Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, bir icmanın 5%-i eyni anda eyni fəaliyyəti göstərirsə, qalan 95% onların etdiyini təkrar etməyə başlayır.
Əgər bir sürüyə daxil olan 5% atı qorxudub onları sakit halda dayanmış digər dəstənin içərisinə buraxdıqda digər atlarda ürkəcək və qaçmağa başlayacaq. Bu bir çox heyvanlar üzərində də sınaqdan keçirilib və eyni nəticəni verib.
İngiltərədə bununla bağlı bir eksperiment həyata keçirmişlər. Geniş bir zala insanları dəvət edirlər və özlərinə rahat şəkildə yerləşmək tapşırığı verirlər. Bir qrup insana isə müəyyən edilmiş bir vaxtda hərəkət etmək əmri verilir. Beləliklə eksperiment sübut edir ki, bir qrup içərisində hərəkət edən 5% insan bütün zalı hərəkət etməyə vadar edir.
Bu eksperimenti arzusunda olan hər kəs həyata keçirə bilər. Bir qrup dostunuz ilə konsertə gəlmək və konsertin istənilən zamanında, ürəyinizin istədiyi bir vaxtda əl çalmağınız kifayətdir. Bu an bütün zal sizinlə birgə əl çalmağa başlayacaq.
Bu eksperimentdən bir çox nəticələr çıxarmaq mümkündür: kollektivləri 20 insandan artıq etmək lazım deyil. 20 insan – / 100% * 5% = 1 – bu bir vahiddir və lider var. İnsanların sayını artırmaq idarə etməni itirməyə səbəb olacaq. 30-40 insandan ibarət auditoriyada tonu qoruyub saxlamaq və qrupu daim diqqətdə saxlamaq mümkün deyil. Bu qanunu digər situasiyalarda da sınaqdan keçirmək olar. Yoxlayın, lakin bütünlüklə ona arxalanmaq lazım deyil. Heç nə tamamilə doğru deyildir.
Bu prosesi yalnız insanların öz fəaliyyətlərinin, məqsədlərinin və səbəblərinin fərqində olmadıqları bir zamanda həyata keçirmək mümkündür. Bu o zamandır ki, insanın şəxsi intizamı, şüurluluğu, özünü idarəsi aşağı səviyyədə olur.
Marketinq sahəsində bu prosesdən anlayışı olan insanlar kütləni az da olsa idarə etməyə çalışır. Məsələn, hər hansısa bir məhsulun bir neçə gündən sonra artıq tükənəcəyini, uzun müddət olmayacağı barədə şayiə yaradılır. Bu şayiəyə uyan 5% insan arxasıyca 95%-də sürükləyə bilir. 5% təxribatçı sülh şəraitində olan bir mitinqi əsl inqilaba çevirə bilər.