Diaspor rəhbəri və baş redaktor Şəhid məzarını və ailəsini ziyarət etmişdir

Psixoloq.az xəbər verir ki,bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu,Şəhid Pəncəli Teymurovun məzarını və ailəsini ziyarət etmiş, əhidin ailə üzviləri ilə birlikdə şəhid məzarını ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Dİaspor rəhbəri.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edək ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür

Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”

7467c49d9bf507bcb08adde810076bf0.jpge39cf07499349381d90fd21118e2dc8a.jpg

9ca19297db4151650c0d921169cc4f77.jpg3e00522617a8a8e992872b9824be07e2.jpgbaa4c71be8a3dc082a091ffecaeee27f.jpg9da3d554aeb15eb6cab6f912cbdc6d5f.jpg