Klinik Psixoloq
Toksik insanlar kimlərdir? Toksik insanlar. Bu termin çox vaxt zərərli və ya mənfi təsir göstərən şəxslər üçün istifadə olunur. Bu yazıda toksik insanların xarakterik xüsusiyyətləri, onların ətraf mühitə təsiri və onlarla necə başa çıxmaq lazım olduğunu araşdıracağıq. Toksik insanların xarakteristik xüsusiyyətləri Özünü düşünmək Toksik insanlar adətən özlərini düşünür və başqalarının hisslərinə biganə qalırlar. Bu insanlar əsasən öz maraqlarını nəzərdə tutur, başqalarının ehtiyaclarını və hisslərini nəzərə almırlar. Onlar üçün ən əsası öz məqsədləri və arzularıdır. Özünü düşünmək bu tip insanların əsas xüsusiyyətlərindən biridir və bu xüsusiyyət onların ətrafdakı insanlarla münasibətlərinə də təsir göstərir. Manipulyasiya Bu insanlar başqalarını öz maraqları üçün manipulyasiya etməkdə usta olurlar. Onlar insanları aldatmaq və istismar etmək üçün müxtəlif taktikalar istifadə edirlər. Manipulyasiya toksik insanların ən təhlükəli davranışlarından biridir. Onlar başqalarını öz iradələrinə tabe etmək və mənafelərini təmin etmək üçün yalan danışmaqdan, məlumatları səhv şəkildə yaymaqdan və hətta qorxu yaratmaqdan çəkinmirlər. Bu tip davranışlar onların ətrafındakı insanlara mənəvi və psixoloji ziyan vura bilir. Neqativ enerji Toksik insanlar tez-tez neqativ enerji yayırlar. Onlarla ünsiyyət qurmaq çətin olur və adətən onlar ətrafdakılara mənfi hisslər bəxş edirlər. Onların mənfi enerjisi ətrafdakı insanların ruh halına, motivasiyasına və hətta sağlamlığına mənfi təsir edə bilir. Bu insanlarla münasibətdə olanlar tez-tez özlərini yorğun və məyus hiss edirlər. Qərəzli davranışlar Onlar başqalarına qarşı qərəzli və haqsız davranışlar sərgiləyə bilirlər. Bu, ətrafdakı insanlara ziyan vura bilər. Toksik insanlar öz mənafelərini təmin etmək üçün ədalətsiz və qeyri-etik yolları seçməkdən çəkinmirlər. Onların qərəzli davranışları ətrafındakı insanların inamını və etibarını sarsıdır, münaqişə və anlaşılmazlıqlara səbəb olur. Toksik insanlarla necə başa çıxmalı Həddini bilmək Toksik insanlarla ünsiyyətdə həddini bilmək çox vacibdir. Onlarla münasibətlərdə öz hüdudlarınızı qorumağı bacarmalısınız. Öz hüdudlarınızı müəyyən etmək və bu hüdudları qorumaq toksik insanların mənfi təsirlərindən qorunmağın ən yaxşı yoludur. Bu hüdudlar, fiziki məsafədən tutmuş, emosional və psixoloji məsafəyə qədər ola bilər. Özünüzü qorumaq üçün lazım gələrsə, bu insanlarla olan əlaqələrinizi məhdudlaşdıra və ya tamamilə kəsə də bilərsiniz. Pozitiv münasibət Pozitiv və sağlam münasibətlər qurmaq toksik insanların təsirindən qorunmağın ən yaxşı yoludur. Pozitiv insanlarla ətrafınızı əhatə etmək vacibdir. Bu, sizə mənfi enerjilərdən qorunmaq və özünüzü daha yaxşı hiss etmək üçün lazımi dəstəyi verəcək. Pozitiv insanlarla münasibət qurmaq, həm şəxsi, həm də peşəkar həyatınızda müsbət təsirlər yaradır. Bu insanlar sizə güc verir, özünüzü daha yaxşı ifadə etməyə və öz hədəflərinizə doğru irəliləməyə kömək edirlər. İntiqamdan uzaq durmaq Toksik insanlarla münasibətlərdə intiqam hissindən uzaq durmaq lazımdır. Bu cür hisslər sizi də mənfi təsirlərə məruz qoya bilər. İntiqam almaq istəyi vəziyyəti daha da pisləşdirə və özünüzə daha çox zərər verə bilər. Onun əvəzinə, məsələləri həll etməyə və irəliyə baxmağa diqqət yetirin. Mənfi hisslərdən uzaq durmaq və öz ruh halınızı qorumaq üçün müsbət fəaliyyətlərə və düşüncələrə yönəlməyiniz yaxşı olar. Dəstək axtarmaq Bu cür insanlarla ünsiyyətdə çətinlik çəkirsinizsə, dostlar və ya peşəkar məsləhətçilərdən dəstək almaq faydalı ola bilər. Dəstək qrupları, terapevtlər və ya etibarlı dostlar sizə məsləhət və dəstək verə bilərlər. Onlarla danışmaq və öz təcrübələrinizi bölüşmək, hisslərinizi ifadə etməyə və vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər. Toksik insanlarla ünsiyyətin təsirinə qarşı strateji yanaşmalar Münasibətlərdə sağlamlığın əhəmiyyəti Sağlam münasibətlər qurmaq həm şəxsi, həm də peşəkar həyatda vacibdir. Toksik insanlarla ünsiyyət qurmaqdan qaçmaq və sağlam münasibətlərə üstünlük vermək həyat keyfiyyətinizi yaxşılaşdıracaq. Münasibətlərinizdə sağlamlığa və müsbət qarşılıqlı təsirə diqqət yetirmək isə, sizə daha sağlam və mənalı həyat təcrübələri təqdim edəcək. Toksik insanlarla ünsiyyətdən çıxış yolları Bəzən toksik insanlarla tamamilə ünsiyyəti kəsmək lazım ola bilər. Bu, öz sağlamlığınızı və rifahınızı qorumaq üçün vacib bir addım ola bilər. Bu, xüsusən də bu insanların davranışları sizin öz sağlamlığınız və rifahınız üçün təhlükə yaratdıqda vacibdir. Bu münasibətlərdən uzaqlaşmaq çətin bir qərar ola bilər, amma bəzən ən sağlam seçim budur. Özünüzü toksik münasibətlərdən xilas etmək, sizdə yeni bir güc və azadlıq hissi yarada bilər. Şəxsi sərhədlərin müəyyənləşdirilməsi Şəxsi sərhədlərin müəyyənləşdirilməsi toksik insanlarla başa çıxmaqda mühüm bir addımdır. Bu sərhədlər, sizin nəyi qəbul edəcəyinizi və nəyi etməyəcəyinizi aydın şəkildə müəyyənləşdirir. Bu sərhədləri qurmaq və onlara sadiq qalmaq, özünüzü mənfi təsirlərdən qorumağa və özünüzü daha güclü hiss etməyə kömək edəcək. Emosional sağlamlıq və özünəqayğı Toksik insanlarla münasibətlərdə öz emosional sağlamlığınıza diqqət yetirmək vacibdir. Özünəqayğı praktikaları, meditasiya, idman, yaxşı qidalanma və kifayət qədər yuxu, bu məsələlərlə mübarizə aparmaqda sizə kömək edə bilər. Emosional sağlamlığınızı qorumaq, toksik insanların mənfi təsirlərinə qarşı dayanıqlı olmağınıza kömək edəcək. Nəticə Son olaraq qeyd edək ki, toksik insanlarla necə başa çıxmaq barədə düşünmək, onların mənfi təsirlərindən qorunmaq üçün ilk addımdır. Özünüzə inam və müsbət münasibətlər qurmaqla, həyatınızdakı bu cür zərərli təsirlərdən uzaqlaşa bilərsiniz. Hər kəsin öz ruh sağlamlığını qorumaq üçün lazımi addımları atması vacibdir. Özünüzəqayğı göstərmək və öz sağlamlığınızı üstün tutmaq, toksik insanlarla başa çıxmağın əsas hissəsidir. Özünüzü və öz rifahınızı qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyin. Müəllif: Klinik -Psixoloq Nigar Cəbrayıl Psixoloji konsultasiya üçün əlaqə : (+99450) 774 44 55
Parentifikasiya uşaqların və valideynlərin, sanki bir birilərinin yerlərini dəyişməsi deməkdir. Uşaq özüdə bunu istəmədən və anlamadan böyüklərin mövqeyini tutur və yaşına görə qeyri-adi problemləri həll etmək məcburiyyətində qalır.Bununla belə, valideynlik sadəcə valideynin öz rolunu yerinə yetirməməsi səbəbindən baş verə bilər. Deyək ki, o, duyğularını necə ifadə edib edəcəyini bilmir onları uşağa yansıtır.Sonra o, məcbur olur ki, əvvəlcə böyüklərin sakitləşməsinə kömək etsin, sonra isə özünə qulluq etsin. İstər ana, istərsə də ata uşaqla bərabər əsasda hər şeyi müzakirə edir və ondan məsləhət istəyir. Baxmayaraq ki, övladı, yaşına görə bu barədə düşünə bilməz və düşünməməlidir. Bir qayda olaraq, böyüklər ailə rollarında çaşqınlıq yaradır, psixoloji travmalarını, zehni və ya fiziki çatışmazlıqlarını kompensasiya etməyə çalışırlar. Uşaq məmnuniyyətlə dəyər verdiyi və sevdiyi rolu oynamağa başlayır, çünki şüuraltı olaraq onun üçün yaşamaq məsələsidir - anasının gözləntilərini qarşılamaq. Parentifikasiya hər zaman çox travmatikdir. Uşaqda həddindən artıq məsuliyyət səbəbindən narahatlıq,təşviş pozuntusu və depressiya yarana bilər. Uşaqlıqdakı sakitlikdən həzz almaq, dünyanı araşdırmaq, istəklərini həyata keçirməyi öyrənmək əvəzinə, uşaq böyük bir məsuliyyət yükü daşımaq məcburiyyətində qalır.Daim digər ailə üzvlərinin ehtiyaclarını birinci yerə qoyan və böyüklərin problemlərini həll edən uşaq uşaqlığın bütün üstünlüklərini itirir. Böyüdükcə həyatdan həzz almaq, özünü dərk etmək qabiliyyətini - istəklərini, duyğularını, ehtiyaclarını itirir.Valdeyn ifantil vəziyyətdə qalmaqla öz şəxsi problemlərinin öhdəsindən gəlməyi öyrənmir. Beləliklə,onda hər hansı bir böhran vəziyyəti yarandıqda psixi problemlərin inkişafına səbəb olan ağır stress ilə üzləşir. Bu vəziyyətdə olan övlad nə etməli?Bu halda övlad öz uşaqlıq illlərini doya-doya yaşaya bilmir.Valideynlərin mübahisələrini şahidi və hətta mediator rolunu oynamaqdadır.Gələcəkdə bu tip uşaqlar da böyüdükdə özgüvən problemləri və şəxsi problemlər yarana bilərƏvvəla, valideynlik travmasının böyüklər həyatınıza hansı nəticələri gətirdiyini başa düşmək vacibdir. Daim öz arzularınızı və ehtiyaclarınızı boğaraq ana və atanızı sevindirməyə davam etdiyinizdən danışırıqsa, o zaman şəxsi sərhədlərinizi gücləndirmək üzərində işləməli, yox deməyi öyrənməli və günahkarlıq hissini buraxmalısınız. Bu məsələləri fərdi psixoterapiyada müzakirə etmək daha yaxşı olardı. Psixoloq sizə valideynləriniz ilə necə ünsiyyət qurmağı,şəxsi sərhədlərinizi necə nizamlamağı və onlar ilə necə davranmalı olmağınız barədə söhbətə hazırlaşmağa kömək edəcək. Müəllif: Psixoloq Nigar Cəbrayıl
Assertivlik nədir? Dilimizə günü gündən yeni terminlər daxil olur. Belə terminlərdən biri də assertivlikdir. Assertivlik sözü ingilis mənşəli olub – “iddia etmək” deməkdir. İnsanın öz şəxsi düşüncəsini iddialı şəkildə sübut etməsidir. Psixoloqlar söyləyir ki, bu xüsusiyyətə malik insan - iddialı, yetkin, özünəinamlı və başqalarının hüquqlarına hörmət edən, kənar təsirlərdən asılı olmur. Assertivlik- özünü israrla sübüt etmək, hisslərini ifadə etmək, inandırma, münaqişədən qaçma yolu, daxili güc kimi xüxusiyyətləri bir-birində birləşdirən bir davranışdır. Bu qabiliyyət xarici təzyiq şəraitində insanın maraqlarını və davranış xəttini düzgün müdafiə etmək üçün səssiz şəkildə uyğun olmayan şeylərə "xeyr" deyəməyə imkan verir, sosial cəhətdən məqbul bir şəkildə isə hüquqlarınızı qorumaqda israrcı bir davranış kimi özünü göstərir. Assertiv insan-özgüvənli, özünəinamlı və məqsədyönümlüdür. O, istənilən bir münaqişədən və mübahisədən qaçmaq üsullarını biləndir. Nə aqressivdir, nə də ki, passiv- sadəcə olaraq hər birmübahisədən qaçmaq üsullarını biləndir. Nə aqressivdir, nə də ki, passiv- sadəcə olaraq hər bir məsələdən çıxış yolu tapmağı bacarandır. Yəqinki hər birimiz belə olmaq istərdik?! Buna necə nail olmaq olar? Əslində hər birimiz belə bir vəziyyətlə rastlaşırıq. Dərhal reaksiya verməkdənsə daha sakit tonla hadisəyə fərqli bir reaksiya verə bilərik. Məsələn, sizi münaqişəyə vadar edirlər və ya kəskin şəkildə nədəsə gunühlandırırlar. Siz harda səhv buraxdığınızı və yenidən hər şeyi yoxlacağınıza vədd verin. Həmin insan da sizi kəskin şəkildə günahlandırmaqdan qaçacaq. Bu və ya digər vəziyyətlərdə müşahidə edə bilərsiniz ki, düzgün məqamda deyilən doğru sözlər sizi digər insanların gözündə, həmçinin öz gözünüzdə ucaldır. Hətta “yox” sözünü də aqressiv və kəskin olmadan demək olar.
Bir zamanlar çox gözəl və maraqlı uşaqlıq illərimiz var idi. Kompüterlərdən, uşaq əyləncə mərkəzlərindən və qorxulu filmlərindən uzaqda olan uşaqlıq dövrümüz idi. İndiki dövrdən fərqli olaraq psixikamıza çox gözəl təsir bağışlayan bir neçə sevdiyimiz oyunlar oynayırdıq.Bu yaxınlarda uşaqlıq illərimdən bəri görmədiyim bir qonşuma rast gəldim, hansıki məni bu məqaləni yazmağa vadar etdi. Bilirsinizimi onlar hansı oyunlardır?Bunlardan biri qızların asudə vaxtlarını səmərəli keçirmək üçün (adi geyimlərdə istifadə olan rezinləri birləşdirərərək) oynadığı oyun, hansıki bir çox qabilliyyətimizi üzə çıxaran və inkişafetdirici təsirə malik olan bu oyun bizim koordinasiya, vestibulyar apparatımıza müsbət təsir edər, diqqətlilik, qələbə qazanmaq, qürurla məğlub olmaq, hamıdan üstün olmaq və rəqib olduqları halda belə qızlarla dost olmağı öyrədir. Bu zaman həm fiziki, həm verbal aqressiydan da uzaq olmaımıza kömək olurdu.İkinci klassik olaraq hamının oynadığı - asfaltda təbaşir ilə çəkilən damalar, sadə daş ilə damaların xanalarının üzərinə ataraq əyləncəli oyundur. Bu oyunda qalib gələrkən özümüzü necə xoşbəxt hiss edirdiksə-gördüyümüz bütün insanlarla o sevinc hissimizi bölüşmək istəuirdik. Diqqət, dəqiqlik və konsentrə olmaq bacarıqlarımızı inkişaf etdirirdi. Sevdiyimiz daha bir oyun - “Bəli və ya xeyr demək olmaz oyunu”dur. İllər sonra psixoloq olaraq oyunun nə gözəl təsirə malik olduğunu anlayıram. İstənilən suala elə cavablar verməli idin ki, o cavabda “bəli” vəya “xeyr” sözünün əvəzinə digər köməkçi sözlər və ya sinonimlər olmalı idi. Qalib gələn uşağın elə zəngin söz lüğəti olmalı idi ki, istənilən bir suala sıxılmadan səhvsiz cavablar versin. Özünü ələ almaq qabilliyətini inkişaf etdirən bu tapşırıq bizə həm də hazırcavab olmağı öyrədirdi, istənilən vəziyyətdən diqqətli olub çıxış yolu tapmaq qabilliyətini inkişaf etdirirdi.Əslində bu siyahını çox uzatmaq olardı, lakin oxucularımı yormaq istəməzdim. Çox xoşbəxt uşaqlıq illərimiz olub, bunu öz şagirdlərimizə və övladlarımıza yaşatmaq imkanı verək, onlarla daha çox ünsiyyət quraq, onlara güzəştə getməyi öyrədək, onların fikirləri ilə maraqlanaq və ən başlıcası onlara zaman ayıraq.
Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Emosional intellektinin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər. Bu həm fərdlərarası münasibətlərə, həm insanın subyektiv düşüncələrinə, həm də onun cəmiyyətə uyğunlaşmasına və bütün kommunikasiya vasitələrinə köməkdir. Beləliklə, emosional intellekt- effektiv ünsiyyət, idarəetmənin ve effektiv biznes qurmanın ən vacib detallarından biridir. Hər hansı bir məlumatın qəbul edilməsi -sensor sistemlər vasitəsilə baş verir. Eynizamanda beynin əsas sahələri əvvəlcə hərəkətedir, sonra avtonom sinir sistemi (veqetativ), əzələ və digər sistemlərin reaksiyaları davam edir. Hər hansı bir informasiya ilə, insanın özü iləvə ətraf aləmlə əlaqə əsas sürətləndiriciamillərdən (drayverlerden) asılıdır:özünüdərketmə, özünüqiymətləndirmə,motivasiya, adaptasiya səviyyəsindən asılıdır. Bu sürətləndirici amillər (drayverler) aşağıdakılardır:1. Özünüdərketmə bacarığı -fikir və duyğularınızı,emosialarınızı, bədəninizi vədavranışınızı şüurlu şəkildə anlamanız; 2. Özunüqiymətləndirmə bacarığı- qətiyyətlilik, özünə hörmət, qəbul və asıllılıq (bir insanın xarici təsirlər və qiymətləndirmələrdənasılı olmayaraq, öz davranışını müstəqil tənzimləmə və bunun üçün məsuliyyət daşımaqabiliyyəti); 3. Motivasiya bacarığı-özünü aktuallaşdırmavə qətiyyət arzusu ilə yanaşı motivasiya, həmçinin yeni, güclü hədəflərə istiqamətləndirilmək və uğursuzluqların obyektiv təcrübəsinin açıq şəkildə qəbul edilməsi; 4. Adaptasiya bacarığı -istənilən bir insan ilə empatiyanın qurulması, stress müqaviməti, qərar qəbuletmə bacarığı və fərdlər arasında ünsiyyətqurma bacarığı; Bütün bu bacarıqları inkişaf etdirmək çətin olsa da, mümkündür. Buna görə də fərd öz üzərində hər gün işləyərək müsbət bir nəticə əldə olunana qədər çalışmalıdır.