Qoç Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin.
Buğa Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər.
Əkizlər Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin.
Xərçəng Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı alınacaq.
Şir Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür.
Qız Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın.
Tərəzi Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.
Əqrəb Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin. Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin. Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət deyil. Axşam saatlarında ehtiyatlı olun.
Oxatan Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür.
Oğlaq Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil.
Dolça Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür.
Balıqlar Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin.