Bir azca uşaqlıq illərimizə qayıdaq

Bir zamanlar çox gözəl və maraqlı uşaqlıq illərimiz var idi. Kompüterlərdən, uşaq əyləncə mərkəzlərindən və qorxulu filmlərindən uzaqda olan uşaqlıq dövrümüz idi. İndiki dövrdən fərqli olaraq psixikamıza çox gözəl təsir bağışlayan bir neçə sevdiyimiz oyunlar oynayırdıq.Bu yaxınlarda uşaqlıq illərimdən bəri görmədiyim bir qonşuma rast gəldim, hansıki məni  bu məqaləni yazmağa vadar etdi. Bilirsinizimi onlar hansı oyunlardır?Bunlardan biri qızların asudə vaxtlarını səmərəli keçirmək üçün (adi geyimlərdə istifadə olan rezinləri birləşdirərərək) oynadığı oyun, hansıki bir çox qabilliyyətimizi üzə çıxaran və inkişafetdirici təsirə malik olan bu  oyun bizim koordinasiya, vestibulyar apparatımıza müsbət təsir edər, diqqətlilik, qələbə qazanmaq, qürurla məğlub olmaq, hamıdan üstün olmaq və rəqib olduqları halda belə qızlarla dost olmağı öyrədir. Bu zaman həm fiziki, həm verbal aqressiydan da uzaq olmaımıza kömək olurdu.İkinci klassik olaraq hamının oynadığı - asfaltda təbaşir ilə çəkilən damalar, sadə daş ilə damaların xanalarının üzərinə ataraq əyləncəli oyundur. Bu oyunda qalib gələrkən özümüzü  necə xoşbəxt hiss edirdiksə-gördüyümüz bütün insanlarla o sevinc hissimizi bölüşmək istəuirdik. Diqqət, dəqiqlik və  konsentrə olmaq bacarıqlarımızı inkişaf etdirirdi.  Sevdiyimiz daha bir oyun - “Bəli və ya xeyr demək olmaz oyunu”dur. İllər sonra  psixoloq olaraq oyunun  nə gözəl təsirə malik olduğunu anlayıram. İstənilən suala elə cavablar verməli idin ki, o cavabda “bəli” vəya “xeyr” sözünün  əvəzinə digər köməkçi sözlər və ya sinonimlər olmalı idi. Qalib gələn uşağın elə zəngin söz lüğəti olmalı idi ki, istənilən bir suala sıxılmadan səhvsiz cavablar versin. Özünü ələ almaq qabilliyətini inkişaf etdirən bu tapşırıq bizə həm də hazırcavab olmağı öyrədirdi, istənilən vəziyyətdən diqqətli olub çıxış yolu tapmaq qabilliyətini inkişaf etdirirdi.Əslində bu siyahını çox uzatmaq olardı, lakin oxucularımı yormaq istəməzdim. Çox xoşbəxt uşaqlıq illərimiz olub, bunu öz şagirdlərimizə və övladlarımıza yaşatmaq imkanı verək, onlarla daha çox ünsiyyət quraq, onlara güzəştə getməyi öyrədək, onların fikirləri ilə maraqlanaq və ən başlıcası onlara zaman ayıraq.