Anar Nağılbaz vəfat edib - Ölüm xəbəri təsdiqləndi

Tanınmış reper Anar Nağılbaz vəfat edib.
Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib.
Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.