Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür və özünü idarə edə bilmək çətinləşir. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnə bilmə ehtimalı çox olur. Xəstəliklər qədər psixoloji təzyiqlər də təhlükəlidir. Korona virusun həyatımıza təsirinin mûvəqqəti olduğunu dūşünərək bir müddətdən sonra təhlükəli olmayacağını bildiyimiz halda, bəzi həssas adamların özündə yaratdığı depressiyanın nəticələrini indidən görmək o qədər də çətin deyil. Və bu hal insanın xarakterinə, davranışına öz mənfi təsirini göstərə bilər. Yerli -yersiz qəbul edilən bolluca informasiya orqanizmi üzür, insan gərgin olur, adət etdilməyən yaşam tərzilə stresə düşür. Gücümüz tükənmək üzrə olanda yaşadığımız həyatın fərqinə varırıq, narahatlıq, həyəcan, inamsızlıq bizi bürüyür, sonu bitməyən gərginliyimizin nəticəsində bəzən xəstəliklərlə də üzləşə bilir insan. Karantin rejimində "evdə qal" prinsipinə əməl edərək hər gün yuxudan durar - durmaz koronavirusun yayılmasının mənfi fəsadlarını, ölüm hadisələri ilə bağlı üzücü xəbərlər eşidirik. Gərgin ömür beyini yüklənir, insanı sarsıdır, stressə səbəb olur. Dünyada yaşanan böhran, gərginlik yaradan daha üzücü informasiyalar , koronavirusla bağlı ölüm hadisələri və hər birimizin şəxsi problemləri ilə üst-üstə gəlir, şəhərımizin sükut içində adamlarsız təsəvvürü, bəzi hallarda müşahidəmiz, öyrəşmədiyimiz abu- hava insanları yükləyir, gərginliyə səbəb olur. Bu gərginliyin nəticəsi olaraq həyata baxışımız dəyişir, yorğun, əsəbi davranış bəzən doğmalara qarşı tətbiq olunur. Mənfi, inamsiz, ümídsiz düşüncələrimizlə həyatımızı kodlaşdırmiş oluruq. Istəklər ürəkdən gəlməlidi, tərəddüd ediriksə, düşüncələrimizdə inamsızlıq, qarmaqarışıqlıq varsa elə neqativ olaraq qalacaq. Mənfi, təzadli saydığimız bir fikrə qarşı müsbət təəssurat yaranırsa qarşılıqlı fikirlərin şüuraltı asılı olmayan, duyğularımızın hiss etdiyi anlamından irəli gəllir. Gələcəklə bağlı xoş plan varsa insanın ona inamı azalır, sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır, dünyanın aqibəti ilə bağlı naümüdliyə, gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür, tənzimləmək çətinləşir. Bütün çətinliklərin öhdəsindən gəlməklə gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırar, insana gümrahlıq gətirər, həm də bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır. Diqqət ruhumuzun elə yeganə qapisidi ki, şüurumuzda olan nə varsa buradan keçir. Diqqətimizi, sevgimizi bir- birimizdən əsirgəməyək. Özümüzü müsbət düşunməyə öyrədək və inanaq ki, dünyanı lərzıyə gətirən bu bəlanın törəddiyi fəsadlar ötüşəcək. Əhvalımızın yüksək olması indi çox vacib amildi. Xoş ovqatı özümüzə təqlid edək, gülümsəyək. Evdə qalaraq ailəmizə münasibətdə nə qədər pozitiv olsaq, qayğılə, həssaslıqla yanaşsaq, bir o qədər depressiyadan uzaq düşərik. Səmamızı bürüyən qara kölgələrin çəkilməsini, virusun uzaqlaşmasını, bu çətin günlərin aradan qalxmasını gözləməyə özümüzdə güc, təpər taparıq. Həyatımızın ən xoş anını, saatını, günlərini xatırlamağa çalışaq. Günəşin doğması, üfüqün sonsuzluğu, xoş rahiyəli təbiət, quşların səsi, çiçəklərin qoxusu, bəyəndiyimiz ətir, gözəl sima, duyğular, sevdiyiniz rəng, rəsm, foto, musiqilə də həyatımıza rəng qataraq inanaq ki, hər şey gözəl olacaq. Həyat ən əziz nemətdi, onu sevməmək və ya qiymətləndirməmək mümkün də deyil. Həyat sevgisində olan ecazkar qüvvə ilə ən çətin maneələri aradan qaldırmaq mümkün olduğuna inanaq.
Psixoloq Yeganə İskəndərova