Havalar soyuyanda ofis əməkdaşlarının çoxu çalışır ki, ona qripə yoluxmuş iş yoldaşından virus keçməsin.Alimlər iddia edirlər ki, ofisdə respirator xəstəliklərdən başqa keçici xəstəliklər ola bilər. Söhbət ən adi insan axmaqlığından gedir.Axmaqlıq da hava-damcı yolu ilə keçə bilər.
Nyu-Hempşir Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, iş yerində axmaq olmaq çox asandır. Bunun üçün axmaq bir müdirin rəhbərliyi altında işləmək kifayət edir.
Əgər ofisin rəhbəri axmaqdırsa, ofis işçilərinin 25 faizinin bu mənfi keyfiyyəti mənimsəmə ehtimalı yüksəkdir. Bunun üçün müdirə xoş təsir bağışlamağa çalışmaq kifayət edir.