Bir ailənin başına gələn oyunlar-Video

Azərbaycanlı cütlük təzminat tələb edir

“Biz Qazaxıstanda yaşadığımız dəhşətləri heç bir zaman unutmayacağıq, biz qardaş və dost ölkədə hüquqlarımızın bu cür pozulmasını gözləməzdik”.

Psixoloq.az  xəbər verir ki ,bunu REAL-a Qazaxıstanın Aktau şəhərində qanunsuz olaraq həbsdə yeddi ay saxlanılan azərbaycanlı iş adamı Azər Quliyevin xanımı Emiliya Quliyeva deyib. 

Azər Quliyev isə Aktauya qaytmağa qərar verir, əsil dəhşətlər isə elə onda başlayır. Qanunsuz həbs, işgəncələr, təhdidlər və şantaj. Azərbaycanlı ailə Qazaxıstan hüquq muhafizə orqanlarının qanunsuzluqlarına görə Bakıdakı ev və maşınlarını satmaq məcburiyyətində qalır.

Emiliya Quliyeva həm də bildirir ki, Qazaxstan Milli Təhlükəsizlik orqanlarının nümayəndləri onlarda işin asanlaşması üçün rüşvət də tələb edib. Yeddi aydan sonra isə Azər Quliyevin günahsız olduğu məhkəmədə subut olunub, amma bununla cütlüyün başına gələn oyunlar bitməyib.

İndi ailə bu müddət ərzində itirdiyi maddi və mənəvi zərəri geri almaq üçün cəhdlər edir.