Bulemiya nervoza nədir?
Bulemiya nervoza ifrat yemək yemə krizləri və sonradan bilərəkdən qusdurma ilə özünü göstərən bir qidalanma meyli pozuntusudur.Pasiyentlərimiz anoreksiya nervozada olduğu kimi ideal bədən ölçülərinə sahib olmaq məqsədi ilə müxtəlif üsullara əl atır.Anoreksiya nervozadan əsas fərqi pasiyentin normal və ya artıq çəkidə olması ilə bərabər özlərini qusdurmaq cəhdlərinin olması fərqləndirici diaqnostik kriteridir.Xəstələr ayda 1 neçə dəfədən tutmuş gündəlik sayı 4-5 olan krizlər şəklində ümumi kalorisi 2000-5000 olan qidaları tıxanana qədər yeyirlər.Bir çox hallarda gizli şəkildə yedikləri bu qidaları doyduqlarına görə yox mədədə yaranan doluluq hissinin verdiyi diskomforta və ağrıya görə saxlayırlar.
Ən çox kimlərdə rast gəlinir?
Anoreksiya nervozadan fərqli olaraq bulemiya nervoza daha çox rast gəlinən bir xəstəlikdir.Gənc və yeniyetmə qadınlarda rast gəlinən bu problemin kişilər arasında rastlanması nadir hallarda olur.Qadınlarda kişilərdən 10 dəfə daha çox rast gəlinir
Bulemiya nervozanın yaranma səbəbləri hansılardır?
Konkret səbəb aydın olmasa da beyindəki aclıq və toxluqu tənzimləyən mərkəzlərdə bir problemin mümkün ola biləcəyi ilə bağlı mülahizələr vardır. Yaxın qohumlarında bu xəstəliyin var olması şəxsdə yaranma ehtimalını artıran faktordur.Uşaq yaşlarında cinsi istismara məruz qalma və ailə içində aqressiv davranışın tez tez təkrarlanması da risk qrupuna daxildir.
Bulemiya nervozanın əsas əlaməti nədir?
Bu xəstəlik adətən ən az 1 il diyet saxladıqdan sonra inkişaf edir.Diyet nəticəsində xəstə arıqlaya bilsə belə bu onu qane etmir.Amma bu arıqlıq anoreksiya nervozada olduğu qədər olmur.Yeməyi məhdudlaşdırma tıxanana qədər yemə krizlərinə gətirib çıxarır və nəticədə xəstədə yaranan günhakarlıq duyğusnun təsiri ilə özlərinə qusdurmağa, qarın işlədici və ya sidik qovucu dərmanlar qəbul etməyə başlayırlar.Xəstələr tez tez arıqlayıb kökəlirlər.Əksər hallarda evdə tək yeməyi xoşlayan bu şəxslər adi porsiyalarda doyum hissini yaşaya bilmirlər.Bir çoxunda normal çəki və ya azca piylənmə müşahidə olunsa da onlar ideal çəkinin aşağı sərhədlərində olmağı arzulayırlar.Ünsiyyət qurmaqda çətinliklər çəkən bu şəxslərin sosyal əlaqəli zəif olur.Bir çoxunda özlərini tez tez qusdurmağa bağlı əllərinin üst tərəfində dişləri ilə sürtünmədən yaranan spesifik bir iz olur.Bəzilərində çox qəribə bir şəkildə qarşısı alınmaz qida və zinyət əşyaları oğurlamaq ehtiyacı olur.
Bulemiya nervozanın orqanizmə zərərləri nələrdir?
Xəsətliyin mövcud olması dişlərdə çürümə, ürək ritmində dəyişiklik, menustrasiya pozulması, tüpürcək vəzində böyümə, ezofagit kimi xəstəliklərin yaranmasına ciddi zəmin yaradır.
Bulemiya nervoza necə müalicə edilir?
Əgər xəstədə intihar cəhdi və ya narkotik maddə asılılığı yoxdursa rahat bir şəkildə ev şəratində müalicə oluna bilərlər.Bütün psixiatrların ortaq gəldiyi məxrəc bundan ibarətdir ki, müalicə prosesində ən effektiv yanaşma antidepressant mülaicəsi ilə yanaşı aktiv tətbiq olunan koqnitiv –davranış terapiyasıdır.Ən az 6 ay davam edən dərman müalicəsi və ardıcıl 12-16 seans terapiya görüşmələri nəticəsində pasiyentlərdə nəzərə çarpacaq ciddi dəyişiklər əldə etmək mümkündür.