Assertivlik nədir?

Assertivlik nədir?

Dilimizə günü gündən yeni terminlər daxil olur. Belə terminlərdən biri də assertivlikdir.  Assertivlik sözü ingilis mənşəli olub – “iddia etmək” deməkdir. İnsanın öz şəxsi düşüncəsini iddialı şəkildə sübut etməsidir.

Psixoloqlar söyləyir ki, bu xüsusiyyətə malik  insan - iddialı,  yetkin, özünəinamlı və başqalarının hüquqlarına hörmət edən, kənar təsirlərdən asılı olmur.

Assertivlik- özünü israrla sübüt etmək, hisslərini ifadə etmək, inandırma, münaqişədən qaçma yolu, daxili güc kimi xüxusiyyətləri bir-birində birləşdirən bir davranışdır. Bu qabiliyyət xarici təzyiq şəraitində insanın maraqlarını və davranış xəttini düzgün müdafiə etmək üçün səssiz şəkildə  uyğun olmayan şeylərə "xeyr" deyəməyə imkan verir,  sosial cəhətdən məqbul bir şəkildə isə hüquqlarınızı qorumaqda israrcı bir davranış kimi özünü göstərir.

Assertiv insan-özgüvənli, özünəinamlı və məqsədyönümlüdür. O, istənilən bir münaqişədən və mübahisədən qaçmaq üsullarını biləndir. Nə aqressivdir, nə də ki, passiv- sadəcə olaraq hər birmübahisədən qaçmaq üsullarını biləndir.  Nə aqressivdir,  nə də ki, passiv- sadəcə olaraq hər bir məsələdən çıxış yolu tapmağı bacarandır.

Yəqinki hər birimiz belə olmaq istərdik?!  Buna necə nail olmaq olar? Əslində hər birimiz belə bir vəziyyətlə rastlaşırıq. Dərhal reaksiya verməkdənsə daha sakit tonla hadisəyə fərqli bir reaksiya verə bilərik. Məsələn,  sizi münaqişəyə vadar edirlər və ya kəskin şəkildə nədəsə gunühlandırırlar. Siz harda səhv buraxdığınızı və yenidən hər şeyi yoxlacağınıza vədd verin. Həmin insan da sizi kəskin şəkildə günahlandırmaqdan qaçacaq. Bu və ya digər vəziyyətlərdə müşahidə edə bilərsiniz ki, düzgün məqamda deyilən doğru sözlər sizi digər insanların gözündə, həmçinin öz gözünüzdə ucaldır. Hətta “yox” sözünü də aqressiv və kəskin olmadan  demək olar.