Etiologiyası- 21-ci xromosomun patologiyası
Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır.
Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır.
Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir.
Defektoloq Gülnarə Səfərəliyeva
Psixoloq.az