Dissosiativ və ya konversion pozuntular, keçmiş hadisələrə qarşı yaddaş, özünü şəxsiyyət kimi başa düşmək qabiliyyəti və bədənin hissiyatı və hərəkətini, idarə etmək qabiliyyəti arasında normal inteqrasiyanın tam və ya hissəvi itirilməsi kimi ümumi qəbul edilmiş müddəaların əsasında ayırd edilir. Dissosiativ pozuntuların bütün növləri bir neçə həftə və ya aydan sonra xüsusi ilə əgər onların yaranması həyatda baş vermiş hər hansı travma törətmiş hadisə ilə əlaqədardırsa, sönməyə meyllidirlər. Əksər xronik pozuntular, xüsusən ifliclər və hissiyatın itirilməsi həlli mümkün olmayan problemlərin və şəxsiyyətlər arası çətinliklərin fonunda inkişaf edə bilər. Bu pozuntular əvvəllər əsasən «konversion isteriya»-nın müxtəlif növləri kimi təsnif olunurdular. Hesab edilir ki, onlar psixogen etiologiyaya malikdirlər belə ki, yaranma vaxtına görə travma törətmiş hadisələrlə, həll olunmayan və dözülməz problemlərlə və ya pozulmuş qarşılıqlı münasibətlərlə sıx əlaqəlidir. Simptomlar adətən xəstənin psixi xəstəliyin əlamətləri haqqında fikirlərinə uyğun olurlar. Tibbi baxış və müayinə hər hansı aydın fiziki və ya nevroloji pozuntular aşkar etmir. Lakin tamamilə aydındır ki, funksiyanın itirilməsi emosional konfliktin və ya ehtiyacın ifadəsi kimi meydana çıxır. Simptomlar psixoloji stresslə sıx əlaqədar inkişaf edə bilər və çox vaxt qəflətən meydana çıxır. Bu rubrikaya normada iradi kontrol edilən yalnız fiziki funksiyaların pozuntuları və hissiyatın itirilməsi daxil edilib. Ağrı hissiyatı və vegetativ sinir sistemi tərəfindən digər fiziki hissiyat kompleksi daxil olan pozuntular psixosomatik pozuntular rubrikasında (F45.0) təsnif olunmuşdur. Həmişə gələcəkdə ciddi fiziki və ya psixi pozuntuların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır.Daxil edilib:konversion:· isteriya· reaksiya isteriya· isterik psixoz F44.0 Dissosiativ amneziyaƏsas əlamət xüsusi ilə vacib yaxın hadisələrə qarşı yaddaşın itirilməsi olub, bu zaman üzvi psixi xəstəlik ayırd edilir və o dərəcədə ifadə olunur ki, onu adi unutqanlıqla və yorğunluqla izah etmək mümkün olur. Amneziya adətən bədbəxt hadisə və ya qəflətən ağır itgi kimi travma törədici hadisələrdə toplanır və adətən hissəvi və seçici olur. Tam və generalizə olunmuş amneziya nadir hallarda və adətən ambulator avtomatizmin (fuqalar) (F44.1) hissəsi olur; bu halda pozuntunu məhz belə təsnif etmək lazımdır. Dissosiativ amneziya diaqnozunu beynin üzvi xəstəliyi, intoksikasiyalar və ya həddən artıq yorğunluq olduqda qoymaq olmaz. F44.1 Dissosiativ fuqaDissosiativ fuqa, adi hər bir gündəlik sərhəddən kənara çıxan məqsədyönlü yerdəyişmələrlə birlikdə dissosiativ amneziyanın bütun əlamətlərinə malikdir. Baxmayaraq ki, fuqa periodunda amneziya mövcud olur, kənar müşahidəçilərə bu zaman pasientin davranışı tam normal təsir bağışlayır.Çıxarılıb: epilepsiya tutmasından sonra fuqa (G40.–) F44.2 Dissosiativ stuporDissosiativ stupora işıq, küy, toxunma kimi xarici qıcıqlandırıcılara qarşı iradi hərəkətlərin və normal cavab reaksiyalarının ifadə olunmuş dərəcədə azalması və ya olmaması əsasında diaqnoz qoyulur, lakin baxış və müayinə aşkar fiziki səbəb ayırd etmir. Bundan əlavə, yaxınlarda baş vermiş hadisələr və ya problemlər şəklində psixogen səbəb tam aşkarlıqla mövcud olur. F44.3 Trans və mübtəlalıqMüvəqqəti olaraq özünü bir şəxsiyyət kimi hiss etmənin və ətrafın tam dərk edilməsinin itirilməsi mövcud olan pozuntu. Bu rubrikaya yalnız qeyri-iradi və arzuolunmaz olan, dindən və ya mədəni-münasib situasiyalardan xaric meydana çıxan trans halları daxil edilib. F44.4 Dissosiativ hərəkət pozuntularıBütün müxtəlifliyi ilə bərabər, ətrafla və ətraflarla hərəkət etdirmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi mövcud olur. Ataksiyanın, apraksiyanın, aksineziyanın, afoniyanın, dizartriyanın, diskineziyanın, tutmaların və ya iflicin hər hansı növləri ilə demək olar ki, sıx oxşarlıq görülə bilər.Psixogen:· afoniya· disfoniya F44.5 Dissosiativ konvulsiyalarDissosiativ konvulsiyalar epileptik tutmalara bənzəyir, lakin dilin dişlənməsi, yıxılmalarla əlaqədar qansızmalar və qeyri-iradi sidik ifrazı nadir hallarda olur. Düşüncə saxlanılır və ya stupor və ya trans halı ilə əvəz olunur. F44.6 Dissosiativ anesteziya və ya hissi qavramanın itirilməsiDəri anesteziya nahiyyələri adətən sərhədlərə malik olurlar. Bu o deməkdir ki, onlar pasiyentin tibbi biliklərdən fərqli orqanizmin funksiyaları haqda təsəvvürləri ilə əlaqədardırlar. Nevroloji zədələnmə ilə əlaqədar olması vacib olmayan, sensor modulyasiyalar arasında fərqin itirilməsi mümkündür. Hissi qavramanın itirilməsi paresteziya şikayətləri ilə müşaiyət oluna bilər. Dissosiativ pozuntularda görmənin və eşitmənin itirilməsi nadir hallarda total olur.Psixogen karlıq