Evdə qal davam edərsə nələri etməliyik-Psixoloq Yeganə İskəndərovadan tövsiyyələr

Ailədə əlverişli, sakit mehriban atmosferi yaradın və qoruyun. Bir-birinizə diqqət, qayğı göstərin, tərifləyin, komplimentlər söyləyin, zarafat edin, ailənin rituallarını qorumaq üçün yenilikləri düşünün. Ailənin hər bir üzvünün tək qalması və istirahəti üçün şərait yaradın. Uşaqlarınızın və özünüzün sağlamlığınızın qayğısına qalın. Ailənizin qidasına, immunitetlərinə, kifayət qədər yuxu rejiminə diqqət yetirin və bədən tərbiyəsilə məşğul olmağa bir-birinizi ruhlandırın. Bunun üçün internetdə fitnesə aid videolar köməyinizə gələ bilər. Çətin psixoloji vəziyyətdə keyfiyyətli qidalarla düzgün maddələr mübadiləsini qorumaq lazımdı. Ailənin menyusuna daha çox meyvə və dənli bitki daxil edin. Mümkünsə, bişirməyə üstünlük verin, qida rasionunuzda yeniliklər edin, digər ailə üzvləri ilə yemək hazırlayın, uşaqları da cəlb edin.

Xəbərləri izləmək üçün çox vaxt sərf edirsinizsə, bu həyəcan və narahatlığınızı artıracaq. Mövcud xəbərlərdən xəbərdar olmaq üçün, gündə 2 dəfə- səhər və axşam 1-2 etibarlı mənbəyə istinad edərək , yatmazdan 2 saat gec olmayaraq baxa bilərsiniz.

Özünüzü ünsiyyətdən məhrum etməyin. Dostlar, həmkarlar ilə danışa bilərsiniz. Tanışlar qohumlarla müasir onlayn mənbələrində telefondan istifadə edərək konfrans zəngi ilə birlikdə şam yeməyi təşkil etmək mümkündür. Xoş hadisələri xatırlayıb zarafat edib mehriban şəraitdə ünsiyyət qura bilərsiniz. Yaxınlarınızla ünsiyyət güclü bir mənbə, çətin vəziyyətdə psixoloji dəstəkdir.

Gününüzü həm sizin, həm də ailə üzvlərinizin rejiminə uyğun qurmağa çalışın. işinizi uzaqdan həyata keçirin, özünüzü bir iş yerini təchiz edin. Uzanmış vəziyyətdə yataqda və ya divanda deyil rahat bir geyimdə, stol arxasında arabir fasilə edərək məşgul olun.

Ailə üzvlərinizə diqqət, qayğınızla yanaşı onlardan bir az təcrid olub özünüzə qulluq etməyə vaxt ayırın. Evdəqal "cəza" deyil, yeniliklər, bacarıq və istedadınızı bu yöndə göstərmək üçün bir qaynaq olduğunu düşünün.

Yeganə İskəndərova