Son dövrlərdə gündəmə gələn “bibliyoterapiya” sözü insanlarda maraq yaratmağa başladı.Lakin bu mövzu haqqında yerli araşdırmalar az olduğu üçün insanların çoxu mövzunun nə demək olduğunu düzgün anlamır.Biblioterapiya-kitab oxumaqla terapiya deməkdir.Yəni bir növ terapiya(müalicə) üsuludur.Əslində bu termin çox qədim zamanlardan istifadə olunub.Başqa sözlə desək kitabxanaçılıq elmində heç də yeni termin deyil.Qədim mənbələrə görə təxminən 1200-1300cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı.Yəni uzun illər kitablar insanlar üçün bir müalicə vasitəsi olub.Lakin məhz “kitab oxumaqla müalicə” ilk dəfə Amerikalı Benjamin Rush tərəfindən tövsiyyə olunmuşdur.Bu təxminən 19-cu əsrin əvvəllərinə təsadüf edir.Daha sonra 1853-cü ildə amerikalı həkim John Minson Galt, “A Lecture On İdıocy” kitabını yazaraq bibliyoterapiya elmində yeni üfüqlərə yol açmışdır.Bu kitabda ruhi xəstələr üçün oxumanın 5 faydasını qeyd etmişdir:-kitab oxuyarkən beyin məşğul olur və beləliklə xəstə xəstəliyini qısa müddət də olsa düşünmür;-Xəstə kitab oxumaqla vaxtını səmərəli keçirmiş olur;-Xəstələrə bir növ savad,təhsil qazandırır;-Verilən materialların oxunması xəstələrin xəstəxana işçilərinə,həkimlərə,yaxınlarına qarşı daha kübar davranmağına kömək olur;-Kitab oxuduqdan sonra xəstələr daha xoşbəxt,rahat və uyumlu olurlar.Bu baxımdan onları düzgün istiqamətləndirmək daha asan olur.
Bibliyoterapiyanın insanlar üzərində bir çox təsiri var.Bibliyoterapiya doğru zamanda,doğru insan və doğru kitabın qarşılaşmasıdır.Yəni bibliyoterapiya üçün kitab seçərkən terapiya olunacaq şəxsin psixoloji durumu çox önəmlidir.Bibliyoterapiya hər şeydən əvvəl insana yaşadığı sıxıntının təkcə onun başına gəlmədiyi,başqa insanların da bu problemlə qarşılaşdığını xatırladır.Yəni bir növ yaşadıqlarıyla “üzləşir”.Şəxs emosional vəziyyətinə uyğun kitab oxuyarkən problemlərə daha yaradıcı yanaşmanı da öyrənir.Yəni insana başqa çıxış yollarının da olduğunu işarə edir.İnsan kitabı oxuduqca əsərdə verilən qəhramanla özünü müqayisə etməyə başlayır.Məsələn oxşar və fərqli cəhətlərini,hadisələrə yanaşma istiqamətlərini və.s fərqləndirir.Və buna uyğun olaraq qəhramanda olan bəzi xüsusiyyətləri,bacarıqları öz üzərində tədbiq etməyə başlayır.Bu isə özünü inkişafa gedən yolun başlanğıcıdır.Bibliyoterapiyanın ən önəmli faydalarından biridə kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır.Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır.Ümumiyyətlə Bibliyoterapiya böyüklərdə yazı,uşaqlarda isə oyun terapiyası ilə birlikdə tədbiq edilir.Bu reabilitasiyanın sıxıcı olmaması üçündür.Bibliyoterapiya 3 mərhələdə tamamlanır.1.Uyğunlaşma və əks etdirməBu mərhələdə şəxs kitabdakı hadisələrlə tanış olur,xarakterləri qarşılaşdırır.Və hadisələri öz üzərində müqayisə edir.2.Emosianal Partlayış-Üzləşməİnsan müəyyən müddət keçəndən sonra yaşadıqlarını xatırlamağa başlayır.Bəzən bu müəyyən qədər zaman alır.Sanki keçmişdə yaşadıqlarını xatırlamaqla rahatlamış olur.3.BütünləşməBu mərhələ son mərhələdir.İnsan hadisələrə daha fərqli yöndən baxmağa çalışır.Kitabdakı hadisələrə əsasən özünü daha uyumlu vəziyyətdə görmək istəyir.Problemlərin həllində daha yaradıcı davranır.Qeyd edim ki,Amerika və Avropada təhsil sistemində bibliyoterapiyadan geniş istifadə edirlər.Bununla onlar uşaqlarda müəyyən xüsusiyyətlərin,bacarıqların bir növ inkişaf etdiyini söyləyirlər.İndi isə uşaqlar üçün bibliyoterapiyada istifadə ediləcək bəzi kitabların adlarını qeyd edirəm.Qəbullanma duyğusu üçün faydalı olanlar*Arnie and the New Kid, Nancy Carlson
*Arthur's Tooth, Marc Brown*The Berenstain Bears' New Neighbors, Stan Berenstain and Jan Berenstain*The Big Orange Splot, D. Manus Pinkwater*The Brand New Kid, Katherine Couric and Marjorie PricemanÖvladlığa götürmənin izah olunması üçün*Tell Me Again About the Night I Was Born, Jamie Lee Curtis and Laura CornellQəzəb hissinin idarə olunması üçün*Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day, Judith Viorst
*Arnold Gets Angry, Lawrence E. Shapiro and Steve Harpster*Franklin’s Bad Day, Paulette Bourgeois and Brenda Clark*From Mad to Worse, Jim Boulden, Joann Farness, and Brenda Brown*Teeth Are Not for Biting, Elizabeth Verdick and Marieka HeinlenBoşanma olan ailələrdəki uşaqlar üçün*Dinosaurs Divorce, Marc Brown and Laurie Krasny Brown
*Ginny Morris and Mom’s House, Dad’s House, Mary Collins Gallagher and Whitney Martin*Two Homes, Claire Masurel and Kady Macdonald Denton*Was It the Chocolate Pudding?: A Story For Little Kids About Divorce, Sandra Levins and Bryan LangdoBağçaya hazırlıq dövründə olan uşaqlar üçün*Countdown to Kindergarten, Alison McGhee
*First Day Jitters, Julie Danneberg*Franklin Goes to School, Paulette Bourgeois*Froggy Goes to School, Jonathan London*The Night Before Kindergarten, Natasha WingKitabların bəzilərinin türkcə tərcümələri var.Əgər ingiliscə tam başa düşmürsüzsə bu kitablara çəkilmiş cizgi filmlərini də uşaqlara izlətmək olar.Və ya bu kitabları bildiyiniz dildə əvəz edəcək digər kitablar da köməyinizə çata bilər.
Müəllif: Nuray Latifzadeh