Arıqladım hər şey dəyişdi,yeganə dəyişməyən-Psixoloq Narınc Rüstəmova

Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız  peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq 

Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin...

494c95810d41483fe0c78bb2824730c9.jpg

Psixoloq.az