Psixoloq.az bildirir ki, bu barədə Humel psixologiya mərkəzinin psixoloqu Sevil Bağırova mərkəzin rəsmi səhifəsində bu barədə danışıb.Məqaləni sizlərə təqdim edirilk
Zəlzələ kimi təbii fəlakətə məruz qalan insanlarda fiziki və emosional stress özünü göstərə bilər. Fiziki stressin əsas simptomları; baş gicəllənməsi, ürək döyüntüsünün artması, ürək bulanması, qusma, iştahda böyük ölçüdə azalmalar, yuxu pozuntuları, əl və ayaqlarda uyuşmalar, nəfəs darlığı şəklində özünü göstərir.
Emosional stressin göstəriciləri; müəmma, donuqluq, şok və inkar halı, qorxu, narahatlıq, çarəsizlik, günahkarlıq, bədbinlik, dini inanclarda dəyişiklik, özünə və başqalarına güvənsizlik, hissiyyatsızlaşma, zəlzələni xatırladacaq hər şeydən qaçmaq, ən kiçik səslərdən diksinmə, məkan və zaman anlayışlarının itirilməsi, zəlzələyə aid görüntü və səslərin tez-tez canlanması şəklində ola bilər.
Zəlzələlər, digər təbii fəlakətlər kimi şəxslərə, ailələrə və eyni zamanda bütün cəmiyyətə təsir edən ağrılı hadisələrdir. Bu hadisələrə məruz qalmaq, onları fiziki olaraq yaşayanlarda olduğu kimi “izləyici” olaraq məruz qalanlarda da oxşar təsirlər yarada bilər. Hər bir şəxs bu hadisələrə məruz qaldığı hadisənin böyüklüyünə, mədəni fərqlərinə, keçmiş təcrübələrinə, daha əvvəl belə travmatik hadisələri yaşayıb yaşamadığına, başqalarından dəstək alıb almadığına, yaşı və daha bir çox səbəbə bağlı olaraq fərqli reaksiyalar verir. Bəzi insanlarda qısa vaxt ərzində bu simptomlar aradan qalxsa da, bəzilərində zamanla posttravmatik stress pozuntusu, təşviş pozuntuları, depressiya simptomları özünü göstərə bilir. Posttravmatik stress pozuntusu uzun illər sürə bilən və şəxsin ciddi əmək qabiliyyəti itkisinə yol açan pozuntudur.
Zəlzələ hadisəsindən sonra bu dövrü daha az zərər ilə keçirə bilmənizə kömək edəcək bəzi üsullar:
- İtkiləriniz üçün yas tutma və üzüntünüzü yaşamanıza izn vermək
- Günlük rutin fəaliyətləri bacardığınız qədər davam etdirmək
- Zərərli vərdişlərdən uzaq durmaq
- Ev, iş, yaşantıda bəzi dəyişiklərin ola biləcəyini bilmək və qəbul etmək
- Sığınacaq, yemək, yuxu kimi təməl ehtiyacları qarşıladıqdan sonra digər insanlar ilə təmas qurmağa çalışmaq
- Yaxınlarınızla bir arada olmaq və yaşadıqlarınızı danışmaq
- Yaşadığınız duyğuların zamanla azalacağının fərqində olmaq
- Mənfi emosiyalar içərisində olduğun anda, ayaqlarını yerə möhkəm sıxmaq və döşəməni hiss etməyə çalışmaq
- Nəfəs texnikalarından istifadə etmək
- İndiki halda bədənində nə hiss etdiyinə diqqət etmək
- Ətrafında olan və sənə stress yaratmayacaq şeyləri saymaq
- Əzələ rahatlatma texnikalarından istifadə etmək
- Özünü bağlayıb güvənli hiss etdiyin bir yerdə xəyal etmək.
Vaxt keçdikcə narahatlıqlarınızın azalmadığını, gündəlik həyatınıza təsir etməyə başladığını, özünüzə ya da başqa birinə zərər vermə fikirlərinizin yarandığını hiss edərsinizsə, psixolojik dəstək ala biləcəyiniz qurumlara baş vura bilərsiniz.
Müəllif:Psixoloq Sevil Bağırova