Anoreksiya nervoza nədir?
Qidalanma pozuntularından biri olan anoreksiya nervozadan əziyyət çəkən şəxslər kök olmaqdan, artıq çəki yığmaqdan həddən artıq qorxurlar.
Əlamətləri nədir?
Bu xəstəliyin əsas əlamətləri :- Arıq bədən quruluşlu olmaq arzusu- Kökəlməkdən ifrat qorxu- Arıq olmalarına baxmayaraq kök olduğlarını düşünürlər- Həyatlarının əksər hissəsini müxtəlif diyetalar saxlamaqla keçirirlər- Arıqlamaq üçün fasiləsiz idman etmə, müxtəlif qarın işlədici dərmanlar atmaq- Aybaşı pozuntusu daxil müxtəlif sümük və böyrək xəstəlikləriBütün bunlardan başqa bu şəxslərdə depressiya və həyəcan pozuntusunun da əlamətləri əksər hallarda müşahidə olunur.
Kimlərdə daha çox rast gəlinir?
Yeniyetmə və gənc qızlarda daha çox rast gəlinən bu xəstəlik bəzən böyük insanlarda da müşahidə olunur.Kişilərdə rastgəlmə ehtimalı aşağıdır.Əksər hallarda 14-18 yaşlarında başlayır.
Anoreksiya nevrozanın yaranma səbəbləri nədir?
Konkret səbəb bilinmir.Lakin bu xəstəliyə daha çox meyilli olan şəxslər irsiyyətində anoreksiya nevroza olanlarla bərabər aktrisalar, rəqqasələr, müğənnilər, model kimi bədən quruluşuna daimi nəzarət edilməli peşə sahibləridir.
Anoreksiya nevroza olan şəxslər hansı davranışları edirlər?
Xəstələr yağ və karbohidrat tərkibli qidalardan demək olar ki, istifadə etmirlər.Günlərinin əksər hissəsini yeməklərin tərkibini araşdırmaqla keçirir özlərinə və ailələrinə xüsusi menyular tərtib edirlər.Qəbul etdikləri qidanın kalorisini mütləq hesablayıb sonradan o kalorini əritmək üçün fasiləsiz idman edə bilərlər.Tez tez tərəziyə çıxıb çəkilərini yoxlayan bu şəxslər güzgü qarşısında çox vaxt keçirirlər.Bəziləri arıq olmalarına baxmayaraq bütün bədənin kök olduğunu iddia etsələr də bir qrupu bədənin bəzi yerlərinin məsələn bud, qarın, çanaq hissənin kök olduğunu deyirlər.Lazım olduğundan çox arıq olan bu insanlarda ciddi menustrasiya pozuntusu və cinsi istəkzlilik yaranır.
Anoreksiya nervoza necə müalicə edilir?
Əgər bu xəstəliyin ən az 2 əlaməti belə sizdə varsa müalicəyə başlamağınız tibbi göstərişdir.Müalicəyə başlamamışdan əvvəl həkiminiz sizdən müxtəlif analizlər istəyə bilər.Boy çəki indeksiniz mütəmadi kontrol olunmalıdır.Anoreksiya nervoza psixoloji problemlə bərabər uzun müddət az qida qəbuluna bağlı orqanizmdə müxtəlif əlavə xəstəliklər də yaradır.Müalicə prossesində bu mütləq nəzərə alınır.Xəstəliyin müalicəsi bir çox hallarda ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir.İlkin seçim olaraq antidepressant müalicəsi tövsiyyə olunsa da paralel psixoterapiya əvəzedilməzdir.
Ölüm ehtimalı varmı?
Psixitarik xəstəliklər içində ən çox ölüm ehtimalı olan məhz bu problemdir.Ölüm səbəbi əksər hallarda bədəndə azalmış elektrolitlər, orqanizmin həddən artıq susuzlaşması və ifrat aclıq olur.