Bəzən pasiyentlər terapiya seanslarını, uşaqsı eşqlərinin ifadəsi və aşiq olunan terapevtlə birlikdə olmanın gətirdiyi həzz üçün istifadə edirlər və terapevtlərini onların eşqlərinə cavab vermələri üçün zorlayırlar. Terapevtləri isə onların gözləntilərinə riayət etmədikdə isə qəzəblərini açıq şəkildə göstərirlər. Həddindən artıq bir doyum arzusuna çatan və terapiya prosesinə mənfi yöndə təsir edən bu çox xüsusi və “ehtiraslı” tranferans vəziyyətinə “erotikləşdirilmiş transferans” adı verilir. Bu hal, terapevtlə əlaqədar canlı, sıx, məntiqsiz , qeyri münasib, inadçı, qarmaqarışıq, coşğun, ehtiraslı, təcili doyum istəyən və egosintonik kimi görünən erotik obsessiyalarla özünü göstərir.
Pasiyent terapevtinə seksuallıq yüklü bir eşq vermək və almaq istəyərkən, gerçəkdə təhtəlşüur səviyyəsində terapevtində bir ana-ata tapa biləcəyinə inanır və keçmişin təkrarlamağa arzusunda olduğunun da fərqində deyil. Hətta bəzən həddindən artıq sevgi və eşq duyğuları və obsessiyaları, bir müdafiə mexanizmi kimi, terapevti öz təhtəlşüur təcavüzkar duyğularından qoruma və ya depresiv duyğuların ortaya çıxışına manə olmaq məqsədi da daşıya bilər.
Uzman Psixoloq Psixoterapevt Cəmilə Rəhimli
cemilerahimli com