Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası
Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur.
Yeniyetməlik obrazlı ifadə etsək qafiyə və rədif anlayışı olmayan şəxsin heca vəznində şeir yazdığına dair inadkar iddiasını xatırladan yaş dövrüdür. Bu dövr uşaqlıq müşahidələri və uşaqlıqda öyrənilənlərin tədbiqinə can atan bir insanla üz-üzə qalırıq. Con Boulbinin “Bağlılıq nəzəriyyəsi” uşağa dünyanın güvənli və ya əksinə qorxulu yer olduğunu öyrədir. Ananın övlada toxunuşu, onun ehtiyac və tələbatlarını ödəməyinə yönəlik addımları uşağa güvəndə olduğu mesajını verdiyi halda, uşağın tələbatlarının vaxtı-vaxtında ödənilməməsi uşaqda dünyanı etibarsız, təhlükəli bir məkan kimi qavranılmasına səbəb olur.[3.səh.2]
Psixi inkişafın dövrləşməsində Leontiyevin aparıcı fəaliyyət prinsipi
Psixi inkişafın dövrləşməsi problemini araşdırmaq üçün yaş psixologiyasına A.N.Leontiyev tərəfindən gətirilən – aparıcı fəaliyyət prinsipinin mahiyyətini açıqlamaq lazımdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, psixi inkişafın hər bir yaş dövrünə müəyyən fəaliyyət növü xarakterikdir. Məs, məktəbə qədər yaş dövrü üçün – oyun, kiçik məktəblidə - təlim, yeniyetmələrdə - məntiqi idrak və s.
Aparıcı fəaliyyət uşaq şəxsiyyətinin bütün əlamətlərinin və idrak imkanlarının konkret yaş dövrü üçün xarakterik inkişafını və formalaşmasını təmin edir.
Hər hansı bir yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət içərisində növbəti yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət növü formalaşır. Leontiyevin fikrincə aparıcı fəaliyyət müəyyən inkişaf dövrlərində psixi prosesi və şəxsiyyətin psixoloji xüsusiyyətinin başlıca dəyişikliklərini şərtləndirir.
Aparıcı fəaliyyətinin 3 əsas əlamətini vardır:
1. Aparıcı fəaliyyətin içində başqa aparıcı fəaliyyət növü diferensasiya olunur.
2. Aparıcı fəaliyyətdə psixi proseslər yenidən qurulur, yaxud formalaşır.
3. Hər hansı bir yaş dövründə müşahidə olunan şəxsiyyətin psixi dəyişikliyi məhz aparıcı fəaliyyətdən asılıdır.
Leontiyevin bu ideyasında bütün psixi tərəflər qəbul olunur. Müəllif qeyd etmişdir ki, aparıcı fəaliyyət prosesində inkişafın hər mərhələsində uşağın ətraf aləmə yeni münasibətləri əmələ gəlir.
Yeni tipli biliklər və onları əldə etmək imkanları əmələ gəlir. Bütün bunlar uşağın inkişaf sferasını və şəxsiyyətin strukturunu dəyişdirir. Həmin yaş dövrü üçün xarakterik olan psixi törəmənin yaranmasına gətirib çıxarır.
Leontiyev psixi inkişafı aşağıdakı yaş dövrlərinə ayırırdı:
1. Körpəlik yaşı - aparıcı fəliyyət yaşlılarla bilavasitə emosional ünsiyyətdir
2. Erkən uşaqlıq – aparıcı fəaliyyət əşyavi manipulyativ fəaliyyətidir
3. Məktəbə qədər yaş – aparıcı fəaliyyət oyun fəaliyyətidir
4. Kiçik məktəbli yaşı – aparıcı fəaliyyət təlimdir.
5. Yeniyetməlik yaşı – ictimai faydalı fəaliyyət və həmyaşıdları ilə ünsiyyət.
6. Böyük məktəb yaşı – peşə təlimi fəaliyyəti. [2.səh.22]
Sosial rol və rol davranışı
Sosial rol sosial statusla bağlıdır. Onların hər ikisi insan davranışının normalarıdır. Sosial status subyektin şəxsiyyətlərarası münasibətlər sistemindəki mövqeyini ifadə edir. Bu mövqedə uşağın hüquq və vəzifələri, imtiyazları ifadə olunur. Onları cəmiyyət, tərbiyə mühiti, mədəniyyət müəyyənləşdirir. Rol davranışını isə sosial normalar, həmçi- nin uşağın fərdi xüsusiyyətləri sintezləşir.
Şəxsiyyətin rol nəzəriyyələri fərdin mənsub olduğu qrupa aid olan sosial funksiyalarını və rol davranış n- ümunələrini necə mənimsəməsi xüsusiyyətlərini izah edir. Bu sahədə daha geniş yayılmış nəzəriyyələr C.Midə və R.Lintona məxsusdur. O cümlədən, A.Bandura, C.Rotter
Tərəfindən rolların mənimsənilməsi konsepsiyasına həsr edilmiş “öyrənmə nəzəriyyələri” də yaranmışdır. Digər bir istiqamət rolların sosial-mədəni təbiəti haqqındadır (Darendorf, Kelli). Bu kontekstdə rol münaqişələri, rolların inteqrasiya və dezinteqrasiyası, şəxsiyyətin rol quruluşu kimi problemlər də araşdırılıb. Aydın olub ki, sosial rollar bir sıra sosial funksiyaları yerinə yetirməklə məzmununa görə müxtəlifdir: psixoloji və ya şəxsiyyətlərarası (liderlik, üstünlük, qəbul olunmayan, autsayder); sosial (peşə üzrə, demoqrafik); fəal və ya aktual; latent (gizli); konvensional (rəsmi); kortəbii, spontan.
Sosial rol – sosial statusdan və mövqedən asılı olaraq sosial mühitdə yerinə yetirilən hərəkətlərlə cəmləşmiş davranış normalarının uyğunluğudur. Sosial rol özünün quruluşuna görə obyektiv və şablon ola bilər. Bu, xarakterin tipindən və mühitin təsirlərindən asılı olaraq yaranan davranış formalarıdır.
Sosial rolun qaydaları xaricində qaydasız davranış əmələ gəlir. Buna psixologiyada bir sıra davranış forma- ları aid edilir (deviant, delikvent, aqressiv, dezadaptiv, assosial davranış və d.). Bu davranış formalarının hər biri özündə müxtəlif səbəblərdən və müxtəlif formalarda pozulmuş davranış nümunələrini birləşdirir. Hər bir rоl öz məzmununa malikdir: fəaliyyət şablоnları, bilik, bacarıq və qabiliyyətlər, başqalarının işlərinə reaksiya və s. Şəх- siyyət öz hərəkətlərinin məntiqini sоsial gözləmə və nоrmalar baхımından əlaqələndirə bilər. Şəxsiyyətin xassələri heç də həmişə sosial rolların norma və funk- siyaları ilə səsləşmir. Buna səbəb sosial rol və şəxsiyyətin tə- bii quruluşu arasındakı uyğunsuzluqlardır. Ona görə də
Mənbələrdə (C.Mid, Ç.Kuli, Ə.Əlizadə və b.) sosial rolun müəyyən quruluşa malik olduğu bildirilir:
İnsan davranışının cəmiyyət tərəfindən yaradılmış modeli;
İnsanın özünü necə aparması haqqındakı təsəvvürlər sistemi;
İnsanın statusa uyğun olaraq real müşahidə edilən davranışı.
Bu komponentlər arasında ziddiyyət olduqda rol münaqişələri baş verir. Rol münaqişələri özləri də iki yerə bölünür: rollararası münaqişə; roldaxili münaqişə.
Rоl münaqişələri fəaliyyət subyekti оlan bütün insanlar üçün хasdır. C.Kuli, C.Mid kimi Qərb sоsial psiхоlоgiya- sındakı araşdırmalar maraq dоğurur. Оnların nöqteyi-nə- zərinə görə, insanın özü haqqındakı sоsial müəyyənliyi qrupda başqa insanlarla qarşılıqlı təsir sistemi vasitəsi ilə əldə edilir. Qrupun gücü оnun bütün iştirakçılarının gücünə bərabər deyil. Qrupun müхtəlif üzvləri qarşılıqlı təsirdə rоl adlanan müхtəlif funksiyaları yerinə yetirirlər. Qrupda razılıq оna göstərilmiş rоl daхilində davranış qaydalarını gözləmələrə uyğun yerinə yetirməsi ilə təmin оlunur. Burada da şəхsiy- yətdaхili münaqişələrin mənbəyi gizlənir. Şəхsiyyətin müxtəlif rol mövqeləri ilə ziddiyyətlərin yaranması nəti- cəsində aşağıdakı sahələr üzrə rоl münaqişələrinə gətirib çıхarır:
Adəti sosial rolların yerinə yetirilməsində çətinliklər;
Bir neçə rоlun eyni vaxtda reallaşdırılmasının mümkün olmaması;
Vaxt çatışmazlığı;
Sosial rollarla bağlı qiymətləndirmələrin dəyişməsi;
Rоllararası əlaqənin itməsi;
Öz işini yüksək səviyyədə yerinə yetirmək tələbatının zəifləməsi.
Reallıqda hər bir fərd bir deyil, bir neçə rolu yerinə yetirir. Amma, əgər biz uşaqlardan danışırıqsa, onlara, hələlik yalnız bir rolun davranış qaydalarını mənimsəmək lazımdır: “yaxşı uşaq (oğlan və ya qız) rolu”. Bu rolun özünün də sosial mühitə, onun mədəniyyətinə və uşağın fərdi quruluşuna uyğunlaşdırılmış rol davranış komponentləri vardır:
Rol davranışı formalaşdıran təbii və sosial amillər
Uşağın mənsub olduğu etnik qrupun adət-ənənələri, dəyər və normalar;
Uşağın yaşadığı sosial mühitin tələbləri;
Ailənin təhsil səviyyəsi və həyat tərzi;
Uşağın cinsi və fərdiyyəti.
Rol və davranış arasında sıx əlaqə var. Rol davranışı sosial rolun fərd tərəfindən mənimsənilmiş modellər əsasında(keçmiş sosial öyrənmə, sonrakı sosial koqnitivizm əsasında – Rotter və Bandura nəzəriyyəsi), özünün bioloji və psixoloji quruluşuna uyğun şəkildə yerinə yetirilməsidir. Sosial rolun mənimsənilməsi sosiallaşma prosesinin tərkib hissəsidir. Bu məqsədlə cəmiyyətdə standart normalar müəyyənləşdirilmişdir. Bu zaman uşaq sosial standartları mənimsəyir, özünənəzarətə sahib olur. “O, özünün “Mən”ini və həyat fəaliyyətini inteqrasiya edir, öz hərəkətlərinə əxlaqi qiymət verir, hə- yatda öz yerini tapır. Uşaqlar rol davranışdan müxtəlif sosial situasiyalara adaptasiya vasitəsi kimi istifadə edirlər”.
Sosial rola sahib olmaq üçün inkişaf edən davranış refleksiya ilə sıx bağlıdır. Refleksiyanın yaranmasında hələ erkən ontogenezdən şərti reflekslərin möhkəmlənməyə başlaması, yeni-yeni şərti reflekslərin yаrаnmаsı mühüm əhəmiyyət kəsb edir. Şərti reflekslərin yaranması ilə bаğlı оlаn əlаqələr müvаfiq qıcıqlаyıcının təsiri ilə qurulur. Təsir itdikdə şərti refleks sönür, lаzım gəldikdə yenidən qurulur. Belə yenidənqurulmа uşaq оrqаnizmindəki özü- nümüdаfiə sisteminin prоqrаmı ilə tənzimlənir. Həmin аrdıcıllıqlа оrqаnizmlə ətrаf аləmin qıcıqlаyıcılаrı аrаsındа reflektоr əlаqələr tənzimlənir. Deməli, refleks – sоsiаl mühitin təsiri ilə uşaq оrqаnizmində оyаnаn meхаnizm olmaqla onun özünüdərketməsində, fəaliyyətini mühitin tələblərinə adekvat tənzimləməsində ilkin faktorlardan biri kimi çıxış edir. Orqanizm və mühit arasındakı əlaqəni nizamlayır
Sosial rol fəaliyyət (oyun, əmək, təlim) və ünsiyyətdə (yaşlı və həmyaşıdlarla) reallaşır. Rolun təsvirində hər bir sosial qrupa xas olan xüsusiyyətlər önə çəkilir. Eləcə də, bu xüsusiyyətlərə fərdin özünün xassələri əlavə olunur. Ona görə də uşaq tərəfindən sosial rolun qəbul edilməsi üçün bu rolla bağlı təcrübə və fərdiyyətin özünüinkişaf yolu tutması
Çox vacibdir. Yəni, sosial rolları yalnız sağlam psixikaya malik olan uşaqlar lazım olan səviyyədə mənimsəyə bilirlər. Bu baş vermədikdə, sosial rolun hər hansı xassəsinin identifikasiyası mümkün olmadıqda uşaq və mühit arasında münaqişəli vəziyyət yarana bilir. Münaqişənin baş verməməsi üçün uşaq rol davranışa alışdırılmalıdır. Məhz rol davranışla bağlı üzləşdiyi situasiyalarda uşaq rol münaqişələrinə, gərginliklərə və onların həlli yollarına bələd olur, ünsiyyət çətinliklərinə üstün gələrək birgə fəaliyyətdə iştirak edir.
Rol davranışın formalaşmasında vərdiş və bacarıqların rolu böyükdür. Uşaq adəti davranışı reallaşdırarkən daha düzgün hərəkət edir. Düzgün davranış vərdişlərinin forma- laşdırılması kifayət qədər çətin olsa da, davranış qaydaları “şüursuz” səviyyədən şüurlu səviyyəyə keçdikdə onu qaydalara uyğunlaşdırmaq da asan olur. Çox zaman, xüsusən başqası tərəfindən müşahidə olmadıqda uşaq nəyi necə etməli olduğunu, özünü necə aparmaq lazım gəldiyini bilir, sadəcə onun icra mexanizmlərini praktik fəaliyyətə köçürməkdə çətinlik çəkir.(6, səh. 95-100)
Bağlılıq nəzəriyyəsi
Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. (7.səh.36)
İngilis psixiatr və psixoanalitiki Con Boulbi 26 fevral 1907-ci ildə Londonda anadan olmuşdur. O Bağlılıq nəzəriyyəsinin yaradıcısıdır. İstedadlı uşaqlar üçün məktəbdə təhsil aldıqdan sonra o, 1928-ci ildə Kembric Universitetinə daxil olmuşdur. Boulbi 1938-ci ildə magistr, 1939-cu ildə tibb doktoru dərəcələrini almışdır.
Əsərləri sırasında “Bağlılıq”(1946), “Emosional əlaqələrin yaranması və dağılması(1949) və.s kimi əsərlər diqqətimizi çəkir.
Con Boulbi 2 sentyabr 1990-cı ildə İngiltərənin Skay şəhərində vəfat etmişdir.[4, səh.154-156]
Bağlanma növləri hansılardır?
Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik:
Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir.
Təşvişli bağlılıq hansı ki, burada uşaq bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir.
Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir.
Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır:
1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir.
2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir.
Bağlılıq şəxsin həyatının bütün mərhələlərindəki proseslərə bilavasitə təsir edən bir fenomen olmasa belə münasibətlər sferasında daimi təsiri müşahidə olunur.
İkinci bağlılıq fiquru: Müəllim
Bu gün hər iki valideynin də işlədiyi ailələrin sayı çoxdur və artmaqda davam edir. Bu nüans peşəkar baxıcıya, yəni dayəyə ehtiyacı qabarıq formada göstərir. Bu səbəbdən də son dövrlər uşaqların onlara baxan və onları yetişdirən əlavə şəxsə olan bağlılıqları gündəmə gəlmişdir.
Eynilə güvənli bağlılıq qurulan valideynim sosial dəstəyinin önəmi kimi, sağlam bağlılıq qurulan müəllimin də şagirdin gələcək həyat yoluna, uğurlarına təsiri vurğulanır. Bundan əlavə şagird-müəllim bağlılığı sinif daxilindəki sosial psixoloji mühitə, akademik uğur və ya uğursuzluğa da təsir edir. Bir müəllim tələbkar olduğu qədər qayğıkeş də ola bilər, bir müəllim xüsusilə yeniyetməlik yaşında olan şagirdə qarşı dəstəkləyici və cəsarətləndirici mövqedə ola bilər. [1.səh.218-222]
Bağlılıq fiquru ilə rol dəyişən uşaqların psixologiyası
Bağlılıq davranışının məktəblinin psixopedaqoji və psixososial inkişafına təsiri məktəbəqədər yaşdan böyük məktəbli yaşı dövrünə qədər araşdırılmışdır.
Ailə ilə qurulan bağlılığın özünə inamı artırdığına dair nəticələr bir çox araşdırmada özünə yer tapmışdır. Belə ki, ailə ilə qurulan sağlam ünsiyyət, ailə üzvlərinin dəstəkləyici mövqedə olmağı, ən nəhayətdə güvənli bağlılıq şagirdin narahatlıq, təşviş-həyəcan, stress hallarını neytrallaşdırır onun yeni kəşflərə istiqamətlənməsinə yardım edir, bu psixososial dəstək şagirdin özgüvəninin formalaşma və artımına, akademik nəticələrin yüksək olmasına, adekvat özünüqiymətləndirməsinə kömək edir. Araşdırmalar bunu da göstərir ki, dostlar qrupu və romantik münasibətlərin akademik nəticələrə təsiri çox da qabarıq özünü göstərmədiyi halda ailənin sosial dəstəyi burda da özünü göstərir.
Digər bir araşdırmadan bu nəticəyə gəlinir ki, ailədə rolu dəyişmiş şagirdin zəkası güvənli bağlılıq formasına aid edilən şagird qrupunun zəkası ilə ölçmələr zamanı bərabər görünür, lakin bu tip-qayğı görən şəxs rolundan çıxıb, qayğı göstərən rolunu öhdəsinə götürmüş şagirdlərin akademik nailiyyətləri və qrup daxilindəki sosial psixoloji vəziyyəti yaşıdlarından mənfi mənada fərqlənir. Bu şagirdlər psixososial inkişaf baxımından risq qrupu hesab edilir. [5.səh 253-254]
Ananın peşəkar fəaliyyət ilə məşğul olması və ya “qadın hər yaşda qadındır, onun əsas vəzifəsi evə baxmaqdır” kimi qəlibləşmiş düşüncənin müşayiəti altında böyüyən qadınlarda, atasını vaxtından əvvəl itirən və ya ata və anası boşanmış kişilərdə vaxtından əvvəl gələn məsuliyyətin özü ilə bərabər gətirdiyi narahatlıqlar qaçılmazdır. Buna misal olaraq:
Günahkarlıq duyğusunun aparıcı rol oynadığı ruh düşkünlüyü epizodları “Mən ailəmə yetərincə yaxşı qayğı göstərə bilmirəm” ;
Şah İsmayıl Xətai nümunəsi ilə böyüyüb özünü yetərsiz, gərəksiz görən uşaqlar “Babalarım mənim vaxtımda müharibədə döyüşüb, mən 30 kq bazarlığı evə tez bir zamanda çatdıra bilmirəm”
Zəhərli ana ilə böyüyən uşaq tez-tez özünü valideynlərinə layiq hiss etmir, buna əsas səbəb “Mən bütün günü çalışıram ki, həyat yoldaşıma kömək edim, sən vaxtında yeməyi belə hazırlaya bilmirsən”
Ağrı və ona reaksiyanı mənimsəyən uşaq rol modeli olaraq psixoloji və ya fiziki bir problem yaşayan şəxsləri dostluq və romantik münasibətlərdə özünə doğru çəkir, buna səbəb bu rol modellərinin ona tanış olması və bu modellə davranışa bələd olmasıdır, tanımadığı yolu təhlükəli kimi qəbul edən bu şəxslər sonrakı həyatı boyu eyni filmlərin bəxtsiz ssenaristləri olduqlarından xəbərsiz yaşayırlar, dəyişən adlara, üzlərə rəğmən həmişə eyni cür münasibətlərdə özlərini tapır, psixoloji və fiziki güc baxımından tükənirlər.
Müəlliminə oxşamağa çalışan uşaqlar isə digər rol dəyişən uşaqlardan daha öncə yetkinliyə çatır sonrakı həyatlarında bir növ müəlliminin 30-45 dəqiqəlik rolunu bütün ömürləri boyu davam etdirirlər, həm dostluq, həm romantik münasibətlərdə bu modellər əslində onlara uyğun olan rolu ifa etmir, daha çox “Müdrik Qoca”(Karl Gustav Yung – 4 Arxetip) arxetipinə uyğun davranış nümayiş etdirirlər. Dolayısı ilə qarşılarındakı şəxslərə bəzən istəmədən belə güc və bilgi nümayiş etdirməyə düşkün şəxs kimi görünə bilirlər.
Əsas məsələ bundan ibarətdir ki, sözügedən mövzuda uşaqlığını yaşamayan uşaqların vaxtından əvvəl “böyüməsi” məsuliyyət daşımağı vərdiş halına gətirir, sonrakı həyatları boyu şəxslər sevgili, dost rolundan daha çox müəllim, tərbiyəçi, ana və ya ata olmadıqları münasibətlərdə belə valideyn rolunu oynayırlar, dolayısı ilə münasibətlərin bu modelini mənimsəməyən Azərbaycan insanı bu cür münasibəti özünə yad bildiyi üçün separatizm qaçılmaz olur. İnsan bioloji varlıq kimi sadəcə bir canlıdır, o sosializasiya əsasında şəxsiyyətə çevrilir dolayısı ilə təkcə təhlükəsizlik tələbatı və ya ən baza tələbat olan həyati tələbatların ödənilməsi onun varlığını qane edə bilməz. O yaşadığı müddət ərzində özünü müxtəlif münasibətlərin mərkəzində tapır, bu münasibətlərdə öyrəndiyi onun kök inanclarını – Şemalarını formalaşdırır – Emosional mükəmməliyyətçilik(yaxşı hiss etməliyəm – malı, - məli düşüncə təhrifləri ilə) Sevgi bağlılığı(hər kəs tərəfindən sevilməliyəm – generalizasiya düşüncə təhrifi ilə) , Emosiya fobiyası(bu gün qorxsam bir qorxaq olacam – kadra görə film dəyərləndirməsi ilə) kimi şemalar sonrakı həyat xəritəmizi çəkir və biz düşüncələrimizi həmin inanclara müvafiq “istehsal” edirik. Bu kor çarx bizlərə qəbul etməyi deyil üsyanı öyrədir, beləcə üsyanla keçən bir ömrün daxilində biz nə var olmağın əslində yaxşı olanı deyil, hər şeyi hiss etmək olduğunu anlamır, bütün gözəl səhnələrə gözlərimizi bağlayırıq.
Ədəbiyyat siyahısı:
1. Derya Şahin- Okulda Bağlanma: Çocuk-öğretmen bağlılığı, Taksim-Beyoğlu/İstanbul- 2010
2. Musa Qəhrəmanov – İnkişaf və yaş psixologiyası, mühazirə mətnləri səh.22
3. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021
4. Nuralı Çələbiyev-Dünyanın məşhur və Tanınmış psixoloqları, s. 154-156, Bakı-2017
5. Şebnem Türktan, Canan Savran- Çocuklarda ve ergenlerde ebeveyne bağlanma, özgüven ve okul başarısı ilişkisi, Taksim-Beyoğlu/İstanbul- 2010
6. Şəlalə Babayeva, Mətanət Həsənova – Sosial psixologiya, səh. 95-100, Bakı 2019.
7. Təhminə Rəsulzadə-Valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji problemləri, Xəzər Universiteti, Magistr dissertasiyası, 2018
Nəsimi Qiyasov – 19.07.2021
Azərbaycan Respublikası, Bərdə şəhəri