Ayrılığa Koqnitiv-bihevioral baxış

AYRILIQ

1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur.

2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. [ Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dilinin İzahlı lüğəti, 4 cilddə, I cild A-D, Şərq-Qərb-səh 184, 2006]

Koqnitiv-bihevioral terapiya nədir, necə işləyir?

Təsəvvür edin ki, ağzınızda limon var. Onun şirin dadını, limonun kəskinliyini hiss edirsiniz və bu sizə xoş təəssürat bağışlayır. Bu təcrübə qavramanın (limonun və ya konfetin görüntüsü) fiziki hissiyyatın (ağzın sulanması), duyğunun (turş ya da şirin dadın duyulması) necə yarandığını göstərir.

Koqnitiv-bihevioral terapiya ətraf mühitdəki qıcıqların insan orqanizminə təsiri, məlumatların həmin stimullarla ötürülməsi hipotezinə əsaslanır.

Hər hansı situasiyaya verdiyimiz reaksiya, fizioloji təcrübə və davranış reaksiyalarımızı müəyyənləşdirir. Bu ‘5 sahə modelində’ sistemin bütün komponentləri interaktiv fəaliyyət göstərir, buna görə əhval-ruhiyyə bizim qavrama prosesimizə və əksinə, qavrama prosesi əhval-ruhiyyəmizə təsir göstərə bilir. Fiziki vəziyyətimiz də, (məsələn əhvala təsir göstərən hər hansı maddə) əhval-ruhiyyəmizə və düşüncə proseslərimizə təsir edir.

Psixotrop dərmanlar fiziki proseslərə təsir göstərir və buna görə də ənənəvi psixoterapiya duyğulara yönəlir. CBT, psixikanın qavrama və davranış hissələrinə diqqət yetirir.

Rasional Emotiv Davranış Terapiyasında (Albert Ellis 1955-Rasional terapiya, bu adı natamam hesab etdiyi üçün 1961-ci ildə adını Rasional emotiv davranışçı terapiya deyə dəyişdirir) olduğu kimi CBT-də də sistematik duyarsızlaşdırma, və məruz buraxma kimi texnikalardan istifadə olunur.

Bütün koqnitiv bihevioral terapiyalar:

1. Dəyişiklik üçün düşüncələrin, inancların və davranışların vasitə ola biləcəyinə dair ümumi marağı paylaşırlar;

2. Sosial öyrənmə nəzəriyyəsinin prinsiplərinə əsaslanır, yəni rasional olmayan düşüncə və davranış formalarını sosial mühitdə görərək öyrənirik və daha sonra vərdiş halına keçir;

3. Və hər biri empirik metoda sadiqdir. Yəni dəyişiklik etmək üçün Rasional Emotiv Davranışçı Terapiya da, Koqnitiv-bihevioral terapiya da empirik olaraq keçmiş funksional olmayan inancın empirik metodla yanlış olduğunu isbatlayır və yeni inanc, yerləşmiş düşüncə ilə onu əvəz edir.

Bu ortaq dəyərlər, digər bəzi psixoterapiya sahələrində görülən mexanizmlər olmadan, fərqli metodların CBT çətiri altında qalmasına icazə vermişdir.

Bu kitabda, Beckin depressiya üçün tətbiq olunan koqnitiv terapiya ilə bağlı original tədqiqatı nəticəsində ortaya çıxan koqnitiv bihevioral modelə köklənəcəyik (Beck, 1979).

CBT, şüuru araşdırdığı üçün psixodinamika kimi şüuraltı basdırılmış duyğularla çalışan psixoterapiya metodlarından fərqlənir.

Problemə köklənən münasibəti vurğulamaq üçün psixodinamik və digər interpersonal terapiyalardan fərqlənir: münasibət dəyişikliyə kömək edir, lakin dəyişiklik üçün bir vasitə deyil.

CBT ənənəvi terapiyalarla müqayisədə daha çox strukturlaşdırılmış və yönləndiricidir. Həmçinin əməkdaşlıq çərçivəsində çalışır və pasiyentlərin, problem həll etmə müddətində “şəxsi psixoloqları” olmalarına kömək edir.

Terapiya koqnitiv bihevioral formulasiyaya əsaslanır və tətbiq olunan metodlar bu formulasiyadan inkişaf edir. Yəni müxtəlif problemlərin müxtəlif müalicə formulyasiyaları olur. Terapiya bu formulyasiyaların əsasında irəliyə aparılır.

CBT, ənənəvi müalicələrdən daha aktiv olması ilə fərqlənir. Pasiyent, seanslar zamanı verilən ev tapşırıqlarını etmək üçün CBT texnikalarını istifadə etməyi öyrənir.

Ayrılığı dözülməz edən koqnitiv təhrif-düşüncə xətaları.

Seçici abstraksiya: Burada şəxs həyatın hər hansı bir kadrına görə filmi dəyərləndirir, Məsələn:Bu ayrılıq bir daha mənə göstərdi ki, mən xoşbəxt olmaq üçün yaranmamışam.

Yanlış nəticə çıxarma: Hiss edirəm ki, bir daha heç bir münasibətdə özümü tapa bilməyəcəm. (öncəgörücülük)

Böyütmə\kiçiltmə: Bu dərd məni məhv edəcək.(böyütmə), Mən bir şəxs olaraq elə buna layiqdim.

Ümumiləşdirmə: Uğursuzam, çünki ayrılıq yaşadım.

Ambivalent düşüncə: Ya uğurlu bir partnyor, ya heç kiməm.

Şəxsiləşdirmə:Başqa insanların haqqında “əfəl” deyərək danışdığı insan mənəm.

Etikelməmə (stiqma): Uğursuzun biriyəm.

Emosional fikir yürütmə: Hisslərim məni yanıltmaz, necə hiss edirəmsə deməli elədir.

Malı, Məli cümlələri: Bu münasibət belə bitməli deyildi.

Günahlandırma:

Özünü – ona layiq deyildim, gözəl olan heç nəyə layiq deyiləm.

Başqasını – o bizim hekayəmizi məhv etmək üçün əlindən gələni etdi.

Ayrılıq sonrası ortaya çıxmağı mümkün psixoloji narahatlıqlar

Depressiya itki problemi fonda olmaqla inkişaf edir. Depressiya üçbucağı üzərindən dəyərləndirmə apardıqda ortaya çıxan nəticə belədir: özünə qarşı neqativ düşüncə, dünyaya qarşı neqativ düşüncə və gələcəyə qarşı neqativ düşüncə. Düşüncələrin duyğuları stimullaşdırmağı nəticəsində ortaya çıxan ümidsizlik, günahkarlıq, fiziki-hərəki passivlik, sosial izolyasiya, çox yemək və ya qidadan uzaq qalmaq, çox yatmaq və ya yuxusuzluq, davam edəcəyi təqdirdə və ağırlaşmış hallarda qoxu və dad bilmənin itməsi, halüsinasiyalı versiya ilə də müşahidə edilə bilər.

Təşviş pozuntusu: Əvvəla bunu qeyd edim ki, bir növ təşviş pozuntusu yoxdur. Göstərilən problemdə təşvişli həyəcan əsasən dünyanı güvənsiz bir yer hesab etməklə gəlir, idarəetməni itirmək ilə bağlı düşüncəyə bağlı olaraq panik pozuntu, itirmə təşvişi və ya daimi gözləntilərin olmağı səbəbi ilə ümumiləşmiş təşviş pozuntusu kimi narahatlıqların ortaya çıxmağı müşahidə edilən bir haldır. Vaxtında müdaxilə edilmədiyi halda davam edən problem artıq düşüncə formasında qəlibləşmə yaratdığı üçün şəxsdə sağalmağa qarşı olan qaçma davranışı formalaşdıra bilər.

Nəticə

İnsanlar yaşadıqları müddət ərzində onların baxışlarına müxtəlif mənzərələr hakim kəsilir- Sevgi, xəyanət, ayrılıq və.s bütün digər çətin həyat şəraitlərində olduğu ayrılıq sonrası mərhələdə bununla yaşamağı bacarmaq insanın emosional küt olmağı deyil, psixoloji olaraq elastik bir şəxsiyyətə çevrilməyinə kömək edir. Ayrılıq ilə bağlı hələ yeniyetməlik yaşı dövründən maarifləndirmə&profilaktika, işlərinin məktəblərdə tədbiqi şəxsin psixikana vaksin təsiri bağışlayır, bələd olduğu həyat hadisəsi ilə qarşılaşan şəxsiyyət yaşanan olaydan minimum zərərlə xilas olacağını bilir, tək bir düşüncə ilə tək bir emosiyanın şiddətlənməsinə imkan vermir. Psixoloji yardım zamanı düşüncə xətalarının müəyyən edilməsi, onlar barədə maarifləndirmə aparılması və ev tapşırığında “mənim hekayəm” başlığı ilə yaşanan ayrılıq barədə düşüncələrin öyrənilməsi, yazının seansda müzakirəsi, yazıdakı koqnitiv təhriflərin pasiyent tərəfindən müəyyən edilməsi müraciət edən şəxsin problem həll etmək bacarıqlarını inkişaf etdirir.

Nəsimi Qiyasov – 03.08.2021

Azərbaycan Respublikası, Bərdə şəhəri