Səsdən nifrət etmək kimi bilinən bu xəstəlik 2001-ci ildə Jastreboff tərəfindən aşkar edilmişdir. Öskürək, xoruldamaq, yemək yemək, saqqız çeynəmək, nəfəs almaq, diş fırşalamq, dırnaq kəsmək, asqırmaq, gülmək, əsnəmək, danışmaq və.s kimi gündəlik həyatta sıx-sıx qarşılaşılan səslərdən narahat olan hətta əsəbləşən insanların narahatlığı misofoniya olaraq adlandırılır. Bu xəstəliyin səbəbi tam olaraq bilinməsə də, nevroloji ve psixoloji bir pozuntu olaraq adlandırılan xəstəliyə beynin frontal lobundakı fərqliliklərdən qaynaqalandığı düşünülür. Xəstələr ətraf mühitdəki səslərdən o qədər narahat olurlar ki, bir müddət sonra həyattan uzaqlaşmağa və yalnızlaşmağa başlayırlar.
Misofoniya Əlamətləri Nələrdir?
Misofoniya xəstələri yalnız yüksək və aritmik səslərə qarşı deyil, bəzən aşağı tonda olan səslərə qarşı da həssas ola bilirlər. Ümumiyyetle yemek yemek sesi, asqırmaq səsi, diş fırşalamaq səsi kimi qıcıqlandırıcı bir ses ilə ortaya çıxan misofoniya xəstəliyinin əlamətləri sosyal bir krampa bənzəyir. Xəstələr bu növ səslərə qarşı bəzən şiddətli aqresiv davranışlar göstərə bilirlər. Bunlar hansı səslərdir,?
1.Tum, cips veya popkorn yeyərkən ortaya çıxan səslərdən əsəbləşmək
2.Uşaq ağlama səsinə qarşı təhamülsüzlük
3.Evdə, işdə vəya məktəbdə ayağın ritmik bir şəkildə yerə vəya hansısa bir əşyaya vurulmasından narahat olmaq
4.Gündüz ətrafdan gələn səslərdən (maşın siqnalı), gərginlik hissi keçirmək
5.Səslərdən narahat olmamaq üçün evdən çıxmamaq və sosiallaşmaqdan mühitdən uzaqlaşma
Bu və buna oxşar narahatlıqlar hərkəsdə ola bilər amma misofoniya xəstələri ətrafdakı səslərə qarşı aşırı reaksiya verirlər.
Misofoniyanın Səbəblər Nələrdir?
Misofoniya xəstələyə ələ bağlı əvvəlki araşdırmalar göstərir ki, xəstəliyin eşitmə və qavrayış pozuntusu ilə əlaqəli olduğu irəli sürülmüşdür. Ancaq daha sonra xəstəliyin psixoloji bir simptom olduğu təsdiqlənmişdir. Misofoniya xəstələrində aparılan beyin görüntüləmə ( neyroimaziya) anterior instalt korteksində anormal fəaliyyətlərin baş verdiyini və xəstələrin ətraf səslərə verdiyi reaksiyalarda fərqlər müşahidə olunmuşdur. İnsanın sosial funsionallığını və həyat keyfiyyətini pozan bir xəstəlik olan Misofoniya, ümumiyyətlə yeniyetməlik yaşlarında başlasa da, tam diaqnozun qoyulması 30-lu yaşlara qədər davam edə bilir. İnsanlar səslərdən yaranan narahatçılığı xəstəlik olaraq görmədikləri üçün müalicəyə getmirlər və özləri öhtəsindən gəlməyə çalışırlar.
Misofoniyanın Müalicəsi
Bu xəstəlik üçün dəqiq bir müalicə metodu olmasa da araşdırmalar davam edir. Misofoniyanın müalicəsi üçün xəstəliyə səbəb olan vəziyyətlər və insanın sahib olduğu və yaşadığı narahatlıqlar araşdırılmalıdır. Əvvəlcə xəstənin səslərə həssas münasibətinin səbəbləri araşdırılmalı və şəxsin qavrayış probleminin aradan qaldırılması üçün lazımi təlqinlər verilməlidir. Psixoloji dəstək almayan xəstələr ailə və yaxın çevrəsi ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. İnsanı səsə deyil, hadisələrə yönəltməyə imkan verən müalicə sayəsində xəstəliyi aradan qaldırmaq mümkündür. Məsələn yemək zamanı ortaya çıxan çəngəl bıçaq səslərinə deyil, yeməyin dadına diqqət yetirməyi təklif etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.
Uzm.Psixoloq Gülnarə Muxtarova