Mütəxəssislərə görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin sirri, bədən dilində gizlənir! Müəllifi Tracey Cox olan "Necə Biri Olmaq olar, Necə biri əldə edilir" (How To Be One, How To Get One) adlı kitab kişilərin bədən dilindən istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün də yeni bir xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir:
ƏMIN ADDIMLAR ATIN
* Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın.
* Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar.
* Naz edin! Yeriyərkən ombalarınızı nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz o qədər artar!
* Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin.
* Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi dimdik qarşınıza baxın.
* Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın olduğu mesajını verir.
* Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən addımlar atır.
Hazırladı : Aytən İslamzadə