Boşanma, evli insanların birgə həyatlarını məhkəmə qərarı ilə ayıraraq, heç bir əlaqələri olmayacaq şəkildə bitirmələridir. Boşanma bir hakimin qərarı ilə sona çatacaq qədər qısa proses olsa da, heç bir emosional problemin yaşanmayacağı qədər asan deyil. Boşanma dövründə cütlüklərin qarşılaşdıqları bəzi problemlər vardır. Boşanmanı, boşanmadan əvvəl və sonra olaraq iki dövrə bölmək mümkündür. Hər iki dövr cütlüklər üçün çətin dövr hesab edilə bilər. Boşanmadan əvvəlki dövrdə bir və ya hər iki tərəf kədər, narazılıq, evliliyin gözləntilərinə uyqun olmaması, kövrəklik və qətiyyətsizlik kimi hissləri yaşaya bilərlər. Bu dövrdə cütlüklər boşanmanın onlardan nələri alacağını və verəcəyini ölçərək qərar verməyə çalışırlar. Boşanmadan sonrakı dövrdə xaos, boşluq, kədər, özünə inamsızlıq kimi duygular yaşanıla bilər. Hər iki dövrə nəzər yetirdikdə boşanmanın ayrılan tərəflərin psixoloji sağlamlığına mənfi təsir göstərdiyi görülür. Ancaq aparılan araştırmalara nəzər yetirildiyində, boşanma prosesində qadınların kişilərə nisbətən daha çox emosional problem yaşadıqları görülür. Boşanmadan əvvəlki dövrdə işləməyən qadınların maddi problemlərini necə həll edəcəyi, uşaq sahibi olan qadınların isə uşaqlarını təkbaşına böyüdərkən qarşılaşacaqları problemləri düşünərək daha çox mənfi hisslər yaşadıqları müşahidə olunur. Digər tərəfdən, kişilərdə isə tək yaşamağın onlara verdiyi problemlər, özlərinə qulluq bacarıqlarında azalma və zərərli vərdişlərə meyl etdikləri görülür.
Boşanma hər iki tərəf üçün çətin bir prosesdir. Bu müddətdə ayrılan insanlar ətrafdan sosial dəstək almalı və lazım olduqda psixoloji xidmətdən yararlanmalıdırlar. Eyni zamanda, cütlüklərin boşandıqdan sonrakı dövrdə dərhal yeni bir evlilik qərarı verməmələri və sağlam bir qərar verməsi üçün bir az daha düşünmələri tövsiyə olunur.