elnare-meherremova

Elnara Maharramoa

2014-2018 illərdə Bakı Dövlət Universitetində "Psixologiya" ixtisası üzrə bakalavr təhsili almışdır. Bakalavr təhsili müddətində  2016-2018 illəri ərzində Psixi Saglamlıq Mərkəzində 2 illik staj təcrübəsi vardır. Bakalavr təhsil müddətində Sos Uşaq Kəndlərində könüllü psixoloq olaraq çalışmışdır. 

2018-2020 illərdə Türkiyənin Samsun şəhərində yerləşən, Ondokuz Mayıs Universitetində "Qadın və Ailə Araşdırmaları" üzrə magistratura ixtisasını bitirərək "Uzmanlıq" dərəcəsini almışdır.

2019-2020 illərdə Türkiyənin İstanbul şəhərində yerləşən, Yıldız Teknik Universitetində "Psixoloji Konsultasiya" ixtisası üzrə ikinci magistratura təhsilini almıştır.

Hal hazırda İstanbul Üniversites- Cerrahpaşa "Adli Tıp ve Adli Bilimler" Enstitütüsünde doktorantura təhsilinə davam edir. 

Psixoloqun bir çok elmi araştırma və məqalələri vardır.  3 İldir ki Türkiyə'də yaşayır, elmi və iş həyatına orada davam edir. Hal hazırda isə İstanbul şəhərində online və fərdi konsultasiyalar qəbul etməkdədir.  Azərbaycanda yaşayan pasientlərini isə online şəkildə qəbul edir. Müraciət üçün instagram sosyal şəbəkəsi vasitəsilə @psikolog.elnara səhifəsindən əlaqəyə saxlaya bilərsiniz.

Uzman Psixoloq Elnara Maharramova

İmtahan həyəcanı və xüsusiyyətləri nələrdir?

İmtahan həyəcanı nədir?İmtahan həyəcanını, əvvəlcədən öyrənilən biliklərin imtahan zamanında səmərəli istifadəsinə maneə yaradan və müvəffəqiyyətin azalmasına səbəb olan hal olaraq adlandıra bilərik. İmtahan öncəsində həyəcan çox insanda görünür. Həyəcanın müəyyən dərəcəyə qədər olması normaldır ancaq bu həyəcan daha çox artdığında imtahanda uğurlu nəticə əldə etməyə əngəl olur. Həyəcan hər hansı bir stresli vəziyyətdə yaşanan təbii bir duyğudur. Hər bir emosiya bizə bir sıra mesajlar verir. Heç bir emosiyadan qaçmamalı, bu duyğuya qulaq asmalı, onun bizə demək istədiyi mesajları anlamağa və təhlil etməyə çalışmalıyıq.İmtahan həyəcanının olub olmadığını necə bilə bilərik?İmtahan həyəcanı yetişkin insanlara nisbətən yeniyetmələrdə daha çok görünür. Bu şagirdlərin nailiyyətlərində xeyli azalma, dərslərə gecikmələr, imtahanlar və hazırlıqlar barədə danışmaqdan imtina etmək müşahidə olunur. Onlara bu mövzu ilə bağlı verilən suallardan narahat olurlar. Diqqətin yayınması, diqqətini cəmləyə bilməməsi, fiziki şikayətlərin nəzərə çarpacaq dərəcədə artması (qarın ağrısı, ürəkbulanma, tərləmə, yuxunun pozulması, iştahsızlıq və ya əksinə, həddindən artıq yemək, aşağı əhval-ruhiyyə və s.), çox oxumağa baxmayaraq aşağı nəticələr göstərmək, imtahan sırasında dərin bir boşluq yaşanması imtahan həyəcanının göstəricilərindəndir. İmtahan həyəcanın səbəbləri nələrdir?Özgüvən əksikliyi, ailənin yanlış münasibəti, əvvəlki uğursuzluqların təkrarlanmasından qorxma, mükəmməlliyətci yanaşma, zamanı düzgün istifadə edə bilməmək, planlamada sıxıntı, tapşırıq və vəzifələrin təxirə salınması, ailədən və ətraf mühitdən yüksək gözləntilər, imtahan nəticələri ilə bağlı mənfi düşüncələr imtahan həyəcanının səbəbləri arasında yer almaqdadır.İmtahan həyəcanı ilə necə mübarizə edə bilərik?1.İmtahan öncəsində planlı və doğru dərs çalışmaq uğurlu nəticə əldə etməyin ilk adımıdır. İmtahan hazırlıqını son günə buraxmamaq lazımdır. Sağlıqlı bəslənmə, yuxu rejiminə diqqət etmək çox önəmlidir. İmtahan qaydalarını öncədən öyrənmək və imtahan yerini öncədən ziyarət etmək imtahan  günü o yere adaptasiya olmağa yardım edəcəkdir. 2. İmtahan günündə imtahan yerinə nə çox gec nə də tez getməməyə çalışın. Doğru nəfəs alıb vermək, mənfi düşüncələri idarə etməyə çalışmaq bu həyəcanı yenməyə yardım edəcəkdir. 3. İmtahan sonrasında nəticələrdən asılı olmayaraq özünüzü mükafatlandırın. İmtahan sırasında etdiyiniz yanlışlar üzərində durmaq, yanlışları araşdırmaq, bir sonraki imtahan üçün bunları etməməyə yardım edəcəkdir.

Munchausen Sindromu nədir?

Munchausen sindromu süni xəstəlik əlamətlərinin yaradılması ilə xarakterizə edilən pozuntudur.  Bu xəstəlik insanın özündə və başqasında süni xəstəlik əlamətlərinin yaratması ilə iki cür ola bilər. İnsanın özü özündə süni xəstləlik yaratması Muncahusen, başqasına yükləməsi isə Munchuasn by Proxy olaraq adlandırılır. Munchausen sindromlu fərdlərin uşaqlıqda valideynləri tərəfindən tərk edildiyi, baxımsızlığa və sui-istifadəyə məruz qaldığı, diqqətdən məhrum olduqları, travmatik hadisələrə şahid və ya məruz qaldıqları müşahidə ediləndir.  Bu fərdlərdə  uşaqlıqda inkişaf etməyə başlayan mənlik hissi, yaşanan pis münasibət və davranışlardan mənfi təsirlənib.  Süni olaraq yaratdıqları xəstəlik əlamətləri isə onların diqqət, təsdiq və sevgi ehtiyaclarını ödəmək üçün bir vasitə olaraq qəbul edilir. Munchausen xəstələrinin çox hissəsi səhiyyə işçiləri vəya bu sahə ilə bağlı məlumatlı insanlardır.  Xəstəliyin əsas mənbəsi stresdir. Ailə, iş problemləri, stresli mühitlər, həddindən artıq məsuliyyətlər xəstəliyin davam etməsinə səbəb olur.  Munchausen sindormunun simptomları bəzən Temaruz, Somatoform və Hipoxondriya xəstəlikləri ilə qarışdırılır. Ancaq  bu xəstəliklərdən fərqləndirən bəzi xüsusiyyətlər vardır. Temaruz və Munchausen Sindromu arasındakı əsas fərq, temaruz xəstələrində əldə edəbiləcəkləri ikincil bir faydanın olmasıdır. Məsələn, istənməyən bir missiyadan və ya maddi qazancdan xilas olmaq və s. Somatoform və hipokondriaziyada simptomlar şüursuz olaraq yaranır.  Başqasına yüklənən Munchausen by Proxy sindromu isə baxım verən və ya bioloji ana tərəfindən süni olaraq yaradılır. Uşaqda süni xəstəlik əlamətləri yaradan anaların çox vaxtı biyoloji və ya psixiatrik yaş problemləri vardır.  Bu anaların ortalama yaş aralığı 20-25 arasında dəyişir.   Munchausen by Proxy Sindromunda, anaların uşaqlıqda baxımsızlığa və istismara məruz qaldıqları, hal hazırda isə ailə problemləri yaşamaqa davam edirlər. Analar uşaqları ilə birlikdə xəstəxanaya gedəndə  isə bir müddət ailə problemlərindən uzaqlaşa bilirlər. Bu onlar üçün bir rahatlıq və evliliklərinin davam etməsini uzadan bir səbəbdir. İstismara məruz qalan uşaqların çoxunun isə yaş aralığı 0-2’dir. Uşaqların həyatlarının ilk illərindən anaları ilə arasındaki güvənli sevgi zədələnir.  Böyüyündə isə bu vəziyyəti anlasalar da analarına qarşı çıxa bilmirlər. Özləri də  anaları ilə birlikdə öz istismarının iştirakçısı və qurbanı olur. Xəstəliyin müalicəsində isə təsdiqlənmiş bir müalicə sxemi olmasa da ailə və fərdlərin dəyərləndirilməsi və psixoterapevtik metodlarla müalicə edilməsi tövsiyə ediləndir. Müalicə uzun ve çətin yoldur.  İÜ-Cerrahpaşa Üniversitetinin Doktorantı  Uzman Psixoloq Elnara Maharramova

Travma və xüsusiyyətləri nələrdir

Travma anlayışı, bir insanın mənəvi və fiziki varlığına xələl gətirən, incidən və yaralayan hər cür hadisəni adlandırmaq üçün istifadə oluna bilər. Həyatda yaşanması ağır olan hadisələr insanda qorxu, köməksizlik, zəiflik hisslərinə səbəb olur və bu vəziyyət travma almış insanların duyğularını, düşüncələrini və zehni vəziyyətlərini uzun müddət təsir altında saxlayır. Belə hadisələrə "travmatik vəziyyət" və ya "travma" deyilir.  Orqanizmalar travmatik hadisəyə fərqli şəkillərdə reaksiya verir. Bir orqanizm travmaya oxşar reaksiya versə də başqa bir organizm fərqli reaksiya verə bilər.  Ümumiyyətlə, travma anında və sonrasında stress reaksiyalarının emosional, fiziki, zehni və davranış aspektləri müşahidə olunur. Duygusal: güclü qorxu, qəzəb, günah, çarəsizlik, xəcalət, darıxdırıcılıq, kədər, pessimizm və s. duyğuları hiss etmək. Fiziki: nəfəsdə daralma, boğazda darlıq, ürək bölgəsində çarpmalar, titrəmələr, başgicəllənmə, ürək bulanması, qusma, ağız boşluğu, iştahsızlıq, həddindən artıq yorğunluq, bəzi bölgələri hiss etməmək və s. Zehni: sıx-sıx narahat edici düşüncələr, dağınıq düşüncələr, insanın  özünə və xarici dünyaya qarşı mənfi düşünceleri, unutqanlıq, hadisələrin yüngülləşməsi, trans vəziyyət, tapıldığı yer və vaxtı xatırlaya bilməmək, xəyalları pozan və təkrarlayan və s. Davranış: qəfil və gözlənilməz intensiv partlayışlar qəzəb, yayındırma, həddindən artıq əsəbilik, özünə zərər verən davranış, intensiv alkoqol istifadəsi, çəkinmə davranışı və s. əlamətlər aiddir. Travma sonrasında yaranan pozuntunu müalicə etmək üçün farmakoloji terapiya və psixoterapiya metodları istifadə olunur. Semptomlar çox ağır olmadıqda, ilk növbədə psixoterapiya ağır hallarda dərman və psixoterapiya tətbiq etmək faydalıdır. Uzm.Psixolog Elnara Maharramova

Boşanmadan əvvəl və sonra -Sağlam qərarlar necə alınmalıdır

Boşanma, evli insanların birgə həyatlarını məhkəmə qərarı ilə ayıraraq,  heç bir əlaqələri olmayacaq şəkildə  bitirmələridir. Boşanma bir hakimin qərarı ilə sona çatacaq qədər  qısa  proses olsa da,  heç bir emosional problemin yaşanmayacağı qədər asan  deyil. Boşanma dövründə cütlüklərin qarşılaşdıqları bəzi problemlər vardır. Boşanmanı, boşanmadan əvvəl və sonra olaraq iki dövrə bölmək mümkündür. Hər iki dövr cütlüklər üçün çətin dövr hesab edilə bilər. Boşanmadan əvvəlki dövrdə bir və ya hər iki tərəf kədər, narazılıq, evliliyin gözləntilərinə uyqun olmaması, kövrəklik və qətiyyətsizlik kimi hissləri yaşaya bilərlər. Bu dövrdə cütlüklər boşanmanın onlardan nələri alacağını və verəcəyini ölçərək qərar verməyə çalışırlar. Boşanmadan sonrakı dövrdə xaos, boşluq, kədər, özünə inamsızlıq kimi duygular yaşanıla bilər. Hər iki dövrə nəzər yetirdikdə boşanmanın ayrılan tərəflərin psixoloji sağlamlığına mənfi təsir göstərdiyi görülür. Ancaq aparılan araştırmalara nəzər yetirildiyində, boşanma prosesində qadınların kişilərə nisbətən daha çox emosional problem yaşadıqları görülür. Boşanmadan əvvəlki dövrdə işləməyən qadınların maddi problemlərini necə həll edəcəyi, uşaq sahibi olan qadınların isə uşaqlarını təkbaşına böyüdərkən qarşılaşacaqları problemləri düşünərək daha çox mənfi hisslər yaşadıqları müşahidə olunur. Digər tərəfdən, kişilərdə isə tək yaşamağın onlara verdiyi  problemlər, özlərinə qulluq bacarıqlarında azalma və zərərli vərdişlərə meyl etdikləri görülür. Boşanma hər iki tərəf üçün çətin bir prosesdir. Bu müddətdə ayrılan insanlar ətrafdan sosial dəstək almalı və lazım olduqda psixoloji xidmətdən yararlanmalıdırlar. Eyni zamanda, cütlüklərin boşandıqdan sonrakı dövrdə dərhal yeni bir evlilik qərarı verməmələri və sağlam bir qərar verməsi üçün bir az daha düşünmələri tövsiyə olunur.

Uşaqlarla ünsiyyətdə 6 sehrli cümlə

Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyiniz mesajı verir. Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir 1. Bunu bacara bilərsən Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Uşağın etməkdən qorxduğu hər hansı bir işə cavab qarşılıq olaraq söyləmək olar. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da ona bildirir. 2. Afərin Uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilə bilər. Burada diqqət edilməli məqam, uşağın etdiyi işlə bəraber afərin deyilməlidir. Əks halda uşaq ona niyə afərin dediyinizi anlamaya bilər. Məsələn: "Bu şəkli çox  gözəl çəkdin, Afərin" deyilə bilər. 3. Bunu necə etdiyini mənə də izzah edə bilərsən? Uşaqın etdiyi bir işdən sonra onu necə etdiyini sizə izzah edən bir cümlədir. Bu cümlə uşağa özünü ifadə etmək imkanı verir. Bu cümlə hər hansı xoş bir hərəkətdən sonra istifadə olunduqda isə  uşaqda uğurlu, bacarıqlı bir fərd olduğu hissini yaradır. 4. Bu mövzuda sən nə düşünürsünüz? Bu cümlə uşağa bir fərd olaraq hörmət etdiyinizi və fikirlərinin sizin üçün vacib olduğunu ona bildirir. 5. Sakitləşənə qədər səni gözləyə bilərəm Uşaq hirsli və ya əsəbi olduqda istifadə olunan bir cümlədir. Bu cümlə uşağa bu an əsəbi ola bilərsən ancaq sakitləşdikdən sonra danışa bilərik, sən mənim üçün dəyərlisən, səni gözləyə bilərəm və mən səninləyəm mesajını verir. 6.  Hər ikimiz üçün də yararlı olan bir həll yolu düşün Bu cümlə anormal mübahisələrin həlli üçün əla bir yoldur. Bu ifadəni münasibətlərdə tez-tez problem yaradan uşaqlar üçün istifadə edə bilərsiz. Bu cümlə  ikiniz üçün də ortaq həll yolu tapmaqa kömək edəcəkdir.  

Sevgi münasibətlərində bağlanma tərzləri

Bağlanma nədir və necə yaranır? Bağlanma, həyatımızda önəmli yer tutan insanlara qarşı yaranan duygusal bağdır. İnsanlara bağlanma tərzimiz uşaqlıq dövründən formalaşmaqdadır. İnsanların sahip olduğu bağlanma tərzi körpə ikən ehtiyaclarını qarşılayaraq, ona baxan insan ilə  arasında yaranır. Bu insan isə bir çox durumda uşağın anası olur. Uşağa baxan insanla körpə arasında yaranan bağlılıq uşağa güvəndə olduğu hissini verir. Körpə uşaqın baxıcısına qarşı müsbət duygular bəsləməsi irəliləyən yaş dönəmlərində digər insanlara qarşı  münasibəti və hansı bağlanma tərzinə sahib olmasına önəmli dərəcədə  təsir edəcəkdir. Bu səbəplə 0 ilə 3 yaş arası uşağın hansı bağlanma tərzinə sahip olmasında önəmli dönəmdir. Hansı bağlanma tərzləri vardır? Bağlanma tərzlərini izzah etmək üçün fərqli araştırmacılar fərqli tipologiyalar ayırmışdır. Hazan ve Shaver isə “güvənən”, “təşvişli-qərarsız” ve “təşvişli-qaçan” olaraq üç yetişkin bağlanma növünü fəqrləndirdi. Hazan və Shaver (1987) bağlama nəzəriyyəsi ilə sevgi münasibətlərinə yeni bir  baxışla  baxılacaqına inanaraq, sevgi münasibətlərində bağlanma tərzinin vacibliyini vurğuladılar. Bağlanma tərzinə görə sevgi münasibətlərində hansı davranışlar göstərilir? Güvənən bağlanma- bu bağlanma stilinə sahib şəxslərin özünə inamı digər bağlanma tərzlərinə sahip insanlara nisbətən daha yüksəkdir. Bu şəxslər bağlandıqları insandan ayrıldıqları zaman  narahatlıq, təşviş duyğusu yaşamırlar amma onlarla yenidən barışdıqlarında isə ruhən ​​rahatlıq hiss edirlər. Güvənli bağlanma tərzinə sahip olan insanlar partnyorlarını daha az qısqanırlar. Özlərinə və partnyorlarına olan  inamı isə başqalarından daha yüksəkdir. Münasibətlərində problem yaşadıqda isə münasibətlərini qorumaq üçün daha çox çalışırlar. Təşvişli və qərarsız bağlanma- bu tərz bağlanmaya sahib olan insanlar yeni münasibətlər qurmağa daha çox can atırlar. Amma bununla birlikdə, münasibətlərinin ayrılıqla sonlanacağı qorxusunu da  yaşayırlar. Bu bağlanma stilinə sahib olan şəxslərin özünə inamı isə digər bağlanma üslublarına nisbətən daha aşağıdır. Bu şəxslər partnyorlarından ayrıldıqlarında, daha çox stres və narahatlıq keçirirlər. Ən yüksək qısqanclıq və sahiblənmə davranışları da  bu insanlarda müşahidə olunur. Təşvişli-qaçan bağlanma stili - bu bağlanma stilinə sahip insanlar digər insanlarla yaxın münasibət qurmaqdan və onlara bağlı qalmaqdan narahatlıq keçirirlər. Bu insanlar sevgi münasibətləri qurmağa həvəslidirlər amma keçmişdə yaşadıqları xoş olmayan təcrübələrini nəzərə alaraq sevgi münasibətləri qurmaqdan çəkinirlər. Birlikdə olduqları şəxsdən ayrıldıqlarında isə xüsusi bir reaksiya göstərmirlər və barışdıqları zaman yaxınlıq qurma davranışlarını partyorlarından gözləyirlər. Bu bağlanma stilinə sahib olan insanlar digər insanlara görə daha az qısqanclıq duyğusu yaşayırlar. Bu isə onların duyğularından qaçmaları və onları bastırmaqlarından irəli gəlir. Bu insanlar qısqanclıqla qarşılaşdıqda isə, münasibətdəki üçüncü şəxsə qarşı daha çox qəzəb və emosional reaksiya göstərirlər. Təşvişli-qaçan bağlanma stilinə sahib şəxslər münasibətlərində problemlərlə qarşılaşdıqlarında münasibəti qorumaya yönəlik davranışları ən az göstərən şəxslərdir. Onlar sevgi münasibətlərindəki problemləri partnyorlarından qaçaraq və ya ayrılaraq həll etməyə çalışırlar. Bağlanma tərzi dəyişdirilə bilərmi? Sahip olduğumuz bağlanma tərzini dəyişdirilib dəyişdirliməməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Amma bağlanma tərzlərinin bilinməsi sevgi münasibətlərində yol verilən xətaların və yaşanan çətinliklərin ortadan qaldırılması və uyğun addımların atılması üçün önəmlidir. 

"Covid-19" İlə mübarizədə əhvalımızı necə yüksək tuta bilərik?

Həyatımızın hər mərhələsində fərqli krizlərin yaşanması mümkündür. Son zamanlarda  insanlar üçün ortaq olan kriz isə "Covid-19" pandemiyasıdır. “Covid-19”  bütün dünyada hamı üçün ortaq kriz olsa da insanlar virusa qarşı fərqli emosional reaksiyalar verirlər. Çünki hər bir şəxs fərqlidir, hər kəs hadisələri fərqli qavrayır və  öz inanclarına, düşüncə tərzinə görə şərh edir. Bu çətin günlərdə özünüzü, yaxınlarınızı virusa qarşı qorunmaq üçün əhvalınızı yüksək səviyyədə tutmaq və lazımi qaydalara riayət etmək sizin üzərinizə düşən əsas vəzifələrdən biridir. Bu vaxtlarda əhvalınızı yüksək səviyyədə tutmaq və özünüzü daha rahat hiss etməniz üçün istifadə edə biləcəyiniz fərqli relaksasiya metodları vardır. Özünüzü rahat hiss etməyin metodlarından biri doğru nəfəs almaqdır. Doğru bir şəkildə alınan nəfəs ağır, dərin və səssiz alınan nəfəsdir. Nəfəs aldığınız müddətdə 1 saniyədə dərindən nəfəs alın, nəfəsinizi 4 saniyə ağciyərlərinizdə saxlayın və 2 saniyədə nəfəsinizi yavaş-yavaş verin. Bunu hər gün müntəzəm olaraq təkrarlayın. Bu texnikanı tez-tez təkrarlamağınız sizin özünüzü daha rahat və fərah hiss etmənizə səbəb olacaqdır. Bu dönəmlərdə, əhvalınızı yüksək səviyyədə saxlamağın digər bir yolu isə sizə xoş təəsürat bağışlayan insanlarla ünsiyət saxlamağınızdır. Karantin rejimində olduğumuz üçün bunu telefon, sosyal şəbəkələr vasitəsilə etməyiniz daha məqsədəuyğundur. Uzun zamandır danışmadığınız dostlarınızla əlaqə saxlaya, keçmişdə olub keçən gözəl günləri yenidən xatırlaya və müzakirə edə bilərsiniz. Evdə qaldığınız müddətdə uzun zamandır etməyi planladığınız amma zaman məhdudiyyəti ucbatından edə bilmədiyiniz işlərinizi etməyin əsl zamanıdır. Alternativ fikir olaraq, oxumağı planladığınız kitabları oxuya, hobbilərinizə zaman ayıra, yeni yemək reseptlərini sınaya bilərsiniz. Bunlardan başqa, internet vasitəsilə öyrədici online seminarlara qatıla, sertfikat əldə edə, yeni xarici dil öyrənə və ya bildiyiniz hər hansı xarici dili inkişaf etdirə bilərsiniz. Gələcəyə yönəlik pozitiv düşünməyə çalışın. Bu vəziyyət bitdikdən sonra nələri edəcəyinizə dair planlar qura bilərsiniz. Unutmayın ki, vəziyyəti yenmək üçün dünyada və ölkəmizdə tədbirlər davam edir.  Uzm.Psixoloq Elnara Maharramova