəldiyinə dair məlumatlılığın artırılması Alternativ düşüncələrin və mübarizə kartlarının yaradılması 9-10. Seanslar Onlara öz mübarizə yaratmağa kömək edilir Özünə hörmət hissi gücləndirilir İş barədə rəy vermək və qəbul etmək təmin edilir Üzvlərdə formalaşdırılan bilgi və bacarıqların möhkəmləndirilməsi aparılır. Koqnitiv-bihevioral mübarizə texnikaları. Diqqəti yayındırmaq. Diqqəti aparıcı stimuldan yayındırıb başqa bir stimula yönəltmək, hallüsinasiyaların yaratdığı narahatlığı azalacağı ilə bağlı düşüncələr mövcuddur. Halüsinasiya xarici stimulun səhv qavraması hesab edildiyi üçün əlavə bir stimulun köməyi ilə halüsinasiyanın təsirinin azaldıla biləcəyi qəbul edilir. Sübuta əsaslanan diqqət yayındırma texnikaları, halüsinasiyalara dair inancları dəyişdirmək üçün istifadə edilə bilər. Səslərin sorğulanmasını diqqəti yayındırma ilə sintez edib, seanslardakı maarifləndirmə söhbətlərini xatırlamaq və dərhal sonra diqqət dağıtma texnikalarına yönəlmək olar. Bu texnikaları nə qədər çox istifadə edilərsə, səslər üzərindəki nəzarət bir o qədər artar. Müxtəlif səslərə, qarabasmalara gerçəklik yükü yükləməmək, baxmamaq, qulaq asmamaq üçün diqqətin başqa bir fəaliyyətə yönəldilməsi faydalı ola bilər. Rahatlama məşqləri qorxu, narahatlıq və qəzəb kimi duyğuları yaradan stimulların ilə psixofizioloji aspektdən neytrallaşdırılması üçün istifadə olunur. Şizofreniya xəstələrində halüsinasiyalar və ya sayıqlama ilə əlaqəli sıxıntı və təşvişi, o cümlədən də ortaya çıxan əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur. Əzələ rahatlaması və ya tənəffüs məşqləri şəklində ola bilər. Əzələ rahatlatma texnikasının əsası, simptomları artıran təşvişli həyəcanın yaratdığı əzələ gərginliyini azaltmaqdır. Əzələlər rahatlana bilsə, narahatlıq azalacaq. Rahatlama məşqlərinin parasempatik sinir sisteminin səmərəliliyinin artdığı və narahatlıq əsnasında stimullaşdırılan simpatik sinir sisteminin fəaliyyətində reqressiya əldə edilə biləcək bir vəziyyət yaradacağı düşünülür. [4 Nəticə: Şəxsin koqnitiv sferasındakı pozuntular, diqqət, qavrayışın kənaraçıxmalarının stimullaşdırdırığı qeyri-adekvat davranışla müşahidə olunan şizofreniya xəstəliyi təəssüf ki, bu günə qədər hələ də Koqnitiv-bihevioral aspektdən tam olaraq araşdırılmayıb. Bu istiqamətdə Aaron Tim Beck tərəfindən yazılan məqalələr, Mehmet Zihni Sungurun 22 il əvvəl yazdığı məqalə diqqəti çəksə belə geniş həcmli kitablar haqqında danışanda Turkington və Kingdon’un müəllifləri olduğu(Şizofreninin bilişsel tedavisi, psikonet yayınları) əsərdən savayı mövzuya dair ədəbiyyatların kasadlığı bu gün də özünü göstərir. Şizofreniya xəstələrinə yanaşmada bioloji faktorların ön planda tutulması və əvvəlki səhifələrdə də qeyd etdiyim kimi bir çox psixoterapevtin ağır diaqnozlar ilə çalışmaq istəməməsi burda başlıca faktorlardan biri kimi görünür. Bundan əlavə, şizofreniyanın etnopsixoloji aspektdən araşdırılıb, milli adət-ənənələrin halüsinasiya və başqa psixotik əlamətlərə təsiri tədqiq edilməlidir, yıxıcı kök inancları bəsləyən coğrafi və etnoqrafik həqiqətlərin araşdırılması vacib məqamdır, zira təkcə bu yolla dəyişdirə biləcəyimiz inancları müzakirə edə bilərik. Hər nə qədər ümidverici amillərə toxunsaq da şizofreniya xəstələrinə Judith Beck’in Koqnitiv-bihevioral Terapiyanın nəzəriyyə və tədbiqi ilə bağlı qələmə aldığı kitabda da qeyd etdiyi kimi psixoterapevtik müdaxilə yalnızca dərman müalicəsi ilə yanaşı edilməlidir. Effektiv nəticəni müxtəlif qrup terapiyaları və ya fərdi Koqnitiv-bihevioral terapiya ilə əldə etmək mümkün deyil. Daha əvvəl təkcə psixoterapiya ilə müalicə olunan şəxslərdə təxminən iki ay sonra yenidən əlamətlərin qayıtması halı müşahidə edilmişdir. Ədəbiyyat siyahısı: 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi –ŞİZOFRENİYANIN diaqnostika və müalicəsi üzrə klinik protokol 2. Demiralp M, Oflaz F. Bilişsel-davranışçı terapi teknikleri ve psikiyatri hemşireliği uygulaması. Anadolu Psikiyatri Dergisi 2007; 8:132-139. 3. Doğan S, Doğan O, Tel H, Çoker F, Polatöz Ö, Doğan-Başeğmez F. Şizofrenide psikososyal yaklaşımlar: Ayaktan hastalar. Anadolu Psikiyatri Dergisi 2002 4. Gökler I. Şizofrenide bilişsel davranışçı tedavi yaklaşımları. In Bilişsel Davranışçı Terapiler (Eds I Savaşır, G Soygüt, E Kabakçı):229-251. Ankara, Türk Psikologlar Derneği Yayınları, 2003. 5. Hakan Türkçapar – Bilişsel Davranışçı Terapi, Epsilon yayın evi, 2013 6. Kültür S, Mete L. Şizofreni. In Psikiyatri Temel El Kitabı (Eds C Güleç, E Köroğlu):321-355. Ankara, Hekimler Yayın Birliği, 1997. 7. Kingdon DG, Turkington D. Cognitive Behavioral Therapy of Schizophrenia. New York, Guilford Press, 1994. 8. Köroğlu E. DSM-IV-TR Tanı Ölçütleri Başvuru El Kitabı. Ankara, Hekimler Yayın Birliği, 2001. 9. N. V. İsmayılov – Psixiatriya, dördüncü nəşr, Apostrof, 2013 10. Robert Leayhy – Bilişsel Terapi ve Uygulamaları, Litera yayıncılık, İstanbul, 2007(bölüm 15,səh333) 11. Sungur MZ, Güner P, Üstün B, Soygür H, Çetin İ. Şizofrenide optimal tedavi: Randomize, kontrollü, uzunlamasına bir çalışma. Anadolu Psikiyatri Dergisi 2008; Psixoloq Nəsimi Qiyasov – 10.07.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Həyat bizim bildiklərimizin bilmədiklərimizin yanında dəryadan bir damla kimi görünməli olduğu və öyrənmə yolçuluğunun bitməli olmadığı bir yer olmalıykən bəzən bizə “hər şeyi bilirsən, dinləmək yox, danışmaq vaxtıdır” ifadəsini dedirdən bir yerdir. Təəssüf ki, ixtisas və təhsil səviyyəsindən asılı olmayaraq hər kəs bu tələyə düşə bilir, tələbəsinin yanaşmasını dinləmək istəməyən müəllimlər, gənc məzunun fikrini eşitməzdən gələn həkimlər və.s. Həyat bizi danışmağa sürükləyərkən bizlər bəzən qarşımızdakı insanlara bəlkə də heç vaxt qaldıra bilməyəcəkləri yüklər yükləyə bilirik. Bilgə olduğumuzun yaratdığı parlaq işıqlar içində bəzən insanları bizi anlamağa və ya bizim kimi olmağa borclu hesab edərik. İnsanlar bizim kimi ola bilmədikdə geri çəkilmək əvəzinə bunu bütün insanlarla ümumiləşdirər və bir müddət sonra artıq hər kəsi öz tərəzimiz ilə çəkməyə başlayarıq, halbuki həyat fərqliliklərlə gözəldir axı, dindarı ilə, dinsizi ilə, rəssamı, musiqiçisi, şairi, geoloqu, pedaqoqu, həkimi ilə gözəl və yaşana biləcək bir yerdir dünya. Tükənmişlik sindromu haqqında danışanda bu problemin səbəblərindən başlıcası olaraq insanın əməyinə qarşılıq heç bir yol qət etməməyini qeyd etmişdik, müasir dövrdə aldığı cüzi maaşa görə işləmək üçün həvəsi qalmayan bir çox psixoloq yoldaş tanıyıram mən. Bu ixtisasda və bütün digər sahələrdə tükənməyə qarşı profilaktik tədbir olaraq atacağımız iki əsas addım var, ya siz gördüyünüz işi vəzifə borcu olaraq qəbul edib, bu xidmətin daxilində olduğunuz zaman gördüyünüz işi sevəcəksiniz, ya da bir digər daxili amili ortaya qoyub, özünüzü bilən adam rolundan xilas edib, öyrənən adam rolunda çıxış edəcəksiniz. Həyatdan hekayələr deyəndə sizə bir eşq, bir də şair, nasir, sənətkar və.s tükənmişliyindən misallar çəkməyə çalışacam. 1.“Elə sev ki, sevilən də sevməyi səndən öyrənsin” bu sözü ilk dəfə professor Mehmet Sungurdan eşidəndə qəribə bir xoşbəxtlik bürümüşdü məni, sizcə də möhtəşəm səslənmirmi? Sən öz mənini sevməyə tərk edir və bu məqamda həm də müəllim rolunda oynayırsan, onu həyatın hər məqamı ilə tanış edir və bu yolda öz yoldaşlığını təklif edirsən, bu yolda əlindən tutacağı halda da, tutmaq istəmədiyi halda da bir qanunauyğunluq var əlbəttə. Birinci halda Markesin ifadəsi ilə (Danışdığın qarşındakının anladığı qədərdir) səni anlaya bilib deməkdir, deməli bir maneə yaranmayıb və o səni ifadə etmək istədiyin kimi qavrayıb. İkinci hal isə öyrənmə çətinliyidir, bu da anlaşılan bir haldır, necə ki, insanlar gözəlliyi bəzən xarici görünüş, bilgəliyi imtahanlarda yüksək bal ilə qiymətləndirir, o cümlədən də sevgini öyrətdiyiniz insanın sevgi ilə bağlı təsəvvürlərinin sağlam olub, olmamağı burda önəmli məqamdır. Yarımbaşlığın müəllifinə də adətən belə bir sual ünvanlanır “Cənab professor, sevgi öyrətdiyimiz şəxs sevgini öyrənmir” burada digər bir məqam ortaya çıxır, sevdiyiniz şəxsin sevgini öyrənə bilməməyi sizin metodunuzun uğurlu və ya uğursuz olmağı ilə deyil, onun sizin metodunuzu mənimsəmək istəmədiyini göstərir. Siz qarşınızdakı şəxsin sevgini öyrənə bilmədiyini öyrənmiş olursunuz, hadisələrə məna yükləmədən, saf dəyərləndirmə aparıldığı zaman ortaya çıxan nəticə göstərir ki, öyrətdiyimizi öyrənməyən insanla romantik münasibətdəki uğursuzluq bizi bilən insan rolundan öyrənən insan roluna keçirdir. Öyrənmək xoş həyəcanla müşahidə olunan bir proses və bu yolçuluq başdan-başa həyata illər deyil, illərə həyat qatan bir məqamdır. Odur ki, sevgini bizdən öyrənmək istəməyən insanlar haqqında “Mən onunla təhlükə arasında sərhəd oldum, o təhlükəyə şeir yazıb məni sadəcə tikanlı məftil hesab etdi” kimi ağrılı bir cümlə qurmaq əvəzinə yaşanan hekayədə iki məqama baxmaq olar, mərhum professor Doğan Cüceloğlu bunları şövq və mübarizə adlandırırdı. Özünüzə iki sual ünvanlayın : 1. Onunla tamamlanmaq uğrunda əlimdən gələni etdimmi? 2. Əlimdən gələni edərkən şövqlü idimmi? İnsanın öz şahidliyi özünə və başqalarına olan qəzəbinə su səpər, ürəyini sərinlədər. Öz şahidliyiniz sizin leyhinizə ifadə verirsə deməli siz bu hekayədə yenə sizi siz edənləri qorumusunuz, sizi siz edənləri sevə bilməyən biri ya sizi sizdən alacaqdı, ya da sadəcə uzaq qalacaqdı, o sizin üçün ən böyük addımı atıb bu məqamda deməli. Sizin həyatınızdan gedən insanların addımlarını dəyərləndirərkən onun siz tərəfdən qəddar qəbul etdiyiniz addımının içərisində bir də sizə qarşı olan sədaqət ruhunu axtarın, sizin şəxsinizə bəslədiyi hörmət üçün, sizi siz edənlərin sizə qalmağı və sizin özünüzə sadiq qalmağınız üçün getdiyini düşünün. İnanıram ki, bu məqamlar sizin özünüzü də, qarşınızdakını da bağışlamağınız üçün köməkçi vasitə olacaq. Bağışlamaq yolunda addım atan insanı mən Mary Ainsworth’un “Yad situasiya” adlı eksperimentindəki sağlam bağlılıq quran körpələrə bənzədirəm, necə ki, onlar “Bağlılıq fiqurları” qayıtdıqdan sonra həyatı yenidən kəşf etməyə davam edir, bağışlayan insan da özünə özünü qaytararaq yeni kəşflər adına yola davam edir. 2. Qaçdım məni sevən gözlərdən daha Hamının sevgisi gözündə qalsın Ev tikən deyiləm sözlərdən daha Qoy hamı o çölün düzündə qalsın Bağışlamaq heç də təkcə ikili münasibətlərdə yaşanan və yaşandığı halda rahatlıq gətirən bir davranış deyil. Əslində bağışlamaq heç tam olaraq davranış da deyil. Əsasən duyğular və düşüncələrlə əhatə edilmiş bir fenomendir. Küskünlük şəxsin əksini iddia etməyinə rəğmən bir gözləmə formasıdır, küsdüyü məqam və ya adamım ona doğru özünü bağışlatmaq üçün bir addım atacağının həsrətidir küskünlük. Ömrü gözlənti ilə keçən insanların hamısı bu dünyadan alacaqlı kimi getdi halbuki, rəvayətlərdə deyilir ki, sultan Süleyman Qanuninin əli cənazənin çölündə və boş idi məsələn. Odur ki, gözlənti və böyük dəyişikliklərə ümid edərkən biz əslində alacaqlı roluna girir, müxtəlif insanlardan, müxtəlif dəyişikliklər gözləyirik, Azərbaycan ədəbiyyatı, musiqisində belə məqamlar vardır əlbəttə, bəlkə yada salmaq istəsəniz sizlər də tapacaqsınız, amma hər hansı bir şəxsin adını çəkməyi məqsədəuyğun hesab etmirəm. Müxtəlif dövrlərdə maarifçi mübarizəsi aparmaq arzusu ilə insanların anlamadığı formada yazılan satiralar da oldu, yuxarıda yazılan şeirdə olduğu kimi tükənən və gözləməmək adı altında küskünlüklə bərabər bir gözləntiyə qapılanlar da, nəticə etibarilə hələ də məzhəb davası edənlər də var, başından var dövlət yağan diyarın bəxtəvər günündə dilənən qarılar da. Belə mübarizələrdə gözləntilər əlbəttə ki, inqilabi, köklü dəyişikliklərə səbəb olub insanlara dərin xoşbəxtlik nəsib edə bilməz, zira pedaqoji , sosial, psixoloji, bioloji amillər insanların həyat xəritəsini formalaşdırır və bu da fərqlilikləri ortaya çıxarır. Dolayısı ilə maarifçilərin həsrətinin arxasında eynilik ümidi yatır, bu isə özlüyündə mümkün deyil, zira dilin dediyini heç də hər zaman ağıl qəbul edib onu həyati doğru olaraq qavramaz, 10 nəfər yanaşı oturub kitab oxuya bilər, amma janrlar fərqlidirsə o an onlardan ibarət bir tarixçi klubu yarada, fəlsəfə klubu qura bilməzsiniz, bəlkə də onlardan yalnızca biri o an ən yaxşı halda eqzistensial cərəyandan Kamu və ya Sartr oxuyur ya yox. Dolayısı ilə eyni dildə danışanlardan eyni emosiyaları daşıyıb, eyni düşüncələrə sahib olmağı da gözləmək əslində sadəcə bir dairədə sonu tapmağa çalışmaqdır. Dairənin sonu sizin dayanmağınızla qəbul edilə bilər halbuki. Dayanmağı yalnız o vaxt-həsr olunmaqla gözləməyin fərqinə vardığınız zaman bacararsınız. Həsr olunmaq bir ideya uğrunda mübarizə aparmaq, o mübarizə şəraitində şövqə sahib olmaqdırsa, gözləmək dünyanın sizin ətrafınızda dönməyi arzusudur. Odur ki, insan dünyanın və şəraitin deyil, dünya və şəraitlə bağlı olan düşüncələrinin dəyişməyinə kökləndiyi zaman azad olur, azad olmamış biri dünyanı daim özünə borclu bilər. Düşüncə dəyişdikdə isə insanın depressiyada neqativizmlə müşahidə edilən üç istiqamətlə dəyərləndirmə etsək dünyaya, özünə və gələcəyə yanaşma forması dəyişəcəkdir. Həyatla müharibə aparmaq sürətə aludə olmaqdırsa, sülh içində olmaq yavaşlamaqdır, müharibə üsyandırsa, sülh seyr etməkdir, unutmayın ki, insanın həyatına gözəl olan heç nə hədəfə köklənib qaçarkən və ya üsyan edərkən gəlməz. Psixoloq Nəsimi Qiyasov – 25.04.2020 Azərbaycan Respublikası, Bərdə şəhəri.
Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. Belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm – sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə. Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır. Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir. İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin intizamla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır. Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır. Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur. İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır: - Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı. - Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik. - Bihevioral simptomlar: yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. Qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi. Səbəbləri: Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır. Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır. Tükənmişlik sindromu, iş həyatı ilə əlaqəli mövzularda daha çox görülsə də, emosional münasibətlərdə də yaşana biləcək bir anlayışdır. Yaşadığımız dövrdə evlilik və münasibətlər üçün gözləntilərimiz olduqca yüksəkdir. Hamımız romantik münasibətlərimizə böyük xəyallarla başlayırıq, birlikdə olmağa, münasibətlərə böyük mənalar veririk. Ancaq bir müddətdən sonra sevdiyimiz insana olan marağımız azalmağa başlayır və münasibətlərin ilk mərhələlərindəki romantizm yox olmağa başlayır. Bütün münasibətlərdə bu proses normaldır, yoxsa əlaqələr ona yüklənən mənaları və gözləntiləri təmin edə bilmədiyi üçün zamanla başa çatır? Klinik psixoloq, ailə və interpersonal psixoterapevt Ayala Malach Pines, “Cütlüklərdə tükənmə” adlı kitabında, münasibətlərdə olan insanların fiziki və mənəvi yorğunluğunun ən vacib səbəbinin münasibətlərə yüklənən mənalarda gizləndiyini söyləyir. Pinesə görə, sevgilərinin əbədi olacağını ümid edən idealist insanlar gündəlik həyatın konkret həqiqətləri ilə qarşılaşdıqda məyus olurlar. Münasibətlərdəki reallıqlar və gözləntilər arasındakı bu fərq həm emosional, həm də zehni tükənməyə yol açır. Münasibətdə tükənmə nədir və niyə meydana gəlir? Münasibətdəki yaşanan konfliktlər arasındakı müddət qısalır, amma sonrakı zaman kəsiyində hər şeyin normallaşması üçün daha uzun vaxt tələb olunursa, münasibətiniz tükənmək ərəfəsində ola bilər. Cütlərin bir-biri ilə əlaqəsinin zəifləməsi, müxtəlif birgə fəaliyyətlərdən əvvəl olduğu qədər zövq ala bilməməsi və davamlı qarşıdurma kimi bir çox vəziyyət münasibətlərin tükənməsinin ən vacib əlamətlərindəndir. Araşdırmalar göstərir ki, cütlüklər münasibətlərinin tükəndiyindən xəbərdar olub, həll yolunda təsirli bir addım atmadan əvvəl orta hesabla altı il gözləyirlər və bu vəziyyətin niyə, necə yarandığını çox vaxt başa düşə bilmirlər. Buna görə də, bir çox münasibətlər tərəfləri səhvən pis vərdişlər, qeyri-konstruktiv mübarizə üslubları və şiddət ilə tükənmişlik burulğanına salır. Münasibətinizin tükəndiyini necə bilə bilərsiniz? Bir münasibətdə tükənmənin ən vacib üç səbəbi və göstəricisi vardır ki, bu ümumi tükənmə sindromu əlamətləri ilə oxşarlıq təşkil edir. Münasibətlərinizin tükəndiyini başa düşmək üçün münasibətlərinizdə aşağıdakı vəziyyətlərdən neçəsini müşahidə edə bilərsiniz: Fiziki və emosional yorğunluq Münasibətiniz sözün əsl mənasında sizi yeyir. Qarşı tərəfin diqqətə ehtiyacı olduğunu və münasibətinizlə bağlı məsuliyyətləriniz olduğunu çox yaxşı bilsəniz də, bir addım atmaq, səy göstərmək istəmir və ya səy göstərmək üçün enerji, motivasiya tapa bilmirsiniz. Partnyorunuz üçün sürpriz bir şam yeməyi hazırlamaq, birlikdə tətil planlaşdırmaq və ya gəzintiyə çıxmaq kimi ən sadə hərəkətləri düşünmək belə yorğun olduğunuzu hiss etməyiniz üçün kifayət edir. Bağları pozmaq və tənqidi münasibət Özünüzü partnyorunuzun və ya münasibətinizin bir hissəsi olaraq görə bilməməyə başlayırsınız, həm digər insanla, həm də münasibətinizlə bağlı heç bir əlaqə hiss etmir, duyarsızlaşırsınız. Etdiyi hər şey, söylədiyi hər söz sözün əsl mənasında sizə batmağa başlayır. Hər davranışını tənqid edir və etdiyi hər səhvə lazım olandan çox, şişirdilmiş reaksiya verirsiniz. Zamanla, həqiqətən uyğun bir cütlük olub-olmadığınızı sorğulayır, bunu özünüzə belə etiraf etməsəniz də, diqqətinizi daha yaxşı ola biləcək digər insanlara yönəltməyə başlayırsınız. Münasibətə daha az “sərmayə” Münasibətlərinizi düzəltmək və ya yaxşılaşdırmaq üçün heç bir addım atmamağa başlayırsınız, çünki münasibətinizdə göstərdiyiniz hər hansı bir səy mənasız olacaqdır deyə düşünürsünüz. Boş vaxtınızı yoldaşınızdan çox, tək və ya sosial mediada keçirməyə üstünlük verirsiniz. Fiziki yaxınlıqdan əlavə emosional əlaqənizin də azaldığını hiss edirsiniz. Nə edəcəyinizi bilmirsiniz, bəzən bu münasibətlə bağlı “mən daha yoxam” deyib və yox olmaq istəyirsiniz. Necə edək? Romantik münasibətlər iki şəxs arasında ifa edilən rəqs kimidir, sevgi burada musiqidir, onlar bir-birinin addımlarını təqib edir, ona adekvat addımlar atırlar, örnək olaraq deyək ki, tərəflərdən birinin dördüncü hərəkətin əvəzinə yeddinci hərəkəti yerinə yetirməsi idealist və rigid şəxslər üçün hardasa “sərhəd pozuntusu” hesab edilirsə, əksinə daha elastik düşüncə tərzinə malik insanlar üçün sadəcə bir texniki səhv hesab edilir. Bu cür problemlərdə hər şey yaxşıymış kimi daxildən gələn emosiyaların xalçanın altına süpürülməsi heç də çıxış yolu deyildir. Unutmaq lazım deyil ki, insanlar baş verən hər hansı bir hadisə ilə bağlı reaksiya vermədiyimizi gördükdə bizi o mənzərələrə qarşı görmə məhdudiyyətli, o səslərə qarşı eşitmə məhdudiyyətli hesab edə bilərlər. Bundan başqa ailədəki problemin sizin şəxsi ruhi vəziyyətinizə təsiri və ya sizin ruhi vəziyyətinizin ailədaxili münasibətlərinizə təsirini sezmək lazımdır. Münasibətlərə məna yükləyərkən qarşımızdakı şəxsin də səhvlər edə biləcək biri olduğunu nəzərə almaq lazımdır. Bu gün insanlar keçmişdə olduğundan daha çox “bizi ancaq ölüm ayıra bilər” deyirlər, amma burdakı ölüm Prof.Sungurun da ifadə etdiyi kimi fiziki bir mövcudluğun sona çatmağı deyil, sadəcə sevginin bitməyi mənasına gəlir. Sevgi kişilərin çayçıdakı hesab davası kimidir, “hesab mənlikdir.. Başa düşmədim, mən ölmüşəm... o pul qabını sakitcə stolun üstünə at, hesabı mən ödəyəcəm!” münasibətlərin sevgililik dövrü də belədir, tərəflər bütün günü “sən məni çox sevirsən, yoxsa mən səni?” deyə soruşur, yazır, sonra gedib hələ bir bunu çobanyastığı ilə də yoxlayırlar. Evlilik sonrasında isə münasibət tamam başqa cür özünü göstərir, rəqsdəki əvvəlki ehtiras azalmağa başlayır. Addımlar yavaşlayır, baxışlardakı şövq əvvəlki kimi gözə çarpmır. Səbəb isə artıq birlikdə yaşayışın insanların qüsur hesab ediləcək məqamlarını da bir-birinə aşkar etməsidir. Məhz buna görə də, sevgini görmə qüsuru, evliliyi o qüsurun tək korreksiya metodu hesab edirlər bəzən. Təklif edirəm ki, ailə ilə, münasibətinizlə bağlı sizi narahat edən məqamları partnyorunuzla paylaşın. Onun mövzu ilə əlaqədar fikirlərini dinləyin. Münaqişə də bir ünsiyyət formasıdır bu rəqsi musiqi davam etdiyi müddət ərzində və ya sonrasında tam sakit ifa edəcəyinizi, harmoniya içində olacağınızı sizə heç kim vəd etməyib. Birlikdə, komanda yoldaşı kimi münasibətinizi xilas etməyə çalışın. Birlikdə sizə xoş təsir bağışlayacaq planlamalar aparın, kinoya getmək, teatr izləmək, gəzintiyə çıxmaq, ən azından birlikdə evdə film izləmək. Bir-birinizin atdığınız addımlarını əgər layiqdirsə təqdir edin. El adətləri içərisində hətta sözlə qorxudulan ağacda belə həmin bahar əvvəlkindən daha gözəl meyvə gətirdiyinə inanılırsa bizlər niyə sözlərin buz bağlayan sevgini isidəcəyinə inanmayan? Professional yardım almaqdan çəkinməyin. Bəzən rəqsin hansı məqamında səhv etdiyimizi öyrənmək üçün bizə mütləq bir professional baxışı lazımdır. Bir digər vasitə düşüncələrə tolerant yanaşmaq və tez təslim olmamaqdır. Mən sevgilər üçün əzabkeş sovet insanı obrazını sevməsəm belə Əliağa Kürçaylının müəllifi olduğu, Emin Sabitoğlunun sözlərinə musiqi bəstələdiyi İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərindən Nərmin və Kamranın musiqisi kimi bizə tanış olan “Məni sənə bağlayan” şeirindən bir bəndi sizə təqdim etmək istərdim: Tutsun ərzi duman-çən, Qar olsun, dözərəm mən. Ürəyimi isidən Sənin hərarətindir. Ədəbiyyat siyahısı: 1. Ayala Malach Pines-Çiftlerde Tükenmişlik: Sebepleri ve Çözümleri- İletişim nəşriyyatı, 2017 2. Nərmin Quliyeva-Burn-out(emosional yanma) sindromu, Psixologiya Elmi-tədqiqat İnstitutu, 2014 3. https://www.uplifers.com/iliskide-tukenmislik-sendromu-iliskinin-tukenmesinin-sebepleri-ve-cozum-onerileri/ 4. https://saglamolun.az/index.php/psixologiya/14471-emosional-yanma-sindromu.html Psixoloq Nəsimi Qiyasov— 03.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Manipulyasiya — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir. Emosional manipulyasiya ikili münasibətlərdə və ya idarəçilikdə emosianal toxunuşlarla şəxsin və ya şəxslərin idarə edilməsidir. Burada təbii olaraq fiziki bir toxunuşdan deyil, əsasən el dili ilə desək “sarı sim”ə toxunmaqdan söhbət gedir. Zəhərli münasibətlərdə biz bu cür emosional manipulyasiyaya dair xeyli sayda nümunəyə rast gələ bilərik. Əslində iki tərəf də xoşbəxt deyil, partnyoru xoşbəxt olmayan qadın və ya kişinin özünün xoşbəxt olma ehtimalı heçə bərabərdir, bəs kənardan xoşbəxt görünə bilərmi? Əlbəttə, bədbəxtliyin fərqinə varmayan xoşbəxtləri təkcə münasibətlərdə deyil, hər yerdə görə bilərik. Romantik münasibətlərdə manipulyasiya zamanı əsasən tərəflərdən birinin digərinin ən qabarıq nəzərə çarpan duyğusunu hədəfə aldığını görürük. Bunun faydalı və ya zərərli tərəfləri də var. Zərəri bundan ibarətdir ki, manipulyator özü-özlüyündə psixoloji şiddət tədbiq edən şəxsdir, bir digər məqamda qarşısındakı insanın iradi, bioloji, mənəvi azadlığını əlindən alır. Bəs münasibətlərdə emosional manipulyasiya təkcə partnyorlar arasında müşahidə edilir? Xeyr, anaların övladlarının vicdanlarını nişan alması ataların övladlara “əziyyətim burnundan gəlsin” deməyindən daha ağır bir cəza formasıdır. Romantik münasibətlərdə emosional manipulyasiyanın yaxşı tərəfi ondan ibarətdir ki, münasibəti sarsıtma ehtimalı olan konflikt və fikir ayrılıqlarını onun vasitəsilə neytrallaşdırmaq, zərərsizləşdirmək mümkündür. Bir oğlan qrup yoldaşınızla tələbə olduğunuz müddət ərzində çox gözəl dostluğunuz olduğunu düşünün, vaxt gəlir siz birinə aşiq olursunuz və ona daha çox vaxt ayırmağa başlayırsınız. Sevdi, ya da sevmədi, Azərbaycan kişisi çox yaxın ünsiyyəti olan, dostu olan qadını heç vaxt itirməyə çalışmır, çünki zatən bu misalı ona görə çəkdim, emosional yanaşırlar məsələyə. Adam bir müddət sonra davamlı olaraq, sizə ehtiyacı olduğunu, yenidən başlamalı olduğunuzu(nəyə?) qeyd edir, sizə sevgi etiraf edir. Burada elə davranmaq lazımdır ki, şəxs nə özünə, nə də sizə və sizin münasibətinizə zərər vurmasın. Bu keysdə siz mənim həyata şəkil çəkdirmək, effekt gözü ilə baxan, ən böyük həyat mənasını gəzintidə tapan, ən böyük idealı sonsuz eşqə qovuşmaq olan birinə “Travmalı bağlılıq”dan məqalə məğzi danışmağım bənzəri fərqli bir istiqamətdən yanaşmalı deyilsiniz, yoxsa uğursuzluq qaçınılmazdır. Ona görə də rasional düşüncə ilə yox, siz də emosianal bir nitq və ya yazı ilə yanma etməlisiniz. Məktub modeli bu cür ola bilər: “Sən varlığınla bəlkə də dünyada mövcud ola biləcək ən böyük yalqızlıq dalğasının mənə tərəf gəlməyinə mane oldun. İnsan bəzən ailəsinə, hətta özünə demədiklərini ən yaxın, ən inandığı birinə etiraf edir. Onu yorduğunu düşünmədən qəlbindən keçənlərin hamısını bölüşür. Sənə gözlərindən qaçan yuxular, mənə vaxt ayırdığın üçün fərqinə varmadığın on minlərlə gözəl duyğular borcluyam. Səndə sənə ödənilməsi mümkün olmayan borcları olan biri kimi son dəfə bir xahişim var. Bilmirəm, sən mənim üçün bunu edə bilərsən? Mən illər sonra ilk dəfə bir insanın həyatında bir sevgili kimi xoşbəxtəm. Mənim xoşbəxtliyim üçün xoşbəxt ola bilərsən? Son bir dəfə mənim üçün xoşbəxt ola bilərsənmi? Sənin qəlbin böyükdür, mənə görə minlərlə gözəl hisslərdən məhrum olmağı gözə alan gözütox bir qəlbə sahib olduğunu bilirəm. Bu böyük qəlbdən son istəyim odur ki, sevdiyi insanın xoşbəxtliyi üçün xoşbəxt olsun.” Burada istifadə edilən cümlələr də manipulyatorun silahlarıdır, lakin siz bununla həm qarşınızdakı insana sakitlik, həm özünüzə rahatlıq, həm də münasibətinizə sağlam zəmin bəxş edirsiniz. Manipulyasiya öyrənmə məhsuludur təbii ki, xüsusilə də genetik mirasdır, nəsildən nəsilə keçir bəzən. Nənə başqa, ana başqa, nəvə başqa cür manipulyasiya edir kimi görünür, amma əslində iki və üçüncü nəsil birincinin texnikalarını ya birbaşa, ya da modifikasiya edib tədbiq edirlər. Nənə: Qızım, sənin atanın kötəyi altında səni böyütmüşəm ki, indi acından öləcək birinə ərə gedəsən? Əsas odur ki, yaxşı imkanı var, sənə heç nədən məhrumluq yaşatmayacaq. Ana: Qızım, nənənin mənə etdiyini mən sənə etmərəm, onun mənə etdikləri mənim üçün travma olub, 17 yaşında atanla evlənmişəm, mən indi səhərdən axşama qədər çalışıram ki, ailəmin maddi imkanı heç kimdən geri qalmasın, mənim xalam oğlunu tanıyırsan, fövqəladə hallarda zabitdir, şəhərdə 4 yerdə obyekti var, bəxtdir də, gətirməyib, qızlar 3 dəfə nişanı üstünə atıblar, olur belə hallar, mən bu vaxta qədər sənin bədbəxtliyini görmək üçün əziyyət çəkməmişəm ki. Nəvə: Seymur(sevgilisi) mən bu münasibətə görə nələri qurban vermişəm bilmirsən sən? Mən sənə daim sadiq olmuşam, könlünü qırmamaq üçün əlimdən gələni etmişəm ki, indi başqası haqqında fikir bildirdiyim üçün məni qısqanasan? Mənim rəfiqəm Fidan var ha, onun sevgilisi zamanında mənə kompliment edirdi, mən heç o vaxt vəfasızlıq etmədim, deyirsən indi edəcəm? Nümunələrdən də göründüyü kimi hər kəsin övladına və sevdiyinə qarşı normal olaraq sərgilədiyi davranışları burda hər 3 nəslin nümayəndələri manipulyasiya silahı olaraq istifadə edirlər. Burda bir digər məqam hər ananın nənəni, nəvənin ananı manipulyator zənn etməyidir. Münasibətlərdə manipulyatorlar partnyorunu kiçik oyunlarla istədiyi istiqamətdə “inkişaf etdirərkən” ustalıqla özünü qurban kimi göstərir. Partnyorun şəxsiyyətini davamlı tənqid edərək ona öz istəklərini unutdurur və onun özünə hörmətini tükədir. Nəticədə depressiya, asılılıq başlayır və qurban qaçma və xilas olma qabiliyyətini itirir. Fiziki zorakılıq qədər dağıdıcı ola biləcək bu psixoloji zorakılıq, əksər hallarda qurbanın təkbaşına görmədiyi bir problemdir. Çünki psixoloji şiddətə məruz qalan şəxs davamlı tənqidlər ilə özündən başqa yerdə günah görə bilməyəcək vəziyyətə gəlib çatır. Münasibətlərdə “mən” ilə başlayan cümlələrin sayının atmağı, hər şeyi sizinlə olan münasibətə və sizə görə etdiyini ifadə edən cümlələrin sayı artmağa münasibətinizdəki sevginin və aranızdakı digər ülvi duyğuların yerini psixoloji şiddət-emosional manipulyasiya alıb demək. Artıq bir-birini eyni dili danışmağa rəğmən anlaya bilmirsinizsə ikinizdən biriniz bu yoldakı yoldaşlıqdan çəkilməlidir demək. Bukowskinin şeirinin son iki misrası ilə ifadə edəcək olsaq: Bu dünyada eyni dildə danışanlar yox, Eyni duyğunu paylaşanlar anlaşa bilər sadəcə... Ədəbiyyat siyahısı: 1. Pascale Chapaux-Morelli, Pascal Couderc -- İkili İlişkilerde Duygusal Manipülasyon: Narsist Bir Partnerle Yüzleşmek, İletişim nəşriyyatı, 2020 2. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.143 3. https://www.google.com/amp/s/yakiniliskiler.com/2020/06/07/romantik-iliskilerde-duygusal-manipulasyon/amp/ Psixoloq Nəsimi Qiyasov—09.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab. İnsanı var olduğu müddət ərzində izləyən həyat gərçəkliklərindən biri də məhz ağrıdır. Ağrının illərdən bəri müxtəlif tərifi verilsə, ona həsr edilən kitablar yazılsa belə, hələ də tam olaraq ifadəsi sanki özünü sözlə yox, duyğularla daha yaxşı göstərir. Psixoloji aspektdən ağrı müxtəlif həyat hadisələri zamanı ortaya çıxan, ruh düşkünlüyü, inciklik, intihar meyilləri ilə müşayiət olunmuş bir fenomendir. Təbii ki, konkret mövzu olmadığı və yetərli ədəbiyyat, istinadlar tapılmadığı üçün çox da müraciət olunan bir problem deyil, daha açıq ifadə edəcək olsam elə bayaq da saydığım ayrı-ayrı hissələrə, utanc hissinə, küskünlüyə, günahkarlığa daha çox yer verilib, nəinki bu “Böyük portretə”. Böyük portret bizi necə izləyir? İnsan oğlu yaşadığı olum və ölümün arasındakı zaman yolçuluğu və ya səfərdə müxtəlif həyat hadisələri ilə rastlaşır, bunlar heç də hər zaman yaxşı hadisələr deyil və dolayısı ilə yaxşı hiss etmək də heç də hər zaman mümkün deyil. İnsan olmağın özü budur onsuz da, ağrısız, əzabsız, göz yaşından, kədərdən uzaq bir dünya düşünün, əvvəlki məqalələrdə istinad etdiyim “Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni” kitabında müəllifin də qeyd etdiyi kimi “Bədbəxtlik gələcək xoşbəxtliyin hərəkətverici qüvvəsi ola bilər”. Burada vacib olan məsələ əslində ağrı yox, onu necə qavradığımız və hansı şərhləri verməyimizlə onun şiddətini artırıb və ya azaltmağımızdır. Bu fizioloji əsaslı ağrıya da aiddir. İntihar məktublarının çoxunda “Bu ağrılara daha dözə bilmirəm” kimi və ya bənzəri məqamlar qeyd edilir. Buradan ağrının gücü ümid edirəm ki hər birinizə aşkar olmuşdur. Beyin üzərində araşdırma aparan mütəxəssislər beyni izləyərkən beyində ağrı reseptorlarına cavabdeh hissə olan prefrontal cortex’ə nəzər yetirdikdə müxtəlif insanların eyni problemdəki ağrını müxtəlif şiddətlə yaşadığını gördükdən sonra qərara gəlmişdilər ki, koqnitiv məsələlər, yəni duyğu, qavrayış, düşüncə(fikir, bunu siz təfəkkür deyə bəzəkli bir sözlə də ifadə edə bilərsiniz) kimi məqamlar insanların ağrı şiddətinə təsir edir. Bu barədə üçüncü hissədə bəhs edəcəm. Bir sözlə ağrıdan qaçış yoxdur, ağrı ilə yaşamağı öyrənmək var. Psixoloji narahatlıqların bir çoxu özlüyündə psixoloji ağrıdan elementlər daşıyır, təşvişdə bu çox da rast gəlinən mövzu olmasa da orada da özünü təşvişin artdığı vəziyyətlərdən sonra gələn ağır yorğunluq ilə göstərə bilər. Bundan başqa, artıq 2020-ci ildə demək olar ki, ənənəvi təşviş dərmanları olan benzodiazepinlərin öz yerini antidepresanlara verməsi ilə birlikdə həyatımıza Paxil, Prozac kimi dərmanlar girmişdir. İkinci adını çəkdiyim preparat öz sələflərindən fərqli olaraq çəki artımı, yuxu ilə bağlı problemlər(səhər 11ə qədər atıldığı halda), asılılıq yaratmasa da 24 yaşa qədər olan şəxslərdə qəribə bir ölüm düşüncəsi formalaşdıra bilir. Bu xüsusda təşvişli şəxs psixoloji ağrını günahkarlıq(belə düşünməməliyəm, bu düşüncələrin ağlıma gəlməyi doğru deyil) duyğusunun müşayiəti ilə hiss edilə bilər. Depressiyadan əziyyət çəkən şəxslərdə psixoloji ağrı bu problemin ayrılmaz hissəsidir, depressiya özünə, dünyaya və gələcəyə yönəlik neqativ düşüncələri birləşdirdiyi və koqnitiv təhriflərin bolluğu ilə müşahidə olunan bir narahatlıq olduğu üçün bunu daha şiddətlə yaşayır, gələcəklə bağlı “yanlış ümumiləşdirmə” (uğursuzluq bütün həyatım boyu məni izləyəcək, heç vaxt xoşbəxt biri ola bilməyəcəm) haqqında danışdıqda onsuz da ifadə edilən cümlələr içərisində biz çox rahat formada ağrıdıcı məqamları görürük. Travma sonrası stress pozuntularında keçmişdən kadrların canlanması(flash-back’ lar) ilə şəxs sonsuz bir hüznə, kədərə və ya şiddətli bir utanc hissinə bürünə bilər. Travmanın özü də elə bu deyilmi-yaşanmış olan travmatik təcrübənin hadisədən aylar, hətta bəzən illər sonra eyni təsirləri özündə cəmləməsi. Hər hansı bir dövrdə fiziki zorakılığa məruz qalan şəxs o situasiyanı xatırladan hər hansı bir məqamla rastlaşdıqda həyəcan, qəzəb, kədər və ya utanc kimi müxtəlif emosional reaksiyalar verir. Burda da psixoloji ağrını “duyğuların övladı” olaraq görürük. İtki və yas problemində. Ölüm geridə qalanlarda yaratdığı ruh düşkünlüyü və hüznlə gələn ən böyük itkidir. Yetkinlərin və uşaqların ölümü qəbul etmə və bu gerçəkliklə mübarizə üsulları arasında oxşarlıqlar var. Bununla belə uşaqlar ölümü və əbədi yoxluğu, bəlkə də ən radikal köçü tam olaraq qavramaqda çətinlik çəkirlər. “İtki” dar mənada sadəcə var olanın fiziki və ya mənəvi yoxluğu, geniş mənada isə onlarla bizim aramızda olan və həyatın onlardan sonra boz rəngə bürünmüş formasına bir vaxtlar rəngarəng çalarlar qatanların ya fiziki, ya da mənəvi uzaqlığı zamanı ağrılarla hiss edilən bir prosesdir. Bu mənada biz itkiyə yox, ona yüklənən mənaya baxırıq. Bir insanın vəfatı, bir qadından ayrılıq, bir məkandan köçmək əslində hərflərin sayından və hərfi mənalardan daha böyük mənalar daşıyır. “Daha heç nə əvvəlki kimi olmayacaq”, “Bir daha əvvəlkitək gülə bilməyəcəm”, “Bir daha xoşbəxtlik nədir bilməyəcəm” kimi ağ-qara düşüncələr “yoldaşlığı” ilə bu problemdə də psixoloji ağrı müşahidə olunur. Bəs bütün bunlar niyə baş verir? Sosial öyrənmə ilə psixoloji ağrının əlaqəsi varmı? Cavabım “Bəli” çünki əvvəlki məqalələrdən birini sosial Öyrənmə Nəzəriyyəsinə həsr edib, dünyanın ən böyük dörd psixoloqundan biri olan Albert Banduranı yad etmişdim. Banduranın nəzəriyyəsi ilk vaxtlar davranışçı cərəyana müvafiq bir araşdırmanın məhsulu hesab edilsə də, sonradan diqqət, hafizə, qavrayış kimi koqnitiv proseslərə nəzər yetirilmiş və bu nəzəriyyə Sosial Koqnitivizm adlandırılmışdır. Dolayısı ilə biz yası da öyrəndiklərimiz əsasında saxlayır, öyrənilənə müvafiq kədər, sevinc duyuruq. Xarakterimizə sosial amillər təsir edir, “xanım yüksəkdən gülməz”, “kişi güclü olmalıdır” və.s kimi fikirlər yəgin ki, sizlərin də qulaqlarınıza qonaq olub. Ağrını da sosial koqnitivizmə nəzərən gözdən keçirdikdə qəribə məsələlər ortaya çıxır, istər aparılan araşdırmalarda valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətindəki kənaraçıxmalar, istərsə də şiddətli bir ağrı hiss etsə belə sevdiyi insanların və ya insanın şəklini görəndə sakitləşən insanlar buna misal ola bilər. Sevdiyi insan haqqında “Onunla mən bütün dərdimi unuduram”, “Onun varlığı ilə hər şey məna qazanır” deyən insanlara siz də rast gəlmisiniz. Burda iki məqam var, birinci məqam odur ki, burada şəxsin varlığı yox, ona yüklənən məna bu bağları möhkəmlədir, ikinci məqam ondan ibarətdir ki, emosional bağlar özü özlüyündə sanki ağrıkəsici rolunu oynayır. Onların yoxluğunu yuxarıda qeyd etdiyim kimi, itki və ona verilən reaksiyalar müşayiət edir. Davamlı koqnitiv təhriflər və təbii ki, burada bir digər məqam yıxıcı kök inanclar-şemalardır. Öyrənilmişlik bizim həqiqətən həyat xəritəmizi formalaşdırır deyəndə qətiyyən bunu şişirtmə hesab etməmişəm. Pedaqogikada tərbiyənin geniş, yəni sosial mənasında da qeyd edildiyi kimi sosial mühitdə biliklər əvvəlki nəsillərdən sonrakılara ötürülür. Bu biliklərin içərisində təbii ki, davranışlar, emosiyaları qeyd etmək mümkündür. Biz də əvvəlki nəsillərdən təkcə yaxşı keyfiyyətləri deyil, eyni zamanda bizə mənfi təsir edən məqamları da mənimsəyirik, “Pendiri dəri, qadını əri saxlar” və.s kimi deyimlər uşaqlıqdan o qədər ətrafımızda təkrar olunur ki, biz bəzən qadınlarda aldıqları təhsilə rəğmən daimi bir “Münasibət bağlılığı”, “Sevgisizlik fobiyası” müşahidə edirik. Bu münasibətlər sona çatdıqda bəzən qadınlar özlüyündə özlərini gərəksiz hesab edirlər. Kişilərdə də münasibətlərdə öyrənilmiş məqamlar olur, evlənib və sonra yolları ayrılan qadınlara şiddətli bir məhəbbətlə bağlansalar belə çox vaxt onlar bu münasibətlərin rəsmiləşməyinə can atmırlar, çünki cəmiyyətdən öyrənilmiş bir məqam var “Bakirəlik” problemi. Burada iki halda ayrılan qadın da, sevgisində vüsala könüllü olaraq yetməyən kişi də psixoloji ağrıdan əziyyət çəkir. Səbəb, bəli hadisələrin cərəyan etmə formasıdır, amma unutmaq lazım deyil ki, hadisələrin bu istiqamətdə cərəyanına səbəb yenə sosial təsirlərdir. Dolayısı ilə, biz ətrafda barmağı əzilən insanlar necə reaksiya verirsə həmişə yox, amma adətən elə onlar kimi reaksiya veririk. Münasibətlər sferasından yanaşanda ailədə daimi ağrı ilə yaşayan biri varsa biz o rol modelini tanış modellər siyahısına əlavə edirik, bağlılıq ilə bağlı rollarımız dəyişibsə, yəni biz qayğı göstərən rolunu öhdəmizə götürmüşüksə burada da öyrəndiyimiz məqam bundan ibarətdir ki, biz gələcək həyat yolunda sevgili, dost, partnyor, həyat yoldaşı deyil, daha çox özümüzü ilkin tibbi yardım həkimi kimi aparırıq, o rolu ifa edirik. Fiziki və ya mənəvi iztirab içində olan emosional bağlılığa malik olduğumuz şəxslərin modelinə oxşayanlar bizə həyat səhnəsinin tanış aktyorları kimi görünürlər. Gələcəkdə partnyor seçərkən bu bizim artıq münasibət xəritəmizə çevrilir, bildiyimiz münasibət forması bu olduğu üçün qədər motivi(Dr.Gülseren Buğdaycıoğlu) bizi ağrılı insanlara aparır. Ağrı dəyərli və əvəzsiz ustaddır. Bunu deyərkən məni sufi, dərviş hesab etməyin, hər hansı fiziki və ya mənəvi iztirab bizə artıq orda olmayanı göstərir. Barmağımız kəsilir burada yaşanan bədən hissiyatı- ağrı dərinin bütöv olmadığını, sevdiyimiz insan olmadıqda onun yoxluğunun verdiyi psixoloji ağrı isə onun mövcudluğunun artıq bizə dəxli olmadığını göstərir. Bəs ağrısız bir dünya necə olardı? Bildiyimiz kimi, problemi təkcə çoxluq yox, eyni zamanda yoxluq da yaradır, itirdikdə gözümüzdən iki damla yaş düşəcək qədər bizə heç kim yaxın olmayıb, biz itirdikdə üzüləcək qədər heç kimi sevə bilməmişiksə bu özü psixoloji ağrı yaradacaq bir səbəbdir. Həyatın olum və ölüm arasında keçən müddəti ərzində heç kimi sevməyib, heç kimə dəyər vermədiyimizi düşünək? Bunu düşünmək belə sizə bir ağırlıq gətirirsə yaşamağın yaxşı olanı deyil, hər emosiyanı duymaq olduğunu anladığınıza ümid edirəm. Nəsimi Qiyasov—08.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Ünsiyyət nədir? Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır. Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”) Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir. Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər. Ailədaxili ünsiyyət Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar: • Məlumat vermək • Fikir bildirmək • Hisləri ifadə etmək • Ehtiyac və istəkləri dilə gətirmək • Nəzarət etmək (razı salmaq, yol göstərmək) Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır. Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir. Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir. Ailədaxili ünsiyyətin əsasları Vaxt ayırmaq İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki, Evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir. Sevgini ifadə etmək İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir. Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır. Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsusən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır. Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır. İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır. Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir. Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır. Dialoq Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur. Empatiya qurmaq Empatiya özünü həmsöhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir. Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir. Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər. Əvvəllki yazıda gətirdiyim sitatı bir daha xatırlatmaq istəyirəm “Evlilik “Mən”ləri qoruyaraq “Biz” ola bilmək sənətidir. Koqnitiv-bihevioral terapiyalar ailə və cütlüklərin terapiyasında da tez-tez müraciət edilən bir yanaşmadır. Rus fizioloq İvan Pavlovun şərti reflekslər nəzəriyyəsi ilə ortaya çıxan davranış yanaşmaları və davranışçı terapiya John B. Watson’un “Kiçik Albert” və Mary Cover Jones’un “Peter” keyzləri ilə fobiyanın müalicəsində istifadə edildi və ilk dəfə olaraq Joseph Wolpe uğurlu nəticələr əldə etdi, davranışçı terapiyada koqnitiv proseslərə “sirr” olaraq yanaşıldığı üçün əsas etibarilə davranışçı və ya indiki adı ilə klassik məruz buraxma, sistematik duyarsızlaştırma yolu ilə fobiya və agorafobi olan şəxslərdə tədbiq edildi. Digər tərəfdən, Masters və Johnson, cinsi funksional pozuntulara əsaslanan narahatlıqları bu psixoterapiya yanaşması ilə müalicə etdilər və ailə-cütlük, cinsi funksional pozuntuların müalicəsi üçün istifadə edilən yanaşmalar qrupuna Bihevioral(davranışçı) yanaşmanı da əlavə etdilər. Skinnerin rəhbərliyi altında şərtsiz reflekslərə cavab olaraq şərti reflekslərə əsaslanan operant öyrənmə nəzəriyyəsi ortaya qoyuldu. Operant öyrənmə xüsusilə uşaqlarda təsirli olub və uyğun olmayan davranışı neytrallaşdıraraq, yaxşı davranışı mükafatlandırmağa əsaslanır. Növbəti illərdə sosial öyrənmə nəzəriyyəsi, rol təkrarlanması və modelləşdirmə işləri davranışçı ailə terapiyası metodları kimi istifadə edilməyə başlandı. Koqnitiv-bihevioral terapiya, çox ümumi bir tərifdə; koqnitiv və davranış sferasında olan kənaraçıxmaların təhlili və müalicəsidir, insan davranışında müşahidə oluna bilən və ölçülə bilən dəyişiklikləri koqnitiv sferadan araşdırıb, düşüncələrin və duyğuların onları tənzimləmə gücünə malik olduğunu deyir. Psixoanalitik yönümlü psixoterapevtik yanaşmalardan bir çox cəhətdən fərqlənir. Koqnitiv-bihevioral terapiyalar problemin bir fil bənzəri şəxsin yaxınlığında olduğunu qeyd edir. Bundan başqa psixoanalitik terapiyada olan sərbəst assosiasiyalar, yuxu şərhlərinə Koqnitiv-bihevioral terapiyalarda rast gəlinmir. Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”. Problem yaradan bir neçə təməl ünsiyyət xətalarına nəzər salaq. Dağıdıcı tənqid: Problemli münasibətlər adətən bir-birlərini günahlandıran və tənqid etməyə meylli olan partnyorlardan ibarətdir. Burada həyat yoldaşları tamamilə bir-birlərinin mənfi tərəflərinə diqqət yetirirlər və beləliklə, məkrli bir qavrayışla müsbətlər kənara atılır. Hər iki tərəf əslində əzab çəkir və dağıdıcı tənqidlər “havada uçur”. Misal üçün; “Sən məni incitməkdən zövq alırsan ”. Ümumiləşdirmə: Problemli cütlüklərdə ər-arvad bir-birinə mühakimə, tənqidlə yanaşmağa və ümumiləşmiş yanaşma etməyə meyllidirlər. Misal üçün; “Sən həmişə belə eqoistsən! “. Partnyorların tənqidi bəzən daha da irəliləyir və tərəflər bir-birlərinin şəxsiyyətlərini hədəf alan ifadələr işlədirlər. Bu, bir-birinin ailələrini tənqid etməyə qədər gedib çıxır. Misal üçün; “Sən həmişə belə eqoist olmusan, bu xüsusiyyəti anandan almısan! Bütün ailən belədir!“ Zehni oxumaq və Falçılıq : Burada həyat yoldaşları bir-birinin demədiklərini dediklərindən daha çox anlamağa çalışır. Deyilənlərin gizli niyyətini tutmağa çalışırlar. Misal üçün, “ Baxmayaraq ki, indi belə deyirsən amma əsas niyyətin məni alçaltmaqdır! ” “Səninlə heç vaxt danışmaq olmur, bir də bax, yenə hirslənirsən ! “ ya da “Bunları Dr.Mehmet Bəy dediyi üçün edirsən. O həqiqətən düşməyə bilər, amma mən bilirəm ki, bu davranışları ürəkdən etmirsən.” Keçmişdən nümunə göstərmək: Məsələn, “15 ildir hər dəfə eyni şeyləri edirsən” və ya “evliliyimizin ilk illərində çəkdiyim əzablar üçün səni heç vaxt bağışlaya bilmərəm “. Özünü tamamilə haqlı hesab etmək. Məsələn, “Bütün evliliyimiz boyu heç bir mübahisəyə mən səbəb olmamışam”. Tərəflərin öz davranışlarına görə məsuliyyətdən qaçması: Məsələn, “Sən məni o qədər özümdən çıxarırsan ki, mən bu səbəbdən güc tədbiq edirəm.” Çıxılmaz vəziyyət yaradan ifadələr: Məsələn, “İndi səy göstərirsən amma indi çox gecdir. Bunu 5 il əvvəl etməliydin. ” Məntiqdən silah kimi istifadə etmək: Məsələn, “Yaxşı, mənim məsləhət gördüyüm istiqaməti təkzib edəcək bir yol təklif et, sən dediyini edək.” Yoldaşlardan birinin psixoterapevt rolunu öhdəsinə götürməyi: Məsələn, “Sən indi narahatsan. Bunu başa düşürəm və bundan sonra doğru olanı tapmağa sənə kömək edəcəm.”. Burda situasiya sizə konflikt yaratmağa meylli gəlməyə bilər, amma diqqətlə baxdıqda rol oynayan tərəfin qarşısındakı şəxsə “Ən doğrunu mən bilirəm” mesajı verdiyini görə bilərik. Sağlam ünsiyyət mühiti yaratmaq üçün bir neçə texnika: • Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin. • Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin. • Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin. • Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyindən çox, necə dediyin önəmlidir.” Koqnitiv-bihevioral terapiyada interpersonal səviyyədə bir texnika: Burada ciddi və emosional yanaşma yerinə fikrinizi üzünüzdə təbəssümlə və incə formada bildirin. Basdırılmış emosiyanın aşkara çıxarılması üçün David Letterman texnikası: Burada qarşınızdakına onun söhbəti ilə həqiqətən maraqlandığınızı göstərir və ona təsir etmək əvəzinə danışdığı hər hansı mövzunu diqqətlə dinləyirsiniz. Bu partnyorunuza ona dəyər verdiyiniz mesajı verəcək, projektor işıqları onun söhbətinin üzərinə çevirin, ara-sıra dediyi cümləni sual formasında təkrar edin və ya “Bir dəqiqə, doğrudan belə bir hadisə baş verib?”, “doğrudan belə dedin?” kimi suallar verin. Ədəbiyyat siyahısı: 1. Beck, A. T. (1988) – Aşk asla yetmez, USA: Harper ve Row. 2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 3. Ertuğrul Köroğlu – Akılcı duygulanım davranışçı terapi, HYB yayıncılık 4. Əbdül Əlizadə, Əkbər Bayramov – Sosial psixologiya, “Qapp Poliqraf”, Bakı, 2003 5. M. Faruk Bayraktar – Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar. 6. Mehmet Zihni Sungur – Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni 7. Mehmet Zihni Sungur – Sen, Ben ve Aramızdakı Her şey, İstanbul, Goa 8. Mehmet Zihni Sungur – Bağlanma, evlilik ve aile psikolojisi, s.326-340(Davranışçı Sistemik Evlilik Terapisi, Evlilikde İletişim ve Bağlanma),Sistem yayıncılık, 2010 9. Önder – Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım. 10. Üstün Dökmen – Sanatta və günlük yaşamda iletişim çatışmaları ve empati Psixoloq Nəsimi Qiyasov – 10. 04. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil. Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. Göstəriciləri: • Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək. • Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları. • Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq. • Tibbi və sosial yardımı rədd etmək. • Mövcud yaşayış formasını normal qəbul etmək. İki növü vardır: A) Əlavə əqli problemin olmadığı birinci növ; B) Əlavə əqli problemlər ilə müşahidə edilən ikinci növ. Risk faktorları: Yaşlanma Sevimli şəxsin vəfatı ilə gələn yalqızlıq Özünə qapanma və sosial izolyasiya meylləri olanlar Demensiya Alkoqollu içkilər və narkotik maddələrə aludəçilik Beynin qərar qəbul etmədən cavabdeh mərkəzi – frontal korteksin zədələnməsi. Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır. Ədəbiyyat siyahısı: 1. Amerikan Psikiyatri Derneği. (2013). Ruhsal bozuklukların tanı ve istatistiksel el kitabı. Beşinci baskı. DSM-V. 2. Masson, Barcelona. Gómez, I., Prieto, F. (2008). Diogenes sendromunun klinik formları. Yaklaşık üç vaka. [Elektronik versiyon]. Biyolojik Psikiyatri, 15 (3), 97-9 3. Marcos, M. & Gómez-Pellín, M.C. (2008). Yanlış adlandırılmış bir eponym hikayesi: Diogenes sendromu. Uluslararası Geriatrik Psikiyatri Dergisi, cilt. 23, 9. 4. Oğuz Tanrıdağ. 2014. Beyin ve Davranış İlişkileri Üzerine Konferanslar ve Dersler: 291-294 Nəsimi Qiyasov – 14.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”. Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir. Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S” qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s” qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır. “Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı bir nümayişidir. Ədəbiyyat siyahısı: 1) Roper, M. “Between manliness and masculinity: The ‘war generation’ and the psychology of fear in Britain, 1914-1950”, Journal of British Studies 44 (2005): 343-362. 2) Stagner, A. “Healing the soldier, restoring the nation: Representations of Shell shock in the USA during and after the First World War”, Journal of Contemporary History 49 (2014): 255-274. 3) Yanıkdağ, Y. “I. Dünya Savaşı’nda Osmanlı askerlerinde harp nevrozu (savaş yorgunluğu) ve tıbbi yaklaşım”, Toplumsal Tarih 198 (2010): 70-76. Psixoloq Nəsimi Qiyasov – 27.04.2021, Azərbaycan Respublikası, Bərdə şəhəri
Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizindəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur. Antik incəsənətdə Adonis obrazı qəbirüstü relyeflərdə, həmçinin divar rəsmlərində və s. əksini tapmışdır. İntibah dövrü və barokko incəsənətində də Adonis ilə Afroditanın (Venera) məhəbbətindən və Adonisin ölümündən bəhs edən süjetlər həm təsviri sənətdə, həm də heykəltəraşlıqda geniş yayılmışdır. Niyə məhz “Adonis kompleksi”? “Adonis kompleksi”? termini ümumiyyətlə tibbi mühitdə istifadə edilmir, əksinə vigoreksiya daha məşhur bir termindir. Bu maraqlı ad Yunan mifologiyasından götürülmüşdür, Adonis kişi gözəlliyinin ali varlığı sayılırdı və mifologiyaya görə bədəni o qədər gözəl idi ki, hətta sevgi tanriçası Afroditanın sevgisini qazandı. Adonis kompleksi: əzələ dismorfiyası və ya tərs anoreksiya. Bu pozuntu artıq son təsnifatda obsessiv-kompulsiv pozuntu sinfindən ayrılan Bədən dismorfik pozuntusu sinfinə aid olan narahatlıq və kişi bədənindəki vəsvəsədir, problemdən əziyyət çəkən insanlar fiziki görünüşlərindən və xüsusən də kişi bədən görünüşünün maksimum dərəcədə iri və cazibədar olmasını təmin edəcək müxtəlif üsullara əl atırlar, əzələli bədəni əldə etmək yolunda davamlı olaraq obsessiv düşüncələr və yalnızca onların gözünə görünən, onları özlərinə olduğundan fərqli göstərən görüntülərdən əziyyət çəkirlər. Bu vəsvəsə və narahatlıq fərdi patologiyadan əziyyət çəkmək həddinə çatdırır. Demoqrafik vəziyyət: Problem ilə bağlı müraciət edənlərin çox olmadığını nəzərə alsaq bu bizə bunu deməyə əsas verir ki, Adonis kompleksindən konkret olaraq dünya əhalisinin neçə faizinin əziyyət çəkdiyini bilə bilmirik. Lakin İspaniya üçün aparılmış araşdırmalara əsasən əhalinin 700.000-ə(yeddi yüz min) yaxınında bu problemə rast gəlinir. Bu narahatlıq əsasən 15-35 yaş arası kişilərdə özünü göstərir. Səbəbləri. Bu pozuntunun dəqiq səbəbini müəyyənləşdirmək çətin olsa da, elmi araşdırmalar bir sıra amillərin Adonis kompleksinin yaranmasına səbəb ola biləcəyi qənaətinə gəlir. Bunlar aşağıdakılardır: 1. Aşağı özgüvən Özgüvəninin aşağı olması və zəif özünüqiymətləndirmə bu problemin həm səbəbidir, həm də nəticəsi. Əzələ kütləsi formalaşdırmağa çalışan insanlar bu şəkildə özlərini daha yaxşı hiss edəcəklərini düşünərək fiziki görünüşləri ilə bağlı çalışmalara o qədər qapılırlar ki, bəzən bütün həyat mənasını iri biceps və ya six pack formalaşdırmaqda görürlər. Daimi olaraq özləri ilə müharibə vəziyyəti, özünə tənqidi yanaşma və özünü zəif görmə kimi özünə yönələn düşüncələr kənar fikirlərin şəxsin həyatındakı rolunu artırır və bu vəsilə ilə şəxs zehni rifahdan uzaq düşür, daimi kənar təqdir və təhriflərə bağlılıq formalaşdırır. 2. Təsvir mədəniyyəti Təsvir mədəniyyəti və cəmiyyətin təşviq etdiyi dəyərlər, inanclar insanların ətraf mühiti necə şərh etdiyinə və özümüzə hansı meyarlara müvafiq dəyər verməyimizə təsir göstərir. Daim bizi pis hiss etdirən media ilə əhatə olunuruq Qərb gözəllik kanonu nəticəsində əldə edə biləcəyimiz real olmayan gözləntiləri qarşılamadıqda bəzən gərəksizlik hiss edirik. Maarifləndirici tədbirlər bu zəhərli dəyərlərə və inanclara qarşı durmağın ən yaxşı yoludur. Arnold Şvarsneqer, Lou Ferrigno, Jay Cutler kimi şəxslərin Adonis bənzəri kişilik simvolu kimi satılması və qavranması, bir sözlə, əvvəllər dəfələrlə qeyd etdiyim sosial öyrənmə və onun alt qrupu olan rol modeli mənimsəmə bu problemin də əsas səbəblərindən biri kimi qeyd edilə bilər. 3. Zorbalık ilə formalaşan şematik dövr (7-9 yaş) Bəzi insanlarda uşaqlıqda məruz qaldıqları fiziki şiddət onların ömür boyu davam edəcək inanclarını və ən pis halda yıxıcı inanclarını formalaşdırır, buna şemalar da deyə bilərik. Yoldaşları, yaşıdları tərəfindən fiziki şiddətə məruz qalan uşaqlar bəzən sonrakı həyat boyu eyni halların yaşanmamağı üçün daimi olaraq daha böyük və daha güclü görünmək adına addımlar atırlar, fiziki güc sahibi olmaq ilə buna gedən yolda anobolik steroidlərə baş vurmağa qədər qəzəblə qalxılıb, zərərlə oturulduğu bir məqamdır bu. 4. Mükəmməlliyyətçilik Təəssüf ki, biz bu cür insanlarda özlərinə qarşı “ən yaxşı olmaq və ya olmamaq” kimi qəddar bir tələblə müşahidə edilən düşüncələrə rast gəlirik, mükəməliyyətçilik özü öz daxilində emosional mükəmməllik, qavranılmış mükəmməlliyyətçilik kimi yıxıcı kök inancları birləşdirə bilirlər. Bu mükəmməlliyətçi yanaşmalar əsasən ailə təsiri ilə formalaşmış olsa da bəzən sosial şəbəkələrdə yer alan “bodybuilding motivation” videoları vasitəsi ilə də mənimsənilə bilir. Müalicə yanaşmaları haqqında danışacaq olsaq əlbəttə ki, ilk öncə şəxsin dəyişməyə olan istəyini qeyd etmək lazımdır. Bir çox vaxt şəxs mükəmməlliyi, yaxşı bədən quruluşuna sahib olmağı patoloji hal olaraq görmür, fərqindəlik sahibi olmadıqları halda şəxslərin könüllü olaraq müraciət etməsi bu problemdə nadir hallarda rast gəlinən bir məqamdır. Müraciət etdikləri halda isə Koqnitiv-bihevioral terapiya və Koqnitiv-bihevioral terapiyalar sinfinə daxil olan Qəbul və həsr olunmuşluq terapiyası elmi araşdırmalar ilə təsdiq edilmiş bir müalicə üsuludur. Lakin burada davranışı kəsmək deyil, əsasən şəxsin avtomatik düşüncələrini neyyrallaşdırmaq prioritet istiqamət olmalıdır. Çünki bəzən bütün güzgüləri yığışdırmağımıza rəğmən davamlı olaraq vəsvəsəli düşüncələr və onların yaratdığı təşviş aradan qalxmır. Əsas etibarilə düşüncə və duyğunun neytrallaşdırmaq davranışı da tənzimləyir. Psixoloq Nəsimi Qiyasov – 30.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Münasibətlərdə “Stokholm sindromu”. Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq? Travmalı bağlılıq fenomeni Stokholm şəhərində baş verən bir bank soyğunçuluğuna əsaslanır. Bu bank soyğunçuluğu zamanı işçilər əsir götürülür. Ancaq tədqiqatçılar əsir götürülən şəxslərin əsirlikdə olduqları müddətdə soyğunçularla emosional bağlarının inkişaf etdiyini müşahidə edirlər. Əsirlərin yaşadıqları bu vəziyyətə “Stokholm sindromu” deyilir. Stokholm sindromu travmalı bağlılıq konsepsiyası ilə əlaqəli olsa da, travmalı bağlılıq, istismar və zorakılıq kor çarxını əhatə edən münasibətlərdə ikili bağlanma prosesidir. Travmalı bağlılıq tez-tez istismara və ya şiddətə məruz qalan şəxsin getdikcə gücsüz, köməksiz və həssas hiss etdiyi münasibətlərin müşayiəti ilə inkişaf edir. Ancaq travmalı bağlanma barədə daha ətraflı danışmadan əvvəl, travmatik bağlanmanın inkişafına səbəb olan dövr haqqında danışaq. Toksik münasibətlərdə, cütlüyün konflikt yaşamağı üçün bir stimul ola biləcək təcrübələr yaşandıqda ortaqlar arasındakı gərginlik artır. Təcavüzkar tərəfdaşını bu stimula görə günahlandırır və yaşadıqları gərginliyi fiziki və ya emosional şiddətə müraciət edərək daha da artırır. Lakin, bəzi hallarda, bu gərginlikdən sonra şiddətə üz tutan şəxs özünü peşman olmuş kimi göstərə bilir və ya bağışlanmaq üçün jestlər etməyə başlayır. Şiddətə məruz qalan şəxs isə təcavüzkarın yaxşı niyyətli olduğunu və səhvini başa düşdüyünü düşünür və partnyorunu bağışlayaraq münasibətə davam edir. Ancaq bu bir kor çarxa çevrilə bilər və partnyorlar bu kor çarxda tələyə düşə bilərlər. Bu dövrdə, xüsusilə təcavüzkarın üzr istədiyi və özünü bağışlatmağa çalışdığı zamanda, zorakılığa məruz qalan şəxslərdə köməksizlik hissi yarana bilər. Bəs niyə bu tip münasibətlərdə olan biri bu kor çarxı görmür və ya bu münasibətdə qalmağı seçir? Münasibətlərində şiddət və təcavüzə məruz qalan bəzi insanlar bunun birdəfəlik bir davranış olduğuna inanır və bu hadisədən sonra təcavüzkarın yaşadığı peşmanlıq, əzilən tərəfin bu inanclarını gücləndirir. Tərəfdaşlar arasındakı bağlılıq da bu müddətdə güclənir. İstismarın birdəfəlik bir şey olmadığını və ona zərər verildiyini anlayan insan üçün təəssüf ki, bu əlaqəni bitirmək asan olmaya bilər. Çünki bu müddətdə münasibətlərdəki travmatik təcrübələri özündə birləşdirən bağlar artıq güclənmiş olur. Sualımıza bir başqa cavab da öyrənmə nəzəriyyəsindən gəlir, istismar edilən şəxslərin həqiqətləri görməməsi üçün müxtəlif “manipulyasiyalara” əl atılmasıdır. Bunu qaça bilməyəcəklərini düşünən istismara məruz qalan şəxslərdə “acizlik freymi” inkişaf edir və bununla da onlar münasibətə davam etməyi seçirlər. Ümumi bir koqnitiv təhrif, istismara məruz qalanlar tərəfindən istismarın inkar edilməsi və ya önəminin aşağı salınması da bu cür münasibətlərin davam etməsinə səbəb ola bilər. Münasibətlərdə gücün qeyri-bərabərliyi artdıqca və təcavüzkarın həqiqətən onların qayğısına qaldığına dair inam formalaşdıqca, istismar edilənlər özlərini günahlandıra bilər və istismar edəni yaxşı, özlərini pis kimi görə bilərlər. Bu, fərdlərin özünə inamını və özünə hörmətini azalda bilər və bu münasibətdə qalma ehtimalını artıra bilər. Şükranlıq hissi bildirmək istəyirəm ki, işimin nəzəriyyə qismini tamamladım, yazdığım məqaləyə “işim” deyə müraciət etməyimə səbəb olduğu üçün Elvin Mabuda (Bu sənin tədqiqat işindir, “araşdırdıq” yox, “araşdırdım” yaz- demişdi) təşəkkür edir və şəxsi fikirlərimi bildirmək istəyirəm. Kor çarx necə yaranır? Hakan Türkçapar “Fark et, düşün, hiss et, yaşa!” kitabında bu prosesi belə ifadə edir: Bir sabah işə gedəndə qapının kilidinin əvvəlki kimi bir dəfə çevrildikdə yox, iki dəfə çevrildikdə bağlandığını görürsən, o biri gün isə üç cəhddə, daha sonra beş cəhd, sonra on cəhddə və beləcə sən rituallaşmış davranış sərgiləyir “Bu dəfə bağlanacaq” deyə-deyə hər gün 10 dəqiqəni qapının önündə açar çevirərək keçirirsən. Bu kor çarxdır. Münasibətlərdə də bir ömür bəzən bir insanın sizin istədiyiniz insana çevriləcəyini gözləməklə keçir. İlk tanış olduğunuz zamanlarda sizə çox yaraşdığını dediyi donunuzu geyinməyə icazə vermir. Siz hadisəyə özünüzə məxsus məna yükləyirsiniz “məni sevir və başqalarının nəzərindən qorumaq istəyir”. Və ya başqa situasiyaya diqqət yetirək, sizin bir tələbə və ya iş yoldaşınızla söhbətinizə şahid olur və əvvəllər sizin ən çox sevdiyiniz yönünüz kimi qeyd etdiyi ünsiyyətcilliyinizi sorğulayır “deməli mən səni xoşbəxt edə bilmədiyim üçün sən başqa emosional bağlar qurur, dostlar qazanmağa çalışırsan, eybi yoxdur.”. Siz burda koqnitiv təhrif olaraq “günahlandırma”nın bir növü olaraq özünüzü günahlandırırsınız. Burda yenə siz psixoloji zorakılığa qurban gedən olduğunuz halda özünüzü cəllad hesab edirsiniz, ortada bir “gözüyaşlı manipulyator” var, sizin anlayacağınız sevgi yenə aranızdakı münasibətə “əli üzündə” baxır. “Böyütmə və kiçiltmə, yaxud Durbin effekti” Bir gün cənab evə gəlir, işdə yorulub, sabah qonşu ilə marketə gedəcəyinizi deyirsiniz, “Sən özbaşınasan?” sualı ilə rastlaşırsınız, “Sən məşğul olursan, işdə olursan, uşaqlara və evə alınacaq olanlar var”, məqsəd qalır mərkəzdən uzaqda cənab sizə “Mən sizə baxmaq üçün işləyirəm”deyir, siz də bu vaxtı əsas mövzudan uzaqlaşır və “İmkan versən mən də işləyərdim” deyirsiniz, cənab kreslodan qalxır, pultu stolun üstünə atır və sizə zərbə endirərək “Mən sizə baxa bilmirəm? İndi də deyəcəklər ki, Alı “arvadı”nı işlədir?”. Bu ilk dəfə baş verən hadisə deyil, siz gecə olanları yenidən xatırlayır və belə bir nəticəyə gəlirsiniz ki, o sizə sizi düşündüyü üçün əl qaldırıb, “Məni düşünür, insanların haqqımda mənə layiq olmayacaq nə isə deyəcəyindən ehtiyat edir, məni özünə aid edir”. Qeyd edilən keysdən də göründüyü kimi burada xanım situasiyanı real tərəfini kiçildir, qeyri-real və ya özünün mənalandırdığı məqamı isə böyüdür. Nəticədə siz sizə zərər verən insanı “mələk” kimi qəbul etdiyiniz halda bütün digər insanları ümumi bir tərəzi ilə dəyərləndirir və şərin mənbəyini kənarda axtarırsınız. Uzun sözün qısası, müəllim, nə edək biz? İnsanlar bir münasibətdə olduğu zaman yaşadıqlarının adını tam olaraq bilmədiyi müddət ərzində ya “qurban”, ya da “cəllad” rollarını ifa edirlər. Qarşılarındakı insanların azadlığına aşiq olub, sonra o insanın ətrafına “tikanlı məftil” çəkirlər. Bu cür toksik münasibətlər bizlərə zaman itkisi və özgüvən itkisi yaşatdığı halda heç nə qazandırmır. Bu yolda qazanc yalnız bir halda mümkün ola bilər. Necə? Mövcud münasibətlə bağlı inancımızı yenidən qiymətləndirməklə. Bunu etməyiniz üçün sizə faydalı olduğunu düşündüyüm bir texnikanı nümunə olaraq qeyd edəcəm. Bu texnika həm “yıxıcı inanclar”ı, həm də “avtomatik düşüncə”ləri təyin etməyə, onun fayda və zərərlərini araşdırmağa xidmət edir. 1. Əvvəlcə düşüncə izlənilir. Situasiyanı xatırlayır və özümüzə “Hal-hazırda nə düşünürəm?” sualını veririk, o Düşüncəni vərəq üzərində qeyd edirik. 2. Əgər düşüncəni tapmaq çətindirsə: A. Bu hadisəni xatırladıqda özümü necə hiss etdim? B. Belə hiss etməyimə səbəb nədir?- sualını verərək “avtomatik düşüncə”ni təyin edirik. 3. Düşüncəni bir vərəqin yuxarısına qeyd edirik. 4. Bu situasiyanı dəyişmək üçün “səbr etmək”dən başqa alternativ çıxış yolları haqqında düşünürük. Bu alternativ yolu “dəyişmək” şərti adı ilə qeyd edin. Vərəqi iki hissəyə ayırın. Məqsəd: Dəyişmək Fayda: 1. Daha psixoloji və ya fiziki bir zorakılığa məruz qalmayacağam. 2. Dostlarımla münasibətlərim mənasız qısqanclıq səbəbindən korlanmayacaq. 3. Ayrılsam da, tək qalsam da ən azından yanlış insanın yanında olmaqdan daha yaxşıdır. 4. Kim bilir, bəlkə də bir gün qadın cinayətinin birinə də mən qurban gedəcəyəm, nə qədər ki, yaşayıram həyatımın qeydinə qalmaq borcumdur. 5. Məni həqiqətən anlayan insanlara rast gələ bilərəm. Zərər: 1. Onu sevirəm, ayrı qalmaq çətin olacaq. 2. Bəlkə peşman ola bilərəm. Mənbə: 1. Reid, J. A., Haskell, R.A., Dillahunt-Aspillaga, C. & Thor, J.A. (2013). Contemporary review of empirical and clinical studies of trauma bonding in violent or exploitative relationships. International Journal of Psychology Research, 8(1), 37-73. 2. Dutton , D. G., & Painter, S. L. (1981). Traumatic Bonding: The development of emotional attachments in battered women and other relationships of intermittent abuse. Victimology: An International Journal, 7(4), 139-155 3. Dutton, D. G., & Painter, S. (1993). Emotional Attachments in Abusive Relationships: A Test of Traumatic Bonding Theory. Violence and Victims, 8(2), 105-120. Psixoloq Nəsimi Qiyasov - - 29. 03.2021 Azərbaycan, Bərdə şəhəri.
Obsessiv-kompulsiv pozuntu: Düşüncə sən deyilsən. Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur. Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu Qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar). Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir14. Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır Obsessiv-kompulsiv pozuntuya nə səbəb olur? OKP-nin İnkişaf etmə şansı bu simptomlara yoluxmuş şəxslərin birinci dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş, övlad) daha çox müşahidə oluna bilər. Belə ki, burada bəzi genetik elementlər ola bilər. Lakin indiyə qədər OKP ilə bağlı heç bir gen tapılmayıb. Obsessiv-kompulsiv pozuntuya kimlərdə rast gəlinir? OKP İstənilən yaşda yaşana bilər, əsasən, 19-30 yaşlararası*, həmçinin uşaqlarda da inkişaf edə bilər. OKP-yə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir*. *Obsessiv-kompulsiv pozuntuya qadınlarda daha çox rast gəlinsə də Obsessiv kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusuna kişilərdə daha çox rast gəlinir. *Obsessiv kompulsiv pozuntu üçün hazırki başlanğıc yaş 12-dən 7,5-ə düşmüşdür. Obsessiv-kompulsiv pozuntuya necə diaqnoz qoyulur? OKP-yə diaqnoz qoyulması üçün daha təfsilatlı qiymətləndirməyə ehtiyac duyulur. Bu, həkiminiz tərəfindən yerinə yetirilə bilər. Qiymətləndirmədə sahib olduğunuz obsessiv fikirlər və kompulsiyalar, onların sizə və gündəlik həyatınıza necə təsir etməsi dəyərləndirilir. Olur ki, Siz tez-tez və çox yuyunasınız? Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız? Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz? Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız? Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz? Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz? Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə işləməyə, ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə mane olur? Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(Obsessive Compulsive Personality Disorders - OCPD) olan şəxslər tamamilə nəzarət altında olmayan hər mövzuda çarəsizlik hiss etmək, daima nizam-intizam, “qayda-qanunlar”, maksimalist, məqsədinə çatmaq üçün mübarizə aparan, dəyişikliyə qarşı ciddi müqavimət göstərirlər. Bu şəxsiyyət pozuntusu OKP(obsessiv-kompulsiv pozuntu) nevrozu ilə qarışdırılsa da əslində bir – birindən tamamilə fərqlənir. Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər. Psixoloqlar yuxarıda sadalanan şəxsiyyət pozuntularını anlayır və fərqli kateqoriyalara bölür, bu problemlərdən əziyyət çəkən insanlara kömək etməyi bacarırlar. Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, elastiklik, açıqlıq və məhsuldarlıq bahasına nizamlılıq, mükəmməlliyyətçilik, zehni və münasibətlər arası münasibətlərdə kontrol etmə üzərinə baş yormaq: 1- Görülən işin məqsədini unutduracaq dərəcədə detallar, xırdalıqlar, qaydalar, siyahılar, sıralamalar, təşkil etmə və ya proqramlama ilə məşğul olur. 2- İşin yekunlaşmasını çətinləşdirən mükəmməlliyyətçilik göstərir (məs.: özünəməxsus hədsiz qatı meyarları reallaşmadığı müddətcə işini tamamlaya bilmir). 3- Asudə vaxtlarını dəyərləndirmə fəaliyyətlərindən və dostlarından məhrum qalacaq dərəcədə özünü işə və ya məhsuldarlığa həsr edir (mədəni və ya dini identifikasiya ilə izah edilməz) 4- Əxlaq, dürüstlük və ya dəyərlər kimi mövzularda vicdanın səsini hədsiz dinləyər və elastiklik (flexibility) göstərməz. 5- Xüsusi bir dəyəri olmasa da köhnəlmiş ya da dəyərsiz şeyləri əldən çıxarda bilmir. 6- Başqaları, eynilə özünün etdiyi kimi etməyi qəbul etmədikcə, vəzifə bölgüsü etmək və ya başqaları ilə birlikdə işləmək istəməz. 7- Pul xərcləmək mövzusunda həm özünə, həm də başqalarına qarşı xəsis davranır: pulu gələcəkdə ortaya çıxa biləcək fəlakətlər üçün yığılmalı olan bir şey kimi görür. Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu ailə kökü • Uşağı müəyyən standartlara uyma şərtləri ilə “sevən”, şərtlərlə sevgi göstərən ata-ana, • Qaydalara riayət etməməyin fəlakətlə nəticələnəcəyi inancını yerləşdirən hadisə və mövqelər, • Ata-ananın dominant olduğu, duyğuların basdırıldığı ailələr. • Qaydalar və standartlara riayət edilmədiyində utanc və tənqidlə uşağı manipulyasiya edən ata-ana. • Özü haqqında təməl inanc: • Dünyam kontroldan çıxa bilər! Digərləri haqqındakı inancı: • Digər insanlar məsuliyyətsiz ola bilər! • İnsanlara güvənmək olmaz! Ara inancları: • Əgər mən tamamən kontrol etməsəm, dünyam alt-üst ola bilər. • Əgər qəti qaydalarım və planım olarsa, işlər yolunda gedər. • Doğru və yanlış davranışlar, qərarlar və duyğular vardır. Bihevioral strategiya: Hadisələri olanı möhkəm şəkildə kontrol etmək. İnsanları sərt formada kontrol etmək. Həddən aşan olan strategiyaları: Kontrol etmə arzusu Məsuliyyət hiss etmə Sistemliliyə sadiqlik Duyğular: Təşviş və depressiya. İki diaqnozu fərqləndirən xüsusiyyətlər bundan ibarətdir ki, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən şəxs obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxsdən fərqli olaraq mövcud olan bir problemin fərqindədir, əlamətlərin narahatedici olduğunu bilir, müalicə üçün can atır. Obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxs isə əksinə, davranışlarını “olmalı olan” kimi qəbul edir, bunu anomaliya yox, norma hesab edir. Bu şəxsiyyət özəlliklərinə sahib olan şəxslər adətən mövcud bir problemin olmadığını düşündükləri üçün onların müalicəsi hər vaxt rast gəlinən bir hadisə deyil, sadəcə müraciət etmirlər. Obsessiv kompulsiv pozuntuda özü-özünə yardım üçün bir neçə koqnitiv davranışçı texnikaya diqqət edək: 1. Obsessiv-kompulsiv şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə obsessiyaların “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Obsessiya stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. OKP çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “Obsessiya stansiyasında” “istirahət” üçün 10 dəqiqə vaxt ayırır, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və bu üsulla da tədricən dünən bəhs etdiyim qorxu nərdivanınızı qurmaqdır. 4. Sistematik və ya birbaşa üzləşmə: psixodinamik terapiyaların tərəfdarları daim məruzburaxmaların qalıcı xəsarətlər yaradacağına dair əsaslı dəlillər tapacaqlarına ümid ediblər. Halbuki “məhəbbət xəstəliyinin” müalicəsi belə bizə ya həmin şəxsdən çox-çox uzağa getməyi, ya da ona tam yaxında dayanmağı tələb edir, dolayısı ilə üzləşmə şəxsi narahat edən qeyri-funsional düşüncələrin qulyabani deyil, sadəcə müqəvva olduğunu şəxsə göstərir. Sistematik üzləşmədə bir neçə qorxulan məqamdan danışılır, bu məqamlar 40-100% şiddətlə dəyərləndirilir, ən aşağı şiddətli təşviş yaradan düşüncədən əsas qeyri-funsional düşüncəyə qədər bir neçə həftəlik proqram hazırlanır. Birbaşa üzləşmə isə düşmən düşüncələrin cəbhə dərinliyinə girmək və elə birbaşa əsas problem yaradan Obsessiya ilə üzləşməyi, bu zaman təşvişin şkala üzrə artmasını bir neçə dəqiqə sonra enən xəttə keçməyini müdafiə edir. Ədəbiyyat siyahısı: 1.Amerikan Psikiyatri Birliği, Ruhsal Bozuklukların Tanısal ve Sayımsal Elkitabı, Beşinci Baskı (DSM-5), Tanı Ölçütleri Başvuru Elkitabı’ndan, çev. Köroğlu E, Hekimler Yayın Birliği, Ankara, 2013. 2. Arthur Freeman-Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Atolye çalışmaları, 22-23 eylül 2013, Psikoterapi enstitüsü, 2013 3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Obsessiv kompulsiv pozuntuların müalicə və diaqnostikasına dair tibbi protokol, Bakı, 2015 4. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 5. David Klark, Purdon-Takıntılarla başa çıkmak, Psikonet Yayınları 6. Greenberger, Christine Padesky-Evinizdeki terapist: klinisyenin el kitabı, Altın kitaplar yayıncılık 7. https://www.google.com/amp/s/shebnemsadigova.com/2018/05/04/sp-c/amp/ 8. https://psixoloq.az/article/shexsiyyet-pozuntulari-shexsiyyet-davranishin-qeyri-iradi-sferasinda Psixoloq Nəsimi Qiyasov—06. 04. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Xroniki empatiya və düşüncə aludəçiləri. Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. Overthinking deyilən düşüncə bağlılığı fəaliyyətdə kəskin azalma, ünsiyyət problemləri, yuxu və qida qəbulu kimi müxtəlif problemlərlə özünü göstərir. Problemin səbəbini araşdırmaq özü-özlüyündə çətin bir prosesdir, çünki bu cür insanlar hər hansı bir ağrı, hər hansı bir qida qəbulu pozuntuları ilə bağlı vəziyyətlərinin fərqinə varsalar belə düşünməyin nə kimi, problem olduğunun fərqində olmurlar. Bu konsepsiya xroniki hal alaraq bəzən insanların həyatı üçün təhlükə yaradır. Hamımız müəyyən vaxtlarda həddindən artıq düşünür və narahat hiss edirik, lakin bu hisslərin də bir həddi olur. Yenidən eyni məqamları düşünmək, eyni fikri davamlı şərh və təhlil etməyə aludəçilik bu problemin ayrılmaz hissəsidir. Düşünməyə meylli insanların tez-tez həyat keyfiyyətlərində enmələr görünür və dəfələrlə eyni hadisələri düşünmək, ssenarilər yaratmaq ilə bağlı tələbat nəzərə çarpır. Belə insanlarda təşviş , stres artır, qorxu, ümidsizlik, ruh düşkünlüyü baş qaldırır, yaşadıqları anın dadını çıxara bilmirlər. Beləliklə, gündəlik həyatda performansı və motivasiyası get-gedə azalır. Xroniki empatiyanın rolu: özgə oduna yanan pərvanələr. Empatiya nədir? Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Empatlar çox həssas insanlardır. Hər şeyi hiss edirlər və duyğularını səmərələşdirməyə daha az meylli olurlar. Onlar üçün hissiyyat görmək, eşitmək qədər önəmlidir, olmazsa olmaz bir parçaları halına gətirdikləri bu xüsusiyyət onları zaman-zaman yaralayır. Yad ağrıları öz ağrıları kimi hiss edər və bəzən heç fərqində olmadan başqalarının problemləri üçün çıxış rolu axtardıqlarını görə bilərsiniz. Xroniki empatiya deyə adlandırdığım bu problemə Türkiyə türkçəsində olan mənbələrdə sadəcə “Empat” deyirlər ki, mən bunu qəbul edib yaza bilmirəm, çünki empat insan zatən empatiyanın keyfiyyət olaraq daşıyıcısıdır, bəs gəlin görək əsas fərq nədən ibarətdir? Burda özümüzü qarşımızdakının yerinə qoyub anlamaqda heç bir kənaraçıxma yoxdur, çünki bunu həssas və ya İnsan-İnsan peşə qruplarına aid şəxslər asanlıqla bacarır, lakin bunu edərkən onlarda davamlı baş ağrıları, günlər, həftələr ərzində davam edən ruh düşkünlüyü müşahidə edilmir, xroniki empatiyanın daşıyıcıları isə əksinə başqa dərdlərə köklənir, şəxsi problemlərini heç hesab edir, dərslərində, işlərində geriləyir, düzgün yuxu və qida rejimini itirirlər, bir sözlə öz həyatlarını səssizcə alır, başqa birinin ağrılarını həmin şəxsin özü və hətta bəzən ondan da çox hiss edirlər. Xroniki empatiyadan əziyyət çəkən insanların problemin fərqinə varmaqları bəzən zaman alır, bəzən isə ümumiyyətlə bunu şəxsiyyət keyfiyyəti olaraq qəbul edərlər və heç bir yardım almağa ehtiyaclarının olmadığını düşünürlər. Xroniki empatiyadan əziyyət çəkən şəxsin vəziyyətinin fərqinə varması psixoloqdan emosiya mərkəzli yanaşma tələb edir, burada hekayələr qurmağa ehtiyac ola və ya Rasional emotiv koqnitiv canlandırmalara ehtiyac duyula bilər: “Gözlərini yumub müharibədə olduğunu, hər tərəfdən üzərinizə mərmilər və güllələrin yağdığını xəyal et! Topların gurultulu səsi qulaq batırır, hava qaralmağa doğru gedir, izburaxan güllələr gecə vaxtı uçan May böcəyi kimi işıq saçır. Qırmızı, yaşıl güllərin havada uçduğunu görə bilirsən? Bu vaxt lap yaxında bir mərmi partlayır və tanış bir səsin kömək istədiyini görürsən. Bu səndən kömək istəyən kimdir? Hansı sənə yaxın olan insan gəldi ilk olaraq ağlına? Onun üzünü tam detalları ilə təsvir etməyə çalış, ayağından yaralanıb, qəlpə əzələyə tuş gəlib və onu xilas etmək mümkündür. Bu vaxt necə davranardın? Xilas etmək yolu olaraq nə gəlir ağlına? Ən yaxşı üsulu tapıb onun yanına gedib onu ordan çəkib çıxarmaq, yoxsa onun dərdi üçün ağlayıb onu da özünü də taleyin ümidinə buraxmaq? Hansını etsən daha faydalı ola bilərsən, ağıllı çıxış yolu ilə silahlanan sən, yoxsa emosiya ilə yüklənən sən bu zaman daha faydalı olarsan? Zaman gedir, bu gün üzərindən həll etmədən keçdiyimiz məsələlər test kitablarında üzərindən keçdiyimiz suallar kimi natamamlıq yarada bilər, hər kəsə kömək etmək mümkün deyil, amma başqa ağrıları özününkü kimi hiss etmək, yoxsa birlikdə problem həll etmək qarşımızdakı və bizim üçün daha faydalı ola bilər? Yaxşı bir plan qur və dostunu xilas et!” Bu tapşırıq özü-özlüyündə qorxulan görüntü texnikasına oxşayır, lakin xroniki empatiyada istifadə üçün onun üzərində biraz modifikasiya işi görmüşəm. Klassik modeldə də, mənim təklif etdiyim müharibə metaforası modelində də məqsəd yaşanan hadisəyə uzaqdan nəzər salmaqdır. Çünki xroniki empatiya odun mərkəzində dayanmaq və səslərə köklənməkdirsə bu texnika, “müharibə metaforası” hadisələri kənardan izləyib nəticə çıxarmaqdır. Düşüncə bağlılığı yaşayan şəxslər(bundan sonra overthinker) üçün seçdiyim bir neçə texnikanı problemin həllinə kömək məqsədi ilə sizinlə paylaşmaqdan məmnunluq duyuram. 1. Overthinker şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə düşüncələrin “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Overthinking stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. Düşüncə aludəçiliyi çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “overthinker stansiyasında” “istirahət” üçün 10 – 30 dəqiqə vaxt ayırırıq, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir əsas məqsəd, çünki iradi səy ilə aralıq düşüncədən əsas düşüncə həddinə gətirilən düşüncələr bir müddət sonra adiləşir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və onlarla üzləşdikcə onların əslində maket canavar olduğunun fərqinə varmaqdır. Psixoloq Nəsimi Qiyasov – 19.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Sən, mən və travma. Travma bir insanın həyatı üçün birbaşa təhdid və ya başqa bir insanın həyatı üçün bir təhlükənin şahidi olduğumuz halda inkişaf edən bir narahatlıqdır. Əslində travmatik hadisələrin ümumi tərifi yoxdur. Təbii fəlakətlər, istismar, təcavüz, qətl, terror aktları və s. Kimi məqamlar travmaya səbəb ola bilər. Bir insana travmatik təcrübən olan bir hadisə başqalarının baxış prizmasından çox normal həyat hadisəsi sayıla bilər. Travma ilk növbədə fizioloji bir prosesdir, sonra duyğu və qavrayış, düşüncə fonunda inkişafı onu psixoloji problem olaraq ortaya çıxarır. Korreksiya edilə bilən travmatik hadisələrin ən çətin forması 0-6 yaş arasında meydana gələn vəziyyətlərdir, soruşulduqda, fərd bu xatirələri xatırlamaqda çətinlik çəkir, ancaq şüur bu anları dönə-dönə yaşayır. Travmaya “əlverişli olan” ikinci mərhələyə biz yeniyetməlik dövründə rast gəlirik, bu dəfə hadisələr dumanlı olsa da, daha yaddaqalan olur, daha asan xatırlanır, lakin yenə də baş verəni tam xatırlamaq nadir hallarda mümkün olur. Elmi araşdırmalara baxdığımız zaman, ‘bu hadisələr açıq bir şəkildə xatırlanarsa, bu travma olmazdır” yanaşmasına rast gəlinir, deməli tam xatırlanmaya imkan verməməklə şüur hardasa özünü qorumağa çalışır. Travma başqa bir çox təşviş pozuntularında olduğu kimi, həyata güvənsiz bir yermiş yanaşması ilə müşahidə edilən və davamlı olaraq yenidən həmin travmatik təcrübənin yaşanacağı ehtimalı ilə insana rahatlıq verməyən bir psixoloji narahatlıqdır. Bir müştərimin ifadə etdiyi kimi deyəcək olsam “Nəsimi, mən qorxmaqdan qorxuram.”, qorxu əslində özlüyündə funksional bir duyğudur, insanı məhv olmaqdan qoruyan bir emosiyadır. Mənim müştərimin yaşadığı isə Koqnitiv-bihevioral yanaşmada, yıxıcı kök inancları sinfində yer alan “Emosiya fobiyası” dır, emosiya fobiyası yaşayan şəxslər davamlı olaraq “Bu qədər qorxmamalıyam”, “Bu qədər narahatlıq yaşamamalıyam” kimi amiranə ifadələrlə özlərinə yanaşdıqları üçün deməli travma özü-özlüyündə həm də şemanın məhsulu olaraq ifadə edilə bilər. Əlbəttə ki, daha böyük bir rolu burda bizim hadisələrə yanaşma və onları qavramaq formamız tutur, çünki həyat olduğu kimi deyil, bizim onu qavradığımız kimidir. Psixologiya elminə tərif verdikdə də Azərbaycan dilində olan ədəbiyyatlarda tərifin ilk hissəsi bu cür yazılır “Psixologiya obyektiv aləmin subyektiv inikası olub... “, yəni ümumi mənzərənin sənin, mənim, onun pəncərəsindən görünən hissəsi bizim psixikamızı formalaşdırır. Ailədaxili münasibətlərdə şiddət bir travma mənbəyi kimi. Yuxarıda qeyd etdiyim kimi travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. Psixoloq Nəsimi Qiyasov – 21.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri.